Məhkəmə qərarları › İş №e-2-2(123)-18/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-18/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-18/2025 02.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 14 oktyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 017R********** saylı krеdit razılaşması üzrə 18112.29 manat məbləğində krеdit bоrcu, 1709.25 manat məbləğində faiz bоrcu və 934.9 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 20756 (iyirmi min yeddi yüz əlli altı manat 44 qırx dörd qəpik) manat məbləğində bоrcun tutulması, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 152.27 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 017L**********00 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit хətti açıldığını, bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğin və müddətin ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən olunduğunu, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 017R********** saylı krеdit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində krеdit götürdüyünü, köçürmə qəbzi ilə müştərinin bu faktı öz imzası ilə təsdiq etdiyini, Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatdığını, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmadığını, hesabdan çıxarışda müştəri tərəfindən edilən ödənişlərin öz əksini tapdığını, Cavabdeh1 götürdüyü krеdit bоrcundan 11887.71 manat ödədiyini, onun 18112.29 manat məbləğində kredit borcu qaldığını, kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faizin qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün faizin bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablandığını, qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 140 gün üçün hesablanmış faiz borcunun 1709.25 manat təşkil etdiyini, krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclunun ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2023cü il tarixə 140 gün üçün hеsablanmış cərimənin 934.9 manat təşkil etdiyini, uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditorun müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malik olduğunu, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 xx.xx.2022-ci il tarixli 017S**********01 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürdüyünü, onun həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıdığını və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməli olduğunu qeyd etməklə tələbini əsaslandırmış, o cümlədən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 442-ci, 445.2.1-ci, 448.1-ci, 465.2-ci, 467-ci, 472.1-ci, 472.2-ci, 501-ci maddələrinə istinad etmişdir. Məhkəmənin 14 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-555/2024 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 02 iyun 2025-ci il tarixə, saat 09:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndələri Nümayəndə1, Nümayəndə2, o cümlədən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə2 30 may 2025-ci il tarixdə elektron qaydada məhkəməyə ərizə göndərərək İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair e-2-2(123)-18/2025 saylı kommersiya işi üzrə iddia tələbini müdafiə etdiklərini, iş üzrə zəruri sübutların iddia ərizəsinə əlavə olunduğunu, Məhkəmə Ekspertiza Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 3-16-33-13/2-382/2025 saylı ekspert rəyi ilə razı olduqlarını, əlavə olaraq məhkəməyə təqdim edilmiş sənədlərdə, o cümlədən hesabdan çıxarışda cərimə borcunun hesablanma qaydası və.s-nin nəzərdə tutulduğunu, cərimə borcunun da tutulmalı olduğunu hesab etdiklərini, 02 iyun 2025-ci il tarixdə, saat 09:05-ə təyin edilmiş məhkəmə baxış iclasının iştirakları olmadan keçirilərək iş üzrə iddia tələblərini təmin edən qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə, tərəflərin qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsini və xəbərdar edilmələri barədə sənədlərin iş materiallarında olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırılması üçün "xxxx" MMC elektron ödəmə sistemi vasitəsilə dövlət xəzinə hesabına 152.27 (yüz əlli iki manat 27 qəpik) manat dövlət rüsumu ödənilmişdir. 06 noyabr 2023-cü il tarixli, A-1565 nömrəli X3 İştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi X2 iştirakı ilə keçirilən X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak etməmiş, o cümlədən, iddiaçı tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. İddiaçı təşkilatın möhürü ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli “Kreditin verilməsiköçürmə” adlı sənəddən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 30000 (otuz min) manat məbləğində pul vəsaiti Cavabdeh1 hesabına ( Cari hesabın nömrəsi: **********069915, İBAN: AZ52ACAB********************) köçürülmüşdür. 07 dekab 2021-ci il tarixli, 017L0**********00 saylı Uzunmüddətli Kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, bu müqavilə, Azərbaycan Respublikası Mərkəzi Bankının 8 noyabr 2023-cü il tarixli 245/16 saylı icazəsi əsasında fəaliyyət göstərən, bundan sonra “Bank” adlandırılacaq, “Kredit verən” qismində İddiaçı QSC-nin “Xırdalan” filialı və digər tərəfdən bundan sonra “Kredit alan” adlandırılacaq Cavabdeh1 arasında müəyyən edilmiş şərtlərlə tam razılıq əsasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bank bu Müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra “kredit” 100000.00 (bir yüz min manat) AZN məbləğində Uzunmüddətli Kredit Xəttini ( bundan sonra “Uzunmüddətli Kredit Xətti” adlandırılacaq) açır. Uzunmüddətli kredit xətti bu Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana Kredit Alanın Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclarının həddidir. 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 (bir yüz iyirmi) ay, 07 dekabr 2031-ci il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilən kreditlərin illik fazi dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur. 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlər hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilir. 1.6-cı bəndinə əsasən Kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq Kredit Razılaşmasında göstərilmiş və onun ayrılmaz hissəsi olan Ödəniş Planına uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən bu müqavilə əsasında Kreditlərin verilməsi və qaytarılması hər bir fərdi Kredit Razılaşmasının şərtlərinə və müvafiq Ödəniş Planına uyğun olaraq həyata keçirilməlidir. 3.1.2-ci bəndinə əsasən bank kredit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə bu müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir. 4.2-ci bəndinə əsasən bununla Kredit Alan təsdiq edir və razılaşır ki, Bankın mühasibat sənədləri və hesabları ödənilməli olan və ya Kredit Alanın ödəyəcəyi məbləğlərə dair yeganə təsdiq edici sənəd sayılır. 4.4-cü bəndinə əsasən tərəflər bu Müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir. 4.12-ci bəndinə əsasən imza etməklə Kredit Alan bu Müqaviləni oxuduğunu, şərtlərini başa düşdüyünü təsdiq edir və bu şərtlərlə razı olduğunu bildirir. 04 fevral 2022-ci il tarixli, 017R********** saylı Kredit Razılaşmasının təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 8 noyabr 2023-cü il tarixli 245/16 saylı icazəsi əsasında fəaliyyət göstərən, bundan sonra “Bank” adlandırılacaq, “Kredit verən” qismində İddiaçı QSC-nin “Xırdalan” filialı və digər tərəfdən bundan sonra “Kredit alan” adlandırılacaq Cavabdeh1 arasında 07 dekabr 2021-ci il tarixli 017L0**********00 saylı Uzunmüddətli Kredit Müqaviləsinə uyğun olaraq bu kredit razılaşması bağlanmışdır. Kredit Razılaşmasının: 1.1-ci bəndinə əsasən bank məbləği 30000.00 (otuz min) manat olan krediti (bundan sonra “Kredit”) aylıq faiz dərəcəsi 1.9167 (bir tam on mində doqquz min yüz altmış yeddi) % olmaqla 30 (otuz) ay müddətinə Kredit Alana verir. 1.2-ci bəndinə əsasən Kredit alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş Planına (“Ödəniş Planı”) əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən Bank krediti Kredit alanın AZ52ACAB******************** cari hesabına (“Hesab”) köçürür. Kreditin Kredit alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur. 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu Kredit Razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməyə borcludur. 07 dekab 2021-ci il tarixli, 017L0**********00 saylı Uzunmüddətli Kredit müqaviləsi əsasında bağlanmış 04 fevral 2022-ci il tarixli, 017R********** saylı saylı Kredit Razılaşmasının ödəniş planının təsdiq olunmuş surətindən görünür ki, 04 fevral 2022-ci il tarixdə kredit alan Cavabdeh1 aylıq 1.9167 (bir tam on mində doqquz min yüz altmış yeddi) % dərəcəsilə verilmiş 30000 (otuz min) manat məbləğində kreditin və ona hesablanmış faizlərin 04 mart 2022-ci il tarixdən 06 avqust 2024-cü il tarixə kimi müvafiq məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. İddia edilən maliyyə cədvəlindən görünür ki, İddiaçı QSC-nin müştərisi olan Cavabdeh1 017R********** saylı xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə borcu 18112.29 (on səkkiz min yüz on iki manat 29 qəpik) manat, faiz üzrə bocu 1709.25 (min yeddi yüz doqquz manat 25 qəpik) manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 140 gün olmaqla cərimə borcu 934.9 (doqquz yüz otuz dörd manat 90 qəpik) manat təşkil etmiş, cəmi borcu isə 20756.44 (iyirmi min yeddi yüz əlli altı manat 44 qəpik) manat məbləğində müəyyən edilmişdir. 04 fevral 2022-ci il tarixli, 017S**********01 nömrəli Zaminlik müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, bu müqavilə bir tərəfdən Azərbaycan Respublikası Mərkəzi Bankının 8 noyabr 2023-cü il tarixli 245/16 saylı icazəsi əsasında fəaliyyət göstərən, bundan sonra “Bank” adlandırılacaq İddiaçı QSC-nin “Xırdalan” filialı və digər tərəfdən bundan sonra “Zamin” adlandırılacaq Cavabdeh2 arasında 07 dekabr 2021-ci il tarixli 017L0**********00 saylı Uzunmüddətli Kredit Müqaviləsi və bu Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan “Kredit Razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşdirilməsi barədə razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqaviləsinin: 1.1-ci bəndinə əsasən, borclunun Uzunmüddətli Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. 3.1-ci bəndinə əsasən, borclu Uzunmüddətli Kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zamin, kreditdən istifadə üçün faiz və Bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla Borclunun kredit müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri Bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. 3.1.3-cü bəndinə əsasən zamin borclunun Uzunmüddətli Kredit Müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində Banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə Bankın çəkdiyi məhkəmə xərclərini ödəmək öhdəliyini icra etməlidir. 3.1.4-cü bəndinə əsasən zamin Uzunmüddətli Kredit Müqaviləsi üzrə verilən kreditlər barədə Borclu və Bank arasında istənilən razılaşma, o cümlədən faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə Borclunun öhdəliklərinin icrası üçün Borclu ilə birgə və tam məsuliyyət daşımaq öhdəliyini icra etməlidir. 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və Uzunmüddətli Kredit Müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətində qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Belə ki, tərəflər arasında 07 dekab 2021-ci il tarixli, 017L0**********00 saylı Uzunmüddətli Kredit müqaviləsinə, 04 fevral 2022-ci il tarixli, 017R********** saylı Kredit Razılaşmasına və iddiaçı təşkilatın möhürü ilə təsdiq olunmuş xx.xx.2022-ci il tarixli “Kreditin verilməsi-köçürmə” adlı sənədə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 30000 (otuz min) manat məbləğində pul vəsaiti Cavabdeh1 hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 743.1-ci maddəsinə əsasən Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu ünvanlanaraq, onun İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ödəniş planına uyğun olaraq 30 ay müddətinə aylıq ödəmək şərtilə 30000,00 AZN məbləğində kredit götürdüyü, kredit borcunun ödənilməsi barədə dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, hazırki vaxtadək kredit borcunu ödəməkdən yayındığı, xx.xx.2023-cü il tarixinə gecikdirilmiş ödəniş məbləğinin 9957,4 AZN (əsas məbləğ 7 217,23 AZN, faiz ödənişi 2070,01 AZN, cərimə məbləği 670,16 AZN) təşkil etdiyi, xx.xx.2023-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması və kredit müqaviləsinin ləğv edilməsinin təklif edildiyi, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi və onun banka borclu olduğu 20998,64 AZN məbləğin (18112,29 AZN təşkil edən əsas məbləğ, 2216,19 AZN faiz məbləği və 670,16 AZN cərimə məbləği), həmçinin xx.xx.2023cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi, bu halda onun təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi, əlavə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196-cı maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən, kredit borclarını ödəməkdən qəsdən yayınmaya görə cinayət məsuliyyətinin nəzərdə tutulduğu bildirilmişdir. “Uzunmüddətli kredit müqaviləsi”nin 3.1.2-ci bəndində Kredit Alanın bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Bankın bu müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququna malik olduğu nəzərdə tutulduğundan və iş materiallarında olan sübutların tədqiqi zamanı borclunun öhdəliyin icrasını pozulduğu müşayiət edildiyindən kreditorun öhdəliyin icrasını vaxtından əvvəl tələb etməkdə haqlı olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə ki, Kredit Alan Məmmədov X1 Kredit müqaviləsinin tələbini pozaraq ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmadığından adına iddia edilən 140 gün gecikdirilmiş gün hesablanmış, xx.xx.2023-cü il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə borcu 18112.29 (on səkkiz min yüz on iki manat 29 qəpik), faiz üzrə bocu 1709.25 (min yeddi yüz doqquz manat 25 qəpik) manat, cərimə borcu 934.9 (doqquz yüz otuz dörd manat 90 qəpik) manat olmaqla, cəmi öhdəliyi 20756.44 (iyirmi min yeddi yüz əlli altı manat 44 qəpik) manat təşkil etmiş, qeyd edilən hal ilə əlaqədar maliyyə cədvəli iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 740.5-ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 740.8-ci maddəsinə əsasən Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin 13 dekabr 2024-cü il tarixli, e-2-2(123)-555/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2025-ci il tarixli, 56 saylı ekspert rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları, maliyyə arayışı və 07 dekab 2021-ci il tarixli, 017L0**********00 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən, 04 fevral 2022-ci il tarixli 017R********** saylı razılaşma və ödəniş planı üzrə Cavabdeh1, İddiaçı QSC-nə kredit üzrə xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 16512,98 (on altı min beş yüz on iki manat doxsan səkkiz qəpik) manat, faiz borcu 1017,53 (bir min on yeddi manat əlli üç qəpik) manat olmaqla, İddiaçı QSC-nə ümumilikdə borcu 17530,51 (on yeddi min beş yüz otuz manat əlli bir qəpik) manat təşkil edir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesablanmamışdır. İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən 19 fevral 2025-ci il tarixdə məhkəməyə “Təkrar mühasibatlıq ekspertizasının təyin edilməsinə dair” vəsatət ünvanlanaraq, həmin vəsatətdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 56 saylı rəyinə əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixə, banka olan əsas borcu 16512.98 manat, faiz borcu 1017.53 manat təşkil etdiyi, aşağıda qeyd edilənlərə əsasən rəyin əsassız olduğunu, ona görə də vəsatətlərinin təmin edilməli və iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli olduğunu, xx.xx.2022-ci il tarixli 017R********** saylı kredit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində kredit verildiyini, həmin kreditin kodu ***-***-**-**-**********34, əməliyyat kodu LD********** təşkil etdiyini, hesabdan çıxarışdan xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən hesaba 1350 manat qoyulduğunun göründüyünü, həmin məbləğin 791.33 manatı əsas borcdan, 536.67 manatı faiz borcundan silindiyini, Ekspert isə rəyində 1350 manatın 876 manat hissəsinin əsas borcdan, 474 manat hissəsinin isə faiz borcundan silindiyi qeyd etməklə yanlışlığa yol verdiyini, bundan başqa xx.xx.2022-ci il tarixində 749.51 manat əsas borcu üzrə ödəniş edilməsinə baxmayaraq ekspert rəyində 889.84 manat məbləğin əsas borc üzrə ödəniş edildiyini qeyd etməklə növbəti yanlışlığa yol verdiyini, bundan başqa xx.xx.2022-ci il tarixində 782.53 manat faiz borcu üzrə ödəniş edilməsinə baxmayaraq ekspert rəyində 864.68 manatın əsas borc üzrə ödəniş edildiyinin qeyd edildiyini, bundan başqa hesabdan çıxarışdan göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2022ci il tarixində edilmiş 1336.50 manat məbləğdən 744,48 manat əsas borcdan, 487.52 manat isə faiz, 5.54 manatın isə cərimə borcundan silindiyini, lakin ekspert rəyində 947.31 manatın əsas borcdan, 389.19 manatın isə faiz borcundan silindiyini qeyd etdiyini, bundan başqa xx.xx.2022ci il tarixdə cavabdeh tərəfindən hesaba 1386 manat qoyulduğunu, həmin məbləğin 846.21 manatı əsas borcdan, 382.83 manatı faiz, 10.77 manatı isə cərimə borcundan silindiyini, Ekspert isə rəyində 1386 manatın 982.45 manat hissəsinin əsas borcdan, 403.55 manat hissəsinin isə faiz borcundan silindiyi qeyd etməklə yanlışlığa yol verdiyini, bundan başqa xx.xx.2022-ci il tarixdə ödənilmiş məbləğin 809.42 manat hissəsi əsas borcdan silinməsinə baxmayaraq ekspert öz hesablamasında əsas borcdan 907.76 manatın silindiyini qeyd etdiyini, bundan başqa cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 19.80 manat məbləğində ödəniş edilmiş, həmin ödənişin 1.93 manat hissəsi əsas borcdan, 15.49 manat hissəsi cərimə borcundan silinməsinə baxmayaraq ekspert rayinda 9.80 manatın 6.88 manat hissəsinin əsas borcdan, 12.92 manat hissəsinin isə faiz borcundan silindiyi qeyd etməklə yanlışılığa yol verdiyini, bundan başqa ekspert rəyində xx.xx.2022-ci il tarixində 693 manat ödəniş edildiyi qeyd edilsə də həmin tarixdə ödəniş edilmədiyini, xx.xx.2022-ci il tarixində cavabdeh tərəfindən 693 manat məbləğində ödəniş edilmiş, həmin ödənişin 91.74 manat hissəsi əsas borcdan, 530.49 manat hissəsi faiz, 70.77 manat isə cərimə borcundan silinməsinə baxmayaraq ekspert rəyində 693 manatın 395.92 manat hissəsinin əsas borcdan, 297.08 manat hissəsinin isə faiz borcundan silindiyi qeyd etməklə yanlışlığa yol verdiyini, bundan başqa cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 722.80 manat məbləğində ödəniş edilmiş, həmin ödənişin yalnız 4,30 manat hissəsi faiz borcundan silinməsinə baxmayaraq ekspert rəyində 722.80 manatın 266,87 manat hissəsinin isə faiz borcundan silindiyi qeyd etməklə yanlışlığa yol verdiyini, bundan başqa cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 1485 manat məbləğində ödəniş edilmiş, həmin ödənişin 890.09 manat hissəsi əsas borcdan silinməsinə baxmayaraq ekspert rəyində 1485 manatın 1073.56 manat hissəsinin əsas borcdan silindiyi qeyd etməklə yanlışlığa yol verdiyini, bundan başqa cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 1445.40 manat məbləğində ödəniş edilmiş, həmin ödənişin 860.80 manat hissəsi əsas borcdan silinməsinə baxmayaraq ekspert rəyində 1445.40 manatın 1052.62 manat hissəsinin əsas borcdan silindiyi qeyd etməklə yanlışlığa yol verdiyini, bundan başqa cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 1326.6 manat məbləğində ödəniş edilmiş, həmin ödənişin 863.33 manat hissəsi əsas borcdan silinməsinə baxmayaraq ekspert rəyində 1326.6 manatın 1088.29 manat hissəsinin əsas borcdan silindiyi qeyd etməklə yanlışlığa yol verdiyini, bundan başqa hesabdan çıxarışdan göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2023-ci il tarixində edilmiş 1400 manat məbləğdən 922.89 manat əsas borcdan, 427.11 manat isə faiz, 50 manatın isə cərimə borcundan silindiyini, lakin ekspert rəyində 828.93 manatın əsas borcdan, 571.07 manatın isə faiz borcundan silindiyini qeyd etdiyini, bundan başqa ekspert rəyində xx.xx.2023-cü il tarixində 1386 manat ödəniş edildiyi qeyd edilsə də həmin tarixdə ödəniş edilmədiyini, bundan başqa cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində 1386 manat məbləğində ödəniş edilmiş, həmin ödənişin 969.22 manat hissəsi əsas borcdan silinməsinə baxmayaraq ekspert rəyində 1386 manatın 1129.53 manat hissəsinin əsas borcdan silindiyi qeyd etməklə yanlışlığa yol verdiyini, bundan başqa cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində 1346.4 manat məbləğində ödəniş edilmiş, həmin ödənişin 974.37 manat hissəsi əsas borcdan silinməsinə baxmayaraq ekspert rəyində 1346.4 manatın 1086.86 manat hissəsinin əsas borcdan silindiyi qeyd etməklə yanlışlığa yol verdiyini, göründüyü kimi ekspert tərəfindən düzgün hesablama aparılmadığını, borc məbləği müəyyən edilərkən yanlışlığa yol verildiyini, ona görə də vəsatətlərində qeyd olunan hallar nəzərə alınmaqla təkrar mühasibatlıq ekspertizası təyin edilməli olduğunu hesab etdiklərini bildirmişdir. Belə ki, məhkəmənin 06 mart 2025-ci il tarixli, e-2-2(123)-18/2025 saylı qərardadı ilə iş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq 02 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2025-ci il tarixli, 382 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarından göründüyü kimi, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 017R********** saylı razılaşma şərtlərinə, hesabdan çıxarış məlumatlarına və 21 sentyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1, İddiaçı QSC-nə xx.xx.2023-cü il tarixə (maliyyə arayışında və sualda göstərilən tarixə) kredit üzrə olan əsas borcu 17977.26 (on yeddi min doqquz yüz yetmiş yeddi manat, iyirmi altı qəpik) manat, faiz borcu 1343.82 (bir min üç yüz qırx üç manat, səksən iki qəpik) manat olmaqla, İddiaçı QSC-nə ümumilikdə borcu 19321.08 (on doqquz min üç yüz iyirmi bir manat, səkkiz qəpik) manat təşkil edir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesablanmamışdır. İddiaçı QSC-nin cavabdеhlərdən tələb etdiyi məbləğ 18112.29 manat məbləğində krеdit bоrcu, 1709.25 manat məbləğində faiz bоrcu və 934.9 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 20756 (iyirmi min yeddi yüz əlli altı) manat 44 (qırx dörd) qəpik) manat və təşkil edir. X7 Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2025-ci il tarixli, 382 nömrəli ekspert rəyinə əsasən Cavabdeh1 İddiaçı QSC-nə 17977.26 (on yeddi min doqquz yüz yetmiş yeddi manat, iyirmi altı qəpik) manat, faiz borcu 1343.82 (bir min üç yüz qırx üç manat, səksən iki qəpik) manat olmaqla, ümumilikdə borcu 19321.08 (on doqquz min üç yüz iyirmi bir manat, səkkiz qəpik) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia tələbində göstərilən əsas borc və faiz borcunun məbləğləri ekspert rəyində göstərilən əsas borc və faiz borcunun məbləğlərindən yüksək olduğundan məhkəmə 29 aprel 2025-ci il tarixli, 382 nömrəli ekspert rəyi ilə razılaşaraq, belə qənaətə gəlir ki, Cavabdeh1 İddiaçı QSC-nə əsas borcu 17977.26 (on yeddi min doqquz yüz yetmiş yeddi manat, iyirmi altı qəpik) manat, faiz borcu 1343.82 (bir min üç yüz qırx üç manat, səksən iki qəpik) manat olmaqla, ümumilikdə borcu 19321.08 (on doqquz min üç yüz iyirmi bir manat, səkkiz qəpik) manatdlr. Məhkəmə iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 934.9 (doqquz yüz otuz dörd manat 90 qəpik) manat cərimə məbləğinin tutulması tələbinə dair hissədə qeyd edir ki, aralarında bağlanmış müqaviləyə və tələb edilən məbləğə münasibətdə 934.9 (doqquz yüz otuz dörd manat 90 qəpik) manat cərimə məbləği mütənasib görünməkdədir və təmin edilməsi qanunamüvafiqdir. Beləliklə, məhkəmə cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 017R********** saylı krеdit razılaşması üzrə 17977.26 (on yeddi min doqquz yüz yetmiş yeddi manat 26 qəpik) manat məbləğində krеdit bоrcu, 1343.82 (min üç yüz qırx üç manat 82 qəpik) manat məbləğində faiz bоrcu və 934.9 (doqquz yüz otuz dörd manat 90 qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 20255.98 (iyirmi min iki yüz əlli beş manat 98 qəpik) manat məbləğində borcun tutularaq iddianın qismən təmin olunması qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Bundan əlavə “Uzunmüddətli kredit müqaviləsi” əsasında müqavilədən irəli gələn öhdəliklərinin icrasını təmin ediməsi məqsədilə cavabdеh Cavabdeh2 ilə 04 fevral 2022-ci il tarixli, 017S**********01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Belə ki, zamin Cavabdeh2 həmin müqaviləyə əsasən kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyət daşımağı və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşımağı, müqavilə üzrə kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz üzərinə götürmüşdür. Bu hal onu deməyə əsas verir ki, zamin borcalanla birlikdə kreditor qarşısında birgə məsuliyyət daşıdığından krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini də icra еtməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin həmin Məcəllənin, 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri də nəzərə alınmaqla, Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi 97,59% əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən (iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi) məbləğində hesablanır. Belə ki, hazırkı iş üzrə iddianın qiymətinin 20756.44 (iyirmi min yeddi yüz əlli altı manat 44 qəpik) manat olduğunu nəzərə alaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 152.27 (yüz əlli iki manat 27 qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 152.27 (yüz əlli iki manat 27 qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə, yəni 97,59% hissəsinə mütənasib olaraq 148.60 (bir yüz qırx səkkiz manat 60 qəpik) manat məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, 3.67 (üç manat 67 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməlidir. Məhkəmə ödənilmiş mediasiya xərcinə münasibət bildirərkən 06 noyabr 2023-cü il tarixli, A- 1565 nömrəli X3 İştirak edilməməsi barədə arayışa əsasən xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi X2 iştirakı ilə keçirilən X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirak etməmiş, o cümlədən, iddiaçı tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilməsi qeyd edilmişdir. Lakin xx.xx.2023-cü il tarixdə qanunvericilikdə dəyişiklik edildiyindən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsi, Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada X3 iştirak tələb olunur məzmununda olduğundan və iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən və həmin vaxt mediasiya prosesi könüllü xarakter aldığından, həmçinin iddiaçı tələb hissəsində mediasiya xərcini tələb etmədiyindən, lakin bu barədə yəni 06 noyabr 2023-cü il tarixli, A-1565 nömrəli X3 İştirak edilməməsi barədə arayışı elektron qaydada əlavə etdiyindən Məhkəmə mediasiya xərcinə aid hissəsinə toxunmamaqdadır. Bundan əlavə məhkəmənin 13 dekabr 2024-cü il tarixli, e-2-2(123)-555/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsində, 14 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2025-ci il tarixli, 56 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə, yəni 97,59%-nə uyğun olaraq 58.55 (əlli səkkiz manat 55 qəpik) manat məbləği müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, qalan 1.45 (bir manat 45 qəpik) manat məbləği isə İddiaçı QSC-dən alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X5 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. O cümlədən, məhkəmənin 06 mart 2025-ci il tarixli, e-2-2(123)-18/2025 saylı qərardadı ilə iş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq, 02 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2025-ci il tarixli, 382 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə, yəni 97,59%-nə uyğun olaraq 58.55 (əlli səkkiz manat 55 qəpik) manat məbləği müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, qalan 1.45 (bir manat 45 qəpik) manat məbləği isə İddiaçı QSC-dən alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X5 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17977.26 (on yeddi min doqquz yüz yetmiş yeddi manat 26 qəpik) manat məbləğində krеdit bоrcu, 1343.82 (min üç yüz qırx üç manat 82 qəpik) manat məbləğində faiz bоrcu və 934.9 (doqquz yüz otuz dörd manat 90 qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 20255.98 (iyirmi min iki yüz əlli beş manat 98 qəpik) manat məbləğində bоrc alınaraq İddiaçı QSC-nə ödənilməli; 152.27 (yüz əlli iki manat 27 qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə, yəni 97,59% hissəsinə mütənasib olaraq 148.60 (bir yüz qırx səkkiz manat 60 qəpik) manat məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli; 3.67 (üç manat 67 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməli; məhkəmənin 13 dekabr 2024-cü il tarixli, e-2-2(123)- 555/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə, yəni 97,59%-nə uyğun olaraq 58.55 (əlli səkkiz manat 55 qəpik) manat məbləği müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, qalan 1.45 (bir manat 45 qəpik) manat məbləği isə İddiaçı QSC-dən alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X5 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməli, məhkəmənin 06 mart 2025-ci il tarixli, e-2-2(123)-18/2025 saylı qərardadı ilə iş üzrə təyin edilmiş təkrar məhkəməmühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə, yəni 97,59%-nə uyğun olaraq 58.55 (əlli səkkiz manat 55 qəpik) manat məbləği müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, qalan 1.45 (bir manat 45 qəpik) manat məbləği isə İddiaçı QSC-dən alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X5 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1 (VÖEN: **********, AA*******; FİN: xxxxxxx) və Cavabdeh2 (Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AZE ********; FİN: xxxxxxx) müştərək qaydada 17977.26 (on yeddi min doqquz yüz yetmiş yeddi manat 26 qəpik) manat məbləğində krеdit bоrcu, 1343.82 (min üç yüz qırx üç manat 82 qəpik) manat məbləğində faiz bоrcu və 934.9 (doqquz yüz otuz dörd manat 90 qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 20255.98 (iyirmi min iki yüz əlli beş manat 98 qəpik) manat məbləğində bоrc alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə (VÖEN:**********) ödənilsin. 152.27 (yüz əlli iki manat 27 qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə, yəni 97,59% hissəsinə mütənasib olaraq 148.60 (bir yüz qırx səkkiz manat 60 qəpik) manat məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin və 3.67 (üç manat 67 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilsin. Məhkəmənin 13 dekabr 2024-cü il tarixli, e-2-2(123)-555/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə, yəni 97,59%-nə uyğun olaraq 58.55 (əlli səkkiz manat 55 qəpik) manat məbləği müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, qalan 1.45 (bir manat 45 qəpik) manat məbləği isə İddiaçı QSC-dən alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X5 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. Məhkəmənin 06 mart 2025-ci il tarixli, e-2-2(123)-18/2025 saylı qərardadı ilə iş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə, yəni 97,59%-nə uyğun olaraq 58.55 (əlli səkkiz manat 55 qəpik) manat məbləği müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, qalan 1.45 (bir manat 45 qəpik) manat məbləği isə İddiaçı QSC-dən alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X5 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar