Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-15/2023 23.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X10 məhkəmə iclas katibliyi, cavabdehin nümayəndəsinin vəkilinümayəndəsi Nümayəndə4 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “X24” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti 12 yanvar 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “X24” MMC-dən 24 oktyabr 2012-ci il tarixli, 33F12 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə birinci tranş üzrə 45,271.88 (qırx beş min iki yüz yetmiş bir manat 88 qəpik) manat faiz borcu, 33,402.97 (otuz üç min dörd yüz iki manat 97 qəpik) manat cərimə borcu, cəmi 78,674.85 (yetmiş səkkiz min altı yüz yetmiş dörd manat 85 qəpik) manat, ikinci tranş üzrə 39,991.15 (otuz doqquz min doqquz yüz doxsan bir manat 15 qəpik) manat faiz borcu, 46,765.55 (qırx altı min yeddi yüz altmış beş manat 55 qəpik) manat cərimə borcu, cəmi 86,756.70 (səksən altı min yeddi yüz əlli altı manat 70 qəpik) manat borc məbləğinin, X7 keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində rüsumun və məhkəməyə ödənilmiş 56 (əlli altı) manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, ərizəsində, İddiaçı ASC-nin 12 saylı filialı ilə cavabdeh “X24” MMC arasında bağlanmış, 24 oktyabr 2012-ci il tarixli, 33F12 saylı Təminatlı kredit müqaviləsinə əsasən “X24” MMC-yə modern uşaq bezlərinin hazırlanması məqsədi ilə SKMF vəsaiti hesabına illik 6 % olmaqla 60 ay müddətinə, iki tranşla 700,000 manat (yeddi yüz min manat) AZN məbləğində təminatlı kredit verildiyini, birinci tranşla xx.xx.2012-ci il tarixdə isə 250,000 (iki yüz əlli min manat) manat, ikinci tranşla isə xx.xx.2013-cu il tarixdə 450,000 (dörd yüz əlli min manat) manat kredit verildiyini, cavabdehlərin yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərini pozduğunu, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyini, belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəflərindən cavabdeh “X24” MMC-yə “borcun qaytarılması tələbi ilə bağlı” şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyişin olmadığını, bundan əvvəl də "xxxx" Anbarı MMC-yə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati- İqtisad Məhkəməsinə müraciət edildiyini, lakin Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisad məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2-2(087)-43/2019 saylı qərardadı ilə iddia tələblərinin baxılmamış saxlanıldığını, İddiaçı ASC-nin 12 saylı filialı ilə cavabdeh “X24” MMC arasında bağlanmış 24 oktyabr 2012-ci il tarixli, 33F12 saylı saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə cavabdeh “X24” MMC-nin Ləğv prosesində olan İddiaçı ASC qarşısında birinci tranş üzrə 45,271.88 (qırx beş min iki yüz yetmiş bir manat 88 qəpik) manat faiz borcu, 33,402.97 (otuz üç min dörd yüz iki manat 97 qəpik) manat cərimə borcu, cəmi 78,674.85 (yetmiş səkkiz min altı yüz yetmiş dörd manat 85 qəpik) manat, ikinci tranş üzrə 39,991.15 (otuz doqquz min doqquz yüz doxsan bir manat 15 qəpik) manat faiz borcu, 46,765.55 (qırx altı min yeddi yüz altmış beş manat 55 qəpik) manat cərimə borcu, cəmi 86,756.70 (səksən altı min yeddi yüz əlli altı manat 70 qəpik) manat məbləğində borc öhdəliyinin yarandığını, 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin xx.xx.2016-cı il tarixli 2- 1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC-nin müflis elan edildiyini, iflas proseduruna başlanıldığını və qərarın dərhal icraya yönəldildiyini, həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edildiyini, tərəflərindən cavabdehə 24 oktyabr 2012-ci il tarixli, 33F12 saylı Təminatlı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərildiyini, cavabdehlər təklifə cavab vermədiyi üçün tərəflərindən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunduğunu, təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiyaya dəvət məktubu göndərildiyini, “X24” MMC-yə X7 tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki yaşadıqları ünvan üzrə məktub göndərilməsinə baxmayaraq nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlmədiklərini, tərəflərindən ilkin mediasiya sessiyasında iştirak edildiyini, X7 keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənildiyini və bu barədə mediator tərəfindən müvafiq arayışın verildiyini qeyd etməklə əsaslandırmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci, 386.1-ci, 442-ci, 445.1ci, 445.2-ci, 445.2.2, 448.1, 739.1-ci, 427.3-cü, 445.7-ci maddələrinə, o cümlədən, X12 36.5-ci, 3.4-cü və 36.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə istinad edərək cəmi 165 431.55 manat olan iddia tələbi üzrə ödəniləcək 456 manat dövlət rüsumunun X7 keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat olan mediasiya xərcinə uyğun olaraq rüsumdan azad hesab olunduğunu qeyd etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-15/2023 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışına təyin edilmiş, xx.xx.2023-cü il tarixli əsaslandırılmış qərardadı ilə işə baxılma müddəti xx.xx.2023-cü il tarixdən 2 ay müddətinə uzadılmışdır. İddiaçının nümayəndəsi Nümayəndə2 08 fevral 2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahında 24 oktyabr 2012-ci il tarixdə İddiaçı-ın 12 saylı filialı tərəfindən 33F12 saylı Təminatlı Kredit Müqaviləsinə əsasən “X24” MMC-yə İddiaçı vasitəsilə SKMF vəsaiti hesabına illik 6% olmaqla 60 ay müddətinə 2 tranşla 700,000 (yeddi yüz min) manat məbləğində kredit verildiyini, 1-ci tranşla xx.xx.2012-ci il tarixdə 250,000 (iki yüz əlli min) manat, 2-ci tranşla isə xx.xx.2013-cü il tarixdə 450,000 (dörd yüz əlli min) manat kredit verildiyini, bu günə kimi əsas məbləğin ödənildiyini, lakin faiz və cərimələrin ödənilmədiyini, 24 oktyabr 2012-ci il tarixli, 33F12 saylı Təminatlı Kredit Müqaviləsinə əsasən birinci tranş üzrə 45,271.88 (qırx beş min iki yüz yetmiş bir manat 88 qəpik) manat faiz borcu, 33,402.97 (otuz üç min dörd yüz iki manat 97 qəpik) manat cərimə borcu olmaqla cəmi 78,674.85 (yetmiş səkkiz min altı yüz yetmiş dörd manat 85 qəpik) manat, ikinci tranş üzrə 39,991.15 (otuz doqquz min doqquz yüz doxsan bir manat 15 qəpik) manat faiz borcu, 46,765.55 (qırx altı min yeddi yüz altmış beş manat 55 qəpik) manat cərimə borcu olmaqla cəmi 86,756.70 (səksən altı min yeddi yüz əlli altı manat 70 qəpik) manat məbləğində borc öhdəliyinin olduğunu, 06 mart 2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahında Ləğv prosesində olan İddiaçı tərəfindən cavabdeh təşkilata kredit verildiyini, cavabdeh tərəfin pulu 2017-ci ildə Banka yox, Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna şəxsən ödədiklərini, yəni banka həmin məbləğin gəlmədiyini, sadəcə olaraq rəhbərliklə müəyyən danışıqlardan sonra həmin pulun faktiki olaraq 19 noyabr 2019-cu il tarixdə Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iddiaçı təşkilata köçürüldüyünü, bu pulu onlara qarşı tərəfin ödəmədiyini bildirərək, 12 oktyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında verdiyi izahatında iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsinin vəkili-nümayəndəsi Nümayəndə4 06 mart 2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahında qanunla müəyyən edilmiş müddətin keçdiyini, əsas borcun ödənildiyini, 2017-ci ilin oktyabr ayından sonra 5 il müddətin keçdiyini, ödənilmiş 250.000 manat pul vəsaitinin isə özlərinin razılaşması əsasında banka qaytarıldığını, 15 noyabr 2023cü il tarixli məhkəmə baxışı iclasında sədrlik edənin suallarına müvafiq olaraq cavabdeh tərəfindən SİF-ə ödəmə aparıldıqdan sonra iddiaçıya heç bir ödəmə aparılmadığını, tərəflər arasında bağlanmış 24 oktyabr 2012-ci il tarixli, 33F12 saylı kredit müqaviləsinin şərtlərinin iddiaçı tərəfindən hazırlandığını, cavabdeh tərəfin müqavilə şərtləri ilə bağlı hər hansı təklif vermədiyini, xx.xx.2019-cu il tarixli Naxçıvan Muxtar Respublikasının X6 ilə Azərbaycan Əmanətlərin Sığortlanması Fondu arasında bağlanmış müqavilədən cavabdeh tərəfin xəbərinin olmadığını, uzun müddət keçdiyindən kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş cədvəlinin təqdim edilə bilməyəcəyini, iş materialların 1-ci cildinin 117-ci səhifəsində qeyd edilmiş xx.xx.2015-ci il tarixdən sonra iddiaçı Banka cavabdeh tərəfindən hər hansı ödəmə aparılmadığını, xx.xx.2019-cu il tarixli müqaviləyə 1 saylı əlavəyə əsasən 598.628,09 manat məbləğində pulun SİF tərəfindən iddiaçıya ödənildiyini bildirib, iddia müddətinin tətbiq olunaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsinin vəkili-nümayəndəsi Nümayəndə4 23 noyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında, iddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “X24” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qaldırdığı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia tələbini qəbul etmədiklərini, tələb üzrə iddia müddətinin keçdiyini, bununla bağlı məhkəməyə elektron qaydada ərizə göndərdiyini, buna görə də iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 23 noyabr 2023-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən elektron qaydada məhkəməyə ərizə ünvanlanaraq həmin ərizədə, iş üzrə məhkəmə hazırlıq iclasının 23 noyabr 2023-cü il tarixə, saat 10:00-a təyin edildiyi, Bakıda proseslərin çox olması səbəbindən həmin prosesdə iştirak edə bilməyəcəkləri, iddiaçı olaraq iddia tələbini tam müdafiə etdikləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsinin işə baxılmasına mane olmadığı, həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığı qeyd edilmiş, yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı və 218.3-cü maddələrinin tələblərini nəzərə alaraq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdeh “X24” MMC-yə qarşı qaldırılan iddia tələbi üzrə məhkəmə prosesinə iştirakları olmadan baxılması və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. 23 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin vəkili-nümayəndəsi Nümayəndə4 iştirak etmiş, məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndələri Nümayəndə2, Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə3 iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı LPO İddiaçı ASC tərəfindən 56 (əlli altı) manat məbləğində dövlət rüsumu ödənilmişdir. **********785 nömrəli, 03 noyabr 2022-ci il tarixli maliyyə cədvəlindən görünür ki, İddiaçı ASC ilə “X24” MMC arasında bağlanmış 01 noyabr 2012-ci il tarixli, 8-26537-4 saylı kredit müqaviləsi üzrə (iddiaçının nümayəndəsi Nümayəndə2 07 aprel 2023-cü il tarixli məhkəmə iclasında müqavilənin tarixinin 01 noyabr 2012-ci il tarixli göstərilməsini 1-ci tranş üzrə pulun köçürülmə tarixi, 8-26537-4 saylı müqavilənin nömrəsinin isə sistemdəki nömrə olduğunu bildirməsi ilə həmin müqavilənin 33F12 saylı olması nəzərə alınaraq) 28 oktyabr 2022-ci il tarixinə 1-ci tranş üzrə yaranmış tələb: müqavilə üzrə əsas borc 0 (sıfır) manat, 01 noyabr 2012-ci il və 24 oktyabr 2017-ci illəri əhatə edən müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 45271 (qırx beş min iki yüz yetmiş bir) manat 88 (səksən səkkiz) qəpik, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 33402 (otuz üç min dörd yüz iki) manat 97 (doxsan yeddi) qəpik, müqavilə tələbləri əsasında yaranmış ümumi borc 78674 (yetmiş səkkiz min altı yüz yetmiş dörd) manat 85 (səksən beş) qəpik təşkil edir. **********784 nömrəli, 03 noyabr 2022-ci il tarixli maliyyə cədvəlindən görünür ki, İddiaçı ASC ilə “X24” MMC arasında bağlanmış 30 oktyabr 2013-cü il tarixli 8-26537-12 saylı kredit müqaviləsi üzrə (iddiaçının nümayəndəsi Nümayəndə2 07 aprel 2023-cü il tarixli məhkəmə iclasında müqavilənin tarixinin 30 oktyabr 2013-cü il tarixli göstərilməsini 2-ci tranş üzrə pulun köçürülmə tarixi, 8-26537-12 saylı müqavilənin nömrəsinin isə sistemdəki nömrə olduğunu bildirməsi ilə həmin müqavilənin 33F12 saylı olması nəzərə alınaraq) 28 oktyabr 2022-ci il tarixinə 2-ci tranş üzrə yaranmış tələb: müqavilə üzrə əsas borc 0 (sıfır) manat, 30 oktyabr 2013-cü il - 24 oktyabr 2017-ci illəri əhatə edən müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 39991 (otuz doqquz min doqquz yüz doxsan bir) manat 15 (on beş) qəpik, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 46765 (qırx altı min yeddi yüz altmış beş) manat 55 (əlli beş) qəpik olmaqla, müqvailə tələbləri əsasında yaranmış ümumi borc 86756 (səksən altı min yeddi yüz əlli altı) manat 70 (yetmiş) qəpik təşkil edir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1404/2016 saylı iş üzrə çıxarılmış qərarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi və iflas proseduruna başlanılması, Əmanətlərin Sığortalanması Fondunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Ə-1196 nömrəli, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, 08 dekabr 2022-ci il tarixdə X2 iddiaçı LPO İddiaçı ASC–nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iştirakı ilə keçirilən İMS-də cavabdeh “X24” MMC, nümayəndəsinin iştirakını təmin etməmişdir. 08 dekabr 2022-ci il tarixli, 112724 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X13 tərəfindən İMS-nin keçirilməsi ilə əlaqədar 400 (dörd yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. 24 oktyabr 2012-ci il tarixli, 33F12 saylı Təminatlı Kredit müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən İddiaçı ASC-nin 12 saylı filialı (bundan sonra borc verən), etibarnamə əsasında çıxış edən filial rəhbəri X20 şəxsində və digər tərəfdən hüquqi şəxs “X24” MMC-nin rəhbəri Nümayəndə3 şəxsində müvafiq şərtlərlə razılığa gəlinərək imzalanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, Borc verən Borc alana modern uşaq bezlərinin yaradılması məqsədi ilə 700 000 AZN (yeddi yüz min manat) məbləğində (bundan sonra kredit məbləği) 60 (altmış) ay müddətinə xx.xx.2017-ci il tarixinə kimi illik 6% (altı faizlə), ödəniş annuitet olmaqla kreditin verilməsini, Borc alan isə Kredit məbləğini qəbul etməyi, Kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. 1.2-ci bəndindən görünür ki, Borc verən krediti dövriyyə vəsaitlərinin artırılması üçün istifadə edəcəkdir. 2.1-ci bəndindən görünür ki, kredit üzrə verilmiş məbləğlər üzrə faizlər istifadə edilmiş günlərin sayına görə illik 6% (altı faizlə) hesablanır. 2.2-ci bəndindən görünür ki, kredit üzrə faizlər ssuda hesabı üzrə borcun yarandığı gündən hesablanır. 2.3-cü bəndindən görünür ki, borc alan tərəfindən kredit üzrə borc verənə ödənilməli olan əsas borc və faizlər 3.6-cı bəndində göstərilmiş müddətdə ödənilmədikdə həmin əsas borc və faizlər gecikdirilmiş hesab olunur. 3.6-cı bəndindən görünür ki, kredit üzrə borc alana verilən kredit vəsaitindən istifadə müddətinin başlanma tarixi ilk tranşın borc alanın ssuda hesabına köçürülmə tarixi və bitmə tarixi xx.xx.2017-ci il sonra saat 16:00 hesab olunur. 3.7-ci bəndindən görünür ki, Borc alan tərəfindən kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin ödənilməsi ilk 30 (otuz) ay ərzində hər 30 (otuz) gündən bir, həmin ayın sonuncu iş günündən gec olmayaraq , xx.xx.2012 tarixindən sonra isə 30 (otuz) ay ərzində annuitet qrafikinə uyğun olaraq ödənilməlidir. 3.8-ci bəndindən görünür ki, əsas borc məbləği 2 (iki) tranşla verilsin. 1-ci tranş 250 000 AZN, 2-ci tranş 450 000 AZN. 7.1.5-ci bəndindən görünür ki, bu müqavilə əsasında ona məxsus olan tələbi başqa şəxslərə vermək borc verənin hüququdur. 7.2.1-ci bəndindən görünür ki, kredit verən bu müqavilə ilə müəyyən edilmiş müddətdə krediti Borc alanın ssuda hesabına köçürməyi və bu barədə dərhal Borc alana məlumat verməyi öz öhdəsinə götürür. 7.4.1-ci bəndindən görünür ki, borc alan bu müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. 7.4.4-cü bəndindən görünür ki, borc alan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməyi öz öhdəsinə götürür. 7.4.10-cu bəndindən görünür ki, borc alan kredit üzrə öhdəliklər icra edilmədikdə dəbbə pulu və Borc verənə dəymiş zərəri tam həcmdə ödəməyi öz öhdəsinə götürür. 13.1-ci bəndindən görünür ki, tərəflərin qarşılıqlı razılığı əsasında bu müqaviləyə əlavə və dəyişikliklər oluna bilər və həmin əlavə və dəyişikliklər imzalandığı gündən bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli sorğusu əsasında Azərbaycan Respublikası Mərkəzi X16 Respublikası İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 16 mart 2023-cü il tarixli, 01/149 nömrəli məktubdan görünür ki, “X24” MMC və İddiaçı ASC arasında bağlanılmış kredit müqaviləsi üzrə modern uşaq bezlərinin istehsalı məqsədilə 2012-2013-cü illərdə cəmiyyətə ayrılmış 700 000 (yeddi yüz min) manat həcmində kredit vəsaitindən sonuncu dəfə xx.xx.2018-ci il tarixdə 101.119,0 (yüz bir min yüz on doqquz) manat həcmində əsas məbləğ ödənilərək kredit borcunun bağlanılması təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli sorğusu əsasında Naxçıvan Muxtar Respublikasının X6 X28 tərəfindən məhkəməyə ünvanlanmış 16 mart 2023-cü il tarixli, 16 nömrəli məktubdan görünür ki, “X24” MMC və İddiaçı ASC arasında bağlanılmış kredit müqaviləsi üzrə modern uşaq bezlərinin istehsalı məqsədilə 2012-2013-cü illərdə cəmiyyətə ayrılmış 700 000 (yeddi yüz min) manat həcmində kredit vəsaitindən sonuncu dəfə xx.xx.2018-ci il tarixdə 101.119,0 (yüz bir min yüz on doqquz) manat həcmində əsas məbləğ ödənilərək kredit borcunun bağlanılması təmin edilmişdir. Məhkəmənin 07 aprel 2023-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə mühasibat ekspertizasının nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2023-cü il tarixli, 9/3215 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş iş materiallarından göründüyü kimi, hazırki ekspertiza tədqiqatı zamanı iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış 24 oktyabr 2012-ci il tarixli 33/F12 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq cavabdeh “X24” MMC-nin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixlərə olan borcu yuxarıda göstərilən xx.xx.2019-cu il tarixdə aparılmış ödənişlərdə nəzərə alınmaqla aşağıdakı kimi müəyyən edilir: 1-ci tranş üzrə: xx.xx.2018-ci il tarixə (ikinci sualda soruşulan) əsas borc üzrə - 242525,15 manat faiz borcu üzrə-29143,44 manat, xx.xx.2022-ci il tarixə (birinci sualda soruşulan) əsas borc üzrə-0,0 manat, faiz borcu üzrə- 21668,59 manat, 2-ci tranş üzrə: xx.xx.2018-ci il tarixə (ikinci sualda soruşulan): əsas borc üzrə - 347563,73 manat, faiz borcu üzrə -37884,45 manat, xx.xx.2022-ci il tarixə (birinci sualda soruşulan) əsas borc üzrə-0,0 manat, faiz borcu üzrə-36820,09 manat müəyyən edilmiş, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 24 oktyabr 2012-ci il tarixli 33/F12 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün sualda soruşulan tarixlərə cavabdeh “X24” MMC-nə cərimə borcu hesablanmamışdır. Cavabdehin nümayəndəsinin vəkili və nümayəndəsi Nümayəndə4 tərəfindən 04 iyul 2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş 03 iyul 2023-cü il tarixli “İddia müddətinin tətbiqi barədə” ərizədən görünür ki, həmin ərizədə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “X24” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia qaldırdığı, qanunvericilikdə müqavilə tələblərindən irəli gələn mübahisələrə üç illik iddia müddətinin şamil edildiyi, tərəflər arasında müqavilənin isə 24 oktyabr 2012-ci il tarixdə bağlandığı, müqavilənin bitdiyi 24 oktyabr 2017-ci il tarixdən, yəni altı ildən artıq müddətin keçdiyi, iddia ilə məhkəməyə müraciət edilmədiyi, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü bəndinə görə normativ hüquqi aktın maddələrinin ayrı-ayrı hüquq normalarını əks etdirən bəndlərə, bəndlərin isə yarımbəndlərə bölünə biləcəyi, bu qaydaya görə (Mülki Məcəllənin 371.1 hissəsini 371-ci maddənin 1-ci bəndi, 379.1.1 hissəsini isə 379-cu maddənin 1-ci bəndinin 1-ci yarımbəndi kimi ifadə etmək düzgündür) isə məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edildiyinin müəyyən edildiyi, iddia müddətinin tətbiq edilməsi barədə ərizənin mübahisə tərəfinin verdiyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə görə tərəflərin iddiaçı və cavabdeh olduğu, nümayəndənin iddia müddətinin tətbiqi barədə ərizə verməsinin mümkün olduğu, nümayəndəlik institunun həm mülki hüquqi, həm də prosessual hüquqi məzmuna malik olduğu, tərəflər nümayəndəyə bütün hüquqlarını həyat keçirməyi həvalə etdikdə, onların iddia müddətinin tətbiqi barədə ərizə verə bilməsinin şübhəsiz olduğu iddia müddətinin tətbiq edilməsi barədə ərizənin birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilənə kimi verildiyi, bu ərizənin iddia ərizəsi icraata qəbul ediləndən məhkəmə qətnamə çıxarmaq üçün müşavirə otağına gedənə kimi təqdim edilə biləcəyi, bunun, iddia müddəti keçmiş tələblərə baxıldıqda, cavabdehin iddiaçının tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdikdə iddianın rədd edilməsi demək olduğu, belə ərizə olmadıqda iddia müddətinin keçməsindən asılı olmayaraq mübahisənin həll edildiyi, maddi hüquq tələbinin məzmunundan asılı olaraq iddianın ya təmin, ya da rədd olunduğu, qeyd olunanlara əsasən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddiası üzrə iddia müddətini tətbiq etməklə tələbin rədd olunması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə 07 iyul 2023-cü il tarixdə iddiaçı LPO İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, ərizədə “həmin iş üzrə iddia müddətinin ötürülmədiyi, iş üzrə xx.xx.2022-ci il tarixində cavabdehə mediasiya prosesinə başlanılması barədə bildiriş göndərildiyi, bu səbəbdən də sonuncu ödəniş tarixi üzrə iddia müddətinin ötürülmədiyi, həmçinin həmin iş üzrə bundan əvvəl də 2019-cu il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi və işin bir ilə yaxın məhkəmənin icraatında olmasına baxmayaraq sonradan əsassız səbəblərdən baxılmamış saxlanıldığı, göstərilənləri nəzərə alaraq ekspert rəyi ilə razı olduqlarını bildirməklə iş üzrə iddia müddətinin ötürülməsi barədə cavabdehin vəkili tərəfindən verilmiş ərizənin rədd edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Vəkil Nümayəndə4 26 oktyabr 2023-cü il tarixli, 2/944 nömrəli müraciətinə əsasən Naxçıvan Muxtar Respublikasının X6 X28 tərəfindən ünvanlanmış 27 oktyabr 2023-cü il tarixli, 73 nömrəli məktubdan görünür ki, “X24” MMC-yə modern uşaq bezlərinin istehsalı məqsədilə 2012-2013-cü illərdə ümumilikdə 700.000,0 manat həcmində güzşətli kredit vəsaiti ayrılmış, İddiaçı ASC 12 saylı Naxçıvan Filialı ləğv edilənədək bank vasitəsilə əsas borcdan 101.371,91 manat vəsait Fondun hesabına geri qaytarılmış, İddiaçı ASC ləğv edildikdən sonra Əmanətlərin Sığortalanması Fondu ilə X6 arasında bağlanmış müqaviləyə əsasən əsas borcdan Fonda birbaşa ödənilmiş qalan vəsaitin əvəzləşdirilməsi həyata keçirilərək kredit borcunun bağlanılması təmin edilmiş, “X24” MMC-nin haliyyədə əsas məbləğdən heç bir borcu mövcud deyildir. Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2-2(087)-43/2019 saylı qərardadından görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər “X24” MMC-yə və “Nəqşicahan Holdinq LTD Şirkətlər Qrupunun” X29” MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(108)- 07/2019 saylı, 23 sentyabr 2019-cu il tarixli qərardadından görünür ki, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2-2(087)-43/2019 nömrəli qərardadından verilmiş iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Fərid Əliyevin şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2- 2(087)-43/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikasının X6 ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu arasında Bakı şəhərində, 31 oktyabr 2019-cu il tarixdə bağlanmış müqavilədən görünür ki, bu müqavilə bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikasının X6, İdarə Heyətinin sədri X14 şəxsində, digər tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, İcraçı direktorun müavini, İcraçı direktor vəzifəsini müvəqqəti icra edən X11 şəxsində imzalanmışdır. xx.xx.2013-cü il tarixli, ekran-unikal kod nömrəsi 1***-******* olan qəbzdən görünür ki, Nümayəndə3 tərəfindən əsas borc məbləğindən 8000 manat X24nın 8-26537-1 nömrəli bank hesabına köçürülmüşdür. xx.xx.2015-ci il tarixli, ekran-unikal kod nömrəsi 1***-*******5 olan qəbzdən görünür ki, Nümayəndə3 tərəfindən əsas borc məbləğindən 20000 manat X24nın 8-26537-1 nömrəli bank hesabına köçürülmüşdür. xx.xx.2015-ci il tarixli, ekran-unikal kod nömrəsi 1***-*******2 olan qəbzdən görünür ki, Nümayəndə3 tərəfindən əsas borc məbləğindən 27000 manat X24nın 8-26537-1 nömrəli bank hesabına köçürülmüşdür. xx.xx.2015-ci il tarixli, ekran-unikal kod nömrəsi 1***-*******4 olan qəbzdən görünür ki, Nümayəndə3 tərəfindən əsas borc məbləğindən 1100 manat X24nın 8-26537-1 nömrəli bank hesabına köçürülmüşdür. xx.xx.2014-cü il tarixli, ekran-unikal kod nömrəsi 1***-******* olan qəbzdən görünür ki, X8 tərəfindən əsas borc məbləğindən 5150 manat X24nın 8-26537-1 nömrəli bank hesabına köçürülmüşdür. xx.xx.2015-ci il tarixli, ekran-unikal kod nömrəsi 1***-******* olan qəbzdən görünür ki, Nümayəndə3 tərəfindən əsas borc məbləğindən 24000 manat X24nın 8-26537-1 nömrəli bank hesabına köçürülmüşdür. xx.xx.2015-ci il tarixli, ekran-unikal kod nömrəsi 1***-*******2 olan qəbzdən görünür ki, Nümayəndə3 tərəfindən 50000 manat X24nın 8-26537-1 nömrəli bank hesabına köçürülmüşdür. 17 fevral 2017-ci il tarixli, 60 nömrəli qəbzdən görünür ki, Nümayəndə3 tərəfindən əsas borc məbləğindən 20000 manat Nax. MR X9 X19 MR İdarəsində olan AZ61NABZ******************** nömrəli bank hesabına köçürülmüşdür. 01 avqust 2016-cı il tarixli, 30 nömrəli qəbzdən görünür ki, X15 tərəfindən əsas borc məbləğindən 20000 manat Nax. MR X9 X19 MR İdarəsində olan AZ61NABZ******************** nömrəli bank hesabına köçürülmüşdür. 23 fevral 2016-cı il tarixli, 95 nömrəli qəbzdən görünür ki, Nümayəndə3 tərəfindən əsas borc məbləğindən 20000 manat Nax. MR X9 X19 MR İdarəsində olan AZ61NABZ******************** nömrəli bank hesabına köçürülmüşdür. 28 aprel 2016-cı il tarixli, 23 nömrəli qəbzdən görünür ki, Nümayəndə3 tərəfindən əsas borc məbləğindən 20000 manat Nax. MR X9 X19 MR İdarəsində olan AZ61NABZ******************** nömrəli bank hesabına köçürülmüşdür. 21 dekabr 2016-cı il tarixli, 118 nömrəli qəbzdən görünür ki, Nümayəndə3 tərəfindən əsas borc məbləğindən 20000 manat Nax. MR X9 X19 MR İdarəsində olan AZ61NABZ******************** nömrəli bank hesabına köçürülmüşdür. 14 sentyabr 2016-cı il tarixli, 79 nömrəli qəbzdən görünür ki, Nümayəndə3 tərəfindən əsas borc məbləğindən 20000 manat Nax. MR X9 X19 MR İdarəsində olan AZ61NABZ******************** nömrəli bank hesabına köçürülmüşdür. İddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən 14 noyabr 2023-cü il tarixdə məhkəməyə “İddia müddətinin tətbiqinə dair” ərizəyə etiraz ərizəsi ünvanlanaraq həmin ərizədə, ləğv prosesində olan İddiaçı ASC ilə “X24” MMC arasında xx.xx.2012-ci il tarixli 33F12 saylı kredit müqaviləsi bağlanıldığı, məhkəmə prosesi zamanı “X24” MMC şirkətinin nümayəndəsi Nümayəndə4 tərəfindən xx.xx.2012-ci il tarixli 33F12 saylı kredit müqaviləsi üzrə məhkəməyə ərizə verilərək iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş edildiyi, bununla bağlı olaraq “X24” MMC şirkətinin nümayəndəsi Nümayəndə4 tərəfindən verilmiş ərizədə iddia müddətinin xx.xx.2017-ci il tarixində bitdiyinin, lakin iddiaçının 2022-ci il tarixində iddia ilə məhkəməyə müraciət etdiyi, bununla da iddia müddətinin ötürüldüyünün qeyd edildiyi, bununla bağlı olaraq xx.xx.2012-ci il tarixli 33F12 saylı kredit xətti müqaviləsi üzrə LPO İddiaçı ASC tərəfindən məhkəməyə və ekspertiza idarəsinə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına digər sənədlərə əsasən sonuncu ödənişin xx.xx.2019-cu il tarixində 598 628.09 manat məbləğində olduğu, iş üzrə iddia müddətinin xx.xx.2022-ci il tarixində bitdiyi, Mediasiya üçün təklifin tarixi isə xx.xx.2022-ci il tarixində olduğu, beləliklə də qanunun tələbinə əsasən mediasiya üçün təklifin göndərildiyi tarix olan xx.xx.2022-ci il tarixindən iş üzrə iddia müddətinin axımının dayandırıldığı və işin məhkəməyə iddia müddəti ötürülmədən verildiyi, ekspert tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 726 saylı ekspert rəyində də tərəflərindən ekspertə tələb olunan bütün sənədlər göndərilməsinə baxmayaraq yalnız Naxçıvan Muxtar Respublikası SİF tərəfindən verilmiş sənədlərin nəzərə alındığı, təqdim etdikləri hesabdan çıxarış məlumatlarının və digər sənədlərin nəzərə alınmadığı, Naxçıvan SİF tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda kredit müqaviləsi üzrə sonuncu ödənişin xx.xx.2018-ci il tarixində 101119 manat göstərildiyi, bu məsələ ilə bağlı olaraq həmin kredit müqaviləsi üzrə ödənişlərin “X24” MMC tərəfindən İddiaçı ASC-yə ödənilmək əvəzinə birbaşa qanunsuz olaraq Naxçıvan SİF-ə ödənildiyini bildirmək istədiyi, nəticədə də Naxçıvan SİF-in İddiaçı ASC ilə “X24” MMC arasında bağlanılmış 33F12 saylı kredit müqaviləsi üzrə tərəflərdən biri olmamasına baxmayaraq həmin ödənişləri qəbul etdiyi, sonradan Naxçıvan SİF-lə İddiaçı ASC arasında olmuş razılaşmaya əsasən 598 628.09 manat məbləğində vəsaitin xx.xx.2019-cu il tarixində İddiaçı ASC-nin hesabına köçürüldüyü və “X24” MMC-nin əsas borcunun silinməsinə yönəldildiyi, yuxarıda qeyd olunanlardan da göründüyü kimi 33F12 saylı kredit müqaviləsi üzrə sonuncu ödənişin xx.xx.2019-cu ildə ödənildiyi və bu səbəbdən də kredit müqaviləsi üzrə iddia müddətinin bitmə tarixinin xx.xx.2022-ci il olduğu, “Mediasiya haqqında” AR qanununun 35.1-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqinin tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olduğu, AR Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən Məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verdiyi, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığı, həmin məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu, Həmin məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilmədiyi, həmin məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratdığı, bunun üçün məhkəmənin işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etdiyi, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etdiyi, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərdiyi qeyd olunaraq, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən “X24” MMC şirkətinin nümayəndəsi Nümayəndə4 tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizənin əsassız hesab edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Belə ki, ilk olaraq məhkəmə, cavabdehin nümayəndəsinin vəkili-nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarında- bununla belə Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Qeyd edilənlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 08 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) Məhkəmə iş materiallarını tərəflərin izahları və izahatları ilə əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ASC-nin 12 saylı filialı ilə cavabdeh “X24” MMC arasında, razılaşdırılmış şərtlərlə 24 oktyabr 2012-ci il tarixdə, 33F12 saylı Təminatlı kredit müqaviləsi bağlanılaraq Borc verən borc alana (“X24” MMC-yə) modern uşaq bezlərinin yaradılması məqsədi ilə illik 6% (altı faizlə), 700 000 AZN (yeddi yüz min) manat məbləğində (bundan sonra kredit məbləği) 60 (altmış) ay müddətinə, yəni xx.xx.2017-ci il tarixinə kimi kreditin verilməsini, Borc alan isə Kredit məbləğini qəbul etməyi, Kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı, bu müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi, bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda kreditin 2 (iki) tranşla: 1-ci tranş üzrə 250 000 AZN, 2-ci tranş üzrə 450 000 AZN məbləğində verilməsi nəzərdə tutulmuşdur. Bununla da, tərəflər kredit müqaviləsinin mühüm şərtləri hesab edilən hallar barədə razılığa gələrək, müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr əldə etmiş, eyni zamanda kreditin verilməsindən uzun müddət keçdiyindən kassa məxaric orderinin məhkəməyə təqdim edilə bilmədiyi nəzərə alınaraq kreditin verilməsi, cavabdeh tərəfindən iddiaçıya edilən ödəmələrlə və tərəflərin izahları ilə öz əksini tapdığından, özlüyündə təsdiq edilən hal kimi müəyyən edilmişdir. Müəyyən edilmiş hallara münasibətdə məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də aiddir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə tərəfindən sübutlar qiymətləndirilərək iş materiallarında olan sənədlər ilə əlaqələndirildikdə müəyyən edilir ki, İddiaçı ASC-nin 12 saylı filialı ilə cavabdeh “X24” MMC” arasında bağlanmış 24 oktyabr 2012-ci il tarixli, 33F12 saylı təminatlı kredit müqaviləsi əsasında verilən 700 000 manat məbləğində kredit vəsaitindən əsas borc və faizlər cavabdeh tərəfindən həm iddiaçı təşkilatın özünə, həm də faizlər olmadan əsas borc 24 oktyabr 2012-ci il tarixli, 33F12 saylı təminatlı kredit müqaviləsi ilə əlaqəsi olmayan SİF-ə ödənilərək, üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Belə ki, əsas borcun cavabdeh tərəfindən 17 fevral 2017-ci il tarixli, 60 nömrəli; 01 avqust 2016-cı il tarixli, 30 nömrəli; 23 fevral 2016-cı il tarixli, 95 nömrəli; 28 aprel 2016-cı il tarixli, 23 nömrəli; 21 dekabr 2016-cı il tarixli, 118 nömrəli; 14 sentyabr 2016-cı il tarixli, 79 nömrəli qəbzlər əsasında SİF-ə ödənilərək hal-hazırda kredit borcunun bağlanılması Naxçıvan Muxtar Respublikasının X6 X22 27 oktyabr 2023-cü il tarixli, 73 nömrəli məktubu ilə, SİF-ə ödənilmiş əsas borc məbləğlərinin də SİF tərəfindən iddiaçı təşkilata ödənilməsi-hesabdan çıxarış məlumatları ilə (iş materiallarının 1-ci cildinin 210-cu səhifəsində 19 noyabr 2019-cu il tarixdə ödənilmiş 250.000,00 manat və həmin cildin 216-cı səhifəsində 19 noyabr 2019cu il tarixdə ödənilmiş 348,628.09 manat ödəmə əsas götürülərək), iddiaçının təqdim etdiyi 31 oktyabr 2019-cu il tarixli müqaviləyə 1 saylı əlavə ilə, o cümlədən, iddiaçının nümayəndəsi Nümayəndə2 08 fevral 2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahı ilə öz təsdiqini tapmışdır. İddiaçı təşkilatın nümayəndəsi əsas məbləğin ödənilməsini qəbul etdiyindən, məhkəmə tərəfindən bunun mübahisələndirilməyən hal olduğu müəyyən edilir. Məhkəmə iddiaçı və cavabdeh arasında razılaşma olmadan cavabdeh tərəfindən üçüncü tərəfə, yəni SİF-ə ödəmənin aparılmasını qeyri-qanuni hesab edərək, kredit müqaviləsinin 7.4.1-ci və 7.4.4-cü bəndinin tələblərinin cavabdeh tərəfindən pozulduğu qənaətindədir. Nəticədə kredit məbləğinin bir hissəsi birbaşa banka ödənilən anadək cavabdehin faiz borcu qalmamış, qalan hissəsi isə qeyri-qanuni yolla müqavilə üzrə tərəf olmadığı təqdirdə SİF-ə ödənilərək SİF vasitəsilə banka ödənildiyindən, həmin məbləği iddiaçı Bankın qəbul etməsinə baxmayaraq müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, iddiaçı hesabdan çıxarış məlumatlarından (iş materiallarının 1-ci cildi; səhifə 117) müəyyən edilmiş xx.xx.2015-ci il tarixdən (həmin tarixdən sonra ödəmələrin SİF-ə aparıldığı və qəbzlərin işə əlavə olunduğunu nəzərə alaraq) öhdəliklərin icra edilməli olduğu vaxt dövrünə qədər yəni xx.xx.2017-ci il tarixə qədər əldə etməli olduğu faizlərdən məhrum edilmişdir. Nəticə etibarı ilə kredit müqaviləsinin 5.1-ci bəndinə müvafiq olaraq iddiaçı bu müqavilə üzrə borc alanın, üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyinə görə faiz borcu ilə yanaşı dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Qeyd edilən hallar onu deməyə əsas verir ki, iddiaçının subyektiv hüququ cavabdeh tərəfindən pozulduğundan, həmin hüququn bərpası məqsədilə faiz və cərimə borcunu cavabdehdən tələb etmək üçün məhkəməyə müraciət etmişdir. Beləliklə, cavabdehin iddiaçı təşkilata faiz və cərimə borcunun olub-olmaması istiqamətində araşdırmalar apararkən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Odur ki, digər sübut növləri kimi ekspert rəyinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. Beləliklə, məhkəmə həqiqətə nail olmaq, işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə cavabdehin iddiaçıya faiz və cərimə borcunun olub-olmadığının, əgər varsa həmin məbləğin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekapertizası təyin edərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, eyni zamanda e-2-2(123)-15/2023 saylı iş üzrə aparılmış tədqiqatın dəyəri 145 (bir yüz qırx beş) manat olaraq müəyyən edilmişdir. Nəticədə məhkəmə ekspert rəyinin tam və aydın olmadığı qənaətinə gələrək xx.xx.2023cü il tarixli qərardad ilə iş üzrə əlavə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi və ekspertizanın keçirilməsinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsini zəruri hesab etmişdir. Ekspertin 21 sentyabr 2023-cü il tarixli, 726 nömrəli rəyi məhkəməyə daxil olduğundan xx.xx.2023-cü il tarixli qərardad ilə iş üzrə icraat təzələnmiş, həmin rəydən “X24” MMC ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış 24 oktyabr 2012-ci il tarixli, 33F12 saylı Təminatlı kredit müqaviləsinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına və 28 oktyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdeh “X24” MMC-nin, ləğv prosesində olan İddiaçı ASC-yə 28 oktyabr 2022-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) birinci tranş üzrə faiz borcu 21668,59 manat, ikinci tranş üzrə faiz borcunun isə 36820,09 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə, təqdim edilmiş ekspert rəyindən müəyyən etmişdir ki, həmin rəyin 3-cü vərəqinin cədvəl hissəsində, cavabdeh X24 MMC-nin 1-ci tranş borcu üzrə 250,000.00 manat kredit məbləğindən və 2-ci tranş üzrə 450,000.00 manat kredit məbləğindən xx.xx.2015-ci il tarixdən sonra aparılan ödənişlərin cavabdeh təşkilat tərəfindən birbaşa iddiaçıya ödənilməsi kimi nəzərə alınaraq faiz borcu hesablanmışdır. Bununla yanaşı, iddiaçının nümayəndəsi Nümayəndə1 14 noyabr 2023-cü il tarixli etirazında “xx.xx.2023-cü il tarixli, 726 saylı” ekspert rəyində tərəflərindən ekspertə tələb olunan bütün sənədlər göndərilməsinə baxmayaraq yalnız Naxçıvan Muxtar Respublikası SİF tərəfindən verilmiş sənədlərin nəzərə alındığını, təqdim etdikləri hesabdan çıxarış məlumatlarının və digər sənədlərin nəzərə alınmadığını bildirsə də, iş üzrə aparılmış ekspertiza zamanı iddiaçı tərəfindən ekspertə rəy verilməsi üçün hər hansı sənədlərin təqdim edilmədiyi göz qabağındadır. xx.xx.2015-ci il tarixdən sonra cavabdeh tərəfindən kredit borcunun birbaşa iddiaçı təşkilata ödənilməməsi, eyni zamanda göstərilən tarixdən sonra ödəmələrin X4 aparıldığı və həmin halı təsdiq edən qəbzlərin işə əlavə edildiyi nəzərə alındıqda məhkəmə, 1-ci tranş üzrə xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixlərdə ödəmənin cavabdeh tərəfdən həyata keçirilməsi kimi göstərilməsi hissəsində ekspert rəyi ilə razılaşmamaqdadır. Belə ki, məhkəmə təyin edilmiş əlavə məhkəmə-mühasibat ekspertizasının nəticəsində ekspert rəyi ilə, borclunun iddiaçıya ödənilməmiş əsas borc üzrə faizlərin olmasına dair hissəsində razılaşaraq, həmin borcun nə qədər təşkil etməsi məsələsinə toxunmur. Həmçinin Məhkəmə iş üzrə adı çəkilən “Naxçıvan Muxtar Respublikasının X6” X28-nin (Əvvəlki adı: Naxçıvan MR X17) xidməti adının dəyişməsinə münasibət bildirərkən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur müddəasına dayanaraq tərəflər tərəfindən bu məsələnin mübahisələndirilə bilinməyəcəyini qeyd edir. Bundan əlavə, xx.xx.2013-cü il tarixli, ekran-unikal kod nömrəsi 1***-******* olan, xx.xx.2015-ci il tarixli, ekran-unikal kod nömrəsi 1***-*******5 olan, xx.xx.2015-ci il tarixli, ekranunikal kod nömrəsi 1***-*******2 olan, xx.xx.2015-ci il tarixli, ekran-unikal kod nömrəsi 1***- *******2 olan, xx.xx.2014-cü il tarixli, ekran-unikal kod nömrəsi 1***-******* olan, xx.xx.2015-ci il tarixli, ekran-unikal kod nömrəsi 1***-******* olan, 5.08.2015-ci il tarixli, ekran-unikal kod nömrəsi 1***-*******2 olan qəbzlərdə kredit məbləği üzrə aparılmış ödəmələr Nümayəndə3 tərəfindən “X24” MMC-yə ödənilmiş kimi göstərilsə də, iş materiallarının 1-ci cildinin 117-ci səhifəsində olan hesabdan çıxarış məlumatlarından həmin ödənişlərin əslində cavabdeh tərəfindən LPO İddiaçı ASC-yə ödənildiyi görünməkdədir. Bununla yanaşı, 06 mart 2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi izahında “Pulun faktiki olaraq 19 noyabr 2019-cu il tarixdə Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iddiaçı təşkilata köçürüldüyünü” bildirməsi ilə iş materiallarının 1-ci cildinin 210-cu vərəqində öz əksini tapmış, xx.xx.2019-xx.xx.2023-cü illəri əhatə edən hesabdan çıxarışdan 1-ci tranş üzrə cəmi 250.000 (iki yüz əlli min) manat kredit məbləğinin xx.xx.2019-cu il tarixdə cavabdeh təşkilat tərəfindən ödənilməsi kimi göstərilməsi halı özünü inkar etmiş, bununla da həmin məbləğin X6 tərəfindən LPO Bank of Azerbaijan ASC-nin 8-5268345-3 nömrəli bank hesabına köçürülməsi təsdiq edilmişdir. Eyni zamanda, yuxarıda göstəirlən hal ilə oxşar olaraq iş materiallarının 1-ci cildinin 216cı vərəqində öz əksini tapmış, xx.xx.2019-xx.xx.2023-cü illəri əhatə edən hesabdan çıxarışdan cəmi 348.628 manat kredit məbləğinin xx.xx.2019-cu il tarixdə X6 tərəfindən LPO Bank of Azerbaijan ASC-nin 8-5268345-8 nömrəli bank hesabına köçürüldüyünü görmək mümkündür. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, işdə olan sənədləri dəqiqliklə tədqiq edib və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia müddəti tətbiq olunaraq iddiadan imtina edilməsi barədə qərar çıxarılması qanuna uyğundur. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı) İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, fikirləri tam bu iş üzrə olan sübutlarda olan yalnışlıqların olması, sənədlərin itirilməsi səbəbindən natamam və bir-biri ilə ziddiyətli olmasında təzahür etməkdədir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Qeyd edilənlərlə əlaqədar ilk olaraq öhdəlik hüquq münasibətlərinin yaranma tarixinə nəzər salsaq görərik ki, tərəflər arasında kredit müqaviləsi xx.xx.2012-ci il tarixdə bağlanmış, həmin müqavilənin 1.1-ci maddəsinə əsasən öhdəliklərin icra müddəti üçün 60 (altmış) ay müəyyən edilmişdir. 14.1-ci maddəsinə əsasən isə müqavilənin qüvvədə olma müddətinin müddətsiz olaraq bu müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi tarixədək qüvvədə qalacağı müəyyən edilmişdir. Müqavilənin qeyd edilən müddəalarından da aydın olur ki, öhdəliklərin icra müddəti ilə müqavilənin qüvvədə olma müddəti fərqli anlayışlardır. Belə ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən, bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. (lakin icra müddəti bitdikdən, iddia müddəti keçdikdən sonra iddia müddətinin tətbiqinə dair ərizə verildiyi hallar istisna olmaqla) Həmin Məcəllənin 419.1-ci maddəsinə əsasən müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Həmin Məcəllənin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Yuxarıda qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, öhdəliklərin xitamına əsas kimi müqavilənin qüvvədə olma müddətinin bitməsi göstərilmişdir. Bu iş üzrə 24 oktyabr 2012-ci il tarixli, 33F12 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Borc verən Borc alana (X24 MMC-yə) 700 000 (yeddi yüz min) manat məbləğində (bundan sonra Kredit məbləği) 60 ay müddətinə, xx.xx.2017-ci il tarixinə kimi illik 6% (Altı faizlə) kredit verməyi öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə kreditin 60 ay (altmış) müddətinə verildiyi və həmin müddətdə geri qaytarılması aşkar surətdə qeyd edilmişdir. Belə ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Odur ki, tərəflər arasında bağlanmış müqavilədə kreditin müddətinin 60 ay, yəni 5 il ilə müəyyən olunduğunu, həmin müddətin də öhdəliklərin icra edilməsinin vaxtı ilə tənzimləndiyini görmək mümkündür. Bununla da, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı) Belə olduğu halda hazırkı müqavilə üzrə şərtləşdirilmiş qaydada müqavilənin müddətsiz olaraq yəni bütün öhdəliklərin icra edilməsi anına qədər qüvvədə olması halı nəzərdə tutulsa da, kreditor icra müddəti bitdikdən sonra bu hala əsaslanaraq iddia müddətinin tətbiqinə dair ərizə verildiyi halda qanunla müəyyən edilmiş iddia müddəti ötürüldükdən sonra borcludan öhdəliyin icra edilməsini tələb etməkdə haqlı deyildir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri) (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı) Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Göstərilənləri nəzərə alaraq, xx.xx.2012-ci il tarixli 33F12 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti xx.xx.2017–ci il tarixdə bitərək, cavabdeh tərəfindən iddiaçıya kredit məbləği üzrə ödənilən sonuncu tarixdən (xx.xx.2015-ci ildən) sonra, o cümlədən, təqdim edilmiş qəbzlər üzrə SİF-ə ödənilən tarixlərdən sonra birbaşa hər hansı ödəniş etmədiyi nəzərə alınaraq iddia müddətinin axımı xx.xx.2017-ci il tarixin ertəsi gün, yəni xx.xx.2017-ci il tarixdən başlandığından, iddia müddətinin kəsilməsinə və ya dayandırılmasına əsas olan hallar müşayiət edilmədiyindən, müqavilə tələbləri üzrə üç il iddia müddətinin iş üzrə tətbiqində xx.xx.2020-ci il tarixinə təsadüf etdiyindən, iddiaçı təşkilat isə yalnız xx.xx.2022-ci il tarixdə mediasiyaya müraciət edərək daha sonra xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən məhkəmə belə qərara gəlir ki, qanunla müəyyən edilmiş 3 illik iddia müddəti buraxılmışdır. Onu da qeyd etmək lazımdır ki, cavabdehin nümayəndəsinin vəkili-nümayəndəsi Nümayəndə4 sədrlik edənin sualına cavab olaraq xx.xx.2015-ci il tarixdən sonra cavabdeh tərəfindən birbaşa iddiaçı təşkilata kredit müqaviləsi üzrə əsas və faiz borcundan hər hansı ödəmənin aparılmadığını bildirməsi ilə hesabdan çıxarış məlumatlarında qeyd olunanlar (iş materiallarının 1-ci cildi; səhifə 117) üst-üstə düşdüyündən, məhkəmə bunu mübahisələndirilməyən hal olaraq qiymətləndirir. Bununla yanaşı qeyd etmək lazımdır ki, iddiaçı “iddia müddətinin tətbiqinə dair” ərizəyə etirazında həmin iş üzrə bundan əvvəl də 2019-cu il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyini və işin bir ilə yaxın məhkəmənin icraatında olmasına baxmayaraq sonradan əsassız səbəblərdən baxılmamış saxlanıldığını qeyd etsə də məhkəmə bununla bağlı bildirir ki, iddiaçı Naxçıvan MR-nın İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-2(087)-43/2019 nömrəli qərardadı ilə iddiası baxılmamış saxlanıldığından, həmin qərardaddan verilmiş Apellyasiya şikayəti də Naxçıvan MR-sı Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(108)- 07/2019 nömrəli qərardadı ilə təmin edilmədiyindən, həmçinin iddiaçı bu xüsusata etiraz etmədiyindən və qəbullandığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinin tələbinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada, yəni xx.xx.2017-ci il tarixdən davam etmişdir. Həmçinin, iddiaçının nümayəndəsi 06 mart 2023-cü il tarixli məhkəmə iclasında sədrlik edənin sualına əsasən xx.xx.2019-cu il tarixdə ödəmənin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən həyata keçirildiyini bildərərək təqdim etdiyi sənədlərlə sübut olunan faktlarla, iddiaçının etirazı arasında uyğunsuzluq aşkar edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən xx.xx.2019-cu il tarixdə əsas borc məbləğinin SİF tərəfindən Bankın hesabına ödənilməsi faktını nəzərə alaraq məhkəmə tərəfindən müəyyən edilir ki, hazırkı müqavilə üzrə İddiaçı ASC və X24 MMC tərəf qismində iştirak edərək, müqavilə həmin tərəflər üçün məcburi xarakter almış, Naxçıvan Muxtar Respublikasının X3 üçüncü şəxs qismində iştirak etməsi və ya kredit məbləğinin onun hesabına köçürülməsi ilə bağlı müddəalar öz əksini tapmamışdır. MM-in 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulduğu hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Bu səbəbdən, müqavilə üzrə tərəf olmayan şəxsə və ya təşkilata ödənişin edilməsi iddiaçı təşkilata ödənilmənin həyata keçirilməsi və ya borcun etiraf edilməsini göstərən hərəkətlər kimi nəzərə alınmamaqla, eyni zamanda Naxçıvan Muxtar Respublikasının X3 da iddiaçı təşkilatın hesabına ödəniş etməsinin cavabdeh tərəfindən ödəniş edilməsi kimi nəzərə alınması tamamilə qanunsuzdur. Həmçinin iddiaçıya son ödəmə xx.xx.2015-ci il tarixdə olduğundan, iddiaçının həmin tarixdən Naxçıvan Muxtar Respublikasının X3 iddiaçıya ödəmə apardığı xx.xx.2019-cu il tarixədək iddiası üzrə hərəkətsiz qaldığı (iddiası üzrə işlərin baxılmamış saxlanılması halı istisna olmaqla) müəyyən olunmaqdadır. Bundan əlavə xx.xx.2012-ci il tarixli 33F12 saylı təminatlı kredit müqaviləsinin 7.1.5-ci bəndinə əsasən bu müqavilə əsasında ona məxsus olan tələbi başqa şəxslərə vermək borc verənin hüququ kimi göstərilsə də, həmin maddənin tələbinə müvafiq surətdə iddiaçı LPO ”Bank of Azerbaijan” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Naxçıvan Muxtar Respublikasının X6 arasında bağlanılan müqavilə əlaqələndirildikdə görünür ki, həmin müqavilə 101.119,0 (yüz bir min yüz on doqquz) manat olmaqla xx.xx.2018-ci il tarixdə cavabdeh tərəfdən Naxçıvan Muxtar Respublikasının X4 sonuncu ödəniş edildikdən müəyyən müddət sonra, cavabdehə xəbər verilmədən və məlumatlandırılmadan, yəni 31 oktyabr 2019cu il tarixdə bağlanmış, həmin tarixdən etibarən artıq ödənilməsi başa çatdırılmış məbləğlərin Əmanətlərin Sığortalanması Fondu tərəfindən nəzərə alınması və Fondun hesabına köçürülməsi nəzərdə tutulduğundan, o cümlədən, göstərilən tarixlərdən sonra müqavilənin bağlanması nəticəsində digər təşkilatların öz mənafelərinə uyğun hərəkət etmələri mülki dövriyyə azadlığının təminatı kimi çıxış edən borclunun sərbəst iradə ifadəsinin, müqavilə maraqlarının pozulmasına səbəb olduğundan və cavabdehin iradə ifadəsi nəzərə alınmadan, xəbərdar edilmədən və müqaviləni bağlayan tərəflərin sənədləşmə xatirinə həmin müqaviləni bağladıqlarını göz önündə tutaraq məhkəmə hesab edir ki, həmin müqaviləyə əsasən Naxçıvan Muxtar Respublikasının X6 tərəfindən Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna ödənilən məbləğlər cavabdehin ödəməsi kimi nəzərə alına bilməz və həmin müqavilə bu halı təsdiq edən sübut deyildir. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, bu müqavilənin predmeti Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan Bank of Azerbaijan ASC üzrə X3 vəsaiti hesabına güzəştli kredit almış 29 (iyirmi doqquz) sahibkarlıq subyekti tərəfindən X3 hesabına birbaşa ödədikləri 6.741.869,45 (altı milyon yeddi yüz qırx bir min səkkiz yüz altmış doqquz manat qırx beş qəpik) manat vəsaitin Əmanətlərin Sığortalanması Fondu tərəfindən nəzərə alınması və bu istiqamətində zəruri tədbirlərin görülməsi üzrə münasibətləri tənzimlənməsindən ibarətdir. 2.1-ci bəndindən görünür ki, X6 Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan Bank of Azerbaijan ASC üzrə sahibkarlıq subyektləri tərəfindən Fondun hesabına birbaşa ödənilmiş 6.741.869,45 (altı milyon yeddi yüz qırx bir min səkkiz yüz altmış doqquz manat qırx beş qəpik) manat vəsaitin müqaviləyə əlavə olunmuş siyahıya uyğun Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsini təmin edir. 2.2-ci bəndindən görünür ki, Əmanətlərin Sığortalanması Fondu müqavilənin 2.1-ci bəndinə əsasən köçürülmüş 6.741.869,45 (altı milyon yeddi yüz qırx bir min səkkiz yüz altmış doqquz manat qırx beş qəpik) manat vəsaitdən X6 tərəfindən onun ləğvetməsində olan Bankın müvafiq hesabına siyahı üzrə ödənilmiş vəsaitin 3 (üç) bank günündən gec olmayaraq tam şəkildə X3 hesabına geri qaytarılmasını təmin edir. Həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, modern uşaq bezlərinin istehsalı məqsədilə İddiaçı ASC 12 saylı filialı vasitəsilə X3 vəsaiti hesabına “X24” MMC-yə verilmiş 700 000 manat kredit məbləğindən xx.xx.2019-cu il tarixədək 598628.09 manat kredit borcu ödənilməklə başa çatdırılmışdır. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutları, müəyyən edilən halları, izahatlarla təqdiq edilən sənədlər arasında olan ziddiyyətləri nəzərə alaraq və belə ziddiyətli məqamların iddiaçı tərəfindən aradan qaldırılmasına dair sübutlar və mülahizələr verilmədiyindən, belə qərara gəlir ki, iş üzrə qanunla müəyyən edilmiş iddia müddəti ötürüldüyündən, iddia müddəti tətbiq olunmalı, nəticədə iddia tələbindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 112.2-ci maddəsinə əsasən iddia qiymətinə həm də iddia ərizəsində göstərilən dəbbə pulu (cərimələr, penyalar) da daxil edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Ə-1196 nömrəli, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, 08 dekabr 2022-ci il tarixdə, hazırkı kommersiya mübahisəsi üzrə LPO İddiaçı ASC-nin nümayəndəsi X5 iştirakı ilə, cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan mediasiya sessiyası keçirilmiş, 08 dekabr 2022-ci il tarixli, 112724 nömrəli mədaxil qəbzinə əsasən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X13 tərəfindən İMS-nin keçirilməsi ilə əlaqədar 400 (dörd yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1 və 8.1.4-cü maddələrinə əsasən iddianın qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində hesablanır. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Belə ki, hazırkı iş üzrə iddianın qiyməti 165.431,55 (bir yüz altmış beş min dörd yüz otuz bir manat 55 qəpik) manat təşkil edir. İddianın qiymətinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 455,43 (dörd yüz əlli beş manat 43 qəpik) manat məbləğində hesablanmışdır. İddiaçı təşkilat tərəfindən 08 dekabr 2022-ci il tarixdə cavabdeh tərəfin iştirak etmədiyi X7 keçirilməsi ilə bağlı 400 (dörd yüz) manat məbləğində ödənilən mediasiya xərci 455,43 (dörd yüz əlli beş manat 43 qəpik) manat məbləğində ödənilməli olan dövlət rüsumunun 400 (dörd yüz) manat hissəsini əhatə etdiyindən qalan hissəyə dair 55,43 (əlli beş manat 43 qəpik) manat ödənilməli olan dövlət rüsumuna münasibətdə 56 manat ödənilmiş dövlət rüsumunu təsdiq edən ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzi iş materiallarına əlavə edilmişdir. İddiaçı X7 keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcini və məhkəməyə ödənilmiş 56 (əlli altı) manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsini məhkəmədən xahiş etsə də, iddiaçının tələbinə münasibətdə iddia müddəti tətbiq edilərək, iddia rədd ediləcəyindən İMS ilə əlaqədar ödənilən 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və 55,43 (əlli beş manat 43 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməli, iddiaçı dövlət büdcəsinə ödənilməli olan 400 (dörd yüz) manat məbləğində dövlət rüsumundan azad olunduğundan məhkəmə həmin hissəyə MPM-nin 124.2-ci maddəsinə əsasən yenidən alınmaması qənaətində olaraq, artıq ödənilən 0.47 (qırx yeddi) manatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçıya qaytarılması, o cümlədən, məhkəmənin 07 aprel 2023-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəməmühasibat ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3215 nömrəli ekspert rəyi əsasında aparılmış tədqiqatın dəyəri olan 145 (bir yüz qırx beş) manatın iddiaçı LPO Bank of Azerbaijan ASC-dən tutularaq SAP (XİİS) hesabı, X1 (kodu-210005, VÖEN-**********, müxbir hesabı- AZ41NABZ********************, SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi (VÖEN-**********, hesab-AZ34CTRE********************; Büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3) hesabına ödənilməsi qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “X24” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia tələbinə, iddia müddəti tətbiq edilərək təmin edilməsin. İddiaçı tərəfindən X7 keçirilməsi ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və iddianın verilməsinə görə dövlət büdcəsinə ödənilmiş 56 (əlli altı) manatın 55,43 (əlli beş manat 43 qəpik) manat məbləğində dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçının özünə aid edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən 0.47 (qırx yeddi) manat artıq ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılsın. Məhkəmənin 07 aprel 2023-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3215 nömrəli ekspert rəyi əsasında aparılmış tədqiqatın dəyəri olan 145 (bir yüz qırx beş) manat iddiaçı LPO Bank of Azerbaijan ASC-dən tutularaq SAP (XİİS) hesabı, X1 (kodu-210005, VÖEN-**********, müxbir hesabı- AZ41NABZ********************, SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi (VÖEN-**********, hesab-AZ34CTRE********************; Büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3) hesabına ödənilsin. (tel:***-***-**-** Faks: ***-***-**-**) Qətnamədən, o, rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-15/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-15/2023
23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver