Məhkəmə qərarları › İş №e-2-2(123)-16/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-16/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-16/2023 17.10.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X13 məhkəmə iclas katibliyi ilə, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı LPO İddiaçı ASC 12 yanvar 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən 15 fevral 2011-ci il tarixli, 978 saylı kredit müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixə ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 405 153,28 manat (dörd yüz beş min yüz əlli üç manat, iyirimi səkkiz qəpik) faiz borcu, 131 035,15 manat (yüz otuz bir min otuz beş manat, on beş qəpik) cərimə borcu olmaqla, cəmi borc üzrə 536 188,43 manat (beş yüz otuz altı min yüz səksən səkkiz manat, qırx üç qəpik) borcun, X10 keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində rüsumun və məhkəməyə ödənilmiş 427 (dörd yüz iyirmi yeddi) manat məbləğində dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini, İddiaçı ASC-nin 12 saylı filialı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 15 fevral 2011-ci il tarixli, 978 saylı Təminatlı kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə Minik, yük və avtobuslara texniki baxış və təmir müəssisəsinin yaradılması məqsədi ilə SKMF vəsaiti hesabına illik 6 % olmaqla 84 ay müddətinə 2 300 000 manat (iki milyon üç yüz min manat) məbləğində təminatlı kredit verildiyini, cavabdehlərin yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərini pozduğunu, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmədiyini, Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəflərindən cavabdeh "xxxx" MMC-yə “borcun qaytarılması tələbi ilə bağlı” şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyişin olmadığını bundan əvvəl də "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati- İqtisad Məhkəməsinə müraciət edildiyini, lakin Naxçıvan Muxtar Respublikasının İnzibati -İqtisad məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2-2(087)-37/2019 saylı qərardadı ilə iddia tələbinin baxılmamış saxlanıldığını İddiaçı ASC-nin 12 saylı filialı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 15 fevral 2011-ci il tarixli, 978 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə cavabdeh "xxxx" MMC-nin LPO İddiaçı ASC qarşısında 405 153,28 (dörd yüz beş min yüz əlli üç manat, iyirmi səkkiz qəpik) manat faiz borcu, 131 035,15 (yüz otuz bir min otuz beş manat, on beş qəpik) manat cərimə, cəmi 536 188,43 (beş yüz otuz altı min yüz səksən səkkiz manat, qırx üç qəpik) manat məbləğində borc öhdəliyinin yarandığını,1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC-nin müflis elan edildiyini, iflas proseduruna başlanıldığını və qərarın dərhal icraya yönəldildiyini, həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edildiyini, tərəflərindən cavabdehə 15 fevral 2011-ci il tarixli, 978 saylı Təminatlı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərildiyini, cavabdehlər təklifə cavab vermədiyi üçün tərəflərindən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunduğunu, təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiyaya dəvət məktubu göndərildiyini, "xxxx" MMC-yə X10 tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki yaşadıqları ünvan üzrə məktub göndərilməsinə baxmayaraq nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlmədiklərini, tərəflərindən X9 iştirak edildiyini, X10 keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənildiyini və bu barədə mediator tərəfindən müvafiq arayış verildiyini qeyd etməklə əsaslandırmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci, 386.1-ci, 442-ci, 445.1-ci, 445.2-ci 445.2.1. 445.2.2-ci 448.1-ci, 739.1-ci, 427.3-cü, 445.7-ci maddələrinə, X14 3.4-cü maddəsinə və 36.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə istinad edərək, cəmi 536 188.43 manat olan iddia tələbi üzrə ödəniləcək 827 manat dövlət rüsumunun X10 keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat olan mediasiya xərcinə uyğun olaraq rüsumdan azad hesab olunduğunu qeyd etməklə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-16/2023 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə2 08 fevral 2023-cü il tarixli məhkəmə iclasında verdiyi izahında İddiaçı ASC-nin 12 saylı filialı tərəfindən 15 fevral 2011-ci il tarixli, 978 nömrəli təminatlı kredit müqaviləsinə əsasən "xxxx" MMC-yə Sahibkarlıq Fondunun vəsaiti hesabına illik 6% olmaqla 84 ay müddətinə 2.300.000 manat məbləğində kredit verildiyini, əsas məbləğin cavabdeh tərəfindən ödənildiyini, xx.xx.2022-ci il tarixə "xxxx" MMC-nin LPO İddiaçı ASC-yə 405 153,28 manat faiz borcu, 131 035,15 manat cərimə borcu olmaqla, cəmi 536 188,43 manat məbləğində borcunun yarandığını, 06 mart 2023-cü il tarixli məhkəmə iclasında məhkəmənin sualına cavab olaraq sonuncu ödəmənin xx.xx.2019-cu il tarixdə Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən həyata keçirildiyini, sonuncu ödəmənin cavabdehin etmədiyini, 2016, 2017-ci il tarixdə İddiaçı ASC-nin lisenziyası ləğv olunandan sonra X11 Nazirliyinin göstərişi ilə X12 pulları yığmağa başladığını, Banka pulun gəlib çatmadığını, halbuki kütləvi informasiya vasitələrində İddiaçı ASC-nin ləğv edilib, Əmanətlərin Sığortalanması Fondunun bankın ləğvedicisi təyin edildiyinin elan olunduğunu, bütün ödənişlərin ləğvediciyə ödənməli olduğunu, xx.xx.2023-cü il tarixdə iddiaçının digər nümayəndəsi Nümayəndə1 Məhkəməyə elktron qaydada göndərilmiş etiraz ərizəsində LPO İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2011-ci il tarixli 978 saylı kredit müqaviləsi bağlanıldığını, Məhkəmə prosesi zamanı "xxxx" MMC şirkətinin nümayəndəsi Nümayəndə3 tərəfindən xx.xx.2011-ci il tarixli 978 saylı kredit müqaviləsi üzrə məhkəməyə ərizə verilərək iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edildiyini, bununla bağlı olaraq "xxxx" MMC şirkətinin nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş ərizədə iddia müddətinin xx.xx.2021-ci il tarixində bitdiyini, lakin iddiaçının xx.xx.2022-ci il tarixində mediasiya prosesinə başladığı və sonra iddia ilə məhkəməyə müraciət etdiyi, bununla da iddia müddətinin ötürüldüyünün qeyd edildiyini, bununla bağlı olaraq xx.xx.2011-ci il tarixli 978 saylı kredit xətti müqaviləsi üzrə LPO İddiaçı ASC tərəfindən məhkəməyə və ekspertiza idarəsinə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına digər sənədlərə əsasən sonuncu ödəniş xx.xx.2019-cu il tarixində 2 300 0 00 manat məbləğində olduğunu, iş üzrə iddia müddətinin xx.xx.2022-ci il tarixində bitdiyini, Mediasiya üçün təklifin tarixi isə xx.xx.2022-ci il tarixində olduğunu, beləliklə də qanunun tələbinə əsasən mediasiya üçün təklifin göndərildiyi tarix olan xx.xx.2022-ci il tarixindən iş üzrə iddia müddətinin axımının dayandırıldığını və iş məhkəməyə iddia müddəti ötürülmədən verildiyini, Ekspert tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli, 417 saylı ekspert rəyində də iddiaçı tərəfindən ekspertə tələb olunan bütün sənədlər göndərilməsinə baxmayaraq yalnız Naxçıvan Muxtar Respublikası SİF tərəfindən verilmiş sənədləri nəzərə aldığını, iddiaçının təqdim etdiyi hesabdan çıxarış məlumatlarını və digər sənədləri nəzərə alınmadığını, Naxçıvan SİF tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda kredit müqaviləsi üzrə sonuncu ödənişin xx.xx.2018-ci il tarixində 723 848,69 manat olmasının göstərildiyini, bu məsələ ilə bağlı həmin kredit müqaviləsi üzrə ödənişlərin "xxxx" MMC tərəfindən qanunsuz olaraq İddiaçı ASC-yə ödənilmək əvəzinə Naxçıvan SİF-ə ödənildiyini, nəticədə də Naxçıvan SİF İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanılmış 978 saylı kredit müqaviləsi üzrə tərəflərdən biri olmamasına baxmayaraq həmin ödənişləri qəbul etdiyini, sonradan Naxçıvan SİF-lə İddiaçı ASC arasında olmuş razılaşmaya əsasən 2 300 000 manat məbləğində vəsait xx.xx.2019-cu il tarixində İddiaçı ASC-nin hesabına köçürüldüyünü və "xxxx" MMC-nin əsas borcuna silinməsinə yönəldildiyini, yuxarıda qeyd olunanlardan da göründüyü kimi 978 saylı kredit müqaviləsi üzrə sonuncu ödənişin xx.xx.2019-cu ildə ödənildiyini və bu səbəbdən də kredit müqaviləsi üzrə iddia müddətinin bitmə tarixinin xx.xx.2022-ci il olduğunu, “Mediasiya haqqında” AR qanununun 35.1-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.. AR Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.. Həmin məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.. Həmin məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.. Həmin məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır..Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.. Yuxarıda qeyd olunanları nəzərə alaraq "xxxx" MMC şirkətinin nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizənin əsassız hesab edilməsi Məhkəmədən xahiş olunmuşur. İddiaçının digər nümüyəndəsi Nümayəndə2 11 sentyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında iddia tələbinə uyğun izahat vermişdir. 09 oktyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında sədrlik edənin suallarına müvafiq olaraq cavabdeh tərəfin X2 ödəmə etməyə başladıqdan sonra iddiaçıya heç bir ödəmə etmədiyini, iş üzrə bağlanmış müqavilənin şərtlərinin iddiaçı Bankın hazırladığını, xx.xx.2023-cü il tarixli, **********180 saylı arayışda xx.xx.2019-cu il tarixdə LPO İddiaçı ASC-yə 2 300 000 manat məbləğin Naxçıvan Muxtar Respublikasının X4 ödədiyini, 15 fevral 2011-ci il tarixli, 978 saylı kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş cədvəlinin Bankın ləğv prosesindən sonra, yeni binaya köçdükdən sonra tapılmadığını, ona görə təqdim edə bilmədiklərini, xx.xx.2023-cü il tarixli, **********180 saylı arayışa əsasən xx.xx.2016-cı il tarixdən sonra cavabdeh tərəfindən iddiaçı təşkilata kredit məbləğindən vəsaitin ödənilmədiyini, xx.xx.2019-cu il tarixli, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının X7” ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu arasında bağlanmış müqavilə barəsində cavabdehə məlumat verilmədiyini, belə ki, cavabdehin buna aidiyyətinin olmadığını bildirərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə3 08 fevral 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahında "xxxx" MMC-nin iddiaçıya olan əsas borcunu ödədiyini, bununla bağlı Naxçıvan MR X6 məktub göndərdiyini, həmin məktubu məhkəməyə təqdim edə biləcəyini, iddiaçı tərəfin “bizə faiz borcunuz var, əsas borcu bağlamısınız” dediyini, üç il, üç il yarım bundan əvvəl olmuş məhkəmə iclaslarında Sahibakarlıq Fondunun da hüquqşünaslarının iştirak etdiyini, eyni zamanda həmin məhkəmə iclaslarında Əkbər müəllimin də, özünün də iştirak etdiyini, İddiaçı ASCyə milyon yarım pulu ödədiklərini, İddiaçıın həmin pulu Sahibkarlıq Fonduna qaytarmadığını, Sahibkarlıq Fondunun onlarla o vaxt konflikdə olduğunu, “pullar hardadır” deyə bildirdiklərini, indiki Baş nazir Səbuhi müəllimin o vaxt Mərkəzi Bankın sədri olduğunu, İqtisadiyyat naziri ilə Mərkəzi Bankın sədrinin göstəriş verərək ”pulları İddiaçı ASC-yə ödəməyin, pulları gətirib birbaşa X1 hesabına ödəyin, onlar da sizin əməliyyatı aparmadığı üçün heç bir faiz ödəmiyəcəksiniz. Bankın öhdəliyi pulları sizdən alıb Fonda qaytarmaq idi. Öz vəzifəsini yerinə yetirmirsə siz pulu birbaşa Fonda ödəyin. Bununla da sizin vəzifəniz qurtardı. Bankın sizdən tələb etmək haqqı yoxdur ” deyə bildirdiklərini, ilk öncə məhkəmə iclaslarına onların hüquqşünaslarının da, özünün də, Əkbər müəllimin də getdiyini, bu proseslərin onların xeyrinə deyil, cavabdeh tərəfin xeyrinə qutardığını, son hadisələrlə əlaqədar iddiaçı tərəfin onlardan faiz borcunu tələb etdiklərini, iddiaçının nə haqla onlardan faiz borcunu tələb etdiklərini, Bankın pulu onlardan alıb verməli olduğunu, bunun bankın funksiyası olduğunu, Bankın onun içindən öz faizini, haqqını götürməli olduğunu, Bankın bunları etmədiyini, 11 sentyabr 2023-cü il tarixli məhkəmə baxışı iclasında iddiaçı tərəfindən təqdim edilən etirazdakı dəlillərin hər hansı bir hüquqi əsasının olmadığını, belə ki, hazırki məhkəmə icraatında olan işin müqavilə öhdəliklərindən doğan mübahisələrlə bağlı olduğunu, qeyd olunan müqavilənin isə İddiaçı ASC və "xxxx" MMC arasında bağlanıldığını, Naxçıvan Muxtar Respublikasının X3 müqavilədə tərəf kimi iştirak etmədiyini, iddiaçının hüququnun pozulduğunu iddia etdiyi müqavilənin tərəflər arasında bağlanmış kredit müqaviləsi olduğunu, bu müqavilə üzrə hüququnun pozulduğunu iddia edən iddiaçının qanunvericiliklə müəyyən edilən müddətdə hüquqlarının pozuntusu ilə bağlı tələb hüququndan istifadə etmədiyini, müqaviləni araşdırarkən orada kreditor və borclunun aydın göstərildiyini və borclunun hər hansı üçüncü tərəfə ödəniş məsələsi öz əksini tapmadığını, buna görə də, tərəfin pozulduğunu iddia etdiyi hüquq müqaviləyə uyğun olaraq kreditin qaytarılmasının icra müddətinin bitmə anından başladığını, hər hansı bir müqavilə tərəfi olmayan şəxsə edilmiş ödənişin onun tələb hüququndan məhrum etmədiyini və ya pozulduğunu iddia etdiyi hüquqlarını bərpa etmədiyini, digər tərəfdən Naxçıvan SİF-ə ödənilmiş məbləğin borcun etirafı kimi qəbul edilməsi və iddia müddətinin axımının dayandırılması ilə bağlı təqdim olunan arqumentin də əsassız olduğunu, belə ki, Mülki Məcəllənin 385-ci maddəsinə istinad etdiyini, öhdəliklər zamanı əgər müqavilədə başqa hal göstərilməyibsə, borclunun kreditor qarşısında cavabdeh olduğunu və əgər kreditor tərəfindən tələb hüququ başqa şəxslərə ötürülməyibsə, müqavilə üzrə onun qarşısında məsuliyyət daşıdığını, ona görə də üçüncü şəxsə hər hansı ödənişin edilməsinin kreditor qarşısında borcun etirafı kimi qiymətləndirilməməli olduğunu və üçüncü tərəflə iddiaçının hər hansı bu iş üzrə müqavilə bağlamasının da onlara heç bir aidiyyəti olmadığını qeyd edib, bütün bunları nəzərə alaraq məhkəmədən iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə baxşı iclasında Sədrlik edənin suaalrına cavabında bağlanmış müqavilənin şərtlərinin iddiaçı Bankın hazırladığını, cavabdeh tərəf olaraq son ödəmənin xx.xx.2016-ci il tarixdə onlar tərəfindən edildiyini, xx.xx.2019-cu il tarixli, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının X7” ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu arasında bağlanmış müqavilədən xəbərləri olmadığını olsa belə ona razılıq verməyəcəklərini, Banka müraciət edərək bəzi sənədləri istədiklərində sənədləri tapa bilmədiklərini, ləğvdən sonra köçdükdə it-bata düşdüyünü, bütün bunları nəzərə alaraq iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi çıxışında ərizələrini nəzərə alaraq iddianın rəd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 17 oktyabr 2023-cü il tarixdə saat 17:00-da keçirilən məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iştirak etmiş, iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin vəkili Vəkil və iddiaçının nümayəndələri məhkəmə baxışı iclasına gəlməmiş, iddiaçının nümayəndələri ərizə ilə məhkəməyə məlumat vermiş, cavabdehin vəkili isə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndələrinin və cavabdehin vəkilinin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1404/2016 saylı iş üzrə çıxarılmış qərarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi və iflas proseduruna başlanılması, Əmanətlərin Sığortalanması Fondunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 427.00 (dörd yüz iyirmi yeddi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. **********796 nömrəli, 03 noyabr 2022-ci il tarixli maliyyə cədvəlindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 06 yanvar 2012-ci il tarixli 8-20865-7 saylı kredit müqaviləsi üzrə 28 oktyabr 2022-ci il tarixinə yaranmış tələb müqavilə üzrə əsas borc 0 (sıfır) manat, xx.xx.2012-6.01.2019-cu illəri əhatə edən müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər üzrə 405 153 (dörd yüz beş min yüz əlli üç) manat 28 (iyirmi səkkiz) qəpik, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə 131 035 (bir yüz otuz bir min otuz beş manat 15 (on beş) qəpik) manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 0 (sıfır) manat və gecikdirilmiş gün sayı 1391 olmaqla müqavilənin tələbləri əsasında yaranmış ümumi borc məbləği 536 188 (beş yüz otuz altı min bir yüz səksən səkkiz) manat 43 (qırx üç) qəpik təşkil edir. Eyni zamanda həmin cədvəldən AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsinin 5% (beş faiz) olaraq müəyyən edildiyi görünür. 04 noyabr 2022-ci il tarixli Mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, LPO İddiaçı ASC tərəfindən “tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli 978 saylı kredit müqaviləsinin şərtlərinə əməl edilməməsinə dair” kommersiya mübahisəsi barədə xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-yə təklif göndərilmişdir. xx.xx.2011-ci il tarixli, 978 saylı təminatlı kredit müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən İddiaçı ASC-nin 12 saylı Filialı, etibarnamə əsasında çıxış edən X19 şəxsində digər tərəfdən Cahan Motors MMC-nin icraçı dikrektoru adından çıxış edən X15 şəxsində nəzərdə tutulan şərtlərlə imzalanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, Borc verən Borc alana Cahan Motors MMC-ə 2 300 000 (iki milyon üç yüz min) manat məbləğində (bundan sonra Kredit məbləği) 84 ay müddətinə illik 6 (Altı) faizlə kredit verməyi, Borc alan isə Kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmıș faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. 1.2-ci bəndindən görünür ki, Borc alan kredit məbləğini minik, yük və avtobuslara texniki baxış və təmiri müəssisəsinin yaradılması maliyyələşdirilməsi üçün istifadə edəcəkdir. 2.1-ci bəndindən görünür ki, kredit üzrə faizlər istifadə edilmiş günlərin sayına görə illik (6) faizlə hesablanır. Əsas kimi 1 (bir) ayda 30 (otuz), 1 (bir) ildə isə 360 (üç yüz altmış) təqvim günü götürülür. 2.2-ci bəndindən görünür ki, Kredit üzrə faizlər bu Müqavilənin ssuda hesabı üzrə borcun yarandığı gündən hesablanır. 2.3-cü bəndindən görünür ki, Borc alan tərəfindən kredit üzrə Borc verənə ödənilməli olan əsas borc və faizlər 3.6 bəndində göstərilmiş müddətdə ödənilmədikdə həmin əsas borc və faizlər gecikdirilmiş hesab olunur. 2.4-cü bəndindən görünür ki, Borc alanın kredit üzrə ödənişləri ardıcıl olaraq dəbbə pulunun hesablanmış faiz borcunun və əsas borcun silinməsinə yönəldilir. 3.6-cı bəndindən görünür ki, kredit məbləğindən istifadə müddətinin axımı ssuda hesabı üzrə borcun yarandığı gündən başlanır və bu Müqaviləyə 1 nömrəli Əlavədə (Ödəniş Cədvəli) göstərilən kreditin son ödəniş tarixində saat 16:00 da bitir. (Lakin 1 nömrəli əlavə sənədlərə əlavə edilməmişdir) 3.7-ci bəndindən görünür ki, kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi Borc alan tərəfindən hər ay bu müqaviləyə və onun ayrılmaz hissəsi sayılan 1 nömrəli Əlavəsində qeyd olunan ödəniş cədvəlinə əsasən kredit məbləğinin verildiyi valyutada həyata keçirilir. 5.1-ci bəndindən görünür ki, Bu Müqavilə üzrə Borc alan üzərinə düşən öhdəlikləri icra etməməsinə və ya lazımınca icra etməməsinə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsinə görə dəbbə pulu ödəməlidir. 5.2 ci bəndindən görünür ki Borc alan üzərinə düşən öhdəlikləri icrasını 7 (yeddi) bank günündən artıq müddətə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1% miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. 7.1.5-ci bəndindən görünür ki, bu Müqavilə əsasında ona məxsus olan tələbi başqa şəxslərə vermək borc verənin hüququdur. 7.2.1-ci bəndindən görünür ki, borc verən bu Müqavilənin 3.3-cü bəndi ilə müəyyən edilmiş müddətdə krediti Borc alanın ssuda hesabına köçürməyi və bu barədə dərhal Borc alana məlumat verməyi öz öhdəsinə götürür. 7.4.1-ci bəndindən görünür ki, borc alan bu müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. 7.4.4-cü bəndindən görünür ki, borc alan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməyi öz öhdəsinə götürür. 7.4.10-cu bəndindən görünür ki, borc alan kredit üzrə öhdəliklər icra edilmədikdə dəbbə pulunu ödəməyi öz öhdəsinə götürür. 9.6-cı bəndindən görünür ki, kreditdən istifadə müddətinin bitməsi Tərəflərin bu müqavilənin qüvvədə olduğu müddətdə yol verdikləri pozuntular üzrə məsuliyyətdən azad etmir. 14.1-ci bəndindən görünür ki, bu müqavilə hər iki tərəfin imzaladığı gündən qüvvəyə minir. Bu müqavilə müddətsiz olaraq qüvvədə olacaq, konfidensiallıq və fors major başlıqlı maddələr istisna olmaqla bu müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirdiyi tarixədək qüvvədədir. “Naxçıvan Muxtar Respublikasının X7” X23 tərəfindən təqdim edilmiş 05 noyabr 2022-ci il tarixli, 79 nömrəli “Hüquqi şəxs "xxxx" MMC-yə verilmiş kredit vəsaiti haqqında məlumat” dan görünür ki, Naxçıvan Muxtar Respublikası X17 ilə müvəkkil kredit təşkilatı İddiaçı ASC arasında bağlanmış kredit xətləri üzrə Fondun vəsaitlərinin istifadə edilməsi şərtləri haqqında müqaviləyə əsasən "xxxx" MMC-yə minik, yük və avtobusların baxışı və təmiri müəssisəsinin yaradılması məqsədilə 2011-ci ildə güzəştli şərtlərlə əsas məbləğdə 2.300.000,0 manat kredit verilmişdir. Bu günkü tarixə "xxxx" MMC tərəfindən kredit vəsaitinin ödənilməsi tam başa çatdırılmış, haliyyədə cəmiyyətin Fonda əsas məbləğdən heç bir kredit borcu yoxdur. 30 iyun 2016-cı il tarixli, 45 nömrəli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən əsas borc məbləğindən 164 286,00 (bir yüz altmış dörd min iki yüz səksən altı) manat Nax. MR X12 X18 MR İdarəsində olan bank hesabına köçürülmüşdür. 27 iyul 2016-cı il tarixli, 25 nömrəli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən əsas borc məbləğindən 164 286,00 (bir yüz altmış dörd min iki yüz səksən altı) manat Nax. MR X12 X18 MR İdarəsində olan bank hesabına köçürülmüşdür. 26 oktyabr 2016-cı il tarixli, 82 nömrəli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən əsas borc məbləğindən 164 286,00 (bir yüz altmış dörd min iki yüz səksən altı) manat Nax. MR X12 X18 MR İdarəsində olan bank hesabına köçürülmüşdür 31 oktyabr 2016-cı il tarixli, 27 nömrəli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən əsas borc məbləğindən 164 286,00 (bir yüz altmış dörd min iki yüz səksən altı) manat Nax. MR X12 X18 MR İdarəsində olan bank hesabına köçürülmüşdür. 16 avqust 2016-cı il tarixli, 67 nömrəli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən əsas borc məbləğindən 164 286,00 (bir yüz altmış dörd min iki yüz səksən altı) manat Nax. MR X12 X18 MR İdarəsində olan bank hesabına köçürülmüşdür. Naxçıvan MR Kommersiya Məhkəməsinin 27 mart 2023-cü il tarixli, e-2-2(123)-16/2023 saylı müraciətinə əsasən “Naxçıvan Muxtar Respublikasının X7” X23 tərəfindən təqdim edilmiş 30 mart 2023-cü il tarixli, 21 nömrəli məktubdan görünür ki, "xxxx" MMC və İddiaçı arasında bağlanılmış kredit müqaviləsi üzrə minik, yük və avtobusların baxışı və təmiri müəssisəsinin yaradılması məqsədilə 2011-ci ildə cəmiyyətə ayrılmış 2.300.000,0 (iki milyon üç yüz min) manat həcmində kredit vəsaitindən sonuncu dəfə xx.xx.2018-ci il tarixdə 723 848,69 (yeddi yüz iyirmi üç min səkkiz yüz qırx səkkiz, 69 qəpik) manat həcmində əsas məbləğ ödənilərək kredit borcunun əsas məbləğdən olan hissəsinin bağlanılması təmin edilmişdir. Naxçıvan MR Kommersiya Məhkəməsinin 27 mart 2023-cü il tarixli, e-2-2(123)-16/2023 saylı müraciətinə əsasən X18 MR İdarə heyətinin sədri tərəfindən təqdim edilmiş 30 mart 2023-cü il tarixli məktub “Naxçıvan Muxtar Respublikasının X7” X23 tərəfindən təqdim edilmiş 30 mart 2023-cü il tarixli, 21 nömrəli məktubun məzmunu ilə eynilik təşkil edərək, "xxxx" MMC tərəfindən kredit vəsaitindən sonuncu dəfə xx.xx.2018-ci il tarixdə 723 848,69 (yeddi yüz iyirmi üç min səkkiz yüz qırx səkkiz, 69 qəpik) manat həcmində əsas məbləğ ödənilərək kredit borcunun əsas məbləğdən olan hissəsinin bağlanılmasının təmin edildiyi görünməkdədir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-16/2023 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsində 17 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olmuş 07 iyul 2023-cü il tarixli, 417 nömrəli ekspert rəyindən görünür ki, birinci sual üzrə "xxxx" MMC ilə Ləğv Prosesində olan İddiaçı ASC arasında bağlanmış 15 fevral 2011-ci il tarixli, 978 saylı kredit müqaviləsinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh MMC-nin, LPO “Bank of Azerbaijan’" ASC-yə 18 yanvar 2018-ci il tarixə (sualda göstərilən tarixə) kredit üzrə olan faiz borcu 207 100,09 (iki yüz yeddi min yüz manat doqquz qəpik) manat, ikinci sual üzrə Cavabdeh MMC ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış 15 fevral 2011-ci il tarixli, 978 saylı Kredit müqaviləsinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına və 28 oktyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin, ləğv prosesində olan İddiaçı ASC-yə 28 oktyabr 2022-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) kredit üzrə olan faiz borcu 207 100,09 (iki yüz yeddi min yüz manat doqquz qəpik) manat təşkil etmiş, iş materiallarında Cavabdeh MMC ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış 15 fevral 2011-ci il tarixli, 978 saylı Kredit müqavilələrinə əsasən kredit müqavilələri üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank Cavabdeh MMC-yə cərimə hesablamadığından, buna görə də hazırki tədqiqatla Cavabdeh MMC-yə cərimə hesablanmamışdır. “Naxçıvan Muxtar Respublikasının X7” X23 tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş 04 iyul 2023-cü il tarixli, 46 nömrəli məktuba əlavə edilən "xxxx" MMC-nin ödənişlərinə aid cədvəldən görünür ki, "xxxx" MMC 2.300.000 manat məbləğində verilən kredit vəsaitindən 2012-ci ilin fevral ayı üzrə 11 721.31 manat olmaqla cəmi 11 721.31 manat ödəniş etmiş, 2016-cı ilin iyun ayı üzrə 164 286 manat, iyul ayı üzrə 164 286 manat, avqust ayı üzrə 164 286 manat, oktyabr ayı üzrə 328 572 manat olmaqla cəmi 821 430 manat məbləğində ödəniş etmiş, 2017-ci ilin dekabr ayı üzrə 200 000 manat olmaqla cəmi 200 000 manat ödəniş etmiş, 2018-ci ilin yanvar ayı üzrə 1 266 848,69 manat olmaqla yekunda 2 300 000 manat məbləğində ödəniş etmiş, o cümlədən xx.xx.2018-ci il tarixdə 543 000 manat, sonuncu dəfə xx.xx.2018-ci il tarixdə 723 848.69 manat ödəniş etmişdir. 15 may 2023-cü il tarixli, **********180 nömrəli, LPO ”Bank of Azerbaijan” ASC tərəfindən verilmiş "xxxx" MMC-nin 978/F12 saylı kredit müqaviləsi üzrə ödənişləri və silinmələri barədə arayışda (xx.xx.2019-cu il tarixdə 2 300 000 manat məbləği X12 ödəməsi nəzərə alınaraq (31 oktyabr 2019-cu il tarixli, xx.xx.2023-cü il tarixdə işə əlavə edilmiş müqavilə nəzərə alınaraq)) son ödəmənin və silinmənin xx.xx.2016-cı il tarixdə cavabdeh tərəfindən iddiaçıya ödənildiyi görünməkdədir. Cavabdeh Cahan Motors MMC-nin nümayəndəsi Nümayəndə3 tərəfindən 02 avqust 2023-cü il tarixdə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlanaraq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə e-2-2(123)-16/2023 saylı kommersiya işi üzrə iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-16/2023 saylı qərardadı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair işə baxılma müddəti xx.xx.2023-cü il tarixdən 2 ay müddətinə uzadılmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən 18 avqust 2023-cü il tarixdə iddia müddətinin tətbiqinə dair ərizəyə etiraz ünvanlanaraq ləğv prosesində olan İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2011-ci il tarixli 978 saylı kredit müqaviləsi bağlanıldığı, məhkəmə prosesi zamanı "xxxx" MMC şirkətinin nümayəndəsi Nümayəndə3 tərəfindən xx.xx.2011-ci il tarixli 978 saylı kredit müqaviləsi üzrə məhkəməyə ərizə verilərək iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsinin xahiş edildiyi, bununla bağlı olaraq "xxxx" MMC şirkətinin nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş etirazda iddia müddətinin xx.xx.2021-ci il tarixində bitdiyi, lakin iddiaçının xx.xx.2022-ci il tarixində mediasiya prosesinə başladığı və sonra iddia ilə məhkəməyə müraciət etdiyi, bununla da iddia müddətinin ötürüldüyünün qeyd edildiyini ifadə edərək, bununla bağlı olaraq xx.xx.2011-ci il tarixli 978 saylı kredit xətti müqaviləsi üzrə LPO İddiaçı ASC tərəfindən məhkəməyə və ekspertiza idarəsinə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına digər sənədlərə əsasən sonuncu ödənişin xx.xx.2019-cu il tarixində 2 300 000 manat məbləğində olduğunu bildirmək istədiyini, iş üzrə iddia müddətinin xx.xx.2022-ci il tarixində bitdiyini, Mediasiya üçün təklifin tarixi isə xx.xx.2022-ci il tarixində olduğunu, beləliklə də qanunun tələbinə əsasən mediasiya üçün təklifin göndərildiyi tarix olan xx.xx.2022-ci il tarixindən iş üzrə iddia müddətinin axımı dayandırıldığı və işin məhkəməyə iddia müddəti ötürülmədən verildiyi, ekspert tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 417 saylı ekspert rəyində də tərəflərindən ekspertə tələb olunan bütün sənədlər göndərilməsinə baxmayaraq yalnız Naxçıvan Muxtar Respublikası SİF tərəfindən verilmiş sənədləri nəzərə alındığını, onların təqdim etdikləri hesabdan çıxarış məlumatlarının və digər sənədlərin nəzərə alınmadığını, Naxçıvan SİF tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda kredit müqaviləsi üzrə sonuncu ödənişin xx.xx.2018-ci il tarixində 723 848.69 manat olmasının göstərildiyini, bu məsələ ilə bağlı olaraq, həmin kredit müqaviləsi üzrə ödənişlərin "xxxx" MMC tərəfindən birbaşa qanunsuz olaraq İddiaçı ASC yə ödənilmək əvəzinə Naxçıvan SİF-ə ödənildiyini bildirmək istədiyini, nəticədə də Naxçıvan SİF-in İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanılmış 978 saylı kredit müqaviləsi üzrə tərəflərdən biri olmamasına baxmayaraq həmin ödənişləri qəbul etdiyi, sonradan Naxçıvan SİF-lə İddiaçı ASC arasında olmuş razılaşmaya əsasən 2 300 000 manat məbləğində vəsaitin xx.xx.2019-cu il tarixində İddiaçı ASC-nin hesabına köçürüldüyü və "xxxx" MMC-nin əsas borcuna silinməsinə yönəldildiyi, yuxarıda qeyd olunanlardan da göründüyü kimi 978 saylı kredit müqaviləsi üzrə sonuncu ödənişin xx.xx.2019-cu ildə ödənildiyi və bu səbəbdən də kredit müqaviləsi üzrə iddia müddətinin bitmə tarixinin xx.xx.2022-ci il olduğu, “Mediasiya haqqında” AR qanununun 35.1-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqinin tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olduğunu, AR Mülki Prosessual Məcəlləsinin 88-ci, 77.1.-ci, 14.1-ci maddələrinə istinad edərək və yuxarıda qeyd olunanları nəzərə alaraq "xxxx" MMC şirkətinin nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizənin əsassız hesab edilməsinin məhkəmədən xahiş edildiyi qeyd edilmişdir.. 21 avqust 2023-cü il tarixdə cavabdehin nümayəndəsi Nümayəndə3 tərəfindən iddia müddətinin tətbiqinə dair əsaslandırmanın dəyişdirilməsi barədə ərizə ünvanlanaraq iddiaçı ilə cavabdeh arasında 15 fevral 2011-ci il tarixli, 978 nömrəli kredit müqaviləsinin bağlanıldığı, Kreditin qaytarılma müddətinin 84 (səksən dörd) ay müddəti müəyyən edildiyi, yəni 16 fevral 2018-cı il tarixinə qədər müəyyən edildiyi, iddiaçının xx.xx.2019-cu il tarixdə Naxçıvan MR-nın İnzibati-İqtisadi Məhkəməsinə iddiası ilə bağlı müraciət etdiyi, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-2(087)- 37/2019 nömrəli qərardadı ilə işin baxılmamış saxlanıldığı, həmin qərardaddan verilmiş Apellyasiya şikayətinin də Naxçıvan MR-sı Ali Məhkəməsinin inzibti-iqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(108)- 02/2019 nömrəli qərardadı ilə təmin edilmədiyi, Azərbaycan Respublikası Mülki Məcəllənin 377.2-ci maddəsinin tələbinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının icra müddəti bitdikdə başlandığı, həmin Məcəllənin 380.1 -ci maddəsinin tələbinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımının kəsildiyi, həmin Məcəllənin 380.2-ci maddəsinin tələbinə əsasən fasilədən sonra iddia müddətinin yenidən başlandığı, Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmədiyi, Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi hazırki iddia tələbi üzrə iddia müddətinin axımının 16 fevral 2018-cı ildə başladığı, belə ki, müqavilə üzrə ödəniş vaxtının 16 fevral 2018-cı il tarixdə bitdiyi, iddia müddətinin bitmə tarixinin isə 3 il sonraya, daha dəqiq deyilsə 16 fevral 2021-ci il tarixinə təsadüf etdiyi, cavabdehin 15 fevral 2011-ci il tarixli, 978 nömrəli kredit müqaviləsi üzrə əlaqəsi olmayan tərəfə yəni Naxçıvan MR-nın X5 ödəmə etməsi iddiaçıya edilən ödəmə kimi qəti surətdə nəzərə alınmamalı olduğunu, belə ki Naxçıvan MRnın X3 bu müqavilə üzrə tərəf olmadığı və tərəf olması üçün yeni bir müqavilə bağlanması üçün iş üzrə cavabdehə təklif edilmədiyi və cavabdeh də təklif edildiyi təqdirdə belə 3-cü tərəfin müqaviləyə daxil edilməsi ilə razılaşmayacağını, iddiaçının iş üzrə yalnız xx.xx.2022-ci ildə mediasiya prosesinə başladığı və sonra iddia ilə məhkəməyə müraciət etdiyi, iddiaçının iddia müddətini aşkar şəkildə buraxdığını, “Doğrudur iddiaçı bundan öncə də məhkəməyə müraciət etdiyini qeyd etdiyini, lakin gedən proseslərin sonunda iddiaçının ərizəsinin baxılmamış saxlanıldığını” bildirərək, MM-nin 381.1-ci maddəsinin tələbinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımının ümumi qaydada davam etdiyi, yuxarıda “göstərilən hallarla oxşar olan işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin bir sıra Qərarları nümunə üçün qeyd etdiyini, (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4192/2022 nömrəli qərarı, 05.03,2022-ci il tarixli, 2(102)-780/2022 nömrəli qərar, xx.xx.2021-ci il tarixli, 2(102)-3529/2022 nömrəli qərarı və xx.xx.2019-cu il tarixli, 2(102)- 2205/2019 nömrəli qərar və digər qərarlan) Həmin Qərarlarda əks edilmiş hüquqi mövqedən də müqavilə tələbləri üzrə yəni kredit müqavilələri üzrə 3 illik iddia müddətinin tətbiq edildiyi və iddianın baxılmamış saxlanılmasınin iddia müddətinin axımına heç cür təsir göstərmədiyi, müddətin axımım dayandırmadığını, əksinə iddia müddətinin axımının ümumi qaydada davam etdiyi, göstərilənlərin artıq formalaşmış məhkəmə təcrübəsi olduğu, həmçinin baxılmamış saxlanılma nəzərə alınaraq iddiaçı tərəfin iddia müddətini buraxdığı iş materiallandan, yəni müqavilədən və qeyd edilənlərdən aşkar olaraq görünməkdə olduğu, nəticə etibarı ilə şərh edilənləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsini rəhbər tutaraq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə e-2-2(123)-16/2023 saylı kommersiya işi üzrə (əvvəlki iddia müddətinin tətbiqinə dair ərizə nəzərə alınmadan) iddia müddəti tətbiq edilərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bu ərizəyə iddiaçı tərəfindən etiraz və ya hər hası bir mülahizə bildirilməmişdir. 21 avqust 2023-cü il tarixdə iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə göndərilmiş 8- 5268342-9 saylı, xx.xx.2017-ci il tarixli hesabdan çıxarışda cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixədək pulun banka ödənilməsi tarixləri göstərilmədən əsas borcdan ümumilikdə 2.300.000.00 manat ödənilməsi kimi göstərildiyindən və pulun hansı tarixlərdə ödənilməsinə dair sübut təqdim edilmədiyindən həmçinin 31 oktyabr 2019-cu il tarixli, xx.xx.2023-cü il tarixdə işə əlavə edilmiş müqavilə idə də daban-dabana ziddiyət təşkil etdiyindən məhkəmə belə hesab edir ki, həmin sənəd ümumiyyətlə sübut kimi qiymətləndirilməməlidir Məhkəmənin xx.xx.2023-cü il tarixlli, e-2-2(123)-16/2023 saylı qərardadı ilə hazırkı kommersiya mübahisəsinə dair iş məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə göstərilənləri göz önündə tutaraq aşağıda qeyd edilənlərlə əsaslanaraq: Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli Qərarında- bununla belə Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını tərəflərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı LPO İddiaçı ASC-nin 12 saylı filialı ilə cavabdeh "xxxx" MMC arasında 15 fevral 2011-ci il tarixdə müqavilədə göstərilmiş şərtlərlə tam razılıq əsasında yazılı formada 978 saylı kredit müqaviləsi bağlanmış, bu müqavilə üzrə borcverən borcalana Minik, yük və avtobuslara texniki baxış və təmir müəssisəsinin yaradılması məqsədi ilə SKMF vəsaiti hesabına illik 6 % olmaqla 84 ay müddətinə 2 300 000 manat (iki milyon üç yüz min manat) məbləğində təminatlı kredit verilməsini, həmin müqavilənin 3.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada krediti Borc alanın ssuda hesabına köçürməyi və bu barədə dərhal Borc alana məlumat verməyi, borcalan isə Kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmıș faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı, bu müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Bununla da, tərəflər kredit müqaviləsinin mühüm şərtləri hesab edilən hallar barədə razılığa gələrək, müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən etmişdir. Nəticədə müqavilənin bağlanması kreditin verilməsi və onun əsasında iddiaçıya cavabdeh tərəfindən edilən ödəmələr ilə öz əksini tapmışdır. Bundan əlavə 07 aprel 2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 Məhkəməyə iddia ərizəsi ilə birlikdə göndərilmiş **********796 nömrəli, 03 noyabr 2022-ci il tarixli maliyyə cədvəlində, İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilənin 06 yanvar 2012-ci il tarixli 8-20865-7 saylı qeyd edilməsini, 06 yanvar 2012-ci il tarixinin texniki səhvliklə yazıldığını və onun xx.xx.2011-ci il kimi yazılmalı olduğunu, 8-20865-7 nömrənin isə müqavilənin sistemdəki nömrəsi olduğunu bildirdiyini və müqavilə nömrəsinin 978 kimi nəzərə alınmasını məhkəmədən xahiş etdiyindən məhkəmə belə hesab edir ki, qeyd olunan hal 07 aprel 2023-cü il tarixli məhkəmə iclasında həllini tapmışdır. Müəyyən edilmiş hallara münasibətdə məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında borc müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də aiddir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən, müəyyən edilir ki, İddiaçı ASC-nin 12 saylı filialı ilə Cavabdeh MMC arasında bağlanmış olan 15 fevral 2011-ci il tarixli, 978 saylı təminatlı kredit müqaviləsi əsasında verilən 2 300 000 manat məbləğində kredit vəsaitindən əsas borc cavabdeh tərəfindən həm iddiaçı təşkilatın özünə, həm də 15 fevral 2011-ci il tarixli, 978 saylı təminatlı kredit müqaviləsi üzrə tərəf olmayan SİF-ə üzərinə götürdüyü öhdəliyi pozaraq ödəmişdir. Lakin SİF-ə ödəmə edilməyə başlandıqdan sonra iddiaçıya faiz məbləğlərinin və əsas məbləğlərin ödənilmədiyi cavabdehin nümayəndəsi tərəfindən izah və izahatlarında dəfələrlə qeyd edilmişdir. Cavabdehin kredit üzrə əsas borc məbləğindən iddiaçı təşkilata ödənilməsi 15 may 2023-cü il tarixli, **********180 nömrəli, LPO ”Bank of Azerbaijan” ASC tərəfindən ekspertə təqdim edilmiş "xxxx" MMC-nin 978/F12 saylı kredit müqaviləsi üzrə ödənişləri və silinmələri barədə arayış ilə, o cümlədən, tərəflərin izahatları və digər səndələr ilə öz əksini tapmış, cavabdehin kredit üzrə əsas borc məbləğindən SİF-ə ödənilməsini təsdiq edən hal isə “Naxçıvan Muxtar Respublikasının X7” X23 tərəfindən təqdim edilmiş 05 noyabr 2022-ci il tarixli, 79 nömrəli “Hüquqi şəxs "xxxx" MMC-yə verilmiş kredit vəsaiti haqqında məlumat” ilə, 30 iyun 2016-cı il tarixli, 45 nömrəli, 27 iyul 2016-cı il tarixli, 25 nömrəli, 26 oktyabr 2016-cı il tarixli, 82 nömrəli, 31 oktyabr 2016-cı il tarixli, 27 nömrəli, 16 avqust 2016-cı il tarixli, 67 nömrəli qəbzlərlə təsdiq edilmiş, həmin məbləğlərin də SİF tərəfindən Banka ödənilərək cavabdehin əsas məbləğdən borcunun qalmadığı 08 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında, 09 oktyabr 2023-cü il tarixli məhkəmə baxışı içlasında iddiaçının nümayəndəsinin izahı və izahatları ilə həmçinin xx.xx.2019-cu il tarixli, Bakı şəhərində bağlanmış Naxçıvan Muxtar Respublikasının X7” ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu arasında bağlanmış müqavilə öz təsdiqini tapmışdır. İddiaçı təşkilatın nümayəndəsi əsas məbləğin ödənilməsini qəbul etdiyindən, məhkəmə tərəfindən bunun tərəflər tərəfindən mübahisələndirilməyən hal olduğu müəyyən edildiyindən, araşdırılmayacağı qənaətinə varılır. Məhkəmə iddiaçı və cavabdeh arasında razılaşma olmadan üçüncü tərəfə cavabdeh tərəfindən ödəmənin aparılması, iddiaçı tərəfindən qeyri-qanuni hesab edilməsini dəfələrlə izahatlarında və etirazlarında qeyd etməsini və qanunun tələblərini nəzərə alaraq, həmin ödəmələrin prosessual müddətin axımının dayanması kimi qəbul etməməkdədir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən 15 may 2023-cü il tarixli, **********180 saylı "xxxx" MMC-nin 978/F12 saylı kredit müqaviləsi üzrə ödənişləri və silinmələri barədə arayışda (xx.xx.2019-cu il tarixdə olan 2 300 000.00 manat məbləğin X12 ödəməsi nəzərə alınaraq) son ödəmənin və silinmənin xx.xx.2016-cı il tarixdə cavabdeh tərəfindən iddiaçıya ödənildiyi iddiaçı tərəfindən sübut kimi təqdim olunmuşdur. İş üzrə araşdırmanın cavabdehin faiz və cərimə borcunun olub-olmaması istiqamətində aparılarkən, tərəflərin izahatı əsasında müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi əsas məbləğ ödənildikdən sonra, xx.xx.2022-ci il tarixə "xxxx" MMC-nin LPO İddiaçı ASC-yə 405 153,28 manat faiz borcu, 131 035,15 manat cərimə borcu olmaqla, cəmi 536 188,43 manat məbləğində borcunun yarandığını bildirsə də, cavabdehin nümayəndəsi izahatında, İddiaçı ASC vasitəsilə milyon yarım pulu Sahibkarlıq Fonduna ödədiklərini, İddiaçıın həmin pulu Sahibkarlıq Fonduna qaytarmadığını, Sahibkarlıq Fondunun onlarla o vaxt konflikdə olduğunu, “pullar hardadır” deyə bildirdiklərini, indiki Baş nazir Səbuhi müəllimin o vaxt Mərkəzi Bankın sədri olduğunu, İqtisadiyyat naziri ilə Mərkəzi Bankın sədrinin göstəriş verərək ”pulları İddiaçı ASC-yə ödəməyin, pulları gətirib birbaşa X1 hesabına ödəyin, onlar da sizin əməliyyatı aparmadığı üçün heç bir faiz ödəmiyəcəksiniz. Bankın öhdəliyi pulları sizdən alıb Fonda qaytarmaq idi. Öz vəzifəsini yerinə yetirmirsə siz pulu birbaşa Fonda ödəyin. Bununla da sizin vəzifəniz qurtardı. Bankın sizdən tələb etmək haqqı yoxdur” deyə bildirdiklərini, iddiaçının nə haqla onlardan faiz borcunu tələb etdiklərini, Bankın pulu onlardan alıb verməli olduğunu, bunun bankın funksiyası olduğunu, Bankın onun içindən öz faizini, haqqını götürməli olduğunu, bankın bunları etmədiyini bildirdiyindən nətiəcədə Məhkəmə cavabdehin göstərişlərdən, yəni xx.xx.2016-cı il tarixdən sonra iddiaçıya əsas borc məbləğini müqviləyə əsasən öhdəliyini yerinə yetirməyərək, ödəmədiyindən əsas borcdan və faiz məbləğlərindən borcu olduğu bilinməkdədir. Belə ki, Cahan Motors MMC tərəfindən NAX MR X17na əsas borc məbləğlərin ödənilməsini təsdiq edən qəbzlər, o cümlədən, 15 may 2023-cü il tarixli, **********180 saylı "xxxx" MMC-nin 978/F12 saylı kredit müqaviləsi üzrə ödənişləri və silinmələri barədə arayış əsasında əsas borc məbləğlərinin bir hissəsinin göstərişdən, yəni xx.xx.2016-cı ildən sonra, iddiaçıya deyil, NAX MR X12 hesabına ödənildiyi müəyyən edilmişdir. Eyni zamanda “Naxçıvan Muxtar Respublikasının X7” X23 tərəfindən təqdim edilmiş 30 mart 2023-cü il tarixli, 21 nömrəli məktubdan görünür ki, “Cahan Motors MMC və İddiaçı arasında bağlanılmış kredit müqaviləsi üzrə minik, yük və avtobusların baxışı və təmiri müəssisəsinin yaradılması məqsədilə 2011-ci ildə cəmiyyətə ayrılmış 2.300.000,0 (iki milyon üç yüz min) manat həcmində kredit vəsaitindən sonuncu dəfə xx.xx.2018-ci il tarixdə 723.848,69 (yeddi yüz iyirmi üç min səkkiz yüz qırx səkkiz, 69 qəpik) manat həcmində əsas məbləğ ödənilərək kredit borcunun əsas məbləğdən olan hissəsinin bağlanılması təmin edilmişdir” qeydi bu halın sübutudur. Bu hal onu deməyə əsas verir ki, qeyri qanuni yolla olsa da iddiaçıya əsas borc aidiyyəti olmayan üçüncü şəxs tərəfindən tamamilə ödənilmiş, həmin məbləğin bir hissəsi birbaşa banka ödənilən anadək cavabdehin faiz borcu qalmamış, qalan hissəsi isə qeyri qanuni yolla, yəni göstəriş əsasında, (xx.xx.2016-cı ildə son ödəmə iddiaçıya ödənilməmişdir) müqavilə üzrə tərəf olmadığı təqdirdə SİF-ə ödənilərək SİF tərəfindən xx.xx.2019-cu il tarixdə banka ödənildiyindən, həmin məbləği iddiaçı təşkilat qəbul etməsinə baxmayaraq müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, iddiaçı təşkilat xx.xx.2016-cı il tarixdən öhdəliklərin icra edilməli olduğu vaxt dövrünə qədər yəni 15 fevral 2018-ci il tarixə qədər əldə etməli olduğu faizlərdən məhrum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, məhkəmə həqiqətə nail olmaq, işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə cavabdehin iddiaçıya faiz və cərimə borcunun olub-olmadığının, əgər varsa həmin məbləğin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. xx.xx.2023-cü il tarixli, 417 saylı ekspert rəyinin nəticə hissəsində Cavabdeh MMC-nin, ləğv prosesində olan “Bank of Azerbaijan’" ASC-yə 18 yanvar 2018-ci il tarixə (sualda göstərilən tarixə) kredit üzrə olan faiz borcu 207 100,09 (iki yüz yeddi min yüz manat doqquz qəpik) 28 oktyabr 2022-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə) kredit üzrə olan faiz borcu 207 100,09 (iki yüz yeddi min yüz manat doqquz qəpik) manat təşkil etmiş, 15 fevral 2011-ci il tarixli, 978 saylı Kredit müqaviləsinə əsasən kredit müqavilələri üzrə cərimə pulu bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank Cavabdeh MMC-yə cərimə hesablamadığından, buna görə də hazırki tədqiqatla Cavabdeh MMC-yə cərimə hesablanmadığı göstərilmişdir. 14 avqust 2023-cü il tarixli məhkəmə iclasında İddiaçının nümayəndəsi Nümayəndə2 ekspert rəyi ilə razılaşdığını bildirsə də, sonradan iddia müddətinin tətbiqinə dair etiraz ərizəsi ünvanlayaraq həmin ərizədə ekspert tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 417 saylı ekspert rəyinin tərəflərindən ekspertə tələb olunan bütün sənədlər göndərilməsinə baxmayaraq yalnız Naxçıvan Muxtar Respublikası SİF tərəfindən verilmiş sənədləri əsas götürülməklə verildiyini, onların təqdim etdikləri hesabdan çıxarış məlumatların və digər sənədlərin nəzərə alınmadığını bildirərək izahatı ilə etirazda qeyd etdikləri arasında uyğunsuzluqların aşkar edildiyi görünməkdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, digər sübut növləri kimi ekspert rəyinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. Nəticədə, iş üzrə təqdim edilmiş iş materialları tam və hərtərəfli araşdırılmadan, iddiaçının ekspertə təqdim etdiyi 15 may 2023-cü il tarixli, **********180 nömrəli arayışda SKMF-na xx.xx.2016cı il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilən məbləğləri iddiaçıya ödənilən məbləğlər kimi nəzərə alaraq rəy verildiyindən, məhkəmə həmin rəyin qismən əsaslı olduğu qənaətinə gəlir. Bununlada məhkəmə cavabdehin iddiaçıya borcunun olduğu hissəsində ekspert rəyi ilə razılaşsa da borcun düzgün hesablanması hissəsində razılaşmamaqdadır. Həmçinin Məhkəmə iş üzrə adı çəkilən “Naxçıvan Muxtar Respublikasının X7” X23-nin (Əvvəlki adı: Naxçıvan MR X17) xidməti adının dəyişməsinə münasibət bildirərkən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur müddəasına dayanaraq tərəflər tərəfindən bu məsələnin mübahisələndirilə bilinməyəcəyini qeyd edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, cavabdehin vəkilinin göndərdiyi ərizəni və işdə olan sənədləri dəqiqliklə tədqiq edib və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia müddəti tətbiq olunaraq iddiadan imtina edilməsi barədə qərar çıxarılması qanunamüvafiqdir. Belə ki, cavabdeh tərəfdən iddia müddətinin tətbiqinə dair ərizə ilə birlikdə məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının və digər məhkəmələrin qərarlarına nəzər saldıqda məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılan vahid məhkəmə təcrübəsi əsasında aşağıdakılar müəyyən edilir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı) İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir., fikirləri tam bu iş üzrə olan sübutlarda olan yalnışlıqların olması, sənədlərin itirilməsi səbəbindən natam və bir-biri ilə ziddiyətli olmasında təzahür etməkdədir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Qeyd edilənlərlə əlaqədar ilk olaraq öhdəlik hüquq münasibətlərinin yaranma tarixinə nəzər salsaq görərik ki, tərəflər arasında kredit müqaviləsi xx.xx.2011-ci il tarixdə bağlanmış, həmin müqavilənin 1.1-ci maddəsinə əsasən öhdəliklərin icra müddəti üçün 84 ay yəni 7 il, 14.1-ci maddəsinə əsasən isə müqavilənin qüvvədə olma müddətinin müddətsiz olaraq bu müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi tarixədək qüvvədə qalacağı müəyyən edilmişdir. Müqavilənin qeyd edilən müddəalarından da aydın olur ki, öhdəliklərin icra müddəti ilə müqavilənin qüvvədə olma müddəti fərqli anlayışlardır. Belə ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. (lakin icra müddəti bitdikdən, iddia müddəti keçdikdən sonra iddia müddətinin tətbiqinə dair ərizə verildiyi hallar istisna olmaqla) Həmin Məcəllənin 419.1-ci maddəsinə əsasən müqavilələrin standart şərtlərinin formaca qeyriadi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Həmin Məcəllənin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Belə ki, 399.3-cü maddənin məzmunundan göründüyü kimi, öhdəliklərin xitamına əsas kimi müqavilənin qüvvədə olma müddətinin bitməsi göstərilmişdir. Bu iş üzrə 15 fevral 2011-ci il tarixli, 978 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Borc verən Borc alana Cahan Motors MMC-ə 2 300 000 (iki milyon üç yüz min) manat məbləğində (bundan sonra Kredit məbləği) 84 ay müddətinə illik 6 (Altı) faizlə kredit verməyi, Borc alan isə Kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmıș faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə kreditin 84 ay (yeddi il) müddətinə verildiyi və həmin müddətdə geri qaytarılması aşkar surətdə qeyd edilmişdir. Belə ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Odur ki, tərəflər arasında bağlanmış müqavilədə kreditin müddətinin 84 ay, yəni 7 il ilə müəyyən olunduğunu, həmin müddətin də öhdəliklərin icra edilməsinin vaxtı ilə tənzimləndiyini görmək mümkündür. Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı) Kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri) (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı) Belə olduğu halda hazırkı müqavilə üzrə şərtləşdirilmiş qaydada müqavilənin müddətsiz olaraq yəni bütün öhdəliklərin icra edilməsi anına qədər qüvvədə olması halı nəzərdə tutulsa da, kreditor icra müddəti bitdikdən sonra bu hala əsaslanaraq qanunla müəyyən edilmiş iddia müddəti ötürüldükdən sonra və bu barədə cavabdeh tərəfdən iddia müddətinin tətbiqinə dair ərizə təqdim edildikdən sonra borcludan öhdəliyin icra edilməsini tələb etməkdə haqlı deyildir. Göstərilənləri nəzərə alaraq, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). İddiaçı 1-ci ərizəyə etirazında xx.xx.2022-ci il tarixində mediasiya prosesinə başlandığını və sonra iddia ilə məhkəməyə müraciət etdiyi, bununla da iddia müddətinin ötürüldüyünü, bununla bağlı olaraq xx.xx.2011-ci il tarixli 978 saylı kredit xətti müqaviləsi üzrə LPO İddiaçı ASC tərəfindən məhkəməyə və ekspertiza idarəsinə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına digər sənədlərə əsasən sonuncu ödənişin xx.xx.2019-cu il tarixində 2 300 000 manat məbləğində olduğunu bildirərək, iş üzrə iddia müddətinin xx.xx.2022-ci il tarixində bitdiyini qeyd etsə də bununla bağlı məhkəmə bildirir ki, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında sonuncu ödənişin xx.xx.2019ci il tarixdə 2 300 000 manat məbləğində borcun iddiaçının nümayəndəsinin izahatlarıda və təqdim etdikləri xx.xx.2019-cu il tarixli, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının X7” ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu arasında bağlanmış müqavilə və digər sənədlərlə də cavabdeh tərəfindən banka ödənilməsi görünməməkdədir. Belə ki, qeyd edilən məbləğin cavabdeh tərəfindən SİF-in hesabına ödənilməsi ilə bağlı məhkəməyə 30 iyun 2016-cı il tarixli, 45 nömrəli 27 iyul 2016-cı il tarixli, 25 nömrəli 27 iyul 2016-cı il tarixli, 25 nömrəli 31 oktyabr 2016-cı il tarixli, 27 nömrəli 16 avqust 2016-cı il tarixli, 67 nömrəli qəbzlər təqdim edilmiş və Naxçıvan Muxtar Respublikasının X7” X23 tərəfindən Məhkəməyə təqdim edilən 30 mart 2023-cü il tarixli, 21 nömrəli cavab məktubunda öz əksini tapmaqdadır. Odur ki, iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında sədrlik edənin sualına əsasən xx.xx.2019-cu il tarixdə sonuncu ödəmənin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən həyata keçirildiyini bildərərək təqdim etdiyi etirazda Məhkəmənin sualına verilən cavab arasında uyğunsuzluq aşkar edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən xx.xx.2019-cu il tarixdə əsas borc məbləğinin SİF tərəfindən Bankın hesabına ödənilməsini nəzərə alaraq məhkəmə tərəfindən müəyyən edilir ki, hazırkı müqavilə üzrə Cavabdeh MMC və İddiaçı ASC tərəf qismində iştirak etmiş, müqavilə həmin tərəflər üçün məcburi xarakter almış, Naxçıvan Muxtar Respublikasının X3 üçüncü şəxs qismində iştirak etməsi və ya kredit məbləğinin onun hesabına köçürülməsi ilə bağlı müddəalar öz əksini tapmamışdır. MM-in 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulduğu hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Bu səbəbdən, müqavilə üzrə tərəf olmayan şəxsə və ya təşkilata ödənişin edilməsi iddiaçı təşkilata ödənilmənin həyata keçirilməsi və ya borcun etiraf edilməsini göstərən hərəkətlər kimi nəzərə alınmamaqla, eyni zamanda Naxçıvan Muxtar Respublikasının X3 da iddiaçı təşkilatın hesabına ödəniş etməsinin cavabdeh tərəfindən ödənilməsi kimi nəzərə alına bilməz. Bundan əlavə xx.xx.2011-ci il tarixli 978 saylı təminatlı kredit müqaviləsinin 7.1.5-ci maddəsinə müvafiq olaraq, bu Müqavilə əsasında ona məxsus olan tələbi başqa şəxslərə vermək borc verənin hüququ kimi göstərilsə də, həmin maddənin tələbinə müvafiq surətdə iddiaçı ləğv prosesində olan ”Bank of Azerbaijan” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Naxçıvan Muxtar Respublikasının X7 arasında bağlanılan müqavilə tədqiq edildikdə görünür ki, həmin müqavilə 723.848,69 (yeddi yüz iyirmi üç min səkkiz yüz qırx səkkiz, 69 qəpik) manat olmaqla “xx.xx.2018-ci il tarixdə cavabdeh tərəfdən Naxçıvan Muxtar Respublikasının X5 sonuncu ödəniş edildikdən müəyyən müddət sonra, yəni 31 oktyabr 2019-cu il tarixdə bağlanmış, həmin tarixdən etibarən artıq ödənilməsi başa çatdırılmış məbləğlərin Əmanətlərin Sığortalanması Fondu tərəfindən nəzərə alınması və Fondun hesabına köçürülməsi nəzərdə tutulduğundan, o cümlədən, göstərilən tarixlərdən sonra müqavilənin bağlanması nəticəsində digər təşkilatlarin öz mənafelərinə uyğun hərəkət etmələri mülki dövriyyə azadlığının təminatı kimi çıxış edən borclunun sərbəst iradə ifadəsinin, müqavilə maraqlarının pozulmasına səbəb olduğundan və cavabdehin iradə ifadəsi nəzərə alınmadan, xəbərdar edilmədən və müqaviləni bağlayan tərəflərin sənədləşmə xatirinə həmin müqaviləni bağladıqlarını göz önündə tutaraq məhkəmə hesab edir ki, həmin müqaviləyə əsasən Naxçıvan MR-nın X7 tərəfindən Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna ödənilən məbləğlər cavabdehin ödəməsi kimi nəzərə alına bilməz və bu halı təsdiq edən sübut deyildir. Həmin müqavilənin: 1.1.-ci bəndindən görünür ki, bu müqavilənin predmeti Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan Bank of Azerbaijan ASC üzrə X3 vəsaiti hesabına güzəştli kredit almış 29 (iyirmi doqquz) sahibkarlıq subyekti tərəfindən X3 hesabına birbaşa ödədikləri 6.741.869,45 (altı milyon yeddi yüz qırx bir min səkkiz yüz altmış doqquz manat qırx beş qəpik) manat vəsaitin Əmanətlərin Sığortalanması Fondu tərəfindən nəzərə alınması və bu istiqamətində zəruri tədbirlərin görülməsi üzrə münasibətləri tənzimlənməsindən ibarətdir. 2.1-ci bəndindən görünür ki, X7 Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan Bank of Azerbaijan ASC üzrə sahibkarlıq subyektləri tərəfindən Fondun hesabına birbaşa ödənilmiş 6.741.869,45 (altı milyon yeddi yüz qırx bir min səkkiz yüz altmış doqquz manat qırx beş qəpik) manat vəsaitin müqaviləyə əlavə olunmuş siyahıya uyğun Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsini təmin edir. 2.2-ci bəndindən görünür ki, Əmanətlərin Sığortalanması Fondu müqavilənin 2.1-ci bəndinə əsasən köçürülmüş 6.741.869,45 (altı milyon yeddi yüz qırx bir min səkkiz yüz altmış doqquz manat qırx beş qəpik) manat vəsaitdən X7 tərəfindən onun ləğvetməsində olan Bankın müvafiq hesabına siyahı üzrə ödənilmiş vəsaitin 3 (üç) bank günündən gec olmayaraq tam şəkildə X3 hesabına geri qaytarılmasını təmin edir. Beləliklə, xx.xx.2011-ci il tarixdə bağlanmış 978 saylı təminatlı kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti (xx.xx.2016-ci il tarixdən cavabdeh tərəfindən idiaçıya ödənilmədiyi nəzərə alınaraq) xx.xx.2018-ci il tarixdə bitərək, iddia müddətinin axımı xx.xx.2018-ci il tarixin ertəsi gün, yəni xx.xx.2018-ci il tarixdən başlandığından, iddia müddətinin kəsilməsinə və ya dayandırılmasına əsas olan hallar iş materiallarında müşayiət edilmədiyindən, həmçinin iş materiallarına əlavə edilməməsinə baxmayaraq cavabdeh tərəfin “iddia müddətinin tətbiqinə dair əsaslandırmanın dəyişdirilməsi barədə ərizəsinə müvafiq olaraq iddiaçının xx.xx.2019-cu il tarixdə Naxçıvan MR-nın İnzibati-İqtisadi Məhkəməsinə iddiası ilə bağlı müraciət edib həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-2(087)-37/2019 nömrəli qərardadı ilə baxılmamış saxlanıldığından, həmin qərardaddan verilmiş Apellyasiya şikayəti də Naxçıvan MR-sı Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(108)-02/2019 nömrəli qərardadı ilə təmin edilmədiyindən, həmçinin iddiaçı bu xüsusata etiraz etmədiyindən və qəbullandığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinin tələbinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada, yəni xx.xx.2018-ci il tarixdən davam etdiyindən, müqavilə tələbləri üzrə üç illik iddia müddətinin iş üzrə tətbiqində xx.xx.2021-ci il tarixinə təsadüf etdiyindən, iddiaçı təşkilat isə yalnız 04 noyabr 2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təkliflə mediasiyaya müraciət edərək daha sonra xx.xx.2023-cü il tarixdə iddia ərizə ilə məhkəməyə müraciət etdiyindən məhkəmə belə qərara gəlir ki, qanunla müəyyən edilən iddia müddəti buraxılmışdır. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutları, müəyyən edilən halları, izahatlarla təqdiq edilən sənədlər arasında olan ziddiyyətləri nəzərə alaraq və belə ziddiyətli məqamların iddiaçı tərəfindən aradan qaldırılmasına dair sübutlar və mülahizələr verilmədiyindən, belə qərara gəlir ki, iş üzrə qanunla müəyyən edilmiş iddia müddəti ötürüldüyündən, iddia müddəti tətbiq olunmalı, nəticədə iddia tələbindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 112.2-ci maddəsinə əsasən iddia qiymətinə həm də iddia ərizəsində göstərilən dəbbə pulu (cərimələr, penyalar) da daxil edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. xx.xx.2022-ci il tarixli, Ə-1192 nömrəli X9 iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə göndərilmiş mediasiyanın tətbiqi barədə təklifə əsasən “tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli 978 saylı kredit müqaviləsinin şərtlərinə əməl edilməməsinə dair kommersiya mübahisəsi barədə 06 dekabr 2022-ci il tarixdə keçirilən İMS-də iddiaçı LPO İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli **********688 saylı etibarnamə əsasında çıxış edən nümayəndəsi X16 iştirak etmiş və LPO İddiaçı ASC tərəfindən 400 AZN məbləğində İMS xərci ödənilmiş, Cavabdeh MMC isə İMS-barədə bildiriş göndərilməsinə baxmayaraq mediasiya prosesində iştirak etməyən tərəf kimi çıxış etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Belə ki, hazırkı iş üzrə iddianın qiyməti 536.188,43 manat (beş yüz otuz altı min yüz səksən səkkiz manat, qırx üç qəpik) manat təşkil edir. İddianın qiymətinə müvafiq olaraq ödənilməli olan rüsum, “Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 8 və 8.1.4-cü maddələri rəhbər tutularaq 826,19 (səkkiz yüz iyirmi altı manat 19 qəpik) manat məbləğində hesablanmışdır. İddiaçı təşkilat tərəfindən xx.xx.2022-ci il tarixli, 109589 nömrəli mədaxil qəbzi əsasında cavabdeh tərəfin iştirak etmədiyi X10 keçirilməsi ilə bağlı 400 (dörd yüz) manat məbləğində ödənilən mediasiya xərci 826,19 (səkkiz yüz iyirmi altı manat 19 qəpik) manat məbləğində ödənilməli olan dövlət rüsumunun 400 (dörd yüz) manat hissəsini əhatə etdiyindən və tərəf çəkdiyi xərc həddində dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, qalan hissəyə dair 427,00 (dörd iyirmi yeddi) manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbz iş materiallarına əlavə edilmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8 və 8.1.4-cü maddələrinə əsasən Məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddianın qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda dövlət rüsumu 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində hesablanır. İddiaçı X10 keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcini və dövlət büdcəsinə ödənilmiş 427,00 (dörd iyirmi yeddi) manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsini məhkəmədən xahiş etsə də, iddiaçının tələbinə münasibətdə iddia müddəti tətbiq edilərək, iddia təmin edilməyəcəyindən İMS ilə əlaqədar ödənilən 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və 426,19 (dörd iyirmi altı manat 19 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməli, iddiaçı dövlət büdcəsinə ödənilməli olan 400 (dörd yüz) manat məbləğində dövlət rüsumundan azad olunduğundan məhkəmə həmin hissəyyə MPM-nin 124.2-ci maddəsinə əsasən yenidən alınmaması qənaətində olaraq, artıq ödənilən 0.81 (səksən bir) manatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçıya qaytarılması qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddiaçı LPO İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-dən 15 fevral 2011-ci il tarixli, 978 saylı kredit müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixə LPO İddiaçı ASC-nin xeyrinə 405.153,28 manat (dörd yüz beş min yüz əlli üç manat, iyirimi səkkiz qəpik) faiz borcu, 131.035,15 manat (yüz otuz bir min otuz beş manat, on beş qəpik) cərimə borcu olmaqla, cəmi borc üzrə 536.188,43 manat (beş yüz otuz altı min yüz səksən səkkiz manat, qırx üç qəpik) borcun, X10 keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində rüsumun və məhkəməyə ödənilmiş 427 (dörd yüz iyirmi yeddi) manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə iddiası iddia müddəti tətbiq edilərək təmin edilməsin. İddiaçı tərəfindən X10 keçirilməsi ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci və iddianın verilməsinə görə dövlət büdcəsinə ödənilmiş 427 (dörd yüz iyirmi yeddi) manatın 426,19 (dörd iyirmi altı manat 19 qəpik) manatı məbləğində dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçının özünə aid edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən 0.81 (səksən bir qəpik) manat artıq ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılsın. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar