Məhkəmə qərarları › İş №e-2-2(123)-17/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-17/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-17/2024 12.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh4 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC 07 iyul 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4 25 fevral 2021-ci il tarixli, BK2502/01 saylı kredit müqaviləsi üzrə 18 may 2023-ci il tarixə 13295.95 (on üç min iki yüz doxsan beş manat 95 qəpik) manat əsas borc, 2983.34 (iki min doqquz yüz səksən üç manat 34 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 16279.29 (on altı min iki yüz yetmiş doqquz manat 29 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının tutularaq bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 24800 (iyirmi dörd min səkkiz yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********96-10301 reyestr nömrəli Naxçıvan MR, Babək rayon, Sirab kəndində 0.157 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 25 fevral 2021-ci il tarixli, BK2502/01 saylı kredit müqaviləsinə əsasən Borcalana Bank tərəfindən 36 ay müddətinə illik 15% dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində biznes kreditinin verildiyini, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********96-10301 reyestr nömrəli Naxçıvan MR, Babək rayon, Sirab kəndində 0.157 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 25 fevral 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edildiyini, ipoteka müqaviləsinin müvafiq olaraq Babək rayon notariat ofisində təsdiq edildiyini və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlakın yüklülüyünün qeydiyyata alındığını, kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Cavabdeh4 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürməsinə baxmayaraq onun bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində onun adına xx.xx.2023-cü il tarixə adına 622 gecikmə gününün qeydə alındığını, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, ipoteka müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəlinin olduğunu, borcun qaytarılması ilə bağlı Borcalan Cavabdeh4 ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edildiyini, onlara məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktublarının müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyinin bildirildiyini, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişin borcalan-Cavabdeh4 və ipoteka qoyan-Cavabdeh1 ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edildiyini və bildirişin dövlət qeydiyyatına alındığını, xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə Borcalana təklifin ünvanlandığını, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilməsinə baxmayaraq, Borcalanın ilkin mediasiya sessiyasında iştirak etmədiyini, Cavabdeh4 25 fevral 2021-ci il tarixli, BK2502/01 saylı kredit müqaviləsi üzrə 18 may 2023-ci il tarixə 13295.95 (on üç min iki yüz doqsan beş manat 95 qəpik) manat əsas borc, 2983.34 (iki min doqquz yüz səksən üç manat 34 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 16279.29 (on altı min iki yüz yetmiş doqquz manat 29 qəpik) manat kredit borcu öhdəliyi olduğunu qeyd etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh4 03 avqust 2023-cü il tarixdə məhkəmə hazırlıq iclasında verdiyi izahında onlara məhkəmə bildirişi gəldikdən sonra bankla əlaqə saxladıqlarını, pulu ödəməyə gücünün çatmadığını banka dediyini, mediasiya prosesində də bunu banka dediyini, bankdan ona 5000 manat cərimə ödəməli olduğunu deyildiyini, onun da 5000 cəriməni ödəyə bilməyəcəyini və ona təzə kart açılaraq hər ay gücü çatdığı qədər ödəyəcəyini dediyini, Bankın pulun hamısının ödənməli olduğunu bildirdiyini, onun da gücünün çatmadığını dediyini, Bankdan ona borc almasının deyildiyini, onun 18 adama borcu olduğunu dediyini, Naxçıvanbankdan pul götürüb Türkiyədən sensi aparatı aldığını, aparatın gəlməsinə baxmayaraq aparatın beyninin olmadığını, orada on min və ya iki min manat ziyanlarının olduğunu, aldatıldıqlarını, pulu orada batırdıqlarını, gəlib yavaş-yavaş işləyib, bankın borcunu bağladıqdan sonra təzədən bir də kredit götürdüyünü, bu dəfə də işinə görə götürdüyünü, sonradan ziyan olduğunu gördüyünü, malları da nisyə götürdüyünü, malları da borc etdiyini, artıq ziyan etdiyini, işi dayandırdığını, sexi bağladığını, əlində iki dənə aparatının olduğunu, onları da satıb, pulun yarısını Şahmara olan borcuna verdiyini, onlara borclarının 18000 manat olub, pulu ödədikdən sonra 13800 manat olduğunu, ondan sonra da ödəyə bilmədiyini, onlara faizlə birlikdə 18000 manat pul yazıldığını, onun ödənişindən sonra 13800 manat olduğunu, borclarının necə yenidən qalxıb 16700 manat olduğunu, iyun ayının 14dən sonra, yəni məhkəmədən sonra da 700 manat ödədiyini, 18 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında qiymətləndirmənin aparılması üçün onların evinə gəlmədiklərini, onlara “Evin şəklini atın” deyildiyini, onların da evin şəklini atdığını, şəkilləri Bakıda olanda atdığını, qardaşının evin şəklini çəkib ona atdığını, onun da şəkilləri telefondan atdığını, onun həyətində əlavə bir dənə də ev olduğunu, “Onu heç iyirmi dörd min manata verərlər?! Guya Bankdan put götürəndə də mənim evimə gəlib baxıblar?!” deyə izahını qeyd edərək, atdığı şəkillərin də hal-hazırda telefonunda olduğunu, evin şəkillərini telefondan atdığını, evi qiymətləndirdiklərini, dəyərləndirərlər deyə fikirləşdiyini, məhkəmədə son qiymətin çıxacağını fikirləşdiyini bildirmişdir. Cavabdeh1 03 avqust 2023-cü il tarixdə məhkəmə hazırlıq iclasında verdiyi izahında bank elə etsin ki, razılaşaraq aylıq pullarını ödəmələrini, 16 noyabr 2023-cü il tarixdə məhkəmə hazırlıq iclasında verdiyi izahında isə bankın borcun məbləğini aylara bölməsini, oğlunun hissə-hissə borcu ödəməsini, 12 mart 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasındakı çıxışında pulun 5000 manatını faiz dayandırılması şərti ilə başdan ödəməsini, qalan pul məbləğinində aylıq 500 manat ödənilməsini bildirmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, e-2-2(123)-121/2023 saylı iş üzrə icraata “1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi” tələbinə dair hissədə xitam verilməsi, e-2-2(123)-121/2023 saylı işə “Cavabdeh4 25 fevral 2021-ci il tarixli, BK2502/01 saylı kredit müqaviləsi üzrə 18 may 2023-ci il tarixə 13295.95 (on üç min iki yüz doxsan beş manat 95 qəpik) manat əsas borc, 2983.34 (iki min doqquz yüz səksən üç manat 34 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 16279.29 (on altı min iki yüz yetmiş doqquz manat 29 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının tutularaq bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 24800 (iyirmi dörd min səkkiz yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********96-10301 reyestr nömrəli Naxçıvan MR, Babək rayon, Sirab kəndində 0.157 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi” tələbi həcmində baxılması qərara alınmışdır. 12 mart 2024-cü il tarixə, saat 09:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh4 iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh4 iştirakları olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 25 fevral 2021-ci il tarixli, BK2502/01 nömrəli Kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Naxçıvan filialı ilə Cavabdeh4 arasında kredit müqaviləsi bağlanmış, bank borcalana 36 ay müddətinə illik 15% dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində biznes kreditin tam və ya hissə-hissə verilməsini, borcalan isə bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. 25 fevral 2021-ci il tarixli, BK2502/01 saylı İpoteka müqaviləsindən görünür ki, ipoteka qoyan (Cavabdeh1) mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını (ünvan 1ində 0.157 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 153.91 kv.m, yaşayış sahəsi 105.28 kv.m, yardımçı sahəsi 48.63 kv.m olan 4 otaqlı fərdi yaşayış evi) BK2502/01 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın (Naxçıvanbank” ASC-nin Naxçıvan filialı) xeyrinə ipoteka ilə yüklü etmişdir. 18 may 2023-cü il tarixli, 666 nömrəli arayışından görünür ki, Cavabdeh4 25 fevral 2021-ci il tarixli, BK2502/01 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 13295.95 (on üç min iki yüz doxsan beş manat doxsan beş qəpik) manat əsas, 2983.34 (iki min doqquz yüz səksən üç manat otuz dörd qəpik) manat faiz borcu olmaqla cəmi borcu 16279.29 (on altı min iki yüz yetmiş doqquz manat iyirmi doqquz qəpik) manat təşkil edir. 26 fevral 2021-ci il tarixli, BK2502/01 saylı kredit müqaviləsinə əlavə, kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Cavabdeh4 illik 15% dərəcəsi ilə, 36 ay müddətinə 15000 (on beş min) manat məbləğində verilmiş kreditin xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək aylar üzrə ödənilməsi nəzərdə tutulmuş, əsas borcdan əlavə 36 ay müddətində ödənilməli olan faiz 3723.42 (üç min yeddi yüz iyirmi üç manat, qırx iki qəpik) manat məbləğində olmaqla ümumilikdə ödənilməli olan məbləğ 18723.42 (on səkkiz min yeddi yüz iyirmi üç manat, qırx iki qəpik) manat təşkil etmişdir. 26 fevral 2021-ci il tarixli, 313 nömrəli Xəzinə məxaric orderindən görünür ki, Naxçıvanbank ASC-nin Naxçıvan filialı tərəfindən mebel satışı üçün 14715 manat kredit məbləği Cavabdeh4 AZ39NAXB**********0602004AZN nömrəli hesabına köçürülmüşdür. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH ******* saylı Çıxarışdan görünür ki, Naxçıvan MR, ünvan 1ində yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 23/5 nömrəli reyestr kitabının 754 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, 1010 nömrəli Arayışdan görünür ki, Cavabdeh1 məxsus Naxçıvan MR, ünvan 1ində 0.157 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 153.91 kv.m, yaşayış sahəsi 105.28 kv.m, yardımçı sahəsi 48.63 kv.m olan 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 23/5 nömrəli reyestr kitabının 754 nömrəli vərəqində qeydiyyata alınmış, eyni zamanda xx.xx.2021-ci il tarixinə olan məlumata əsasən həmin əmlaka dair məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Naxçıvan MR, ünvan 1ində yerləşən Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evi "xxxx" ASC-nin Naxçıvan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixdə verilmiş müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin elektron təsdiqetmə bildirişindən görünür ki, 30 AZN məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, "xxxx" ASC-nin Naxçıvan filialı ilə Cavabdeh4 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən borcalana illik 15% dərəcəsi olmaqla 36 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Eyni zamanda Kredit məbləğinin verilməsi iş materiallarında olan məxaric orderi ilə öz təsdiqini tapmışdır. Borcalan Müqaviləyə əlavə olunan ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri, kreditin əsas məbləğini və ona hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə mülkiyyət hüququ Cavabdeh1 məxsus Naxçıvan MR, Babək rayon, Sirab kəndində 0.157 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipoteka müqaviləsi əsasında "xxxx" ASCnin Naxçıvan filialının xeyrinə yüklü edilmişdir. Beləliklə hazırkı vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsaasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, Cavabdeh4 kredit üzrə əsas və faiz məbləğlərini müqaviləyə əlavə olan ödəniş qrafiki əsasında ödəməyərək üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırmışdır. Bu hal isə iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Beləliklə, iddiaçı pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilməsi hissədə cavabdehə qarşı tələb hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 noyabr 2023-cü il tarixli, 907 nömrəli rəyindən görünür ki, Cavabdeh4 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 25 fevral 2021-ci il tarixli, BK2502/01 nömrəli kredit müqaviləsinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına və 18 may 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh4, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 18 may 2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) kredit üzrə olan əsas borcu 13354,14 (on üç min üç yüz əlli dörd manat on dörd qəpik) manat, faiz borcu 2216,59 (iki min iki yüz on altı manat əlli doqquz qəpik) manat, ümumilikdə 15570,73 (on beş min beş yüz yetmiş manat yetmiş üç qəpik) manat təşkil edir. 18 may 2023-cü il tarixdən 14 oktyabr 2023-cü il tarixədək ödənilmiş 1154.00 manat pul vəsaitinin müqaviləyə uyğun silinməsi nəzərə alındıqda Cavabdeh4nın 14 oktyabr 2023-cü il tarixinə (son ödəniş tarixinə), "xxxx" Açıq Səhmdar Cəmiyyətinə əsas borc üzrə 13354,14 (on üç min üç yüz əlli dörd manat on dörd qəpik) manat, faiz borcu üzrə 1874,97 (bir min səkkiz yüz yetmiş dörd manat doxsan yeddi qəpik) manat, ümumilikdə 15229,11 (on beş min iki yüz iyirmi doqquz manat on bir qəpik) manat təşkil edir. Məhkəmə ekspert rəyinin “18 may 2023-cü il tarixdən 14 oktyabr 2023-cü il tarixədək ödənilmiş 1154.00 manat pul vəsaitinin müqaviləyə uyğun silinməsi nəzərə alındıqda Cavabdeh4 14 oktyabr 2023cü il tarixinə (son ödəniş tarixinə), "xxxx" Açıq Səhmdar Cəmiyyətinə əsas borc üzrə 13354,14 (on üç min üç yüz əlli dörd manat on dörd qəpik) manat, faiz borcu üzrə 1874,97 (bir min səkkiz yüz yetmiş dörd manat doxsan yeddi qəpik) manat, ümumilikdə 15229,11 (on beş min iki yüz iyirmi doqquz manat on bir qəpik) manat təşkil edir” hissəsinin tələbdə xx.xx.2023-cü il tarixədək tələb edildiyi nəzərə alınaraq qətnamənin icrası zamanı icra məmuru tərəfindən nəzərə alınması qənaətinə gəlir. Lakin bir halı da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə ki, iddiaçının tələbinə nəzər saldıqda görünür ki, kredit müqaviləsinə əsasən əsas borc üzrə 13295.95 (on üç min iki yüz doxsan beş manat doxsan beş qəpik) manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi xahiş edilmişdir. Belə olduqda, məhkəmə 04 noyabr 2023-cü il tarixli, 907 nömrəli ekspert rəyi ilə qismən, yəni kredit üzrə hesablanmış 13354,14 (on üç min üç yüz əlli dörd manat on dörd qəpik) manat məbləğin 13295.95 (on üç min iki yüz doxsan beş manat doxsan beş qəpik) manat iddia tələbi hissəsində razılaşdığı, cavabdehin faiz borcunun isə 2216,59 (iki min iki yüz on altı manat əlli doqquz qəpik) manat olduğu hissəsində məqbul hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi qismən təmin olunmalıdır. Qeyd edilənlərdən əlavə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iş üzrə tərəflər arasında 25 fevral 2021-ci il tarixli, BK2502/01 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən Girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 307.6-cı maddəsinə əsasən İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Əsas öhdəliyin xitamı, o cümlədən etibarsızlığı ipoteka müqaviləsinin də xitamına səbəb olduğu halda, sonuncunun xitamı heç bir halda əsas öhdəliyin xitamına gətirib çıxarmır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. Həmin qanunun 4.1.1-ci və 4.1.2-ci maddələrinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər də daxil edilməklə tam həcmdə təmin edilir. 4.1.4-ci maddəsinə əsasən ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.5-ci maddəsinə əsasən İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İddia tələbinin tutmanın ilkin satış qiyməti 24800 (iyirmi dörd min səkkiz yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********96-10301 reyestr nömrəli Naxçıvan MR, Babək rayon, Sirab kəndində 0.157 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlamışlar. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 20 dekabr 2023-cü il tarixli Rəyinə və “Qiymətləndirmə hesabatı”na əsasən ipoteka predmeti olan Naxçıvan MR, ünvan 1i ünvanında 0.1570 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 153.91 kv.m, yaşayış (əsas) sahəsi 105.28 kv.m, köməkçi sahəsi 48.63 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin 20 dekabr 2023-cü il tarixinə bazar dəyəri 26090 (iyirmi altı doxsan) manat təşkil edir. Likvid dəyəri isə əmlak bazarında durğunluq nəzərə alınaraq bazar dəyərinə 5% likvidlik tətbiq olunmaqla 24800 (iyirmi dörd min səkkiz yüz) manat məbləğində müəyyən edilmişdir. Ona görə də ipoteka predmetinin qiymətləndirilməsi zamanı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 20 dekabr 2023-cü il tarixli Rəyi və “Qiymətləndirmə hesabatı” əsas götürülməli, Naxçıvan MR, ünvan 1i ünvanında 0.1570 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 153.91 kv.m, yaşayış (əsas) sahəsi 105.28 kv.m, köməkçi sahəsi 48.63 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin ilkin satışı, likvid qiyməti ilə 24800 (iyirmi dörd min səkkiz yüz) manat məbləğində müəyyən edilməlidir. Bunlarla yanaşı məhkəmə bildirir ki, iddiaçı iddia ərizəsində iddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə 46.45 (qırx altı manat qırx beş qəpik) manat məbləği də tələb etmişdir. Lakin bu halı təsdiq etmək üçün iş materiallarına əlavə edilmiş təsdiqetmə bildirişlərindən görünür ki, ödənilən pul məbləği 45 manatdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının 46.45 (qırx altı manat qırx beş qəpik) manat məbləğində tələbinin 45 manat məbləğində hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddələrinə uyğun olaraq hazırkı tələbi ilə bağlı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumun məbləği 138.84 (bir yüz otuz səkkiz manat, səksən dörd qəpik) manat təşkil edir. Belə ki, iddiaçı mediasiya xərclərini ödədiyindən və ödənilmiş 200 manat mediasiya xərci ödənilməli olan 138.84 (bir yüz otuz səkkiz manat, səksən dörd qəpik) manat dövlət rüsumunu əhatə etdiyindən iddiaçı tərəf dövlət rüsumundan azad olmuşdur. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli olduğundan MPM-nin 119.2-ci maddəsinə uyğun olaraq iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 138.84 (bir yüz otuz səkkiz manat, səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə, yəni 95.29%-ə mütənasib olaraq 132.30 (bir yüz otuz iki manat, otuz qəpik) manat məbləği Cavabdeh4 tutularaq dövlət gəlirlərinə alınmalıdır. Bununla yanaşı məhkəmə bildirir ki, qalan, mediasiya xərcinin əhatə etdiyi 6.54 (altı manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aiddir və iddianın təmin edilməmiş hissəsinə uyğun olaraq 6.54 (altı manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Lakin iddiaçı qanunverciliyə uyğun olaraq dövlət rüsumundan azad olunduğundan məhkəmə bu məsələyə toxunmur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qanunun qeyd edilən müddəasının məzmunundan belə məlum olur ki, cavabdeh hazırkı tələb üzrə ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən iddiaçı tərəfindən Naxçıvan Mediasiya təşkilatına ödənilmiş 200 manat məbləğində İMS xərci Cavabdeh4 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 07 yanvar 2024-cü il tarixdə məhkəməyə ünvanlanmış 20 dekabr 2023-cü il tarixli, 37 saylı məktubdan müəyyən olunur ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 manat məbləğində xidmət haqqı ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının 114.35 (bir yüz on dörd manat otuz beş qəpik) manat məbləği Cavabdeh4, qalan 5.65 (beş manat altmış beş qəpik) manat məbləği isə iddiaçı Naxçıvanbank ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********; əlaqə nömrəsi-(036)-545-77-39) ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh4 əsas borc üzrə 13295.95 (on üç min iki yüz doxsan beş manat doxsan beş qəpik) manat, faiz borcu üzrə 2216.59 (iki min iki yüz on altı manat əlli doqquz qəpik) manat olmaqla ümumilikdə 15512.54 (on beş min beş yüz on iki manat əlli dörd qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 138.84 (bir yüz otuz səkkiz manat, səksən dörd qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə, yəni 95.29%-ə mütənasib olaraq 132.30 (bir yüz otuz iki manat, otuz qəpik) manat məbləği Cavabdeh4 tutularaq dövlət gəlirlərinə alınmalı, iddiaçı tərəfindən Naxçıvan Mediasiya təşkilatına ödənilmiş 200 manat məbləğində İMS xərci Cavabdeh4 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, fərdi yaşayış evinin qiymətləndirilməsinə görə ödənilməli olan 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının 114.35 (bir yüz on dörd manat otuz beş qəpik) manat məbləği Cavabdeh4, qalan 5.65 (beş manat altmış beş qəpik) manat məbləği isə iddiaçı Naxçıvanbank ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********; əlaqə nömrəsi-(036)-545-77-39) ödənilməli, iddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 45 manat məbləği Cavabdeh4 alınıb iddiaçı Naxçıvanbank ASC-yə ödənilməli, cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh1 məxsus Naxçıvan MR, ünvan 1i ünvanında 0.1570 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 153.91 kv.m, yaşayış sahəsi 105.28 kv.m, yardımçı sahə (köməkçi sahə) 48.63 kv.m olan 1 mərtəbəli, 4 otaqlı, fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmeti olan Naxçıvan MR, ünvan 1i ünvanında 0.1570 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 153.91 kv.m, yaşayış sahəsi 105.28 kv.m, yardımçı sahə (köməkçi sahə) 48.63 kv.m olan 1 mərtəbəli, 4 otaqlı, fərdi yaşayış evinin ilkin satış qiyməti qiymətləndirmə hesabatı ilə 24800 (iyirmi dörd min səkkiz yüz) manat məbləğində müəyyən edilmiş həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh4 iddiaçı Naxçıvanbank ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, artıq qalan məbləğ Cavabdeh1 özünə qaytarılmalı və iddia qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdeh4 əsas borc üzrə 13295.95 (on üç min iki yüz doxsan beş manat doxsan beş qəpik) manat, faiz borcu üzrə 2216.59 (iki min iki yüz on altı manat əlli doqquz qəpik) manat olmaqla ümumilikdə 15512.54 (on beş min beş yüz on iki manat əlli dörd qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. Cavabdeh4 tərəfindən xx.xx.2023-cü il tarixdə 401 (dörd yüz bir) manat, xx.xx.2023-cü il tarixdə 300 (üç yüz) manat, xx.xx.2023-cü il tarixdə 253 (iki yüz əlli üç) manat, xx.xx.2023-cü il tarixdə 200 (iki yüz) manat məbləğində olmaqla ümumilikdə 1154 (bir min yüz əlli dörd) manat məbləğində edilmiş ödənişlər 18 may 2023-cü il tarixdən sonra ödənildiyindən qətnamə icra edildiyi zaman icra məmuru tərəfindən həmin məbləğlər ödənilmiş məbləğ olaraq nəzərə alınsın. İddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 138.84 (bir yüz otuz səkkiz manat, səksən dörd qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə, yəni 95.29%-ə mütənasib olaraq 132.30 (bir yüz otuz iki manat, otuz qəpik) manat məbləği Cavabdeh4 tutularaq dövlət gəlirlərinə alınsın. İddiaçı tərəfindən Naxçıvan Mediasiya təşkilatına ödənilmiş 200 manat məbləğində İMS xərci Cavabdeh4 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Fərdi yaşayış evinin qiymətləndirilməsinə görə ödənilməli olan 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının 114.35 (bir yüz on dörd manat otuz beş qəpik) manat məbləği Cavabdeh4, qalan 5.65 (beş manat altmış beş qəpik) manat məbləği isə iddiaçı Naxçıvanbank ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********; əlaqə nömrəsi-(036)-545-77-39) ödənilsin. İddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 45 manat məbləği Cavabdeh4 alınıb iddiaçı Naxçıvanbank ASCyə ödənilsin. Yuxarıda məhkəmə tərəfindən cavabdehdən alınaraq ödənilməsi müəyyən edilmiş müvafiq məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh1 məxsus Naxçıvan MR, ünvan 1i ünvanında 0.1570 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 153.91 kv.m, yaşayış sahəsi 105.28 kv.m, yardımçı sahə (köməkçi sahə) 48.63 kv.m olan 1 mərtəbəli, 4 otaqlı, fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan Naxçıvan MR, ünvan 1i ünvanında 0.1570 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 153.91 kv.m, yaşayış sahəsi 105.28 kv.m, yardımçı sahə (köməkçi sahə) 48.63 kv.m olan 1 mərtəbəli, 4 otaqlı, fərdi yaşayış evinin ilkin satış qiyməti qiymətləndirmə hesabatı ilə 24800 (iyirmi dörd min səkkiz yüz) manat məbləğində müəyyən edilmiş həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh4 iddiaçı Naxçıvanbank ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ Cavabdeh1 özünə qaytarılsın. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar