Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-153/2023 20.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh kredit üzrə borcun qaytarılması tələbinə dair kommersiya mübahisəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 15 avqust 2023-cü il tarixdə elektron qaydada daxil olmuş ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22 fevral 2022-ci il tarixli, BK2202/01 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 1 399.69 (bir min üç yüz doxsan doqquz manat 69 qəpik) manat əsas borcu, 194.34 (bir yüz doxsan dörd manat 34 qəpik) manat faiz borc olmaqla, ümumilikdə 1594.03 (bir min beş yüz doxsan dörd manat 03 qəpik) manat kredit borcunun və X6 keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı tərəfindən X4 tərəflər arasında bağlanmış 22 fevral 2022-ci il tarixli, BK2202/01 saylı kredit müqaviləsinə əsasən illik 15% dərəcəsi ilə 24 ay müddətinə 2000 (iki min) manat məbləğində biznes kreditinin verildiyini, borcalanın bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozduğunu, nəticədə kredit reyestrində onun adına xx.xx.2023-cü il tarixə adına 259 gecikmə günü qeydə alındığını, bu səbəbdən onlar tərəfindən borcalanla dəfələrlə telefonla əlaqə saxlanıldığını və borcalana xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrasının tələb edildiyini, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, zaminlik müqaviləsi, kredit borcuna dair maliyyə arayışı, kredit ödənişləri cədvəli və kassa məxaric orderi olduğunu, xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə borcalana təklifin ünvanlandığını, xx.xx.2023-cü il tarixdə X8 keçirilsədə, borcalanın X5 iştirak etmədiyini, Cavabdeh tərəflər arasında bağlanmış 22 fevral 2022-ci il tarixli, BK2202/01 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 1 399.69 (bir min üç yüz doxsan doqquz manat 69 qəpik) manat əsas borcu, 194.34 (bir yüz doxsan dörd manat 34 qəpik) manat faiz borc olmaqla, ümumilikdə 1594.03 (bir min beş yüz doxsan dörd manat 03 qəpik) manat kredit borcu öhdəliyinin olduğunu bildirib, 22 fevral 2022-ci il tarixli, BK2202/01 saylı kredit müqaviləsin 2.10, 6.1 və 8.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 443, 445.1 və 472.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü və 284-1-ci maddələrinə istinad edərək, Cavabdeh 22 fevral 2022-ci il tarixli, BK2202/01 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 1 399.69 (bir min üç yüz doxsan doqquz manat 69 qəpik) manat əsas borcu, 194.34 (bir yüz doxsan dörd manat 34 qəpik) manat faiz borc olmaqla, ümumilikdə 1594.03 (bir min beş yüz doxsan dörd manat 03 qəpik) manat kredit borcunun və X6 keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, 15 avqust 2023-cü il tarixdə poçt göndərişi vasitəsilə cavabdehə məhkəmə bildirişi göndərilmiş və ona Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən elektron sənəd formasında tərtib edilmiş sənədləri bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində elektron kabinet vasitəsilə məhkəməyə göndərmək hüququ izah edilmişdir. Lakin Cavabdeh tərəfindən məhkəməyə heç bir etiraz göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəlləsinin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Ərizəyə əlavə edilmiş: - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1969-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş və Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində qeydiyyatdadır. - xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestri məlumatları adlı sənədindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ********** saylı VÖEN ilə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi X9r. -“AZEMİS”-in Çıxarışından (vergi ödəyicilərinin məlumatlarından) görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, ********** saylı VÖEN ilə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2023-cü il tarixli, N-941 saylı X5 iştirak edilməməsi barədə arayışdan görünür ki, hazırkı tələb üzrə iddiaçının nümayəndəsi X7 iştirakı ilə və Cavabdeh iştirakı olmadan xx.xx.2023-cü il tarixdə X2 X8 keçirilmiş, o cümlədən cavabdehlər iştirak etmədiyindən İMS-nin keçirilməsi ilə əlaqədar 200 (iki yüz) AZN məbləğində mediasiya xərci iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. - Tərəflər arasında bağlanmış 22 fevral 2022-ci il tarixli, BK2202/01 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X4 dövriyyə vəsaitinin artırılması üçün 24 ay müddətində 2000 (iki min) manat məbləğində illik 15 % dərəcəsi ilə biznes kreditinin tam və ya hissə-hissə verilməsini, borcalan isə bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 4.6-cı maddəsindən görünür ki, kreditdən istifadəyə görə faizlərin hesablanması müddəti ssuda hesabı üzrə borcun yaranma tarixindən başlayır və bu borcun qaytarılması tarixində qurtarır. 4.8-ci maddəsindən görünür ki, kreditin qaytarılması və ya faizlərin ödənilməsi üzrə ödənişlər vaxtında aparılmadığı halda borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir. 7.2.1-ci maddəsindən görünür ki, borcalan bu müqavilə üzrə kredtin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə bankın bu müqaviləni vaxtından əvvəl və birtərəfli qaydada ləvğ etmək, kreditin bütün məbləğinin, ona hesablanmış faizlərin və cərimələrin ödənilməsini tələb etmək hüququ vardır. -11 avqust 2023-cü il tarixli, 1014 saylı maliyyə arayışından görünür ki, X3 11 avqust 2023-cü il tarixə 1399.69 (bir min üç yüz doxsan doqquz manat 69 qəpik) əsas borc, 194.34 (bir yüz doxsan dörd manat 34 qəpik) manat faiz borcu olmaqla, cəmi 1594.03 (bir min beş yüz doxsan dörd manat 03 qəpik) manat borc öhdəliyi vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Qeyd edilənlərə istinadən, məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. O cümlədən, sözügedən 22 fevral 2022-ci il tarixli, BK2202/01 saylı kredit müqaviləsinin bağlanması və təqdim edilmiş sübutlara əsasən pul vəsaitinin borclunun hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Nəticədə, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı 15 avqust 2023-cü il tarixli, e-2-2(123)-153/2023 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdeh tərəfindən öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, məhkəmə yuxarıda qeyd olunan və tərəflər arasında bağlanmış 22 fevral 2022-ci il tarixli, BK2202/01 saylı kredit razılaşmasının bəndlərindən, iddiaçının cavabdehə qarşı kredit razılaşması üzrə yaranmış öhdəliyin icra edilməməsi nəticəsində irəli sürdüyü əsas borcun, o cümlədən faiz borcunun cavabdeh X1 alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində tələbin əsaslı olduğunu müəyyən etmişdir. Bundan əlavə, məhkəməyə təqdim edilmiş hazırkı iş üzrə iş materiallarında olan və iddiaçı təşkilatın möhürü ilə təsdiqlənmiş, 11 avqust 2023-cü il tarixli, 1014 saylı maliyyə arayışından əsasən, X3 11 avqust 2023-cü il tarixə borcu 1399.69 (bir min üç yüz doxsan doqquz manat 69 qəpik) əsas borc, 194.34 (bir yüz doxsan dörd manat 34 qəpik) manat faiz borcu olmaqla, cəmi 1594.03 (bir min beş yüz doxsan dörd manat 03 qəpik) manat məbləğində hesablanmış, nəticədə məhkəmə iddiaçının 1594.03 (bir min beş yüz doxsan dörd manat 03 qəpik) manat məbləğində əsas borcun ödənilməsi hissəsində iddiaçının tələbinin əsaslı olduğunu müəyyən etmişdir. Faiz üzrə ödənilməli olan 194.34 AZN məbləğinə münasibətdə məhkəmə bildirir ki, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Qeyd edilən maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Bu müddəalardan aydın olur ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən onun barəsində mülki qanunvericilikdə nəzərdə tutulan məsuliyyət yaranmışdır. Tərəflər arasında bağlanan kredit müqaviləsinin 1.1-ci bəndindən aylıq faiz dərəcəsinin 15% (on beş) olmaqla hesablandığı müəyyən edilmiş, belə olduğu halda məhkəmə mülki qanunvericiliyin tələbinə uyğun olaraq tərəflərin verdiyi tələb çərçivəsində qətnamə qəbul etdiyindən kredit razılaşmasında müəyyənləşdirilən illik faiz dərəcəsini əsas götürməklə, iddiaçının əsas borc üzrə hesablanılan 194.34 AZN məbləğində faiz borcunu tələb etməsini əsaslı hesab etməkdədir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd edilmişdir ki, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə pul vəsaitindən faydalanır. -qanunsuz saxlama; -qaytarmaqdan boyun qaçırma -ödənilməsini digər şəkildə gecikdirmə -başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdimetdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə araşdırmasının nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X1 1399.69 (bir min üç yüz doxsan doqquz manat 69 qəpik) manat məbləğində əsas borcu, 194.34 (bir yüz doxsan dörd manat 34 qəpik) manat məbləğində faiz borc olmaqla, ümumilikdə 1594.03 (bir min beş yüz doxsan dörd manat 03 qəpik) manat məbləğində borcun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə tələbi tam əsaslı hesab edilərək, iddia tələbi bu hissədə tam təmin edilməli, və X6 keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat mediasiya xərcinin tutulması qanunvericiliyin müvafiq tənzimləməsinə uyğun həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olaraq müəyyən edilir. Hazırkı iddia tələbi üzrə iddianın qiyməti əsas borc üzrə 1399.69 (bir min üç yüz doxsan doqquz manat 69 qəpik) manat, faiz üzrə 194.34 (bir yüz doxsan dörd manat 34 qəpik) manat məbləğində olmaqla ümumilikdə 1594.03 (bir min beş yüz doxsan dörd manat 03 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 30 manat + 5 manat 94 qəpik (594.03 manat x 1%) = 35,94 (otuz beş manat 94 qəpik) manat olaraq müəyyən edilir. Qeyd edilən qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə” müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X5 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X5 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırkı tələb üzrə cavabdeh üzrsüz səbəbdən X5 iştirak etməmişdir və ikin mediasiya sessiyasının keçirilməsi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənilmişdir. Lakin, məhkəmə qeyd edir ki, “X8 zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respubliksası Nazirlər Kabinetinin Qərarına əsasən, kommersiya mübahisəsi üzrə iddianın qiyməti 1001 manatdan 5000 manatadək olduqda ilkin medaiasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq 60 (altmış) manat təşkil edir. Odur ki, iddiaçı qanunla müəyyən edilmiş məbləğdən artıq həcmdə haqq ödəmişdir. Hazırkı vəziyyətdə cavabdehdən iddiaçının ödədiyi 200 manatı tam tələb etmək borclu olan cavabdehin vəziyyətini daha da pisləşdirib və onun hüquqlarını pozacağı üçün, 60 (altmış) manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, geri qalan 140 (bir yüz qırx) manat hissəyə münasibətdə isə iddia tələbi rədd edilməlidir. İddiaçının “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq ödəməkdən azad edildiyi 35,94 (otuz beş manat 94 qəpik) manat məbləğində dövlət rüsumu isə cavabdeh X1 tutularaq dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh X1 22 fevral 2022-ci il tarixli, BK2202/01 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 1399.69 (bir min üç yüz doxsan doqquz manat 69 qəpik) manat əsas borcu, 194.34 (bir yüz doxsan dörd manat 34 qəpik) manat faiz borc olmaqla, ümumilikdə 1594.03 (bir min beş yüz doxsan dörd manat 03 qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. X6 keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilməli olan 60 (altmış) manat məbləğində mediasiya xərci, bütövlükdə X1 alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, geri qalan 140 (bir yüz qırx) manata münasibətdə isə iddia tələbi rədd edilsin. İddiaçının ödəməkdən azad edildiyi 35,94 (otuz beş manat 94 qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh X1 tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №e-2-2(123)-153/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-153/2023
20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver