Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-166/2025 12.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı QSC-ti və iddiaçının nümayəndəsi Nümayəndə2 08 aprel 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 021R********** saylı krеdit razılaşması üzrə 9303,39 manat məbləğində krеdit bоrcu, 1027,84 manat məbləğində faiz bоrcu və 311,36 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 10642 (on min altı yüz qırx iki) manat 59 (əlli doqquz) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 121.93 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı QSC ilə Cavabdeh3 və zaminlər Cavabdeh2, Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 021L**********26 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh3 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit хəttinin açıldığını, uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh3 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli, 021R********** saylı kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit götürdüyünü, onun uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatdığını, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmadığını, Cavabdeh3 götürdüyü krеdit bоrcundan 5696.61 manat ödədiyini, onun 9303.39 manat məbləğində kredit borcunun qaldığını, uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün kredit faizinin kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablandığını, qeyd edilənlərə əsasən Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 158 gün üçün hesablanmış faiz borcunun 1027.84 manat təşkil etdiyini bildirdiklərini, uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclunun ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2025-ci il tarixə 158 gün üçün hеsablanmış cərimənin 311.36 manat təşkil etdiyini, uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malik olduğunu, uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zaminin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyünü və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıdığını, həmin müqavilənin 11.4-cü bəndinə əsasən zaminin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürdüyünü, həmin müqavilənin 11.7-ci bəndinə əsasən zaminin müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıdığını təsdiq və bəyan etdiyini qeyd etməklə tələbini əsaslandırmış, o cümlədən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 442-ci, 445.2.1-ci, 448.1-ci, 465.2-ci, 467-ci, 472.1-ci, 472.2-ci, 501-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 12-ci fəslinə istinad etmişdir. Məhkəmənin 09 aprel 2025-ci il tarixli, e-2-2(123)-166/2025 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 05 may 2025-ci il tarixli, e-2- 2(123)-166/2025 saylı qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi və ekspertizanın keçirilməsinin Naxçıvan Muxtar Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2025-ci il tarixli, 657 nömrəli rəyi 08 iyul 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, e-2- 2(123)-166/2025 saylı qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixə, saat 09:05-ə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı nümayəndələrinin iştirakını təmin etməmiş, o cümlədən, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək həmin ərizəsində, İddiaçı QSC-nin cavabdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair e-2-2(123)- 166/2025 saylı kommersiya işi üzrə iddia tələbini müdafiə etdiklərini, iş üzrə zəruri sübutlar iddia ərizəsinə əlavə olunduğunu, zaminlər tərəfindən uzunmüddətli kredit və təminat müqaviləsinə imzalar edildiyini, xx.xx.2025-ci il tarixə, saat 09:05-ə təyin edilmiş məhkəmə baxış iclasını iştirakları olmadan keçirərək iş üzrə iddia tələblərinin təmin edən qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsini və xəbərdar edilmələri barədə sənədlərin iş materiallarında olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: Maliyyə cədvəlindən görünür ki, İddiaçı QSC-nin müştərisi olan Cavabdeh3 021R********** saylı xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə borcu 9303,39 (doqquz min üç yüz üç manat, otuz doqquz qəpik) manat, faiz üzrə borcu 1027,84 (min iyirmi yeddi manat, səksən dörd qəpik) manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 158 gün olmaqla cərimə borcu 311,36 (üç yüz on bir manat, otuz altı qəpik) manat təşkil etmiş, cəmi borcu isə 10642,59 (on min altı yüz qırx iki manat, əlli doqquz qəpik) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı QSC-ti tərəfindən məhkəmədə iddia qaldırılması üçün "xxxx" MMC elektron ödəmə sistemi vasitəsilə dövlət xəzinə hesabına 121,93 (yüz iyirmi bir manat, doxsan üç qəpik) manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixli 021R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən İddiaçı QSC-nin “Mərdəkan” filialı tərəfindən Cavabdeh3 36 (otuz altı) ay müddətinə, illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə, 15000 (on beş min) manat məbləğində biznes krediti verilmişdir. 10 aprel 2023-cü il tarixli, 021L**********26 saylı Uzunmüddətli Kredit və Təminat müqaviləsi əsasında bağlanmış 10 aprel 2023-cü il tarixli, 021R********** saylı Kredit Sazişi- Biznes Krediti və Girov barədə Qarışıq Razılaşmanın ödəniş planının təsdiq olunmuş surətindən görünür ki, 15000 (on beş min) manat məbləğində kreditin verilməsi təmin edilmiş, Cavabdeh3 isə xx.xx.2023-xx.xx.2026-cı il tarixləri ərzində 584 (beş yüz səksən dörd) manat, xx.xx.2026-cı il tarixində isə 571,36 (beş yüz yetmiş bir manat, otuz altı qəpik) manat olmaqla, ümumilikdə 21011.36 (iyirmi bir min on bir manat, otuz altı qəpik) manat məbləği İddiaçı QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı təşkilatın möhürü ilə təsdiq olunmuş xx.xx.2023-cü il tarixli “Kreditin verilməsiköçürmə” adlı sənəddən görünür ki, İddiaçı QSC-ti tərəfindən 15000 (on beş min) manat məbləğində pul vəsaiti Cavabdeh3 hesabına (Cari hesabın nömrəsi: **********153953, İBAN: AZ50ACAB********************) köçürülmüşdür. xx.xx.2023 - xx.xx.2025-ci illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh3 AZ50ACAB******************** saylı hesabına xx.xx.2023-cü il tarixdə 15000 (on beş min) manat məbləğində kreditin köçürülməsi təmin edilmiş, Cavabdeh3 həmin hesabdan müxtəlif tarixlərdə müxtəlif əməliyyatlar həyata keçirmişdir. 10 aprel 2023-cü il tarixli, 021L**********26 saylı Uzunmüddətli Kredit və Təminat müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, bu müqavilə, "xxxx" QSC-nin "Mərdəkan" filialı aşağıda imza edən səlahiyyətli nümayəndəsinin ilə Cavabdeh3 (AZE********, VÖEN: **********) və zaminlər Cavabdeh1 (AA*******) və Cavabdeh2 (AA*******, VÖEN: **********) arasında bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən bank Müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında Kredit Alana Uzunmüddətli Kredit Xəttini açır. 2.2-ci bəndinə əsasən bu müqavilə və kredit sazişi əsasında istənilən məbləğ 120 (bir yüz iyirmi) ay, Kredit Sazişində həmin Kredit üçün daha qısa müddət müəyyən edilməmişdirsə, 17 avqust 2032-ci il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit sazişi əsasında verilən kreditlərin illik fazi dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur. 2.3-cü bəndinə əsasən verilən hər bir Kredit üzrə Kredit məbləği, Kreditin Faiz Dərəcəsi, Kredit Müddəti, məqsədi, FİFD, olduğu təqdirdə Ödəniş Planı və digər xüsusi şərtləri hər dəfə Müqavilənin tələbləri nəzərə alınmaqla Kredit Sazişi ilə müəyyən edilir. 2.7-ci bəndinə əsasən Kredit Alan hər bir Kredit üzrə Kredit borcunu, Kredit Faizini, xərcləri və başqa məsrəfləri bu Müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq Kredit Sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda Ödəniş Planına və ya Ödəniş haqları Cədvəlinə uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür. 2.13-cü bəndinə əsasən zamin, bu Müqavilə üzrə Kredit Alanın öhdəliklərinin icrası üçün Kredit Alan ilə birgə və tam məsuliyyət daşıyır. 4.1-ci bəndinə əsasən bu Müqavilə əsasında Kredit verilməsi və qaytarılması hər bir Kredit Sazişinə uyğun olaraq həyata keçirilir. 11.1-ci bəndinə əsasən zamin, Kredit Alanın bu Müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Bank qarşısında Kredit Alan ilə birlikdə birgə məsuliyyət daşıyır. 12.1.2-ci bəndinə əsasən Kredit Alan Müqavilə əsasında verilmiş hər hansı bir Kredit üzrə Kredit borcunu/Overdraft Borcunu, Kredit Faizini/Overdraft Faizini və digər ödənişləri həmin Müqavilədə razılaşdırılmış qaydada və olduğu təqdirdə Ödəniş Planına uyğun olaraq qaytara bilmədikdə müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı Kredit üçün Kredit borcunu/Overdraft Borcunu, Kredit Faizini/Overdraft Faizini, xərcləri va başqa məsrəfləri Kredit Alandan qaytarmağı tələb etmək hüququna malikdir. 13.2-ci bəndinə əsasən bununla Kredit Alan təsdiq edir və razılaşır ki, Bankın mühasibat sənədləri və hesabları ödənilməli olan və ya Kredit Alanın ödəyəcəyi məbləğlərə dair yeganə təsdiqedici sənəd sayılır. 13.10-cu bəndinə əsasən tərəflər Müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək Müqavilə qüvvədədir. 13.12-ci bəndinə əsasən aşağıda imza etməklə hər bir Tərəf Müqaviləni oxuduğunu, şərtlərini başa düşdüyünü təsdiq edir və bu şərtlərə razı olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Belə ki, tərəflər arasında 10 aprel 2023-cü il tarixli, 021L**********26 saylı Uzunmüddətli Kredit və Təminat müqaviləsinə, 10 aprel 2023-cü il tarixli, 021R********** saylı Kredit Sazişi-Biznes Krediti və Girov barədə Qarışıq Razılaşmaya və iddiaçı təşkilatın möhürü ilə təsdiq olunmuş xx.xx.2023-cü il tarixli “Kreditin verilməsi-köçürmə” adlı sənədə əsasən İddiaçı QSC-ti tərəfindən 15000 (on beş min) manat məbləğində pul vəsaiti Cavabdeh3 hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması iş materiallarında olan möhtəbər sübutlarla öz təsdiqini tam tapmışdır. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən Cavabdeh3 xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu ünvanlanaraq, onun "xxxx" QSC ilə bağladığı xx.xx.2023 tarixli müqaviləyə əsasən ödəniş planına uyğun olaraq 36 ay müddətinə aylıq ödəmək şərti ilə 15 000,00 AZN məbləğində kredit götürdüyünü, ona kredit borcunu ödəməsi barədə dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, hazırki vaxtadək kredit borcunu ödəməkdən yayındığını, xx.xx.2025 tarixinə gecikdirilmiş ödəniş məbləğinin 3517,38 AZN (əsas məbləğ 2 209,90 AZN, faiz ödənişi 996,12 AZN, cərimə məbləği 311,36 AZN) təşkil etdiyini onun nəzərinə çatdırmaq istədiyini, xx.xx.2025 tarixinədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmağını və kredit müqaviləsinin ləğv edilməsini təklif etdiklərini, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyini və onun banka borclu olduğu 10642,59 AZN məbləğin (9 303,39 AZN təşkil edən əsas məbləğ, 1027,84 AZN faiz məbləği və 311,36 AZN cərimə məbləği), həmçinin xx.xx.2025 tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyini, bu halda onun təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu, məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyini, əlavə olaraq, məlumat üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196-cı maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən, kredit borclarını ödəməkdən qəsdən yayınmaya görə cinayət məsuliyyəti nəzərdə tutulduğunu bildirdikləri bildirilmişdir. “Uzunmüddətli kredit və təminat müqaviləsi”nin 12.1.2-ci bəndinə əsasən Kredit Alan Müqavilə əsasında verilmiş hər hansı bir Kredit üzrə Kredit borcunu/Overdraft Borcunu, Kredit Faizini/Overdraft Faizini və digər ödənişləri həmin Müqavilədə razılaşdırılmış qaydada və olduğu təqdirdə Ödəniş Planına uyğun olaraq qaytara bilmədikdə Bankın müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı Kredit üçün Kredit borcunu/Overdraft Borcunu, Kredit Faizini/Overdraft Faizini, xərcləri va başqa məsrəfləri Kredit Alandan qaytarmağı tələb etmək hüququna malik olduğu nəzərdə tutulduğundan və iş materiallarında olan sübutların tədqiqi zamanı borclunun öhdəliyin icrasını pozulduğu müşayiət edildiyindən kreditorun öhdəliyin icrasını vaxtından əvvəl tələb etməkdə haqlı olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə ki, Kredit Alan Cavabdeh3 “Uzunmüddətli kredit və təminat müqaviləsi”nin tələbini pozaraq ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmadığından adına iddia edilən 158 gün gecikdirilmiş gün hesablanmış, xx.xx.2025-ci il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə borcu 9303,39 (doqquz min üç yüz üç manat, otuz doqquz qəpik) manat, faiz üzrə bocu 1027,84 (min iyirmi yeddi manat, səksən dörd qəpik) manat, cərimə borcu 311,36 (üç yüz on bir manat, otuz altı qəpik) manat olmaqla, cəmi öhdəliyi 10642,59 (on min altı yüz qırx iki manat, əlli doqquz qəpik) manat təşkil etmiş, qeyd edilən hal ilə əlaqədar maliyyə cədvəli iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 740.5-ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin 05 may 2025-ci il tarixli, e-2-2(123)-166/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2025-ci il tarixli, 657 saylı ekspert rəyindən görünür ki, təqdim olunmuş maliyyə arayışının düzgünlüyü nəzərə alınmaqla, 10 aprel 2023-ci il tarixli, 021L**********26 saylı uzunmüddətli kredit və təminat müqaviləsi üzrə, xx.xx.2023-ci il tarixli, 021R********** saylı kredit sazişi-biznes krediti və girov barədə razılaşma müqaviləsinə əsasən borcalan Cavabdeh3, İddiaçı QSC-nə kredit üzrə xx.xx.2025-ci il tarixə (maliyyə arayışında və sualda göstərilən tarix) kredit üzrə olan əsas borcu 9303,39 (doqquz min üç yüz üç manat, otuz doqquz qəpik) manat, faiz borcu 1027,84 (bir min iyirmi yeddi manat, səksən dörd qəpik) manat, cərimə borcu 311,36 (üç yüz on bir manat, otuz altı qəpik) manat olmaqla, İddiaçı QSC-nə ümumilikdə borcu 10642,59 (on min altı yüz qırx iki manat, əlli doqquz qəpik) manat təşkil edir. Məhkəmənin 05 may 2025-ci il tarixli, e-2-2(123)-166/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2025-ci il tarixli, 657 saylı rəyinin nəticəsi ilə iddiaçının tələbi eynilik təşkil etdiyindən məhkəmə həmin rəylə razılaşır. Beləliklə, məhkəmə cavabdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 021R********** saylı krеdit razılaşması üzrə 9303,39 (doqquz min üç yüz üç manat, otuz doqquz qəpik) manat məbləğində krеdit bоrcu, 1027,84 (bir min iyirmi yeddi manat, səksən dörd qəpik) manat məbləğində faiz bоrcu və 311,36 (üç yüz on bir manat, otuz altı qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 10642,59 (on min altı yüz qırx iki manat, əlli doqquz qəpik) manat məbləğində borcun tutularaq iddianın tam təmin olunması qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri də nəzərə alınmaqla, Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi əsaslı olduğundan tam təmin edilməsi qanunamüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən (iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi) məbləğində hesablanır. Belə ki, hazırkı iş üzrə iddianın qiymətinin 10642 (on min altı yüz qırx iki) manat 59 (əlli doqquz) qəpik olduğunu nəzərə alaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 121.93 (yüz iyirmi bir manat, doxsan üç qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki iş üzrə iddia tam təmin ediləcəyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş olan 121.93 (yüz iyirmi bir manat, doxsan üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-nə ödənilməlidir. Bundan əlavə məhkəmənin 05 may 2025-ci il tarixli, e-2-2(123)-166/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsində, 08 iyul 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2025-ci il tarixli, 657 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan tam təmin edilməli, cavabdеhlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9303,39 (doqquz min üç yüz üç manat, otuz doqquz qəpik) manat məbləğində krеdit bоrcu, 1027,84 (bir min iyirmi yeddi manat, səksən dörd qəpik) manat məbləğində faiz bоrcu və 311,36 (üç yüz on bir manat, otuz altı qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 10642,59 (on min altı yüz qırx iki manat, əlli doqquz qəpik) manat məbləğində bоrc alınaraq İddiaçı QSC-nə ödənilməli, 121.93 (yüz iyirmi bir manat, doxsan üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-nə ödənilməli, məhkəmənin 05 may 2025-ci il tarixli, e-2-2(123)- 166/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi əsaslı olduğundan tam təmin edilsin. Cavabdеhlər Cavabdeh3 (VÖEN: **********, FİN: xxxxxxx; AZE********), Cavabdeh2 (VÖEN: **********, FİN: xxxxxxx; AA*******) və Cavabdeh1 (VÖEN: **********, FİN: xxxxxxx; AA*******) müştərək qaydada 9303,39 (doqquz min üç yüz üç manat, otuz doqquz qəpik) manat məbləğində krеdit bоrcu, 1027,84 (bir min iyirmi yeddi manat, səksən dörd qəpik) manat məbləğində faiz bоrcu və 311,36 (üç yüz on bir manat, otuz altı qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 10642,59 (on min altı yüz qırx iki manat, əlli doqquz qəpik) manat məbləğində bоrc alınaraq İddiaçı QSC-yə (VÖEN:**********) ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 121.93 (yüz iyirmi bir manat, doxsan üç qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı İddiaçı QSC-yə ödənilsin. Məhkəmənin 05 may 2025-ci il tarixli, e-2-2(123)-166/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-166/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-166/2025
12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver