Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-160/2025 28.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1, iddiaçının vəkil və nümayəndəsi Nümayəndə2, cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə hazırlıq iclasında müəyyənetdi: İddiaçı MMC 18 mart 2025-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Xidmətindən ümumilikdə 209750,4 (iki yüz doqquz min yeddi yüz əlli manat qırx qəpik) AZN dəymiş zərərin əvəzinin iddiaçıya ödənilməsi, məhkəmə xərcləri üzrə məbləğin: iddia üçün ödənilmiş 500 (beş yüz manat) AZN dövlət rüsumunun, dəymiş zərərin əvəzinin ödənilməsi üçün hüquqi yardımın göstərilməsi haqqında vəkilə ödənilmiş 2000 (iki min manat) AZN xidmət haqqının cavabdehdən alınaraq iddiaçıya qaytarılması (verilməsi) barədə iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-160/2025 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. İş üzrə İddiaçı MMC vəkil və nümayəndəsi Nümayəndə2 16 aprel 2025-ci il tarixdə elektron qaydada vəsatət ilə məhkəməyə müraciət edərək məhkəmənin icraatında olan e-2-2(123)- 160/2025 saylı kommersiya mübahisəsinə dair işlə e-2-2(123)-48/2025 saylı kommersiya mübahisəsinə dair işlərin bir icraatda baxılmasının işlər üzrə məsələnin daha tez həll olunmasına şərait yaradacağından işlərin bir icraatda birləşdirilərək baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan vəsatəti, hər iki işin tərəflərini və əsaslarını, hər iki işdə eyni tərəflərin iştirak etdiyi, eyni növlü işlər olduğunu müəyyən edərək işlərə daha qısa müddətdə baxılaraq qərar verilməsi tərəflərin vaxt itkisinin qarşısını alacağından, həmçinin gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün və işlərin birlikdə baxılması hərtərəfli məqsədəmüvafiq olacağından iddiaçının vəkil və nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə elektron qaydada ünvanlanmış vəsatətin təmin olunması, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(123)-160/2025 saylı kommersiya mübahisəsinə dair işin e-2-2(123)-48/2025 saylı işlə bir icraatda birləşdirilməsi qənaətinə gəlmişdir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işlər bir icraatda birləşdirildiyindən, e-2-2(123)-160/2025 saylı kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən bu məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. 395.1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263, 264, 267 və 395-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: e-2-2(123)-160/2025 saylı iş üzrə iddiaçının vəkil və nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə elektron qaydada ünvanlanmış vəsatət təmin olunsun. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı MMCnin cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair e-2-2(123)- 160/2025 saylı iş, iddiaçı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin İddiaçınə qarşı icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə e-2-2(123)-48/2025 saylı kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilsin. e-2-2(123)-160/2025 saylı iş e-2-2(123)-48/2025 saylı işlə bir icraatda birləşdirildiyindən, e-2- 2(123)-160/2025 saylı iş üzrə icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-160/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-160/2025
28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver