Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-169/2024 29.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X7 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və iddiaçının nümayəndəsi X9 30 yanvar 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 20 aprel 2021-ci il tarixli, 2004/01/SİF saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 26 000 (iyirmi altı min) manat əsas borc, 564.09 (beş yüz altmış dörd manat 09 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 26564.09 (iyirmi altı min beş yüz altmış dörd manat 09 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 104.96 (bir yüz dörd manat 96 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 23700 (iyirmi üç min yeddi yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* nömrəli Çıxarışlara əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********97-10301 və **********95-10301 reyestr nömrəli Naxçıvan MR, Ordubad rayon Kotam kəndində yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2021-ci il tarixli, 2004/01/SİF saylı kredit müqaviləsinə əsasən Borcalana Bank tərəfindən 60 ay müddətinə illik 5% dərəcəsi ilə 26 000 (iyirmi altı min) manat məbləğində biznes krediti verildiyini, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* nömrəli Çıxarışlara əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********97-10301 və **********95-10301 reyestr nömrəli Naxçıvan MR, Ordubad rayon Kotam kəndində yerləşən fərdi yaşayış evlərinin 20 aprel 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edildiyini, İpoteka müqaviləsinin müvafiq olaraq Culfa rayon dövlət notariat ofisində təsdiq edildiyini və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlakın yüklülüyünün qeydiyyata alındığını, kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, onun, bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində onun adına xx.xx.2024-cü il tarixə adına 126 gecikmə günü qeydə alındığını, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, ipoteka müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəli olduğunu, borcun qaytarılması ilə bağlı Borcalan Cavabdeh ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edildiyini, onlara məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktublarının müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyinin bildirildiyini, xx.xx.2024-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişin borcalan-ipoteka qoyan Cavabdeh ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edildiyini və bildirişin dövlət qeydiyyatına alındığını, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilsədə, Borcalanın X3 iştirak etmədiyini, Kredit müqaviləsinin 5.8 bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi ödənildiyini, Kredit müqaviləsinin 5.12-ci bəndinə əsasən müqavilə şərtləri Borcalan tərəfindən pozulduğu halda, kredit üzrə borc və hesablanmış faizlər, cərimələr və borcla əlaqədar Bankın təsdiqlənmiş xərclərinin Borcalan tərəfindən ödənildiyini, Kredit müqaviləsinin 7-ci bəndinə əsasən Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə, Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb edə biləcəyini, Kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən bu müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiyinin və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalacağının müəyyənləşdirildiyini, ipoteka müqaviləsinin 4-cü bəndinə əsasən ipoteka saxlayanın tələbi ipoteka hesabına Bankın Borcalana verdiyi kredit, ona hesablanacaq faizlər, cərimələr və borcla əlaqədar Bankın digər xərcləri daxil edilməklə tam həcmdə təmin edildiyini, İpoteka müqaviləsinin 9-cu bəndinə əsasən əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda və.s ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yarandığını, xx.xx.2024-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişdə ipoteka qoyanborcalan Cavabdeh “İpoteka haqqında” Qanunun 36.2.3-cü maddəsinə və İpoteka müqaviləsinin 9.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında keçirilməsinə razılıq verilməsinin təklif edildiyini, Cavabdeh 20 aprel 2021-ci il tarixli, 2004/01/SİF saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 26 000 ( iyirmi altı min) manat əsas borc, 564.09 (beş yüz altmış dörd manat 09 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 26564.09 (iyirmi altı min beş yüz altmış dörd manat 09 qəpik) manat kredit borcu öhdəliyinin olduğunu qeyd etməklə əsaslandırmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 443-cü, 445.1-ci, 449.4-cü maddələrinə, o cümlədən, İpoteka haqqında Qanunun 34-cü, 59.3-cü maddələrinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh 23 fevral 2024-cü il tarixli məhkəmə iclasında iddianı qəbul etdiyini, Kredit götürəndən sonra 2 il 3 ay ödəniş etdiyini, iyirmi altı min götürdüyünü, ödədiyi qəbzlərin olduğunu, ödəmədikdən sonra iddia qaldırıldığını, yəni, aylıq 110 (bir yüz on) manat pul ödədiyini bildirmişdir. 10 iyun 2024-cü il tarixdə İddiaçı ASC-nin nümayəndəsi qismində Kreditlərin hüquqi təqibi Departamentinin Korporativ və təminatlı kreditlərlə iş şöbəsinin müdiri Nümayəndə məhkəməyə “Prosessual hüquq varisliyi”nə dair ərizə ünvanlayaraq həmin ərizədə İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalandığını, həmin müqaviləyə əsasən hazırki ərizəyə əlavə edilmiş aktda qeyd edilən müştərilərlə "xxxx" ASC arasında bağlanmış olan müqavilələr üzrə bütün hüquqların, tələblərin, təminatların və üstünlüklərin İddiaçı ASC-yə ötürüldüyünü bildirərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 58.1 və 58.2-ci maddələrinə istinad etmiş, qeyd edilən səbəbdən aktda qeyd olunan işlər üzrə "xxxx" ASC-nin hüquq varisi kimi İddiaçı ASC-nin işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 09 avqust 2024-cü il tarixli, e-2-2(123)-169/2024 saylı qərardadı ilə Kapital Bank” ASC-nin nümayəndəsi Nümayəndə 10 iyun 2024-cü il tarixdə məhkəməyə ünvanladığı “Prosessual hüquq varisliyi”nə dair ərizənin təmin edilməsi, İddiaçı ASC-nin bundan sonra iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddiaçı "xxxx" ASC-nin hüquq varisi kimi prosessual hüquq varisliyi qaydasında iddiaçı qismində prosesdə iştiraka cəlb edilməsi, iddiaçı "xxxx" ASC-nin iddiaçı hüquqlarına xitam verilməsi qərara alınmışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: X3 İştirak edilməməsi barədə 19 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, 19 yanvar 2023cü il tarixdə keçirilən İMS-də Naxçıvanbank ASC-nin nümayəndəsi X9 iştirak etmiş, iddiaçı Naxçıvanbank ASC tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmiş, Cavabdeh isə iştirak etməmişdir. 20 aprel 2021-ci il tarixli, 2004/01/SİF saylı Kredit müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC-nin Ordubad rayon filialının müdiri X8 şəxsində, bir tərəfdən Naxçıvan MR X1 İdarə Heyətinin sədri X5 və irəlidə borcalan adlandırılacaq Cavabdeh şəxsində müəyyən edilmiş şərtlərlə tam razılıq əsasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərti ilə 26 000 (iyirmi altı min) manat məbləğində kredit verilməsini öhdəsinə götürür. 1.2-ci bəndindən görünür ki, borcalan aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. 1.3-cü bəndindən görünür ki, kredit borcalana Heyvandarlıq təsərrüfatının yaradılması məqsədilə verilir. 1.4-cü bəndindən görünür ki, kredit 60 ay müddətinə verilir. Müddət kreditin faktiki verildiyi tarixdən hesablanır. 1.5 və 1.5.1-ci bəndlərindən görünür ki, borcalana və ya üçüncü şəxsə məxsus olan əmlakın qanunvericiliklə müəyyən edilmiş qaydada ipoteka ilə yüklü edilməsi bu müqavilə üzrə borcalanın öhdəliklərinin icrasının təminatıdır. 2.1-ci bəndindən görünür ki, kreditdən istifadəyə görə Borcalan illik 5% ödəyir. Borcalan əsas və faiz borcunu bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki əsasında ödəyir. 3.3.3-cü borcalan bəndindən görünür ki, borcalan bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri Banka ödəməlidir. 3.3.7-ci bəndindən görünür ki, kreditin bütün məbləğinin, əsas borcun, cərimələrin, borcların yığılması ilə əlaqədar çəkilən digər xərclər (məhkəmə, qiymətləndirmə, hərrac və sair) borcalan tərəfindən ödənilir. 5.1-ci bəndindən görünür ki, borcalanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə borcalan və ya üçüncü şəxslə ipoteka müqaviləsi bağlanılır. 20 aprel 2021-ci il tarixli, 77 saylı İpoteka müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən ipoteka saxlayan "xxxx" ASC-nin Ordubad rayon filialı adından müdir X10, digər tərəfdən ipoteka qoyan, borc alan Cavabdeh arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 2004/01/SİF saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.1-ci bəndindən görünür ki, ipoteka predmetinin təsviri və olduğu yer aşağıdakı kimidir. a) ünvan 2i ünvanında yerləşən, ümumi sahəsi 28.71 kv/m, yaşayış sahəsi 23.51 kv/m, yardımçı sahəsi 5.2 kv/m olan 1 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə b) ünvan 2i ünvanında yerləşən, ümumi sahəsi 173.85 kv/m, yaşayış sahəsi 61.08 kv/m, yardımçı sahəsi 112.77 kv/m olan 3 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə 2.3-cü bəndindən görünür ki, İpoteka predmetinin dəyəri “ipoteka qoyan”-ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 49100 manat 00 qəpik (qırx doqquz min yüz manat sıfır qəpik) manat məbləğində müəyyən edilmişdir. 4-cü bəndindən görünür ki, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlılığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə ödənilir. 9.1-ci bəndindən görünür ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi anında ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. 24 yanvar 2024-cü il tarixli, 27 nömrəli arayışdan görünür ki, Cavabdeh 20 aprel 2021-ci il tarixli, 2004/01/SİF saylı kredit müqaviləsi üzrə illik 5% dərəcəsi ilə 60 ay müddətinə verilmiş 26000 (iyirmi altı min) manat məbləğində kredit üzrə 24 yanvar 2024-cü il tarixə olan əsas borcu 26000 (iyirmi altı min) manat, faiz borcu 564.09 (beş yüz altmış dörd manat 09 qəpik) manat olmaqla, ümumilikdə borcu 26564.09 (iyirmi altı min beş yüz altmış dörd manat 09 qəpik) manat təşkil edir. 18 may 2021-ci il tarixli, 0048 nömrəli Xəzinə məxaric orderindən görünür ki, "xxxx" ASC-nin Ordubad filialı tərəfindən 14715.00 (on dörd min yeddi yüz on beş manat 00 qəpik) manat məbləğində kredit Cavabdeh bank hesabına köçürülmüşdür. 04 iyun 2021-ci il tarixli Xəzinə məxaric orderindən görünür ki, "xxxx" ASC- nin Ordubad filialı tərəfindən 10791.00 (on min yeddi yüz doxsan bir manat 00 qəpik) manat məbləğində kredit Cavabdeh bank hesabına köçürülmüşdür. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** qeydiyyat nömrəli ərizə üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2024cü il tarixdə verilmiş elektron təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin elektron təsdiqetmə bildirişindən görünür ki, 36 AZN məbləğində xidmət haqqı ödənilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** qeydiyyat nömrəli ərizə üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2024cü il tarixdə verilmiş elektron təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin elektron təsdiqetmə bildirişindən görünür ki, 36 AZN məbləğində xidmət haqqı ödənilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidməti, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH Seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Naxçıvan MR, ünvan 2ində, 0.1151 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 28.71 kv.m olan **********97-10301 reyestr nömrəli fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidməti, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH Seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Naxçıvan MR, ünvan 2ində 0.1117 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 173.85 kv.m olan **********95-10301 reyestr nömrəli fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA Seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Naxçıvan MR, ünvan 2ində 0.1151 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 28.71 kv.m olan Cavabdeh mülkiyyətində olan **********97-10301 reyestr nömrəli fərdi yaşayış evi "xxxx" ASC-nin Ordubad filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, 1844 nömrəli Arayışdan görünür ki, mülkiyyət hüququ Cavabdeh məxsus Naxçıvan MR, ünvan 2i ünvanında 0.1117 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 173.85 kv.m olan 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 19/6 nömrəli reyestr kitabının 1067 nömrəli vərəqində qeydiyyata alınmış, eyni zamanda xx.xx.2021-ci il tarixinə olan məlumata əsasən həmin əmlaka dair məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, 1845 nömrəli Arayışdan görünür ki, mülkiyyət hüququ Cavabdeh məxsus Naxçıvan MR, ünvan 2i ünvanında 0.1151 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 28.71 kv.m olan 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 19/6 nömrəli reyestr kitabının 1068 nömrəli vərəqində qeydiyyata alınmış, eyni zamanda xx.xx.2021-ci il tarixinə olan məlumata əsasən həmin əmlaka dair məhdudiyyət və yüklülük qeydə alınmamışdır. 13 may 2024-cü il tarixli, 422 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmənin 19 mart 2024-cü il tarixli qərardadı ilə təyin olunmuş məhkəməmühasibat ekspertizasının keçirilməsinə görə 60 (altmış) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. 19 iyul 2024-cü il tarixli, 686 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmənin 30 may 2024-cü il tarixli qərardadı ilə təyin olunmuş təkrar məhkəmə-mühasibat ekspertizasının keçirilməsinə görə 60 (altmış) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 24 sentyabr 2024-cü il tarixli, 04/955 nömrəli məktubundan görünür ki, ünvan 2ində Cavabdeh mülkiyyətində olan 0,1151 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin və 0,1117 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin bazar dəyərlərinə təsir edən amillərin faktiki vəziyyətinin yerində dürüstləşdirilməsi məqsədilə əmlaklara baxış keçirilməsi üçün mühəndis qiymətləndiriciyə şərait yaradılmadığından əmlakların qiymətləndirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, bir tərəfdən "xxxx" ASC-nin Ordubad filialı və Naxçıvan MR X2maqla digər tərəfdən borc alan Cavabdeh arasında 20 aprel 2021-ci il tarixli, 2004/01/SİF saylı Kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Borcalana Heyvandarlıq təsərrüfatının yaradılması məqsədilə illik 5% dərəcəsilə 60 ay müddətinə 26 000 (iyirmi altı min) manat məbləğində kredit verilmiş, kreditin verilməsi iş materiallarında olan 18 may 2021-ci il tarixli, 0048 nömrəli və 04 iyun 2021-ci il tarixli Xəzinə məxaric orderləri ilə təsdiq edilmişdir. Borcalan bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə hər ay müəyyən edilmiş məbləğdə krediti və kredit üzrə hesablanacaq faizləri kreditora qaytarmağı öhdəsinə götürmüş, eyni zamanda bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə tərəflər arasında 20 aprel 2021-ci il tarixli, 77 saylı İpoteka müqaviləsi bağlanmışdır. Belə ki, iş materiallarında olan sübutlara hüquqi qiymət verilərək müəyyən edilmişdir ki, həqiqətən Cavabdeh xüsusi mülkiyyətində olan: Naxçıvan MR, ünvan 2ində, 0.1151 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 28.71 kv.m olan **********97-10301 reyestr nömrəli fərdi yaşayış evi və Naxçıvan MR, ünvan 2ində 0.1117 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 173.85 kv.m olan **********95-10301 reyestr nömrəli fərdi yaşayış evi 20 aprel 2021-ci il tarixli, 77 saylı İpoteka müqaviləsi əsasında "xxxx" ASC-nin Ordubad filialının xeyrinə yüklü edilmiş, ipoteka müqaviləsi Culfa rayon dövlət notariat ofisində təsdiq edilmişdir. Beləliklə, hazırki vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik icra edilsə də, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən, nəticədə bank tərəfindən kredit reyestrində xx.xx.2024-cü il tarixə adına 126 gecikmə günü qeydə alınmış, borcalan Cavabdeh borcun qaytarılması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, buna baxmayaraq borcalan tərəfindən öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı bu əsaslardan irəli gələrək 20 aprel 2021-ci il tarixli, 2004/01/SİF saylı kredit müqaviləsi üzrə Cavabdeh adına 24 yanvar 2024-cü il tarixə 26000 (iyirmi altı min) manat əsas borc, 564.09 (beş yüz altmış dörd manat 09 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 26564.09 (iyirmi altı min beş yüz altmış dörd manat 09 qəpik) manat məbləğində borc öhdəliyinin yarandığını iddia etməklə 24 yanvar 2024-cü il tarixli, 27 nömrəli arayışı sübut qismində iddia ərizəsinə əlavə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin vaxtında icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Beləliklə, iddiaçı pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilməsi hissədə Cavabdeh qarşı tələb hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə öz təşəbbüsü ilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin 19 mart 2024-cü il tarixli, e-2-2(123)-169/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq 15 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli, 422 nömrəli ekspert rəyindən görünür ki, Təqdim olunmuş hesabdan çıxarış məlumatları və 20 aprel 2021-ci il tarixli, 2004/01/SİF saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh, "xxxx" ASC-yə kredit üzrə xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 25977,19 (iyirmi beş min doqquz yüz yetmiş yeddi manat on doqquz qəpik) manat, faiz borcu 589,37 (beş yüz səksən doqquz manat otuz yeddi qəpik) manat olmaqla, ümumilikdə 26566,56 (iyirmi altı min beş yüz altmış altı manat əlli altı qəpik) manat təşkil edir. İddiaçının nümayəndəsi tərəfindən 29 may 2024-cü il tarixdə elektron qaydada məhkəməyə “Təkrar ekspertizanın təyin edilməsi barədə” ərizə ünvanlanaraq, həmin ərizədə rəyə əsasən iddia tələbi ilə müqayisədə qalıq əsas borcun 22.81 manat az, faiz borcun isə 25.28 manat çox göstərildiyi qeyd olunmuş, Cavabdeh qalıq borcunun dəqiqləşdirilməsi və ekspert qarşısında qoyulmuş suallara ətraflı şəkildə rəy verilməsi üçün e-2-2(123)-169/2024 saylı iş üzrə təkrar ekspertiza təyin edilməsi xahiş edilmişdir. Belə ki, məhkəmənin 30 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq 25 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 686 №-li ekspert rəyindən görünür ki, Təqdim olunmuş hesabdan çıxarış məlumatları və 20 aprel 2021-ci il tarixli, 2004/01/SİF saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh, "xxxx" ASC-yə kredit üzrə xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 25977,19 (iyirmi beş min doqquz yüz yetmiş yeddi manat on doqquz qəpik) manat, faiz borcu 589,37 (beş yüz səksən doqquz manat otuz yeddi qəpik) manat olmaqla, ümumilikdə 26566,56 (iyirmi altı min beş yüz altmış altı manat əlli altı qəpik) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunanlardan göründüyü kimi hər iki ekspert rəyi eynilik təşkil etməsinə baxmayaraq məhkəmə iddia tələbinin təmin olunması qənaətindədir. Belə ki, Cavabdeh 23 fevral 2024-cü il tarixli məhkəmə iclasında iddianı qəbul etdiyini bildirmişdir. Həmçinin, Kredit götürəndən sonra 2 il 3 ay müddətində aylıq 110 (bir yüz on) manat məbləğində pul ödədiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan kredit müqaviləsinə əlavə kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, 60 ay müddətinə verilmiş 26000 məbləğində kreditin faiz borc üzrə ilk 31 ayda 108.33 manat məbləğində ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, cavabdeh aylıq 110 manat məbləğində kredit borcunu ödədiyini bildirsə də, məhkəmə qeyd edir ki, həmin müddət ərzində aparılan ödəmələr faiz borcundan silindiyindən, əsas borc ödənilməmiş olaraq qalmışdır. Nəticədə, məhkəmə tərəflərin izahını və iş materiallarında olan sübutları qarşılıqlı şəkildə əlaqələndirərək hesab edir ki, 24 yanvar 2024-cü il tarixli, 27 nömrəli maliyyə arayışı mötəbər sübut kimi qəbul edilməli, cavabdehin əsas borcu 26000 (iyirmi altı min) manat, faiz borcu 564.09 (beş yüz altmış dörd manat 09 qəpik) manat olmaqla, ümumilikdə borcu 26564.09 (iyirmi altı min beş yüz altmış dörd manat 09 qəpik) manat olaraq qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcuna münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Qeyd edilənlərdən əlavə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iş üzrə tərəflər arasında 20 aprel 2021-ci il tarixli, 77 saylı İpoteka müqaviləsi bağlanmışdır. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Belə ki, həmin Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Əsas öhdəliyin xitamı, o cümlədən etibarsızlığı ipoteka müqaviləsinin də xitamına səbəb olduğu halda, sonuncunun xitamı heç bir halda əsas öhdəliyin xitamına gətirib çıxarmır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. 4.1.1-ci və 4.1.2-ci maddələrinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər də daxil edilməklə tam həcmdə təmin edilir. 4.1 və 4.1.4-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.5-ci maddəsinə əsasən İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İddia tələbinin tutmanın ilkin satış qiyməti 23700 (iyirmi üç min yeddi yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* nömrəli Çıxarışlara əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **********97-10301 və **********95-10301 reyestr nömrəli Naxçıvan MR, Ordubad rayon Kotam kəndində yerləşən fərdi yaşayış evlərinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlamışlar. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından mülkiyyət hüququ Cavabdeh məxsus Naxçıvan MR, Ordubad rayon Kotam kəndində yerləşən **********97-10301 və **********95-10301 reyestr nömrəli əmlakların ipoteka ilə yüklü edildiyi görünür. Belə ki, iddia ərizəsinin xahiş etdi hissəsinə nəzər saldıqda aydın olur ki, iddiaçı ərizəsində hər iki evin qiymətini ayrı-ayrılıqda qeyd etmədən və qeyd edilən dəyərin hansı əmlaka münasibətdə qeyd olunduğunu bildirmədən ilkin satış qiymətinin 23700 (iyirmi üç min yeddi yüz) manat dəyərində qiymətləndirilməsini göstərmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.3-cü bəndində İpoteka predmetinin dəyərinin “ipoteka qoyan”-ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 49100 manat 00 qəpik (qırx doqquz min yüz manat sıfır qəpik) manat məbləğində müəyyən edildiyi qeyd olunaraq ipoteka ilə yüklü edilmiş hər iki əmlaka münasibətdə ümumi məbləğ ifadə olunmuşdur. Məhkəmə müəyyən edilən hallar əsasında işin obyektivliyini təmin etmək məqsədilə xx.xx.2024-cü il tarixdə ipoteka predmeti olan əmlakın qiymətləndirilməsinə dair ekspertiza təyin edərək real bazar və likvid qiymətlərinin ayrı ayrılıqda müəyyən edilməsi məqsədilə hər iki əmlakın qiymətləndirilməsinə dair ekspert qarşısında müvafiq suallar qoymuşdur. 25 sentyabr 2024-cü il tarixdə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 24 sentyabr 2024-cü il tarixli, 04/955 nömrəli məktubu məhkəməyə daxil olmuşdur. Qeyd olunan məktubdan aydın olur ki, ünvan 2ində Cavabdeh mülkiyyətində olan 0.1151 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin və 0,1117 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin bazar dəyərlərinə təsir edən amillərin faktiki vəziyyətinin yerində dürüstləşdirilməsi məqsədilə əmlaklara baxış keçirilməsi üçün mühəndis qiymətləndiriciyə şərait yaradılmadığından əmlakların qiymətləndirilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh məxsus ünvan 2ində 0.1151 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin və 0,1117 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin qiymətləndirilməsinə cavabdeh tərəfindən şərait yaradılmadığından, ipoteka müqaviləsində qeyd olunan yüklü edilmiş əmlakların ilkin satış qiyməti ümumilikdə 49100 manat (qırx doqquz min bir yüz) manat məbləğində əsas götürülməlidir. (ipoteka müqaviləsində hər bir yüklü edilmiş əmlakın ayrı-ayrılıqda qiymətinin müəyyən edilmədiyini nəzərə alaraq). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi əsaslı olduğundan tam təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 26564.09 (iyirmi altı min beş yüz altmış dörd manat 09 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 169,69 (bir yüz altmış doqquz manat altmış doqquz qəpik) manat olaraq müəyyən edilir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Beləliklə, X3 İştirak edilməməsi barədə 19 yanvar 2024-cü il tarixli arayışdan məlum olur ki, keçirilən İMS-də Naxçıvanbank ASC-nin nümayəndəsi X9 iştirak etmiş, iddiaçı Naxçıvanbank ASC tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənildiyindən, iddiaçı iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 169,69 (bir yüz altmış doqquz manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumu ödəməkdən azad edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə” müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X3 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X3 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırki tələb üzrə cavabdeh üzrsüz səbəbdən X3 iştirak etmədiyindən və X6 keçirilməsi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Həmçinin, hazırki iş üzrə iddiaçı tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənildiyindən və mediasiya xərci dövlət rüsumunun məbləğini əhatə etdiyindən iddiaçı dövlət rüsumundan azad edilmişdir. İddia tam təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 169,69 (bir yüz altmış doqquz manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirinə ödənilməlidir. Bundan əlavə məhkəmənin 19 mart 2024-cü il tarixli, e-2-2(123)-169/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsində, 15 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli, 422 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddia tam təmin olunduğundan Cavabdeh alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X11 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. O cümlədən, məhkəmənin 30 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq, 25 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 686 №-li ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddia tam təmin olunduğundan Cavabdeh alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X11 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Məhkəmə iddia tələbinin “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 104.96 (bir yüz dörd manat 96 qəpik) manat məbləğin Bankın xeyrinə ödənilməsinə dair hissədə bildirir ki, Cavabdeh xüsusi mülkiyyətində olan: Naxçıvan MR, ünvan 2ində, 0.1151 ha torpaq sahəsində yerləşən **********97-10301 reyestr nömrəli fərdi yaşayış evi və Naxçıvan MR, ünvan 2ində 0.1117 ha torpaq sahəsində yerləşən **********95-10301 reyestr nömrəli fərdi yaşayış evi 20 aprel 2021-ci il tarixli, 77 saylı İpoteka müqaviləsi əsasında "xxxx" ASC-nin Ordubad filialının xeyrinə yüklü edildiyindən və İpoteka ilə yüklü edilmiş hər bir əmlaka tutmanın yönəldilməsi barədə bildirişin ayrı-ayrılıqda qeydə alınması üçün 15 AZN məbləğində dövlət rüsumu və 36 AZN məbləğində xidmət haqqı ödənildiyindən məhkəmə iddiaçının bu istiqamətdə tələbini əsaslı saymaqdadır. Lakin bir halı da qeyd etmək lazımdır ki, iş materiallarında olan qəbzlərdəki ödəmələrdə hər bir qəbzə münasibətdə 15 manat və 36 manatın ödənildiyi öz əksini tapdığından iddiaçı tərəfindən tələb edilən 104.96 (bir yüz dörd manat 96 qəpik) manatın deyil, 15+36=51 x 2=102 (bir yüz iki) manat təmin edilməlidir. Odur ki, iki əmlaka münasibətdə “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 102 (bir yüz iki) manat məbləğində xidmət haqqı Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Nəticədə, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh əsas borc üzrə 26 000 (iyirmi altı min) manat, faiz borcu üzrə 564.09 (beş yüz altmış dörd manat 09 qəpik) manat olmaqla, ümumilikdə 26564.09 (iyirmi altı min beş yüz altmış dörd manat 09 qəpik) manat alınıb İddiaçı ASCyə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, Cavabdeh 169,69 (bir yüz altmış doqquz manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət gəlirinə ödənilməli, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli, 422 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci Cavabdeh alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X11 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməli, məhkəmənin 30 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş təkrar məhkəməmühasibat ekspertizasının nəticəsi olaraq, 25 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024cü il tarixli, 686 №-li ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci Cavabdeh alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X11 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməli, İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 102 (bir yüz iki) manat məbləğində xidmət haqqı Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməli, yuxarıda qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh məxsus Naxçıvan MR, ünvan 2ində, 0.1151 ha torpaq sahəsində yerləşən **********97-10301 reyestr nömrəli fərdi yaşayış evi və Naxçıvan MR, ünvan 2ində 0.1117 ha torpaq sahəsində yerləşən **********95-10301 reyestr nömrəli fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evlərinin ilkin satış qiyməti ümumilikdə 49100 manat (qırx doqquz min bir yüz) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, artıq qalan məbləğ, ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi əsaslı olduğundan təmin edilsin. Cavabdeh (Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA*******, FİN (xxxxxxx), (VÖEN: **********) əsas borc üzrə 26 000 (iyirmi altı min) manat, faiz borcu üzrə 564.09 (beş yüz altmış dörd manat 09 qəpik) manat olmaqla, ümumilikdə 26564.09 (iyirmi altı min beş yüz altmış dörd manat 09 qəpik) manat alınıb İddiaçı ASC-yə (VÖEN: **********) ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh 169,69 (bir yüz altmış doqquz manat altmış doqquz qəpik) manat məbləğində dövlət rüsumu alınaraq dövlət gəlirinə ödənilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2024-cü il tarixli, 422 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci Cavabdeh alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X11 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 686 №-li ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci Cavabdeh alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X11 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 102 (bir yüz iki) manat məbləğində xidmət haqqı Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Yuxarıda qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh məxsus Naxçıvan MR, ünvan 2ində, 0.1151 ha torpaq sahəsində yerləşən **********97-10301 reyestr nömrəli fərdi yaşayış evi və Naxçıvan MR, ünvan 2ində 0.1117 ha torpaq sahəsində yerləşən **********95-10301 reyestr nömrəli fərdi yaşayış evinə yönəldilsin. Mülkiyyət hüququ Cavabdeh məxsus Naxçıvan MR, ünvan 2ində, 0.1151 ha torpaq sahəsində yerləşən **********97-10301 reyestr nömrəli fərdi yaşayış evi və Naxçıvan MR, ünvan 2ində 0.1117 ha torpaq sahəsində yerləşən **********95-10301 reyestr nömrəli fərdi yaşayış evlərinin ilkin satış qiyməti ümumilikdə 49100 manat (qırx doqquz min bir yüz) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ, ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №e-2-2(123)-169/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-169/2024
29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver