Məhkəmə qərarları › İş №e-2-2(123)-173/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-173/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-173/2025 26.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı ASC-ti və iddiaçının səlahiyyətli nümayəndəsi Nümayəndə 16 aprel 2025-ci il tarixdə elektron qaydada kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 18 aprel 2023-cü il tarixli kredit müqaviləsi üzrə 4207.77 manat əsas borc, 101.76 manat faiz borcu və 11.85 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4321.38 manat borcun və 63.21 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizəsində Cavabdeh2 18 aprel 2023-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 20 faizlə 18 ay müddətinə 10000 manat kredit götürdüyünü, borcun təminatı olaraq Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 ilə 18 aprel 2023-cü il tarixli zaminlik müqaviləsinin bağlandığını, lakin borclunun müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırdığını, 07 fevral 2025-dək Cavabdeh2 banka 18 aprel 2023cü il tarixli kredit müqaviləsi üzrə 4207.77 manat əsas borc, 101.76 manat faiz borcu və 23.7 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4333.23 manat borcu olduğunu, Cavabdeh2 18 aprel 2023 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 23.7 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləğinin kredit müqaviləsində nəzərdə tutulduğunu və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-ımiqdarında olmaqla, yəni 11.85 manat məbləğində tələb olunduğunu, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin borcu ödəməkdən boyun qaçırdığını qeyd edərək, tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci, 448.1-ci, 21-ci, 465.2-ci, 467-ci, 445.2.1-ci, 472.1-ci, 472.2-ci, 501-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-173/2025 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə “bildirişi aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş əsaslandırılmış etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdehlərə bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazlarını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişlər. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli, 20-MCR-1-179-23/1 nömrəli kredit verilməsinə dair razılaşmadan görünür ki, Yelo Bank ASC-nin Mərkəz filialı tərəfindən Cavabdeh2 biznes məqsədilə 18 (on səkkiz) ay müddətinə, aylıq 1.67 (bir tam yüzdə altmış yeddi) % dərəcəsilə 10000 (on min) manat məbləğində kredit verilmiş, bu razılaşma 20-MCR-1-179-23 nömrəli xx/xx/2023 tarixli kredit limitinin ayrılması üzrə razılaşma əsasında rəsmiləşdirilmiş və onun ayrılmaz tərkib hissəsi elan olunmuşdur. xx.xx.2023-cü il tarixli, 20-MCR-1-179-23 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, Yelo Bank ASC-nin Mərkəz filialı tərəfindən Cavabdeh2 120 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmış, eyni zamanda müştəri bu razılaşmanı imzalamaqla Bankın internet səhifəsində yerləşdirilmiş Bank xidmətlərinin göstərilməsi üzrə şərtlər toplusunu oxuduğunu, sənədin bütün müddəaları və tələbləri ilə razı olduğunu və bu razılaşmanı imzalaması nəticəsində həmin şərtlər toplusunun gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmədiyini bəyan və təsdiq etmişdir. 20-MCR-1-179-23/1 saylı kredit müqaviləsinə 1 saylı əlavənin ayrılmaz və tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, əsas məbləğ 10000.00 (on min) manat, faiz məbləği 1657.39 (min altı yüz əlli yeddi manat 39 qəpik) manat olmaqla ümumilikdə 11657.39 (on bir min altı yüz əlli yeddi manat 39 qəpik) manat məbləğin aylar üzrə müvafiq ödənişlərlə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməsi müəyyən edilmişdir. 20-MCR-1-179-23/1 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 Banka olan əsas borcu 4207.77 (dörd min iki yüz yeddi manat 77 qəpik), faiz borcu 101.76 (yüz bir manat 76 qəpik), cərimə borcu isə 23.7 (iyirmi üç manat 70 qəpik) manat olmaqla cəmi borc məbləği 4333.23 (dörd min üç yüz otuz üç manat 23 qəpik) manat təşkil edir. xx.xx.2023-cü il tarixli, ekran–unikal kod nömrəsi 1401-********** nömrəli məxaric qəbzindən görünür ki, Cavabdeh2 oğluna 9848 (doqquz min səkkiz yüz qırx səkkiz) manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, 20-MCR-1-179-23/1 saylı kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsinə dair əlavə xx.xx.2024-cü il tarixli 1 saylı sazişdən görünür ki, bu saziş bir tərəfdən etibarnamə əsasında İddiaçı ASC-nin Mərkəz filialı müdiri X1 və digər tərəfdən Cavabdeh2 şəxsində bağlanmışdır. Həmin əlavənin: 1.1.1-ci bəndindən görünür ki, kreditin məbləği 5642.37 (beş min altı yüz qırx iki manat 37 qəpik) məbləğində müəyyən edilir. 1.1.2-ci bəndindən görünür ki, müqavilə üzrə kreditin müddəti 20 (iyirmi) ay müəyyən edilir. 1.1.3-cü bəndindən görünür ki, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu sazişə əlavə edilmiş ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. 2.3-cü bəndindən görünür ki, bu saziş müqavilənin ayrılmaz tərkib hissəsi olmaqla imzalandığı tarixdən qüvvəyə minir. 20-MCR-1-179-23/1 kredit müqaviləsinə 1 saylı əlavənin ayrılmaz və tərkib hissəsi olan xx.xx.2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, əsas məbləğ 5642.37 (beş min altı yüz qırx iki manat 37 qəpik) manat, faiz məbləği 1057.17 (min əlli yeddi manat 17 qəpik) manat olmaqla ümumilikdə 6699.54 (altı min altı yüz doxsan doqquz manat 54 qəpik) manat məbləğin aylar üzrə müvafiq ödənişlərlə xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək ödənilməsi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, Z/06408/23 nömrəli Zaminlik müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən İddiaçı ASC və digər tərəfdən Cavabdeh3 (bundan sonra zamin adlanacaq) şəxsində bağlanmışdır. xx.xx.2023-cü il tarixli, Z/06409/23 saylı Zaminlik müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən İddiaçı ASC və digər tərəfdən Cavabdeh4 (bundan sonra zamin adlanacaq) şəxsində bağlanmışdır. xx.xx.2023-cü il tarixli, Z/06410/23 saylı Zaminlik müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən İddiaçı ASC və digər tərəfdən Cavabdeh1 (bundan sonra zamin adlanacaq) şəxsində bağlanmışdır. xx.xx.2023-cü il tarixli, Z/06408/23 saylı, Z/06409/23 saylı və Z/06410/23 saylı zaminlik müqavilələrinin: 1.1-ci bəndindən görünür ki, bu müqavilənin predmeti xx.xx.2023-cü il tarixli, 20-MCR-1-179- 23 saylı kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz öhdəsinə götürməsidir. 2.1.1-ci bəndindən görünür ki, kredit limitinin ayrılmasına dair müqavilə əsasında bağlanan razılaşmalara əsasən borcalanın kreditordan aldığı kredit məbləği bu müqavilə ilə təmin edilir. 3.1.3-cü bəndindən görünür ki, Zaminin və ya zaminlərin öhdəliklərini yerinə yetirmədikdə müvafiq qaydada məhkəməyə müraciət etmək kreditorun hüququdur. 3.4.2-ci bəndindən görünür ki, bu müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmək zaminin vəzifəsidir. 4.1-ci bəndindən görünür ki, zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4.2-ci bəndindən görünür ki, kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər dəbbə pulu (cərimə, penya) borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixli, Z/06408/23 saylı, Z/06409/23 saylı və Z/06410/23 saylı zaminlik müqavilələrinə əlavə xx.xx.2024-cü il tarixli 1 saylı sazişlərdən görünür ki, bu sazişlər bir tərəfdən etibarnamə əsasında İddiaçı ASC-nin Mərkəz filialı müdiri X1 və digər tərəfdən zaminlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 şəxslərində bağlanmışdır. Həmin əlavələrin: 1.1.1-ci bəndindən görünür ki, müqavilə üzrə kreditin müddəti xx.xx.2026-cı il tarixədək uzadılır. 1.1.2-ci bəndindən görünür ki, kreditin illik faiz dərəcəsi 20(iyirmi) % təşkil edir. 1.1.3-cü bəndindən görünür ki, kredit müqaviləsi üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz 72 (yetmiş iki) % təşkil edir. 2.3-cü bəndindən görünür ki, bu saziş müqavilənin ayrılmaz tərkib hissəsi olmaqla imzalandığı tarixdən qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.4-cü maddəsinə əsasən Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş üzrə elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar tədqiq edilərək məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə 20-MCR-1- 179-23 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma imzalanaraq Yelo Bank ASC-nin Mərkəzi filialı tərəfindən Cavabdeh2 hesabına 120 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmış, həmin razılaşmanın əsasında rəsmiləşdirilmiş və onun ayrılmaz tərkib hissəsi elan olunan xx.xx.2023-cü il tarixli, 20-MCR-1-179-23/1 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən İddiaçı ASC-nin Mərkəzi filialı tərəfindən Cavabdeh2 biznes məqsədilə 18 (on səkkiz) ay müddətinə aylıq 1.67 (bir tam yüzdə altmış yeddi) % dərəcəsilə 10000 (on min) manat məbləğində kredit verilmiş, kreditin verilməsi iş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli, ekran–unikal kod nömrəsi 1401-********** nömrəli məxaric qəbzi ilə təsdiq edilmişdir. Daha sonra tərəflər arasında xx.xx.2023-cü il tarixli, 20-MCR-1-179-23/1 saylı kredit müqaviləsinə əlavə və dəyisikliklər edilməsinə dair əlavə xx.xx.2024-cü il tarixli 1 saylı saziş bağlanaraq həmin saziş əsasında müqavilə üzrə kreditin müddəti 20 (iyirmi) ay müəyyən edilmiş, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu sazişə əlavə edilmiş ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirməyi öhdəsinə götürmüşdür. Beləliklə, qarşılıqlı razılıq əsasında bağlanılan bu müqavilə tərəflər arasında hüquq və vəzifələr müəyyən etməklə kredit münasibətlərini tam şəkildə əhatə edərək, öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuşdur. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Məhkəmə tərəfindən müəyyən edilən hal ondan ibarətdir ki, cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən cavabdehlərə 07.02.205-ci il tarixdə xəbərdarlıq məktubu ünvanlanaraq xx.xx.2023-cü il tarixli, 20-MCR-1-179- 23/1 saylı kredit müqaviləsinə əsasən yaranmış borc məbləğinin ödənilməsi, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə borc məbləğinin borclu və zaminlərdən müştərək qaydada məhkəmə qaydasıda tutulması üçün tədbirlər görüləcəyi, cavabdehlərin digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlakların satılacağı, notariusun icra qeydi qaydasında notariat konturuna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsinin tələb olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə cavabdehlərin öhdəliyin icrasını pozduğunu müşayiət etdiyindən kreditorun öhdəliyin icrasını tələb etməkdə haqlı olduğu qənaətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Beləliklə, qeyd edilənlər onu deməyə əsas verir ki, borcalan Cavabdeh2 kreditorun xəbərdarlığından sonra da öhdəliyini icra etmədiyindən 20-MCR-1-179-23/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 Banka olan əsas borcu 4207.77 (dörd min iki yüz yeddi manat 77 qəpik), faiz borcu 101.76 (yüz bir manat 76 qəpik), cərimə borcu isə 23.7 (iyirmi üç manat 70 qəpik) manat olmaqla ümumilikdə ödənilməli olan borc məbləği 4333.23 (dörd min üç yüz otuz üç manat 23 qəpik) manat təşkil etmişdir. Məhkəmə həmin maliyyə arayışının cərimə borcuna dair hissəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bununla yanaşı xx.xx.2025-ci il tarixli maliyyə arayışında 23.7 (iyirmi üç manat 70 qəpik) manat məbləğində cərimə müəyyən edilməsinə baxmayaraq iddiaçı ərizəsində təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 11.85 (on bir manat 85 qəpik) manat məbləğini tələb etmişdir. Beləliklə məhkəmə təqdim edilmiş maliyyə arayışının cavabdehin iddiaçıya olan borcunu təsdiq edən mötəbər sübut kimi qəbul etsə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbini əsas götürərək işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılacağını qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.1-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd edilənlərdən əlavə, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq xx.xx.2023-cü il tarixdə İddiaçı ASC və Cavabdeh3 arasında Z/06408/23 nömrəli Zaminlik müqaviləsi, xx.xx.2023-cü il tarixdə İddiaçı ASC və Cavabdeh4 arasında Z/06409/23 nömrəli Zaminlik müqaviləsi, eyni zamanda xx.xx.2023-cü il tarixdə İddiaçı ASC və Cavabdeh1 arasında Z/06410/23 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edən zaminlik müqaviləsi aksessor xarakteri daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birətərfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfdən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd edilən maddələrin tələblərini nəzərə alaraq, xx.xx.2023-cü il tarixli, Z/06408/23 saylı, Z/06409/23 saylı və Z/06410/23 saylı zaminlik müqavilələrinin 4.1-ci bəndindən də göründüyü kimi zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Subsidiar məsuliyyət dedikdə isə Kreditorun bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməsi nəzərdə tutulur. (MMin 453-cü maddəsi). Hazırkı kredit sazişi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında kredit üzrə öhdəlik lazımınca icra edilmədiyi təqdirdə kreditor qarşısında birgə məsuliyyət daşımalarına dair razılıq əldə etmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1 və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1 və 112.1.1-ci maddələrinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 4321.38 (dörd min üç yüz iyirmi bir manat 38 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 63.21 (altmış üç manat 21 qəpik) manatdır. Qeyd olunan dövlət rüsumunun məbləği ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı ASC tərəfindən qanunvericiliyə uyğun olaraq ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2023-cü il tarixli, 20-MCR-1-179-23/1 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 4207.77 (dörd min iki yüz yeddi manat 77 qəpik) manat əsas borc, 101.76 (yüz bir manat 76 qəpik) manat faiz borcu və 11.85 (on bir manat 85 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4321.38 (dörd min üç yüz iyirmi bir manat 38 qəpik) manat və iddia ərizəsinin verilməsinə görə 63.21 (altmış üç manat 21 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Yelo Bank ASC-yə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 284-6 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi əsaslı olduğundan təmin edilsin. xx.xx.2023-cü il tarixli, 20-MCR-1-179-23/1 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 (FİN: xxxxxxx), Cavabdeh1(FİN: xxxxxxx), Cavabdeh4 (FİN: xxxxxxx) və Cavabdeh3 (FİN: xxxxxxx) müştərək qaydada 4207.77 (dörd min iki yüz yeddi manat 77 qəpik) manat əsas borc, 101.76 (yüz bir manat 76 qəpik) manat faiz borcu və 11.85 (on bir manat 85 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4321.38 (dörd min üç yüz iyirmi bir manat 38 qəpik) manat tutulub İddiaçı ASC-yə (VÖEN: **********) ödənilsin. İddiaçı ASC tərəfindən ödənilmiş 63.21 (altmış üç manat 21 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar