Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-14/2024 29.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X7 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh4 iştirakları olmadan, İddiaçı "xxxx" ASC-nin Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC və onun nümayəndəsi Nümayəndə 07 iyul 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4 15 may 2019-cu il tarixli, 1505/02/SİF saylı kredit müqaviləsi üzrə 24 may 2023-ci il tarixə 22 817.03 (iyirmi iki min səkkiz yüz on yeddi manat 03 qəpik) manat əsas borc, 264.34 (iki yüz altmış dörd manat 34 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 23 081.37 (iyirmi üç min səksən bir manat 37 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 58 700 (əlli səkkiz min yeddi yüz manat) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2011-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh4 məxsus **********88-10301 reyestr nömrəli ünvan 1 ünvanında, 0.0647 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi barədə Qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 15 may 2019-cu il tarixli, 1505/02/SİF saylı kredit müqaviləsinə əsasən Borcalana Bank tərəfindən 60 ay müddətinə illik 5 % dərəcəsi ilə 25 100 (iyirmi beş min yüz) manat məbləğində kredit verildiyini, Bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2011-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh4 məxsus **********88-10301 reyestr nömrəli ünvan 1 ünvanında 0.0647 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 15 may 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edildiyini, ipoteka müqaviləsinin müvafiq olaraq Naxçıvan şəhər 2 saylı notariat ofisində təsdiq edildiyini və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlakın yüklülüyünün qeydiyyata alındığını, Kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Cavabdeh4 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, onun, bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində onun adına xx.xx.2023-cü il tarixə adına 514 gecikmə günü qeydə alındığını, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, ipoteka müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəli olduğunu, borcun qaytarılması ilə bağlı Cavabdeh4 ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edildiyini, onlara məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktublarının müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyinin bildirildiyini, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişin borcalan-ipoteka qoyan – Cavabdeh4 ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edildiyini və bildirişin dövlət qeydiyyatına alındığını, xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə Borcalana təklif ünvanlandığını, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilsədə, Borcalanın X4 iştirak etmədiyini, Kredit müqaviləsinin 5.8 bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi ödənildiyini, kredit müqaviləsinin 5.12-ci bəndinə əsasən müqavilə şərtləri Borcalan tərəfindən pozulduğu halda, kredit üzrə borc və hesablanmış faizlər, cərimələr və borcla əlaqədar Bankın təsdiqlənmiş xərclərinin Borcalan tərəfindən ödənildiyini, Kredit müqaviləsinin 7-ci bəndinə əsasən Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə, Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb edə biləcəyini, Kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən bu müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiyinin və tərəflərin bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalacağının müəyyənləşdirildiyini, İpoteka müqaviləsinin 4-cü bəndinə əsasən ipoteka saxlayanın tələbinin ipoteka hesabına Bankın Borcalana verdiyi kredit, ona hesablanacaq faizlər, cərimələr və borcla əlaqədar Bankın digər xərcləri daxil edilməklə tam həcmdə təmin edildiyini, ipoteka müqaviləsinin 9-cu bəndinə əsasən əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda və.s ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yarandığını, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişdə ipoteka qoyana-borcalana - Cavabdeh4 “İpoteka haqqında” Qanunun 36.2.3-cü maddəsinə və İpoteka müqaviləsinin 9.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında keçirilməsinə razılıq verilməsi təklif edildiyini, Cavabdeh4 15 may 2019-cu il tarixli, 1505/02/SİF saylı kredit müqaviləsi üzrə 24 may 2023-ci il tarixə 22 817.03 (iyirmi iki min səkkiz yüz on yeddi manat 03 qəpik) manat əsas borc, 264.34 (iki yüz altmış dörd manat 34 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 23 081.37 (iyirmi üç min səksən bir manat 37 qəpik) manat kredit borcu öhdəliyinin olduğunu qeyd etmiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 443-cü, 445.1-ci, 449.4-cü maddələrinə, İpoteka haqqında Qanunun 34-cü, 59.3-cü maddələrinə istinad etməklə əsaslandırmış, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 ipoteka qoyulan fərdi yaşayış evində qeydiyyatda olan şəxslər olduqlarını, Kredit müqaviləsinin 6.4.7-ci bəndinə əsasən Borcalanın qeydiyyat ünvanını, faktiki yaşayış yerini, adını, soyadını dəyişməsi və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsir edə biləcək başqa öhdəliklərin yaranması barədə 3 (üç) iş günü müddətində Banka məlumat verməli olduğunu, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəfin çəkdiyi xərc həddində dövlət rüsumundan azad edildiyini qeyd etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(123)-117/2023 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, 05 dekabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata “1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi” tələbinə dair hissədə xitam verilməsi, e-2-2(123)- 117/2023 saylı işə “Cavabdeh4 15 may 2019-cu il tarixli, 1505/02/SİF saylı kredit müqaviləsi üzrə 24 may 2023-ci il tarixə 22 817.03 (iyirmi iki min səkkiz yüz on yeddi manat 03 qəpik) manat əsas borc, 264.34 (iki yüz altmış dörd manat 34 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 23 081.37 (iyirmi üç min səksən bir manat 37 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 58 700 (əlli səkkiz min yeddi yüz manat) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2011-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh4 məxsus **********88-10301 reyestr nömrəli ünvan 1 ünvanında, 0.0647 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi” tələbi həcmində baxılması qərara alınmışdır. Cavabdeh4 02 avqust 2023-cü il tarixli məhkəmə iclasında 25 100 (iyirmi beş min yüz) manat məbləğində krediti götürdüyünü qəbul etdiyini, İqtisadi İnkişaf Nazirliyindən pul götürüb Şahbuz rayon külüs kəndində böyük ferma açdıqlarını, ora külli miqdarda pul qoyduqlarını, malları götürdüklərini və yemləri aldıqlarını, bir ili belə keçirdiklərini, ikinci ili malların yemini tapa bilmədiklərini, İqtisadi İnkişaf Nazirliyinə və Ali Məclisə getdiklərini, “İcazə verin, yemi Bakıdan gətirim” dediyini, “Olmaz” dediklərini, malların yarısının öldüyünü, sonra pandemiya yarandığını, Pandemiya yarandıqdan sonra kəsim sexinə 20 dənə inək verdiyini, üç min manata aldığı inəyini beş yüz manata ora verdiyini, o pulu da Bankın faizinə verdiyini, “yetmiş baş maldı, kömək edin, saxlaya bilmirəm” deyə neçə dəfə şikayətə getdiyini bildirmişdir. 29 mart 2024-cü il tarixə, saat 09:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər. 28 mart 2024-cü il tarixdə iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə elektron qaydada ərizə ünvanlanaraq həmin ərizədə, iş üzrə məhkəmə baxış iclasının xx.xx.2024-cü il tarixə, saat 09:05ə təyin edildiyi, iddia tələblərini müdafiə etdiklərini bir daha bildirməklə yanaşı, işlərin çoxluğunu nəzərə alaraq xx.xx.2024-cü il tarixə, saat 09:05-ə təyin edilmiş məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsi və müvafiq məhkəmə qərarının çıxarılmasının məhkəmədən xahiş edildiyi, işə cavabdeh tərəflərin iştirakı olmadan baxılmasına etiraz etmədikləri qeyd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 12 fevral 2023-cü il tarixli, N-136 nömrəli X2 sonra Prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 12 fevral 2023-cü il tarixdə keçirilmiş X4 iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh4 iştirak etmiş, iddiaçının nümayəndəsi tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. 15 may 2019-cu il tarixli, 1505/02/SİF saylı Kredit müqaviləsindən görünür ki, bu müqavilə, öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC-nin Naxçıvan filialının müdiri X3 şəxsində, bir tərəfdən Naxçıvan MR X1 İdarə Heyətinin sədri X9 və digər tərəfdən irəlidə borcalan adlandırılacaq Cavabdeh4 tərəfindən Naxçıvan şəhərində, “Naxçıvan Muxtar Respublikasında Sahibkarlığın İnkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası X12 2018-ci il 07 avqust tarixli 133-V FR nömrəli Fərmanına uyğun olaraq müəyyən edilmiş şərtlərlə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, Kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə 25100 (iyirmi beş min bir yüz) manat məbləğində kredit verilməsini öhdəsinə götürür. 1.2-ci bəndindən görünür ki, Borcalan aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada Kreditora qaytarmağı öhdəsinə götürür. 1.3-cü bəndindən görünür ki, Kredit Borcalana Kompleks heyvandarlıq təsərrüfatının genişləndirilməsi yönümlü məqsədilə verilir. 1.4-cü bəndindən görünür ki, kredit 60 ay müddətinə verilir. Müddət kreditin faktiki verildiyi tarixdən hesablanır. 1.5 və 1.5.1-ci bəndlərindən görünür ki, borcalana və ya üçüncü şəxsə məxsus olan əmlakın qanunvericiliklə müəyyən edilmiş qaydada ipoteka ilə yüklü edilməsi bu müqavilə üzrə borcalanın öhdəliklərinin icrasının təminatıdır. 2.1-ci bəndindən görünür ki, kreditdən istifadəyə görə Borcalan illik 5% ödəyir. Borcalan əsas və faiz borcunu bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki əsasında ödəyir. 2.2-ci bəndindən görünür ki, ödəniş qrafiki üzrə ödənişlər gecikdirildikdə kredit üzrə ödənilməyən əsas borca faizlər ikiqat hesablanır. 3.3.3-cü bəndindən görünür ki, Borcalan bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri banka ödəməlidir. 3.3.7-ci bəndindən görünür ki, kreditin bütün məbləğinin, əsas borcun, cərimələrin, borcların yığılması ilə əlaqədar çəkilən digər xərclər (məhkəmə, qiymətləndirmə, hərrac və sair) borcalan tərəfindən ödənilir. 5.1-ci bəndindən görünür ki, borcalanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə borcalan və ya üçüncü şəxslə ipoteka (girov, zaminlik) müqaviləsi bağlanılır. 15 may 2019-cu il tarixli İpoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, bu müqavilə bir tərəfdən ipoteka qoyan (borcalan) Cavabdeh4 şəxsində, digər tərəfdən ipoteka saxlayan "xxxx" ASC-nin Naxçıvan filial müdiri X8 şəxsində bağlanmışdır. Həmin müqavilənin: 2.3-cü bəndindən görünür ki, İpoteka predmetinin dəyəri “ipoteka qoyan”-ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 58700 manat (əlli səkkiz min yeddi yüz) manat məbləğində müəyyən edilmişdir. 3.1-ci bəndindən görünür ki, öhdəliyin mahiyyəti kredit müqaviləsidir. 4.1-ci bəndindən görünür ki, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlılığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə ödənilir. 11.2-ci bəndindən görünür ki, ipoteka müqaviləsinin notariat qaydasında təsdiq olunması, ipotekanın və ipoteka kağızının qeydiyyatı və əlavə qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş dövlət rüsumunu və bununla bağlı yaranan digər xərcləri ödəmək vəzifəsi ipoteka qoyanın üzərinə düşür. 16 iyun 2023-cü il tarixli, 826 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh4 15 may 2019-cu il tarixli 1505/02/SİF saylı Kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 5% dərəcəsi ilə verilmiş 25100 (iyirmi beş min bir yüz) manat məbləğində kredit üzrə 16 iyun 2023-cü il tarixə olan məlumata əsasən əsas borcu 22817.03 (iyirmi iki min səkkiz yüz on yeddi manat 03 qəpik) manat, faiz borcu 371.92 (üç yüz yetmiş bir manat 92 qəpik) manat olmaqla cəmi öhdəliyi 23188.95 (iyirmi üç min bir yüz səksən səkkiz manat 95 qəpik) manat təşkil edir. 20 may 2019-cu il tarixli 1505/02/SİF saylı kredit müqaviləsinə əlavə, kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Cavabdeh4 illik 5% dərəcəsi ilə, 60 ay müddətinə 25100 (iyirmi beş min bir yüz) manat məbləğində verilmiş kreditin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək aylar üzrə ödənilməsi nəzərdə tutulmuş, əsas borcdan əlavə 60 ay müddətində ödənilməli olan faiz 4790,99 (dörd min yeddi yüz doxsan manat 99 qəpik) manat məbləğində olmaqla ümumilikdə ödənilməli olan məbləğ 29890,99 (iyirmi doqquz min səkkiz yüz doxsan manat 99 qəpik) manat təşkil etmişdir. 20 may 2019-cu il tarixli, 500 nömrəli Xəzinə məxaric orderindən görünür ki, Naxçıvanbank ASC-nin Naxçıvan filialı tərəfindən heyvandarlıq üçün 11772 manat (on bir min yeddi yüz yetmiş iki) manat məbləğində kredit Cavabdeh4 AZ87NAXB**********5738004AZN nömrəli bank hesabına köçürülmüşdür. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MA ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında, 0,0647 ha torpaq sahəsində yerləşən **********88-10301 reyestr nömrəli fərdi yaşayış evi "xxxx" ASC-nin Naxçıvan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** qeydiyyat nömrəli ərizə üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixdə verilmiş elektron təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin elektron təsdiqetmə bildirişindən görünür ki, 30 AZN məbləğində xidmət haqqı ödənilmişdir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MH ******* nömrəli Çıxarışından görünür ki, Naxçıvan şəhəri, 60-cı məhəllə, döngə 1-də mülkiyyətində olan 0.0647 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.41 kv.m yaşayış, 55.76 kv.m qeyriyaşayış, 49.15 kv.m köməkçi sahədən ibarət 2 nömrəli, **********88-10301 reyestr nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 18/9 nömrəli reyestr kitabının 1701 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, 24 may 2023-cü il tarixə olan iddia tələbindən sonra Cavabdeh4 tərəfindən "xxxx" ASC-yə 19 iyul 2023-cü il tarixdə 850 (səkkiz yüz əlli) manat məbləğində, 31 avqust 2023-cü il tarixdə 1000 (bir min) manat məbləğində, 02 oktyabr 2023-cü il tarixdə 10000 (on min) manat məbləğində ödənişlər edilmişdir. Cavabdeh4 tərəfindən təqdim edilmiş 2500 nömrəli qəbzdən görünür ki, 21 fevral 2024cü il tarixdə Cavabdeh4 tərəfindən "xxxx" ASC-yə 1000 (bir min) manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı "xxxx" ASC, Naxçıvan MR X5 və Cavabdeh4 arasında 15 may 2019-cu il tarixdə, 1505/02/SİF saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə 25100 (iyirmi beş min bir yüz) manat məbləğində kredit verilmiş, Kredit məbləğinin verilməsinə dair 20 may 2019-cu il tarixli, 500 nömrəli Xəzinə məxaric orderi iş materiallarına əlavə edilmişdir. Həmin məxaric orderində Naxçıvanbank ASC-nin Naxçıvan filialı tərəfindən heyvandarlıq üçün 11772 manat (on bir min yeddi yüz yetmiş iki) manat məbləğində Cavabdeh4 kredit verilməsi göstərilsə də, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixdən xx.xx.2023cü il tarixədək hesablamaların olduğu sənəddən Cavabdeh4 25100 (iyirmi beş min bir yüz) manat məbləğində kredit verilməsi öz təsdiqini tapmışdır. Borcalan aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada Kreditora qaytarmağı, habelə əsas və faiz borcunu bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki əsasında ödəməyi öhdəsinə götürmüş, bununla yanaşı bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MA ******* nömrəli Çıxarışa əsasən, ünvan 1 ünvanında, 0,0647 ha torpaq sahəsində yerləşən **********88-10301 reyestr nömrəli fərdi yaşayış evi 15 may 2019-cu il tarixli ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin Naxçıvan filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka qoyan kredit müqaviləsi üzrə borclu Cavabdeh4 olduğundan ipoteka müqaviləsi onun tərəfindən imzalanmış və qanunla müəyyən edilmiş qaydada notarius tərəfindən təsdiq edilmişdir. Beləliklə, hazırkı vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilərək 25100 (iyirmi beş min bir yüz) manat məbləğində kredit cavabdehin bank hesabına köçürülsə də, Cavabdeh4 kredit üzrə əsas və faiz məbləğlərini müqaviləyə əlavə olan ödəniş qrafiki əsasında ödəməyərək üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən, nəticədə Bank tərəfindən adına kredit reyestrində 24 may 2023-ci il tarixə 514 gecikmə günü qeydə alınmış, borcun qaytarılması ilə bağlı Cavabdeh4 sonuncu qeydiyyat ünvanına müvafiq poçt bölməsi tərəfindən xəbərdarlıq məktubları göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, lakin məhkəməyə qədərki mübahisənin həlli zamanı borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin lazımınca icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Odur ki, məhkəmə iddiaçının pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilməsi hissədə Cavabdeh4 qarşı tələb hüququnun olduğunu bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək dövrü əhatə edən hesabdan çıxarışa və 2500 nömrəli qəbzə nəzərə saldıqda aydın olur ki, iddia ərizəsilə məhkəməyə müraciət edildikdən sonra, Cavabdeh4 tərəfindən "xxxx" ASC-yə kredit üzrə müvafiq ödənişlər icra edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, 945 nömrəli rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları və 15 may 2019cu il tarixli, 1505/02/SİF saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh4, "xxxx" ASC-yə kredit üzrə xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 22454,47 (iyirmi iki min dörd yüz əlli dörd manat qırx yeddi qəpik) manat, faiz borcu 317,00 (üç yüz on yeddi) manat, xx.xx.2023-cü il tarixə isə (son ödəniş tarixi) olan əsas borcu 10995,93 (on min doqquz yüz doxsan beş manat doxsan üç qəpik) manat, faiz borcu 317,00 (üç yüz on yeddi) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert qarşısında 24 may 2023-cü il tarixə qədər olan borcun hesablanmasına dair suallar qoyulduğu halda, ekspert məhkəmənin 24 may 2023-cü il tarixə olan əsas və faiz borcun hesablanmasına dair suallarından əlavə hesabdan çıxarış məlumatlarına əsaslanaraq cavabdehin xx.xx.2023-cü il tarixə olan əsas və faiz borcunu da hesablamışdır. Lakin buna baxmayaraq məhkəmə hesab edir ki, iddiaçının tələbinə müvafiq olaraq 24 may 2023-cü il tarixə qədər olan borcun əsaslı olub-olmamasına münasibətdə ekspert rəyinə qiymət verilməli, 24 may 2023-cü il tarixdən sonra cavabdeh tərəfindən 19 iyul 2023-cü il tarixdə 850 (səkkiz yüz əlli) manat, 31 avqust 2023-cü il tarixdə 1000 (bir min) manat, 02 oktyabr 2023-cü il tarixdə 10000 (on min) manat və 21 fevral 2024-cü il tarixdə 1000 (bir min) manat məbləğində olmaqla cəm olaraq 12850 (on iki min səkküz yüz əlli) manat məbləğində edilmiş ödənişlərin Qətnamə icra edilən zaman, icra məmuru tərəfindən ödənilmiş məbləğlər olaraq nəzərə alınması qənaətindədir. Belə ki, məhkəmə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, 945 nömrəli rəyinə münasibətdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, məhkəmə ekspert rəyini tədqiq edərək, belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, 945 nömrəli ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Lakin bir halı da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə ki, iddiaçının tələbinə nəzər saldıqda görünür ki, kredit müqaviləsinə əsasən 24 may 2023-cü il tarixə faiz borcu üzrə 264.34 (iki yüz altmış dörd manat 34 qəpik) manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi xahiş edilmişdir. Bu halda, məhkəmə 07 noyabr 2023-cü il tarixli, 945 nömrəli ekspert rəyi ilə qismən, yəni ekspert rəyində faiz borc üzrə hesablanmış 317 (üç yüz on yeddi) manat məbləğin tələb edilən 264,34 (iki yüz altmış dörd manat 34 qəpik) manat hissəsində razılaşdığı, cavabdehin əsas borcunun isə ekspert rəyində müəyyən edilmiş 22454,47 (iyirmi iki min dörd yüz əlli dörd manat qırx yeddi qəpik) manat olduğu qənaətindədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının 24 may 2023-cü il tarixə olan iddia tələbi 98,43% əsaslı olduğundan qismən təmin edilməlidir. Qeyd edilənlərdən əlavə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iş üzrə tərəflər arasında 15 may 2019-cu il tarixli İpoteka müqaviləsi bağlanmışdır. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən Girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 307.6-cı maddəsinə əsasən İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. 4.1.1-ci və 4.1.2-ci maddələrinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər də daxil edilməklə tam həcmdə təmin edilir. 4.1.4-ci maddəsinə əsasən ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.5-ci maddəsinə əsasən İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İddia tələbinin “tutmanın ilkin satış qiyməti 58 700 (əlli səkkiz min yeddi yüz manat) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2011-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh4 məxsus **********88-10301 reyestr nömrəli ünvan 1 ünvanında, 0.0647 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlamış və notarial qaydada təsdiq etmişlər. Həmin müqavilənin 4.1-ci bəndindən ipoteka saxlayanın tələbinin əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlılığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə ödənildiyi müəyyən edilmişdir. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı təyin edilmiş qiymətləndirmə ekspertizasının nəticəsində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli rəyinə və xx.xx.2023-cü il tarixli, ********** nömrəli qiymətləndirmə hesabatına əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında 0.0647 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 21 dekabr 2023-cü il tarixinə bazar dəyəri 90900 (doxsan min doqquz yüz) manat, likvid dəyəri isə bazar dəyərinə 5% likvidlik tətbiq olunmaqla 86400 (səksən altı min dörd yüz) manat məbləğində müəyyən edilmişdir. Ona görə də ipoteka predmetinin qiymətləndirilməsi zamanı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli, ********** nömrəli qiymətləndirmə hesabatı əsas götürülməli, ipoteka predmetinə tutma yönəldildikdə, ipoteka predmeti olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MH ******* nömrəli Çıxarışa əsasən, Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında, 0.0647 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.41 kv.m yaşayış, 55.76 kv.m qeyri-yaşayış, 49.15 kv.m köməkçi sahədən ibarət **********88-10301 reyestr nömrəli fərdi yaşayış evinin ilkin satışı, likvid qiyməti ilə 86400 (səksən altı min dörd yüz) manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsi zamanı Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının ödənilməsi müəyyən edilmişdir. Həmçinin Məhkəmə iddiaçı tərəfindən tələb edilən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manata münasibət bildirərkən iş materiallarında qəbzlərdə olan ödəmələrdə 15 manat və 30 manatın ödənildiyi öz əksini tapdığından məhkəmə tələb edilən 46.45 (qırx altı manat 45 qəpik) manatın deyil də 15+30=45 (qırx beş manat) manatın təmin edilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Əvvəla məhkəmə qeyd edir ki, 12 fevral 2023-cü il tarixli, N-136 nömrəli X2 sonra Prosesin davam etdirilə bilməməsi barədə arayışdan müəyyən edilir ki, 12 fevral 2023-cü il tarixdə keçirilmiş X4 iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh4 iştirak etmiş, iddiaçının nümayəndəsi tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Eyni zamanda həmin Qanununun 8.1 və 8.1.3-cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi olaraq müəyyən edilir. Yuxarıda qeyd edilənlərə əsasən hazırkı iş üzrə iddia tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 159,24 (bir yüz əlli doqquz manat 24 qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Göstərilən hal ilə əlaqədar olaraq, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 159,24 (bir yüz əlli doqquz manat 24 qəpik) manat məbləğində dövlət rüsumunu əhatə etdiyindən iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, hazırkı vəziyyətdə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, eyni zamanda iddia tələbi 98,43% təmin olunduğundan məhkəmə belə qənaətə gəlir ki, 159,24 (bir yüz əlli doqquz manat 24 qəpik) manat məbləğində müəyyən edilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 156,74 (bir yüz əlli altı manat 74 qəpik) manat məbləği Cavabdeh4 alınıb dövlət gəlirlərinə ödənilməli, qalan 2,5 (iki manat 50 qəpik) manat məbləği iddianın təmin edilməmiş hissəsinə aid olduğundan və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən məhkəmə tərəfindən bu məsələyə toxunulmamaqdadır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X4 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X4 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bu halda 12 fevral 2023-cü il tarixli, N-136 nömrəli X2 sonra Prosesin davam etdirilə bilməməsi barədə arayışdan aydın olur ki, 12 fevral 2023-cü il tarixdə keçirilmiş mediasiya sesiyasında hər iki tərəf iştirak etdiyindən ödənilmiş mediasiya xərci tərəflər arasında bərabər bölüşdürülməlidir. Bununla yanaşı Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsi zamanı Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən fərdi yaşayış evinin qiymətləndirilməsinə görə müəyyən edilmiş 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqı işə baxılması ilə əlaqədar məsrəflərə aid olduğundan məhkəmə xərci hesab edilərək Azərbaycan Respublikası Mülki Prosessuall Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Nəticədə, iddia tələbi 98,43% əsaslı olduğundan qismən təmin edilməli, 15 may 2019-cu il tarixli, 1505/02/SİF saylı kredit müqaviləsinə əsasən Cavabdeh4 24 may 2023-cü il tarixə olan əsas borc üzrə 22454,47 (iyirmi iki min dörd yüz əlli dörd manat qırx yeddi qəpik) manat, faiz borcu üzrə 264,34 (iki yüz altmış dörd manat 34 qəpik) manat olmaqla ümumilikdə 22718,81(iyirmi iki min yeddi yüz on səkkiz manat 81 qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməli, Cavabdeh4 tərəfindən 19 iyul 2023-cü il tarixdə 850 (səkkiz yüz əlli) manat, 31 avqust 2023-cü il tarixdə 1000 (bir min) manat, 02 oktyabr 2023-cü il tarixdə 10000 (on min) manat, 21 fevral 2024-cü il tarixdə 1000 (bir min) manat məbləğində olmaqla ümumilikdə 12850 (on iki min səkkiz yüz əlli) manat məbləğində edilmiş ödənişlər 24 may 2023-cü il tarixdən sonra ödənildiyindən qətnamə icra edildiyi zaman icra məmuru tərəfindən həmin məbləğlər ödənilmiş məbləğ olaraq nəzərə alınmalı, hər iki tərəf X6 iştirak etdiyindən iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci tərəflər arasında bərabər bölüşdürülərək 100 (bir yüz) manat məbləği Cavabdeh4 alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməli, qalan 100 (bir yüz) manat məbləğində mediasiya xərci təmin edilməməklə iddiaçının özünə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 159,24 (bir yüz əlli doqquz manat 24 qəpik) manat məbləğində müəyyən edilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 156,74 (bir yüz əlli altı manat 74 qəpik) manat məbləği Cavabdeh4 alınıb dövlət gəlirlərinə ödənilməli, qalan 2,5 (iki manat 50 qəpik) manat məbləği iddianın təmin edilməmiş hissəsinə aid olduğundan və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən məhkəmə tərəfindən bu məsələyə toxunulmamalı, məhkəmənin 05 dekabr 2023-cü il tarixli qərardadı ilə təyin edilmiş ipoteka predmeti olan əmlakın qiymətləndirməsi ekspertizasının nəticəsi olaraq “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən fərdi yaşayış evinin qiymətləndirilməsinə görə müəyyən edilmiş 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqı iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 118,12 (bir yüz on səkkiz manat 12 qəpik) manat məbləği Cavabdeh4 qalan 1,88 (bir manat 88 qəpik) manat məbləği isə iddiaçı Naxçıvanbank ASC dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********;) ödənilməli, iddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş və qəbzlərdə öz əksini tapan 45.00 (qırx beş) manat Cavabdeh4 alınıb iddiaçı Naxçıvanbank ASC-yə ödənilməli, yuxarıda cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında, 0.0647 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.41 kv.m yaşayış, 55.76 kv.m qeyri-yaşayış, 49.15 kv.m köməkçi sahədən ibarət **********88-10301 reyestr nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evinin likvid satış qiyməti 86400 (səksən altı min dörd yüz) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh4 iddiaçı Naxçıvanbank ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, artıq qalan məbləğ ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh4 qaytarılması qanunamüvafiqdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdeh4 24 may 2023-cü il tarixə olan əsas borc üzrə 22454,47 (iyirmi iki min dörd yüz əlli dörd manat qırx yeddi qəpik) manat, faiz borcu üzrə 264,34 (iki yüz altmış dörd manat 34 qəpik) manat olmaqla ümumilikdə 22718,81(iyirmi iki min yeddi yüz on səkkiz manat 81 qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. Cavabdeh4 tərəfindən 19 iyul 2023-cü il tarixdə 850 (səkkiz yüz əlli) manat, 31 avqust 2023cü il tarixdə 1000 (bir min) manat, 02 oktyabr 2023-cü il tarixdə 10000 (on min) manat, 21 fevral 2024-cü il tarixdə 1000 (bir min) manat məbləğində olmaqla ümumilikdə 12850 (on iki min səkkiz yüz əlli) manat məbləğində edilmiş ödəniş, qətnamə icra edildiyi zaman icra məmuru tərəfindən həmin məbləğ icra zamanı ödənilmiş məbləğ olaraq nəzərə alınsın. Hər iki tərəf X6 iştirak etdiyindən iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci tərəflər arasında bərabər bölüşdürülərək 100 (bir yüz) manat məbləği Cavabdeh4 alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin, qalan 100 (bir yüz) manat məbləğində mediasiya xərci təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 159,24 (bir yüz əlli doqquz manat 24 qəpik) manat məbləğində müəyyən edilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 156,74 (bir yüz əlli altı manat 74 qəpik) manat məbləği Cavabdeh4 alınıb dövlət gəlirlərinə ödənilsin. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən fərdi yaşayış evinin qiymətləndirilməsinə görə müəyyən edilmiş 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqı iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 118,12 (bir yüz on səkkiz manat 12 qəpik) manat məbləği Cavabdeh4 qalan 1,88 (bir manat 88 qəpik) manat məbləği isə iddiaçı Naxçıvanbank ASC dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********;) ödənilsin. İddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş və qəbzlərdə öz əksini tapan 45.00 (qırx beş) manat Cavabdeh4 alınıb iddiaçı Naxçıvanbank ASC-yə ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Yuxarıda cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında, 0.0647 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.41 kv.m yaşayış, 55.76 kv.m qeyri-yaşayış, 49.15 kv.m köməkçi sahədən ibarət **********88-10301 reyestr nömrəli fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında, 0.0647 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.41 kv.m yaşayış, 55.76 kv.m qeyri-yaşayış, 49.15 kv.m köməkçi sahədən ibarət **********88-10301 reyestr nömrəli fərdi yaşayış evinin likvid satış qiyməti 86400 (səksən altı min dörd yüz) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh4 iddiaçı Naxçıvanbank ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh4 qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №e-2-2(123)-14/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-14/2024
29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver