Məhkəmə qərarları › İş №e-2-2(123)-18/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-18/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-18/2024 15.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC və onun nümayəndəsi Nümayəndə 10 iyul 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 arasında bağlanmış 24 may 2022-ci il tarixli, BK2405/01 saylı kredit müqaviləsi üzrə 31 may 2023-ci il tarixə 17 411.69 (on yeddi min dörd yüz on bir manat 69 qəpik) manat əsas borc, 974.13 (doqquz yüz yetmiş dörd manat 13 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 18 385.82 (on səkkiz min üç yüz səksən beş manat 82 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 57 000 (əlli yeddi min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********66-10301 reyestr nömrəli ünvan 1 ünvanında, 0.1345 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin fərdi yaşayış evində yaşayan Cavabdeh2 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, qeydiyyatda olan şəxslərin fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 may 2022-ci il tarixli, BK2405/01 saylı kredit müqaviləsinə əsasən Borcalana Bank tərəfindən 36 ay müddətinə illik 15% dərəcəsi ilə 20 000 (iyirmi min) manat məbləğində kredit verildiyini, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********66-10301 reyestr nömrəli ünvan 1 ünvanında, 0.1345 ha torpaq sahəsində fərdi yaşayış evinin 24 may 2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edildiyini, ipoteka müqaviləsinin müvafiq olaraq Naxçıvan şəhər 2 saylı notariat ofisində təsdiq edildiyini və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlakın yüklülüyünün qeydiyyata alındığını, Kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, onun, bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində onun adına xx.xx.2023-cü il tarixə adına 337 gecikmə günü qeydə alındığını, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, ipoteka müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəli olduğunu, borcun qaytarılması ilə bağlı Borcalan Cavabdeh1 ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edildiyini, onlara məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktublarının müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyinin bildirildiyini, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişin borcalanın-Cavabdeh1, ipoteka qoyanın– Cavabdeh2 ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edildiyini və bildirişin dövlət qeydiyyatına alındığını, xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə Borcalana təklif ünvanlandığını, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilsədə, Borcalanın ilkin mediasiya sessiyasında iştirak etmədiyini, Kredit müqaviləsinin 5.8 bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi ödədiyini, Kredit müqaviləsinin 5.12-ci bəndinə əsasən müqavilə şərtləri Borcalan tərəfindən pozulduğu halda, kredit üzrə borc və hesablanmış faizlər, cərimələr və borcla əlaqədar Bankın təsdiqlənmiş xərclərinin Borcalan tərəfindən ödənildiyini, Kredit müqaviləsinin 7ci bəndinə əsasən Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə, Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb edə biləcəyini, Kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən bu müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiyinin və tərəflərin bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalacağının müəyyənləşdirildiyini, ipoteka müqaviləsinin 4-cü bəndinə əsasən ipoteka saxlayanın tələbi ipoteka hesabına Bankın Borcalana verdiyi kredit, ona hesablanacaq faizlər, cərimələr və borcla əlaqədar Bankın digər xərcləri daxil edilməklə tam həcmdə təmin edildiyini, İpoteka müqaviləsinin 9-cu bəndinə əsasən əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda və.s ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yarandığını, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişdə ipoteka qoyana- Cavabdeh2 və borcalana - Cavabdeh1 “İpoteka haqqında” Qanunun 36.2.3-cü maddəsinə və İpoteka müqaviləsinin 9.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında keçirilməsinə razılıq verilməsi təklif edildiyini, Cavabdeh1 24 may 2022-ci il tarixli, BK2405/01 saylı kredit müqaviləsi üzrə 31 may 2023-ci il tarixə 17 411.69 (on yeddi min dörd yüz on bir manat 69 qəpik) manat əsas borc, 974.13 (doqquz yüz yetmiş dörd manat 13 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 18 385.82 (on səkkiz min üç yüz səksən beş manat 82 qəpik) manat kredit borcu öhdəliyinin olduğunu qeyd etmiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 443-cü, 445.1-ci, 449.4-cü maddələrinə, İpoteka haqqında Qanunun 34-cü, 59.3-cü, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1-1-ci maddələrinə istinad etməklə əsalandırmışdır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçının nümyəndəsi Nümayəndən izahatında, Cavabdeh1 ilə Bank arasında bağlanmış 24 may 2022-ci il tarixli, BK2405/01 saylı kredit müqaviləsi üzrə 31 may 2023-cü il tarixə olan 17 411.69 (on yeddi min dörd yüz on bir manat 69 qəpik) manat əsas borc, 974.13 (doqquz yüz yetmiş dörd manat 13 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 18 385.82 ( on səkkiz min üç yüz səksən beş manat 82 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumunun tutularaq bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 57 000 (əlli yeddi min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********66-10301 reyestr nömrəli Naxçıvan şəhəri, M.H.Şəhriyar küçəsi,döngə 3,ev 19 ünvanında, 0.1345 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin fərdi yaşayış evində yaşayan Cavabdeh2 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, qeydiyyatda olan şəxslərin fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 izahatında Krediti lazer üçün götürdüyünü, lazeri almaq üçün behini belə Türkiyəyə göndərdiyini, Bankda krediti götürən zaman Ülvi müəllimin hansısa hüquqşünasa zəng edib “filan uşağın adına burda kredit götürülüb, gecikməsi varmı, yubanması varmı” deyə bildirdiyini, onun da saxta sənədlə bağlı belə bir məsələ olduğunu, bankın pulu avtomatik Rəfayə müəllimənin oğlunun borcuna çıxdıqlarını, yerdə lazerə pul verməsi üçün elə bir pul qalmadığını bildirmişdir. Cavabdeh2 o pulu bölmək üçün götürmədiklərini, o pulu Firuzənin götürdüyünü, onun sadəcə zamin durduğunu, pulu götürən zaman müdirin yanına getdiklərini, müdirin “Sizin övladınızın burda borcu var” dediyini, oğlunun həmin vaxt universitetdə oxuduğunu, heç yerdə işləmədiyini, kiməsə zamin durduğunu, avtomatik həmin pulun bağlandığını, Ülvi müəllimə “o pulu bağlamıram, o pul mənim adıma deyil” deyə narazıçılığını bildirdiyini, avtomatik doqquz min nə qədərsə pulun tutulduğunu, qalanının Firuzə xanıma verildiyini bildirmişdir. İddiaçının nümayəndəsi Nümayəndə əlavə olaraq pulun kassada nağdlaşdırıldıqdan sonra bağlandığını, pulun nağdlaşdırılması ilə bağlı hesabdan çıxarışın olduğunu bildirmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-123/2023 saylı qərardadı ilə iş üzrə icraata “1 (bir) ay ərzində həmin fərdi yaşayış evində yaşayan Cavabdeh2 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, qeydiyyatda olan şəxslərin fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi” tələbinə dair hissədə xitam verilməsi, e-2-2(123)-123/2023 saylı işə “Cavabdeh1 arasında bağlanmış 24 may 2022-ci il tarixli, BK2405/01 saylı kredit müqaviləsi üzrə 31 may 2023- ci il tarixə tarixə 17 411.69 (on yeddi min dörd yüz on bir manat 69 qəpik) manat əsas borc, 974.13 (doqquz yüz yetmiş dörd manat 13 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 18 385.82 ( on səkkiz min üç yüz səksən beş manat 82 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 57 000 (əlli yeddi min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********66-10301 reyestr nömrəli ünvan 1 ünvanında, 0.1345 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi” tələbi həcmində baxılması qərara alınmışdır. 15 aprel 2024-cü il tarixə, saat 09:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı "xxxx" ASC nümayəndəsinin iştirakını təmin etməmiş, o cümlədən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. 09 aprel 2024-cü il tarixdə iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə elektron qaydada ərizə ünvanlanaraq həmin ərizədə, iş üzrə məhkəmə baxış iclasının xx.xx.2024-cü il tarixə, saat 09:05-ə təyin edildiyi, iddia tələblərini bir daha müdafiə etdiklərini bildirməklə yanaşı işlərin çoxluğunu nəzərə alaraq xx.xx.2024-cü il tarixə, saat 09:05-ə təyin edilmiş məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsi və müvafiq məhkəmə qərarının çıxarılmasının məhkəmədən xahiş edildiyi, işə cavabdeh tərəflərin iştirakı olmadan baxılmasına etiraz etmədikləri qeyd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 18 aprel 2023-cü il tarixli, №-332 nömrəli Mediasiya Prosesinə xitam verilməsi haqqında Protokoldan görünür ki, 18 aprel 2023-cü il tarixdə keçirilmiş mediasiya sesiyasında iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak etmiş, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. 24 may 2022-ci il tarixli, BK2405/01 saylı Kredit müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC-nin Naxçıvan filialının müdiri X3 şəxsində və digər tərəfdən Cavabdeh1 şəxsində müəyyən edilmiş şərtlərlə tam razılıq əsasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, Bank Borcalana dövriyyə vəsaitinin artırılması üçün 36 ay müddətinə 20000 (iyirmi min) manat məbləğində illik 15% (on beş) dərəcəsi ilə Biznes kreditin tam və ya hissə-hissə verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür və öhdəliyin icrasının təminatı kimi Banka DƏTMDK tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus, dəyəri 57000 (əlli yeddi min) manat olan daşınmaz əmlakı (fərdi yaşayış, mənzil və s) təqdim edir. 3.1-ci bəndindən görünür ki, Bankla İpotekaqoyan və Borcalan arasında 24 may 2022-ci il tarixdə bağlanmış ipoteka müqaviləsi bu müqavilə ilə bağlı münasibətləri tənzimləyəcəkdir. 5.1-ci bəndindən görünür ki, Borcalan kreditin əsas məbləğini, ona hesablanmış faiz borcunu və cərimələri ödəməlidir. 5.3-cü bəndindən görünür ki, kredit və ona hesablanmış faizlərin ödənilməsi kreditin verildiyi valyuta ilə müqaviləyə əlavə olunan qrafikə uyğun olaraq həyata keçirilir. 6.1.8-ci bəndindən görünür ki, Borcalan tərəfindən müqavilə şərtləri pozulduqda öhdəliyin icrasını vaxtından əvvəl tələb etmək Bankın hüququdur. 6.1.9-cu bəndindən görünür ki, bu müqavilə pozulduğu halda kredit üzrə borcun qaytarılmasını və hesablanmış faizlərin, cərimələrin və müqavilənin 5.12-ci bəndinə əsasən Bankın təsdiqlənmiş xərclərinin ödənilməsini Borcalandan tələb etmək Bankın hüququdur. 6.1.10-cu bəndindən görünür ki, borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə öhdəliyin girov qoyulmuş əmlak hesabına ödənilməsini tələb etmək Bankın hüququdur. 6.4.1-ci bəndindən görünür ki, ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirmək borcalanın vəzifəsidir. 6.4.5-ci bəndindən görünür ki, kreditin bütün məbləğini, ona hesablanmış faizləri, cərimələri və borcun qaytarılması ilə əlaqədar digər xərcləri tamamilə ödəmək borcalanın vəzifəsidir. 6.4.6-cı bəndindən görünür ki, Bank qarşısında olan öhdəliyinə özünün bütün əmlakı ilə kredit borcu, faizlər, cərimələr və bankın digər təsdiqlənmiş xərcləri həddində cavab vermək borcalanın vəzifəsidir. 24 may 2022-ci il tarixli, BK2405/01 saylı İpoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, bu müqavilə bir tərəfdən ipoteka qoyan Cavabdeh2 şəxsində, digər tərəfdən ipoteka saxlayan "xxxx" ASC-nin Naxçıvan filial müdiri X4 şəxsində və borc alan Cavabdeh1 tərəfindən bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını BK2405/01 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.3-cü bəndindən görünür ki, İpoteka predmetinin dəyəri “ipoteka qoyan”-ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 57000 manat 00 qəpik (əlli yeddi min manat sıfır qəpik) məbləğində müəyyən edilmişdir. 3.1-ci bəndindən görünür ki, öhdəliyin yaranma əsası kredit müqaviləsidir. 4.1-ci bəndindən görünür ki, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlılığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə ödənilir. 11.2-ci bəndindən görünür ki, ipoteka müqaviləsinin notariat qaydasında təsdiq olunması, ipotekanın və ipoteka kağızının qeydiyyatı və əlavə qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş dövlət rüsumunu və bununla bağlı yaranan digər xərcləri ödəmək vəzifəsi ipoteka qoyanın üzərinə düşür. 16 iyun 2023-cü il tarixli, 828 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 24 may 2022-ci il tarixli, BK2405/01 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 15% dərəcəsi ilə verilmiş 20000 (iyirmi min) manat kredit məbləği üzrə “16 iyun” 2023-cü il tarixə olan məlumata əsasən əsas borcu 17411,69 (on yeddi min dörd yüz on bir manat 69 qəpik) manat, faiz borcu 1095,93 (bir min doxsan beş manat 93 qəpik) manat olmaqla cəmi öhdəliyi 18507,62 (on səkkiz min beş yüz yeddi manat 62 qəpik) manat təşkil edir. 24 may 2022-ci il tarixli, BK2405/01 saylı kredit müqaviləsinə əlavə, kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 illik 15% dərəcəsi ilə, 36 ay müddətinə 20 000 (iyirmi min) manat məbləğində verilmiş kreditin xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək aylar üzrə ödənilməsi nəzərdə tutulmuş, əsas borcdan əlavə 36 ay müddətində ödənilməli olan faiz 4964,13 (dörd min doqquz yüz altmış dörd manat 13 qəpik) manat məbləğində olmaqla ümumilikdə ödənilməli olan məbləğ 24964,13 (iyirmi dörd min doqquz yüz altmış dörd manat 13 qəpik) manat məbləğində müəyyən edilmişdir. 24 may 2022-ci il tarixli, 3025 nömrəli Xəzinə məxaric orderindən görünür ki, Naxçıvanbank ASC-nin Naxçıvan filialı tərəfindən avadanlıq almaq üçün 15000 manat (on beş min) manat məbləğində kredit Cavabdeh1 AZ10NAXB**********2312004AZN nömrəli hesabına köçürülmüşdür. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 4 ünvanında, 0.1345 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 324.1 kv.m olan **********66-10301 reyestr nömrəli fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestri tərəfindən verilmiş 1967 nömrəli, xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh2 məxsus ünvan 4 ünvanında yerləşən, 2 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 324.09 kv.m, yaşayış sahəsi 96.17 kv.m, yardımçı sahəsi 227.92 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 18/42 nömrəli reyestr kitabının 8237 nömrəli vərəqində qeydiyyata alınmış, eyni zamanda xx.xx.2022-ci il tarixinə olan məlumata əsasən həmin əmlaka dair məhdudiyyət və yüklülük qeydə alınmamışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** qeydiyyat nömrəli ərizə üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixdə verilmiş elektron təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin elektron təsdiqetmə bildirişindən görünür ki, 30 AZN məbləğində xidmət haqqı ödənilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında, 0.1345 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 324.1 kv.m olan mülkiyyət hüququ Cavabdeh2 məxsus **********66-10301 reyestr nömrəli fərdi yaşayış evi "xxxx" ASC-nin Naxçıvan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı "xxxx" ASC-nin Naxçıvan filialı ilə Cavabdeh1 arasında 24 may 2022-ci il tarixdə BK2405/01 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən borcalana dövriyyə vəsaitinin artırılması üçün illik 15% (on beş) dərəcəsi ilə 36 ay müddətinə 20000 (iyirmi min) manat məbləğində Biznes krediti verilmişdir. Kredit məbləğinin verilməsinə dair 24 may 2022-ci il tarixli, 3025 nömrəli Xəzinə məxaric orderi iş materiallarına əlavə edilmişdir. Həmin məxaric orderində 15000 (on beş min) manat məbləğində kredit məbləğinin verilməsi göstərilsə də, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövrü əhatə edən hesablamaların olduğu sənəddən cavabdehə 20 000 manat məbləğində kredit verilməsi öz təsdiqini tapmışdır. Borcalan Müqaviləyə əlavə olunan ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri, kreditin əsas məbləğini və ona hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüş, bununla yanaşı bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 4 ünvanında, 0.1345 ha torpaq sahəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan **********66-10301 reyestr nömrəli fərdi yaşayış evi 24 may 2022-ci il tarixli, BK2405/01 saylı ipoteka müqaviləsi əsasında "xxxx" ASCnin Naxçıvan filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsi qanunla müəyyən edilmiş qaydada notarius tərəfindən təsdiq edilmişdir. Beləliklə, hazırkı vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, Cavabdeh1 kredit üzrə əsas və faiz məbləğlərini müqaviləyə əlavə olan ödəniş qrafiki əsasında ödəməyərək üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən, nəticədə Bank tərəfindən kredit reyestrində 31 may 2023-ci il tarixə adına 337 gecikmə günü qeydə alınmış, borcun qaytarılması ilə bağlı Cavabdeh1 ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edilmiş, sonuncu qeydiyyat ünvanına müvafiq poçt bölməsi tərəfindən xəbərdarlıq məktubları göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, buna baxmayaraq borcalan tərəfindən öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamış, nəticədə 24 may 2022-ci il tarixli, BK2405/01 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 adına “31 may” 2023-cü il tarixə əsas borc üzrə 17411,69 (on yeddi min dörd yüz on bir manat 69 qəpik) manat, faiz borcu üzrə 974,13 (doqquz yüz yetmiş dörd manat 13 qəpik) manat olmaqla cəmi 18385.82 (on səkkiz min üç yüz səksən beş manat 82 qəpik) manat borc öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin lazımınca icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Odur ki, məhkəmə iddiaçının pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilməsi hissədə Cavabdeh1 qarşı tələb hüququnun olduğunu bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2023-cü il tarixli, 957 nömrəli rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları və 24 may 2022ci il tarixli, BK2405/01 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1, "xxxx" ASC-yə kredit üzrə xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 17437,65 (on yeddi min dörd yüz otuz yeddi manat altmış beş qəpik) manat, faiz borcu 784,69 (yeddi yüz səksən dörd manat altmış doqquz qəpik) manat təşkil edir. Belə ki, məhkəmə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2023-cü il tarixli, 957 nömrəli rəyinə münasibətdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Lakin bir halı da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə ki, iddiaçının tələbinə nəzər saldıqda görünür ki, kredit müqaviləsinə əsasən 31 may 2023-cü il tarixə əsas borc üzrə 17411.69 (on yeddi min dörd yüz on bir manat 69 qəpik) manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi xahiş edilmişdir. Belə olduqda, məhkəmə 31 oktyabr 2023-cü il tarixli, 957 nömrəli ekspert rəyi ilə qismən, yəni ekspert rəyində əsas borc üzrə hesablanmış 17437,65 (on yeddi min dörd yüz otuz yeddi manat altmış beş qəpik) manat məbləğin 17411.69 (on yeddi min dörd yüz on bir manat 69 qəpik) manat hissəsində razılaşdığı, cavabdehin faiz borcunun isə 784,69 (yeddi yüz səksən dörd manat altmış doqquz qəpik) manat olduğu qənaətinə gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi 98,97% əsaslı olduğundan qismən təmin edilməlidir. Qeyd edilənlərdən əlavə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iş üzrə tərəflər arasında 24 may 2022-ci il tarixli, BK2405/01 saylı İpoteka müqaviləsi bağlanmışdır. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən Girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 307.6-cı maddəsinə əsasən İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. 4.1.1-ci və 4.1.2-ci maddələrinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər də daxil edilməklə tam həcmdə təmin edilir. 4.1.4-ci maddəsinə əsasən ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.5-ci maddəsinə əsasən İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İddia tələbinin tutmanın ilkin satış qiyməti 57 000 (əlli yeddi min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********66-10301 reyestr nömrəli ünvan 1 ünvanında, 0.1345 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlamış və notarial qaydada təsdiq etmişlər. Həmin müqavilənin 4.1-ci bəndindən ipoteka saxlayanın tələbinin əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlılığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə ödənildiyi müəyyən edilmişdir. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli rəyinə və xx.xx.2023-cü il tarixli, ********** nömrəli qiymətləndirmə hesabatına əsasən ipoteka predmeti olan ünvan 4 ünvanında, 0.1345 ha torpaq sahəsində yerləşən 3 otaqlı, 2 mərtəbəli, ümumi sahəsi 324.10 m2 olan fərdi yaşayış evinin 12 dekabr 2023-cü il tarixinə bazar dəyəri 156000 (bir yüz əlli altı min) manat, likvid dəyəri isə bazar dəyərinə 5% likvidlik tətbiq olunmaqla 148000 (bir yüz qırx səkkiz min) manat məbləğində müəyyən edilmişdir. Ona görə də ipoteka predmetinin qiymətləndirilməsi zamanı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli, ********** nömrəli qiymətləndirmə hesabatı əsas götürülməli, ipoteka predmetinə tutma yönəldildikdə, ipoteka predmeti olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında, 0.1345 ha torpaq sahəsində yerləşən **********66-10301 reyestr nömrəli fərdi yaşayış evinin ilkin satışı, likvid qiyməti ilə 148000 (bir yüz qırx səkkiz min) manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsi zamanı Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının ödənilməsi müəyyən edilmişdir. Həmçinin Məhkəmə iddiaçı tərəfindən tələb edilən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manata münasibət bildirərkən iş materiallarında qəbzlərdə olan ödəmələrdə 15 manat və 30 manatın ödənildiyi öz əksini tapdığından məhkəmə tələb edilən 46.45 (qırx altı manat 45 qəpik) manatın deyil də 15+30=45 (qırx beş manat) manatın təmin edilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Əvvəla məhkəmə qeyd edir ki, 18 aprel 2023-cü il tarixli, №-332 nömrəli Mediasiya Prosesinə xitam verilməsi haqqında Protokoldan görünür ki, 18 aprel 2023-cü il tarixdə keçirilmiş mediasiya sesiyasında iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak etmiş, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Eyni zamanda həmin Qanununun 8.1 və 8.1.3-cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi olaraq müəyyən edilir. Yuxarıda qeyd edilənlərə əsasən hazırkı iş üzrə iddia tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 145,16 (bir yüz qırx beş manat 16 qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Göstərilən hal ilə əlaqədar olaraq, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 145,16 (bir yüz qırx beş manat 16 qəpik) manat məbləğində dövlət rüsumunu əhatə etdiyindən iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət rüsumu ödəməkdən azad edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, hazırkı vəziyyətdə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, eyni zamanda iddia tələbi 98,97% təmin olunacağından məhkəmə belə qənaətə gəlir ki, 145,16 (bir yüz qırx beş manat 16 qəpik) manat məbləğində müəyyən edilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 143,66 (bir yüz qırx üç manat 66 qəpik) manat məbləği Cavabdeh1 alınıb dövlət gəlirlərinə ödənilməli, qalan 1,5 (bir manat 50 qəpik) manat məbləği iddianın təmin edilməmiş hissəsinə aid olduğundan və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən məhkəmə tərəfindən bu məsələyə toxunulmamaqdadır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bu halda 18 aprel 2023-cü il tarixli, №-332 nömrəli Mediasiya Prosesinə xitam verilməsi haqqında Protokoldan aydın olur ki, 18 aprel 2023-cü il tarixdə keçirilmiş mediasiya sesiyasında hər iki tərəf iştirak etdiyindən ödənilmiş mediasiya xərci tərəflər arasında bərabər bölüşdürülməlidir. Bununla yanaşı Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsi zamanı Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən fərdi yaşayış evinin qiymətləndirilməsinə görə müəyyən edilmiş 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqı işə baxılması ilə əlaqədar məsrəflərə aid olduğundan məhkəmə xərci hesab edilərək Azərbaycan Respublikası Mülki Prosessuall Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Nəticədə, iddia tələbi 98,97% əsaslı olduğundan qismən təmin edilməli, 24 may 2022-ci il tarixli, BK2405/01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 31 may 2023-cü il tarixə olan əsas borc üzrə 17411.69 (on yeddi min dörd yüz on bir manat 69 qəpik) manat, faiz borcu üzrə 784,69 (yeddi yüz səksən dörd manat 69 qəpik) manat olmaqla ümumilikdə 18196,38 (on səkkiz min bir yüz doxsan altı manat 38 qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməli, hər iki tərəf X1 iştirak etdiyindən iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci tərəflər arasında bərabər bölüşdürülərək 100 (bir yüz) manat məbləği Cavabdeh1 alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməli, qalan 100 (bir yüz) manat məbləğində mediasiya xərci təmin edilməməklə iddiaçının özünə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 145,16 (bir yüz qırx beş manat 16 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 143,66 (bir yüz qırx üç manat 66 qəpik) manat məbləği Cavabdeh1 alınıb dövlət gəlirlərinə ödənilməli, qalan 1,5 (bir manat 50 qəpik) manat məbləği iddianın təmin edilməmiş hissəsinə aid olduğundan və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən məhkəmə tərəfindən bu məsələyə toxunulmamalı, məhkəmənin 17 noyabr 2023-cü il tarixli qərardadı ilə təyin edilmiş ipoteka predmeti olan əmlakın qiymətləndirməsi ekspertizasının nəticəsi olaraq “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən fərdi yaşayış evinin qiymətləndirilməsinə görə müəyyən edilmiş 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqı iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 118,76 (bir yüz on səkkiz manat 76 qəpik) manat məbləği Cavabdeh1, qalan 1,24 (bir manat 24 qəpik) manat məbləği isə iddiaçı Naxçıvanbank ASC dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********;) ödənilməli, iddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş və qəbzlərdə öz əksini tapan 45.00 (qırx beş) manat Cavabdeh1 alınıb iddiaçı Naxçıvanbank ASC-yə ödənilməli, yuxarıda cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh2 məxsus ünvan 4 ünvanında, 0.1345 ha torpaq sahəsində yerləşən **********66-10301 reyestr nömrəli, 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evinin likvid satış qiyməti 148000 (bir yüz qırx səkkiz min) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh1 iddiaçı Naxçıvanbank ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, artıq qalan məbləğ ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh2 qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 17411.69 (on yeddi min dörd yüz on bir manat 69 qəpik) manat, faiz borcu üzrə 784,69 (yeddi yüz səksən dörd manat 69 qəpik) manat olmaqla ümumilikdə 18196,38 (on səkkiz min yüz doxsan altı manat 38 qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. Hər iki tərəf X1 iştirak etdiyindən iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci tərəflər arasında bərabər bölüşdürülərək 100 (bir yüz) manat məbləği Cavabdeh1 alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin, qalan 100 (bir yüz) manat məbləğində mediasiya xərci təmin edilməməklə iddiaçının özünə aid edilsin. İddiaçının ödəməkdən azad edildiyi 145,16 (bir yüz qırx beş manat 16 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 143,66 (bir yüz qırx üç manat 66 qəpik) manat məbləği Cavabdeh1 alınıb dövlət gəlirlərinə ödənilsin. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən fərdi yaşayış evinin qiymətləndirilməsinə görə müəyyən edilmiş 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqı iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 118,76 (bir yüz on səkkiz manat 76 qəpik) manat məbləği Cavabdeh1, qalan 1,24 (bir manat 24 qəpik) manat məbləği isə iddiaçı "xxxx" ASC dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********;) ödənilsin. İddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş və qəbzlərdə öz əksini tapan 45.00 (qırx beş) manat Cavabdeh1 alınıb iddiaçı Naxçıvanbank ASC-yə ödənilsin. Yuxarıda cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma cavabdeh-ipotekaqoyan Cavabdeh2 məxsus ünvan 4 ünvanında, 0.1345 ha torpaq sahəsində yerləşən **********66-10301 reyestr nömrəli, 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan ünvan 4 ünvanında, 0.1345 ha torpaq sahəsində yerləşən **********66-10301 reyestr nömrəli, 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin likvid satış qiyməti 148000 (bir yüz qırx səkkiz min) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh1 iddiaçı "xxxx" ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh2 qaytarılsın. Qətnamədən, onun, tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar