Məhkəmə qərarları › İş №e-2-2(123)-147/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-147/2025

02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-147/2025 02.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı “Naxçıvanbank" ASC ilə Cavabdeh1 arasında bağlanmış BK2807/02 saylı, 28 iyul 2022-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh1 07 yanvar 2025-ci il tarixə banka borcu 5 188.41 (beş min yüz səksən səkkiz manat qırx bir qəpik) manat əsas, 531.6 (beş yüz otuz bir manat altmış qəpik) manat faiz borcu və 203.32 (iki yüz üç manat otuz iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə borcu 5 923.33 (beş min doqquz yüz iyirmi üç manat otuz üç qəpik) manat kredit borcu, məhkəməyə müraciət üçün ödənilmiş 79.24 (yetmiş doqquz manat iyirmi dörd qəpik) manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 53 (əlli üç manat) manat dövlət rüsumu Cavabdeh1 “Kapital Bank" ASC-nin xeyrinə tutulması, borc tələbi qeyd olunan kreditin təminatı kimi ünvan 1 ünvanında 0.0382 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 130.18 kv.m, yaşayış sahəsi 49.16 kv.m, yardımçı sahəsi 81.02 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlak açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 tutularaq iddiaçı “Kapital Bank" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış BK2807/02 saylı, 28 iyul 2022-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 15% olmaqla 11 000 (on bir min) manat kredit verildiyini, kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə Şahbuz rayon notariat ofisində "xxxx" ASC ilə Cavabdeh2 arasında 28 iyul 2022-ci il tarixli, BK 2807/02 saylı ipoteka müqaviləsinin bağlandığını və Şahbuz rayon notariat ofisinin 28 dekabr 2022-ci il tarixli, 3M58 reyestr nömrəli qeydi ilə ünvan 2 ünvanında 0.0382 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 130.18 kv.m, yaşayış sahəsi 49.16 kv.m, yardımçı sahəsi 81.02 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edildiyini, İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalandığını, həmin müqaviləyə əsasən müştərilərlə "xxxx" ASC arasında olan müqavilələr üzrə bütün hüquqların, tələblərin, təminatların və üstünlüklərin İddiaçı ASC-yə ötürüldüyünü, beləliklə Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 14 avqust 2024-cü il tarixli, ********** qeydiyyat və **********61-10301 reyestr nömrəsi ilə qeyd edildiyini, beləliklə BK2807/02 saylı, 28 iyul 2022-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh1 07 yanvar 2025-ci il tarixə banka borcu 5 188.41 (beş min yüz səksən səkkiz manat qırx bir qəpik) manat əsas, 531.6 (beş yüz otuz bir manat altmış qəpik) manat faiz borcu və 203.32 (iki yüz üç manat otuz iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə borcu 5 923.33 (beş min doqquz yüz iyirmi üç manat otuz üç qəpik) manat borcu qaldığını, cavabdehə kreditin qaytarılması haqqında tərəflərindən dəfələrlə xəbərdarlıq olunduğunu, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülmədiyini, buna görə də bank olaraq öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqlarını, borcalanın müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilməməsi onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə dəlalət edir ki, bunun da kreditora Mülki Məcəllənin 743-cü maddəsinə əsasən borcun dərhal qaytarılmasını tələb etməsi hüququnu verdiyini qeyd etməklə tələbini əsaslandırmış, o cümlədən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.1-ci, 317.1-ci, 319.1-ci, 385.1-ci, 442-ci, 448.1-ci, 739-cu, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.7-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci, 39.3.3-cü, 59.3-cü maddələrinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh1 25 iyun 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahında onlara borcla bağlı 3000 manat yığışdığını, onu ödəmələrini xəbərdarlıq etdiklərini, sonra faizləri aşağı endirəcəklərini, ödəmələrini bildirdiklərini, onlar da o pulu ödədikdən sonra, elə bir şeyin olmadığını dediklərini, onlar da banka köməklik edəcəklərini dediklərini dediyini, bankın da qalan pul nədirsə onu ödəməli olduqlarını dediyini bildirmişdir. Verilən sualların cavabında isə iddia qaldırılmamışdan əvvəl pulu ödədiklərini, pul yığıldığını, onların da oradan-buradan borc edərək həmin pulu ödədiklərini, bundan sonra məbləğin bir az azaldığını düşündüklərini, lakin bankın köməklik etmədiyini, onun da imkanı olmadığından həmin pulu ödəyə bilmədiyini və bu borcun yarandığını qeyd etmişdir. Cavabdeh2 25 iyun 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahında maşın satıldıqdan sonra o pulu ödəyəcəklərini, ancaq maşının satılmadığını, hal-hazırda da satılması üçün elan verdiklərini, o pulu ödəməyə imkanlarının çatmadığını, yoldaşının da, oğlunun da bərbər işlədiyini, elə tükana görə ayda 700 manat kira pulu ödədiklərini, onu da zorbəla ödəyə bildiklərini bildirmişdir. 02 dekabr 2025-ci il tarixə, saat 10:05-ə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi Nümayəndə, o cümlədən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsini və xəbərdar edilmələri barədə sənədlərin iş materiallarında olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə bağlanmış kredit portfelinin ötürülməsi (tələbin güzəşti) barədə müqavilədən görünür ki, bu Müqavilə bir tərəfdən bundan sonra - "Hüquq əldə edən" adlandırılacaq, İdarə Heyətinin sədri, Baş icraçı direktor X6 şəxsində təmsil olunan "xxxx" Açıq Səhmdar Cəmiyyəti və digər tərəfdən bundan sonra - "Hüquq sahibi" adlandırılacaq, İdarə Heyətinin sədrinin 1-ci müavini, sədr vəzifəsini müvəqqəti icra edən X9 şəxsində təmsil olunan "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bu Müqavilənin mətni boyunca ismin müvafiq halında "Hüquq əldə edən" və "Hüquq sahibi" ayrı-ayrılıqda "Tərəf", birlikdə isə "Tərəflər" adlandırıla bilərlər) arasında bağlanmışdır. Bu Müqavilənin: 2.1-ci bəndindən görünür ki, bu Müqaviləyə əsasən Hüquq sahibi Müştərilərlə bağladığı kreditlə bağlı müqavilələr üzrə bütün hüquqları, tələbləri, təminatları və üstünlükləri Hüquq əldə edənə ötürməklə güzəşt etməyi, Hüquq əldə edən isə bunun müqabilində güzəşt edilmiş hüquqlar müqabilində razılaşdırılmış ödənişi Hüquq sahibinə ödəməyi öhdələrinə götürürlər. 2.2-ci bəndindən görünür ki, Kredit Portfeli Hüquq əldə edənə ötürüldükdən sonra Müştərilər bütün öhdəliklərini Hüquq əldə eden qarşısında daşıyacaqdır. xx.xx.2023-cü il tarixli kredit portfelinin ötürülməsi (tələbin güzəşti) barədə Müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, bu Əlavə bir tərəfdən "Hüquq əldə edən" adlandırılan İdarə Heyətinin sədri, Baş icraçı direktor X6 şəxsində təmsil olunan "xxxx" Açıq Səhmdar Cəmiyyəti və digər tərəfdən "Hüquq sahibi" adlandırılan İdarə Heyətinin sədrinin 1-ci müavini, sədr vəzifəsini müvəqqəti icra edən X5 şəxsində təmsil olunan "xxxx" Açıq Səhmdar Cəmiyyəti (“Hüquq əldə edən” və "Hüquq sahibi" ayrı-ayrılıqda "Tərəf", birlikdə isə "Tərəflər" adlandırıla bilərlər) arasında bağlanmışdır. Bu Əlavənin: 1-ci bəndindən görünür ki, bu Əlavə üzrə ötürülən xx.xx.2023-cü il tarixli kredit portfelinin növü, kreditlərin sayı və kreditlər üzrə ümumi qalıq borc (əsas və faiz borcu): 62 356 820.66 AZN. 11 553 sayda istehlak kreditidir. 2-ci bəndindən görünür ki, bu Əlavə üzrə ötürülən kredit portfelinin dəyərinin ödənilməsi qaydası belədir: kreditlər üzrə məlumatlar Hüquq əldə edənin əməliyyat sisteminə ötürüldükdən (inteqrasiya edildikdən) sonra 3(üç) iş günü ərzində bu Əlavənin 1-ci bəndində qeyd edilən qalıq portfel məbləğinin 49 885 456 AZN hissəsini, sözügeden məbləğin yerdə qalan hissəsi isə bu Əlavə üzrə ötürülən kredit portfeli ilə bağlı təhvil-təslim prosesi tam yekunlaşdıqdan sonra müvafiq təsdiq edici sənədlər (Təhvil-təslim aktı və s.) əsasında Hüquq sahibinin Müqavilədə qeyd edilmiş hesabına. 28 iyul 2022-ci il tarixli, BK2807/02 saylı Kredit müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC-nin Şahbuz filialının (sonradan «Bank» adlanacaq) müdiri X3 şəxsində və digər tərəfdən ünvan 3 ünvanında qeydiyyatda olan vətəndaş Cavabdeh1 (sonradan «Borcalan» adlanacaq) şəxsində müəyyən edilmiş şərtlərlə tam razılıq əsasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, Bank Borcalana dövriyyə vəsaitinin artırılması (bərbərxana fəaliyyəti) üçün 36 ay müddətinə 11 000 (on bir min) manat məbləğində illik 15% (on beş) dərəcəsi ilə Biznes kreditin tam və ya hissə-hissə verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür və öhdəliyin icrasının təminatı kimi Banka DƏTMDK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, №********** saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus, dəyəri 28 500 (iyirmi səkkiz min beş yüz) manat olan daşınmaz əmlakı fərdi yaşayış evini təqdim edir. 5.6-cı bəndindən görünür ki, kreditdən istifadəyə görə faizlərin hesablanması müddəti ssuda hesabı üzrə borcun yaranma tarixindən (bu tarix daxil edilir) başlayır və bu borcun qaytarılması tarixində (bu tarix daxil edilmir) qurtarır. Krediti və ona hesablanmış faizləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə müvafiq olaraq ödənilməsinin təmin edir. 5.8-ci bəndindən görünür ki, kreditin qaytarılması və ya faizlərin ödənilməsi üzrə ödənişlər vaxtında aparılmadığı halda Borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir. 5.9-cu bəndində görünür ki, faizlər və cərimələr gündəlik olaraq hesablanır və Borcalan üçün açılmış müvafiq hesabda qeydə alınır. 5.10-cu bəndindən görünür ki, cərimələrin ödənilməsi faktiki vaxtı keçmiş ödəniş günlərinin sayı üzrə həyata keçirilir. Cərimələrin hesablanması müddəti ödəniş qrafikinə uyğun olaraq ödəniş aparılmalı olan, lakin aparılmayan tarixdən (daxil edilir) başlayır və ödəniş aparılan tarixdə (bu tarix daxil edilmir) qurtarır. 8.1-ci bəndindən görünür ki, tərəflər bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. xx.xx.2022-ci il tarixli BK2807/02 saylı kredit müqaviləsinə əlavə olan kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh1 36 ay müddətinə illik 15% dərəcəsi ilə verilmiş 11000 (on bir min) manat məbləğində kreditin və ona hesablanmış faizlərin xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi müvafiq məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. 28 iyul 2022-ci il tarixli, 1016 nömrəli xəzinə məxaric orderindən görünür ki, "xxxx" ASC-nin Şahbuz filialı tərəfindən Cavabdeh1 AZ40NAXB**********0516008AZN nömrəli hesabına bərbərxana malları almaq üçün 10791 (on min yeddi yüz doxsan bir) manat məbləğində kredit köçürülmüşdür. 28 iyul 2022-ci il tarixli, BK 2807/02 saylı ipoteka müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şahbuz Rayon Filialı adından X4, digər tərəfdən ipoteka qoyan Cavabdeh2 və borc alan Cavabdeh1 arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını BK 2807/02 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.1-ci və 2.2-ci bəndlərindən görünür ki, ipoteka predmeti Naxçıvan MR DƏTMDX tərəfindən xx.xx.2022 tarixdə Cavabdeh2 verilmiş **********61-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə, Naxçıvan şəhəri, 28 May küçəsi, ev 4A ünvanında 0.0382 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 130.18 kv/m, yaşayış sahəsi 49.16 kv/m, yardımçı sahəsi 81.02 kv/m olan, “ipoteka qoyan”-a məxsus 2 otaqlı fərdi yaşayış evidir. 2.3-cü bəndindən görünür ki, ipoteka predmetinin dəyəri "ipoteka qoyan"-ın və "ipoteka saxlayan"ın razılığına əsasən 28.500 manat 00 qəpik (iyirmi səkkiz min beş yüz manat, sıfır qəpik) məbləğində müəyyən edilmişdir. 3.3-cü bəndindən görünür ki, öhdəliyin icra müddəti Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin "İpoteka qoyan"a ("Borclu"-ya) faktiki təqdim edildiyi tarixindən xx.xx.2025 tarixinədək müəyyən olunmuşdur. 4.1-ci bəndindən görünür ki, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 9.1-ci bəndindən görünür ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrası 90 təqvim günü və daha çox müddətə gecikdirildikdə, ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında İpoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 (otuz) təqvim günü ərzində icra olunmadıqda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. 12.2-ci bəndindən görünür ki, bu müqavilə ipoteka ilə təmin edilmiş öhdəlik tam icra olunanadək qüvvədədir. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə ünvanlanmış 13 yanvar 2025-ci il tarixli, 15/00030 nömrəli ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, Cavabdeh2 məxsus ünvan 2 ünvanında 0.0382 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 130.18 kv.m, yaşayış sahəsi 49.16 kv.m, yardımçı sahəsi 81.02 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Naxçıvan şəhəri, 28 May küçəsi, ev 4A ünvanında 0.0382 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 130.2 kv.m olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. 14 yanvar 2025-ci il tarixli, 32 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün 53 manat məbləğində ödəniş ödənilmişdir. ********** qeydiyyat nömrəli ərizə üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixdə verilmiş müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə elektron təsdiqetmə bildirişindən görünür ki, müraciət qəbul olunmuş, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə elektron təsdiqetmə bildirişindən görünür ki, 36 AZN məbləğində xidmət haqqı ödənilmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı ASC-nin ********** saylı xx.xx.2025 tarixli elektron müraciətinə əsasən Naxçıvan şəhəri, 28 May küçəsi, ev 4A ünvanında yerləşən fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. 17 yanvar 2025-ci il tarixli, 2025/104/1216 saylı maliyyə arayışından görünür ki, BK2807/02 saylı, 28 iyul 2022-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh1 07 yanvar 2025-ci il tarixə banka borcu 5.188,41 (beş min yüz səksən səkkiz manat, qırx bir qəpik) manat əsas, 531,6 (beş yüz otuz bir manat, altmış qəpik) manat faiz borcu və 203,32 (iki yüz üç manat otuz iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə borcu 5.923,33 (beş min doqquz yüz iyirmi üç manat, otuz üç qəpik) manat kredit borcu qalmışdır. ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən Hökumət Ödəniş portalı vasitəsilə 79.24 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, "xxxx" ASC-nin Şahbuz filialının müdiri X4 ilə Cavabdeh1 arasında 28 iyul 2022-ci il tarixli, BK2807/02 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə görə Bank Borcalana dövriyyə vəsaitinin artırılması (bərbərxana fəaliyyəti) üçün 36 ay müddətinə 11000 (on bir min) manat məbləğində illik 15% (on beş) dərəcəsi ilə Biznes kreditin tam və ya hissə-hissə verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüş və öhdəliyin icrasının təminatı kimi Banka DƏTMDK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, №********** saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus, dəyəri 28500 (iyirmi səkkiz min beş yüz) manat olan daşınmaz əmlakı fərdi yaşayış evini təqdim etmişdir. Müqavilədə nəzərdə tutulmuş 11000 (on bir min) manat məbləğində kreditin Cavabdeh1 verilməsi iş materiallarında olan 28 iyul 2022-ci il tarixli, 1016 nömrəli xəzinə məxaric orderi ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hər iki tərəfin iradə ifadəsi və qarşılıqlı razılığı əsasında kredit müqaviləsinin bağlanması, qarşılıqlı hüquq və vəzifələr müəyyən etməklə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranmasına əsas olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Belə ki, Borc alan Cavabdeh1 kredit müqaviləsinin tələbini pozaraq ödənişləri yubatmış, kredit müqaviləsinə əsasən Cavabdeh1 07 yanvar 2025-ci il tarixə banka borcu 5188,41 (beş min yüz səksən səkkiz manat, qırx bir qəpik) manat əsas, 531,6 (beş yüz otuz bir manat, altmış qəpik) manat faiz borcu və 203,32 (iki yüz üç manat, otuz iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə borcu 5923,33 (beş min doqquz yüz iyirmi üç manat, otuz üç qəpik) manat kredit borcu qalmış, qeyd edilən hal ilə əlaqədar maliyyə arayışı iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi məqsədi ilə qanunverici tərəfindən Mülki Məcəllənin 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Belə ki, məhkəmə, borclu tərəfindən lazımınca icra edilməmiş kredit öhdəliyi üzrə yaranmış cəriməyə münasibətdə bildirir ki, kredit müqaviləsinin 5.8-ci bəndi ilə cərimələrin hesablanması nəzərdə tutulduğundan, eyni zamanda cavabdehin cərimə borcunun olması 2025/104/1216 nömrəli, xx.xx.2025-ci il tarixli maliyyə arayışı əsasında təsdiq edildiyindən, iddiaçı əsas borc və faiz borcundan əlavə yaranmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin lazımınca icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Odur ki, məhkəmə iddiaçının pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə yaranmış əsas borc və faizlərin, o cümlədən, cərimələrin ödənilməsi hissədə Cavabdeh1 qarşı tələb hüququnun olduğunu bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin 07 aprel 2025-ci il tarixli, e-2-2(123)-147/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 may 2025-ci il tarixli, 478 nömrəli ekspert rəyində qeyd olunur ki, iş materiallarından göründüyü kimi, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 28 iyul 2022-ci il tarixli, BK2807/02 saylı kredit müqaviləsinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına və 17 yanvar 2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1, İddiaçı ASC-yə 07 yanvar 2025-ci il tarixə (maliyyə arayışında və sualda göstərilən tarixə) kredit üzrə olan əsas borcu 5137,74 (beş min yüz otuz yeddi manat, yetmiş dörd qəpik) manat, faiz borcu 470,76 (dörd yüz yetmiş manat, yetmiş altı qəpik) manat olmaqla, İddiaçı ASC-nə ümumilikdə borcu 5608,50 (beş min altı yüz səkkiz manat, əlli qəpik) manat təşkil edir. İş materiallarında olan Cavabdeh1 ilə "xxxx" ASC arasnda 28 iyul 2022-ci il tarixli, BK2807/02 kredit müqaviləsinə əsasən kredit müqvilələri üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin "xxxx" ASC tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank hesablar sisteminə uyğun olmamış və bank tərəfindən cərimə hesablanmamamışdır. Eyni zamanda İddiaçı ASC-yə tərəfindən hesabdan çıxarışlarla cərimə hesablansa da, cərimənin hansı qaydada hesablanması iş materiallarında müəyyən etmək mümkün olmamışdır. Yuxarıda göstərilən səbəblərdən hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. İddiaçı ASC-nin cavabdеh Cavabdeh1 tələb etdiyi məbləğ 5188,41 manat məbləğində krеdit bоrcu, 531,60 manat məbləğində faiz bоrcu və 203,32 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5923,33 (beş min doqquz yüz iyirmi üç manat otuz üç qəpik) manat təşkil edir. X10 Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 may 2025-ci il tarixli, 478 nömrəli ekspert rəyinə əsasən Cavabdeh1 İddiaçı ASC-nə 5137,74 (beş min yüz otuz yeddi manat, yetmiş dörd qəpik) manat, faiz borcu 470,76 (dörd yüz yetmiş manat, yetmiş altı qəpik) manat olmaqla, İddiaçı ASC-nə ümumilikdə borcu 5608,50 (beş min altı yüz səkkiz manat, əlli qəpik) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia tələbində göstərilən əsas borc və faiz borcunun məbləğləri ekspert rəyində göstərilən əsas borc və faiz borcunun məbləğlərindən yüksək olduğundan məhkəmə 29 may 2025-ci il tarixli, 478 nömrəli ekspert rəyi ilə razılaşaraq, belə qənaətə gəlir ki, Cavabdeh1 İddiaçı ASC-yə əsas borcu 5137,74 (beş min yüz otuz yeddi manat, yetmiş dörd qəpik) manat, faiz borcu 470,76 (dörd yüz yetmiş manat, yetmiş altı qəpik) manat olmaqla, ümumilikdə borcu 5608,50 (beş min altı yüz səkkiz manat, əlli qəpik) manatdır. Məhkəmə iddiaçının Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 203.32 (iki yüz üç manat, otuz iki qəpik) manat cərimə məbləğinin tutulması tələbinə dair hissədə qeyd edir ki, aralarında bağlanmış müqaviləyə (5.8-ci bəndinə əsasən kreditin qaytarılması və ya faizlərin ödənilməsi üzrə ödənişlər vaxtında aparılmadığı halda Borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir) və tələb edilən məbləğə münasibətdə 203.32 (iki yüz üç manat, otuz iki qəpik) manat cərimə məbləği mütənasib görünməkdədir və təmin edilməsi qanunamüvafiqdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi 98,12% əsaslı olduğundan qismən təmin edilməlidir. Qeyd edilənlərdən əlavə müəyyən olunur ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə mülkiyyət hüququ Cavabdeh2 məxsus Naxçıvan şəhəri, 28 May küçəsi, ev 4A ünvanında 0.0382 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 130.2 kv.m olan fərdi yaşayış evi 28 iyul 2022-ci il tarixli, BK 2807/02 nömrəli ipoteka müqaviləsi əsasında ipoteka saxlayan İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış iş materiallarına əlavə edilmişdir. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İddia tələbinin borc tələbi qeyd olunan kreditin təminatı kimi ünvan 1 ünvanında 0.0382 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 130.18 kv.m, yaşayış sahəsi 49.16 kv.m, yardımçı sahəsi 81.02 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlak açıq hərracdan satılması, əldə olunacaq vəsaiti hesabına kredit borcunun ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlanmış və müqavilə notarial qaydada təsdiq edilmişdir. Həmin müqavilənin 4.1-ci bəndindən ipoteka saxlayanın tələbinin əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə ödənildiyi müəyyən edilmişdir. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin bazar qiyməti göstərilməlidir. Bazar qiyməti tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir. İpoteka predmeti olan daşınmaz əmlakın dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 sentyabr 2025-ci il tarixli, NQM 009-09/25 nömrəli qiymətləndirmə hesabatından görünür ki, mülkiyyət hüququ Cavabdeh2 məxsus Naxçıvan şəhəri, 28 May küçəsi, ev 4A ünvanında, 0.0382 ha torpaq sahəsində yerləşən daşınmaz əmlakın yekun bazar dəyəri 86505 manat, yekun likvid dəyəri 73.529,25 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından müəyyən olunur ki, qanunvericilikdə “likvid dəyər” və ya “ilkin satış qiyməti” kimi anlayışlar mövcud olmadığından və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin bazar qiymətinin göstərilməsi müəyyən edildiyindən, ipoteka predmetinin satış qiyməti bazar dəyəri ilə hesablanmalıdır. Nəticədə, ipoteka predmetinin qiymətləndirilməsi zamanı "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 sentyabr 2025-ci il tarixli, NQM 009-09/25 nömrəli qiymətləndirmə hesabatı əsas götürülməli, ipoteka predmetinə tutma yönəldildikdə, ipoteka predmeti olan mülkiyyət hüququ Cavabdeh2 məxsus Naxçıvan şəhəri, 28 May küçəsi, ev 4A ünvanında, 0.0382 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 130.18 kv.m olan daşınmaz əmlakın bazar dəyəri 73.529,25 (yetmiş üç min beş yüz iyirmi doqquz manat, iyirmi beş qəpik) manat məbləğində müəyyən edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 5.923,33 (beş min doqquz yüz iyirmi üç manat, otuz üç qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 79,23 (yetmiş doqquz manat, iyirmi üç qəpik) manat olaraq müəyyən edilir. İş materiallarında olan ********** nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən 79.24 (yetmiş doqquz manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC tərəfindən ödənildiyi görünməkdədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Lakin iddia üzrə tələb qismən, yəni 98,12% təmin edildiyindən dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasibətdə (79.23 x 98,12%) 77,74 manat məbləği cavabdeh (əsas borclu) Cavabdeh1 alınıb İddiaçı ASC-yə ödənilməli, qalan hissədə iddia təmin edilməməli olduğundan dövlət rüsumunun 1,49 manat məbləği İddiaçı ASC-yə aid edilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,01 (01 qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tələb edilən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə 14 yanvar 2025-ci il tarixli, 32 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı ASC tərəfindən ödənilmiş 53 (əlli üç) manat iddia 98,12% təmin edildiyindən (79.23 x 98,12%) 52 manat məbləği cavabdeh (əsas borclu) Cavabdeh1 alınıb İddiaçı ASC-yə ödənilməli, qalan hissədə iddia təmin edilməməli olduğundan dövlət rüsumunun 1 manat məbləği İddiaçı ASC-yə aid edilməlidir. Məhkəmənin 07 aprel 2025-ci il tarixli, e-2-2(123)-147/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsində 03 iyun 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 may 2025-ci il tarixli, 478 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş 98,12% hissəsinə mütənasib olaraq 58,87 (əlli səkkiz manat, səksən yeddi qəpik) manat məbləği Cavabdeh1, qalan 1,13 (bir manat, on üç qəpik) manat məbləği isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X7 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu:2, büdcə təsnifatının kodu: 142330) ödənilməlidir. Məhkəmənin 25 iyun 2025-ci il tarixli, e-2-2(123)-147/2025 saylı qərardadı ilə təyin edilmiş “Məhkəmə-qiymətləndirmə” ekspertizasının nəticəsində 29 sentyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 sentyabr 2025-ci il tarixli, NQM 009-09/25 nömrəli qiymətləndirmə hesabatına münasibətdə məhkəmə qeyd edir ki, qiymətləndiricinin xidmət haqqı üçün müəyyən olunmuş 150 (bir yüz əlli) manat məbləğində xidmət haqqı iddianın təmin olunmuş 98,12% hissəsinə mütənasib olaraq 147,18 (bir yüz qırx yeddi manat, on səkkiz qəpik) manat məbləği Cavabdeh1, qalan 2,82 (iki manat, səksən iki qəpik) manat məbləği isə İddiaçı ASC-dən alınıb "X1” MMC-nin bank hesabına ("X1” MMC-nin AZ16NİCB**********0001A35090 nömrəli hesabına, VÖEN-**********; "xxxx" ASC-Kod: 507064, VÖEN **********, Müxbir hesab: AZ98NABZ********************, S.W.İ.F.T Kod: NİCBAZ22) ödənilməlidir. Nəticədə, iddia qismən, yəni 98,12% təmin edilməli, 28 iyul 2022-ci il tarixli, BK2807/02 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas borc üzrə 5137,74 (beş min yüz otuz yeddi manat, yetmiş dörd qəpik) manat, faiz borcu üzrə 470,76 (dörd yüz yetmiş manat, yetmiş altı qəpik) manat, cərimə borcu üzrə 203,32 (iki yüz üç manat, otuz iki qəpik) manat olmaqla ümumilikdə 5811,82 (beş min səkkiz yüz on bir manat, səksən iki qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilməli, ödənilmiş 79.24 (yetmiş doqquz manat, iyirmi dörd) manat dövlət rüsumunun 77,74 (yetmiş yeddi manat, yetmiş dörd qəpik) manat məbləği Cavabdeh1 alınıb İddiaçı ASC-yə ödənilməli, qalan hissədə iddia təmin edilmədiyindən 1,49 (bir manat, qırx doqquz qəpik) manat İddiaçı ASC-yə aid edilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,01 (01 qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən iddiaçıya qaytarılmalı, iddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş və qəbzdə öz əksini tapmış 53 (əlli üç) manat məbləğin 52 (əlli iki) manat məbləği Cavabdeh1 alınıb İddiaçı ASC-yə ödənilməli, qalan hissədə iddia təmin edilmədiyindən 1 (bir) manat İddiaçı ASC-yə aid edilməli, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 may 2025-ci il tarixli, 478 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin 58,87 (əlli səkkiz manat, səksən yeddi qəpik) manat məbləği Cavabdeh1, qalan 1,13 (bir manat, on üç qəpik) manat məbləği isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X7 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu:2, büdcə təsnifatının kodu: 142330) ödənilməli, "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 sentyabr 2025-ci il tarixli, NQM 009-09/25 nömrəli qiymətləndirmə hesabatına əsasən qiymətləndiricinin xidmət haqqı üçün müəyyən olunmuş 150 (bir yüz əlli) manat məbləğində xidmət haqqının 147,18 (bir yüz qırx yeddi manat, on səkkiz qəpik) manat məbləği Cavabdeh1, qalan 2,82 (iki manat, səksən iki qəpik) manat məbləği isə İddiaçı ASC-dən alınıb "X1” MMC-nin bank hesabına ("X1” MMC-nin AZ16NİCB**********0001A35090 nömrəli hesabına, VÖEN-**********; "xxxx" ASC-Kod: 507064, VÖEN **********, Müxbir hesab: AZ98NABZ********************, S.W.İ.F.T Kod: NİCBAZ22) ödənilməli, yuxarıda cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh2 məxsus Naxçıvan şəhəri, 28 May küçəsi, ev 4A ünvanında 0.0382 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 130.18 kv.m olan fərdi yaşayış evinə yönəldilməli, evin bazar dəyəri 73.529,25 (yetmiş üç min beş yüz iyirmi doqquz manat, iyirmi beş qəpik) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, artıq qalan məbləğ ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh2 qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. 28 iyul 2022-ci il tarixli, BK2807/02 nömrəli kredit müqaviləsi əsasında Cavabdeh1 (VÖEN: **********; FİN: xxxxxxx; AA*******) əsas borc üzrə 5137,74 (beş min yüz otuz yeddi manat, yetmiş dörd qəpik) manat, faiz borcu üzrə 470,76 (dörd yüz yetmiş manat, yetmiş altı qəpik) manat, cərimə borcu üzrə 203,32 (iki yüz üç manat, otuz iki qəpik) manat olmaqla, ümumilikdə 5811,82 (beş min səkkiz yüz on bir manat, səksən iki qəpik) manat alınıb İddiaçı ASC-yə (VÖEN: **********) ödənilsin. 77,74 (yetmiş yeddi manat, yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh1 alınıb İddiaçı ASC-yə ödənilsin. İddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş və qəbzdə öz əksini tapmış 53 (əlli üç) manat məbləğin 52 (əlli iki) manat məbləği Cavabdeh1 alınıb İddiaçı ASC-yə ödənilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 may 2025-ci il tarixli, 478 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən 60 (altmış) manat məbləğində ekspertiza xərcinin 58,87 (əlli səkkiz manat, səksən yeddi qəpik) manat məbləği Cavabdeh1, qalan 1,13 (bir manat, on üç qəpik) manat məbləği isə İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X7 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu:2, büdcə təsnifatının kodu: 142330) ödənilsin. "X1” MMC-nin 25 sentyabr 2025-ci il tarixli, NQM 009-09/25 nömrəli qiymətləndirmə hesabatına əsasən qiymətləndiricinin xidmət haqqı üçün müəyyən olunmuş 150 (bir yüz əlli) manat məbləğində xidmət haqqının 147,18 (bir yüz qırx yeddi manat, on səkkiz qəpik) manat məbləği Cavabdeh1, qalan 2,82 (iki manat, səksən iki qəpik) manat məbləği isə İddiaçı ASCdən alınıb "X1” MMC-nin bank hesabına ("X1” MMC-nin AZ16NİCB**********0001A35090 nömrəli hesabına, VÖEN-**********; "xxxx" ASC-Kod: 507064, VÖEN **********, Müxbir hesab: AZ98NABZ********************, S.W.İ.F.T Kod: NİCBAZ22 ödənilsin. Cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh2 məxsus Naxçıvan şəhəri, 28 May küçəsi, ev 4A ünvanında 0.0382 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 130.18 kv.m olan fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan evin bazar dəyəri 73.529,25 (yetmiş üç min beş yüz iyirmi doqquz manat, iyirmi beş qəpik) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh2 (FİN: xxxxxxx, Ş/V Seriya nömrəsi: AA*******) qaytarılsın. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar