Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-147/2022 27.12.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi barədə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti 26 dekabr 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kreditin əsas borcu üzrə 41125,91 ABŞ dolları məbləğində qalıq, müqavilə müddəti bitənə qədər ona hesablanmış 15244,65 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 108650 ABŞ dolları məbləğində dəbbə pulu, AR Mərkəzi Bankının faiz uçot dərəcəsi əsasında hesablanmış 14404 ABŞ dolları faiz borcu olmaqla, cəmi 179424,56 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 69,42 manat məbləğində pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun tutulmasını, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilə yönəldilməsini, həmin əmalakın likvid dəyərinin 100.000 AZN müəyyən olunmaqla açıq hərracda satılmasını və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 41125,91 ABŞ dolları məbləğində qalıq, müqavilə müddəti bitənə qədər ona hesablanmış 15244,65 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 108650 ABŞ dolları məbləğində dəbbə pulu, AR Mərkəzi Bankının faiz uçot dərəcəsi əsasında hesablanmış 14404 ABŞ dolları faiz borcu olmaqla, cəmi 179424,56 ABŞ dolları borcun, dövlət rüsumu kimi ödənilmiş 69,42 manat məbləğində pulun və mediasiya xərci kimi ödənilmiş 400 manat məbləğində pulun İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməsini, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılmasını və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyünün yoxlanılması ilə əlaqədar elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilən sənədlər nəzərdən keçirilərkən, məhkəmə tərəfindən iddia ərizəsinin geri qaytarılması üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə iddia ərizəsinin forması və məzmununa dair tələblər nəzərdə tutulmuşdur. MPM-in 149.2-ci və 149.2.2-ci maddələrinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hazırkı iş üzrə məhkəməyə elektron qaydada təqdim edilmiş iddia ərizəsində mülki prosessual qanunverciliyin qeyd olunan müddəasının tələbləri pozularaq, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanlar) qeyd olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1-ci və 150.1.2-ci maddələrinə əsasən, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Məhkəmə tərəfindən müəyyən edilmiş digər hal ondan ibarətdir ki, iddiaçı tərəfindən 16 dekabr 2022-ci il tarixdə eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən və hazırkı iddia ərizəsi verilən zaman dövlət rüsumunun ödənilməsini təsdiq edən eyni ********** nömrəli, xx.xx.2022-ci il tarixli qəbzdən istifadə olunmuşdur. Belə ki, AZEMİS Elektron məhkəmə informasiya sistemindən qəbz haqqında məlumata dair çıxarışdan da görünür ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən (VÖEN **********) xx.xx.2022-ci il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 195,02 (bir yüz doxsan beş manat, sıfır iki qəpik) manat məbləğində dövlət rüsumu İE(123)-49479/2022, İE(123)- 50187/2022 nömrəli ərizələr üzrə istifadə olunmuş və həmin müraciətlər məhkəmədə e-2- 2(123)-141/2022 və e-2-2(123)-147/2022 nömrəli işlər kimi qeydə alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2-2(123)-141/2022 saylı qərardadı ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə, Hökümət ödəniş portalı vasitəsilə ********** nömrəli qəbz ilə ödənilmiş 195,02 (bir yüz doxsan beş manat, sıfır iki qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alındığından, həmin qəbz məlumatları hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsinin təsdiqi kimi qəbul edilə, həmçinin iddia ərizəsi geri qaytarılarkən qəbz ilə nəzərdə tutulmuş rüsum məbləğinin iddiaçıya qaytarılması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1-ci və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1-ci və 152.1.5-ci maddələrinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi barədə 26 dekabr 2022ci il tarixində Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalı,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılmasının nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmadığı iddiaçının diqqətinə çatdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi barədə elektron qaydada göndərilmiş iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-147/2022
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-147/2022
27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver