Məhkəmə qərarları › İş №e-2-2(123)-13/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-13/2023

22.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-13/2023 22.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı 11 yanvar 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh cəmi 11000 (on bir min) manat pulun, iş üzrə ödəmiş olduğu 131 (bir yüz otuz bir) manat dövlət rüsmunun ümumilikdə 11131 (on bir min yüz otuz bir) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh 2021-ci ilin noyabr ayında gəlib “Mənim 1000 (bir min) manat Elçin adlı şəxsə borcum var. Uşağım xəstədir. Özüm də işləmirəm” deyə ondan xahiş etdiyini, həmin Elçin adlı şəxsin də ona 1000 (bir min) manat borcu olduğunu, Raufun “Borc sahibi də məni hədələyir ki, gətir mənim borcumu ver” dediyini, “Narahat olma, mən Elçinlə danışaram mənim borcumla əvəzləşərik, sonra sən mənə olan borcunu ödəyərsən” dediyini, onların belə razılaşdıqlarını, Raufun sonra onun yanına gələrək ondan “Mən Banu marketin arxasında kirayəyə sex işlədirəm. Mən orada mebel düzəldim, satım, sənin də borcunu yavaşyavaş ödəyim” deyə material üçün pul istədiyini, Rauf da qazancını borcuna verməsi, onun da pulunu özünə qaytarması üçün o insanlıq naminə ona cibindən pul xərcləyib material alıb verdiyini, onun da mebel düzəldib satıb, özü xərcləyərək onun borcunu verməkdən yayındığını, Raufdan “Bəs mənim borcumu nə zaman qaytaracaqsan”? soruşduğunu, onun da ona “Hələ mebellər satılmır. Satılan kimi sənin borcunu qaytaracağam” dediyini, bir gün o onun işlədiyi sexə getdiyini və aldığı materialların heç birinin sexdə olmadığını gördüyünü, insan insana kömək edər deyə fikirləşdiyini, yaxşılığın qarşısında Rauf ona pislik edəcəyinin heç ağlına da gəlməyəcəyini, ümumilikdə Raufun ona 11000 (on bir min) manat borcu qaldığını, borcunu qaytarmaqdan imtina etdiyini, onun ona borclu olması öz xətti ilə yazdığı hesablaşmada öz təsdiqini tapdığını, hesablaşmalarının cədvəli: Raufun kiməsə borcuna ödənməsi üçün 150 manat Şəhər Polisinə çağırılan vaxtı qardaşı Coşqunun Sücayətin dükanından götürdüyünü, 600 manat stol, kravat və beşik üçün materiala borc aldığını, Ələkbərin iştirakı ilə 500 manat Bakıdan aksessuar materialları almaq üçün verildiyini, 1600 manatlıq divan dəstinə onun zamin durduğunu və o pulu Rauf ödəmədiyindən Nüsrətin o pulu ondan tələb etdiyini, o da həmin pulu 1000 manat bir, 500 manat bir, 100 manat da bir aparıb Nüsrətə versin deyə Raufa verdiyini, 100 manat əl borcu aldığını, 1661 manat Dekor Qrup MMC Naxçıvan şirkətinə Raufun iştirakı ilə materiala ödədiyini, 2115 manat yenə də Dekor Qrup MMC Naxçıvan şirkətinə Raufun iştirakı ilə materiala ödədiyini, 35 + 62 = 97 manat maçalka və parçaya kravat üçün verildiyini, 50 manata ona məxsus kravatı satdığını, 50 manat maçalka, petlə, ayaq, beşik mexanizmi, naxış rezininə Kazımın dükanına ödəmək üçün pul aldığını, 360 manata 6 ədəd stulu Qahab kəndinə satdığını, 290 manata 29 ədəd stul götürüb satdığını, 43 Manata 5 ədəd yataq dəstinin deispesini anbardan götürüb işlətdiyini, 35 manata dolğu olduğunu, 110 manata MDF-lərinin doğranmasma Banu marketin arxasında Rəşada o ödədiyini, 40 manat qaz puluna ödənildiyini, 420 manat Rahibə MDF-lərin doğranması və güllənməsi üçün o Raufun əvəzindən ödədiyini, 25 manat skoplara verildiyini, 230 manat uşaq beşiyini satıb pulunu mənimsədiyini, 300 manat kravat başlıqlarının vurulması üçün Təbrizə ödədiyini, 32 manat Vüsaldan xırdavat üçün ödədiyini, 750 +100 = 850 manat Təbrizlə birlikdə bir mağazaya mebel yığılması üçün material almaq üçün borc verdiyini, 500 manat Cahan Ticarət Mərkəzinə Bakıdan paxlava güzgü alınması üçün ödənildiyini, 80 manat Təbrizlə birlikdə Qızıl tozu almaq üçün verildiyini, 50 manat Samir və Şəkərə kravat və stol yanlıqlarmın doğraması üçün ödənildiyini, 50 manat stol ayaqları üçün Təbrizə verildiyini, 10 manata kley aldığını, 650 manat dəyərində olan qabaq stolunu Boya sexindən oğurluyub onun xəbəri olmadan Talehə satdığını, 680 manat ondan əlavə materiallar götürdüyünü, stol 4 ədəd 130 manatdan 520 manat Xaliqi aldadaraq onun adından pulu alıb mənimsədiyini, 46 manatlıq aksesuar oğurlayıb mebel ustası Vüsala satdığını, 72 manatlıq stol ayaqları oğurlayıb satdığını 125 manatlıq kravat yanlığı və ayaqları oğurlayaraq Təbrizlə müştəriyə satdıqlarını, 130 manatlıq da stol oğurlayıb, Nehrəmli borclu olduğu adama verdiyini qeyd edib, Cavabdeh cəmi 11000 (on bir min) manat pulun, iş üzrə ödəmiş olduğu 131 (bir yüz otuz bir) manat dövlət rüsumunun, ümumilikdə 11131 (on bir min yüz otuz bir) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçı 06 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında izah verərək Cavabdeh onun yanına gəlib-getdiyini, orada onun yanında işləyən dostları olduğunu, onların yanına gəlib-getdiyini, işləmək istədiyini gördüyünü, bu vaxtı gəlib, ona “Mənim Elçin adlı bir şəxsə borcum var. Məndən pul tələb edir. Polislə mənə güc göstərir” dediyini, o da borcunun nə qədər olduğunu soruşduğunu, onun da min manat olduğunu dediyini, o da “Həmin min manatı mən ödəyərəm. Eybi yox gəl işlə” dediyini, onun gəlib, işləməyə başladığını, Cavabdeh səyyari işlədiyini, güzgü götürdüyünü, evlərə güzgü vurduğunu, ondan sonra məsələn: O sexdə, bu sexdə mebel düzəltdiyini, dostlarının yanında sexlərdə mebel düzəltdiyini, bir gün gəlib, “Mən istəyirəm özümə sex götürəm” dediyini, sonra gedib, Banu restoranının arxasında sex götürüb, işləməyə başladığını, sonra ona “Mənə maliyyə cəhətdən biraz kömək et, mən işləyim” dediyini, olar dediyini, maliyyə cəhətdən ona kömək etdiyini və işlədiyini, “İşlə qurtar ancaq mənim pulumu vaxtında qaytar” dediyini, yaxşı dediyini, ona nə qədər pul verəndən sonra “Malları nisyə vermişəm” dediyini, sonra gəlib, “Qahabda bir mebel dəstim var. Təqribi 8500 manatlıq mebeldi” dediyini, onunla iki dəfə getdiklərini, oradan bir dəfə 1600 manatlıq, bir dəfə də 2135 manatlıq mal götürdüyünü, Pulu Raufa verdiyini, işlədiyini, Raufun “Pulu ala bilmirəm” dediyini, o da bu işin içində olduğunu, həqiqətən də onun Qahablı bir nəfərə mal verdiyini, pulunu ala bilmədiyini, bu adamın toydan sonra pulu verəcəyini ona dediyini, Raufun başqa işlər götürdüyünü, onu maliyyələşdirdiyini, onun götürdüyünü, o maliyyələşdirdiyini, sonra ona “Gəl yanımda yer var. Burada işlə. Kirayə haqqı da vermə” dediyini, Raufun gəlib, orada işlədiyini, Raufun gedib, iki dənə də mağazaya vitrin yığıb, pul götürdüyünü, ilk dəfə gəlib, “Qızım xəstədi. Həkimə Aparıram. Ağır xəstədi. Onun müalicəsi üçün pul lazım idi. Mən də pul götürmüşəm” dediyini, onun ona “Eybi yox mən qarşılayaram” dediyini, o cür də olduğunu, qeyd etdiyi məbləğlərin ödənilməsinə dair fakturaların olduğunu, o ona pul verəndə həmişə yanında şahidi olduğunu, iki min neçə manat "xxxx" MMC-yə verdiyini, pulu aparıb, ödədiklərini, iki min yüz otuz beş manat olduğunu, 2115 manat qeyd olunsa da ancaq sonra fakturanı orada tapdıqlarını, 2135 manat olduğunu, pulu onun ödədiyini, Raufla gedib, pulu ödədiyini, oradan qayıdıb, gəldikdən sonra Raufun gedib, “Bu mal bizə lazım olmadı” dediyini, 1135 manatı da nağdı çəkib, oradan götürdüyünü, gedib "xxxx" MMC ilə danışdığını, "xxxx" MMC-də pulu götürdüyü adamla, yəni pulu ödədiyi adamla danışdığını, həmin şəxsin “Əgər lazım olsa, mən gəlib iştirak edərəm” dediyini, fakturaların hamısının olduğunu, 2135 manata aid olan fakturanın olmadığını, fakturanın da Rauf da qaldığını, Raufun da cırıb atdığını, "xxxx" MMC-dən pulun 1135 manatı götürüldüyünə görə "xxxx" MMC-də o pulu tapa bilmədiklərini, "xxxx" MMC-yə getdiklərini, onu araşdırdıqlarını, amma onu tapa bilmədiklərini, ancaq özlərinin “Sən bizə 2135 manat pul ödədin” deyə etiraf etdiklərini, o pulu onun ödədiyini "xxxx" MMC-nin özlərinin təsdiq etdiyini, orada fakturada heç kəsin qol çəkmədiyini, onların özlərinin yazdığını, heç bir adamın ora qol çəkmədiyini, onların mağazada heç kəsi yazmadıqlarını, orada mağazada yazdıqlarını, çeki çıxardıb verdiklərini, qurtarıb getdiyini, orada yəni fakturada ad, soyad və ya malın kimə verilməsini yazmadıqlarını, o fakturanı mağazanın verdiyini, mağazanın fakturada telefonu və ünvanının da olduğunu, oranın balaca bir yer deyil, qrup olduğunu, onların ofislərinin Bakıda ola biləcəyini, amma malı buradan götürdüyünü, depolarının burada olduğunu, 16 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasındakı izahında isə Raufla noyabr ayında tanış olduğunu, Raufla onu onların yanında işləyən Raufun dostu Əlinin tanış etdiyini, Raufun onun yanına tez-tez gəlib-getdiyini, orada görüşdüklərini, tanışdıqdan sonra onun “Raufun qəşəng işləri var. Ona kömək etmək lazımdır. Borcu var” dediyini, ona “3000 manat borcum var. Məni bu borcdan qurtarmaq üçün mənə kömək et” dediyini, sonra gəlib, ona “Elçinə min manat borcum var. O məni çox qısnayır. Başqa qüvvələrlə mənə hədə-qorxu gəlir” dediyini, Elçini də burada şahid kimi göstərdiyini, Elçinin də ona min manat borcu olduğunu, onun da Raufun yanında Elçinə zəng edib, “O min manatı Raufdan alma. O pulu mənə olan borcuna sil” dediyini, Elçinin də razılaşdığını və həmin borcu sildiyini, bunun üstündən bir müddət keçdikdən sonra Raufa pul lazım olduğunu, onun 150 manat da bir verdiyini, sonra Raufun ona min manat borcundan 150 manat pul qaytardığını, sonra Raufun polisə düşdüyünü, onun qardaşının gəldiyini, pulu aparıb polisə versin deyə orada Sucayyətə zəng edib, ona 150 manat pul verməsini xahiş etdiyini, Raufun kiməsə borcu olduğunu, ona görə onu tutduqlarını, 150 manat ona verdiyi pulu birdə qaytarıb, özünə verdiyini, ondan sonra Raufun yataq və beşik yığmaq üçün gəlib, ondan 600 manat pul aldığını, həmin yataq və beşikləri yığdıqdan sonra aparıb Culfada satdığını, onun da “Hələ pulunu almamışam. Alıb, verəcəm” dediyini, yaxşı dediyini, sonra yenə ona gəlib “Gedək buradan material götürək. Mən sexdə stol yığacam. Sənin pulu min manatı qaytarmaq şərti ilə mən sənə stol yığım, verim. Stol, stul beşik və.s yığıb verəcəm. Sənin min manat borcunu qaytaracam. Bu 1600 manatla bir yerdə” dediyini, Raufun Nüsrətdən 1600 manatlıq divan götürdüyünü, ona “Nüsrətdən divan götürürəm. Bir şəxsə verirəm. Mebel də vermişəm. Həmin puldan sənə də verəcəm. Borcunu qaytaracam” dediyini, yaxşı dediyini, onun Nüsrəti də çağırıb dediyini, onun da burada şahid kimi dindiriləcəyini, Raufa min manat pul verdiyini, onun da aparıb Nüsrətə verdiyini, “Onu ver. Qalanını da verəcək. Mən zamin dururam” dediyini, yaxşı dediyini, sonra Nüsrət ona zəng edib “O mənim pulumu gətirib, vermir. Bəs mən nə cür edim” dediyini, onun da verəcəyini dediyini, Nüsrətin “Yox, xahiş edirəm, özün gəl ver” dediyini, yenidən 500 manat Raufa verdiyini, onun da aparıb, Nüsrətə verdiyini, Raufun Nüsrətə 100 manat borcu qaldığını, sonra o Raufun üstündə Nüsrətlə biraz dalaşdığını, ona “100 manat nədi?! Onu da sənə verəcək” dediyini, Nüsrətin əl çəkmədiyini, Raufun dostunun olduğunu, onunla onu kəndə aparıb, qoyub gələndə yenidən Sucayyətə zəng edib, “Bir nəfər göndərirəm yanına gəlib, 100 manatı götürsün. Pulu ona ver” dediyini, puldan buna vermədiklərini, Sucayyətin baş üstə dediyini, həmin adamın adının da Elnurxan və ya Əmirxan olduğunu, onun da pulu ona verdiyini, onun da 100 manatı qapıda çıxardıb, Raufa verdiyini, Raufun da həmin 100 manatı aparıb, Nüsrətə ödədiyini, 1600 manat da oradan olduğunu, sonra Raufun ona “500 manat ver. Bakıdan 500 manatlıq material gətirirəm” dediyini, 1661 manat da verdiyini, Raufa mədəfə və deyesbe götürdüklərini, ondan sonra Rauf yazıqdı, işləsin deyə iş üstünə qoyduğunu, Raufun “Uşağım xəstədi” dediyini, Raufa 1661 manatlıq oradan mal götürdüklərini, qazelin də pulunu onun verdiyini, hər şeyin pulunu onun verdiyini, malı Raufun sexinə aparıb, yığdıqlarını, Banu marketin arxasındakı məhəllədə kirayə sex götürdüyünü, malı ora aparıb yığdıqlarını, Raufun işləməyə başladığını, gedib gördüyünü, həqiqətən də işlədiyini, beşik də yığdığını, yataq başlıqları da yığdığını, hamısını da yığdığını, yığıb ora qoyduğunu, sonra bunu da götürüb, aparıb, bir dəst mebel yığdığını, onu da aparıb Culfada bir müəlliməyə verdiyini, Raufun pulunu vermədiyini dediyini, onların əlaqə saxladığını, Raufun “Müəllimədir. Maaşları gəlməyib” dediyini, “Eybi yox gələcək. Olar, insanıq” dediyini, sonra Raufun gəlib, “Stol yığmağa bizə əlavə pul lazımdır” dediyini, nə qədər pul lazım olduğunu soruşduğunu, 2135 manat dediyini, 1600 manatın da hələ qaldığını, 2135 manat gətirdiyini, Raufla bir yerdə "xxxx" MMC-yə getdiklərini, pulu onun verdiyini, ona borclu olan adam olduğunu, 900 manat ona pul verdiyini, o da onun üstünü düzəltdiyini, gedib 2135 manatlıq "xxxx" MMCdən mal aldıqlarını, onu maşını ilə apardığını, Raufu artıq öz maşınıyla dolandırdığını, “Yazıqdı, qoy xərcdən qurtarsın” deyə fikirləşdiyini, Raufun “Qızım ölümcül xəstədir” dediyini, onun gedib Raufun sexinə girib tikinti materialının orada olduğunu gördüyünü, “Bəs bizim materiallar hansıdır” deyə soruşduğunu, bu dediyini, sonra “Bəs bu hansıdır” deyə soruşduğunu, “Bu da bizimkidir” dediyini, orada başqa adamın da işlədiyini, iki nəfər olduqlarını, birinin Rauf olduğunu, birinin də başqa adam olduğunu, iki nəfər o sexi götürüb işlədiklərini, sən demə Raufun o adamın da malını ona göstərdiyini, üstündən biraz keçdikdən sonra uşaqların ona “Bu mal bizimkidir” dediyini, yenidən qayıdıb, "xxxx" MMC-yə getdiyini, "xxxx" MMC-dən “Rauf sən gedən günü gəlib bu mallar bizə lazım deyil dedi” dediklərini, ancaq Raufun ona “Bu mallar elə 2135 manatlıq mallardır” deyə göstərdiyini, onun da buna inandığını, sonradan uşaqların ona “O mallar bizimkidi, Raufun deyil” dediyini, yenidən "xxxx" MMC-yə gəldiyini, "xxxx" MMC-nin “Yox, o mal bizimkidir. Rauf gəlib, aparıb “Mənə 1135 manatlıq lazım deyil, 1000 manatlıq mənə material verin. Bizdə 1000 manatlıq material verdik. 1000 manatlıq materialı götürüb, getdi” dediyini, həmin adamın da bunu təsdiq etdiyini, 1135 manat da gedib, oradan nağdı çəkdiyini, sonra Raufun gəlib, ona “Təbrizlə bir yerdə 750 manata mal götürməyə gedirik” dediyini, Təbrizin də Raufla bir yerdə işlədiyini, onun çıxardıb Təbrizə 750 manat pul verib “Gedin materialı alıb, işləyin. Ailənizi dolandırın. Mənim də pulumu qaytararsınız” dediyini, Təbrizin yaxşı dediyini, onun da “Belə bir şey edəcəm. Oradan 100 manat siz mənə verərsiniz. Çünki burada işləyirsiniz. Qaz yanır, işıq yanır. Bunun suyu var, kanalzasiyası var” dediyini, yaxşı dediklərini, onda artıq bunları yanına gətirdiyini, oradan qovaladıqlarını, o da yanına gətirdiyini, işlədiklərini, gedib evinin qaz sobasını gətirdiyini, 40 manat da qaza verdiyini, işıqları düzəltdiyini, hər cür şəraiti yaratdığını, onlara böyük otaq da verdiyini, Təbrizə 750 manatı verdiyini, onların gedib bir dənə dükanı yığdıqlarını, sonra Təbrizin onun 750 manatını qaytarıb verdiyini, yüz manat da buranın xərci olduğunu dediyini, onu da verəcəklərini dediyini, sonra Raufun “Bir dənə də dükan işi götürmüşük. 850 manat tutur. 750 manatı ver. 100 manat da oradan, 850 manat hesab gedərik” dediyini, onun da həmin 750 manatı qaytarıb Raufa verdiyini, pulu Təbrizə deyil, Raufa verdiyini, gedib işlədiklərini, Təbrizin “Mənə oradan 200 manat pul çatır. Pulumu almağa gedirəm” dediyini, Təbrizə onun da pulunu alıb gətirməyini dediyini, Təbrizin “O pulu vermişəm. Raufdadı” dediyini, yaxşı dediyini, onun gəlib Raufa “Rauf o pulu ver. Mən sənə 850 manat pul vermişəm. On manat maşın pulunuzu vermişəm. Mənim öz pulumu verin. 100 manatı da istəmirəm” dediyini, hələ 100 manatı da sonradan aldığını, o yüz manatdan əlavə Raufun yenidən aldığını, “Bəs ora noldu” soruşduğunu, Raufun dükançının Bakıya getdiyini dediyini, sonra Raufun gəlib, ona “Cahanda bir iş götürmüşəm. 2-ci mərtəbəni təmiz ayna və ya şüşə edəcəm. Bu işi mənə veriblər” dediyini, ondan əvvəl də oradan bir iş götürdüyünü, bir nəfərlə işlədiklərini, o pulu da aldıqlarını, o da “Gedib onu da işləsin” deyə fikirləşdiyini, nə qədər pul lazım olduğunu soruşduğunu, 500 manat dediyini, Sucayyətdən beş yüz manat alıb Raufa verdiyini, bunu Raufun özünün də gördüyünü, Raufun da oradan getdiyini, sən demə Raufun yalan danışdığını, üstündən bir müddət keçdiyini, köhnə min bir xırdavatın yanından dükanlara baxa-baxa gəldiyini, dükanın yerini təqribən dediklərini, dükana girəndə həmin mebelin, yəni mənim yanımda yığılan mebelin olduğunu gördüyünü, “Qardaş bəs bunun pulunu niyə vermirsən” soruşduğunu, Onun da “Mən onun pulunu vermişəm” dediyini, pulu kimə verdiyini soruşduğunu, pulu Raufa verdiyini dediyini, oradan zəng edib “Rauf hardadı? gəlməyib”? dediyini, yox gəlib dediyini, yanında durduğunu, “Mən onun pulunu vermişəm mənim ona 200 manat borcum var” dediyini, tez maşına oturub, oradan Cahana getdiyini, Cahanda dediyini, Cahanda “Xeyr, biz o adama heç iş verməmişik. Bizim burada aynamız da şüşəmiz də var” dediklərini, Raufu biabır edib “Sən məni aldatmısan. Bu dərəcə də olmaz axı. Sən bu qədər məndən material almısan” dediyini, həmin o 2135 manatlıq materialı Rahibə verdiklərini, sensiyə verdiklərini, Rahibin sensor işlədiyini, yəni stolları cızdığını, Rahibin gəlib ona “Raufdan pul ala bilmirəm. Əgər sən mən ödəyəcəm desən, mən edim” dediyini, o da “İşlə. Mən pulunu verəcəm” dediyini, Rahibin də işlədiyini, sensirə verdiyini və qurtardığını, Rahibə 420 manat pul verdiyini, Raufun gedib oradan onun sensirə verdiyi materiallardan oğurlayıb, yarı qiymətinə satdığını, yataq düzəltdiklərini, yataqların fakturasını da məhkəməyə verdiyini, pulunu da özü ödədiyini, yataq düzəltdiklərini, ora yığdığını, 52 dənə qabaq stollarının olduğunu, bunlardı dediyini, onun da həqiqətən olduğunu faktiki gördüyünü, stolun da yatağın da orada olduğunu, hər şeyin orada olduğunu, bir gün içərisində bunları necə yox etdisə, tapa bilmədiyini, kimə verib, necə verib, hara verib bilmədiyini, bundan sonra Raufu yanından qovaladığını, Raufu yanından qovaladıqdan sonra onun yenidən gəlib onun yerini yardığını, onun işlədiyi yerin kildini qıraraq içəri girdiyini, oradan 20 dənə və ya 18 dənə qabaq stolu, iki dənə jurnalnını, bir dənə də əlavə Nehrəmə aparıb verdiyini, oradan oğurlayaraq aparıb verdiyini, onları kimə verib, necə verib tapdığını, malları aparıb onlara verdiyini, o polisə şikayətə də getdiyini, polisin “Məhkəməyə ver. Bizə aid deyil” dediyini, əvvəlki rəisin yanına girdiyini, onun “Bizə aid nəsə yoxdu. Məhkəməyə ver” dediyini, qırdığı kilidin qırığını da, sökdüyü petləni də saxladığını, bu dəqiqə hamısını saxladığını, qapıya lom salıb ayırdığını, uşaqların da qapıya lom saldığını gördüyünü onların da gələn kimi Raufun qapıya lom saldığını, oranı qırıb içəri girdiyini dediklərini, sonra gedib yuxarıda Vüsalın dükanından malı götürdüyünü, kilidi onun adına yazdırdığını, Vüsalın Şərur rayonundan olduğunu, kraska satdığını, təqdim etdiyi şahidlərin siyahısında adının olmadığını, növbəti prosesə ona aid zəruri məlumatları məhkəməyə təqdim edəcəyini, Raufun onun yanında işlədiyi vaxt “Rauf mənə kömək et” dediyini, o vaxtı oteli sökəndə orada qabaq stolları qaldığını, onların boyanması lazım olduğunu, orada qaldıqlarını, sata bilmədiyini, “Rauf kömək et, bunları maşına yığaq. Ora Aparaq. Danışmışam” dediyini, maşını tutduqlarını, maşın pulunu verdiyini, kraska yerinə gedib danışdığını, hər şeyi həll etdiyini, neçiyə boyadığını soruşduğunu, birini 80 manata boyadığını dediyini, “Qəbul edirəm. 80 manata boya” dediyini, Raufla getdiklərini, orada Talehin olduğunu, onun da Rauf kimi olduğunu, Naxçıvanda bunları tanımayan adamın olmasının mümkün olmadığını, ora gedib boya pulunu da onun verdiyini, onun dəyəri 1000 manat olan 12 nəfərlik əl işi ilə işləməli stolunu aparıb ona 120 manata satdığını, gedib Zahid müəllimə “Bu ikisi belə bir iş görübdü” dediyini, rəis işləyən vaxtı olduğunu, Zahid müəllimə “Mənim bu stolumu aparıb, 120 manata Talehə satıb” dediyini, onun da Rauf kimi olduğunu, onun ona “Evimə qoymuşam. Mənim günahımdan keç. Bağışla” dediyini, o da “Yaxşı. Dəyəri min manatdı. Sən gətirib, 550 manat pul verərsən” dediyini, baş üstə dediyini, “Onun mənə borcu var. O mənim 200 manatımı geri qaytarsın, məndə sənin stolunu verim” dediyini, onun da buna dediyini, “Mən vermirəm” dediyini, o stolunun da aradan elə getdiyini, hələ 100 manat da o adamın borcu olduğunu, Zahid müəllimin ona “100 manat pulun varsa buna ver. Qadın gəlib, bunu asıb-kəsir. 100 manat buna ver. Taleh sənə verəcək” dediyini, Onun “Pulum yoxdu” dediyini, Zahid müəllim də ona “Pulun vardırsa, sən ver. Bu qadının borcuna versin. 2-3 günə sənə qaytarar” dediyini, qaytaracağını soruşduğunu, qaytaracam dediyini, razılaşdıqlarını, burada Zahid müəllimə aid heç nə olmadığını, qadın ora gəldiyini, onun da qadının orada durmağına razı olmadığını, 100 manatı da Talehə verdiyini, Talehin də pulu qadına verdiyini, o stolun onun üstünə 20 manata düşdüyünü, 100 manat da Talehə pul verdiyini, 1000 manatlıq stolun onun üstünə 20 manata düşdüyünü, lap axır-axırda Təbrizin yanına gəldiyini, gəlib “Biz bazalı yataq düzəldirik” dediklərini, onun da “Boş yerdi. Düzəldin, nolacaq. Ailənizə çörək qazanın” dediyini, orada onun parçası və materialı olduğunu, götürüb, işlətdiklərini, o yataq düzəltdirdiyini, özünün kəsdirdiyini, onların da burada olduğunu, şahidlərinin də gələcəyini, nə iş görmüşsə, kimin yanında nə etmişsə, hamsının şahidi olduğunu, yataq yanlıqları kəsdirib, yataq düzəltsin deyə ora qoyduğunu, bunu düzəltməsi, heç olmasa ziyandan biraz qurtarması üçün Təbrizə 300 manat da pul verdiyini, Təbrizin də düzəltdiyini, onun 300 manat pulunu verdiyini, biri 12 manatdan yataq başlığı düzəldib ona verdiyini, Təbrizə 300 manatı çıxardıb nağdı verdiyini, Təbrizlə Rauf gəlib, ikisinin yanında işlədiklərini, Təbrizə aid burada heç nə olmadığını, Ancaq Təbrizin də o malın onun malı olduğunu bildiyini, onun orada 3 dənə yataq yanlığını götürüb, özlərinə aid olanlara qoşub, aparıb satdıqlarını, uqolinikini, hər şeyini satdıqlarını, köhnədən otelin vaxtında dükan olduğunu, ora qoyub satdıqlarını, 6 dənə stulunun olduğunu, Raufun gəlib, “Bu stul mənə lazımdı. Neçiyə verərsən?” dediyini, onun da “60 manata 4 il bundan əvvəl verirdim. İndi gəl, elə 60 manata götür” dediyini, yaxşı dediyini, 6 dənə stulu götürüb, getdiyini, pulunu vermədiyini, 360 manatın da elə getdiyini, aparıb, Qahablı bir qadına cehizlik verdiyini, oradan da dörd minə qədər pul aldığını sonra öyrəndiyini, o pulu tək 6 dənə stola görə almadığını, mebeldə düzəltdiyini, mebelin də aksesuarının pulunu o verdiyini, Bakıdan aksesuar gəlməsi üçün 500 manat verdiyini, o aksesuarın da 500 manat pulunu Raufa verdiyini, Raufun getdiyini, pulu Raufun dostunun yanında verdiyini, onun burada yaşamadığını, Bakıda yaşadığını, Adının Ələkbər olduğunu, zəng edib telefonda səsini qulaq asdıra biləcəyini, həmin adamın “Mənim yanımda siz Raufa 500 manat verdiniz. Rauf gedib bu materiaları Bakıdan gətirib, yataq dəstinə vurdu” deyəcəyini, bu adamın təsdiq edə biləcəyini, sonra onun orada stulları olduğunu, Raufun “Bunları mənə ver” dediyini, 29 dənə stul olduğunu, hələ əlli dənə olduğunu, bu 29 dənəsinin normal olduğunu, onun da “Birini on manatdan götürüb, apar” dediyini, yaxşı dediyini, 50 dənə stulu 10 manatdan 290 manata Raufa verdiyini, onun getdiyini, sonra stullarının pulunu soruşduğunu, pulu verəcəyini dediyini, bunları aparıb Banunun arxasındakı yerə qoyduğunu, orada olduğunu, onları qırdığını, tökdüyünü, düzəltdiyini və satdığını, sonra onun tanışı olduğunu, 4 dənəsini də özü oradan götürüb bir mebel ustasına verdiyini, onu da şahid kimi çağıracağını, bunu düzəltsin, oturmaqlarına heç olmasa onlara bu qalsın deyə aparıb ora verdiyini, həmin adamın da “Qadir müəllim ayıbdı” dediyini, ondan pul da istəmədiyini, Raufa necə hörmət etmişsə, ona da elə hörmət etdiyini, onun da haqqına düz olduğunu, onun yonduğunu, sürtdüyünü və zamıskaladığını, boyasını soruşduğunu, onun ona “Boyayan oğlan var. O boş olan kimi deyəcəm” dediyini, sabahı günü getdiyini, stolun olmadığını, stolların necə olduğunu soruşduğunu, Rauf gəlib “Qadir müəllim mənə versin deyir” dediyini dediklərini, Raufun gedib oradan da onu götürdüyünü, həmin şəxsin Şahid5 olduğunu, adının Muxtar və ya Muxtər olduğunu dəqiq bilmədiyini, onun adını təqdim etdiyi şahidlərin siyahısında vermədiyini, amma verəcəyini, Raufun bu yazığın da başına oyun açdığını, onun yanında bir dənə klassik mebel olduğunu, onun əli ilə oyub, stol düzəltdiyini, həmin stolu 70 günə düzəltdiyini, “Bir aydı işləyirəm” dediyini, sonra “70 gün üstündə işlədim” dediyini, Raufun gedib, “Onu mənə ver. Aparıb satım. 3 günə sənə pulunu verəcəm” dediyini, Raufu tanımadığını, hələ də pulu verəcəyini, Raufun o qədər işləri olduğunu, danışsa gecə-gündüz qurtarmayacağını, Sədərək rayonundan birinin “Mənə mebel lazımdı” deyə instaqrama qoyduğunu, Raufun instaqramda başqa adamın mebelini qoyub, göstərdiyini, Sədərək rayonundan birinin Raufa düzəltməsi üçün 1700 manat beh verdiyini, Raufun da zəng edib, “Bəs siz o ankastrları, sobanı, hamısını aldığınızı dediniz” dediyini, onun da “Hə almışıq” dediyini, Raufun da “Onları bizə göndərin. Onların da ölçüsü düz olsun” dediyini, ancaq onların ölçüsünün standart olduğunu, onların hamısının ölçüsünün dünya standartı olduğunu, bir millim o tərəfə, bu tərəfə ola bilməyəcəyini, onları aldadıb oradan onu da gətirdiyini, Raufun onları da satdığını, Şərur rayonundan bir qadının onun yanına gəldiyini, Raufu tapdığını, ondan “Sənin Raufla nə işin var” soruşduğunu, “Şərur rayonunda məndən səkkiz min manatlıq mebel götürüb çıxdı. Mənə iki min manat da əvvəldən verdi” dediyini, bunların bir dəstə olduğunu, həmin malları gətirib, dükanlara yarı qiymətindən də ucuz qiymətə verdiklərini, bunlardan birinin də Tahir olduğunu, Raufun ən yaxın dostu olduğunu, onun stolunu da oğurlayıb, aparıb Tahirə verdiyini, şahidlərin siyahısında birinci şəxs elə X6 olduğunu, Tahirin dükanının Təzə Cahanda gəncliyin altında yerləşdiyini, sonra 4 dənə də stolu götürdüyünü, ancaq o hansı ki, stolları kimə götürüb aparıbdı, onlara da “O stol mənimkidi” dediyini, Tahirə “O stol mənimdi. Pulunu özümə verərsən. Raufa pul verməzsən. Bu stollar mənimdir” şəxsən özü dediyini, onun da baş üstə dediyini, Raufu da yanlarına çağırdığını, “O stollar kimindi” soruşduğunu, “Qadir əmi sənindi” dediyini, Tahirin Raufa “Sən mənim yanıma gəlsən sənə nə pul verəcəm, nə də malı verəcəm. Qadir əmi deyir ki, mal mənimdi” dediyini, Raufun “Düz deyir” dediyini, sonra o ayın on səkkizində Bakıya gedəcəyini, Qızının birinci bayramı olduğunu,Tahirə zəng edib, “Mən Bakıya gedirəm. Mümkünsə o stoldan götürdüyün puldan mənə ver” dediyini, Tahirin “Mən Türkiyədəydim. Gəlmişəm. Gedib dükana baxım. Nə qədər pul olsa verim” dediyini, yaxşı dediyini, onun dükana getdiyini, saat 2 və ya 3 olardı, zəng edib “Hələ bir şey yoxdu ancaq sənin malların buradadır. Hələ satmamışıq” dediyini, onun da “Eybi yox. Nəyə imkanın çatırsa, mənə köməklik et. Malı satıb, verərsən” dediyini, “Onda sabah versəm olar” soruşduğunu, olar dediyini, sabahı günü saat təqribən 4 və ya 5 radələrində ona zəng edib, “Mənim o stollarımın pulundan biraz verəcəkdin. Oğlan gəlib, götürüb mənə göndərsin” dediyini, onun Raufun gəldiyini və pulu Raufa verdiyini dediyini, o da “Sənə vermə dedim. Sən niyə Raufa verdin” dediyini, həmin dəqiqə də Zahid müəllimə, Babək rayonun Cinayət Axtarış Şöbəsində Babək müəllimə də zəng etdiyini, ikisinə də zəng edib “Rauf gedib mənim malımı götürür. Buna bir çarə tapın. Pul da ondadı” dediyini, onların da “Özün gələndə aydınlaşdırarıq” dediklərini, söhbətin belə qaldığını, Raufun onunla Kazımoğluna getdiyini, aksessuarlar satdığını, Cahanın altında satdığını, Gənclikdə təzə bina tikdiklərini, orada olduğunu, onun fakturalarını da məhkəməyə verdiyini, Kazım olduğunu, ancaq satan şəxsin adını və soyadını bilmədiyini, sahibini tanıdığını, “Beşik və sair nə düzəldirsənsə mənə denə alım” dediyini, baş üstə dediyini, “Bunlar lazımdı” deyə yazdığını, hamısını aldığını, lakına və boyasına kimi hər şeyini alıb Raufa verdiyini, nə qədər pul tutduğunu bilmədiyini, amma fakturlarda nə qədər pul olduğunun göstərildiyini, fakturlardan 278 manat bir, 64 manat, 70 qəpik bir, 54 manat 70 qəpik bir, 278 manat 80 qəpikdə bir ödənildiyinin göründüyünü, stolları gətirib doğratmaq üçün hamısının pulunu burada Samir və Şəkərə verdiyini, izahatında sensiyə 420 manat verdiyini qeyd etdiyini, bunun şəriyinin gəlib, “Bunu mən doğramışam. Pulunu mənə verəssən” dediyini, bunun da orada işlədiyini, nə qədər pul verəcəyini soruşduğunu, 110 manat dediyini, Raufun yoldaşının xalası oğlu olduğunu, Raufun yanında çıxardıb 110 manat verdiyini, Raufun ona heç bir iş görmədiyini, sonra gəlib mallarını oğurladığını, 200 manata Raufun satdığını, ona pul vermədiyini, Raufda qaldığını, 80 manat da boyasına verdiyini, o stolun dəyərinin 120 manat etdiyini, 120 manatdan 100 manat da Talehə borc verdiyini, 20 manat qaldığını, yəni o stolun dəyərinin 20 manat olduğunu amma ona hələ pulun gəlib çatmadığını, Tahirin “Rauf deyir ki, malı mən gətirib, sənin dükana endirmişəm” dediyini, Raufun onun yanından malı oğurlayıb ora endirdiyini, o da pulunu Raufa verdiyini dediyini, ona pulun hamısını verdiyini dediyini, sonra Raufa mart ayının 19-da deyil, aprel ayının 29-da pul verdiyinin məlum olduğunu, sən demə ikisinin bir yerdə şərik olduqlarını, 4 dənə də oğurladığı stolu Sucayyətin qardaşı Xaliqə verdiyini, polis orqanlarına müraciət etdiyini, ona “Olmaz ora get” dediklərini, müstəntiqi də daxil olmaqla hamısının onu bu tərəfə çevirdiyini, “Rəhbərlik tapşırıb ki, siz belə işlərə qarışmayın” dediklərini, onun da məcbur qalıb, Babək Rayon Məhkəməsinə verdiyini, Babək Rayon Məhkəməsinin Ali Məhkəməyə göndərdiyini, Ali Məhkəmənin də Kommersiya Məhkəməsinə göndərdiyini, “Elsəvər müəllim Raufa mən iş verirəm, işləyir” deyə Elsəvər müəllimin yanında xahiş etdiyini, Elsevər müəllimin yanına da gedəcəyini, gedib “Elsevər müəllim mən sənə hədiyyə vermişəmsə çıxardıb ortaya qoy” deyəcəyini, Raufun Nehrəmdən olan bir adama iki minə qədər borcu olduğunu, onun yanına gəldiyini, gəlib, onun hazır mallarını götürüb getmək istədiyini, o orada olmasaydı ona verəcəyini, özdə namaz qılan adam olduğunu, usta olduğunu qeyd etdi. İddiaçı 16 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında əvvəllər o Tahirlə təxmini 10 il işlədiyini, onun yerinə gəldiyini, o Tahirə “Mənim stollarım var, düzəltmişəm. Mənə kömək et. Onu sataq” dediyini, yanlarında onun yanında işləyən, bunun dostu Eminin olduğunu, “Baş üstə Qadir əmi” dediyini, bir-birləri ilə münasibətlərinin olduğunu, “Raufla göndərəcəm, gəlsin. Raufa nə pul verirsən, nə də malı verirsən” dediyini, baş üstə dediyini, Raufu da çağırdığını, qiyməti 130 manata danışdıqlarını, Raufun gəldiyini, Raufdan bu malların kimin olduğunu soruşduğunu, “Qadir əmi sənin mallarındı” dediyini, Raufa “Tahirə də demişəm. Səndə eşit. O malı ora aparandan sonra sən gedib, oradan nə pul ala bilərsən, nə də malı geri götürə bilərsən” dediyini, baş üstə dediyini, Tahirin də Raufa “Rauf eşitdin?! Gəlsəndə sənə nə pul verəcəm, nə də mal verəcəm” dediyini, sabahsı günü Raufun gəldiyini, o evdə olduğunu, gəlib oradan malları yığdığını, Raufun dediyinə görə o dediyini, Tahirə neçəsini verib, onu dəqiq bilmədiyini, Raufun “14 dənə qabaq stolu, iki dənə də jurnalnı Tahirə verdim” dediyini, dörd dənəsini də aparıb, Xaliqə verdiyini, Xaliqin də dindiriləndə gətirib stolları verdiyini qeyd etdi. Cavabdeh 16 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında izah verərək əvvəlcə oğurluq məsələsinə münasibət bildirmək istədiyini, orada oğurluq olmadığını, buna sahə müvvəkilinin də, Şəhər Polis Şöbəsinin də Allah şahidi olduğunu, onu ora çağırdıqlarını, iddiaçının dəfələrlə Daxili İşlər Nazirliyinə, X9 və Şəhər Polis Şöbəsinə getdiyini, hər birinə ayrıayrı yalanlar dediyini, birinə on bir min manat, birinə səkkiz min manat, birinə yeddi min manat borcunun olduğunu dediyini, onun Qadir müəllimə borcu olmadığını, o “Cahan” holdinqin işlərini götürdüyünü, iddiaçının onun oradan güclü qazanc əldə etdiyini eşitdiyini, onun pulu olmadığını, qohumunun ona köməklik etdiyini, birinci partiya işlədiyini, qohumunun adının Rəşadət olduğunu, yoldaşının xalaoğlusu olduğunu, hal-hazırda işləmədiyini, onunla bir yerdə sex işlətdiklərini, iddiaçı ilə tanışlıqlarının olduğunu, Əlinin onları tanış etmədiyini, özləri öz aralarında tanış olduqlarını, dostunun obyektinə gedib-gələndə tanış olduğunu, sonra iddiaçının ona “Gəl səninlə bir yerdə işləyək” dediyini, onun əlində güclü işlərin olduğunu xəbər aldığını, birinci partiyada o “Cahan” holdinqə 162000 manatlıq iş gördüyünü, nə aldatdığını, nə də bir şey etdiyini, orada tikinti materiaları satılan yerin vitrinlərinin hamısını onun yığdığını, Cahan AVM-də tikinti materialları satılan yerin hamısını onun işlədiyini, Qadir müəllimin onun əlində işi olduğunu gördüyünü, materialı da özü aldığını, materialları "xxxx" Qrup MMC-dən aldığını, "xxxx" MMCdən on-on beş minlik mal alıb işlədiyini, X10 marketin arxasındakı sexdə işlədiyini, icarəyə sex götürüb orada işlədiyini, ondan sonra Qadir müəllimin gəlib, “Gəl mənimlə işlə. Mən sənə pul buraxım” dediyini, Rəşadətin də onunla bir müddətlik işlədiyini, onun mebel işi ilə məşğul olmadığını, atasının bazarda qəssab dükanı olduğunu, qəssab Hicran dediklərini, Rəşadətin onun oğlu olduğunu, Rəşadətin “Onsuz da mən ayrılacam” dediyini, Qadir müəllimin də “Mən sənə pul buraxım. Bir yerdə işləyək” dediyini, o “Cahan” holdiqdən iş götürdüyünü, bunun da o pula gözünü dikdiyini, onun da Qadir müəllimin yanına gəldiyini, onun 3 və ya 4 dənə anbarı olduğunu, bərbad gündə olduğunu, 4 dənə anbarı hər tərəfli silib təmizlədiyini, tavana qədər yuyub dərmanladığını, ora boya vurdurduğunu, hamısının xərcini öz cibindən çəkdiyini, bir yerdə işlədiklərini, birinci partiya “600 manatlıq beşik düzəltmişəm” dediyini, O onu aparıb, Culfa rayonunda Minurə xalaya satdığını, 320 manat xeyrinin olduğunu, 600 manat verdiyini, 920 manat pul aldığını, 20 manatı öz cibinə qoyduğunu, 900 manatını gətirib Qadir müəllimin binasının qabağında özünə verdiyini, 900 manatı orada verdiyini, orada oğurluq olmadığını, onun Qadir müəllimə zəng edib, “Dəftər orada qalıb. Ölçüləri götürməliyəm. Müştəri gözləyir” dediyini, onun da “Mən kənddən gələ bilmərəm” dediyini, onda hələ ayrılmadıqlarını, bir yerdə işlədiklərini, o da qapını qırdığını, boynuna aldığını, oğurluq etmədiyini, oradan dəftərdən başqa heç nə götürmədiyini, orada kamera da olduğunu, dəftərini götürüb getdiyini, kilid almağa getdiyini, Vüsalın “Qadir müəllim desin, sonra mən kilidi verim. Qadir müəllim zəng vurub, deməyincə mən kilid verə bilmərəm” dediyini, Qadir müəllimin Vüsala zəng edib “Ver” dediyini, onun kilidi alıb, aparıb dəyişdiyini, kilidi dəyişib getdiyini, ondan sonra “Rauf gəlib, mənim yerimi qırıb oğurluq edibdi” deyə Qadir müəllimin onu Şəhər Polis Şöbəsinə şikayət etdiyini, ona şər atmağa başladığını, Elvin müəllimin Şəhər Polis Şöbəsinin rəisi olduğunu, Elvin müəllimin onu çağırdığını, o borcunun çox olduğunu, cavan olduğunu, özünə biznes qurmaq, özünə nəsə etmək istədiyini, ancaq artıra bilmədiyini, çox borca düşdüyünü, bugünkü gündə də onun iyirmi iki min manat borcu olduğunu, Babək Rayon Məhkəməsində icraya hər ay maaş kartından 500 manat tutulduğunu, mühafizə işlədiyini, hətta Qadir müəllimin verdiyi Elçinin 1000 manat borcunun da ora qeyd olunduğunu, Qadir müəllimin 1000 manat onun əvəzindən Elçinə pul verdiyini, o min manatın da iyirmi dörd min manatın içərisində olduğunu, icraya hər ay ödədiyini, yəqin ki, növbəti aylarda Qadir müəllimə də oradan pay verəcəklərini, icraya ayda 500 manat ödədiyini, onların böldüyünü, 1000 manatın icrada olduğunu, məhkəmə vaxtı burada olmadığını, Bakıda olduğunu, Bakıya getməyinə səbəbinin də bu olduğunu, amma bir balasının canı onun Qadir müəllimə borcu olmadığını, oğurluq edib dediyini, ona çox pis təsir etdiyini, o ömür boyu oğurluq etmədiyini, imkansızlıqdan gedib, kimsənin malını aparıb, sata biləcəyini amma onun ömür boyu oğurluğa əl atmadığını, onun ən xoşuma gəlməyən şey oğurluq və narkomanlıq olduğunu, Qadir müəllimin stolu dediyini, amma o necə stolları oğurladığını ki, onun Tahirə “Mən gəlməmiş pulu vermə” dediyini, o stolu oğurlamışsa aparıb onda satdığını, Qadir müəllimin Tahirə “Mən gəlməmiş vermə” necə deyə biləcəyini, oğurluq stolu gedib ona dediyini, Daxili İşlər Nazirliyində də olduqlarını, Qadir müəllimin onun adından yalandan ərizə yazdığını, Bəxtiyar müəllimin allah şahidi olduğunu, onu şahid tutduğunu, Bəxtiyar müəlllimin “Yaz görüm bura. Bu xətt Raufun xətdidi” dediyini, yazını yazdığını, Qadir müəllimin öz xətti çıxdığını, onun xətti ilə yalandan yazdığını, Qadir müəllimə ağsaqqal olduğuna görə hörmət etdiyini, onun obyekti olduğunu, kirayə verdiyini, gedib obyektdə oturub, çay içdiyini, gəlib orada ona təhqiramiz sözlər dediyini, onun ona borcu olduğunu, bəs onun anasının iş yerinə niyə getdiyini, ora elə yer olduğunu, hər dəqiqə adam girib, çıxa bilmədiyini, anasının baş qərargahda işlədiyini, ona borcu varsa sübuta yetirməsini, o da “Dövlətin qarşısında boynum qıldan incədir” deməsini, Elçinin min manat borcunun icrada olduğunu, gələcək zamanlarda onu da Qadir müəllimə ödəyəcəklərini, onların Babək Rayon Məhkəməsində işlərinin olduğunu, ona orada, icrada Qadir müəllimin şikayətini göstərdiklərini, min manat borcunu təsdiqlədiyini, min manat Qadir müəllimə borcu olduğunu, onu ödədiyini, orada icrada 1000 manat olduğunu, sonra dükanları dediyini, onların da hamısının pulunun yığılıb verildiyini, divan pulunu Qadir müəllimin verdiyini, sonra pulunu qaytarmadığını, onun Qadir müəllimə borcu olmadığını, yerdə qalan mebellər var ki “Mal götürüb, geri qaytarıb” dediyini, qaytardığını, çünki hesabladıqlarını, 42 dənə stol gördüyünü, yerdə qalanı aparıb qaytardığını, Qadir müəllimə gəlib deyəndə yaşı ilə əlaqədar olaraq çox dərinliyinə getdiyini, ona görə onun çox şeyi ondan gizlətdiyini, çünki çox incələdiyini, cavan olduğunu, onun yaşlı olduğunu, ona görə də sözlərinin tutmadığını, çox incələdiyindən ondan gizlətdiyini, amma onun da pulunun qaytarıldığını, yerdə qalan, onun haqqı olan on beş dənə stolu götürdüyünü, oğurluq etmədiyini, özü bildiyini, aparıb, verib pulunu aldığını, burada Tahirə aid də bir şey olmadığını, Tahirin də tərəfini saxlamadığını, Tahirlə nə dost, nə də qohum olduğunu, onun dükançı olduğunu, alverçi olduğunu, onun da sex işlətdiyini, aparıb, verib pulunu nağdı aldığını, yerdə qalan malların hamısını onun düzəltdiyini, gecə-gündüz, səhərə qədər, saat təqribən 4 və ya 5 qədər qalıb stolları sürtdüyünü və boyasını vurduğunu, stollarının anbarda qaldığını, bərbad gündə olduğunu, “Bunları mənə ver, satım” dediyini, Qadir müəllimin “Birini 80 manatdan sənə verirəm. Neçiyə satırsan sat” dediyini, qabaq stolları olduğunu, “Birini 80 manatdan sənə verirəm. Bunları düzəldib sat” dediyini, satıb pulunu verəcəyini, aparıb boyanması üçün verdiyini, boyasını 80 manata danışdığını, boyaya verməyə pulu olmadığını, Qadir müəllimin gəlib, mən verəcəm dediyini, onların boyandığını, Qadir müəllimin boyadan sonra bu stolların dəyərinin artdığını gördüyünü, onun əlindən stolları almağa başladığını, stolu boyatmamışdan əvvəl bir dənəsini Talehə satdığını, çünki bu stolu onun 80 manata aldığını, Talehə 200 manata satmağının normal olduğunu, 80 manat da stolun boyasına verdiyini, oradan 40 manat qazanc əldə etdiyini, stolun birini 80 manata boyadıqlarını, stollar boyandıqdan sonra Qadir müəllimin stolların gözəlləşdiyini görüb, stolları ondan aldığını, öz stolu olduğunu, onsuz pulunu vermədiyini, yataqlar olduğunu, “Samir doğrayıbdı” dediyini, indi bilmədiyini, çoxdandı burada olmadığını, ona görə məhkəmələrdə də ola bilmədiyini, Bakı şəhərində olduğunu, işləməyə getdiyini, o stolların hamısının Qadir müəllimin anbarında olduğunu, anbarda fabın yanında olduğunu, satıb, ya satmadığını indi bilmədiyini, onun oradan 15 dənə stol öz haqqını götürdüyünü, belə hesablayanda Qadir müəllimin ona 2000 və ya 3000 manat borcu olduğunu, çünki onun 4 dənə anbarında əziyyət çəkdiyini, ora günlərini sərf etdiyini, orada fəhləlik edəcəyinə gedib, mebelini yığıb satacağını, o heç vaxt oğurluq etmədiyini, o oğru olmadığını, Qadir müəllimin pulunu alıb, gecikdirib verməyə biləcəyini, qəbul etdiyini, amma oğurluq etmədiyini, Qadir müəllimin yaşlılığından və vəzifəli dostlarından istifadə etdiyini, Qadir müəllimin vəzifəli dostunun Şəhər Prokuroru Elsevər müəllim olduğunu, hədiyyə alıb gedib onun otağında oturduğunu, o bunun çox üstünə düşmədiyini, çünki onun borcunun çox olduğunu, başını aşağı salıb, mühafizəçi işlədiyini, bahalı hədiyyələr alaraq onun otağında oturub onu ora çağırıb ona təhqiramiz sözlər dediklərini, Şəhər Prokuroru olduğunu, o ona şər atmadığını, şikayət etmədiyini, qorxduğunu, heç kimi olmadığını, 24000 manat borcu olduğunu onu da hər ay beş yüz manat ödədiyini, bu yaxınlarda maaşlarının da artacağını dediklərini, anasıyla qaldığını, anasının da işlədiyini, yaxşı maaş aldığını, dolandıqlarını, qardaşının da restoran işlətdiyini, “Kapital secrutiy” şirkətində mühafizəçi işlədiyini, Naxçıvana təzə gəldiyini, Holdinqin tərkibində olduğunu, bir aydı açıldığını, onun qardaşı, anası və atasının da işlədiyini, qardaşının və anasının da ona köməklik etdiyini, onun Şəkərabad kəndində evdə lazımsız əşyalarının olduğunu onları satıb, aparıb borcun verdiyini, icra orqanı 500 manat pulu ondan 1000 manata görə almadığını, onun ümumi borcunun 24000 manat olduğunu, bəzi iş gördüyü adamlar olduğunu amma işin alınmadığını, borc götürdüyü adamlar olduğunu, burada Naxçıvan şəhərində olmadığını, borca düşdüyünü, körpə uşağı olduğunu, Bakıda yaxşı iş tapıb, işləyərək camaatın pulunu verməsi üçün qorxudan qaçıb Bakıya getdiyini, məhkəmə qətnaməsinin olduğunu, imkanının olmadığını, pulu ödəyə bilmədiyini, işin icraya getdiyini, hər ay icraya pul ödədiyini, pulu icraya apardığını, orada vətəndaşları çağırdıqlarını, Ordubadın İcra Şöbəsinə 3 gün bundan əvvəl 2500 manat aparıb verdiyini, vətəndaşa borcu olduğunu, aparıb verdiyini, vətəndaşın özünə verdiyini, prokrorun qarşısında verdiyini, hələ videosunun da olduğunu, “Video çək ki, pul verildi” dediklərini, şəxsin izahatını da geri götürdüyünü, Babək Rayon Məhkəməsinin İcra Şöbəsinə olan 24000 manat borcun 900 manatını o gün aparıb verdiyini, kimə borcu varsa borcum var deyə boynuna aldığını, bir səhv etdiyini, indi ödədiyini, bir dənə bahalı hədiyyə aldığını, Elsəvər müəllimin yanına apardığını özünün dediyini, sonra Zahid müəllimi X7 müavini verəndə bahalı hədiyyə alıb, apardığını deyib ya demədiyini, o özündən demədiyini, nədirsə onu dediyini, tək o olmadığını, Qadir müəllimin kimlə şərik işləyibdirsə, Muxtarla, Sarvanla axırının bu yerə gəlib çıxdığını, Qadir müəllimin boş adam olduğunu, bütün günü idarə-idarə gəzdiyini, bu halların hamısının əsaslı çıxacağını, o da sübuta yetirəcəyini, o oğurluq etmədiyini, Qadir müəllimə də borcu olmadığını, hamının borcu olduğunu, onun kiməsə borcu ola biləcəyini, Qadir müəllimin işi ilə məşğul olmasını, ona olan borcunun üstündə durmasını qeyd etmişdir. Həmçinin sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, “5 dənə stoldan 11 dənəsini Tahirə vermişdim, 4 dənə ona vermişdim. Pulumu vermədi. Cahan Ticarət Mərkəzində ikinci mərtəbədə mebel salonu var”. Şahid15 16 mart 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində Raufun ona dükanda zəng vurduğunu, yəqin ki, təqribən bir il olduğunu, zəng vurub, “Mənim stolum var” dediyini, Raufdan neçə dənə stolu olduğunu soruşduğunu, “Çoxdu. 4 dənəsini verə bilərəm” dediyini, gətir dediyini, stolları dükanına gətirdiyini, 4 dənə stoldan birinin pulunu nağdı ödədiyini, 120 və ya 130 manat olduğunu, səhv etmirsə 130 manat olduğunu, stollardan birinin pulunu ödədiyini, lakin üç dənə stolun pulunun qaldığını, üstündən bir müddət keçdikdən sonra qardaşı oğlu Elvinlə Qadir müəllimin ona zəng vurub, “Rauf sənə bir belə stol verib” dediyini, “Bəli, 4 dənə stol verib” dediyini, Qadir müəllimin stolların onun olduğunu dediyini, “Qadir müəllim stollar sənin olsa da stolları mənə Rauf verib” dediyini, Qadir müəllimin də ona “Stolları ona qaytaranda və ya pulunu verəndə mənə xəbər edərsən”. dediyini, problem yoxdu dediyini, üstündən iki və ya üç ay keçdiyini, Raufun dükanına gəlib, “Mənim ya pulumu ver, ya da stollarımı ver” dediyini, o da həmin dəqiqə qardaşı oğlu Elvinə zəng vurub, “Qadir müəllimə de ki, Rauf gəlib pulunu alır. Ya pulunu istəyir ya da stolunu istəyir. Mən də stolları qaytarıram” dediyini, stollardan birinin pulunu verdiyini, üç stolun pulunun qaldığını, həmin məqamda Raufun “Stolları sənə kim verdi” sualını verdiyini, o da sən dediyini, Raufun “Stolları Qadir müəllim sənə verib”. Dedim yox. Dedi ki, “Ya mənim stolumu ver ya da pulumu ver” dediyini, stolların 3 dənəsini qaytarıb, özünə verdiyini, stolları götürüb, apardığını kiməsə verdiyini, bilmədiyini, sonra Qadir müəllimin gəlib, “Bu stollar mənim stollarımdı”. dediyini, “Qadir müəllim bu stollar sənin olsa belə mənə Rauf verib. Mən Raufu tanıyıram. O maşına qoyub. O gətirib, verib” dediyini, stolları verəndən 20 gün sonra Qadir müəllimin Elvinlə zəng vurub, “Bu stollar mənimdi. Məmin yerimdən gəlib” dediyini, onda Raufla bir yerdə işlədiklərini, “Sənin də olsa başqasının da olsa bunu mənə Rauf verib. Mən də ona qaytarıb, verdim” dediyini, Qadir müəllimə zəng vuranda Raufun onun yanında olduğunu, Raufun ondan “Stolları Qadir müəllimə qaytarıb versən və sabah mən gəlib səndən pulu alsam, Qadir müəllim sənə qaytarıb, pulu verəcək” soruşduğunu, yox dediyini, “Stolları mən vermişəm və mənimdi. Ya stolları qaytar ya da pulunu ver” dediyini, O da stolları verdiyini, sonra Qadir müəllimin dükanına gəldiyini, O da “Qadir müəllim stolları mənə Rauf verib. Sən mənə on dəfə də desən, 20 dəfə də desən stolları mənə Rauf verib. Mən onu tanıyıram. Nə probleminiz varsa öz aranızdadı” dediyini, nə olubsa onu dediyini, stolların Qadiri müəllimin olması barədə məlumatım olmadığını, Qadir sonradan ona dediyini, Qadir müəllimin stolların ona aid olması barədə ona sübut təqdim etmədiyini, onun sözünə inandığını qeyd etmişdir. Şahid6 16 mart 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində Raufa iki dəst divan-kreslo verdiyini, dükandan çıxardıb, maşına yüklədiyini, bağlamadığını gördüyünü, Ordubada aparacağını dediyini, onun ondan şüphələndiyini, Raufun onları Qadirin yanındakı sexinə apardığını dediyini, sonra ayrı maşına yükləyib Ordubada aparacağını, arxadan baxdığını, Qadirin yerinə dönmədiyini gördüyünü, onun dükanının əlli yeddi bazarındakı körpünün yanında olduğunu, şüphələndiyini, taksiyə minib, onun arxasınca getdiyini, şadlıq evinin yanında malı yerə boşaltığını gördüyünü, orada maraqlandığını, Raufun yalançı olduğunu gördüyünü, yalan danışdığını, Raufa “Ya nağdı pulunu ver, ya da malları geriyə qaytarıram” dediyini, Raufun “Sən tələsmə bu dəqiqə deyirəm sənə nağdı pul gəlir” dediyini, gözlədiyini, Qadirə zəng etdiyini, Qadirin “Yox. Mən zamin durmuram” dediyini, “Qadir mən sizi məcbur etmirəm ki, Rauf səni deyir. Mən də səni tanıyıram. Ona görə qəbul etdim. Eybi yoxdu” dediyini, sonra kənara çəkildiyini, 15-20 dəqiqə söhbət etdiyini, gəlib “Bax gör, Qadir müəllim nə deyir” dediyini, Qadirin “Raufla sizin danışığınız necə oldu” deyə soruşduğunu, ondan beş gün vaxt istədiyini dediyini, Qadirin “Mənim xətrimə iki gündə artıq vaxt ver” dediyini, “Yaxşı. İki gün də artıq vaxt verirəm. Amma Qadir mən səni tanıyıram” dediyini, sabahısı günü guya ona 500 manat verəcəyini, nə qədər zəng etdiyini amma telefonunu açmadığını, Qadirə zəng vurub, “Rauf indidən telefonu açmır. Raufla maraqlan” dediyini, sonra Raufun gətirib ona 500 manat verdiyini, olanı danışdığını, nə Qadirin onun qohumu olduğunu, nə də Raufun qohumu olduğunu, Qadirin də orada Raufa öyüd-nəsihət verməyə başladığını, orada onun bir şey xoşuna gəlmədiyini, Qadirin onu çox müdafiə etdiyini, “Onun haqqında kim pis danışıb sənə elə” dediyini, aralarında belə narazılığın olduğunu, o da “Mənə bir nəfər deyib” dediyini, əslində ona heç kəsin elə demədiyini, özünün şüphələndiyini, onun arxasınca gedib tutduğunu, malı Qadirin yerinə deyil, aparıb ora boşaltdığını, 7 gün olduğunu, 10 gün olduğunu, vermədiyini, Qadirə zəng etdiyini, yenə olmadığını, bir ay olduğunu, axırda “Qadir mən ələ salınacaq adam deyiləm. Mənim pulumu çatdırın. Mənim imkanım da yoxdu ki, onun yerinə bir ayrısını alıb qoyam ki, mən işimi işləyim” dediyini, telefonda Qadirlə aralarında belə mübahisə olduğunu, Qadirə “Axşamçağı saat beşə qədər sənə vaxt verirəm. Pulu çatdır. Əgər pul çatmasa sonra məndən incimə. Üz-üzə gələndə sonra demə ki belədi” dediyini, Qadirin “Saat 5-də sənin pulun çatacaq” dediyini, sonra özünün ona zəng etdiyini, Raufun yanında iki və ya üç nəfər cavan uşaqla gəlib onun 1500 manat pulunu verdiyini, 100 manat pulunu kəsdiyini, 2100 manatın 500 manatını verdiklərini, 1600 manatın qaldığını, 1500 manat verdiyini, 100 manatını verməmək istədiyini, pulu vermək istəmədiyini gördüyünü, o da “Mən səni tanımıram. Mən Qadiri tanıyıram” dediyini, Qadirə zəng edib, “Qadir Rauf yenə 100 manat pulumu kəsir”. dediyini, Qadirin “Şücaətgilin dükanına get” dediyini, o uşaqların bunun dükanında kirayə işlədiyini, “Şücaətin qardaşı, Xaliq xəstədi. Şücaət onu Türkiyəyə aparıb” dediyini, Qadirin “Get. Satıcı oğlu oradadır. Ona de mənə zəng etsin” dediyini, gedib ona dediyini, Qadirin “Kirayə pulundan 100 manat Nüsrətə ver” dediyini, Qadirin sözü ilə 100 manat da onlardan aldığını, onun pulunun tamamlandığını, 500 manatı ona Raufun verdiyini, 500 manatı Raufun ona Qadirin yanında verdiyini, 500 manatı gətirib Qadirlə Raufun bir yerdə ona verdiklərini, amma 1500 manatı gətirəndə o uşaqlarla gətirdiyini, Qadirin orada olmadığını, Raufun ona verməyə pulunun olmadığını, pulu ona versin deyə Qadirin Raufa verdiyini qeyd etmişdir. Şahid7 16 mart 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində səhv etmirsə keçən il qış ayı olduğunu, mebel sexinə material gəldiyini, səhv etmirsə 7 və ya 8 dənə deyesbe olduğunu, onları kəsdiyini, onların pulunu İddiaçı verdiyini, onun işinin mebel işi olduğunu, usta olduğunu, kim gətirib taxta verib “Bunu kəs. Al üç-beş manatı” deyirsə onu kəsib verdiyini, kəsib doğradığını, haqqını da aldığını, Cavabdehla əlaqəli iş görmədiyini, aparatda işlədiyini, usta kimi işlədiyini, materialı kəsib yığdığını, materialın deyesbe olduğunu, deyesbenin krem rəngində olduğunu, yataq düzəltmədiyini, sadəcə olaraq materialı kəsib verdiyini, yatağı kimin düzəltdiyini bilmədiyini, materialı kəsib doğramağa 40 manat pul aldığını, ölçülərin bəzilərinin standart olduğunu, bəzilərini şəxsin özünün verdiyini, ölçülərin bir doxsanın doxsana olduğunu, 8 dənə list doğradığını amma ondan neçə dənə yataq çıxdığını bilmədiyini, əgər təxmini hesablasa 8 dənə listdən neçə dənə yataq çıxdığını deyə biləcəyini, 8 dənə listi doğramağa 40 manat pul aldığını qeyd etmişdir. Şahid1 16 mart 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində o orada sexdə işlədiyini, başqa da heç nə bilmədiyini, taxta gətirdiklərini, kəsdiyini, Qadir müəllimin özü pulunu verdiyini, Qadir müəlimin yerində mebel sexində işlədiyini, Eminin yanında işlədiyini, Şəkərlə bir yerdə işlədiyini, 6 dənə list doğradıqlarını, onların pulunu İddiaçı verdiyini, Qadir müəllimin özü olmasa da başqa bir adam da gəlsə, pulunu verdiyini, onların da listi doğradıqlarını, listdən nə doğradıqlarını bilmədiyini, öçüləri onlar verdiyini, onların da kəsdiklərini, o doğradığının 6 dənə list olduğunu, listi ayrı doğradığını, Şəkərlə bir yerdə işlədiklərini ancaq ayrı-ayrı işlədiklərini, Şəkərə verilən listdən məlumatı olmadığını, listin birini beş manatdan doğradıqlarını, 6 dənə listə 30 manat aldığını qeyd etmişdir. Şahid8 16 mart 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində Qadir müəllimin yerində neçə ildi işlədiyini, öz aralarında olan münaqişələrinə görə elə öz aralarında da barışdıqlarını, dövlət qurumlarına müraciət etmədiklərini, Naxçıvan şəhərində güzgü işinə baxdığını, mebel sexlərinə güzgü satdığını, Qadir müəlimin pisliyini görmədiyini, Raufu da ora gətirdiyini, Raufun da dələduz olduğunu sonradan bildiklərini, evində uşağı olduğunu, bir evi başsız qoymaq istəmədiyini, Qadir müəllimin özünün də “Pulumu versin. Mən onu tutdurmuram” dediyini, Qadir müəllimin orada çox adama hörmət etdiyini, Qadir müəllimlə onun min manat haqq-hesabı olduğunu, onun ehtiyacı olduğunu, maşın alacağını, pulunun görmədiyini, Qadir müəllimə “Mənə pul lazımdı” dediyini, Qadir müəllimin “Get, bu yerdən min manat götür” dediyini, gedib pulu götürdüyünü, iki ay keçməmiş Qadir müəllimin gecə ona zəng vurub “Raufun anası bura gəlib” dediyini, Raufun da ona borcu olduğunu, o Raufa bir maşın şüşə verdiyini, İrandan ona mal gəldiyini, tır olduğunu, sexin qabağında onun bir tır şüşələri olduğunu, Raufa mal verdiyini, min manat ona borcu olduğunu, Raufu “Mənim pulumu ver. Mən iranlıya pul ödəməliyəm” deyə qısnadığını, Qadir müəllimə də min manat verəcəyini, Raufu qısnadığını, onun hesabını verməyini dediyini, bir neçə ay fırlatdığını, sonra Raufun gecə ona zəng vurub “Mən gecə anamla Qadir müəllimgilə getdim. Min manatı Qadir müəllim deyir ki, Elçinə de ki, eybi yox, istəmirəm. Hesabı elə bağla” dediyini, ona elə dediyini, Qadir müəllimlə elə bir şey olduğunu, Ondan sonra Raufdan o pulu almadığını, ondan sonra Qadir müəllimi şirin dillə razılığa gətirərək 3000 manat ona, 2000 manat buna alıb verdiyini, ona gəlib dediyini, bir iki-üç dənə ətrafı olduğunu, hətta Qadir müəllimi necə başdan çıxartmışdılarsa, onu sexdən çıxartmaq istədiklərini, orada neçə ildi öz zəhmətinə işlədiyini, Qadir müəllimi şirin dillə razılığa gətirdiklərini, oranı başqa bir yer etsinlər deyə onu sexdən də çıxartmaq istədiklərini, Qadir müəllimə “Vallah Rauf sənə atacaqdı” dediyini, Hamıya “Yox, bu qəşəng uşaqdı. Mərifətli oğlandı. Qanacaqlıdı” dediyini, “Mən Raufu maraqlanmışam” dediyini, özünün 4 il yarım cinayət axtarışda işlədiyini, əməliyyat işində olduğunu, hamını da qəşəng tanıdığını, 5 dəqiqəyə dindirəcəyini, nə lazımdı onu alacağını, Naxçıvan şəhər Polis İdarəsində kiçik inspektor olduğunu, zabitdən güclü əməliyyatları olduğunu, qəşəng məlumatları olduğunu, dövləti üçün işlədiyini, kiməsə baiskar olmadığını, indi işdən çıxdığını, hamının yanında hörməti olduğunu, Qadir müəllimə dediyini, Qadir müəllimin “Sən bilmirsən. O uşaq qəsəng uşaqdı. Tərbiyəlidi” dediyini, “Mən o uşağın bütün hər şeyini bilirəm” dediyini, yox dediyini, özün bilərsən dediyini, onun üstündə hələ savaşdıqlarını, İmkan olsa Raufun boynuna almasını, alıb-almadığını bilmədiyini, Raufun Qadir müəllimə borcunun on üç min manat və ya on üç min manatdan çox olduğunu, Raufun o pulları onun yanında almadığını, Raufun özünün də gəlib ona “Qadir müəllimdən aldım. Bu şeyi aldım. Qadir müəllimdən 2000 manat aldım. Gedib Dekordan mal aldım” dediyini, yanında da bir dəfə olduğunu, Qadir müəllimin çıxardıb, Raufa pul verdiyini, Raufun da alıb, qaçdığını, 300 və ya 400 manat olduğunu, bir onu gördüyünü, qalan pulları görmədiyini, ancaq Qadir müəllimi zamin qoyub, kilid və divank-kreslo götürdüyünü bildiyini, bir dəfə də deyəsən divan-kreslo vurub gətirdiklərini, kimləsə gedib zamin duraraq, divan-kreslo aldıqlarını, deyesən elə bir şey olduğunu, başqa nəsə bilmədiyini, ancaq o, Raufa da kömək edilməsini istədiyini, tutulmaq şərti ilə demədiyini, hamının ailəsi, uşağı olduğunu, tutulmasına yazığı gəldiyini, evdə uşağı olduğunu, Raufun əclaf uşaq olduğunu, əqidəsiz insan olduğunu, ancaq evdə körpə qızının olduğunu, imkan olsa Qadir müəllimin də köməklik etməsini, aylıq ödəməyə razı olmasını, 100 manat və ya 300 manat belə Raufun ona pul verməsini, Raufun Qadir müəllimə on üç min manat borcu olduğunu, Raufun Qadir müəllimə on üç min manat borcu olmasını eşitdiyini qeyd etmişdir. Şahid9 16 mart 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində Qadir müəllimlə Raufun ikisi bir yerdə onun yanına gəldiklərini, o Banu marketin arxasında sensi xidməti göstərdiyini, gəlib ona “Bayramqabağıdı. Bizə masa kəsilməlidi. Rauf sənə mədəfə gətirib verəcək. Sən də sensi vurarsan. Pulunu verib götürəcəyik” dediklərini, 42 dənə ona masa gətirib verdiklərini, o da işləyib qurtardığını, Raufun gəlib götürmək istədiyini, o da “Yox. Qadir müəlim deyib ki, gəlib pulunu verəcəm ondan sonra. Gəlsin, pulunu versin ondan sonra götürün” dediyini, çünki o Raufu tanıdığını, biraz dələduz adam olduğunu, ona görə o ona vermədiyini, Qadir müəllimin gəlib pulunu verdiyini, Qadir müəllimdən pulu aldığını, yəni Qadir müəllim pulu vermədən ona malı təhvil vermədiyini, çünki malı ona əmanət etdiyini, o da pulunu aldığını, “Rauf gəl götür” dediyini, Qadir müəllimin Raufa əmanət etdiyini, Raufun gəlib, götürdüyünü, yan sexdə işləməyə başladıqlarını, boyadılarsa və ya hara apardılarsa artıq o malı təhvil verəndən sonra onu maraqlandırmadığını, sensinin naxış olduğunu, masanın üstünü kəsib naxış saldıqlarını, Qadirin 42 dənə masanın pulunu verdiyini, birini on manatdan işlədiklərini, 42 dənə masaya görə 420 manat pul verdiyini, komputerdə cızdığını, aparatının olduğunu, üstünü naxışladığını, kənarlarını filizlədiyini, üstünə naxış saldığını, dörd bucaq şəklində gətirdiklərini, kəsilmiş halda da gətirdiklərini, bütöv də gətirdiklərini, amma bunların kəsib gətirdiklərini, 42 dənə parçada olduğunu, naxışladığını, kənarlarını kəsdiyini, Qadir müəllimin gəlib, pulunu verdiyini, Raufun da götürüb, apardığını, onların haqq-hesablarının bu olduğunu qeyd etmişdir. Şahid14 16 mart 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində təqribən ildən artıq olduğunu, Naxçıvanda bütün mebelçilərlə iş gördüklərini, ona görə vaxtların dəqiq yadında olmadığını, bir ildən artıq olar ki, Qadir müəllimlə Raufun onlardan material aldığını, bir yerdə gəldiklərini, sonra eşiyə çıxdıqlarını, üstündən 15 dəqiqə keçdiyini, Raufun tək qayıdıb gəldiyini, materialdan nə qədərsə məbləğ qaytardığını, təxminən 1000 manat qaytardığını, üstündən çox müddət keçdiyindən onun 900 manat, 1000 manat və ya 1500 manat olduğunu dəqiq deyə bilməyəcəyini, amma 2200 manat tutduğu yadında olduğunu, Raufun 2200 manatlıq materialdan ***-**** manat aralığında dəyəri olan material qaytardığını, pulu Raufun alıb, getdiyini, Qadirin Raufun yanında olmadığını, Raufun çıxıb, getdiyini, ondan sonrasını bilmədiyini, pulu Qadir müəllimə qaytarıb və ya qaytarmadığını bilmədiyini, Qadir müəllimi birinci dəfə orada gördüyünü, ondan iki-üç dəfə sonra onlardan mal alıb ya almadıqlarını, birinci yox, ikinci və üçüncü dəfə gəlib mal aldığını, həmişə onlara o pulu Qadir müəllimin ödədiyini, üç dənə fakturanı onlara Qadir müəllimin ödədiyini, üç dənə fakturanı Raufun ödəmədiyini, ***-**** manat aralığında pulu ondan Raufun aldığını, dəqiq məbləğ deyə bilməyəcəyini, 1000 manat olduğunu, 900 manat olduğunu yoxsa 1135 manat olduğunu deyə bilməyəcəyini, çünki üstündən xeyli vaxt keçdiyini qeyd etmişdir. Şahid5 16 mart 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində Qadir müəllimin ona 8 dənə stul verdiyini, stulları ona təmir etsin deyə verdiyini, o stulları təmir etdiyini, Raufun gəlib “Həmin stulları Qadir müəlim ver deyir” dediyini, sonra Qadir müəllimə dediyini, Qadir müəllimin “Mən stulları götürməsini deməmişəm” dediyini, yəni oğurladığını, aldadıb götürdüyünü, ondan əlavə də onun özünə də divan-kreslo atdığını, divanı da ona atdığını, “İki günə pulunu verəcəm” dediyini, bir ildi onun da pulunu vermədiyini, 1800 manat da ona borcu olduğunu, Qadir müəllimin ürəyinin saf olduğunu, inandığını, bu şeylərin hamısının Qadir müəllimin başına urəyi saflığından gəldiyini, yəni uşaqdı, “Gəlib, o da bir tikə çörək yesin” dediyini o bunların şahidi olduğunu, Qadir müəllimin başına nə gəlirsə, insanlığından, ürəyinin yumuşaqlığından gəldiyini, “Yəni işləyib, qabağa getsin. Uşağını saxlasın. Çörəyini qazansın. Ailəsini dolandırsın” dediyini, o Qadir müəllimi qırx ildi tanıdığını, bu məqsədilə dəstək olduğunu bildiyini, Qadir müəllimin adını dediyini, istəyir dediyini, problem yoxdu dediyini, Qadir müəllimə Raufun stulları gəlib apardığını dediyini, onun da “Məndən icazəsiz edibdi” dediyini, stulun birinin dəyərinin 15-20 manat arası olduğunu, stulların dəyərinin cəmi 120 manat olduğunu, köhnə stullar olduğunu, təmir olunacağını, usta olduğunu, işlədiyini amma artıq ondan sonra işi bağladığını, Raufun Qadirə nə qədər borcu olduğunu bilmədiyini, on mindən yuxarı olduğunu bildiyini, Raufun Qadirə on min manatdan yuxarı borcu olmasını eşitdiyini, onun yanında haqqhesab olmadığını qeyd etmişdir. Şahid10 16 mart 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində Qadir müəllimlə Rauf arasında olan münasibətlərdən onun bildiyinin material alıb-verdikləri olduğunu, bir yerdə işlədiklərini, çox dəqiqliyi ilə bilmədiyini, dəqiq bildiyinin bir yerdə işləməkləri olduğunu, bir gün bir yerdə işlədiklərini, sabah pozuluşduqlarını, qıraqdan eşitdikləri olduğunu, o onların yanında olmadığını, dəqiq nə olduğunu bilmədiyini, heç biri barədə məlumatı olmadığını, Raufun gətirib ona 10 dənə qabaq stolu, bir dənə də jurnalnı verdiyini, “Bu mal kimindi” soruşduğunu, “Bu mal mənimdi” dediyini, vaxtı-vaxtında gəlib pulunu götürüb, onun da hesabını bağladığını, Qadir müəllimin onu Şəhər Məhkəməsinə verdiyini, orada qaydasına qoyduqlarını, ona aid bir şey çıxmadığını, sonra apellyasiya məhkəməsinə verdiyini, sonra ora getdiyini, orada üç dənə hakim iştirak etdiyini, ona aid problem olmadığını, o malı almışam dediyini, pulu da verdiyini, Raufun elə bir adam olduğunu, hərdən bir adamla işlədiyini, ondan sonra ondan divan da aldığını, onun divanı olduğunu, o malın kimin olduğunu bilmədiyini, onun divanı olsa da mənimdi dediyini, adam da “Mənim deyil, onundu” dediyini, adamın öz şəxsi malı kimi gətirib malını ona satdığını, Raufun ona 10 dənə stol, bir dənə jurnalnı verdiyini, onlara görə 1360 manat ödədiyini, onun da hamısını ödədiyini, 4 martda 100 manat, 10 martda 300 manat, 17 martda 350 manat, 23 martda 200 manat, 29 martda 200 manat, 03 apreldə 210 manat ödədiyini, stolun birinə 130 manat ödədiyini, stola 1300 manat, junalnıya 60 manat ödədiyini, 1360 manatın hamısını Raufa ödədiyini, onların Qadir müəllimin olduğunu bilmədiyini, bilsəydi Qadir müəllimin özünə deyəcəyini, Qadir müəllim o malların onun olduğunu üstündən nə qədər keçdikdən sonra dediyini, onların pulunu verdiyini dediyini, sonra “Onda al mənə ver” dediyini, o da “Raufu mənim yanıma gətir. Rauf gəlib, mənə desin ki, Bu mənim deyil, Qadir müəllimə ver”dediyini, o da “Artıq sən dur qıraqda” deyəcəyini, Raufun bu dəqiqə “Sənə kim mal verib?! Sənə mən mal vermişəm. Mənim də pulumu ver” dediyini, onun qabağında başqa adama pul verə bilməyəcəyini, Raufa 1360 manat pul verdiyini, Raufun özünü də onların məhkəmələrinə çağırdıqlarını, özünün də şahid olduğunu, Raufun “Mal mənim olub. Mən də pulumu almışam. Heç kimdən mal götürməmişəm. Mənim şəxsi malımdı” dediyini, özünün də bildiyini, “Mənim şəxsi malımdı” dediyini, ona borcu olduğunu dediyini, necə olduğunu bilmədiyini, “O mal mənimdi” dediyini, bu barədə hakim Gülnar Səfəraliyevanın icraatında Naxçıvan Şəhər Məhkəməsində iş olduğunu, apellyasiya məhkəməsində də üç hakimin baxdığını, Mehman müəllimin və Yusifəli müəllimin baxdığını, digər hakimin adını bilmədiyini, apellyasiya məhkəməsində etiraz etdiyini, onun vaxtının olmadığını, hər dəqiqə ora-bura verdiyini, o bu gün Türkiyə getməli olduğunu, amma burada olduğunu, Qadir müəllimin stol və ya başqa heç nə demədiyini, ona Raufun “Mənim stollarım olacaq” dediyini, neçəyə verdiyini soruşduğunu, 140 manata verəcəyini dediyini, o da “Neyləyirəm. Mən bu stolları onsuz 130 manata götürürəm” dediyini, Raufun “Yaxşı. 130 manata verirəm” dediyini, təzə stollar olduğunu, köhnə mal olmadığını, onların orada sexin qabağında durduqlarını, bunun da orda sexdə işlədiyini, Qadir müəllimin çağırıb “Stol verəcəklər. Onun pulunu ver mənə” dediyini, “Yaxşı sənin malını gətirəndə verərəm” dediyini, o stolları ona Raufun gətirdiyini, Qadir müəllimin ona qarşı qaldırdığı iddiada ona 17 dənə stol dediyini, neçə dənə də jurnalnı dediyini, indi yadından çıxdığını, necə indi 10 dənə olduğunu, onun yanında işlədiyini, Nehrəmli olduğunu, Muxtar Abbasov olduğunu, Qazel onun adına olduğunu, Stoları o təhvil götürdüyünü, Qadir müəllimin “Mənim yerimdən oğrayıb, aparıb” dediyini, O birisi 4 dənəni maşın gətirdiyini, “Hansı maşın gətirib”?! dediyini, adamın gəlib onun yanında ona verdiyini deməsini, yoxsa bəlkə onun yadından çıxdığını, ona stol gəlmədiyi halda 7 dənə stolu onun üstünə yüklədiyini, o biri məhkəmələrdə ərizədə elə yazdığını, o da 10 dənə stolu götürdüyünü, həmin günün sabahı olmadığını, ondan bəlkə 10 və ya 15 gün keçdiyini, o dəftərə yazdığını, bir dənə tarix deməsini, o yazdığını, dəftəri dəyişə bilməyəcəyini, əgər mal onundursa, o yazırsa, onun niyə yazmadığını, ona zəng gəlmədiyini, bəs necə olur ki, bir gün sonra onun Raufa pul verdiyini, Raufun 850 manat ona borcu olduğunu, doxsan səkkiz min manat dükandan Qadir müəllimə pul verdiyini, tək dükanın kirayəsini dediyini, oturduqları yerdə saat birin yarısı Sərdar müəllimin gəldiyini, obyekti söküb başlarına tökdüklərini, mallarını çıxarda bilmədiklərini, o “Qadir müəllim obyekti söküb başımıza tökdülər. Sənə 1000 manat borcumuz var. Onu da sil” dediyini, “Yox, mənim üç milyonluq obyektim gedib” dediyini, “Yaxşı, 500 manatı sənin, 500 manatı mənim” dediyini, 500 manatını o verdiyini, keçən dəfə “Muxtar deyir ki, hamsını mən vermişəm” dediyini Muxtara zəng vurduğunu, “Yalan deyir” dediyini, 500 manatı verdiyini, 500 manatdan əlavə ayda 250 manat da anbara verdiklərini, o qədər pulun qabağında 500 manata görə Muxtarı İnzibati Məhkəməyə verdiyini, aya 125 manat böldüklərini qeyd etmişdir. Şahid16 29 mart 2023-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində tərəflər arasında olan münasibətləri, ticarətləri nə dərəcədə olubsa, onun ondan xəbəri olmadığını, çünki özlərinin danışdığını, onun sadəcə olaraq gördüyünü deyə biləcəyini, o işə gedib-gəldiyi müddətdə dəfələrlə mağazanın qabağında, Raufla Qadir müəllimin bir arada danışdıqlarını, yəni söhbət etdiklərini gördüyünü, söhbətlərinin məğzini bilmədiyini, Qadir müəllimi, Raufu və birdə iki-üç dənə adamı mağazanın qabağında, yolun kənarında gördüyünü, işə gedib-gələndə salam verib keçdiyini, başqa heç nə görmədiyini, ticarətləri və işləri ilə bağlı, onunla onun necə danışması ilə bağlı bir məlumatı olmadığını, bir də eşitdiyini deyə biləcəyini, özünün heç nəyə şahid olmadığını, mövzunun nə ilə bağlı olduğunu bilmədiyini, səhər gələndə Qadir müəllimlə danışdıqlarını, bura bir yerdə gəldiklərini, “Məni çağırıblar. Gedim, görüm nə məsələdi” dediyini, Qadir müəllimin “Rauf gəlib səndən oradan pul götürüb” dediyini, “Bəli, bir neçə dəfə” dediyini, onların orada işlədiklərini, Qadir müəllimə kirayə pulu verdiklərini, Qadir müəllimə kirayə pulunu bütöv şəkildə vermədiklərini, hissə-hissə ödədiklərini, bir də Qadir müəllimin pulunun onlarda olduğunu, məsələn: 200 manat, 500 manat və ya 1000 manat olduğunu, Raufun onların mağazasına gəlib “Qadir müəllim göndərib” dediyini, get oradan məsələn: 300 və ya 500 manat pul götür dediyini, bir dəfə deyil, bir neçə dəfə belə olduğunu, həmin vaxtı Qadir müəllimə zəng vurub dediyini, Qadir müəllimlə Raufun işbirliyinin, münasibətinin olduğunu bildiyini, amma bunların işbirliyində onun iştirak etmədiyini, onsuz da Qadir müəllimin pulunun onda olduğunu, ayın axırı ona pulunu verəcəyini, Qadir müəllimə Raufun gəlib pul istədiyini dediyini, Qadir müəllimin ona məsələn: “300 manat, 500 manat ver” dediyini, onların onu bir balaca listə qeyd etdiklərini, ayın sonunda onu atdığını, ağlında qalan və konkret bir yerə yazdığı nəsə olsa verib ayın bu tarixində, bu qədər pul vermişəm deyəcəyini, onların Qadir müəllimin yanından 5 və ya 6 ay olar ki çıxdıqlarını, özlərinə yer tikdiklərini, ona görə oradan çıxanda da Qadir müəllimlə halallaşdığını, sıfırlaşdığını, hər şeylərini yerbəyer etdiklərini, kağıza yazdıqları ilə bağlı da artıq hesablarının bitdiyini, yoxsa yazıb qeyd etdiyini, Qadir müəllimin təkcə Raufa deyil, başqa adamlara da pul verməyi dediyini, birdən Qadir müəllim Bakıda olduğunu, onda onlarda onun pulu olduğuna görə məsələn “Elçin gəlir. Ona 100 manat ver” dediyini, onda “Elçinə 100 manat verdim” yazdığını, ayın sonu olanda da Qadir müəllimə məsələn “600-700 manat bu adamlara vermişəm. Yazmışam” dediyini, hesab etdiklərini, onun qalmış pulunu verdiyini, 6 və ya 7 ay olar ki Qadir müəllimin yanından çıxdığını, bu səbəbdən də o yazdıqları balaca dəftərlərə görə sıfırlaşdıqlarını və halallaşdıqlarını, sonra o oradan çıxdığını, ona görə onların onda qalmadığını, pul verdiyini bildiyini amma məbləğini bilmədiyini, Qadir müəllimə aylıq kirayə pulu verdiklərini, Qadir müəllimlə danışmadan pulu vermədiyini, bunların ticarətini, necə danışdıqlarını, Qadir müəllimin Raufda nəyinin olduğunu, Qadir müəllimin Raufla necə işlədiyini bilmədiyini, elə onları orada görəndə salam verib keçdiyini, elə bunların mağazanın qabağında 4 və ya 5 nəfər danışdıqlarını gördüyünü, O ərəfələrdə Qadir müəllimə “Axı sənin bunlarla nə ticarətin var ki, burada belə yığışırsınız” dediyini, onların da Qadir müəllimlə Raufun arasında nəsə bir münasibət olduğunu eşitdiklərini, Qadir müəllimin də yetkin bir insan olduğunu, onunla işbirliyi olduğunu, bizə hesabat verməyəcəyini, bir dəfə soruşanda ona “Onun anası bura gəlmişdi. Kasıb bir adamıydı” dediyini, bunların iş birliyinin onlara da təsiri olduğunu, onların mağazada işlədiklərini, mebel satdıqlarını, Qadir müəllimə kirayə pulu verdiklərini, Qadir müəllimin də Raufla bir yerdə yəqin ki, mebel haqq-hesabları olduğunu, orada onların yerinin arxasında bir balaca yer olduğunu, Qadir müəllimin oranı boşaldıb Raufa verdiyini, Raufun ofis kimi gəlib orada oturduğunu, onun da alış-verişini instaqramdan etdiyini, onların bir dəfə bir adama mal satdıqlarını, yaşlı kişi olduğunu, atasının dostu olduğunu, nə qədər də endirim etdiyini, onun onlara 300 manat beh verib, getdiyini, bir saat sonra gəldiyini, onu təhqir etdiyini, o belə duruxduğunu, onun “Sən o kişinin oğlu deyilmişsən. Sən Bəhmanın nəvəsi deyilmişsən. Sən mənə burada 300 manat artıq demisən” dediyini, ona “Mən sənə minumum qiymət çıxartmışam” dediyini, yox dediyini, pulu alıb, getdiyini, ondan sonra onlara xəbər çatdığını, həmin o Raufun instaqramda o qədər aktiv olduğunu, insanları belə ovsunladığını, 5 manata olan malı orada 4 və ya 3 manat göstərdiyini, Raufun İnstaqramda kişinin qızı ilə danışdığını, onun da zəng vurub atasına “Bu İnstaqramda belədi” dediyini, kişinin gəlib, onlardan pulu aldığını, onların da ona fikir verdiklərini, o tərəfə keçib pulu Raufa verdiyini gördüklərini, onların da bu hadisədən narahat olduqlarını, Qadir müəllimə “Biz burada oturub kirayə veririk. Rauf da burada bu işi görür” dediklərini, Qadir müəllimin də “Səhv edib düz etməyib” dediyini, gəlib bizim dükanda malın şəklini çəkib paylaşdığını, sonra o kişinin də başına nə oyunlar gəlib ondan xəbəri olmadığını, o malı da kişiyə çatdırmadığını bildiyini, Naxələflik etdiyini, Qadir müəllimdən Raufu bura niyə gətirdiyini, Raufla nə işbirliyinin olduğunu, Raufla niyə belə səmimiyyətinin olduğunu soruşduğunu, “Yeri bizə kirayə vermisən. Raufla da sən burada mebel haqq-hesabı danışırsınız. Bu bizim də işimizə maneçilik törədir” dediyini, o gördüklərini, eşitdiklərini və Qadir müəllimin dediklərini dediyini, Qadir müəllim Raufu ora gətirməyinin səbəbini, izahatını onlara belə verdiyini, onun “Raufun anası bizim yanımıza gəlmişdi. Dedi ki, imkanım yoxdu. Raufla nəsə işbirliyi et. Buna köməklik et. Ona görə Raufu gətirmişəm ki, burada onunla bu işi görüm” dediyini, Qadir müəllimin onlara dediyi sözün, izahatın belə olduğunu, Raufa nə qədər pul verdiyini yazmadığını, bunun bir 6 və ya 7 ayda olduğunu, bir dəfə 500 manat verdiyini, bir dəfə səhv etmirsə 300 manat verdiyini, bunların təqribi rəqəmlər olduğunu, dəqiq nə qədər olduğunu bilmədiyini, Qadir müəllimə zəng vurub “Rauf gəlib, pul istəyir. Deyir ki, Qadir müəllim məni göndərib. Pul ver” dediyini, o da bunların mağazanın qabağında danışdıqlarını gördüyünü, tez-tez görüşdüklərini, hər şeyin haqq tərəfinin olduğunu, yalan danışmağın nəinki dövlət qarşısında, allah qarşısında da günah olduğunu, Qadir müəllimə tutaq ki, məsələn: 1000 manat və ya 1500 manat verəcəyini, Raufun ora gəlib pul istədiyini, bu hadisənin bir deyil, bir neçə dəfə olduğunu, təxminən 3 və ya 4 dəfə bu prosesin olduğunu, Qadir müəllimə zəng vurub “Bu adam gəlib” dediyini, çünki Qadir müəllimlə Raufun bir arada orada nəsə danışdıqlarını, görüşdüklərini, onların onu listin qırağında aylıq qeyd etdiklərini, tutaq ki, 1500 manat verdiyini, onun yəni bir dəfə olmadığını, elə bir şeyin bir neçə dəfə olduğunu, 150 manat da, 300 manat da, 500 manat da aldığı olduğunu, tərəflər arasında olan pul haqq-hesabına dair başqa bildiyi heç nə olmadığını, bir dəfə Qadir müəllimə pul verəndə “Qadir müəllim bir nəfər göndərmisən gəlib, buradan pul götürüb” dediklərini, deyəsən 150 manat olduğunu, “Buradan pul götürüb. Biz də onu çıxmışıq” dediklərini, Qadir müəllimin “Yox. Kimə vermisinizsə deyin” dediyini, onların Qadir müəllimə “Bir şəxs gəlib, 150 manat sənin adından pul götürmüşdü. Amma bilmirik kimdi. Ancaq həmin vaxtı sizə zəng vurub, dedik” dediklərini, Qadir müəllimin yadına düşmədiyini, Qadir müəllimin “Kimə vermisinizsə göstərin” dediyini, onların da həmin tarixə kameranı açdığını, Elvinlə baxdıqlarını, göstərdiklərini, onların o adamı tanımadıqlarını, kim olduğunu bilmədiklərini, amma həmin tarixə kameranı açdıqlarını, Qadir müəllimin kameraya baxıb Raufun qardaşı olduğunu dediyini, onların orada tanıdıqlarını, Qadir müəllimin “Elçinə pul ver” dediyini, Emingilin də gəlib pul götürdüyünü, belə ətrafdakı adamların gəldiyini, ancaq bir dəfə naxələf bir adamın gəlib pulu götürdüyünü, onda da yenə Qadir müəllimə zəng vurub pulu verdiklərini, amma sonra Qadir müəllimin “Pulu kimə vermisiniz? onun adını deyin. Mən pulumdan çıxım” dediyini, onların da “Sizə zəng vurmuşuq. Bu adama 150 manat, nə qədərsə pul vermişik” dediklərini Qadir müəllimin “Mənim yadımda deyil. Göstərin” dediyini, Elvinlə kameraya baxdıqlarını, Qadir müəllimin “Raufun qardaşıdı” dediyini, Elvinin onun oğlu olduğunu, Raufun ona da borcu olduğunu, 200 manatlıq ondan stul götürdüyünü, “Şərura gedirəm. Aparıb verim. Pulunu alıb gətirim” dediyini, apardığını, sonra gətirib vermədiyini, amma o halal etdiyini, yəqin ki, imkanı olmadığını, ya düzəldə bilmədiyini, ya da gətirə bilmədiyini, özünün də gəlib dediyini, “Halal xoşun olsun. Artıq olub keçib” dediyini qeyd etmişdir. Şahid X4 29 mart 2023-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində Qadir müəllimlə Rauf arasında pul haqq-hesabı olduğunu eşitdiyini, Raufun Qadir müəllimin yerini işlətdiyini gördüyünü, orada da təmir etdiyini, Raufun Qadir müəllimin yerini təmir etdiyini, həmin yerin Qadir müəllimin yerindən içəri girəndə solda olduğunu, binanın kənarında olduğunu, şüşə sexinin arxasında deyil, bu biri tərəfdə olduğunu, balaca bir otaq olduğunu, eninin və uzunun ölçüsünün dördün beşə olduğunu, Raufun həmin otağı Qadir müəllimdən deyəsən mebel yeri işlətmək üçün götürdüyünü, Raufun həmin yeri sex kimi götürdüyünü, Raufun yerinə bir-iki dənə aparat gətirdiyini amma balaca aparatlar olduğunu, Raufun yerində böyük aparatlar olmadığını, neçəyə götürdüyünü dəqiq bilmədiyini, onları dəqiq bilmədiyini, deyəsən Raufun özünün satacağını, onun orada bir dənə təmir işi gördüyünü, Qadir müəllimin yerini təmir etdiyini, Raufun olduğu yeri təmir etdiyini, təmirin pulunu ona Raufun verdiyini, Raufun ona verdiyi pulun az məbləğ olduğunu, elə çox olmadığını, təqribən 100 manat və ya 150 manat olduğunu, orada divarlara emusiya çəkdiklərini, tavanı təmizlədiklərini, tavanın kirli olduğunu, qara ləkələrin olduğunu, təmizlədiklərini, oranı da emusiyaladıqlarını, emusiyaları Raufun alıb verdiyini, Qadir müəllimin də pul verdiyini, orada içəridə əşyaların olduğunu, onları oradan başqa yerə daşımaqlarının pulunu Qadir müəllimin verdiyini, əşyaları oradan başqa yerə daşımağa səhv etmirsə 3 nəfər getdiklərini, Qadir müəllimin 60 manat pul verdiyini, 20 manatdan işlədiklərini, 3 və ya 4 saata əşyaları daşıyıb qurtardıqlarını, Raufa pul verdiyini, bir yerdə işlədiklərini, bir yerdə şərik olduqlarını, bir yerdə mebel işi gördüklərini, Qadir müəllimin Raufa nə qədər pul verdiyini bilmədiyini, sadəcə olaraq pul verdiyini gördüyünü, yanında pul verdiyini qeyd etmişdir. Şahid17 Həsənəli qızı 10 aprel 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində oğlu Raufun gəlib ona “Qadir müəllim var. Mənə köməklik edəcək. Yer verib ki açım mebel işlədim” dediyini, qarşı gəldiyini, “Etmə. Bizim pulumuz da yoxdu. Biz edə bilmərik. Mebel yeri açan adamın əlində pulu olmalıdır” dediyini, o xadimə işlədiyini, həm də əməliyyat olduğunu, Raufun da “Mənim arxamda durub. Mənim borclarıma kömək edəcək. Borclarımı bağlayacam” dediyini, Raufun “Qadir müəllim deyir ki, gəlin yerimi işlədin. Mən də sizə köməklik edəcəm. Bütün borclarınızı bağlayacam” dediyini, o da “İndiki dövrdə qardaş qardaşa sahib çıxmır. O adam kimdi ki elə sənin borclarını bağlayacaq. Heç nəyin deyil. Biz indiyə kimi öz əməyimizlə işləmişik, qazanmışıq, yemişik” dediyini, Raufun da “Yox. Mənə köməklik edəcək” dediyini, Qadir müəllimin yer verdiyini, iki gün uşaqların ora gedib işlədiyini, bütün günü tozlutorpaqlı gəldiklərini, o da “Gedib, bir ayrı işdə işləyin. O iş bizlik deyil, heç nəyimiz yoxdur. Pulumuz yoxdur. Arxalandığımız yoxdur. O işi etmə” dediyini, Raufun Qadir müəllimə inandığına görə gedib onun yanında işlədiyini, ondan sonra aralarında nə olduğunu, nə etdiklərini bilmədiyini, o vaxtlar da əməliyyat olduğunu, xəstə olduğunu, pis vəziyyətdə olduğunu, o Qadir müəllimin yanına gedib, “Mənim oğluma kömək et” demədiyini, Kapital Bankdan pul götürəndə İddiaçı 2000 manat məbləğində pul verdiyini, borclarını bağladıqlarını, Qadir müəllimi görmədiyini, oğlu Raufun pulu gətirib “Mənə köməklik edib. Banka borcumuzu bağlayıb, pul götürək” dediyini, bankın borcunu bağlayıb, pulu götürdüklərini, pulu verdiyini, Raufun pulu aparıb Qadir müəllimə verdiyini, zəng vurub pulu gətirdiyini dediyini, taksiylə pulu aparıb Qadir müəllimə verdiyini, Raufun 2000 manat aparıb, Qadir müəllimə verdiyini, Raufla Qadir müəllim arasında söz-söhbət olduğunu, Raufun içəridə malları olduğunu, Raufun evə gəlib “Məni qovalayıb. Oranı açarla bağlayıb. Mallar içəridə qalıb. Malları vermir ki satıb, borclarımı verim. Neçə minlik malım içəridə qalıb” dediyini, Qadir müəllimin malları vermədiyini, Raufun həmin yerdə mebel ləvazimatları, taxta, mebel qurmaq üçün fanerkalar olduğunu dediyini, Raufun “Neçə min manatlıq mal içəridə qalıb. Qapını bağlayıb, açarı götürüb. Açarı vermir ki gedib, mallarımı oradan çıxardam” dediyini, oğlu Raufdan pulu haradan aldığını soruşduğunu, Raufun da “Mebel satıb pullarını alıb, yığıb ora qoymuşam” dediyini, oğlu Raufun pulu verdiyini, o zəng etdiyini amma borcunu bağlasınlar demədiyini, o xadimə işlədiyini, özü borcunu bağlayacağını, onu da Raufa Qadir müəllimin dediyini, Qadir müəllimin Raufa “Pul götür. Material alıb bura tökək. İşləyək” dediyini, yoxsa o niyə gedib bankdan kredit götürdüyünü, iki min manat borcu qaldığını, onu da az-az verib qurtaracağını, hər ay maaşından çıxdıqlarını, Raufun gəlib “Qadir müəllim deyir ki, “Bankdan pul götür. Mən sizin banka borcunuzu bağlayıram. Pul götürün. Material alıb bura töküb, işləyək” dediyini, ondan yana bir də bankdan kredit götürdüyünü, yoxsa o niyə bankdan bir də kredit götürdüyünü, 2000 manat pulu qaldığını, bir də o qədər borca girdiyini, aylıq 370 manata kimi maaş aldığını, 2000 manat qalan kreditinə görə aylıq nə qədər ödədiyini deyə bilməyəcəyini, çünki yadından çıxdığını, amma hər ay vaxtı-vaxtında ödədiyini, onun oğlunu çox arxayın saldığını, onları da pis vəziyyətdə qoyduğunu, onun gərək banka gedib kredit götürməməli olduğunu, Qadir müəllimin Raufa “Bankdan kredit götür, material götürüb iş görək” dediyini, o da götürdüyünü, eybi yox bəlkə elə iş görsə bunlardan çıxarıq deyə fikirləşdiyini, getmədiyini, bankın pulunu bağlayıb, kredit götürək deyə pulu gətirib verdiyini, bankın borcunu bağlayıb pulu götürdüklərini, Qadir müəllimin də pulunu qaytardıqlarını, o da bu son vaxtlar Qadir müəllimə zəng vurduğunu, onu məhkəmə çağırdığını gördüyünü, bunun ilk dəfə olduğunu, belə yerlərə gəlmədiyini, yol-iz də bilmədiyini, zəng vurub “Məni niyə məhkəməyə vermisən?! Mən qadın olaraq utanıram” dediyini, oğlundan Qadir müəllimin nömrəsini zorla aldığını, oğlunun nömrəni vermədiyini, “Nömrəni ver. Mən özüm danışıb deyim ki, məni niyə məhkəməyə vermisən?! Mən utanıram. Məhkəmə qarşısına çıxa bilmirəm” dediyini, İddiaçı Kommersiya Məhkəməsinə verəndə yoxsa Babək məhkəməsinə verəndə zəng etdiyini dəqiq bilmədiyini, materiala görə də Raufa pul verdiyini, Raufa 2000 manatdan başqa pul verdiyini, “Gedib material alacam” dediyini, Raufa o 2000 manatdan başqa 3000 manata kimi pul verdiyini, o hərbi hissədə işlədiyini, oradakı mühasibə borcu olmadığını, heç yerə borcu olmadığını indiyə kimi bir qəpik də borcu olmadığını, Raufa pulu aparıb İddiaçı verməsi üçün verdiyini, Zəng vurub ona deməsini dediyini, oradan çıxan kimi həmin dəqiqə Raufun telefonla danışıb “Bu dəqiqə pulu gətirirəm” dediyini, bir də 3000 manata kimi götürdüyünü, “Material alıb işlədəcəyik” dediyini, qalan 5000 manat pulla başqa borclarını bağladıqlarını qeyd etmişdir. Şahid13 10 aprel 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində Qadir müəllimin yanında Raufun usta kimi işlədiyini, Rauf da onu usta kimi işləməyə çağırdığını, Raufun işləri ona gördürdüyünü, orada usta kimi işlədiyini, mebel ustası olduğunu, Raufun şəxsi işlərini o qədər bilmədiyini, Raufun haradansa iş götürdüyünü, materialı alıb, gətirib işlədiklərini, yataq başlıqları və stol hazırladıqlarını, belə işlər gördüklərini, Raufun Cahanın içinin mebelini deyil, Cahanın paxlava şüşələrini, deyəsən, götürdüyünü, aradan çox vaxt keçdiyini, dəqiq yadında olmadığını, oranın paxlava şüşələrini götürdüyünü, Raufun onun pulunu Qadir müəllimdən aldığını, məbləğin tam yadında olmadığını, səhv etmirsə 800 manat məbləğində pul olduğunu, tam dəqiq yadında olmadığını, Raufun material alıb-almadığını bilmədiyini, uzun müddət keçdiyindən tam yadında olmadığını, ondan sonra o işlər azaldığına görə oradan uzaqlaşdığını, Raufun pulu qaytarıb-qaytarmadığı barədə məlumatı olmadığını, Raufun pulu Qadir müəllimdən onun yanında aldığını, Qadir müəllimin 800 manat Raufa pulu verdiyini, Raufun da ya götürdüyünü ya da material aldığını, bunların yanında işlədiyini, stol və stul boyadığını, maliyar ustası, mebel ustası, divan-kreslo ustası kimi bu sahələrdə işlədiyini, hamısından məlumatı olduğunu, Raufla Qadir müəllim biraz mehriban olduqlarını, biraz hirslənib, savaşdıqlarını, savaşmaq deyəndə, yəni iş yolunda getməyəndə mübahisələri olduğunu, usta kimi işlədiyini, onların arasındakı söhbətə müdaxilə etməyə onun ixtiyarının olmadığını, yadında olanların bunlar olduğunu, aradan çox uzun müddət keçdiyini, ikinci dəfə də gedib dükan götürəndə pulu İddiaçı verdiyini, dediyi həmin məbləği verdiyini, məbləğin tam olaraq yadında olmadığını, 800 manata kimi belə məbləğ olduğunu, səhv etmirsə iki dənə yüzlük dollar olmalı olduğunu, yüzlük manat da verdiyini, bir də iki dənə də yüzlük dollar verdiyini, məbləğin yadında olmadığını amma iki dənə yüzlük dollar verdiyinin yadında olduğunu, yüzlüklər olduğunu, bir də səhv etmirsə əlliliyin bir və ya iki dənə olmalı olduğunu, tam məbləği xatırlaya bilmədiyini, amma iki dənə yüzlük dollar olmağının yadında olduğunu qeyd etmişdir. Şahid4 10 aprel 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində Raufla Qadir müəllimin bir yerdə işlədiklərini, Qadir müəllimin Raufu yanına götürdüyünü, Qadir müəllimin pul verdiyini, gətirdiklərini, onların sexində biraz material olduğunu, onları kəsdiklərini, onların sexinin bunların sexinin yaxınlığında olduğunu, bunlarda stanok olmadığını, onlarda stanoklar, kəsici alətlər olduğunu, material gətirdiklərini, kəsdiklərini, Qadir müəllimin onların ustalarının pulunu verdiyini, 30 manat olduğunu bildiyini, Şəkərə verdiyini, 6 dənə list olduğunu, birini beş manatdan kəsdiklərini, materiallarını onlardan götürdüklərini, orada yığdıqlarını, onların sexinin yanında Qadir müəllimin yerinin olduğunu, ora yığdıqlarını, söz-söhbət başlayanda Qadir müəllimin stollarını Raufa verdiyini dediyini, Raufun da deyəsən Tahirə verdiyini, onun yanında elə də bir şey olmadığını, yalan da deyə bilmədiyini, gördüklərinin bunlar olduğunu, o da bunları dediyini, bir də Qadir müəllimin Raufa “Köməklik edəcəm, borclarını bağla. Sənə pul verəcəm” dediyini, O sözləri yanında eşitdiyini, pul verməyini bilmədiyini, nə qədər verib bilmədiyini, amma Raufa “Köməklik edəcəm. Sənin borcların var. Borclarını bağla” dediyini, Qadir müəllimin bunları onun yanında dediyini, pul verib-almaq məsələlərinin onun yanında olmadığını, 6 dənə list olduğunu, onlarda Şəkərin əmioğlusu Şahid1 işlədiyini qeyd etmişdir. Şahid2 10 aprel 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində o bildiyi qədəriylə burada pul mübahisəsi olduğunu, nə Qadir müəllimin ona pul verməyini, nə Raufun pul almağını, nə də ki Raufun Qadir müəllimə pul verməyini görmədiyini, onların işlədiyi yerə üç-dörd dəfə getdiyini, o gedəndə orada Raufun stolları işlədiyini, oradan-buradan iş alıb, gətirib onları işlədiyini, xarab stolları düzəltdiyini, Ağazadə Toğrul adında şəxs olduğunu, indi Bakıda cəzaçəkmə müəssisəsində olduğunu, Bir dəfə də onu, iki min neçə yüz manata götürdüyü soyuducu və paltaryuyanı beş yüz manata Qadir müəllimə satanda gördüyünü, bir dənə onu gördüyünü, Yaycıdan soyuducu, paltaryuyan, televizor belə şeylər gətirib Qadir müəllimə satdığını, bir də onda pul verməyini gördüyünü, o uşağı bədbəxt etdiklərini, kimin əlində beş manat pulu olurdusa, lazım ola-olmaya gətirdib ora yığdırdığını, yeddi dənə kondisioner istədiyini, camaatın uşağının əsgərliyi təzə qurtardığını, indi gəlib, cəzaçəkmə müəssisəsində yatdığını, o da orada olduğunu, sexin yanında orada qazel dayandığını, əşyanı endirib anbara qoyduqlarını, dalınca da kondisioneri bura gətirsin deyə kondisioner istədiklərini, iki min manatlıq əşyanı beş yüz manata aldıqlarını, yazıq uşağın bədbəxt olduğunu, anasının bütün günü göz yaşı tökdüyünü, kimin əlində beş manat pulu varsa elə uşaqları ortalığa atıb bədbəxt etdiklərini, tərəflərin arasında olan pul məsələsindən xəbərinin olmadığını, Raufun onun yanında orada üç dəfə iş götürdüyünü, bir dəfə Sabirabadan stol-stul götürüb bir dəfə də cəzaçəkmə müəssisəsinin stollarını gətirib düzəltdiyini, bir də orada qabaq stolları olduğunu, onların ayaqlarını işlədiklərini, Qadir müəllim özünün orada olduğunu, o getdikdə orada gördüyünü, yəni orada tək işləmədiyini, balaca bir peç qurduqlarını, Qadir müəllimin orada oturduğunu, Raufun işlədiyini, o gördüyünü dediyini, əgər Qadir müəllim orada olmasaydı “Orada deyil” deyəcəyini, hələ bir dəfə də o orada olanda oğlunu da gətirdiyini, oğlunun da orada olduğunu, Vüsal adlı orada bir dənə usta olduğunu, deyəsən Qadir müəllimin sexində işlədiyini, Vüsal adlı birini tanıdığını, iki qardaş olduqlarını, Vüsal və Taleh olduqlarını, Talehin başqa yerdə işlədiyini, Vüsalın da orada işlədiyini, Usta olduğunu mebel yığdığını, neçə dəfə ondan mebel aldıqlarını, onların evində televizor altını onun yığdığını, onların oğurluq mal olduğunu sonradan bildiyini, o malı oradan götürmədiyini, hardasa bir ay sonra orada əşya daşıdıqlarını, o mebelin zolağını necə atırlar onu belə bilmədiyini, indiyə kimi o işə əlini də vurmadığını, o işdən ümumiyyətlə başı çıxmadığını, qaldı ki nəsə ağır bir şey qaldırıb-endiriməyə onun özünün əlil olduğunu, barmağının işləmədiyini, ayağında da platin olduğunu, öz evində çaydanı qaldırıb o tərəfə qoya bilmədiyini, qaldı ki mebeldə işləməyini, o soyuducunu da haradasa bir aydan sonra Elçinin şüşə sexindən nəsə daşıdıqlarını, gedib soyuducu və paltaryuyanı paketləyib, qırağa qoyduqlarına şahid olduğunu, onu heç kimin ora gətirmədiyini, Raufun yanına gəldiyini, iddiaçının yalan dediyini, onun oğlunun olmadığını, o dananı da öz toyuna görə aldığını, onun da pulunun qurtardığını, bir ay sonra soyuducu ilə televizorun orada olduğunu qeyd etmişdir. Şahid12 10 aprel 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində Qadir müəllimin özünə zəng vurub “Masa ayağı lazımdı” dediyini, Qadir müəllimin də “Burada deyiləm” dediyini, Qadir müəllimin ortağı Raufa zəng vurduğunu, Qadir müəllimin “Rauf ortağımdır” dediyini, ortağının gətirib ayaqları verdiyini, onlara 42 manat pul verəcəyini, zəng edib, Qadir müəllimə “42 manat mənim sənə borcum oldu” dediyini, Raufun gəlib ona “Qırx iki manatı mənə ver” dediyini, pulu Raufa verdiyini, Raufun da pulu ondan sonra aparıb Qadir müəllimə verib ya verməyib bilmədiyini, onların öz aralarında olan problemi olduğunu, 42 manatı Raufa verdiyini, masa ayağının hündürlüyünün yetmiş yeddi santimetr olduğunu, Raufun ona iki dəstin ayağını gətirdiyini, bir dənə balaca pispenni gətirdiyini, 47 santimetr olduğunu, bir dənə də böyüyünü gətirdiyini, elə özünə də “İki dəst, biri böyük, biri də balaca lazımdır” dediyini, Raufun da onu gətirdiyini, pulunun 42 manat etdiyini, pulunu Raufa verdiyini, Raufun pulu Qadir müəllimə verib və ya vermədiyini bilmədiyini, ona aidiyyəti olmadığını, xəbəri də olmadığını, iki və ya üç dəfə də Qadir müəllim gəlib ona “Pulu ver” dediyini, Qadir müəllimin özünə də “Pulu ortağına vermişəm” dediyini, onun pullarının hamısını Qadir müəllimin özünə, şəxsən özünə verdiyini, İddiaçı özünə nə qədər pul verdiyi dəqiq yadında olmadığını, 48 və ya 58 manat olduğunu, Qadir müəllimin özünə belə pul verdiyini, bir dəfə vermədiyini, dəfələrlə olduğunu, 2 və ya 3 dəfə belə alış-veriş edib, pulunu verdiyini, hətta bir dəfə də Qadir müəllim Bakıda olanda zəng vurub “İki dənə mənə pispenni ayağı, iki dəsti lazımdı” dediyini, yerində işləyən oğlan olduğunu, ona zəng vurduğunu, açarı ona verib Bakıya getdiyini, o gəlib, açarla açıb ona iki dəst verdiyini, orada da pulu həmin oğlana verdiyini, nə almışsa nağdı pulunu verib aldığını, nisyə almadığını, Raufun ona artıqdan stol ayağı vermədiyini, ona iki dəst, bir böyük, biri də balaca verdiyini, birdə uqolnik verildiyini, o uqolnikləri də özü gəlib orada gördüyünü, ön dörd santimetrlik ayaqları ona Raufun gətirmədiyini, onların onun özünün olduğunu, gəlib “Bu bizim pispenninin ayağıdır” dediyini, o “Bir dənəsini də götür. Kazımgildən almışam” dediyini, gedib onları tutuşdurduğunu, sonra gətirib özünə qaytardığını, artıq orada onun nə düşüncədə olduğunu bilmədiyini, hətta Qadir müəllimin Kazımgilə də mal verdiyini, həmin ayaqdan Kazımgildə də olduğunu, 42 manat məbləğində olan bir balaca, bir böyük olan ayaqlardan başqa mal da aldığını ancaq nağdı pulunu verdiyini, həmin malları Raufdan almadığını, Qadir müəllimin özündən və yaxud başqasından aldığını qeyd etmişdir. Şahid3 04 may 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında verdiyi ifadəsində təqribən iki il bundan əvvəl Cavabdeh yanında işlədiyini, mebel ustası olduğunu, o işlədiyi müddətdə onların hər hansı problemləri ilə qarşılaşmadığını, kimdənsə nəsə alıb verdiklərini bilmədiyini, onun heç kimlə probleminin olmadığını, Cavabdeh bir müddət İddiaçı yerini işlətdiyini, onların bir müddət şərik də işlədiklərini amma necə problemləri olduğunu, kim kimə nəsə veribsə onları bilmədiyini, Cavabdeh onun yanında pul vermədiyini, o Rauf Məhərəmovun yanında işləyəndə Raufun bir ara iflas etdiyini Raufdan niyə bele olduğunu soruşduğunu, Cavabdeh İddiaçı bir alacağının olduğunu dediyini, o da heç maraqlanmadan çıxıb başqa yerə getdiyini qeyd etmişdir. İddiaçı tərəfindən 18 may 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq şəxsi ailə problemləri ilə bağlı Bakı şəhərində səfərdə olduğundan məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyini, məhkəməyə bütün sübutları təqdim etdiyini, iddia tələbini müdafiə etdiyini, məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq iddiaçının və cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mülahizələrini və dəlillərini, eləcə də şahid ifadələrini dinləyərək, iş materiallarını öyrənərək, təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aşağıdakıları aydınlaşdırdı. İş materiallarında olan X2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1095 saylı “X3 İştirak Edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı borcunun ödənilməsi tələbi ilə bağlı olaraq X3 iştirak etmiş və nümayəndəsi vasitəsilə 100 manat məbləğində İMS xərcini ödəmiş, Cavabdeh isə İMS-də iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş 11 noyabr 2022-ci il tarixli, 109828 saylı mədaxil qəbzindən görünür ki, X3 iddiaçının nümayəndəsi tərəfindən 100 manat məbləğində ilkin mediasiya xərci ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli satış fakturasından görünür ki, 9 ədəd “KLY-18 DQ/MDFLAM/PARLAQ/KREM 366*183” görə 1125 manat, 2 ədəd “DSP PALETALTİ 18*183*366” görə 86 manat, 5 ədəd “KLY-18 DQ/PARLAQ/KREM 366*183” 450 manat olmaqla, ümumilikdə göstərilən mallara görə "xxxx" MMC-yə 1661 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli satış fakturasından görünür ki, 8 ədəd “KLY-18 DQ/PARLAQ/KREM 244*183(1)” görə 504 manat, 4 ədəd “KLY-18 DQ/PARLAQ/KREM 366*183” görə 360 manat olmaqla ümumilikdə göstərilən mallara görə "xxxx" MMC-yə 864 manat məbləğində pul ödənmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli satış fakturasından görünür ki, 8 ədəd “Ray teleskopik 40 sm” görə 22.40 manat (iyirmi iki manat qırx qəpik), 4 ədəd “Petlə sadə cell” görə 2 manat, 10 ədəd “Qulp düymə Elvin” görə 10 manat, 8 ədəd “Ayaq 11 sm eybecer” görə 6.40 (altı manat qırx qəpik) manat, 8 ədəd “Beşik mexanizması”na görə 14.40 ( on dörd manat qırx qəpik), “Naxış rezin kq” görə 9.50 (doqquz manat, əlli qəpik) manat olmaqla, ümumlikdə 64.70 (altmış dörd manat, yetmiş qəpik) manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Mrosessual Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Prosessual Məcəllənin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Belə ki iddiaçı iddia ərizəsində ayrı-ayrı göstərdiyi tələblərin sübut olunması məqsədilə barələrində müvafiq məlumatları məhkəməyə təqdim etdiyi şəxslərin şahid qismində dindirilməsini üçün vəsatət vermiş, məhkəmə tərəfindən həmin şahidin ifadələri dinlənilmişdir. Məhkəmə dindirlən şahidlərin ifadələrinə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçı iddia ərizəsində 1600 manatlıq divan dəstinə zamin durduğunu, o pulu Rauf ödəmədiyindən Nüsrətin o pulu ondan tələb etdiyini, onun da həmin pulu 1000 manat bir, 500 manat bir, 100 manat da bir aparıb Nüsrətə versin deyə Raufa verdiyini qeyd etmiş və bu tələbi izahında geniş formada bildirmişdir. Həmin halın təsdiqi ilə bağlı iddiaçının vəsatəti əsasında məhkəmə çağırılaraq şahid qismində dindirilmiş Şahid6 ifadəsindən aydın olur ki, Raufun Nüsrətə 1000 manat bir, 500 manat bir ödədiyi məbləğlər İddiaçı tərəfindən Raufa verilmişdir. Şahid ifadəsində Raufun ona verməyə pulunun olmadığını, pulu ona versin deyə Qadirin Raufa verdiyini də göstərmişdir. Bununla yanaşı məhkəmə bildirir ki, şahid ifadəsində göstərdiyi verilən ilkin məbləği 1500 manat olaraq qeyd etsə də iddiaçı əvvəlcə 1000 manat verdiyini iddia ərizəsində və izahatında qeyd etmişdir. Bu səbəbdən də iddia 1600 manata münasibətdə təmin edilməlidir. Məhkəmə Raufun əvəzindən İddiaçı tərəfindən Elçinə verilən 1000 manat məbləğində pulun tələb edilməsinə münasibətdə bildirir ki, Cavabdeh İddiaçı 1000 manat onun əvəzindən Elçinə pul verdiyini öz izahında etiraf etmişdir. Bununla yanaşı Şahid8 ifadəsi ilə də bu hal öz təsdiqini tapmışdır. İddiaçı iddia ərizəsində 2115 manatı Dekor Qrup MMC Naxçıvan şirkətinə Raufun iştirakı ilə materiala ödədiyini qeyd etmişdir. Lakin iddiaçı 06 fevral 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında 2115 manat qeyd olunsa da ancaq sonra onların fakturanı orada tapdığını, məbləğin 2135 manat olduğunu bildirmişdir. Bununla yanaşı iddiaçı izahatında Cavabdeh "xxxx" MMC-dən 1135 manat aldığını qeyd etmişdir. Belə ki, Şahid14 məhkəmə verdiyi ifadəsində bir ildən artıq olar ki, İddiaçılə Raufun onlardan material aldıqlarını, bir yerdə gəldiklərini, materialın təqribən 2200 manat tutduğunun yadında olduğunu, Raufun tək qayıdıb gəldiyini, Raufun təqribən 2200 manatlıq materialdan ***-**** manat aralığında dəyəri olan material qaytardığını, ***-**** manat aralığında pulu ondan Raufun aldığını, dəqiq məbləğ deyə bilməyəcəyini, çünki üstündən xeyli vaxt keçdiyini və sair halları qeyd etmişdir. Beləliklə iddiaçının pulu Dekor Qrup MMC Naxçıvan şirkətinə Raufun iştirakı ilə materiala ödəməsi halı şahidin ifadəsi ilə sübuta yetirilir. Ancaq şahidin ifadəsinə və iddiaçının izahatına nəzər saldıqda şahid ifadəsində materialın təqribən 2200 manat tutduğunu, iddiaçı isə məhkəmə verdiyi izahında materiallara görə 2135 manat ödənildiyini göstərmişdir. Məhkəmə hesab edir ki, iddiaçını tələb etdiyi məbləğin 2135 manat olduğunu qeyd etdiyindən və təqdim edilən fakturadada məbləğ 2135 manat olduğundan, iddia 2135 manata münasibətdə təmin edilməlidir. İddiaçı iddia ərizəsində Samiq və Şəkərə kravat və stol yanlıqlarının doğraması üçün 50 manat ödədiyini göstərmişdir. Materialların doğranması və pulunun ödənilməsi halının təsdiqi ilə bağlı iddiaçının vəsatəti əsasında məhkəmə çağırılaraq şahid qismində dindirilmiş Şahid7 ifadəsindən görünür ki, o 8 dənə deyesbe doğramış və həmin 8 deyesbe doğramağa görə 40 manat pul almış, digər Şahid1 Vidadi oğlunun ifadəsindən də görünür ki, o da 6 dənə list doğramış və həmin listə görə 30 manat pul almışdır. Şahidlərin ifadələrindən sübut olunur ki, materialların doğranması üçün İddiaçı tərəfindən Şahid7 və Şahid1 pul verilmişdir. Lakin məhkəmə qeyd edir ki, şahidlərdən biri 40 manat digəri isə 30 manat deməklə ümumlikdə pulun məbləğinin 70 manat olduğu görsənilsədə iddiaçı tərəfindən iddia ərizəsində materialların doğranması görə tələb edilən pul məbləği 50 manat olduğundan 50 manat məbləğə münasibətdə iddia təmin edilməlidir. İddiaçı iddia ərizəsində Raufun kiməsə borcunun ödənməsi üçün 150 manatı Şəhər Polisinə çağırılan vaxtı qardaşı Coşqunun Şücaətin dükanından götürdüyünü qeyd etmişdir. İddiaçı bunu məhkəmə iclasında verdiyi izahında geniş formada bildirmişdir. İddiaçının göstərişi ilə 150 manat məbləğində pulun Raufun qardaşına verilməsi halı məhkəmə iclasında dindirilmiş Şahid16 ifadəsi ilə öz təsdiqini tapmışdır. İddiaçı iddia ərizəsində Cahan Ticarət Mərkəzinə Bakıdan paxlava güzgü alınması üçün 500 manat ödənildiyini göstərmişdir. Belə ki, Şahid13 məhkəmə baxışı iclasında verdiyi ifadəsindən aydın olur ki, paxlava şüşələr üçün İddiaçı tərəfindən Raufa pul verilmişdir. Lakin məhkəmə qeyd edir ki, şahid ifadəsində paxlava şüşələr üçün İddiaçı tərəfindən Raufa 800 manat məbləğində pul verildiyini bildirsə də iddiaçı iddia ərizəsində paxlava güzgü alınması üçün 500 manat məbləğində pul ödənildiyini qeyd etdiyindən, 500 manat məbləğə münasibətdə iddia təmin edilməlidir. İddia ərizəsində göstərilən tələblərdən biri də MDF-lərin doğranması və güllənməsi üçün iddiaçının Rahibə Raufun əvəzindən ödədiyi 420 manat pul məbləğidir. Şahid9 ifadəsi ilə sübut olunur ki, həqiqətən də iddiaçı 420 manat məbləğində pulu Raufun əvəzindən Şahid9 ödəmişdir. Belə ki, şahidin ifadəsindən müəyyən olunur ki, İddiaçılə Cavabdeh ikisi bir yerdə Banu marketin arxasında sensi xidməti göstərən Şahid9 yanına getmişlər, işləməsi üçün 42 dənə ona masa vermişlər, həmin 42 dənə masanın pulunu İddiaçı tərəfindən 420 manat ödənmiş və ondan sonra həmin mallar Cavabdeh tərəfindən götürülmüşdür. Həmçinin Şahid12jn ifadəsindən müəyyən olunur ki, Qadir Suvanverdiyəvə aid olan Rauf vasitəsilə aldığı masa ayaqlarının dəyərini, 42 manat məbləğində pulu Raufa vermişdir. Eyni zamanda Raufun Şahid10 verdiyi stollar və jurnalnıya görə iddiaçının tələb etdiyi pul məbləğinə münasibətdə məhkəmə bildirir ki, Şahid10 ifadəsindən müəyyən olunur ki, X8 İlyasova stolun biri 130 manatdan olmaqla 10 dənə stol, 60 manata bir dənə jurnalnı vermişdir. Tahir isə 10 dənə stol, bir dənə jurnalnıya görə Raufa 1360 manat məbləğində pul ödəmişdir. Belə ki, şahid ifadəsi ilə iddiaçının bu tələbi sübut olunur. Həmçinin şahidin məhkəməyə təqdim etdiyi iş materiallarında mövcud olan özünün qeydiyyat apardığı 1360 manatın hansı tarixlərdə hansı miqdarda ödənildiyini əks etdirən sənəddən də görünür ki, 4 martda 100 manat, 10 martda 300 manat, 17 martda 350 manat, 23 martda 200 manat, 29 martda 200 manat, 03 apreldə 210 manat ödənilmişdir. Bununla yanaşı Şahid5 ifadəsiylə də Cavabdeh İddiaçı məxsus dəyəri 120 manat olan 8 dənə stul götürdüyü müəyyən edilmişdir. Beləliklə şahidin ifadəsi ilə göstərilən bu hal (Cavabdeh Qadirə Suvanverdiyevə məxsus dəyəri 120 manat olan 8 dənə stul götürdüyü) öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli satış fakturasına və Şahid14 ifadəsinə əsasən iddiaçının Raufun əvəzindən "xxxx" MMC-yə 1661 manat ödəməsi öz təsdiqini tapmışdır. Belə ki, satış fakturasında 9 ədəd “KLY-18 DQ/MDFLAM/PARLAQ/KREM 366*183” görə 1125 manat, 2 ədəd “DSP PALETALTİ 18*183*366” görə 86 manat, 5 ədəd “KLY- 18 DQ/PARLAQ/KREM 366*183” 450 manat olmaqla, ümumilikdə göstərilən mallara görə "xxxx" MMC-yə 1661 manat pul ödənildiyi göstərilmişdir. Həmçinin Şahid14 ifadəsində də İddiaçı iki və üç dəfə gəlib mal aldığını, həmişə onlara pulu İddiaçı ödədiyini, üç dənə fakturanı onlara İddiaçı ödədiyini bildirmişdir. Həmçinin məhkəmə iddiaçının Raufun əvəzindən "xxxx" MMC-dən alınan mallar görə ödədiyi 864 manat məbləğində pulun tələb edilməsi ilə bağlı qeyd edir ki, Şahid14 ifadəsinə və xx.xx.2022-ci il tarixli satış fakturasına əsasən 864 manatın "xxxx" MMC-yə ödənildiyi və həmin məbləğin İddiaçı tərəfindən ödənildiyi təsdiq olunur. xx.xx.2022-ci il tarixli satış fakturasına əsasən müəyyən edilir ki, 8 ədəd “KLY-18 DQ/PARLAQ/KREM 244*183(1)” görə 504 manat, 4 ədəd “KLY-18 DQ/PARLAQ/KREM 366*183” görə 360 manat olmaqla ümumilikdə göstərilən mallara görə "xxxx" MMC-yə 864 manat məbləğində pul ödənmişdir. Bununla yanaşı Şahid14 ifadəsindən müəyyən olunur ki, İddiaçı ikinci və ya üçüncü dəfə mal almışdır. Malların pulunu həmişə İddiaçı vermiş, üç dənə fakturanı onlara İddiaçı ödəmişdir. Beləliklə məhkəmə hesab edir ki, mallara görə "xxxx" MMC-yə ödənilmiş 864 manat məbləğində pul İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı iddia ərizəsində 50 manat maçalka, petlə, ayaq, beşik mexanizmi, naxış rezininə Kazımın dükanına ödəmək üçün Raufun pul aldığını qeyd etmişdir. İddiaçı bununla bağlı izah verməklə yanaşı həmçinin bildirmişdir ki, həmin məbləğ fakturada göstərilən 64.70 (altmış dörd manat, yetmiş qəpik) manatdır. Məhkəmə bu tələblə bağlı bildirir ki, xx.xx.2022-ci il tarixli satış fakturasından 8 ədəd “Ray teleskopik 40 sm” görə 22.40 manat (iyirmi iki manat qırx qəpik), 4 ədəd “Petlə sadə cell” görə 2 manat, 10 ədəd “Qulp düymə Elvin” görə 10 manat, 8 ədəd “Ayaq 11 sm eybecer” görə 6.40 (altı manat qırx qəpik) manat, 8 ədəd “Beşik mexanizması”na görə 14.40 ( on dörd manat qırx qəpik), “Naxış rezin kq” görə 9.50 (doqquz manat, əlli qəpik) manat olmaqla, ümumlikdə 64.70 (altmış dörd manat, yetmiş qəpik) manat məbləğində pul ödənildiyi müəyyən olunmuşdur. Məhkəmə iddiaçının 278.80 manata tələbinə münasibətdə bildirir ki, xx.xx.2022-ci il tarixli satış fakturasından 10 ədəd “Maçalka 3 lik”ə görə 116 manat, 3 ədəd “Parça Buta 003” görə 16.80 (on altı manat səksən qəpik) manat, 15 ədəd “Parça buzlu”ya görə 73.50 (yetmiş üç manat əlli qəpik) manat, 50 ədəd “Astar qara ucuzlu”ya görə 32.50 ( otuz iki manat əlli qəpik), 500 ədəd “Düymə mismarlı 16 mm ucuzdu” görə 40 manat olmaqla, ümumlikdə 278.80 (iki yüz yetmiş səkkiz manat səksən qəpik) manat məbləğində pul ödənildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli, 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Məhkəmə bildirir ki,mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara tam, hərtərəfli, qərəzsiz, və obyektiv surətdə baxdıqdan sonra həmin sübutlara və işin hallarına tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, 1600 (bir min altı yüz) manat, 1000 (bir min) manat, 2135 (iki min yüz otuz beş) manat, 50 (əlli) manat, 150 (bir yüz əlli) manat, 500 (beş yüz) manat, 420 (dörd yüz iyirmi) manat, 42 (qırx iki) manat, 1360 (bir min üç yüz altmış) manat, 120 (yüz iyirmi) manat, 1661 (bir min altı yüz altmış bir) manat, 864 (səkkiz yüz altmış dörd) manat, 64.70 (altmış dörd manat yetmiş qəpik) manat, 278.80 (iki yüz yetmiş səkkiz manat səksən qəpik) manat olmaqla ümumilikə isə 10245.50 (on min iki yüz qırx beş manat əlli qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0-cı və 2.0.1-ci maddələrinə əsasən, məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi halında dövlət rüsumu tutulur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi kimi müəyyə edildiyindən və hazırki iş üzrə iddianın qiyməti 11000 (on bir min) manat olduğundan, iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilməli olan rüsumun məbləği (120 manat + (1000 x 0,3%)) 123 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Kapital Bank ASC-nin xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzindən 120 manat, Kapital Bank ASC-nin xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzindən isə 10 manat, ümumilikdə isə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 130 manat məbləğində dövlət rüsumunun ödənildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.1-ci maddələrinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Belə ki, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 130 manat məbləğində dövlət rüsumunun 7 manat məbləği artıq ödənilmiş dövlət rüsumu olduğundan iddiaçıya qaytarılmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, iddia qismən edildiyindən, 11000 manatın 10245.50 (on min iki yüz qırx beş manat əlli qəpik) manat hissəsində, 93,14 % təmin edilməli olacağından, dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun yəni 123 manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 114.56 (bir yüz ön dörd manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməli, rüsumun qalan 8.44 (səkkiz manat qırx dörd qəpik) manat hissəsi iddiaçıya aid edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə görə isə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X3 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X3 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qanunun qeyd edilən müddəasının məzmunundan belə məlum olur ki, Cavabdeh hazırkı tələb üzrə X3 iştirak etmədiyindən və mediasiya prosesi ilə bağlı xərclər İddiaçı tərəfindən ödənildiyindən, iddiaçının ödədiyi 100 manat məbləğində İMS xərci cavabdeh tərəfindən ona ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə barədə iddiası qismən təmin olunmalı, Cavabdeh 10245.50 (on min iki yüz qırx beş manat əlli qəpik) manat pul məbləği tutularaq İddiaçı ödənilməli, X2na ödənilmiş 100 manat pul məbləği Cavabdeh alınıb iddiaçıya verilməli, iddia qismən təmin edilməli olduğundan, dövlət büdcəsinə ödənilməliş dövlət rüsumunun, yəni 123 manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 114.56 (bir yüz ön dörd manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməli, rüsumun qalan 8.44 (səkkiz manat qırx dörd qəpik) manat hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdeh 10245.50 (on min iki yüz qırx beş manat əlli qəpik) manat pul məbləği tutularaq İddiaçı ödənilsin. X2na ödənilmiş 100 manat pul məbləği Cavabdeh alınıb iddiaçıya verilsin. Dövlət rüsumunun qanunvericiliklə müəyyən edilmiş miqdarından artıq ödənilmiş 7 manat məbləği “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən İddiaçı qaytarılsın. İddia qismən təmin edilməli olduğundan, dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun, yəni 123 manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 114.56 (bir yüz ön dörd manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilsin, rüsumun qalan 8.44 (səkkiz manat qırx dörd qəpik) manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə sübuta yetirilmədiyindən rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar