Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-177/2025 26.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Nəcəfov Pərvin Yusif oğlu və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi 17 aprel 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Nəcəfov Pərvin Yusif oğlu arasında bağlanmış 21 may 2024-cü il tarixli, 370818-CNS-45711/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 4.734,63 AZN manat məbləğində əsas borc, 262.53 manat məbləğində faiz borcu, ümumilikdə isə 4.997,16 manat məbləğində pulun və 53.10 (əlli üç manat on qəpik) AZN manat məbləğində ödənilmiş dövlət rüsumunun Nəcəfov Pərvin Yusif oğlundan və Cavabdeh1 tutularaq İddiaçı ASC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində Nəcəfov Pərvin Yusif oğlunun (bundan sonra mətndə P.Y.Nəcəfov) xx.xx.2023-cü il tarixli 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub, həmin şərtləri qəbul edərək, 05 iyun 2023-cü il tarixli, 370818-CNS-45711 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-nə (bundan sonra mətndə Bank) müraciət etdiyini və ona istehlak məqsədilə illik 20 (iyirmi faiz) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 7.000 (yeddi min) manat məbləğində kredit verilməsini xahiş etdiyini, yəni təklif (oferta) verdiyini, Bankın isə aksept etdiyini, yəni təklifi qəbul etdiyini, bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən P.Y.Nəcəfovun ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verildiyini və kredit vəsaitinin “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürüldüyünü, “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən Bankın krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürdüyünü, Bankın kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim etdiyini və müştərinin onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verdiyini, cavabdeh P.Y.Nəcəfovun maliyyə çətinliyinin yaranması səbəbindən, kredit müqaviləsindən irəli gələn borc öhdəliyinin lazimi qaydada icrasını təmin etmək məqsədilə, 21 may 2024-cü il tarixinə olan borcunun 5.065, 65 (beş min altmış beş manat 65 qəpik) AZN manat məbləğində borcu 46 ay müddətinə - xx.xx.2028-ci il tarixədək, illik 15% hesablanmaqla kapitallaşdırıldığını, eyni zamanda, 21 may 2024-cü il tarixli, 370818-CNS-45711/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyin icrasını təmin etmək məqsədilə (bundan sonra mətndə Cavabdeh1) xx.xx.2024 cü il tarixli 370818-1-4889 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh1 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürdüyünü, cavabdeh Nəcəfov Pərvin Yusif oğlunun kredit vəsaitindən istifadə etdiyini, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etmədiyini və nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə Banka 4.734,63 AZN manat məbləğində əsas borc, 262.53 manat məbləğində faiz borcu, ümumilikdə isə 4.997,16 AZN manat məbləğində borcu qaldığını bildirərək ərizəsini əsaslandırmış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 405.2ci, 407.1-ci, 408.1-ci, 409.1-ci, 417.1-ci, 418.1-ci, 442-ci, 443.1-ci, 462.1-ci, 739.1-ci Mülki Prosessual Məcəllənin 10-1.1-ci, 26.1-ci, 34-cü, 35.1-ci, 119.1-ci, 284-1-ci maddələrinə istinad etmişdir. Məhkəmə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Nəcəfov Pərvin Yusif oğlu və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2025-ci il tarixli, e-2-2(123)-177/2025 saylı qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdehlər bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazlarını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişlər. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarında olan: xx.xx.2023-cü il tarixli 370818-CNS-45711 saylı “Birdəfəlik kreditin əsas şərtləri”nə dair müştəri ərizəsi-razılaşmasından görünür ki, bu razılaşma İddiaçı Açıq Səhmdar Cəmiyyətinin satışlar və orta və kiçik biznesin müştərilərinə xidmət şöbəsinin müdiri X1 ilə Nəcəfov Pərvin Yusif oğlu (Borcalan) arasında bağlanmışdır. Həmin razılaşmaya əsasən: Bank Borcalana dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün 24 ay müddətinə 7000 (yeddi min) manat məbləğində illik 20.0 % dərəcəsi ilə kreditin verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 370818-CNS-45711 saylı kredit müqaviləsinə 1 saylı əlavənin ayrılmaz və tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, illik 20 faiz dərəcəsilə əsas məbləğ 7000.0 (yeddi min) manat, faiz məbləği 1551.77 (min beş yüz əlli bir manat 77 qəpik) manat olmaqla, ümumilikdə 8551.77 (səkkiz min beş yüz əlli bir manat 77 qəpik) manat məbləğin aylar üzrə müvafiq ödənişlərlə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməsi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, 370818-CNS-45711 saylı kredit müqaviləsinə (annuitet cədvəl üzrə) dəyişikliklər və əlavələr edilməsi barədə 21 may 2024-cü il tarixli 1 saylı Əlavə Razılaşmadan görünür ki, bu Razılaşma bir tərəfdən etibarnamə əsasında İddiaçı ASC-nin Müştəri Xidmətləri Mərkəzinin rəisi X2 və digər tərəfdən cavabdeh Nəcəfov Pərvin Yusif oğlu şəxsində bağlanmışdır. Həmin Razılaşmanın: 1-ci bəndindən görünür ki, “Borcalan”ın maliyyə çətinliyinin yaranması səbəbindən, Kredit müqaviləsindən irəli gələn borc öhdəliyinin lazımi qaydada icrasını təmin etmək məqsədilə, Tərəflər Krediti restrukturizasiya edərək, “Borcalan”ın xx.xx.2024-cü il tarixinə olan “Kredit Müqaviləsi”ndən irəli gələn öhdəlikləri kapitallaşdırlılaraq 5.065.65 AZN (Beş min altmış beş manat 65 qəpik) (bundan sonra “Kredit məbləği” adlandırılacaq) müəyyən edilir. 2-ci bəndinin 3.3-cü hissəsindən görünür ki, kreditin müddəti: krediti tam məbləğdə 21 mart 2028-ci il tarixində və ya kredit müqaviləsində nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir. “Kredit müddəti”nin bitmə tarixi qeyri-iş gününə düşdükdə, əlavə günlərə faizlərin hesablanması şərti ilə qeyri-iş günündən sonrakı ilk iş günü başa çatır. 3-cü bəndindən görünür ki, hazırkı Əlavə Razılaşmanın imzalanması ilə, tərəflər qəbul və təsdiq edirlər ki, “Kredit Müqaviləsinin” tərkib hissəsi hesab olunan və onun 3.5-ci bəndində əks olunan Əlavə 1 (ödəniş cədvəli) qüvvədən düşərək, Kreditin qaytarılması və faizlərin ödənilməsi hər ay bu Əlavə Razılaşmanın tərkib hissəsi hesab olunan Əlavə 1 (yeni ödəniş cədvəli) əsasında “Kredit Müqaviləsi”nin müvafiq müddəaları nəzərə alınmaqla həyata keçiriləcəkdir. Bu səbəbdən Kredit Müqaviləsinin 3.4.2; 3.5; 5.1; 5.1.1; 5.1.2-ci bəndlərində qeyd olunan “Ödəniş Cədvəli” hazırkı Əlavə Razılaşmanın ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-də qeyd olunan yeni ödəniş cədvəli əsasında başa düşüləcəkdir. Həmçinin tərəflər qəbul və təsdiq edirlər ki, Əlavə 1 ilə göstərilmiş müddətlər Borcalan tərəfindən 2(iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2(iki) dəfə pozulduqda və/və ya “Kredit Müqaviləsi” ilə müəyyənləşdirilən öhdəliklərdən biri və ya bir neçəsi icra edilmədikdə, Bank Borcalana Kredit verməkdən imtina etmək və ya Kreditin vaxtından əvvəl qaytarılmasını hesablanmış faizlərin, mümkün cərimənin ödənilməsini və “Kredit Müqaviləsi” üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququna mallikdir. xx.xx.2023-cü il tarixli, 370818-CNS-45711 saylı kredit müqaviləsinə 1 saylı əlavənin ayrılmaz və tərkib hissəsi olan 21 may 2024-cü il tarixli ödəniş cədvəlindən görünür ki, illik 15 faiz dərəcəsilə əsas məbləğ 5.065.65 (beş min altmış beş manat 65 qəpik) manat, faiz məbləği 1.627.59 (altı yüz iyirmi yeddi manat 59 qəpik) manat olmaqla ümumilikdə 6.693.24 (altı min altı yüz doxsan üç manat 24 qəpik) manat məbləğin aylar üzrə müvafiq ödənişlərlə xx.xx.2024-cü il tarixdən xx.xx.2028-ci il tarixədək ödənilməsi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 370818-1-4889 nömrəli Zaminlik müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən İddiaçı ASC-nin Müştəri Xidmətləri Mərkəzinin rəisi X2 və digər tərəfdən Cavabdeh1 şəxsində bağlanmışdır. Həmin Zaminlik müqaviləsinin: 1.1-ci bəndindən görünür ki, kredit alan Zaminliklə təmin edilmiş hazırkı Müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və Kredit alan öhdəliklərini Bank qarşısında yerinə yetirəcəyinə görə birgə məsuliyyət daşıyırlar. 2.1-ci bəndindən görünür ki, bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə AR qüvvədə olan Qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. 2.2.1-ci bəndindən görünür ki, bu müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi Zamindən tələb etmək Bankın hüququdur. 2.2.2-ci bəndindən görünür ki, bu müqavilənin qüvvədə olduğu müddət ərzində Kredit aılan tərəfindən Kredit müqavilələrinin/razılaşmalarının şərtləri pozulduğu halda Bank kreditinin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər və Kredit müqavilələrinə/razılaşmalarına uyğun olaraq faiz dərəcəsinin artırılmasını tətbiq edə bilər. 2.5.1-ci bəndindən görünür ki, Kredit alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə Bankın ilk tələbi ilə zaminliklə təmin edilmiş öhdəliyi 5(beş) təqvim günü ərzində tam icra etmək zaminin vəzifəsidir. 2.5.5-ci bəndindən görünür ki, zamin müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımıca icra etməyi və onların pozulmamasına yol verməməyi öhdəsinə götürür. 3.6-cı bəndindən görünür ki, bununla zamin təsdiq və qəbul edir ki, hazırkı Müqavilə və Kredit müqaviləsi üzrə öz hüququları, öhdəlikləri və məsuliyyətləri ilə tanış olub, mahiyyətini anlayıb, tam razıdır və qeyd şərtsiz olaraq onlara riayət etmək və Zamin kimi yerinə yetirmək öhdəliyini öz üzərinə götürür. Zamin bu Müqaviləni bağlamaqla təsdiq etmiş olur ki, adıgedən Müqaviləni bağlamazdan əvvəl ona kreditin məbləği, kreditin müddəti, kreditin illik faiz dərəcəsi haqqında və hazırkı Müqavilə üzrə öhdəlikləri yerinə yetirməyəcəyi və ya lazımi qaydada yerinə yetirməyəcəyi halda məsuliyyəti və bank sirrinin açıqlanması şərtləri barədə ətraflı məlumat verilib. 370818-CNS-45711 saylı, xx.xx.2024-cü il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə maliyyə arayışına əsasən cavabdeh Nəcəfov Pərvin Yusif oğlunun Banka olan əsas borcu 4734.63 (dörd min yeddi yüz otuz dörd manat 63 qəpik), faiz borcu 262.53 (iki yüz altmış iki manat 53 qəpik) manat olmaqla cəmi borc məbləği 4997.16 (dörd min doqquz yüz doxsan yeddi manat 16 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.4-cü maddəsinə əsasən Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş üzrə elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar tədqiq edilərək məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli 370818-CNS- 45711 saylı “Birdəfəlik kreditin əsas şərtləri”nə dair müştəri ərizəsi-razılaşması imzalanaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Nəcəfov Pərvin Yusif oğluna dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün 24 ay müddətinə 7000 (yeddi min) manat məbləğində illik 20.0 % dərəcəsi ilə kredit verilməsi razılaşdırılmışdır. Daha sonra tərəflər arasında xx.xx.2023-cü il tarixli, 370818-CNS-45711 saylı kredit müqaviləsinə əlavə və dəyisikliklər edilməsinə dair əlavə 21 may 2024-cü il tarixli 1 saylı Əlavə Razılaşma bağlanaraq həmin razılaşma əsasında müqavilə üzrə kreditin müddəti xx.xx.2028-ci il tarixinə kimi uzadılmış, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu sazişə əlavə edilmiş Əlavə Razılaşmanın ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-də qeyd olunan yeni ödəniş cədvəli əsasında həyata keçirməyi öhdəsinə götürmüşdür. Beləliklə, qarşılıqlı razılıq əsasında bağlanılan bu müqavilə tərəflər arasında hüquq və vəzifələr müəyyən etməklə kredit münasibətlərini tam şəkildə əhatə edərək, öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuşdur. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3-cü maddəsinə əsasən borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən cavabdeh Nəcəfov Pərvin Yusif oğluna xx.xx.2025-ci il tarixdə elektron qaydada xəbərdarlıq məktubu ünvanlanaraq Bank VTB (Azərbaycan) ASC (bundan sonra Bank) ilə onun arasında 21 may 2024-cü il tarixində kredit verilməsi haqqında 370818-CNS-45711/1 saylı müqavilə bağlandığı və həmin müqaviləyə əsasən Bank tərəfindən ona illik 15% (on beş) faiz ödənilməsi şərti ilə 46 (Qırx altı) ay müddətinə 5065.65 (Beş min altmış beş manat 65 qəpik) manat məbləğində kredit verildiyi, lakin qeyd olunan kredit müqaviləsinin tələblərinin onun tərəfindən pozulduğu, kredit ödənişlərinin qrafikə uyğun həyata keçirilmədiyi, bununla da kredit öhdəliklərinin lazımınca icra edilmədiyi, belə ki, bunun nəticəsində xx.xx.2025 tarixinə Banka 4734.63 manat (dörd min yeddi yüz otuz dörd manat 63 qəpik) məbləğində əsas borc, 262.53 manat (iki yüz altmış iki manat 53 qəpik) məbləğində faiz borcu, ümumilikdə isə 4997.16 manat (dörd min doqquz yüz doxsan yeddi manat 16 qəpik) məbləğində borcunun yarandığı, göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, 4997.16 manat (dörd min doqquz yüz doxsan yeddi manat 16 qəpik) məbləğində borcun ödənilməsinin 3 (üç) iş günü ərzində təmin edilməsinin tələb olunduğu, əgər göstərilən müddət ərzində Bankın pul tələbləri ödənilməzsə, Bankın öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə pul tələblərinin ödənilməsi üçün qanunvericiliyin tələbinə uyğun (məhkəmə aktı və ya notariusun icra qeydi ilə bağlı) tədbirlər görüləcəyi qeyd edilmişdir. Beləliklə, məhkəmə cavabdehlərin öhdəliyin icrasını pozduğunu müşayiət etdiyindən kreditorun öhdəliyin icrasını tələb etməkdə haqlı olduğu qənaətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bununla yanaşı İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixdə elektron qaydada məhkəməyə “İddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edilərək, həmin ərizədə məhkəmənin icraatında İddiaçı ASC-nin cavabdeh Nəcəfov Pərvin Yusif oğluna qarşı krediti müqaviləsi üzrə borc tələbinə dair e-2-2(123)-177/2025 saylı mülki iş olduğu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Nəcəfov Pərvin Yusif oğluna və Cavabdeh1 qarşı olan iddia tələbinin dəqiqləşdirilməsinə ehtiyac yarandığı, belə ki, cavabdeh tərəfindən müəyyən ödənişlər edildiyi, xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən 4.734,63 (dörd min yeddi yüz otuz dörd manat altmış üç qəpik) AZN manat məbləğində əsas borc, 82.53 (səksən iki manat əlli üç qəpik) AZN manat məbləğində faiz borcu, ümumilikdə isə 4.817,16 (dörd min səkkiz yüz on yeddi manat on altı qəpik) AZN manat cavabdeh Nəcəfov Pərvin Yusif oğlunun və Cavabdeh1 Banka borcunun olduğu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçının məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələblərinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğu, odur ki, şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin yuxarıda göstərilən tələblərinə istinadən Nəcəfov Pərvin Yusif oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 370818-CNS-45711/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə Banka borclu olduğu 4.734,63 (dörd min yeddi yüz otuz dörd manat altmış üç qəpik) AZN manat məbləğində əsas borc, 82.53 (səksən iki manat əlli üç qəpik) AZN manat məbləğində faiz borcu, ümumilikdə isə 4.817,16 (dörd min səkkiz yüz on yeddi manat on altı qəpik) manat AZN məbləğində pulun, 69.97 (altmış doqquz manat doxsan yeddi qəpik) AZN manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun Nəcəfov Pərvin Yusif oğlundan və Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsinin xahiş edildiyi qeyd olunmuş, elektron sistemə əlavə edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışından isə aydın olmuşdur ki, Nəcəfov pərvin Yusif oğlunun İddiaçı ASC-yə 370818-CNS-45711/1 saylı, xx.xx.2024-cü il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2025-ci il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə borcu 4734.63 (dörd min yeddi yüz otuz dörd manat 63 qəpik) manat, faiz üzrə bocu 82.53 (səksən iki manat 53 qəpik) manat, cərimə borcu 0.00 (sıfır) manat olmaqla, cəmi borcu isə 4817.16 (dörd min səkkiz yüz on yeddi manat 16 qəpik) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə “İddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəyə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Beləliklə məhkəmə qeyd edir ki, təqdim edilmiş maliyyə arayışı və hesabdan çıxarış cavabdehdən tələbin azaldılmasına yönəldiyindən iddiaçı tərəfindən irəli sürülən tələbə “İddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizədə qeyd olunan həcmdə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.1-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd edilənlərdən əlavə, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq xx.xx.2024-cü il tarixdə İddiaçı ASC və Cavabdeh1 arasında 370818-1-4889 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edən zaminlik müqaviləsi aksessor xarakteri daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birətərfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfdən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd edilən maddələrin tələblərini nəzərə alaraq, xx.xx.2024-cü il tarixli, 370818-1-4889 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndindən də göründüyü kimi zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından Zamin və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Subsidiar məsuliyyət dedikdə isə Kreditorun bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməsi nəzərdə tutulur. (MM-in 453-cü maddəsi). Hazırkı kredit sazişi üzrə cavabdeh Nəcəfov Pərvin Yusif oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında kredit üzrə öhdəlik lazımınca icra edilmədiyi təqdirdə kreditor qarşısında birgə məsuliyyət daşımalarına dair razılıq əldə etmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olaraq müəyyən edilir. Hazırkı iddia tələbi üzrə iddianın qiyməti “İddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəyə əsasən ümumilikdə 4.817,16 (dörd min səkkiz yüz on yeddi manat 16 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 68.17 (altmış səkkiz manat 17 qəpik) manat olaraq müəyyən edilir. Qeyd edilənlərə əsasən iddia tələbi tam təmin edildiyindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 76.22 (yetmiş altı manat 22 qəpik) manat məbləğində dövlət rüsumunun 68.17 (altmış səkkiz manat 17 qəpik) manat məbləği cavabdehlər Nəcəfov Pərvin Yusif oğlu və Cavabdeh1 alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 8.05 (səkkiz manat 05 qəpik) manat isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, iddiaçı “Bank VTB(Azərbaycan)” ASC-nin cavabdehlər Nəcəfov Pərvin Yusif oğlu və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə pul tələbi barədə ərizəsi təmin edilərək, xx.xx.2023-cü il tarixli, 370818-CNS-45711 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixinə Banka borclu olduğu 4.734,63 (dörd min yeddi yüz otuz dörd manat altmış üç qəpik) manat məbləğində əsas borc, 82.53 (səksən iki manat əlli üç qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 4.817,16 (dörd min səkkiz yüz on yeddi manat on altı qəpik) manat məbləğində pulun və 68.17 (altmış səkkiz manat 17 qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Nəcəfov Pərvin Yusif oğlu və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “Bank VTB(Azərbaycan)” ASC-nin хеyrinə ödənilməsi, həmçinin iddiaçı tərəfindən artıq ödənilmiş 8.05 (səkkiz manat 05 qəpik) manatın isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 284-6 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Nəcəfov Pərvin Yusif oğlundan (VÖEN: **********) və Cavabdeh1 (FİN: xxxxxxx) xx.xx.2023-cü il tarixli, 370818-CNS-45711 saylı kredit müqaviləsinə əsasən müştərək qaydada 4.734,63 (dörd min yeddi yüz otuz dörd manat altmış üç qəpik) manat məbləğində əsas borc, 82.53 (səksən iki manat əlli üç qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 4.817,16 (dörd min səkkiz yüz on yeddi manat on altı qəpik) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (VÖEN: **********) ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 76.22 (yetmiş altı manat 22 qəpik) manat məbləğində dövlət rüsumunun 68.17 (altmış səkkiz manat 17 qəpik) manat məbləği cavabdehlər Nəcəfov Pərvin Yusif oğlu və Cavabdeh1 alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 8.05 (səkkiz manat 05 qəpik) manat isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-177/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-177/2025
26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver