Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-150/2025 23.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun sədrliyi, X6 məhkəmə iclas katibliyi ilə, iddiaçı "Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət edərək "xxxx" ASC ilə İsmayılov Mirzə Rza oğlu arasında bağlanmış 16 mart 2021-ci il tarixli, KT1603/11 saylı Kredit müqaviləsinə əsasən 10737,85 manat əsas, 528,86 manat faiz borcu olmaqla, ümumilikdə isə 11266,71 manat kredit borcu, məhkəməyə müraciət üçün ödənilmiş 123,80 manat məbləğində dövlət rüsumunun, miras əmlakı faktiki qəbul etmiş Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı ASC-nə ödənilməsi, borc tələbi qeyd olunan kreditin təminatı kimi İsmayılov Mirzə Rza oğlunun xüsusi mülkiyyətində olan Naxçıvan MR, ünvan 1i ünvanında yerləşən, 0,8277 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 127 kv.m, fərdi yaşayış evinə yönəldilməsi, ipoteka prednetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakın açıq hərracda satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdehlərin yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması, satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizəsində borcun mübahisəsiz olduğunu təsdiq edən "xxxx" ASC ilə İsmayılov Mirzə Rza oğlu arasında bağlanmış 16 mart 2021-ci il tarixli, KT1603/11 saylı Kredit Müqaviləsinə əsasən İsmayılov Mirzə Rza oğluna 36 (otuz altı) ay müddətinə illik 15% olmaqla 15 000 (on beş min) manat kredit verildiyini, kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə "xxxx" ASC ilə İsmayılov Mirzə Rza oğlu arasında bağlanmış 28 saylı, 16 mart 2021ci il tarixli ipoteka müqaviləsinə əsasən İsmayılov Mirzə Rza oğluna məxsus Naxçıvan MR, ünvan 2i ünvanında yerləşən, 0.8277 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 127 kv.m. fərdi yaşayış evi "xxxx" ASCnin xeyrinə ipoteka ilə yüklü edildiyini və X3 haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində 02 aprel 2021-ci il tarixli, ********** qeydiyyat və **********63-10301 reyestr nömrəsi ilə qeyd edildiyini, "xxxx" ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalandığını, həmin müqaviləyə əsasən müştərilərlə "xxxx" ASC arasında olan müqavilələr üzrə bütün hüquqların, tələblərin, təminatların və üstünlüklərin "xxxx" ASC-yə ötürüldüyünü, İsmayılov Mirzə Rza oğlunun kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəməli olduğu halda bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etmədiyini, İsmayılov Mirzə Rza oğlunun 16 mart 2021-ci il tarixli, KT1603/11 saylı Kredit Müqaviləsi üzrə 22 yanvar 2025-ci il tarixə banka borcunun 10 737,85 (on min yedd yüz otuz yeddi manat səksən beş qəpik) manat əsas, 528,86 (beş yüz iyirmi səkkiz manat səksən altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə borcu 11 266,71 (on bir min iki yüz altmış altı manat yetmiş bir qəpik) manat təşkil etdiyini, borclu İsmayılov Mirzə Rza oğlunun vəfat etdiyini və Axaməd kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş arayış əsasında Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mirası faktiki qəbul etmələrinin müəyyən olunduğunu, cavabdehə kreditin qaytarılması haqqında bank tərəfindən xəbərdarlıq olunduğunu, lakin buna baxmayaraq kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülmədiyini, bu səbəbdən bankın hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etməklə ərizısini əsaslandırmış və ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 319.1-ci, 385.1-ci, 442-ci, 448.1-ci, 739-cu, 743-cü və 1133.1-ci maddələrinə, Azərbaycan Rеspublikası Mülki Prоsеssual Məcəlləsinin 35.1-ci maddəsinə, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 36.7-ci maddəsinə, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci, 39.3.3-cü və 59.3-cü maddələrinin tələblərinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi xx.xx.2026-cı il tarixdə elektron qaydada məhkəməyə ərizə göndərərək iştirakları olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. 23 fevral 2025-ci il tarixə, saat 12:05-ə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3303917Cavabdeh1, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3303917Cavabdeh2, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3303917Cavabdeh3, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3303917Cavabdeh4 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsini və xəbərdar edilmələri barədə sənədlərin iş materiallarında olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 16 mart 2021-ci il tarixli KТ1603/11 nömrəli Kredit Müqaviləsindən görünür ki, bu Müqavilə bir tərəfdən "xxxx" ASC-nin Şərur rayon filialının (sonradan «Bank» adlanacaq) müdiri v.m.i.e X8 şəxsində və digər tərəfdən Naxçıvan MR, Şərur rayon, Qaraburc kəndində yaşayan vətəndaş İsmayılov Mirzə Rza oğlu (sonradan «Borcalan» adlanacaq) şəxsində bağlanılmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bank Borcalana kənd təsərrüfatı (heyvandarlıq-iribuynuzlu) üçün 36 ay müddətinə 15000 (оn beş min) manat məbləğində illik 15% (on beş) dərəcəsi ilə kreditin tam və ya hissə-hissə verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür və öhdəliyin icrasının təminatı kimi Banka DƏDRX tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, №0025575 saylı çıxarışa əsasən mülkiyyət hüququ İsmayılov Mirzə Rza oğluna məxsus, dəyəri 42200 (qırx iki min iki yüz) manat olan daşınmaz əmlakı (fərdi yaşayış) təqdim edir. 2.2-ci bəndinə əsasən kreditin verilməsi kreditə görə təminat rəsmləşdirildikdən (İpoteka predmeti İpotekaqoyan tərəfindən Banka təqdim edildikdən, ipoteka Dövlət qeydiyyatına alındıqdan, İpoteka predmetinin sığorta şəhadətnaməsi Borcalan tərəfindən Banka təqdim edildikdən) sonra həyata keçirilir. 3.1-ci bəndinə əsasən Bankla İpotekaqoyan və Borcalan arasında 16 mart 2021-ci il tarixdə bağlanmış İpoteka müqaviləsi bu müqavilə ilə bağlı münasibətləri tənzimləyəcəkdir. 4.2-ci bəndinə Kredit məbləği borcalana illik 15% dərəcəsi ilə verilir. Faizlər annuitet qaydada hesablanır, nəticədə kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 19.5% -dir. 5.1-ci bəndinə əsasən Borcalan kreditin əsas məbləğini, ona hesablanmış faiz borcunu və cərimələri ödəməlidir. 5.6-cı bəndinə əsasən kreditdən istifadəyə görə faizlərin hesablanması müddəti ssuda hesabı üzrə borcun yaranma tarixindən (bu tarix daxil edilir) başlayır və bu borcun qaytarılması tarixində (bu tarix daxil edilmir) qurtarır. Krediti ve ona hesablanmış faizləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə müvafiq olaraq ödənilməsinin təmin edir. 5.8-ci bəndinə əsasən kreditin qaytarılması və ya faizlərin ödənilməsi üzrə ödənişlər vaxtında aparılmadığı halda borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir. 5.9-cu bəndinə əsasən faizlər və cərimələr gündəlik olaraq hesablanır və borcalan üçün açılmış müvafiq hesabda qeydə alınır. 5.10-cu bəndinə əsasən cərimələrin ödənilməsi faktiki vaxtı keçmiş ödəniş günlərinin sayı üzrə həyata keçirilir. Cərimələrin hesablanması müddəti ödəniş qrafikinə uyğun olaraq ödəniş aparılmalı olan, lakin aparılmayan tarixdən (daxil edilir) başlayır və ödəniş aparılan tarixdə (bu tarix daxil edilmir) qurtarır. 5.12-ci bəndinə əsasən bu müqavilə üzrə borcla əlaqədar bankın təsdiqlənmiş xərcləri borcalan tərəfindən ödənilir. 6.1.7-ci bəndinə əsasən boralan tərəfindən müqavilə şərtləri pozulduqda öhdəliyin icrasını vaxtından əvvəl tələb etmək bankın hüququdur. 6.1.8-ci bəndinə əsasən bu müqavilə pozulduğu halda kredit üzrə borcun qaytarılmasını və hesablanmış faizlərin, cərimələrin və müqavilənin 5.12-ci bəndinə əsasən Bankın təsdiqlənmiş xərclərinin ödənilməsini borcalandan tələb etmək bankın hüququdur. 6.1.9-cu bəndinə əsasən borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə öhdəliyin girov qoyulmuş əmlak hesabına ödənilməsini tələb etmək bankın hüququdur. 6.4.1-ci bəndinə əsasən ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirmək borcalanın vəzifəsidir. 6.4.2-ci bəndinə əsasən kredit və ondan istifadəyə görə faizlərin ödənilməsinin təminatı kimi müqavilənin 1.1-ci bəndində göstərilmiş əmlakı banka ipoteka qoymaq və həmin ipoteka ilə bağlı münasibətləri tənzimləyən İpoteka müqaviləsinin bağlanması və rəsmiləşdirilməsini həyata keçirmək borcalanın vəzifəsidir. 6.4.6-cı bəndinə əsasən bank qarşısında olan öhdəliyinə özününü bütün əmlakı ilə kredit borcu, faizlər, cərimələr və bankın digər təsdiqlənmiş xərcləri həddində cavab vermək borcalanın vəzifəsidir. 7.3-cü bəndinə əsasən borc öhdəliyinin icra edilməsinin vaxtından əvvəl tələb edilməsi barədə bank borcalanı xəbərdar etdikdən sonra 3 (üç) gün müddətində borcalan borc öhdəliyini qeyd-şərtsiz icra etməlidir. 8.1-ci bəndinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. 9.3-cü bəndinə əsasən bankın kredit üzrə faizlərin birtərəfli qaydada dəyişdirilməsi hüququ istisna olmaqla, müqaviləyə əlavə və dəyişikliklər tərəflərin razılığına əsasən həyata keçirilə bilər. Əlavə və dəyişikliklər imzalandığı andan qüvvəyə minərək bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunacaqdır. 16 mart 2021-ci il tarixli 28 nömrəli İpoteka müqaviləsindən görünür ki, bu müqavilə ipoteka saxlayan Şərur şəhər H.Əliyev pr 34/Naxçıvanbank ASC Şərur rayon filialı adından X10 şəxsində və digər tərəfdən ipoteka qoyan-borc alan: İsmayılov Mirzə Rza oğlu şəxsində bağlanılmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını “KT1603/11” saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.1-ci bəndinə əsasən İpoteka predmetinin təsviri və olduğu yer: ünvan 1i ünvanında yerləşən, 0.8277 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 127.13 kv/m, yaşayış sahəsi 98.97 kv/m, yardımçı sahəsi 28.16 kv/m olan 3 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə. 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri "ipoteka qoyan"ın və "ipoteka saxlayan"ın razılığına əsasən 42200 manat 00 qəpik (qırx iki min iki yüz manat sıfır qəpik) məblağində müəyyən edilmişdir. 2.4-cü bəndinə əsasən ipoteka qoyan bəyan edir ki, ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan hər hansı hüquqları, ipoteka predmetinin yüklülükləri,üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri mövcud deyil. Bu bənddə qeyd olunmuş məlumatların düzgün verilməməsi İpoteka saxlayana, o cümlədən sonrakı İpoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. 3.2-ci bəndinə əsasən öhdəliyin ölçüsü (məbləği): illik 15 faiz dərəcəsi ilə verilmiş 15000 manat 00 qəpik (on beş min manat sıfır qəpik) 3.3-cü bəndinə əsasən öhdəliyin icra müddəti: Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin "İpoteka qoyan"a ("Borclu"-ya) faktiki təqdim edildiyi tarixdən xx.xx.2024 tarixinədək. 9.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: - əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında İpoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 (otuz) təqvim günü ərzində icra olunmadıqda. 30 noyabr 2023-cü il tarixli Kredit portfelinin ötürülməsi (tələbin güzəşti) barədə Müqavilədən görünür ki, bu Müqavilə bir tərəfdən bundan sonra-"Hüquq əldə edən" adlandırılacaq, İdarə Heyətinin sədri, Baş icraçı direktor X7 şəxsində təmsil olunan ""xxxx" Açıq Səhmdar Cəmiyyəti və digər tərəfdən bundan sonra - "Hüquq sahibi" adlandırılacaq, İdarə Heyətinin sədrinin 1-ci müavini, sədr vəzifəsini müvəqqəti icra edən X13 şəxsində təmsil olunan "X5 Cəmiyyəti arasında bağlanılmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Hüquq sahibi Müştərilərlə bagladığı kreditlə bağlı müqavilələr üzrə bütün hüquqları, tələbləri, təminatları və üstünlükləri Hüquq əldə edənə ötürməklə güzəşt etməyi, hüquq əldə edən isə bunun müqabilində güzəşt edilmiş hüquqlar müqabilində razılaşdırılmış ödənişi Hüquq sahibinə ödəməyi öhdələrinə götürürlər. 2.2-ci bəndinə əsasən Kredit Portfeli Hüquq əldə edənə ötürüldükdən sonra Müştərilər bütün öhdəliklərini Hüquq əldə edən qarşısında daşıyacaqdır. Şərur rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, İsmayılov Mirzə Rza oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. xx.xx.2025-ci il daxilolma tarixli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin möhürü ilə təsdiq olunmuş Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Axaməd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim olunmuş arayışdan görünür ki, xx.xx.1957-ci il tarixdə anadan olmuş İsmayılov Mirzə Rza oğlu vəfat etdikdən sonra mülkiyyətində və fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatdadır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə sorğusuna Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-16-33- 1/2-1949/2024 nömrəli cavab məktubundan görünür ki, muxtar respublika ərazisində fəaliyyət göstərən notariat ofislərində İsmayılov Mirzə Rza oğlu barəsində vərəsəlik işi açılmamışdır. 12 fevral 2025-ci il tarixli 2025/104/3481 nömrəli maliyyə arayışından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İsmayılov Mirzə Rza oğlu arasında bağlanmış 16 mart 2021-ci il tarixli, KT1603/11 saylı Kredit Müqaviləsinə əsasən İsmayılov Mirzə Rza oğlu 36 (otuz altı) ay müddətinə illik 15% olmaqla 15.000 (on beş min) manat kredit verilmişdir. İsmayılov Mirzə Rza oğlunun 16 mart 2021-ci il tarixli, KT1603/11 saylı Kredit Müqaviləsi üzrə 22 yanvar 2025-ci il tarixə banka borcu 10.737,85 (on min yeddi yüz otuz yeddi manat, səksən beş qəpik) manat əsas, 528,86 (beş yüz iyirmi səkkiz manat, səksən altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə borcu 11.266,71 (on bir min iki yüz altmış altı manat, yetmiş bir qəpik) manat təşkil edir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 xx.xx.2025-ci il tarixli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə göndəriyi cavab məktubundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ********** tarixli elektron müraciətinə əsasən Naxçıvan Muxtar Respublikası ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evinə dair tutmanın yönləndirilməsi haqqında bildiriş qeydə alınmışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, qeydiyyat nömrəsi **********, yüklü edilən əmlakın reyestr nömrəsi **********63-10301 olan İsmayılov Mirzə Rza oğluna tam mülkiyyət hüququ üzrə məxsus olan 0.8277 ha torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 127,1 kv.m xüsusi mülkiyyətli fərdi yaşayış evi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları, tərəflərin izahatlarını araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. İş materiallarından məlum olur ki, bank tərəfindən İsmayılov Mirzə Rza oğluna kredit müqaviləsi əsasında 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir. Məhkəmə qeyd edir ki, qeyd olunan hal mülki dövriyyənin sabitliyini təmin edən əsas vasitələrdən biri olan “müqavilə azadlığı” prinsipinin realizə olunma formasıdır. Belə ki, qeyd olunan vəziyyət tərəflərin iradə müstəqilliyinni təmin edən əsas vasitələrdən biri olmaqla, tərəflərə öz hüquq və vəzifələrini, müstəqil müqavilə şərtlərini müəyyən etməyə imkan verir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hər iki tərəfin iradə ifadəsi və qarşılıqlı razılığı əsasında kredit müqaviləsinin bağlanması, qarşılıqlı hüquq və vəzifələr müəyyən etməklə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranmasına əsas olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmçinin məhkəmə qeyd edir ki, 16 mart 2021-ci il tarixli KT1603/11 nömrəli kredit müqaviləsi İsmayılov Mirzə Rza oğlu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti və İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 30 noyabr 2023-cü il tarixli tələbin güzəşti barədə müqavilənin 2.1-ci bəndinə əsasən hüquq sahibi müştərilərə bağladığı kreditlə bağlı müqavilələr üzrə bütün hüquqları, tələbləri, təminatları və üstünlükləri hüquq əldə edənən ötürməklə güzəşt etməyi, hüquq əldə edən isə bunun müqabilində güzəşt edilmiş hüquqlar müqabilində razılaşdırılmış ödənişi hüquq sahibinə ödəməyi öhdələrinə götürüblər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 193.1-ci maddəsinə əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 193.2-ci maddəsinə əsasən əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzürlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqavilə hüquq və vəzifələrin ötürülməsi ilə bağlı hüquqi varisliyin xüsusi forması kimi müəyyən olunur və borcalanın öhdəliyi yeni kreditor qarşısında davam edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, borcalan kredit müqaviləsinin tələblərini pozaraq ödənişləri yubatmışdır. İsmayılov Mirzə Rza oğlunun 16 mart 2021-ci il tarixli, KT1603/11 saylı kredit müqaviləsi üzrə 12 fevral 2025-ci il tarixə əsas məbləğ üzrə borcu 10.737,85 (on min yeddi yüz otuz yeddi manat, səksən beş qəpik) manat, faiz üzrə borcu 528,86 (beş yüz iyirmi səkkiz manat, səksən altı qəpik) manat təşkil etmiş, cəmi 11.266,71 (on bir min iki yüz altmış altı manat, yetmiş bir qəpik) manat kredit borcu qalmış, qeyd edilən hal ilə əlaqədar maliyyə arayışı iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İş materiallarında borclu İsmayılov Mirzə Rza oğlunun borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə öz təşəbbüsü ilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin 03 aprel 2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq 22 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2025-ci il tarixli, 462 nömrəli ekspert rəyindən görünür ki, 16 mart 2021 -ci il tarixli, KT1603/11 saylı kredit müqaviləsinə əsasən borcalan İsmayılov Mirzə Rza oğlunun, İddiaçı ASC-nə kredit üzrə xx.xx.2025-ci il tarixə (maliyyə arayışında və sualda göstərilən tarix) kredit üzrə olan əsas borcu 10737,85 (on min yeddi yüz otuz yeddi manat səksən beş qəpik) manat, faiz borcu 528.86 (beş yüz iyirmi səkkiz manat səksən altı qəpik) manat olmaqla, İddiaçı ASC-nə ümumilikdə borcu 11266,71 (on bir min iki yüz altmış altı manat yetmiş bir qəpik) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növü kimin qəbul edilməlidir. Beləliklə, məhkəmə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2025-ci il tarixli, 462 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmiş borc məbləği iddia ərizəsi, eləcə də iş materiallarında olan maliyyə arayışı ilə tam uyğunluq təşkil edir. Məhkəmə ekspert rəyi ilə razılaşaraq İsmayılov Mirzə Rza oğlunun əsas borcunun 10737,85 (on min yeddi yüz otuz yeddi manat səksən beş qəpik) manat, faiz borcu 528.86 (beş yüz iyirmi səkkiz manat səksən altı qəpik) manat manat olmaqla, ümumilikdə borcu 11266,71 (on bir min iki yüz altmış altı manat yetmiş bir qəpik) manat olduğu qənaətini iddia tələbinə uyğun olduğundan qəbul olunması fikrindədir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə 10737,85 (on min yeddi yüz otuz yeddi manat səksən beş qəpik) manat, faiz borcu 528.86 (beş yüz iyirmi səkkiz manat səksən altı qəpik) manat olmaqla, ümumilikdə borcu 11266,71 (on bir min iki yüz altmış altı manat yetmiş bir qəpik) manat məbləğində təmin olunmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəliyin icrasının təmin edilmə vasitəsi kimi 16 mart 2021-ci il tarixli İpoteka müqaviləsi imzalanmış və ipoteka predmeti olan əmlak qanunvericiliyə uyğun formada dövlət qeydiyyatına alınmışdır. Belə ki, iş materiallarında olan ******* nömrəli Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan aydın olur ki, Naxçıvan Muxtar Respublikası, ünvan 2i ünvanında yerləşən 0,8277 ha, 127,1 kv.m. ölçüsündə fərdi yaşayış evi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. İddia tələbinin tutmanın ipoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********63-10301 olan xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İsmayılov Mirzə Rza oğluna tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1ində yerləşən xüsusi mülkiyyətli 0.8277 ha torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 127,1 kv.m xüsusi mülkiyyətli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlamışlar. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öhdəlik icra edilmədiyi halda öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, ipoteka müqaviləsində ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilsədə, ipoteka müqaviləsinin təmini məqsədilə məhkəmə xx.xx.2025-ci il tarixdə məhkəmə-qiymətləndirmə ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin 13 iyun 2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının nəticəsi olaraq 25 dekabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası X1 MMC-nin 15 iyul 2025-ci il qiymətləndirmə tarixli, NQM 021-07/25 nömrəli qiymətləndirmə hesabatından görünür ki, İsmayılov Mirzə Rza oğluna məxsus Şərur rayon, Qaraburc kəndində yerləşən fərdi yaşayış evinin hazırki tarixə bazar qiyməti 69.601 (altmış doqquz min altı yüz bir) manat, likvid dəyəri 59.160 (əlli doqquz min yüz altmış) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ipoteka müqaviləsində ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilsə də, İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti Azərbaycan Respublikası X1 MMC-nin 15 iyul 2025-ci il qiymətləndirmə tarixli, NQM 021-07/25 nömrəli qiymətləndirmə hesabatına əsasən likvid dəyəri 59.160 (əlli doqquz min yüz altmış) manat dəyərində qiymətləndirilmişdir. Nəticədə məhkəmə hesab edir ki, müqavilə bağlanarkən tərəflərin ipoteka predmetinin qiymətləndirilməsi zamanı razılığı olsada, ipoteka predmetinə tutma yönəldildikdə, ipoteka predmeti olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********63-10301 olan xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İsmayılov Mirzə Rza oğluna tam mülkiyyət hüququ üzrə məxsus olan Şərur rayon, Qaraburc kəndində yerləşən xüsusi mülkiyyətli 0.8277 ha torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 127,1 kv.m xüsusi mülkiyyətli fərdi yaşayış evi ilkin satışı, likvid dəyər qiyməti ilə 59.160 (əlli doqquz min yüz altmış) manat məbləğində müəyyən edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, nəzərə alınması mühüm məsələlərdən biri də borcalanın ölümündən sonra onun öhdəliyinin vərəsələrinə keçməsidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 558.1-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. 558.2-ci maddəsinə əsasən icra şəxsən kreditor üçün nəzərdə tutulmuşdursa, onun ölümü öhdəliyin xitamına səbəb olur. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarı). Məhkəmə kredit müqaviləsinin tərəfi olan borclu İsmayılov Mirzə Rza oğlunun vəfatı nəticəsində onun hüquq və öhdəliklərinin vərəsəlik hüquq normalarına uyğun formada ötürülməsi qənaətindədir. Mülki qanunvericiliyin tələbinə görə fiziki şəxsin ölümü nəticəsində onun əmlak xarakterli hüquq və vəzifələri vərəsələrinə keçir. Universal hüquq varisliyi əsasında vərəsələrə keçən əmlak yalnız əmlakın “aktiv”i deyil, həmçinin əmlakın “passiv”ini də əhatə edir. Belə ki, mərhumun yalnız əmlak hüquqları deyil, həm də əmlakla bağlı öhdəlikləri də mütənasib qaydada vərəsələrə keçir. Məhkəmə qeyd edir ki, kredit müqaviləsindən irəli gələn borc öhdəlikləri borclunun ölümü ilə xitam olunmur. Beləliklə, vərəsələrin məsuliyyəti şəxsi xarakter daşımayıb, onların qəbul etdikləri miras əmlakının həcmi ilə müəyyən olunur. Mirasın qəbul edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə sorğusuna Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-16-33- 1/2-1949/2024 nömrəli cavab məktubundan aydın olur ki, muxtar respublika ərazisində fəaliyyət göstərən notariat ofislərində İsmayılov Mirzə Rza oğlu barəsində vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. 1255-ci maddəsinə əsasən vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1269-cu maddəsinə əsasən vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, mirasdan imtina edilməsinə bu Məcəllənin 1256-cı maddəsində müəyyənləşdirilən müddət ərzində yol verilir. 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Qeyd olunan müddət ərizdə vərəsələr mirasdan imtina etmədiyindən borcalan İsmayılov Mirzə Rza oğlunun əmlakının aktivi və passivi müvafiq olaraq vərəsələrinə keçir. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar. Bu cür tənzimləmənin əsas və ən vacib şərti isə müvafiq normaların Konstitusiyaya uyğunluğudur. Bu şərt Konstitusiyanın 149-cu maddəsinin İİİ hissəsindən irəli gəlir ki, həmin maddəyə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Mülki Məcəllənin mirasın qəbul edildiyi müddət başlıqlı 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. X4 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu qanunverici orqan tərəfindən Mülki Məcəllənin mirasın qəbulu və mirasdan imtina ilə əlaqədar normalarının həmin Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsini məqsədəmüvafiq hesab etmişdir. Lakin qanunvericilikdə bununla bağlı hər hansı dəyişiklik həyata keçirilmədiyindən və sorğuda da qeyd olunduğu kimi, Mülki Məcəllədə mirasın həm qəbulu, həm də ondan imtina müddətinin nəzərdə tutulması, birincinin digərindən daha uzun olması hüquq tətbiqetmə təcrübəsində qeyri-müəyyənliyin və fərqli yanaşmaların yaranmasına və nəticədə şəxslərin vərəsəlik və mülkiyyət hüquqlarının pozulmasına səbəb olur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Qərarı). Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il daxilolma tarixli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin möhürü ilə təsdiq olunmuş Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Axaməd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim olunmuş arayışdan aydın olur ki, xx.xx.1957-ci il tarixdə anadan olmuş İsmayılov Mirzə Rza oğlu vəfat etdikdən sonra mülkiyyətində və fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatdadır. Beləliklə, məhkəmə ipoteka ilə yüklü edilmiş İsmayılov Mirzə Rza oğluna tam mülkiyyət hüququ üzrə məxsus olan Şərur rayon, Qaraburc kəndində yerləşən xüsusi mülkiyyətli 0.8277 ha torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 127,1 kv.m xüsusi mülkiyyətli fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İsmayılov Mirzə Rza oğlunun hüquqi varisi kimi müəyyən edilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mirası qəbul etməkdən imtina etmədikləri üçün borcalan İsmayılov Mirzə Rza oğlunun qanuni vərəsələri hesab olunmalıdırlar. Beləliklə, borcalan İsmayılov Mirzə Rza oğlunun bank qarşısında mövcud olan kredit borcu onun vərəsələri tərəfindən ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 11.266,71 (on bir min iki yüz altmış altı manat, yetmiş bir qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 123,80 (yüz iyirmi üç manat, səksən qəpik) manat olaraq müəyyən edilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, 123,80 (yüz iyirmi üç manat, səksən qəpik) manat məbləğində dövlət rüsumu “X12” vasitəsilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia təmin edildiyindən 123,80 (yüz iyirmi üç manat, səksən qəpik) manat məbləğində müəyyən edilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan əlavə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2025-ci il tarixli, 462 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X9 MR İdarəsində olan (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Həmçinin “X1” MMC-nin 15 iyul 2025-ci il qiymətləndirmə tarixli, NQM 021-07/25 nömrəli qiymətləndirmə hesabatına əsasən müəyyən olunmuş 250 manat məbləğində xərc cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq “X1” MMC-yə (VÖEN:********** H/h:AZ16NİCB**********0001A35090 "xxxx" ASC kodu: 507064 VÖEN:********** Müxbir hesabı: AZ98NABZ********************, S.W.İ.F.T Kod:NİCBAZ22) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Nəticədə, iddia tələbi təmin edilməli, əsas borc üzrə 10737,85 (on min yeddi yüz otuz yeddi manat, səksən beş qəpik) manat, faiz borcu üzrə 528,86 (beş yez iyirmi səkkiz manat, səksən altı qəpik) manat olmaqla ümumilikdə 11266,71 (on bir min iki yüz altmış altı manat, yetmiş bir qəpik) manat, eləcə də dövlət rüsumu üçün ödənilmiş 123,80 (yüz iyirmi üç manat, səksən qəpik) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2025-ci il tarixli, 462 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X9 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməli, “X2” MMC-nin 15 iyul 2025-ci il qiymətləndirmə tarixli, NQM 021-07/25 nömrəli qiymətləndirmə hesabatına əsasən müəyyən olunmuş 250 manat məbləğində xərc cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq “X1” MMC-yə (VÖEN:********** H/h:AZ16NİCB**********0001A35090 "xxxx" ASC kodu: 507064 VÖEN:********** Müxbir hesabı: AZ98NABZ********************, S.W.İ.F.T Kod:NİCBAZ22) ödənilməli, cavabdehlərdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ İsmayılov Mirzə Rza oğluna məxsus olan Şərur rayon, Qaraburc kəndində yerləşən xüsusi mülkiyyətli 0,8277 ha torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 127 kv.m xüsusi mülkiyyətli fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evinin satış qiyməti 59160 manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsinə yönəldilməli, əmlak satıldıqdan sonra cavabdehlər yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaqla əmlak tam boşaldılmalı, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, artıq qalan məbləğ ipoteka predmeti olan İsmayılov Mirzə Rza oğluna məxsus fərdi yaşayış evində qeydiyyatda olan cavabdehlər https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3303917Cavabdeh1, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3303917Cavabdeh2, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3303917Cavabdeh3, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3303917Cavabdeh4 qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Əsas borc üzrə 10737,85 (on min yeddi yüz otuz yeddi manat, səksən beş qəpik) manat, faiz borcu üzrə 528,86 (beş yez iyirmi səkkiz manat, səksən altı qəpik) manat olmaqla ümumilikdə 11266,71 (on bir min iki yüz altmış altı manat, yetmiş bir qəpik) manat, eləcə də dövlət rüsumu üçün ödənilmiş 123,80 (yüz iyirmi üç manat, səksən qəpik) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlərdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma Naxçıvan MR, ünvan 2i ünvanında yerləşən, 0.8277 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 127 kv.m. fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 59160 (əlli doqquz min yüz altmış) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehlər https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3303917Cavabdeh1, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3303917Cavabdeh2, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3303917Cavabdeh3, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3303917Cavabdeh4 İddiaçı ASC-yə olan borclarının ödənilməsinə yönəldilsin, əmlak satıldıqdan sonra cavabdehlər yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaqla əmlak tam boşaldılsın. Satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Satışdan əldə olunan vəsait hesabına borc ödəndikdən sonra artıq qalan məbləğ, ipoteka predmeti olan İsmayılov Mirzə Rza oğluna məxsus fərdi yaşayış evində qeydiyyatda olan cavabdehlər https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3303917Cavabdeh1, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3303917Cavabdeh2, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3303917Cavabdeh3, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=3303917Cavabdeh4 qaytarılsın. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 may 2025-ci il tarixli, 462 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X9 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. “X1” MMC-nin 15 iyul 2025-ci il qiymətləndirmə tarixli, NQM 021-07/25 nömrəli qiymətləndirmə hesabatına əsasən müəyyən olunmuş 250 (iki yüz əlli) manat məbləğində xərc cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq “X1” MMC-yə (VÖEN:********** H/h:AZ16NİCB**********0001A35090 "xxxx" ASC kodu: 507064 VÖEN:********** Müxbir hesabı: AZ98NABZ********************, S.W.İ.F.T Kod:NİCBAZ22) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-150/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-150/2025
23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver