Məhkəmə qərarları › İş №e-2-2(123)-164/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-164/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-164/2024 12.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 30 yanvar 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 23 iyun 2022-ci il tarixli, BK2306/01 saylı kredit müqaviləsi üzrə 30 dekabr 2023-cü il tarixə11708.43 (on bir min yeddi yüz səkkiz manat 43 qəpik) manat əsas borc, 39.96 (otuz doqquz manat 96 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 11748.39 (on bir min yeddi yüz qırx səkkiz manat 39 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 52.48 (əlli iki manat 48 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 98000 (doxsan səkkiz min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********59-10301 reyestr nömrəli ünvan 1 ünvanında olan 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 29 avqust 2024-cü il tarixə, saat 10:05-də keçirilən məhkəmə baxışı iclasında tərəflər məhkəməyə gəlmədiklərindən məhkəmə baxışı iclası 12 sentyabr 2024-cü il tarixə, saat 09:05-ə fasilə verilməklə bu bаrədə tərəflərə məhkəmə iclаsının vаxtı və yeri hаqqındа lаzımi qаydаdа məlumat verilmişdir. Lakin tərəflər heç bir üzürlü səbəb оlmаdаn məhkəmə iclаslаrınа gəlməmiş və gəlməmələrinin səbəbləri bаrədə məhkəməyə məlumаt verməmişlər. Belə olduqda məhkəmə yuxаrıdа qeyd edilənlərə əsаsən hesаb edir ki, tərəflərin iştirаkı оlmаdаn işə mаhiyyəti üzrə bаxmаq mümkün deyildir. Оnа görə də hazırki iş bаxılmаmış sаxlаnmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə, həmçinin qeyd edir ki, məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə 15 mart 2024-cü il tarixli qərardad ilə məhkəmə-mühasibat ekspertizası təyin etmiş, 29 may 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2024-cü il tarixli, 368 saylı məhkəmə ekspertizasının rəyi məhkəməyə daxil olmuş, ekspert rəyinə 24 may 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildiriş əlavə edilmişdir. Məhkəmə ekspertiza xərclərinə dair bildirişə münasibətdə qeyd edir ki, həmin bildirişdə qeyd olunan 60 (altmış) manat məbləğində ekspertiza xərcinin 30 (otuz) manat məbləği cavabdehlər Cavabdeh2 və Cavabdeh1, qalan 30 (otuz) manat məbləği isə iddiaçı "xxxx" ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilməlidir. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə hazırlıq iclaslarının yeri və vaxtı barədə qabaqcadan lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iştirak etmədiklərindən və onların iştirakı olmadan baxmağı xahiş etmədiklərindən müvafiq qanunvericiliyə uyğun olaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. Məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat ekspertiza xərcinin 30 (otuz) manat məbləği Cavabdeh2dan, qalan 30 (otuz) manat məbləği isə iddiaçı "xxxx" ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.F.İ.F.T BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyinin hesabı AZ21NABZ********************, VÖEN **********) ödənilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar