Məhkəmə qərarları › İş №e-2-2(123)-14/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-14/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-14/2023 17.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X14 məhkəmə iclas katibliyi ilə, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC və onun nümayəndəsi Nümayəndə1 11 yanvar 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən 01 mart 2010-cu il tarixli 879 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 83 632.92 (səksən üç min altı yüz otuz iki manat, doxsan iki qəpik) manat faiz borcu, 121 248.89 (yüz iyirmi bir min iki yüz qırx səkkiz manat, səksən doqquz qəpik) manat cərimə borcu, cəmi 204 881.81 (iki yüz dörd min səkkiz yüz səksən bir manat, səksən bir qəpik) manat borcun, X11 keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində rüsumun və məhkəməyə ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində, İddiaçı ASC-nin 12 saylı filialı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 01 mart 2010-cu il tarixli 879 saylı Təminatlı kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə kommersiya şirkətləri tərəfindən istehsal olunan məhsulların saxlanma və satış bazası sahəsinin yaradılması üçün SKMF vəsaiti hesabına illik 6 % olmaqla 84 ay müddətinə 1 500 000 manat (bir milyon beş yüz min manat) AZN məbləğində təminatlı kredit verildiyini, cavabdehin yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərini pozduğunu, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyini, belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəflərindən cavabdeh "xxxx" MMC-yə“ borcun qaytarılması tələbi ilə bağlı” şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyişin olmadığını, İddiaçı ASC-nin 12 saylı filialı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 01 mart 2010-cu il tarixli 879 saylı kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə cavabdeh "xxxx" MMC-nin Ləğv prosesində olan İddiaçı ASC qarşısında xx.xx.2022-ci il tarixə 83 632.92 manat (səksən üç min altı yüz otuz iki manat, doxsan iki qəpik) AZN faiz borcu, 121 248.89 manat (yüz iyirmi bir min iki yüz qırx səkkiz manat, səksən doqquz qəpik) AZN cərimə, cəmi 204 881.81 manat (iki yüz dörd min səkkiz yüz səksən bir manat, səksən bir qəpik) AZN borcunun yarandığını, 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC-nin müflis elan edildiyini, iflas proseduruna başlanıldığını və qərarın dərhal icraya yönəldildiyini, həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edildiyini, tərəflərindən cavabdehə 01 mart 2010-cu il tarixli 879 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərildiyini, cavabdehlərin təklifə cavab vermədiyi üçün tərəflərindən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunduğunu, təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiyaya dəvət məktubu göndərildiyini, "xxxx" MMC-yə X11 tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki yaşadıqları ünvan üzrə məktub göndərilməsinə baxmayaraq nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlmədiklərini, iddiaçı tərəfin ilkin mediasiya sessiyasına iştirak etdiyini, X11 keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərcin ödənildiyini və bu barədə mediator tərəfindən müvafiq arayışın verildiyini qeyd etməklə əsaslandırmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 442-ci, 445.1-ci, 445.2-ci, 445.2.1-ci, 445.2.2-ci, 448.1-ci, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə istinad edərək, X15 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclərin tərəflər arasında bərabər şəkildə bölüşdürüldüyünü, Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəfin mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməli olduğunu, həmin qanunun 3.4-cü maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edildiyini, məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumunun Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarıldığını, cəmi 204 881.81 manat olan iddia tələbi üzrə ödəniləcək 495 manat dövlət rüsumunun ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat olan mediasiya xərcinə uyğun olaraq rüsumdan azad hesab olunduğunu qeyd etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-14/2023 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-14/2023 saylı qərardadı ilə iş üzə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi və ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmış, 07 iyul 2023-cü il tarixli, 416 saylı məhkəmə ekspertizasının rəyi məhkəməyə daxil olduğundan məhkəmənin 12 iyul 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Daha sonra məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə e-2-2(123)-14/2023 saylı iş üzrə işə baxılma müddəti xx.xx.2023-cü il tarixdən 2 ay müddətinə uzadılması, xx.xx.2023-cü il tarixli qərardadı ilə isə işə mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışının təyin edilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə2 08 fevral 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahında İddiaçı ASC-nin 12 saylı filialı tərəfindən "xxxx" MMC-yə 01 mart 2010-cu il tarixli, 879 saylı kredit müqaviləsinə əsasən bank vasitəsilə illik 6% olmaqla 84 ay müddətinə 1 500 000 manat pul verildiyini, əsas məbləğ ödənildikdən sonra iddia qaldırılan müddətə "xxxx" MMC-nin Ləğv prosesində olan İddiaçı ASC-yə 83 632.92 manat (səksən üç min altı yüz otuz iki manat, doxsan iki qəpik) faiz borcu, 121 248.89 manat (yüz iyirmi bir min iki yüz qırx səkkiz manat, səksən doqquz qəpik) cərimə borcu, cəmi 204 881.81 manat (iki yüz dörd min səkkiz yüz səksən bir manat, səksən bir qəpik) borcu yarandığını, bununla əlaqədar qətnamə qəbul edilməsini xahiş edildiyini, əsas məbləğin onlara ödənildiyini, sadəcə olaraq faiz və cərimə borcunun qaldığını, ona görə iddia ərizəsində əsas borcu qeyd etmədiklərini, X18 ilə Bank of Azerbaijan arasında müqavilə olduğunu, həmin müqaviləyə əsasən vasitəçi bank kimi özlərinin iştirak etdiyini, pulu da özlərinin yığmalı olduğunu, sadəcə olaraq o pulun bir faizinin onların, qalanının Sahibkarlıq Fonduna onlara çatmalı olduğunu, pulu birbaşa aparıb X8 hesabına ödənilməsi ilə bağlı göstərişlərin olduğunun cavabdehin nümayəndəsi tərəfindən düzgün qeyd edildiyini, amma faktiki olaraq o pulun onlara, yəni Bank of Azerbaijana ödənilməli olduğunu, Cahan-İnşaat MMC-nin pulu Bank of Azerbaijana ödəyənə qədər faiz borcunun qalmadığını, həmin ərəfələrdə Naxçıvanda o pulların cavabdehdən tələb edilməsinin qanunsuz olduğunu, X3 heç cür onu cavabdehdən tələb edə bilməyəcəyini, tələb etmələri üçün onların iddiaçıya verməli olduğunu, cavabdehin də iddiaçıya ödəməli olduğunu, 06 mart 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında xx.xx.2019-cu il tarixli sonuncu ödəmənin Naxçıvan MR-sı İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən həyata keçirildiyini, 14 avqust 2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahında cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə iddia müddətinin ötmədiyini, çünki noyabr ayında müracit etdiklərini, o vaxt da müddətin ötmədiyini, son ödənişin 26 noyabr 2019-cu il tarixdə olduğunu, 03 noyabr 2022-ci il tarixdə də mediasiya prosesinin tətbiqi barədə təklif verildiyini, iddia müddətinin keçməsini qəbul etmədiklərini, eskpertizanın rəyində də sonuncu ödənişin 2019-cu ilin noyabr ayında olduğunun göstərildiyini bildirməklə xx.xx.2023-cü il tarixli məhkəmə baxşı iclasında Sədrlik edənin suaalrına cavabında cavabdeh tərəfin X1 ödəmə etməyə başladıqdan sonra iddiaçıya heç bir ödəmə etmədiyini, iş üzrə bağlanmış müqavilənin şərtlərinin iddiaçı Bankın hazırladığını, xx.xx.2023-cü il tarixli, **********81 saylı arayışda xx.xx.2019-cu il tarixdə LPO İddiaçı ASC-yə 803 565.03 manat məbləğin Naxşıvan Muxtar Respublikasının X3 ödədiyini, 01 mart 2010-cu il tarixli, 879 saylı kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş cədvəlinin Bankın ləğv prosesindən sonra, yeni binaya köçdükdən sonra tapımadığını, ona görə təqdim edə bilmədiklərini, xx.xx.2023-cü il tarixli, **********81 saylı arayışda göstərildiyi kimi cavabdeh tərəfindən son ödəmənin xx.xx.2015-ci il tarixdə edildiyini, işin İ cildinin 121-258-ci vərəqələrində olan hesabdan çıxarışlarda 2009-cu il tarixlərinin düşməsinin texniki səhvlik olduğunu, xx.xx.2019-cu il tarixli, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının X9” ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu arasında bağlanmış müqavilə barəsində cavabdehə məlumat verilmədiyini, belə ki, cavabdehin buna aidiyyətinin olmadığını bildirərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə3 08 fevral 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahında banka pul ödədikdən sonra bank, fonda pul ödəmədiyindən rəhbərlikdən, yəni Sahibkarlıq Fondunun sədrindən, keçmiş İqtisadiyyat Nazirindən və Mərkəzi Bankın sədri, indiki baş nazirdən göstərişin gəldiyini, həmin göstərişə əsasən pulları Bank of Azerbaijana deyil, Sahibkarlığa Kömək Milli X17 Bankındakı hesabına ödənilməsinin bildirildiyini, əsas borcun da bağlanması haqqında X2 məktubunun olduğunu, həmçinin göstərişdən sonra ödənilən pulların hamısının qəbzlərinin olduğunu, Bank pulu onlardan alıb ödəmədikləri üçün, onların da banka faiz borcu verməli olmadıqlarını, Bankın öz vəzifəsini yerinə yetirmədiyindən, pulu Banka ödəməyin, birbaşa aparıb, fondun hesabına ödədiklərini, ona görə niyə faiz verməli olduqlarını, bankın vəzifəsinin pulu cavabdehdən alaraq Sahibkarlıq Fonduna ödəyib, xidmət haqqı götürməkdən ibarət olduğunu, onu da etmədikləri üçün, yəni Sahibkarlıq Fonduna ödəmədikləri üçün onlara göstərişin belə verildiyini, onlar da belə etdiyini, ona görə də tələbin əsassız olduğunu, iddiaçı o proseduru pozmayana qədər onlara pulları da, faizləri də ödədiklərini, sonda hansı ki, səkkiz yüz min nə qədər qaldığını, Banka ödəmədiklərini onun faizinin hesablandığını, iddiaçı öz vəzifəsini yerinə yetirənə qədər, onlardan alıb, Sahibkarlıq Fonduna ödəyənə qədər o faizləri də ödədiklərini, elə ki, iddiaçı milyon yarım fonda ödəmədikdən sonra Fondla iddiaçı arasında, sonra özləri arasında problem yarandığını, Bank pulu ödəmədiyi üçün dövlətin pulunun getdiyini, onların isə pis vəziyyətdə qaldığını, 22 avqust 2023-cü il tarixli məhkəmə baxışı iclasında verdiyi izahatında iddia müddətinin tətbiqinə dair iddiaçı tərəfindən təqdim edilən etirazdakı dəlillərin hər hansı bir hüquqi əsasının olmadığını, belə ki, hazırki məhkəmə icraatında olan işin müqavilə öhdəliklərindən doğan mübahisələrlə bağlı olduğunu, qeyd olunan müqavilənin isə İddiaçı ASC və "xxxx" MMC arasında bağlanıldığını, Naxçıvan Muxtar Respublikasının X2 müqavilədə tərəf kimi iştirak etmədiyini, iddiaçının hüququnun pozulduğunu iddia etdiyi müqavilənin tərəflər arasında bağlanmış xx.xx.2010cu il tarixli 879 saylı kredit müqaviləsi olduğunu, bu müqavilə üzrə hüququnun pozulduğunu iddia edən iddiaçının qanunvericiliklə müəyyən edilən müddətdə hüquqlarının pozuntusu ilə bağlı tələb hüququndan istifadə etmədiyini, müqaviləni araşdırarkən orada kreditor və borclunun aydın göstərildiyini və borclunun hər hansı üçüncü tərəfə ödənişi məsələsinin öz əksini tapmadığını, buna görə də, tərəfin pozulduğunu iddia etdiyi hüququn müqaviləyə uyğun olaraq kreditin qaytarılmasının icra müddətinin bitmə anından başlandığını, hər hansı bir müqavilə tərəfi olmayan şəxsə edilmiş ödənişin onun tələb hüququndan məhrum etmədiyini və ya pozulduğunu iddia etdiyi hüquqlarını bərpa etmədiyini, digər tərəfdən Naxçıvan SİF-ə ödənilmiş məbləğin borcun etirafı kimi qəbul edilməsi və iddia müddətinin axımının dayandırılması ilə bağlı təqdim olunan arqumentin də əsassız olduğunu, belə ki, Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etməli olduğunu məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli olduğunu, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququnun olduğunu, öhdəliklər zamanı əgər müqavilədə başqa hal göstərilməyibsə, borclunun kreditor qarşısında cavabdeh olduğunu və əgər kreditor tərəfindən tələb hüququ başqa şəxslərə ötürülməyibsə, müqavilə üzrə onun qarşısında məsuliyyət daşıdığını, ona görə də üçüncü şəxsə hər hansı ödənişin edilməsinin kreditor qarşısında borcun etirafı kimi qiymətləndirilməməli olduğunu, 11 sentyabr 2023-cü il tarixli məhkəmə baxşı iclasında verdiyi izahatında üçüncü tərəflə iddiaçının hər hansı bu iş üzrə müqavilə bağlamasının onlara heç bir aidiyyəti olmadığını bildirməklə, xx.xx.2023-cü il tarixli məhkəmə baxşı iclasında Sədrlik edənin suaalrına cavabında bağlanmış müqavilənin şərtlərinin iddiaçı Bankın hazırladığını, cavabdeh tərəf olaraq son ödəmənin xx.xx.2015-ci il tarixdə onlar tərəfindən edildiyini, xx.xx.2019-cu il tarixli, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının X9” ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu arasında bağlanmış müqavilədən xəbərləri olmadığını olsa belə ona razılıq verməyəcəklərini, Banka müraciət edərək bəzi sənədləri istədiklərində sənədləri tapa bilmədiklərini, ləğvdən sonra köçdükdə it-bata düşdüyünü, bütün bunları nəzərə alaraq iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 17 oktyabr 2023-cü il tarixdə saat 16:00-da keçirilən məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iştirak etmiş, iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndələri məhkəmə baxışı iclasına gəlməmiş ərizə ilə məhkəməyə məlumat vermişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndələrinin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC (VÖEN: **********) tərəfindən iddia ərizəsinin verilməsinə görə 95.00 (doxsan beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. **********787 nömrəli, 03 noyabr 2022-ci il tarixli maliyyə cədvəlindən görünür ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 01 mart 2010-cu il tarixli 8-17646-5 saylı kredit müqaviləsi üzrə 28 oktyabr 2022-ci il tarixinə yaranmış tələb müqavilə üzrə əsas borc 0 (sıfır) manat, 01 mart 2010- 01 mart 2017-ci illəri əhatə edən müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər üzrə 83 632.92 (səkəs üç min altı yüz otuz iki manat doxsan iki qəpik), müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 121 248.89 (bir yüz iyirmi bir min iki yüz qırx səkkiz manat səksən doqquz qəpik), gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 0 (sıfır) manat və gecikdirilmiş gün sayı 2067 olmaqla müqavilənin tələbləri əsasında yaranmış ümumi borc məbləği 204 881.81 (iki yüz dörd min səkkiz yüz səksən bir manat səksən bir qəpik) təşkil edir. Eyni zamanda həmin cədvəldən AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsinin 5% (beş faiz) olaraq müəyyənləşdirildiyi görünür. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1404/2016 saylı iş üzrə çıxarılmış qərarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi və iflas proseduruna başlanılması, Əmanətlərin Sığortalanması Fondunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. xx.xx.2010-cu il tarixli, 879 saylı təminatlı kredit müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən Nizamnaməsi və Azərbyacan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 1 dekabr 1993-cü il tarixli 166 saylı Lisenziyası əsasında fəaliyyət göstərən İddiaçı ASC-nin 12 saylı filialı (bundan sonra-Borc verən), etibarnamə əsasında çıxış edən (vəzifəsi, səlahiyyətli şəxsin adı) X20 şəxsində digər tərəfdən Nizamnamə əsasında fəaliyyət göstərən (Cahan-İnşaat MMC-nin direktoru) (bundan sonra-Borc alan), adından çıxış edən (X21) şəxsində, aşağıdakı şərtlərlə razılığa gələrək bu X10 (bundan sonra müqavilə) imzalayırlar. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, Borc verən Borc alana Cahan İnșaat MMC-ə 1 500 000 (Bir milyon beș yüz min) manat məbləğində (bundan sonra Kredit məbləği) 84 ay müddətinə illik 6 (Altı) faizlə kredit verməyi, Borc alan isə Kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmıș faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. 1.2-ci bəndindən görünür ki, Borc alan kredit məbləğini (CAHAN-HOLDİNQ) kommersiya şirkətləri tərəfindən istehsal olunan məhsulların saxlanma və satış bazası sahəsinin yaradılması yönümlü maliyyələşdirilməsi üçün istifadə edəcəkdir. 2.2-ci bəndindən görünür ki, Kredit üzrə faizlər bu Müqavilənin ssuda hesabı üzrə borcun yarandığı gündən hesablanır. 2.3-cü bəndindən görünür ki, Borc alan tərəfindən kredit üzrə Borc verənə ödənilməli olan əsas borc və faizlər 3.6 bəndində göstərilmiş müddətdə ödənilmədikdə həmin əsas borc və faizlər gecikdirilmiş hesab olunur. 2.4-cü bəndindən görünür ki, Borc alanın kredit üzrə ödənişləri ardıcıl olaraq dəbbə pulunun hesablanmış faiz borcunun və əsas borcun silinməsinə yönəldilir. 3.6-cı bəndindən görünür ki, kredit məbləğindən istifadə müddətinin axımı ssuda hesabı üzrə borcun yarandığı gündən başlanır və bu Müqaviləyə 1 nömrəli Əlavədə (Ödəniş Cədvəli) göstərilən kreditin son ödəniş tarixində saat 16:00 da bitir. (Lakin 1 nömrəli əlavə sənədlərə əlavə edilməmişdir) 5.1-ci bəndindən görünür ki, Bu Müqavilə üzrə Borc alan üzərinə düşən öhdəlikləri icra etməməsinə və ya lazımınca icra etməməsinə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsinə görə dəbbə pulu ödəməlidir. 7.1.5-ci bəndindən görünür ki, bu Müqavilə əsasında ona məxsus olan tələbi başqa şəxslərə vermək borc verənin hüququdur. 7.2.1-ci bəndindən görünür ki, borc verən bu Müqavilənin 3.3-cü bəndi ilə müəyyən edilmiş müddətdə krediti Borc alanın ssuda hesabına köçürməyi və bu barədə dərhal Borc alana məlumat verməyi öz öhdəsinə götürür. 7.4.1-ci bəndindən görünür ki, borc alan bu müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. 7.4.4-cü bəndindən görünür ki, borc alan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməyi öz öhdəsinə götürür. 9.6-cı bəndindən görünür ki, kreditdən istifadə müddətinin bitməsi Tərəflərin bu müqavilənin qüvvədə olduğu müddətdə yol verdikləri pozuntular üzrə məsuliyyətdən azad etmir. 14.1-ci bəndindən görünür ki, bu müqavilə hər iki tərəfin imzaladığı gündən qüvvəyə minir. Bu müqavilə müddətsiz olaraq qüvvədə olacaq, konfidensiallıq və fors major başlıqlı maddələr istisna olmaqla bu müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirdiyi tarixədək qüvvədədir. **********823 nömrəli, 17 noyabr 2022-ci il tarixli mediasiya üçün müraciətin surətindən görünür ki, xx.xx.2010-cu il tarixli 879 saylı kredit müqaviləsinin şərtlərinə əməl edilməməsinə dair kommersiya mübahisəsi üzrə 02.11. 2022-ci il tarixdə X4 müraciət edilmişdir. **********798 nömrəli, 03 noyabr 2022-ci il tarixli, mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, LPO İddiaçı ASC tərəfindən Cahan-İnşaat MMC və Cahan MMC-ə xx.xx.2022-ci il tarixdə tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli 879 saylı kredit müqaviləsinin şərtlərinə əməl edilməməsinə dair kommersiya mübahisəsi üzrə təklif göndərilmişdir. “Naxçıvan Muxtar Respublikasının X9” X26 tərəfindən Cahan İnşaat MMC-yə təqdim edilən 15 noyabr 2022-ci il tarixli, 83 nömrəli “Hüquqi şəxs Cahan İnşaat MMC-yə verilmiş kredit vəsaiti haqında məlumat” dan görünür ki, Naxçıvan Muxtar Respublikası X18 ilə müvəkkil kredit təşkilatı İddiaçı ASC arasında bağlanmış kredit xətləri üzrə Fondun vəsaitlərinin istifadə edilməsi şərtləri haqqında müqaviləyə əsasən "xxxx" MMC-yə istehsal olunan məhsulların saxlanma deposu və satışı mərkəzinin yaradılması məqsədilə 2010-cu ildə güzəştli şərtlərlə əsas məbləğdə 1.500.000,0 manat kredit verilmiş, bu günkü tarixə "xxxx" MMC tərəfindən kredit vəsaitinin ödənilməsi başa çatdırılmış, haliyyədə cəmiyyətin Fonda əsas məbləğdən heç bir kredit borcu yoxdur. Naxçıvan Muxtar Respublikasının X9” X26 tərəfindən Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli, 22 saylı cavab məktubunda Cahan İnşaat MMC və İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi üzrə “istehsal olunan məhsulların saxlanma deposu və satışı mərkəzinin yaradılması” məqsədilə 2010-cu ildə cəmiyyətə ayrılmış 1.500.000,0 (bir milyon beş yüz min) manat həcmində kredit vəsaitindən sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 3.505.0 (üç min beş yüz beş) manat həcmində əsas məbləğ ödənilərək kredit borcunun əsas məbləğdən olan hissəsinin bağlanması təmin edildiyi göstərilmişdir. 29 yanvar 2016-cı il tarixli, 73 nömrəli qəbzdən görünür ki, Cahan İnşaat MMC tərəfindən əsas borc məbləğindən 53 572,00 manat Nax. MR X12 X19 MR İdarəsində olan bank hesabına köçürülmüşdür. 29 fevral 2016-cı il tarixli, 6 nömrəli qəbzdən görünür ki, Cahan İnşaat MMC tərəfindən əsas borc məbləğindən 53 572,00 manat Nax. MR X12 X19 MR İdarəsində olan bank hesabına köçürülmüşdür. 05 may 2016-cı il tarixli, 64 nömrəli qəbzdən görünür ki, Cahan İnşaat MMC tərəfindən əsas borc məbləğindən 126 622,00 manat Nax. MR X12 X19 MR İdarəsində olan bank hesabına köçürülmüşdür. 06 iyun 2016-cı il tarixli, 87 nömrəli qəbzdən görünür ki, Cahan İnşaat MMC tərəfindən əsas borc məbləğindən 63 310,00 manat Nax. MR X12 X19 MR İdarəsində olan bank hesabına köçürülmüşdür. 27 iyul 2016-cı il tarixli, 24 nömrəli qəbzdən görünür ki, Cahan İnşaat MMC tərəfindən əsas borc məbləğindən 63 311,00 manat Nax. MR X12 X19 MR İdarəsində olan bank hesabına köçürülmüşdür. 16 avqust 2016-cı il tarixli, 66 nömrəli qəbzdən görünür ki, Cahan İnşaat MMC tərəfindən əsas borc məbləğindən 63 311,00 manat Nax. MR X12 X19 MR İdarəsində olan bank hesabına köçürülmüşdür. 23 yanvar 2017-ci il tarixli, 41 nömrəli qəbzdən görünür ki, Cahan İnşaat MMC tərəfindən əsas borc məbləğindən 126 622,00 manat Nax. MR X12 X19 MR İdarəsində olan bank hesabına köçürülmüşdür. 21 oktyabr 2016-cı il tarixli, 37 nömrəli qəbzdən görünür ki, Cahan İnşaat MMC tərəfindən əsas borc məbləğindən 126 622,00 manat Nax. MR X12 X19 MR İdarəsində olan bank hesabına köçürülmüşdür. 09 fevral 2017-ci il tarixli, 24 nömrəli qəbzdən görünür ki, Cahan İnşaat MMC tərəfindən əsas borc məbləğindən 126 622,00 manat Nax. MR X12 X19 MR İdarəsində olan bank hesabına köçürülmüşdür. 27 mart 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 tərəfindən verilən vəsatət əsasında məhkəmə tərəfindən Naxçıvan Muxtar Respublikasının X9” X23 ünvanlanmış 27 mart 2023-cü il tarixli, e-2-2(123)-14/2023 saylı sorğuya cavab olaraq 30 mart 2023-cü il tarixdə məhkəməyə elektron qaydada daxil olmuş “Naxçıvan Muxtar Respublikasının X9” X22 30 mart 2023-cü il tarixli, 22 nömrəli məktubundan görünür ki, "xxxx" MMC və İddiaçıASC arasında bağlanılmış kredit müqaviləsi üzrə “istehsal olunan məhsulların saxlanma deposu və satışı mərkəzinin yaradılması” məqsədilə 2010-cu ildə cəmiyyətə ayrılmış 1.500.000,0 (bir milyon beş yüz min) manat həcmində kredit vəsaitindən sonuncu dəfə xx.xx.2019cu il tarixdə 3.505,0 (üç min beş yüz beş) manat həcmində əsas məbləğ ödənilərək kredit borcunun əsas məbləğdən olan hissəsinin bağlanılması təmin edilmişdir. 27 mart 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 tərəfindən verilən vəsatət əsasında məhkəmə tərəfindən X19 MR İdarəsinə ünvanlanmış 27 mart 2023-cü il tarixli, e-2-2(123)-14/2023 saylı sorğuya cavab olaraq 31 mart 2023-cü il tarixdə məhkəməyə elektron qaydada daxil olmuş cavab məktubundan görünür ki, "xxxx" MMC və İddiaçı ASC arasında bağlanılmış kredit müqaviləsi üzrə “istehsal olunan məhsulların saxlanma deposu və satışı mərkəzinin yaradılması” məqsədilə 2010-cu ildə cəmiyyətə ayrılmış 1.500.000,0 (bir milyon beş yüz min) manat həcmində kredit vəsaitindən sonuncu dəfə xx.xx.2019cu il tarixdə 3.505,0 (üç min beş yüz beş) manat həcmində əsas məbləğ ödənilərək kredit borcunun əsas məbləğdən olan hissəsinin bağlanılması təmin edilmişdir. 15 may 2023-cü il tarixli, **********81 saylı LPO ”Bank of Azerbaijan” ASC tərəfindən verilmiş "xxxx" MMC-nin 879/F12 saylı kredit müqaviləsi üzrə ödənişləri və silinmələri barədə arayışda (xx.xx.2019-cu il tarixdə olan 803 565.03 manat məbləğin X12 ödəməsi nəzərə alınaraq (31 oktyabr 2019-cu il tarixli, xx.xx.2023-cü il tarixdə işə əlavə edilmiş müqavilə nəzərə alınaraq)) son ödəmənin və silinmənin 53 572.00 manat məbləğində xx.xx.2015-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya ödənildiyi görünməkdədir. 02 avqust 2023-cü il tarixdə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlanaraq, həmin ərizədə “icraatda iddiaçı LPO "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə e-2-2(123)-14/2023 saylı kommersiya işinin olduğu, iş materiallarından da göründüyü kimi iddiaçı ilə cavabdehin 01 mart 2010-cu il tarixli, 879 nömrəli kredit müqaviləsi bağladığını, kreditin qaytarılma müddətinin 7 (yeddi) il müəyyən edildiyini, yəni 02 mart 2017-cı il tarixinə qədər müəyyən edildiyini, həmin kredit müqaviləsi üzrə cavabdeh tərəfindən sonuncu ödənişin 07 mart 2019-cu il tarixində 3505.0 manat olmaqla həyata keçirildiyini, həmçinin iddiaçının xx.xx.2019-cu il tarixdə Naxçıvan MR-nın İnzibati-İqtisadi Məhkəməsinə iddiası ilə bağlı müraciət etdiyini, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-2(087)-39/2019 nömrəli qərardadı ilə baxılmamış saxlanıldığını, həmin qərardaddan verilmiş Apellyasiya şikayəti də Naxçıvan MR-sı Ali Məhkəməsinin inzibti-iqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2( 108)-03/2019 nömrəli qərardadı ilə təmin edilmədiyini, Azərbaycan Respublikası Mülki Məcəllənin 377.2-ci maddəsinin tələbinə əsasən icra müddətinin müəyyənləşdirilmiş-öhdəliklər üzrə iddia müddətinin axımının icra müddəti bitdikdə başlandığını, həmin Məcəllənin 380.1-ci maddəsinin tələbinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımının kəsildiyini, həmin Məcəllənin 380.2-ci maddəsinin tələbinə əsasən fasilədən sonra iddia müddətinin yenidən başlandığını, fasiləyə qədər keçmiş vaxtın yeni müddətə daxil edilmədiyini, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi hazırki iddia tələbi üzrə iddia müddətinin axımının 02 mart 2017-ci ildə başladığını, belə ki, müqavilə üzrə ödəniş vaxtının 02 mart 2017-ci il tarixdə bitdiyini, iddia müddətinin bitmə tarixinin isə 3 il sonraya, daha dəqiq deyilsə 16 iyun 2020-ci il tarixinə təsadüf etdiyini, lakin cavabdeh xx.xx.2019-cu il tarixdə əsas borc üzrə ödəniş etdiyindən və iddia müddətinin axımı qanunvericiliyə əsasən həmin tarixdən başladığından, iddia müddətinin sonunun xx.xx.2022-ci ildə bitdiyini, iddiaçının isə yalnız xx.xx.2022-ci ildə mediasiya prosesinə başladığını və sonra iddia ilə məhkəməyə müraciət etdiyini, iddiaçının bununla da iddia müddətini buraxmış olduğunu, iddiaçının bundan öncə də məhkəməyə müraciət etdiyini, lakin gedən proseslərin sonunda iddiaçının ərizəsinin baxılmamış saxlanıldığını, Mülki Məcəllənin 381.1-ci maddəsinin tələbinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımının ümumi qaydada davam etdiyini, yuxarıda “göstərilən hallarla oxşar olan işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra Qərarlarını nümunə üçün qeyd etdiyini, (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4192/2022 nömrəli qərarı, xx.xx.2022-ci il tarixli, 2(102)-780/2022 nömrəli qərarı, xx.xx.2021-ci il tarixli, 2(102)-3529/2022 nömrəli qərarı və xx.xx.2019-cu il tarixli, 2(102)-2205/2019 nömrəli qəran və digər qərarları) Həmin Qərarlarda əks edilmiş hüquqi mövqedən də müqavilə tələbləri üzrə yəni kredit müqavilələri üzrə 3 illik iddia müddəti tətbiq edildiyinin göründüyünü və iddianın baxılmamış saxlanılmasının iddia müddətinin axımına heç cür təsir göstərmədiyini, müddətin axımını dayandırmadığını, əksinə iddia müddətinin axımının ümumi qaydada davam etdiyini, göstərilənlərin artıq formalaşmış məhkəmə təcrübəsi olduğunu, həmçinin baxılmamış saxlanılma nəzərə alınmasa belə iddiaçı tərəfin iddia müddətini buraxmağının iş materiallarından, yəni müqavilədən və qeyd edilənlərdən aşkar olaraq görünməkdə olduğunu, nəticə etibarı ilə şərh edilənləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsini rəhbər tutaraq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə e-2-2(123)-14/2023 saylı kommersiya işi üzrə iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı qismində iştirak edən Ləğv prosesində olan ”Bank of Azerbaijan” ASC tərəfindən elektron qaydada məhkəməyə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqinə dair ərizəsinə etiraz ünvanlanaraq, həmin etirazda Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdeh "xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair qaldırılan iddia tələbi üzrə işin icraatda olduğunu, ləğv prosesində olan İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2010-cu il tarixli 879 saylı kredit müqaviləsi bağlanıldığını, məhkəmə prosesi zamanı "xxxx" MMC şirkətinin nümayəndəsi Nümayəndə3 tərəfindən xx.xx.2010-cu il tarixli 879 saylı kredit müqaviləsi üzrə məhkəməyə ərizə verilərək iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş edildiyini, bununla bağlı olaraq "xxxx" MMC şirkətinin nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş ərizədə iddia müddətinin xx.xx.2022-ci il tarixində bitdiyi, lakin iddiaçının xx.xx.2022-ci il tarixində mediasiya prosesinə başladığı və sonra iddia ilə məhkəməyə müraciət etdiyi, bununla da iddia müddətinin ötürüldüyünün qeyd edildiyini, bununla bağlı olaraq xx.xx.2010-cu il tarixli 879 saylı kredit xətti müqaviləsi üzrə LPO İddiaçı ASC tərəfindən məhkəməyə və ekspertiza idarəsinə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına digər sənədlərə əsasən sonuncu ödənişin xx.xx.2019-cu il tarixində 803 565.03 manat məbləğində olduğunu bildirmək istədiyini, iş üzrə iddia müddətinin xx.xx.2022-ci il tarixində bitdiyini, mediasiya üçün təklifin tarixinin isə xx.xx.2022-ci il tarixində olduğunu, beləliklə də qanunun tələbinə əsasən mediasiya üçün təklifin göndərildiyi tarix olan xx.xx.2022-ci il tarixindən iş üzrə iddia müddətinin axımının dayandırıldığını və işin məhkəməyə iddia müddəti ötürülmədən verildiyini, ekspert tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 416 saylı ekspert rəyində də tərəflərindən ekspertə tələb olunan bütün sənədlərin göndərilməsinə baxmayaraq yalnız Naxçıvan Muxtar Respublikası SİF tərəfindən verilmiş sənədlərin nəzərə alındığını, onların təqdim etdiyi hesabdan çıxarış məlumatlarının və digər sənədlərin nəzərə alınmadığını, Naxçıvan SİF tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda kredit müqaviləsi üzrə sonuncu ödənişin xx.xx.2019-cu il tarixində 3505.0 manat olması göstərildiyini, bu məsələ ilə bağlı olaraq həmin kredit müqaviləsi üzrə ödənişlərin "xxxx" MMC tərəfindən birbaşa qanunsuz olaraq İddiaçı ASC-yə ödənilmək əvəzinə Naxçıvan SİF-ə ödənildiyini bildirmək istədiyini, nəticədə də Naxçıvan SİF-in İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanılmış 879 saylı kredit müqaviləsi üzrə tərəflərdən biri olmamasına baxmayaraq həmin ödənişləri qəbul etdiyini, sonradan Naxçıvan SİF-lə İddiaçı ASC arasında olmuş razılaşmaya əsasən 803 565.03 manat məbləğində vəsaitin xx.xx.2019-cu il tarixində İddiaçı ASC-nin hesabına köçürüldüyünü və "xxxx" MMC-nin əsas borcuna silinməsinə yönəldildiyini, yuxarıda qeyd olunanlardan da göründüyü kimi 879 saylı kredit müqaviləsi üzrə sonuncu ödənişin xx.xx.2019-cu il də ödənildiyi və bu səbəbdən də kredit müqaviləsi üzrə iddia müddətinin bitmə tarixinin xx.xx.2022-ci ildə olduğunu, “Mediasiya haqqında” AR qanununun 35.1-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olduğunu, o cümlədən, AR Mülki Prosessual Məcəlləsinin 88-ci, 77.1.-ci, 81-ci, 14.1-ci maddələrinə istinad edərək, məhkəmənin işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etdiyini, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etdiyini, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərdiyini qeyd edib, yuxarıda qeyd olunanları nəzərə alaraq "xxxx" MMC şirkətinin nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizənin əsassız hesab edilməsini xahiş etmişdir. 21 avqust 2023-cü il tarixdə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 tərəfindən elektron qaydada məhkəməyə “iddia müddətinin tətbiqinə dair əsaslandırmanın dəyişdirilməsi barədə ərizə” ünvanlanaraq həmin ərizədə Məhkəmənin icraatında iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə e-2 -2 (l23)-14/2023 saylı kommersiya işi olduğunu, iş materiallarından da göründüyü kimi iddiaçı ilə cavabdeh arasında 01 mart 2010-cu il tarixli, 879 nömrəli kredit müqaviləsi bağlandığını, Kreditin qaytarılma müddətinin 7 (yeddi) il müəyyən edildiyini, yəni 02 mart 2017-cı il tarixinə qədər müəyyən edildiyini, iddiaçı xx.xx.2019-cu il tarixdə Naxçıvan MR-nın İnzibati-İqtisadi Məhkəməsinə iddiası ilə bağlı müraciət etdiyini, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-2(087)-39/2019 nömrəli qərardadı ilə baxılmamış saxlanıldlğını, həmin qərardaddan verilmiş Apellyasiya şikayəti də Naxçıvan MR-sı Ali Məhkəməsinin inzibti-iqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(108)-03/2019 nömrəli qərardadıilə təmin edilmədiyini, Azərbaycan Respublikası Mülki Məcəllənin 377.2-ci maddəsinin tələbinə əsasən icra müddəti müəyyənləşdirilmiş-öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinin tələbinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinin tələbinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi hazırki iddia tələbi üzrə iddia müddətinin axımı 02 mart 2017-cı ildə başlanıldığını, belə ki, müqavilə üzrə ödəniş vaxtının 02 mart 2017-ci il tarixdə bitdiyini, iddia müddətinin bitmə tarixi isə 3 il sonrava, daha dəqiq desək 02 mart 2020-ci il tarixinə təsadüf etdiyini, cavabdehin 01 mart 2010-cu il tarixli, 879 nömrəli kredit müqaviləsi ilə əlaqəsi olmayan tərəfə yəni Naxçıvan MRnm X6 ödəmə etməsi iddiaçıya edilən ödəmə kimi qəti surətdə nəzərə alına bilmədiyini, belə ki, Naxçıvan MR-nın X13 bu müqavilə üzrə tərəf olmadığını və tərəf olması üçün yəni yeni müqavilə bağlanması üçün iş üzrə cavabdehin razılığı əsasında müqavilə bağlanmalı olduğunu, lakin belə bir müqavilə iş üzrə cavabdehə təklif edilmədiyi və cavabdeh də təklif edildiyi təqdirdə belə 3-cü tərəfin müqaviləyə daxil edilməsi ilə razılaşmayacağını, iddiaçı iş üzrə yalnız 03.11,2022-ci ildə mediasiya prosesinə başladığını və sonra iddia ilə məhkəməyə müraciət etdiyini, iddiaçının bununlada iddia müddətini buraxdığını, doğrudur iddiaçı bundan öncə də məhkəməyə müraciət etdiyini qeyd etdiklərini, lakin gedən proseslərin sonunda iddiaçının ərizəsi baxılmamış saxlanıldığını, Mülki Məcəllənin 381.1 -ci maddəsinin tələbinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qavdada davam edir., yuxarıda “göstərilən hallarla oxşar olan işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra Qərarların nümunə üçün qeyd etdiklərini, (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 4192/2022 nömrəli qərarı, xx.xx.2022-ci il tarixli, 2(102)-780/2022 nömrəli qərarı, xx.xx.2021-ci il tarixli, 2(102)-3529/2022 nömrəli qərarı və xx.xx.2019-cu il tarixli, 2(102)-2205/2019 nömrəli qərarı və digər qərarları) həmin Qərarlarda əks edilmiş hüquqi mövqedən də müqavilə tələbləri üzrə yəni kredit müqavilələri üzrə 3 illik iddia müddəti tətbiq edilir və iddianın baxılmamış saxlanılması iddia müddətinin axımına heç cür təsir göstərmədiyini, müddətin axımını dayandırmadığını, əksinə iddia müddətinin axımı ümumi qaydada davam etdiyini, göstərilənlərin artıq formalaşmış məhkəmə təcrübəsi olduğunu, həmçinin baxılmamış saxlanılma müddəti də nəzərə alınaraq, iddiaçı tərəf iddia müddətini buraxdığı iş materiallarıdan, yəni müqavilədən və qeyd etdiklərindən aşkar olaraq görünməkdə olduğunu, nəticə etibarı ilə şərh edilənləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsini rəhbər tutaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə e-2-2( 123)-14/2023 saylı kommersiya işi üzrə (əvvəlki iddia müddətinin tətbiqinə dair ərizə nəzərə alınmadan) iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. 22 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 tərəfindən elektron qaydada məhkəməyə ünvanlanmış “iddia müddətinin tətbiqinə dair əsaslandırmanın dəyişdirilməsi barədə ərizə”nin nəzərə alınaraq iş materiallarına əlavə edilməsi, yekun məhkəmə aktı çıxarılarkən məhkəmə tərəfindən qiymət verilməsi qərara alınmışdır. İddiaçı tərəfindən “iddia müddətinin tətbiqinə dair əsaslandırmanın dəyişdirilməsi barədə ərizə” – sinə qarşı etiraz və ya mülahizə bildirilməmişdir. Məhkəmə göstərilənləri göz önündə tutaraq aşağıda qeyd edilənlərlə əsaslanaraq: Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli Qərarında- bununla belə Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını tərəflərin izahları və izahatları ilə əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ASC-nin 12 saylı filialı ilə cavabdeh "xxxx" MMC arasında 01 mart 2010-cu il tarixdə müqavilədə göstərilmiş şərtlərlə tam razılıq əsasında yazılı formada 879 saylı Təminatlı kredit müqaviləsi bağlanmış, bu müqavilə üzrə borcverən borcalana kommersiya şirkətləri tərəfindən istehsal olunan məhsulların saxlanma və satış bazası sahəsinin yaradılması üçün SKMF vəsaiti hesabına illik 6 % olmaqla 84 ay müddətinə 1 500 000 manat (bir milyon beş yüz min manat) məbləğində təminatlı kredit verilməsini, həmin müqavilənin 3.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada Kredit vəsaitini Borc alan ərizə ilə müraciət etdikdən sonra müştərinin istədiyi tarixdə lakin müraciətin daxil olduğu tarixdən 30 (otuz) gündən gec olmayaraq Borcalanın suda hesabına köçürməyi və bu barədə dərhal Borcalana məlumat verməyi, borcalan isə Kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmıș faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı, bu müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Bununla da, tərəflər kredit müqaviləsinin mühüm şərtləri hesab edilən hallar barədə razılığa gələrək, müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edərək kreditin verilməsi və onun əsasında iddiaçıya cavabdeh tərəfindən edilən ödəmələrlə öz əksini tapmaqdadır. Müəyyən edilmiş hallara münasibətdə məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında müqavilədən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də aiddir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən, iş materiallarında olan sənədlər ilə əlaqələndirildikdə müəyyən edilir ki, İddiaçı ASC-nin 12 saylı filialı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış olan 01 mart 2010-cu il tarixli, 879 saylı təminatlı kredit müqaviləsi əsasında verilən 1 500 000 manat məbləğində kredit vəsaitindən əsas borc və faizlər cavabdeh tərəfindən həm iddiaçı təşkilatın özünə, həm də faizlər olmadan əsas borc 01 mart 2010-cu il tarixli, 879 saylı təminatlı kredit müqaviləsi ilə əlaqəsi olmayan SİF-ə, üzərinə götürdüyü öhdəliyi pozaraq ödəmişdir. Lakin SİF-ə ödəmə edilməyə başlandıqdan sonra iddiaçıya faiz məbləğlərinin ödənilmədiyi cavabdehin nümayəndəsi tərəfindən izahlarında dəfələrlə qeyd edilmişdir. Bu hal “Naxçıvan Muxtar Respublikasının X9” X26 tərəfindən Cahan İnşaat MMC-yə təqdim edilən 15 noyabr 2022-ci il tarixli, 83 nömrəli “Hüquqi şəxs Cahan İnşaat MMC-yə verilmiş kredit vəsaiti haqında məlumat” ilə, cavabdeh tərəfindən SİF-ə ödənilməsini təsdiq edən 29 yanvar 2016-cı il tarixli, 73 nömrəli, 29 fevral 2016-cı il tarixli, 6 nömrəli, 05 may 2016-cı il tarixli, 64 nömrəli, 06 iyun 2016-cı il tarixli, 87 nömrəli, 27 iyul 2016-cı il tarixli, 24 nömrəli, 16 avqust 2016-cı il tarixli, 66 nömrəli, 23 yanvar 2017-ci il tarixli, 41 nömrəli, 09 fevral 2017-ci il tarixli, 24 nömrəli, 21 oktyabr 2016-cı il tarixli, 37 nömrəli qəbzlərlə, həmin məbləğlərin də SİF tərəfindən Banka ödənildiyi 08 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında və 09 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsinin izahında və izahatında əsas məbləğin ödənildiyini etiraf etməsi ilə öz təsdiqini tapmış, iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsində bu səbəbdən faiz və cərimə borcunun tələb edildiyini bildirmişdir. İddiaçı təşkilatın nümayəndəsi əsas məbləğin ödənilməsini qəbul etdiyindən, məhkəmə tərəfindən bunun tərəflər tərəfindən mübahisələndirilməyən hal olduğu müəyyən edilir. Məhkəmə iddiaçı və cavabdeh arasında razılaşma olmadan üçüncü tərəfə cavabdeh tərəfindən ödəmənin aparılması, iddiaçı tərəfindən qeyriqanuni hesab edilməsini dəfələrlə izahatlarında və etirazlarıda qeyd etməsini və qanunun tələblərini nəzərə alaraq, həmin ödəmələrin prosessual müddətin axımının dayanması kimi qəbul etməməkdədir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən 15 may 2023-cü il tarixli, **********81 saylı "xxxx" MMC-nin 879/F12 saylı kredit müqaviləsi üzrə ödənişləri və silinmələri barədə arayışda (xx.xx.2019-cu il tarixdə olan 803 565.03 manat məbləği X12 ödəməsini nəzərə alınaraq) son ödəmənin və silinmənin xx.xx.2015-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya ödənildiyi iddiaçı tərəfindən 15 may 2023-cü il tarixli, **********81 saylı arayışla və xx.xx.2019-cu il tarixli, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının X9” ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu arasında bağlanmış müqavilə ilə təsdiq olunmuşdur. İş üzrə araşdırmanın cavabdehin faiz və cərimə borcunun olub-olmaması istiqamətində aparılarkən, tərəflərin izahatı əsasında müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi əsas məbləğ ödənildikdən sonra iddia qaldırılan müddətə "xxxx" MMC-nin Ləğv prosesində olan İddiaçı ASC-yə 83 632.92 manat (səksən üç min altı yüz otuz iki manat, doxsan iki qəpik) faiz borcu, 121 248.89 manat (yüz iyirmi bir min iki yüz qırx səkkiz manat, səksən doqquz qəpik) cərimə borcu, cəmi 204 881.81 manat (iki yüz dörd min səkkiz yüz səksən bir manat, səksən bir qəpik) borcu yarandığını bildirsə də, cavabdeh, banka pul ödədikdən sonra bank, fonda pul ödəmədiyindən rəhbərlikdən, yəni Sahibkarlıq Fondunun sədrindən, keçmiş İqtisadiyyat Nazirindən və Mərkəzi Bankın sədri, indiki baş nazirdən göstərişin gəldiyini, həmin göstərişə əsasən pulları Bank of Azerbaijana deyil, Sahibkarlığa Kömək Milli X17 Bankındakı hesabına ödənilməsinin bildirildiyini, həmçinin göstərişdən sonra ödənilən pulların hamısının qəbzlərinin olduğunu, Bank pulu onlardan alıb ödəmədikləri üçün, onların da banka faiz borcu verməli olmadıqlarını, Bankın öz vəzifəsini yerinə yetirmədiyindən, qalan pulu Banka ödəməyib, birbaşa aparıb, fondun hesabına ödədiklərini qeyd etmiş, iddiaçının nümayəndəsi X18 ilə Bank of Azerbaijan arasında müqavilə olduğunu, həmin müqaviləyə əsasən vasitəçi bank kimi iddiaçının iştirak etdiyini, pulu da iddiaçının yığmalı olduğunu, sadəcə olaraq o pulun bir faizinin iddiaçıya, qalanının Sahibkarlığa Kömək Milli Fonduna çatmalı olduğunu bildirdiyindən Məhkəmə cavabdehin iddiaçıya xx.xx.2015-ci il tarixdən (Banka ödənilən son ödəmə) sonra borc məbləğlərindən borcu olduğunu müəyyən etməkdədir. Belə ki, Cahan İnşaat MMC tərəfindən NAX MR X18na əsas borc məbləğlərin ödənilməsini təsdiq edən qəbzlər əsasında əsas borc məbləğlərinin bir hissəsinin göstərişdən sonra, yəni xx.xx.2015-ci ildən sonra, 29 yanvar 2016-cı il tarixdən başlayaraq iddiaçıya deyil, birbaşa NAX MR X12 hesabına ödənildiyi müəyyən edilmiş, eyni zamanda 31 mart 2023-cü il tarixdə məhkəməyə elektron qaydada daxil olmuş məktuba əsasən "xxxx" MMC və İddiaçı ASC arasında bağlanılmış kredit müqaviləsi üzrə “istehsal olunan məhsulların saxlanma deposu və satışı mərkəzinin yaradılması” məqsədilə 2010-cu ildə cəmiyyətə ayrılmış 1.500.000,0 (bir milyon beş yüz min) manat həcmində kredit vəsaitindən sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 3.505,0 (üç min beş yüz beş) manat həcmində əsas məbləğ ödənilərək kredit borcunun əsas məbləğdən olan hissəsinin bağlanılması təmin edilmişdir qeydi, həmçinin iddiaçı tərəfindən təqdim edilən 31 oktyabr 2019-cu il tarixli, Bakı şəhərində bağlanmış Naxçıvan MR-nın X9 ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu arasında bağlanmış müqavilə bu halın sübutudur. Bu hal onu deməyə əsas verir ki, həmin məbləğin bir hissəsi birbaşa banka ödənilən anadək cavabdehin faiz borcu qalmamış və iddiaçının nümayəndəsi Nümayəndə2 izahı ilə həmin hal öz təsdiqini tapmış, qalan hissəsi isə qeyri qanuni yolla, yəni göstəriş əsasında, (xx.xx.2015-ci ildə son ödəmə iddiaçıya ödənilmişdir) 29 yanvar 2016-cı il tarixdən müqavilə üzrə tərəf olmadığı təqdirdə SİF-ə ödənilərək SİF vasitəsilə banka ödənildiyindən, həmin məbləği iddiaçı Bankın qəbul etməsinə baxmayaraq müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, iddiaçı xx.xx.2015-ci il tarixdən öhdəliklərin icra edilməli olduğu vaxt dövrünə qədər yəni xx.xx.2017-ci il tarixə qədər əldə etməli olduğu faizlərdən məhrum edilmişdir. Həmçinin İddiaçı Bankın hüquqlarını başqasına verməsinə dair heç bir müqavilə və ya digər sübut tərəflər tərəfindən Məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, məhkəmə həqiqətə nail olmaq, işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə cavabdehin iddiaçıya faiz və cərimə borcunun olub-olmadığının, əgər varsa həmin məbləğin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmiş, təyin edilən ekspert rəyinin nəticə hissəsində "xxxx" MMC ilə LPO İddiaçı ASC arasında bağlanmış 01 mart 2010-cu il tarixli, 879 saylı Kredit müqaviləsinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh "xxxx" MMC-nin, LPO İddiaçı ASC-yə 07 mart 2019-cu il tarixə (sualda göstərilən tarixə) kredit üzrə olan faiz borcunun 32 244,28 (otuz iki min iki yüz qırx dörd manat iyirmi səkkiz qəpik) manat, 28 oktyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdeh "xxxx" MMC-nin, LPO İddiaçı ASC-yə 28 oktyabr 2022-ci il tarixə (maliyyə arayışı verildiyi tarixə) kredit üzrə olan faiz borcu 32 244,28 (otuz iki min iki yüz qırx dörd manat iyirmi səkkiz qəpik) manat təşkil etdiyi, iş materiallarında cavabdeh "xxxx" MMC ilə LPO İddiaçı ASC arasında bağlanmış 01 mart 2010-cu il tarixli, 879 saylı Kredit müqavilələrinə əsasən kredit müqavilələri üzrə cərimə pulu bəndinin nəzərdə tutulduğu, lakin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank tərəfindən "xxxx" MMC-yə cərimə hesablanılmadığı, buna görə də hazırki tədqiqatla cavabdeh "xxxx" MMC-yə cərimə hesablanmadığı qeyd edilmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş ekspert rəyinə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin rəylə qismən razılaşmayaraq hissəvi sübut kimi qiymətləndirilməli olduğunu məqsədəmüvafiq hesab edir. Belə ki, iş üzrə qəbul edilmiş ekspert rəyinin tədqiqi hissəsində 01 mart 2010-cu il tarixli, 879 saylı Kredit müqaviləsinə görə kredit alanın illik faiz dərəcəsi 7% olmaqla 84 ay müddətinə kredit müqavilələrinin ayrılmaz hissəsi olan ödəniş cədvəli üzrə qaytarmaq şərtilə 1 500 000 (bir milyon beş yüz min manat) məbləğində kredit götürüldüyü qeyd edilsə də, tədqiqat obyekti kimi ekspertə təqdim edilmiş iş materiallarında olan təminatlı kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki, Borc alana, yəni Cahan-İnșaat MMC-yə 1 500 000 (Bir milyon beș yüz min) manat məbləğində (bundan sonra Kredit məbləği) 84 ay müddətinə illik 6 (Altı) faiz olmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Həmçinin ekspert rəyinin 3-cü vəqinin cədvəl hissəsində xx.xx.2017-ci ilə aid ödəmələrin iş materiallarında olmadığı, ödənilən məbləğin isə xx.xx.2016-cı ildə olan məbləğlə eynilik təşkil etdiyi müəyyən olunmuşdur. İşə əlavə edilmiş işin İ cildinin 121-258-ci vəqələrində olan hesabdan cıxarış məlumatlarında müqavilə bağlanmamışdan yəni 01 mart 2010-cu il tarixdən əvəlki tarixlərə olan göstəricilərə heç bir münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, digər sübut növləri kimi ekspert rəyinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunun 13-cü maddəsindən görünür ki, təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qeyd olunmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrindən biridir. Nəticədə, iş üzrə təqdim edilmiş iş materialları tam və hərtərəfli araşdırılmadan, iddiaçının ekspertə təqdim etdiyi 15 may 2023-cü il tarixli, **********81 nömrəli arayışla birlikdə illik 7% nəzərə alınmaqla və SKMF-na ödənilən məbləğləri iddiaçıya ödənilən məbləğlər kimi nəzərə alaraq rəy verildiyindən, məhkəmə həmin rəyin qismən əsassız olduğu qənaətinə gəlir. Bununlada məhkəmə cavabdehin iddiaçıya borcunun olduğu hissəsində ekspert rəyi ilə razılaşsa da borcun düzgün hesablanması hissəsində razılaşmamaqdadır. Həmçinin Məhkəmə iş üzrə adı çəkilən “Naxçıvan Muxtar Respublikasının X9” X26-nin (Əvvəlki adı: Naxçıvan MR X18) xidməti adının dəyişməsinə münasibət bildirərkən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur müddəasına dayanaraq tərəflər tərəfindən bu məsələnin mübahisələndirilə bilinməyəcəyini qeyd edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, işdə olan sənədləri dəqiqliklə tədqiq edib və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia müddəti tətbiq olunaraq iddiadan imtina edilməsi barədə qərar çıxarılması qanunamüvafiqdir. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı) İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir., fikirləri tam bu iş üzrə olan sübutlarda olan yalnışlıqların olması, sənədlərin itirilməsi səbəbindən natam və bir-biri ilə ziddiyətli olmasında təzahür etməkdədir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Qeyd edilənlərlə əlaqədar ilk olaraq öhdəlik hüquq münasibətlərinin yaranma tarixinə nəzər salsaq görərik ki, tərəflər arasında kredit müqaviləsi xx.xx.2010-cu il tarixdə bağlanmış, həmin müqavilənin 1.1-ci maddəsinə əsasən öhdəliklərin icra müddəti üçün 84 ay yəni 7 il, 14.1-ci maddəsinə əsasən isə müqavilənin qüvvədə olma müddətinin müddətsiz olaraq bu müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi tarixədək qüvvədə qalacağı müəyyən edilmişdir. Müqavilənin qeyd edilən müddəalarından da aydın olur ki, öhdəliklərin icra müddəti ilə müqavilənin qüvvədə olma müddəti fərqli anlayışlardır. Belə ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. (lakin icra müddəti bitdikdən, iddia müddəti keçdikdən sonra iddia müddətinin tətbiqinə dair ərizə verildiyi hallar istisna olmaqla) Həmin Məcəllənin 419.1-ci maddəsinə əsasən müqavilələrin standart şərtlərinin formaca qeyriadi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Həmin Məcəllənin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Yuxarıda qeyd edilən maddənin məzmunundan göründüyü kimi, öhdəliklərin xitamına əsas kimi müqavilənin qüvvədə olma müddətinin bitməsi göstərilmişdir. Bu iş üzrə 01 mart 2010-cu il tarixli, 879 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Borc verən Borc alana Cahan İnșaat MMC-ə 1 500 000 (Bir milyon beș yüz min) manat məbləğində (bundan sonra Kredit məbləği) 84 ay müddətinə illik 6 (Altı) faizlə kredit verməyi, Borc alan isə Kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmıș faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə kreditin 84 ay (yeddi il) müddətinə veridiyi və həmin müddətdə geri qaytarılması aşkar surətdə qeyd edilmişdir. Belə ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Odur ki, tərəflər arasında bağlanmış müqavilədə kreditin müddətinin 84 ay, yəni 7 il ilə müəyyən olunduğunu, həmin müddətin də öhdəliklərin icra edilməsinin vaxtı ilə tənzimləndiyini görmək mümkündür. Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı) Belə olduğu halda hazırkı müqavilə üzrə şərtləşdirilmiş qaydada müqavilənin müddətsiz olaraq yəni bütün öhdəliklərin icra edilməsi anına qədər qüvvədə olması halı nəzərdə tutulsa da, kreditor icra müddəti bitdikdən sonra bu hala əsaslanaraq qanunla müəyyən edilmiş iddia müddəti ötürüldükdən sonra borcludan öhdəliyin icra edilməsini, iddia müddətinin tətbiqinə dair ərizə verildiyi hallar olduqda tələb etməkdə haqlı deyildir. Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən əzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri) (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı) Göstərilənləri nəzərə alaraq, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarala bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). İddiaçı etirazında xx.xx.2010-cu il tarixli 879 saylı kredit xətti müqaviləsi üzrə LPO İddiaçı ASC tərəfindən məhkəməyə və ekspertiza idarəsinə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına digər sənədlərə əsasən sonuncu ödənişin xx.xx.2019-cu il tarixində 803 565.03 manat məbləğində olduğunu, iş üzrə iddia müddətinin xx.xx.2022-ci il tarixində bitdiyini, mediasiya üçün təklifin tarixinin isə xx.xx.2022-ci il tarixində olduğunu qeyd etsə də bununla bağlı məhkəmə bildirir ki, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında sonuncu ödənişin xx.xx.2019-cu il tarixdə 803 565.03 manat məbləğində borcun iddiaçının nümayəndəsinin izahatlarıda və təqdim etdikləri xx.xx.2019-cu il tarixli, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının X9” ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu arasında bağlanmış müqavilə və digər sənədlərlə də cavabdeh tərəfindən birbaşa banka ödənilməsi görünməməkdədir. Belə ki, qeyd edilən məbləğin cavabdeh tərəfindən birbaşa SİF-in hesabına ödənilməsi ilə bağlı məhkəməyə 29 yanvar 2016-cı il tarixli, 73 nömrəli, 29 fevral 2016-cı il tarixli, 6 nömrəli, 05 may 2016-cı il tarixli, 64 nömrəli, 06 iyun 2016-cı il tarixli, 87 nömrəli, 27 iyul 2016-cı il tarixli, 24 nömrəli, 16 avqust 2016-cı il tarixli, 66 nömrəli, 23 yanvar 2017ci il tarixli, 41 nömrəli, 09 fevral 2017-ci il tarixli, 24 nömrəli, 21 oktyabr 2016-cı il tarixli, 37 nömrəli qəbzlər təqdim edilmişdir ki, həmin qəbzlər əsasında 29 yanvar 2016-cı il tarixdən etibarən cavabdeh tərəfindən Sahibkarlığa Kömək Milli Fonduna ödənilməsi və Naxçıvan Muxtar Respublikasının X9” X26 tərəfindən Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli, 22 saylı cavab məktubunda öz əksini tapmaqdadır. Odur ki, iddiaçının nümayəndəsi 06 mart 2023-cü il tarixli məhkəmə iclasında sədrlik edənin sualına əsasən xx.xx.2019-cu il tarixdə ödəmənin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən həyata keçirildiyini bildərərək təqdim etdiyi sənədlərlə sübut olunan faktlarla, iddiaçının etirazı arasında uyğunsuzluq aşkar edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən xx.xx.2019-cu il tarixdə əsas borc məbləğinin SİF tərəfindən Bankın hesabına ödənilməsini faktı nəzərə alaraq məhkəmə tərəfindən müəyyən edilir ki, hazırkı müqavilə üzrə "xxxx" MMC və İddiaçı ASC tərəf qismində iştirak edərək, müqavilə həmin tərəflər üçün məcburi xarakter almış Naxçıvan Muxtar Respublikasının X2 üçüncü şəxs qismində iştirak etməsi və ya kredit məbləğinin onun hesabına köçürülməsi ilə bağlı müddəalar öz əksini tapmamışdır. MM-in 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulduğu hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Bu səbəbdən, müqavilə üzrə tərəf olmayan şəxsə və ya təşkilata ödənişin edilməsi iddiaçı təşkilata ödənilmənin həyata keçirilməsi və ya borcun etiraf edilməsini göstərən hərəkətlər kimi nəzərə alınmamaqla, eyni zamanda Naxçıvan Muxtar Respublikasının X2 da iddiaçı təşkilatın hesabına ödəniş etməsinin cavabdeh tərəfindən ödənilməsi kimi nəzərə alınması tamamilə qanunsuzdur. Həmçinin iddiaçıya son ödəmə xx.xx.2015-ci il tarixdə olduğundan, iddiaçı həmin tarixdən Naxçıvan Muxtar Respublikasının X2 iddiaçıya ödəmə apardığı xx.xx.2019-cu il tarixədək iddiası üzrə hərəkətsiz qaldığı (iddiası üzrə işlərin baxılmamış saxlanılması halı istisna olmaqla) müəyyən olunmaqdadır. Bundan əlavə xx.xx.2010-cu il tarixli 879 saylı təminatlı kredit müqaviləsinin 7.1.5-ci maddəsinə müvafiq olaraq, bu Müqavilə əsasında ona məxsus olan tələbi başqa şəxslərə vermək borc verənin hüququ kimi göstərilsə də, həmin maddənin tələbinə müvafiq surətdə iddiaçı LPO ”Bank of Azerbaijan” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Naxçıvan Muxtar Respublikasının X9 arasında bağlanılan müqavilə əlaqələndirildikdə görünür ki, həmin müqavilə 3 505.0 manat olmaqla xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfdən Naxçıvan Muxtar Respublikasının X5 sonuncu ödəniş edildikdən müəyyən müddət sonra, cavabdehə xəbər verilmədən və məlumatlandırılmadan, yəni 31 oktyabr 2019-cu il tarixdə bağlanmış, həmin tarixdən etibarən artıq ödənilməsi başa çatdırılmış məbləğlərin Əmanətlərin Sığortalanması Fondu tərəfindən nəzərə alınması və Fondun hesabına köçürülməsi nəzərdə tutulduğundan, o cümlədən, göstərilən tarixlərdən sonra müqavilənin bağlanması nəticəsində digər təşkilatların öz mənafelərinə uyğun hərəkət etmələri mülki dövriyyə azadlığının təminatı kimi çıxış edən borclunun sərbəst iradə ifadəsinin, müqavilə maraqlarının pozulmasına səbəb olduğundan və cavabdehin iradə ifadəsi nəzərə alınmadan, xəbərdar edilmədən və müqaviləni bağlayan tərəflərin sənədləşmə xatirinə həmin müqaviləni bağladıqlarını göz önündə tutaraq məhkəmə hesab edir ki, həmin müqaviləyə əsasən Naxçıvan Muxtar Respublikasının X9 tərəfindən Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna ödənilən məbləğlər cavabdehin ödəməsi kimi nəzərə alına bilməz və bu halı təsdiq edən sübut deyildir. Həmin müqavilənin: 1.1.-ci bəndindən görünür ki, bu müqavilənin predmeti Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan Bank of Azerbaijan ASC üzrə X2 vəsaiti hesabına güzəştli kredit almış 29 (iyirmi doqquz) sahibkarlıq subyekti tərəfindən X2 hesabına birbaşa ödədikləri 6.741.869,45 (altı milyon yeddi yüz qırx bir min səkkiz yüz altmış doqquz manat qırx beş qəpik) manat vəsaitin Əmanətlərin Sığortalanması Fondu tərəfindən nəzərə alınması və bu istiqamətində zəruri tədbirlərin görülməsi üzrə münasibətləri tənzimlənməsindən ibarətdir. 2.1-ci bəndindən görünür ki, X9 Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan Bank of Azerbaijan ASC üzrə sahibkarlıq subyektləri tərəfindən Fondun hesabına birbaşa ödənilmiş 6.741.869,45 (altı milyon yeddi yüz qırx bir min səkkiz yüz altmış doqquz manat qırx beş qəpik) manat vəsaitin müqaviləyə əlavə olunmuş siyahıya uyğun Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsini təmin edir. 2.2-ci bəndindən görünür ki, Əmanətlərin Sığortalanması Fondu müqavilənin 2.1-ci bəndinə əsasən köçürülmüş 6.741.869,45 (altı milyon yeddi yüz qırx bir min səkkiz yüz altmış doqquz manat qırx beş qəpik) manat vəsaitdən X9 tərəfindən onun ləğvetməsində olan Bankın müvafiq hesabına siyahı üzrə ödənilmiş vəsaitin 3 (üç) bank günündən gec olmayaraq tam şəkildə X2 hesabına geri qaytarılmasını təmin edir. Bundan əlavə Məhkəmə 879 saylı Təminatlı Kredit müqaviləsinin 3.5-ci bəndindən kredit vəsaitindən istifadə müddətinin (84) ay, rəqəmin hərflərlə ifadə edilməsində müddətin (altmış) ay olaraq qeyd edilməsinə münasibətdə bildirir ki, müqavilənin digər şərtlərində, maliyyə arayışlarında və sübut qismində təqdim edilən digər sənədlərdə öhdəliklərin icrasının 84 ay olması nəzərə alınaraq müddətin (altmış) ay olaraq qeyd edilməsi maraqlı olan iddiaçının texniki səhvi olaraq qiymətləndirilməlidir. İş üzrə rəy verilməsi üçün iddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilən 15 may 2023-cü il tarixli, **********181 nömrəli arayışdan görünür ki, "xxxx" MMC 879/F12 saylı kredit müqaviləsi xx.xx.2019-cu il tarixə əsas borc üzrə 1 500 000.00, faiz borcu üzrə 502 341.22, cərimə borcu üzrə 730.17 manat məbləğində silinmə aparılmışdır. İddiaçının nümayəndəsi Nümayəndə2 Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında verilən suallara cavabında həmin arayışda xx.xx.2019-cu ildə ödənilən 803 565.03 manatın, xx.xx.2019-cu il tarixli, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının X9” ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu arasında bağlanmış müqavilə əsasında həmin fondun ödədiyi bildirilmişdir. Belə ki, sözügedən arayış, təminatlı kredit müqaviləsinin şərtlərindən fərqli qaydada illik 7% dərəcəsi nəzərə alınmaqla tərtib olunduğundan, xx.xx.2019-cu il tarixə əsas borc məbləğinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi kimi göstərildiyindən, eyni zamanda 879 saylı kredit müqaviləsinin nömrəsi 879/F12 saylı olaraq qeyd olunduğundan, həmin arayış özlüyündə üzərindən müddət keçdiyindən iddiaçının yalnışlıqları ilə tərtib edilmiş sənəd qismində qiymətləndirilir. Beləliklə, xx.xx.2010-cu il tarixdə bağlanmış 879 saylı təminatlı kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti xx.xx.2017-ci il tarixdə bitərək, həmin tarixdən sonra, o cümlədən, təqdim edilmiş qəbzlər üzrə SİF-ə ödənilən tarixlərdən sonra cavabdeh tərəfin iddiaçı təşkilata kredit məbləği üzrə hər hansı ödəniş etmədiyi nəzərə alınaraq iddia müddətinin axımı xx.xx.2017-ci il tarixin ertəsi gün, yəni xx.xx.2017-ci il tarixdən başlandığından, iddia müddətinin kəsilməsinə və ya dayandırılmasına əsas olan hallar müşayiət edilmədiyindən, həmçinin iş materiallarına əlavə edilməməsinə baxmayaraq cavabdeh tərəfin “iddia müddətinin tətbiqinə dair əsaslandırmanın dəyişdirilməsi barədə ərizəsinə müvafiq olaraq iddiaçının xx.xx.2019-cu il tarixdə Naxçıvan MR-nın İnzibati-İqtisadi Məhkəməsinə iddiası ilə bağlı müraciət edib həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-2(087)-39/2019 nömrəli qərardadı ilə baxılmamış saxlanıldığından, həmin qərardaddan verilmiş Apellyasiya şikayəti də Naxçıvan MR-sı Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2( 108)-03/2019 nömrəli qərardadı ilə təmin edilmədiyindən, həmçinin iddiaçı bu xüsusata etiraz etmədiyindən və qəbullandığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinin tələbinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada, yəni xx.xx.2017-ci il tarixdən davam etdiyindən, müqavilə tələbləri üzrə üç il iddia müddətinin iş üzrə tətbiqində xx.xx.2020-ci il tarixinə təsdaüf etdiyindən, iddiaçı təşkilat isə yalnız xx.xx.2022-ci il tarixdə mediasiyaya müraciət edərək daha sonra xx.xx.2023-cü il tarixdə iddia ərizə ilə məhkəməyə müraciət etdiyindən məhkəmə belə qərara gəlir ki, qanunla müəyyən edilən iddia müddəti buraxılmışdır. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutları, müəyyən edilən halları, izahatlarla təqdiq edilən sənədlər arasında olan ziddiyyətləri nəzərə alaraq və belə ziddiyətli məqamların iddiaçı tərəfindən aradan qaldırılmasına dair sübutlar və mülahizələr verilmədiyindən, belə qərara gəlir ki, iş üzrə qanunla müəyyən edilmiş iddia müddəti ötürüldüyündən, iddia müddəti tətbiq olunmalı, nəticədə iddia tələbindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 112.2-ci maddəsinə əsasən iddia qiymətinə həm də iddia ərizəsində göstərilən dəbbə pulu (cərimələr, penyalar) da daxil edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. xx.xx.2022-ci il tarixli, Ə-1195 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 07 dekabr 2022-ci il tarixdə, xx.xx.2010-cu il tarixli, 879 saylı kredit müqaviləsinin şərtlərinə əməl edilməməsi ilə əlaqəli mübahisənin mediasiya vasitəsilə həll olunması, Kredit müqaviləsinin şərtlərinə əməl edilməməsi nəticəsində yaranmış 204 881.81 manat məbləğində borcun qaytarılmasına dair kommersiya mübahisəsi üzrə LPO İddiaçı ASC-nin nümayəndəsi X7 iştirakı ilə, cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan mediasiya sessiyası keçirilmiş, 07 dekabr 2022-ci il tarixli 112723 nömrəli mədaxil qəbzinə əsasən iddiaçının nümayəndəsi X16 tərəfindən 400 (dörd yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Belə ki, hazırkı iş üzrə iddianın qiyməti 204 881, 81 (iki yüz dörd min səkkiz yüz səksən bir manat 81 qəpik) manat təşkil edir. İddianın qiymətinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 494,88 (dörd yüz doxsan dörd manat 88 qəpik) manat məbləğində hesablanmışdır. İddiaçı təşkilat tərəfindən 07 dekabr 2022-ci il tarixdə cavabdeh tərəfin iştirak etmədiyi X11 keçirilməsi ilə bağlı 400 (dörd yüz) manat məbləğində ödənilən mediasiya xərci 494,88 (dörd yüz doxsan dörd manat 88 qəpik) manat məbləğində ödənilməli olan dövlət rüsumunun 400 (dörd yüz) manat hissəsini əhatə etdiyindən qalan hissəyə dair 95 (doxsan beş) manatın ödənilməsini təsdiq edən ********** nömrəli mədaxil qəbzi iş materiallarına əlavə edilmişdir. İddiaçı X11 keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcini və məhkəməyə ödənilmiş 95 (doxsan beş) manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsini məhkəmədən xahiş etsə də, iddiaçının tələbinə münasibətdə iddia müddəti tətbiq edilərək, iddia rədd ediləcəyindən İMS ilə əlaqədar ödənilən 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və 94,88 (doxsan dörd manat 88 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməli, iddiaçı dövlət büdcəsinə ödənilməli olan 400 (dörd yüz) manat məbləğində dövlət rüsumundan azad olunduğundan məhkəmə həmin hissəyyə MPM-nin 124.2-ci maddəsinə əsasən yenidən alınmaması qənaətində olaraq, artıq ödənilən 0.12 (on iki qəpik) manatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçıya qaytarılması qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddiaçı LPO İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-dən 01 mart 2010-cu il tarixli 879 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 83 632.92 (səksən üç min altı yüz otuz iki manat, doxsan iki qəpik) manat faiz borcu, 121 248.89 (yüz iyirmi bir min iki yüz qırx səkkiz manat, səksən doqquz qəpik) manat cərimə borcu, cəmi 204 881.81 (iki yüz dörd min səkkiz yüz səksən bir manat, səksən bir qəpik) manat borcun, X11 keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində rüsumun və məhkəməyə ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə iddiası iddia müddəti tətbiq edilərək təmin edilməsin. İddiaçı tərəfindən X11 keçirilməsi ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və iddianın verilməsinə görə dövlət büdcəsinə ödənilmiş 95 (doxsan beş) manatın 94,88 (doxsan dörd manat 88 qəpik) manatı məbləğində dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçının özünə aid edilsin. 0.12 (on iki qəpik) manat artıq ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılsın. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar