Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-171/2025 17.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədov, iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı icarə müqaviləsinin öhdəliyinin icra edilməməsi nəticəsində yaranan pul tələbi barədə kiçik iqtisadi kommersiya mübahisəsinə dair iş üzrə elektron qaydada göndərilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti 15 aprel 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 mart 2024-cü il tarixdə bağlanmış, 13-1-10/2-60/2024 nömrəli icarə müqaviləsi üzrə yaranmış 807,91 (səkkiz yüz yeddi manat 91 qəpik) manat məbləğində icarə borcu, 150,90 (yüz əlli manat 90 qəpik) manat məbləğində ƏDV borcu, 270,10 (iki yüz yetmiş manat 10 qəpik) manat məbləğində elektrik enerjisi, 32,29 (otuz iki manat 29 qəpik) manat məbləğində dövlət rüsumunun, 50 (əlli) manat məbləğində cərimə borcunun, ümumilikdə 1311,2 (min üç yüz on bir manat 2 qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq "X1" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən prosessual qanunuvericiliyin tələbləri çərçivəsində iddiaçının ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edildi ki, iddia ərizəsinin icraata qəbul olunmasından imtina olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-4.1 və 284-4.1.3-cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 284-4.1 və 284-4.1.3-cü maddələrinin tələbinə görə bu tələbə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasına yol verilmir. Qeyd olunan maddələrin məzmunundan aydın olur ki, verilmiş tələbi təsdiq edən sənədlər əlavə olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. İddia ərizəsində cavabdehə qarşı irəli sürülmüş icarə müqaviləsinin öhdəliyinin icra edilməməsi nəticəsində yaranan pul tələbini təsdiq edən sənədlər-807,91 (səkkiz yüz yeddi manat 91 qəpik) manat məbləğində icarə borcu, 150,90 (yüz əlli manat 90 qəpik) manat məbləğində ƏDV borcu, 270,10 (iki yüz yetmiş manat 10 qəpik) manat məbləğində elektrik enerjisi, 50 (əlli) manat məbləğində cərimə borcu barədə onun əlavəsi iş materiallarına iddiaçı tərəfindən əlavə edilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdən icarə müqaviləsi bağlansada təqdim olunan qaimə fakturalardan aylar üzrə ödəmələr və yaranan aylar üzrə borcu müəyyən etmək aşkar deyil. Həmçinin elektrik enerjisi sərfiyatına əsasən yaranan borc və cərimə borcunun yaranması və hesablanması aşkar deyil. Bu hal ödəmə qəbzlərində belə aşkar deyildir. Qeyd edilənləri nəzərə alaraq belə hesab edilir ki,ərizənin qəbul olunmasından imtina edilməli, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmasının iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmaması, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanması tərəfə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 284-4, 284-4.1 və 284-4.1.3, 284-4.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı icarə müqaviləsinin öhdəliyinin icra edilməməsi nəticəsində yaranan pul tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddia ərizəsinin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-171/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-171/2025
17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver