Məhkəmə qərarları › İş №e-2-2(123)-16/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-16/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-16/2024 29.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və onun nümayəndəsi Nümayəndə 07 iyul 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 28 yanvar 2020-ci il tarixli, KT2801/02 saylı kredit müqaviləsi üzrə 19 may 2023-ci il tarixə 4 413 (dörd min dörd yüz on üç) manat əsas borc, 377.85 (üç yüz yetmiş yeddi manat 85 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4 790.85 (dörd min yeddi yüz doxsan manat 85 qəpik) kredit borcu öhdəliyi olaraq, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 60 (altmış) manat və iddia ərizəsinin verilməsinə görə ödənilən 7.91 (yeddi manat 91 qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 23 000 (iyirmi üç min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********65-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 2ində 0.146 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh1 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi barədə Qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli, KT2801/02 saylı kredit müqaviləsinə əsasən Borcalana Bank tərəfindən 36 ay müddətinə illik 15% dərəcəsi ilə 15 000 (on beş min) manat məbləğində kredit verildiyini, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********65- 10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 2ində 0.146 ha torpaq sahəsində fərdi yaşayış evinin 28 yanvar 2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edildiyini, İpoteka müqaviləsinin müvafiq olaraq Şərur rayon 1 saylı notariat ofisində təsdiq edildiyini və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlakın yüklülüyünün qeydiyyata alındığını, Kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Cavabdeh2 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, onun, bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində onun adına xx.xx.2023-cü il tarixə adına 530 gecikmə günü qeydə alındığını, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, ipoteka müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəli olduğunu, borcun qaytarılması ilə bağlı Borcalan Cavabdeh2 ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edildiyini, onlara məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktubları müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyinin bildirildiyini, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildiriş borcalan-ipoteka qoyan – Cavabdeh2 ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edildiyini və bildirişin dövlət qeydiyyatına alındığını, xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə Borcalana təklif ünvanlandığını, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilsədə, Borcalanın X1 iştirak etmədiyini, Kredit müqaviləsinin 5.8 bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi ödənildiyini, kredit müqaviləsinin 5.12-ci bəndinə əsasən müqavilə şərtləri Borcalan tərəfindən pozulduğu halda, kredit üzrə borc və hesablanmış faizlər, cərimələr və borcla əlaqədar Bankın təsdiqlənmiş xərclərinin Borcalan tərəfindən ödənildiyini, Kredit müqaviləsinin 7-ci bəndinə əsasən Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə, Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb edə biləcəyini, Kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən bu müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiyinin və tərəflərin bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalacağının müəyyənləşdirildiyini, ipoteka müqaviləsinin 4-cü bəndinə əsasən ipoteka saxlayanın tələbinin ipoteka hesabına Bankın Borcalana verdiyi kredit, ona hesablanacaq faizlər, cərimələr və borcla əlaqədar Bankın digər xərcləri daxil edilməklə tam həcmdə təmin edildiyini, İpoteka müqaviləsinin 9-cu bəndinə əsasən əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda və.s ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yarandığını, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişdə ipoteka qoyanlara və borcalana - Cavabdeh2 “İpoteka haqqında” Qanunun 36.2.3-cü maddəsinə və İpoteka müqaviləsinin 9.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında keçirilməsinə razılıq verilməsinin təklif edildiyini, bildirişin Cavabdeh2 çatdırıldığını, Cavabdeh2 28 yanvar 2020-ci il tarixli, KT2801/02 saylı kredit müqaviləsi üzrə 19 may 2023-ci il tarixə 4 413 (dörd min dörd yüz on üç) manat əsas borc, 377.85 (üç yüz yetmiş yeddi manat 85 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4 790.85 (dörd min yeddi yüz doxsan manat 85 qəpik) kredit borcu öhdəliyinin olduğunu, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli olduğunu, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli olduğunu, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququnun olduğunu, (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsi), öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşüldüyünü, (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsi). öhdəliyini icra etməyən borclunun kreditora dəymiş zərərin əvəzini ödəməyə borclu olduğunu, (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443-cü maddəsi), öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsinin Borclunun icranı gecikdirməsi sayıldığını, icranı gecikdirmiş Borclunun gecikdirmə nəticəsində və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıdığını, (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsi), özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulduğunu, (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsi), əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsinin, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verdiyini, (İpoteka haqqında Qanunun 34-cü maddəsi), ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduqlarını, (İpoteka haqqında Qanunun 59.3-cü maddəsi), İpoteka qoyan Cavabdeh2 və həyat yoldaşı Cavabdeh1 ipoteka qoyulan fərdi yaşayış evində qeydiyyatda olan şəxslər olduqlarını, X4 və X5 azyaşlı olduğundan onun qanuni nümayəndəsi olaraq atası X6 və anası Cavabdeh1 işə cəlb oluduğundan cavabdeh kimi qeyd edilmədiyini, Kredit müqaviləsinin 6.4.7-ci bəndinə əsasən Borcalanın qeydiyyat ünvanını, faktiki yaşayış yerini, adını, soyadını dəyişməsi və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsir edə biləcək başqa öhdəliklərin yaranması barədə 3 (üç) iş günü müddətində Banka məlumat verməli olduğunu qeyd etməklə əsaslandırmışdır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə e-2-2(123)-119/2023 saylı iş üzrə icraata “1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh1 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi” tələbinə dair hissədə xitam verilməsi, e-2-2(123)-119/2023 saylı işə “Cavabdeh2 28 yanvar 2020-ci il tarixli, KT2801/02 saylı kredit müqaviləsi üzrə 19 may 2023-ci il tarixə 4 413 (dörd min dörd yüz on üç) manat əsas borc, 377.85 (üç yüz yetmiş yeddi manat 85 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4 790.85 (dörd min yeddi yüz doxsan manat 85 qəpik) kredit borcu öhdəliyi olaraq, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 60 (altmış) manat və iddia ərizəsinin verilməsinə görə ödənilən 7.91 (yeddi manat 91 qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 23 000 (iyirmi üç min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********65-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 2ində 0.146 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi” tələbi həcmində baxılması qərara alınmışdır. 29 fevral 2024-cü il tarixə, saat 09:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh2 məhkəmə baxışı iclasında iştirak etməmişlər. 29 fevral 2024-cü il tarixdə iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə elektron qaydada ərizə ünvanlanaraq həmin ərizədə, iş üzrə məhkəmə baxış iclasının xx.xx.2024-cü il tarixə, saat 09:05-ə təyin edildiyi, iddia tələblərini müdafiə etdiklərini bir daha bildirməklə yanaşı, işlərin çoxluğunu nəzərə alaraq xx.xx.2024-cü il tarixə, saat 09:05-ə təyin edilmiş məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsi və müvafiq məhkəmə qərarının çıxarılmasının məhkəmədən xahiş edildiyi, işə cavabdeh tərəflərin iştirakı olmadan baxılmasına etiraz etmədikləri qeyd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 04 aprel 2023-cü il tarixli, №-348 nömrəli X1 İştirak edilməməsi barədə arayışdan görünür ki, 04 aprel 2023-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə keçirilmiş mediasiya sesiyasında Cavabdeh2 iştirak etməmiş, iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. 28 yanvar 2020-ci il tarixli, KT2801/02 nömrəli Kredit müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC-nin Şərur rayon filialının müdiri X7 şəxsində və digər tərəfdən Naxçıvan MR, Şərur rayon Düdəngə kəndində yaşayan vətəndaş Cavabdeh2 şəxsində müəyyən edilmiş şərtlərlə tam razılıq əsasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, Bank Borcalana kənd təsərrüfatı (heyvandarlıq-iribuynuzlu) üçün 36 ay müddətinə 15000 (on beş min) manat məbləğində illik 15% (on beş) dərəcəsi ilə kreditin tam və ya hissə-hissə verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür və öhdəliyin icrasının təminatı kimi Banka DƏTMDK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, №000047953 saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus, dəyəri 23000 (iyirmi üç min) manat olan daşınmaz əmlakı (fərdi yaşayış) təqdim edir. 3.1-ci bəndindən görünür ki, Bankla İpotekaqoyan və Borcalan arasında 28 yanvar 2020-ci il tarixdə bağlanmış ipoteka müqaviləsi bu müqavilə ilə bağlı münasibətləri tənzimləyəcəkdir. 5.1-ci bəndindən görünür ki, Borcalan kreditin əsas məbləğini, ona hesablanmış faiz borcunu və cərimələri ödəməlidir. 5.3-cü bəndindən görünür ki, kredit və ona hesablanmış faizlərin ödənilməsi kreditin verildiyi valyuta ilə müqaviləyə əlavə olunan qrafikə uyğun olaraq həyata keçirilir. 6.1.8-ci bəndindən görünür ki, bu müqavilə pozulduğu halda kredit üzrə borcun qaytarılmasını və hesablanmış faizlərin, cərimələrin və müqavilənin 5.12-ci bəndinə əsasən Bankın təsdiqlənmiş xərclərinin ödənilməsini Borcalandan tələb etmək Bankın hüququdur. 6.1.9-cu bəndindən görünür ki, borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə öhdəliyin girov qoyulmuş əmlak hesabına ödənilməsini tələb etmək Bankın hüququdur. 6.4.1-ci bəndindən görünür ki, ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirmək borcalanın vəzifəsidir. 6.4.5-ci bəndindən görünür ki, kreditin bütün məbləğini, ona hesablanmış faizləri, cərimələri və borcun qaytarılması ilə əlaqədar digər xərcləri tamamilə ödəmək borcalanın vəzifəsidir. 6.4.6-cı bəndindən görünür ki, Bank qarşısında olan öhdəliyinə özünün bütün əmlakı ilə kredit borcu, faizlər, cərimələr və bankın digər təsdiqlənmiş xərcləri həddində cavab vermək borcalanın vəzifəsidir. 28 yanvar 2020-ci il tarixli İpoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, bu müqavilə bir tərəfdən ipoteka qoyan (borcalan) Cavabdeh2 şəxsində, digər tərəfdən ipoteka saxlayan "xxxx" ASC-nin Şərur rayon filial müdiri X7 şəxsində bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını KT2801/02 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.3-cü bəndindən görünür ki, İpoteka predmetinin dəyəri “ipoteka qoyan”-ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 23000 manat (iyirmi üç min manat sıfır qəpik) məbləğində müəyyən edilmişdir. 3.1-ci bəndindən görünür ki, öhdəliyin yaranma əsası kredit müqaviləsidir. 4.1-ci bəndindən görünür ki, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlılığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə ödənilir. 11.2-ci bəndindən görünür ki, ipoteka müqaviləsinin notariat qaydasında təsdiq olunması, ipotekanın və ipoteka kağızının qeydiyyatı və əlavə qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş dövlət rüsumunu və bununla bağlı yaranan digər xərcləri ödəmək vəzifəsi ipoteka qoyanın üzərinə düşür. 28 yanvar 2020-ci il tarixli, KT2801/02 saylı kredit müqaviləsinə əlavə, kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 illik 15% dərəcəsi ilə, 36 ay müddətinə 15 000 (on beş min) manat məbləğində verilmiş kreditin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aylar üzrə ödənilməsi nəzərdə tutulmuş, əsas borcdan əlavə 36 ay müddətində ödənilməli olan faiz 3719.26 (üç min yeddi yüz on doqquz manat 26 qəpik) manat məbləğində olmaqla ümumilikdə ödənilməli olan məbləğ 18719.26 (on səkkiz min yeddi yüz on doqquz manat 26 qəpik) manat təşkil etmişdir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 255 nömrəli Arayışdan görünür ki, Cavabdeh2 məxsus Naxçıvan MR, ünvan 2i ünvanında yerləşən, 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 133.16 kv.m, yaşayış sahəsi 58.63 kv.m, yardımçı sahəsi 74.53 kv.m olan fərdi yaşayış evi (xx.xx.2016-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlak) üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 21/6 nömrəli reyestr kitabının 1114 nömrəli vərəqində qeydiyyata alınmış, eyni zamanda xx.xx.2020-ci il tarixinə olan məlumata əsasən həmin əmlaka dair məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH ******* nömrəli Çıxarışdan görünür ki, Naxçıvan MR, ünvan 2ində 0.146 ha torpaq sahəsində yerləşən xx.xx.2016-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********65-10301 reyestr nömrəli fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MA ******* nömrəli Çıxarışın surətindən görünür ki, Naxçıvan MR, ünvan 2ində 0.146 ha torpaq sahəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan **********65-10301 reyestr nömrəli fərdi yaşayış evi "xxxx" ASC-nin Şərur rayon filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** qeydiyyat nömrəli ərizə üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixdə verilmiş elektron təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin elektron təsdiqetmə bildirişindən görünür ki, 30 AZN məbləğində xidmət haqqı ödənilmişdir. 28 yanvar 2020-ci il tarixli, 0181 nömrəli Xəzinə məxaric orderindən görünür ki, Naxçıvanbank ASC-nin Şərur rayon filialı tərəfindən heyvandarlıq üçün 14720 manat (on dörd min yeddi yüz iyirmi) manat məbləğində kredit Cavabdeh2 AZ29NAXB**********2284002AZN nömrəli hesabına köçürülmüşdür. xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövrü əhatə edən hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 570 manat, xx.xx.2023-cü il tarixdə 350 manat məbləğində ödənişlər edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında 28 yanvar 2020-ci il tarixdə KT2801/02 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən borcalana kənd təsərrüfatı (heyvandarlıq-iribuynuzlu) üçün 36 ay müddətinə illik 15% (on beş) dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində kredit verilmiş, kredit məbləğinin verilməsinə dair 28 yanvar 2020-ci il tarixli, 0181 nömrəli Xəzinə məxaric orderi iş materiallarına əlavə edilmişdir. Borcalan Müqaviləyə əlavə olunan ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri, kreditin əsas məbləğini və ona hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüş, bununla yanaşı bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MA ******* nömrəli Çıxarışa əsasən Naxçıvan MR, ünvan 2ində 0.146 ha torpaq sahəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan **********65-10301 reyestr nömrəli fərdi yaşayış evi 28 yanvar 2020-ci il tarixli ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin Şərur rayon filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka qoyan kredit müqaviləsi üzrə borclu Cavabdeh2 olduğundan ipoteka müqaviləsi onun tərəfindən imzalanmış və qanunla müəyyən edilmiş qaydada notarius tərəfindən təsdiq edilmişdir. Beləliklə, hazırkı vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bununla yanaşı məhkəmə araşdırmasının obyektivliyini təmin etmək məqsədilə xx.xx.2023cü il tarixli iddia ərizəsinə müvafiq olaraq 01 sentyabr 2023-cü il tarixdə təyin edilmiş məhkəməmühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2023-cü il tarixli, 951 nömrəli rəyindən görünür ki, Cavabdeh2 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 28 yanvar 2020-ci il tarixli, KT2801/02 nömrəli kredit müqaviləsinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına və 19 may 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2nın, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 19 may 2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) kredit üzrə olan əsas borcu 4231,98 (dörd min iki yüz otuz bir manat doxsan səkkiz qəpik) manat, faiz borcu 204,55 (iki yüz dörd manat əlli beş qəpik) manat, ümumilikdə 4436,53 (dörd min dörd yüz otuz altı manat əlli üç qəpik) manat təşkil edir. 19 may 2023-cü il tarixdən 20 oktyabr 2023-cü il tarixədək ödənilmiş 3420 manat pul vəsaitinin müqaviləyə uyğun silinməsi nəzərə alındıqda Cavabdeh2nın 20 oktyabr 2023-cü il tarixə (son ödəniş tarixinə), "xxxx" Açıq Səhmdar Cəmiyyətinə faiz borcu müəyyən edilmədi, əsas borc üzrə isə 1186,48 (bir min yüz səksən altı manat qırx səkkiz qəpik) manat təşkil edir. Belə ki, ekspert tərəfindən hesabdan çıxarış məlumatlarında silinmələrin aparılmasına dair hallar müəyyən edildikdən sonra 21 fevral 2024-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə elektron qaydada “İddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə daxil olaraq həmin ərizədə 19 may 2023-cü il tarixli iddia ərizəsinin tələb hissəsinin “Cavabdeh2 28 yanvar 2020-ci il tarixli KT2801/02 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə tələb üzrə 729,55 (yeddi yüz iyirmi doqquz manat 55 qəpik) manat əsas borc, 41,30 (qırx bir manat 30 qəpik) manat faiz borcu olmaqla ümumilikdə 770,85 (yeddi yüz yetmiş manat 85 qəpik) kredit borcu öhdəliyinin, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 60 (altmış) manat və iddia ərizəsinin verilməsinə görə ödənilən 7.91 (yeddi manat 91 qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 23 000 (iyirmi üç min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********65-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 2ində 0.146 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə qətnamə qəbul edəsiniz” redaksiyasında qəbul edilməsi xahiş edilmiş, 29 fevral 2024-cü il tarixli məhkəmə baxışı iclasında məhkəmə tərəfindən işə 21 fevral 2024-cü il tarixli “İddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizədə xahiş olunan tələb həcmində baxılması qərara alınmışdır. Belə olduğu halda iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövrü əhatə edən hesabdan çıxarış məlumatlarından aydın olur ki, 19 may 2023-cü il tarixdən sonra Cavabdeh2 xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 570 manat, xx.xx.2023-cü il tarixdə 350 manat məbləğində kredit borcunu ödədiyindən, sonuncu ödəmə tarixindən xx.xx.2024-cü il tarixə qədər 729,55 (yeddi yüz iyirmi doqquz manat 55 qəpik) manat əsas borc, 41,30 (qırx bir manat 30 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 770,85 (yeddi yüz yetmiş manat 85 qəpik) manat kredit borcu öhdəliyi qalmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, “İddia tələbinin dəqiqləşdirilməsi barədə” 21 fevral 2024-cü il tarixli ərizə işin məhkəmə baxışı mərhələsində təqdim olunmasına baxmayaraq həmin ərizədə tələb edilən məbləğ cavabdehin borcunun azaldılması ilə əlaqədar olduğundan, o cümlədən, borclunun məsuliyyətinin artmasına və ya onun üçün hər hansı əlverişsiz nəticələrə səbəb olmadığından ərizə nəzərə alınaraq qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Belə ki, qeyd edilənlərə əsasən məhkəmə iddiaçının pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilməsi hissədə Cavabdeh2 qarşı tələb hüququnun olduğunu bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, 21 fevral 2024-cü il tarixli ərizə üzrə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd edilənlərdən əlavə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iş üzrə tərəflər arasında 28 yanvar 2020-ci il tarixli İpoteka müqaviləsi bağlanmışdır. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən Girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 307.6-cı maddəsinə əsasən İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. 4.1.1-ci və 4.1.2-ci maddələrinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər də daxil edilməklə tam həcmdə təmin edilir. 4.1.4-ci maddəsinə əsasən ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.5-ci maddəsinə əsasən İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İddia tələbinin tutmanın ilkin satış qiyməti 23 000 (iyirmi üç min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********65-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 2ində 0.146 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlamış və notarial qaydada təsdiq etmişlər. Həmin müqavilənin 4.1-ci bəndindən ipoteka saxlayanın tələbinin əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlılığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə ödənildiyi müəyyən edilmişdir. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmənin 16 noyabr 2023-cü il tarixli, e-2-2(123)-119/2023 saylı qərardadı ilə “ipoteka predmeti olan əmlakın qiymətiləndirilməsi ekspertizası” təyin edilmiş, həmin ekspertiza nəticəsində məhkəməyə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 29 dekabr 2023-cü il tarixli, 04/1104 nömrəli məktubu daxil olmuşdur. Həmin məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikası, ünvan 2ində yerləşən 0.146 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 133,16 m2 olan fərdi yaşayış evinin qiymətləndirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, e-2-2(123)-119/2023 saylı məktubuna Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində baxılmış, Əmlakın bazar dəyərinə təsir edən amillərin faktiki vəziyyətinin yerində dürüstləşdirilməsi məqsədi ilə əmlaka baxışın keçirilməsi üçün hüquq sahibinə müraciət olunmuş, əmlaka baxış keçirilməsinə şərait yaradılmadığından qiymətləndirmənin aparılması mümkün olmamışdır. Bu halda məhkəmə “ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi ekspertizası” nəticəsində cavabdeh tərəfindən əmlaka baxış keçirilməsinə şərait yaradılmadığından qiymətləndirmənin aparılması mümkün olmadığını, o cümlədən, “İpoteka haqqında” qanunun tələblərinə uyğun olaraq ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibətlərini öyrənməyin, müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmamasını aydınlaşdırmağın mümkün olmadığını nəzərə alaraq borcalan Cavabdeh2 məxsus ünvan 2ində, 0.146 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 133,16 m2 olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 28 yanvar 2020-ci il tarixli ipoteka müqaviləsinin 2.3-cü maddəsində müəyyən edilmiş 23000 (iyirmi üç min) manat məbləğində müəyyən edilməsi qənaətindədir. Həmçinin Məhkəmə iddiaçı tərəfindən tələb edilən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manata münasibət bildirərkən iş materiallarında qəbzlərdə olan ödəmələrdə 15 manat və 30 manatın ödənildiyi öz əksini tapdığından məhkəmə tələb edilən 46.45 (qırx altı manat 45 qəpik) manatın deyil də 15+30=45 (qırx beş manat) manatın təmin edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Əvvəla məhkəmə qeyd edir ki, 04 aprel 2023-cü il tarixli, №-348 nömrəli X1 İştirak edilməməsi barədə arayışdan müəyyən olunur ki, 04 aprel 2023-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə keçirilmiş mediasiya sesiyasında Cavabdeh2 iştirak etməmiş, iddiaçı tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Eyni zamanda həmin Qanununun 8.1 və 8.1.1-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat olaraq müəyyən edilir. Yuxarıda qeyd edilənlərə əsasən hazırkı iş üzrə iddia tələbi dəqiqləşdirildikdən sonra iddia tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat olduğundan, o cümlədən, iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərci ödənilməli olan dövlət rüsumunu əhatə etdiyindən, iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə iddiaçının “iddia ərizəsinin verilməsinə görə ödənilən 7.91 (yeddi manat 91 qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi” tələbi hissəsinə münasibətdə bildirir ki, iddiaçının xx.xx.2023-cü il tarixli iddia ərizəsinə münasibətdə iddia tələbi təmin edilsəydi o halda ödənilməli olan dövlət rüsumunun məbləği 67,91 manat müəyyən edilərək tərəflər arasında iddianın təmin edilmiş hissəsinə uyğun olaraq bölüşdürüləcəkdi, lakin hazırkı vəziyyətdə iddiaçının 21 fevral 2024-cü il tarixli ərizəsi təmin edildiyindən, məhkəmə həmin ərizədə tələb edilən iddia qiymətinə müvafiq olaraq dövlət rüsumunu müəyyən edərək 30 manat məbləğində dövlət rüsumunun dövlət gəlirlərinə ödənilməli olduğunu qeyd edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X1 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X1 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Nəticədə, iddia tələbi əsaslı olduğundan tam təmin edilməli, 28 yanvar 2020-ci il tarixli, KT2801/02 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 əsas borc üzrə 729,55 (yeddi yüz iyirmi doqquz manat 55 qəpik) manat, faiz borcu üzrə 41,30 (qırx bir manat 30 qəpik) manat olmaqla ümumilikdə 770,85 (yeddi yüz yetmiş manat 85 qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməli, cavabdeh üzrsüz səbəbdən X1 iştirak etmədiyindən və X2 keçirilməsi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh2 alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia tam təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh2 alınıb dövlət gəlirlərinə ödənilməli, iddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş və qəbzlərdə öz əksini tapan 45.00 (qırx beş) manat Cavabdeh2 alınıb iddiaçı Naxçıvanbank ASC-yə ödənilməli, yuxarıda cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh2 məxsus **********65-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 2ində 0.146 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 133.16 kv.m, yaşayış sahəsi 58.63 kv.m, yardımçı sahəsi 74,53 kv.m olan fərdi yaşayış evinə yönəldilməli və həmin əmlakın likvid satış qiyməti 23000 (iyirmi üç min) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh2 iddiaçı Naxçıvanbank ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, artıq qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır. Bununla yanaşı, məhkəmə “iddia ərizəsinin verilməsinə görə ödənilən 7.91 (yeddi manat 91 qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi” tələbinə dair hissədə bildirir ki, iddiaçı tərəfindən iş materiallarına 7.91 (yeddi manat 91 qəpik) manat dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut əlavə edilmədiyindən, həmin hissədə tələb təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi əsaslı olduğundan tam təmin edilsin. Cavabdeh2 əsas borc üzrə 729,55 (yeddi yüz iyirmi doqquz manat 55 qəpik) manat, faiz borcu üzrə 41,30 (qırx bir manat 30 qəpik) manat olmaqla ümumilikdə 770,85 (yeddi yüz yetmiş manat 85 qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh2 alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh2 alınıb dövlət gəlirlərinə ödənilsin. İddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş və qəbzlərdə öz əksini tapan 45.00 (qırx beş) manat Cavabdeh2 alınıb iddiaçı Naxçıvanbank ASC-yə ödənilsin. Yuxarıda cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh2 məxsus **********65-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 2ində 0.146 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 133.16 kv.m, yaşayış sahəsi 58.63 kv.m, yardımçı sahəsi 74,53 kv.m olan fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh2 məxsus **********65-10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 2ində 0.146 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 133.16 kv.m, yaşayış sahəsi 58.63 kv.m, yardımçı sahəsi 74,53 kv.m olan fərdi yaşayış evinin likvid qiyməti 23000 (iyirmi üç min) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh2 iddiaçı Naxçıvanbank ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ Cavabdeh2 qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar