Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-151/2022 30.12.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC 28 dekabr 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən 16 iyun 2009-cu il tarixli, 498/F12 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Ləğv prosesində olan İddiaçıASC-nin xeyrinə 67.969,50 manat (altmış yeddi min doqquz yüz altmış doqquz manat, əlli qəpik) faiz borcu, 83.010,56 manat (səksən üç min on manat, əlli altı qəpik) cərimə borcu olmaqla, cəmi borc üzrə 150.980,06 manat (yüz əlli min doqquz yüz səksən manat, altı qəpik) borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat rüsumun və məhkəməyə ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət olunmadan məhkəməyə təqdim edildiyi üçün geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1-ci və 150.1.2-ci maddələrinə əsasən, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 23 dekabr 2022-ci il tarixdə eyni məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən və hazırkı iddia ərizəsi verilən zaman dövlət rüsumunun ödənilməsini təsdiq edən eyni qəbzdən, yəni ********** nömrəli, xx.xx.2022-ci il tarixli qəbzdən istifadə olunmuşdur. Eyni zamanda, məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən qəbz haqqında məlumata dair çıxarışdan da görünür ki, Ləğv prosesində olan İddiaçı ASC tərəfindən (VÖEN **********) xx.xx.2022-ci il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 41,00 (qırx bir) manat məbləğində dövlət rüsumu İE(123)- 50004/2022, İE(123)-50445/2022 nömrəli ərizələr üzrə istifadə olunmuş və həmin müraciətlər məhkəmədə e-2-2(123)-145/2022 və e-2-2(123)-151/2022 nömrəli işlər kimi qeydə alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2-2(123)-145/2022 saylı qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə, Hökümət ödəniş portalı vasitəsilə, ********** nömrəli qəbz ilə ödənilmiş, büdcə təsnifat kodu 142211, büdcə səviyyə kodu 1, xəzinə hesabı AZ47AİİB********************, transaksiya nömrəsi ********** olan 41,00 (qırx bir) manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alındığından, həmin qəbz məlumatları hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsinin təsdiqi kimi qəbul edilə, həmçinin iddia ərizəsi geri qaytarılarkən qəbz ilə nəzərdə tutulmuş rüsum məbləğinin iddiaçıya qaytarılması üçün əsas ola bilməz. Hazırkı iş üzrə iddia ərizəsinin kredit müqaviləsi üzrə pul tələbi barədə olmasına baxmayaraq, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş pretenziya bildirişi ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi barədədir. Bununla bağlı məhkəmə bildirir ki, iddia tələbinə uyğun olaraq borcun tutulması barədə pretenziya bildirişinin cavabdehə göndərilməsi məqsədəmüvafiqdir. Lakin iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama dair mülki prosessual qanunvericiliyin tələbinə riayət edilməmiş və borcun tutulması barədə pretenziya bildirişi cavabdehə göndərilməmişdir. Eyni zamanda, iddiaçının diqqətinə çatdırılır ki, pretenziya bildirişi elektron qaydada cavabdehə göndərilməli və həmin bildirişin cavabdehin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə göndərildiyini təsdiq edən “Onlayn Kargüzarlıq” sistemindən müvafiq çıxarışlar iddia ərizəsinə əlavə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1-ci və 150.1.6-cı maddələrinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1-ci və 152.1.5-ci maddələrinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1 və 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü madddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-151/2022
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-151/2022
30.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver