Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-19/2025 22.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı QSC-nin nümayəndəsi Qanuni nümayəndə 14 oktyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 002R********** saylı krеdit razılaşması üzrə 11450.97 manat məbləğində krеdit bоrcu, 2052.16 manat məbləğində faiz bоrcu və 987.12 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 14490 (on dörd min dörd yüz doxsan) manat 25 (iyirmi beş) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 133.47 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində, Quliyev Zəfər İsmayıl oğluna "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 002L**********55 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açıldığını, bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğin və müddətin ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunduğunu, uzunmüddətli kredit müqaviləsi üzrə Quliyev Zəfər İsmayıl oğlunun "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli, 002R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 32000 (otuzikimin) manat məbləğində krеdit götürdüyünü, tərəflərin imzaladıqları xx.xx.2022-ci il tarixli, 002R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edildiyini, qeyd edilən dəyişikliklərlə zaminlər Cavabdeh2, Cavabdeh1 tanış olduğunu və öz imzaları ilə təsdiq etdiklərini, Quliyev Zəfər İsmayıl oğlunun krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatdığını, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmadığını, Quliyev Zəfər İsmayıl oğlunun götürdüyü krеdit bоrcundan 20549.03 manat ödədiyini, onun 11450.97 manat məbləğində kredit borcu qaldığını, kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faizin qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün faizin bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablandığını, qeyd edilənlərə əsasən Quliyev Zəfər İsmayıl oğlunun kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 476 gün üçün hesablanmış faiz borcunun 2052.16 manat təşkil etdiyini, krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclunun ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2024-cü il tarixə 476 gün üçün hеsablanmış cərimənin 987.12 manat təşkil etdiyini, uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alanın müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditorun müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malik olduğunu, uzunmüddətli kredit müqaviləsi üzrə Quliyev Zəfər İsmayıl oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürdüklərini, onların həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Quliyev Zəfər İsmayıl oğlu ilə birgə məsuliyyət daşıdılarını və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməli olduqlarını, iş materiallarına əlavə edilmiş AR DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan borclu Quliyev Zəfər İsmayıl oğlunun vəfat etdiyinin İddiaçı QSC-yə məlum olduğunu, vəkil sorğularına verilən cavab məktublarından Quliyev Zəfər İsmayıl oğlunun adına vərəsəlik işinin açılmadığının və qeydiyyatda olan nəqliyyat vasitəsinin olmadığının göründüyünü, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi Dairə tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2- 5104/**********705104 saylı cavab məktubundan Quliyev Zəfər İsmayıl oğlunun adına hazırda qeydiyyatda olan daşınmaz əmlakın, AR DİN BDYPİ tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 3- 13-16/2-7989/2024 saylı məktubdan Quliyev Zəfər İsmayıl oğlunun adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsinin olmadığının, AR NMR Ədliyyə Nazirliyi Naxçıvan Şəhər 3 saylı notairat ofisi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 24 saylı və AR NMR Ədliyyə Nazirliyi Naxçıvan “Asan Xidmət” Mərkəzinin notariat ofisnin xx.xx.2024-cü il tarixli, 81/2024 saylı cavab məktubundan vərəsəlik işinin açılmadığının məlum olduğunu, həmçinin Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyinin, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmədiyini, göründüyü kimi Quliyev Zəfər İsmayıl oğlunun ölümünün onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmədiyini və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun zaminlərə qarşı tələb hüququ yaranması üçün əsas olduğunu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında “Borclunun ölümünün zaminliyin xitamına səbəb olmadığının, zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddinin miras əmlakın həcmi ilə məhdudlaşmadığının, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcminin vərəsələrin öhdəliyi icra etməsinə imkan vermədikdə, zaminin kreditor qarşısında tam məsuliyyət daşıdığının, vərəsələrin və zaminin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıdığının, borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələbin kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə biləcəyinin, vərəsələrin və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsinin bu hərəkətləri törətmiş şəxsdən tələb edə biləcəyinin qeyd olunduğunu, Quliyev Zəfər İsmayıl oğlunun VÖEN-dən istifadə edərək "xxxx" QSC ilə ilə xx.xx.2019-cu il tarixli, 002L**********55 saylı uzunmüddətli kredit müqaviləsi bağladığını, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 24.2-cü maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətinin işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edildiyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrin baxdığını, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Qərarında “12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olmasının nəzərə alınmalı olduğunun, 20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektlərinin (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə biləcəyinin nəzərə alınmalı olduğunun” qeyd edildiyini, göründüyü kimi mübahisənin kommersiya məhkəməsinə aid olmasını müəyyənləşdirərkən hüquq münasibətinin xarakterinə xüsusi diqqət verilməli olduğunu, belə ki, hüquq münasibətlərinin tənzimlədiyi münasibətlərin əlamətlərinə əsasən ümumi və xüsusi ola biləcəyini, xüsusi hüquq münasibətlərinin isə münasibətlərin iştirakçısı kimi tərəflərin tənzimləmək istədikləri münasibətlərin dairəsi, onların bu sahədə öz əksini tapan iradəsi kimi amillərlə səciyyəvi olduğunu, hazırkı situasiyada isə İddiaçı QSC ilə Quliyev Zəfər İsmayıl oğlu arasında müqavilə bağlanarkən hər iki subyektin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, Quliyev Zəfər İsmayıl oğlunun hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti məşğul olduğunu və ********** VÖEN nömrəsinə sahib olduğunu, bu halın isə münasibətlərin növünü müəyyənləşdirməklə tərəflər arasında yaranacaq mübahisənin məhkəmə aidiyyətini də müəyyən etdiyini qeyd etməklə əsaslandırmış, o cümlədən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 442-ci, 445.2.1-ci, 448.1-ci, 465.2-ci, 467-ci, 472.1-ci, 472.2-ci, 501-ci maddələrinə istinad etmişdir. Məhkəmənin 14 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-556/2024 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. 13 dekabr 2024-cü il tarixdə iş üzrə Cavabdeh2 tərəfindən elektron qaydada məhkəməyə iddia ərizəsinə qarşı etiraz daxil olmuş, həmin etirazda İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinin, Cavabdeh2 aid hissəsində Məhkəmə tərəfindən rədd olunması və zaminliyinə xitam verilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən 13 dekabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddia ərizəsinə qarşı etirazın görünməsi üçün iş materiallarına əlavə edilməsi, lakin mülki prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülməklə məhkəməyə göndərildiyindən məhkəmə tərəfindən nəzərə alınmaması qərara alınmışdır. Cavabdeh2 20 noyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında: 2019-cu ildə Quliyev Zəfər ilə qonşu olduğunu, onun normal insan olub, dükan işlətdiyini, özünün də hərbi ali institutda polkovnik leytenant olaraq dərs dediyini, Quliyev Zəfərin ona 3 aylıq zamin dur dediyini, onun isə zamindən qorxduğunu bildirdiyini, and-aman etdikdən sonra 3 ay zamin durduğunu, daha sonra müharibə başladığını və müharibəyə getdiyini, müharibə qutardıqdan sonra biraz işləri olduğu üçün yekunlaşdırıb gələ bilmədiyini, çünki onların hamısının oraya ezam edildiyini, bankdan ona zənglər gəldiyini gördüyünü, bu səbəbdən məzuniyyətdən gələndən sonra Zəfəri də götürüb banka getdiyini, hərbiçi olduğundan sabah adında problem olmasını istəmədiyini bildirdiyini, bankın isə ona, “bunun (Zəfərin) evini, dükanın mallarını çəkmişik, heç cürə qaça bilməz, narahat olmayın, bu ay da 1162 manat pul ödəyib” dediklərini, üstündən biraz keçdikdən sonra yenə zəng gəldiyini və Zəfərin ödənişi edə bilmədiyini qeyd etdiklərini, bankın sonradan Zəfəri çağırıb guya yaxşılıq eləmək üçün müddəti uzatdığını və aylıq ödənişi 570 manata saldığını, müəyyən bir vaxtdan sonra da Zəfərin ailəsindən də boşandığını, daha sonra gedib Zəfərə ortada özünün qalacağını, çünki rəsmi iş yerinin onda olduğunu, əmisinin oğlunun və onun da bizneslə məşğul olduğunu, sabah biznesinin olmadığını deyəcəyini, özünün də hər ay o qədər pul ödəməyə imkanının olmadığını, lakin rəsmi iş yerinə görə pulu ondan tələb edəcəklərini dediyini, yenə də bankın bu işə baxmadığını, bunun üçün Zəfərin dəfələrlə ödəniş etməməsi və nəticədə məhkəməyə müraciət edilməli olduğu, onun evindən nəsə mal-mülk götürməyə ixtiyarlarının olmadığını, bunun məhkəmə yolu ilə həll olunmalı olduğunu bildirdiklərini, bir müddət sonra Zəfərin özünü asaraq dünyasını dəyişdiyini, nəticədə özünün ortalıqda qaldığını, bu söhbətin nə yerdə olduğunu oğlunun da, ailəsinin də bildiyini, ölməmişdən əvvəl də gedib Bakıdakı ev-eşiyini, adında olan hər bir mülkiyyətini adından çıxartdığını və ailəsindən də boşandığını, qızın anasında, oğlun isə atasında qaldığını, özünün bunları sonradan bildiyini, oğlunun da atasından imtina etdiyini, adında heç nə olmadığı üçün 6 aydır gedib bunun varisiyik deyə müraciət də etmədiklərini, onun Ordubadda bir dənə evi qaldığını, onu da gəlin ilə qaynatagilin arasında yaranan mübahisəyə görə evi adlarından çıxartmaq üçün sata bilmədiklərini, məhkəmənin qərarı gəldikdən sonra, gedib qapılarını döymək istədiyini, ancaq qapının bağlı olduğunu, qonşuya nömrə verdiyini və gələndə məhkəmədən məktub gəlib deməsini xahiş etdiyini, özünün dövlətin qanunlarına da inandığını, 26 ildir vətənin qanunlarına baş əyib xidmət etdiyini, özünün sadəcə 24 aya zamin durduğunu və 24 aydan sonrakı uzadılmadan xəbəri olmadığını, banka müraciət etdiyini, ancaq qol çəkdiyi kağızların verilmədiyini, bu adamın ölməmişdən qabaq hər şeyi adından çıxardığını və heç nəyinin olmadığını, banka müraciət etmə səbəbinin məhkəmədən gələn məktuba əsasən məsələni yoluna qoymaq olduğunu, borcu ödəməkdən imtina etmədiyini, nəticədə qanun qarşısında hamının borclu olduğunu, sadəcə bankla köməkləşmək istədiyini, özünün 25000- 26000 borcunun olduğunu, xəstə uşaq saxladığını, bu səbəbdən çıxılmaz vəziyyətdə olduğunu, bu məsələ ilə bağlı polis bölməsinə də getdiklərini, lakin guya onun xuliqanlıq etdiyini, ona görə ki, bir də o qapıya getməsinin istənmədiyini, banka müraciət etmə səbəbinin zaminlik kağızının ona verilməsi və nə ödədiyini bilmək istəməsi olduğunu, çünki özünün 24 aya qol çəkmədiyini, artıq 5 il olduğunu, həmin adamın 2 ildir öldüyünü, ondan əvvəl də 3 ilinin olduğunu, niyə bu tədbirlərin sağ ikən görülmədiyini, indi isə bankın həmin şəxsin adında heç bir əmlak yoxdur deyə zaminlərdən tələb etdiyini, həmin şəxsin bir dənə Naxçıvandakı evi qaldığını və onu da atasının satışa qoyduğunu, özünə isə ona borcu olması barədə şər atıldığını, guya, bir yerdə biznes qurduqlarını, müharibədə ölsəydi bugün bunları kimdən tələb edəcəklərini, hər şeyin saflığından başına gəldiyini və bugünə qədər heç kimə zamin durmadığını, 26 ildir ki, vətənə millətə layiqli övlad olduğunu, indi isə məhkəmə qarşısında aciz vəziyyətdə olduğunu bildirmişdir. 22 aprel 2025-ci il tarixə, saat 10:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndələri Nümayəndə, Qanuni nümayəndə, o cümlədən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. ƏRİZƏ OLSA YAZİLMALİ............................................. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 18 mart 2019-cu il tarixli 002L**********55 saylı Uzunmüddətli Kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, bu müqavilə, kredit verən İddiaçı QSC-nin “Babək” filialı ilə kredit alan Quliyev Zəfər İsmayıl oğlu arasında müəyyən edilmiş şərtlərlə tam razılıq əsasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən bank bu Müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra “kredit” adlandırılacaq) kredit alana 500000.00 (beş yüz min manat) AZN məbləğində Uzunmüddətli Kredit Xəttini ( bundan sonra “Uzunmüddətli Kredit Xətti” adlandırılacaq) açır. Uzunmüddətli kredit xətti bu Müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana Kredit Alanın Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclarının həddidir. 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 (bir yüz iyirmi) ay, 18 mart 2029-cu il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilən kreditlərin illik fazi dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur. 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlər hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşmaları ilə müəyyən edilir. 1.6-cı bəndinə əsasən Kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq Kredit Razılaşmasında göstərilmiş və onun ayrılmaz hissəsi olan Ödəniş Planına uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən bu müqavilə əsasında Kreditlərin verilməsi və qaytarılması hər bir fərdi Kredit Razılaşmasının şərtlərinə və müvafiq Ödəniş Planına uyğun olaraq həyata keçirilməlidir. 3.1.2-ci bəndinə əsasən bank kredit alan bu müqavilə əsasında verilmiş hər hansı bir kredit üzrə kredit borcunu, faizi və digər ödənişləri qaytarma planına uyğun olaraq qaytara bilmədikdə bu müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı kredit üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan qaytarmağı tələb etmək hüququna malikdir. 4.2-ci bəndinə əsasən bununla Kredit Alan təsdiq edir və razılaşır ki, Bankın mühasibat sənədləri və hesabları ödənilməli olan və ya Kredit Alanın ödəyəcəyi məbləğlərə dair yeganə təsdiq edici sənəd sayılır. 4.4-cü bəndinə əsasən tərəflər bu Müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir. 27 fevral 2020-ci il tarixli 002R********** saylı kredit razılaşmasının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" QSC-nin “Babək” filialı ilə Quliyev Zəfər İsmayıl oğlu arasında 18 mart 2019-cu il tarixli, 002L**********55 saylı Uzunmüddətli Kredit Müqaviləsinə uyğun olaraq bu kredit razılaşması bağlanmışdır. Kredit Razılaşmasının: 1.1-ci bəndinə əsasən bank məbləği 32000.00 (otuz iki min) manat olan krediti (bundan sonra “Kredit”) aylıq faiz dərəcəsi 1.5 ( bir tam onda beş) % olmaqla 36 (otuz altı) ay müddətinə Kredit Alana verir. 1.2-ci bəndinə əsasən Kredit alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş Planına (“Ödəniş Planı”) əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən Bank krediti Kredit alanın AZ86ACAB******************** cari hesabına (“Hesab”) köçürür. Kreditin Kredit alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur. 2.3-cü bəndinə əsasən faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu Kredit Razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməyə borcludur. 18 mart 2019-cu il tarixli, 002S**********01 nömrəli Zaminlik müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, bu müqavilə bir tərəfdən İddiaçı QSC-nin “Babək” filialı və digər tərəfdən zamin Cavabdeh2 arasında 18 mart 2019-cu il tarixli 002L**********55 saylı Uzunmüddətli Kredit Müqaviləsi və bu Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz hissəsi olan “ Kredit Razılaşması”, “ Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqaviləsinin: 1.1-ci bəndinə əsasən, borclunun Uzunmüddətli Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. 3.1-ci bəndinə əsasən, borclu Uzunmüddətli Kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zamin, kreditdən istifadə üçün faiz və Bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla Borclunun kredit müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri Bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. 3.1.3-cü bəndinə əsasən zamin borclunun Uzunmüddətli Kredit Müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində Banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə Bankın çəkdiyi məhkəmə xərclərini ödəmək öhdəliyini icra etməlidir. 3.1.4-cü bəndinə əsasən zamin Uzunmüddətli Kredit Müqaviləsi üzrə verilən kreditlər barədə Borclu və Bank arasında istənilən razılaşma, o cümlədən faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə Borclunun öhdəliklərinin icrası üçün Borclu ilə birgə və tam məsuliyyət daşımaq öhdəliyini icra etməlidir. 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və Uzunmüddətli Kredit Müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətində qüvvədədir. 27 fevral 2020-ci il tarixli, 002S**********01 nömrəli Zaminlik müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, bu müqavilə bir tərəfdən İddiaçı QSC-nin “Babək” filialı və digər tərəfdən zamin Cavabdeh1 arasında 18 mart 2019-cu il tarixli 002L**********55 saylı Uzunmüddətli Kredit Müqaviləsi və bu Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz hissəsi olan “ Kredit Razılaşması”, “ Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıca Razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqaviləsinin: 1.1-ci bəndinə əsasən, borclunun Uzunmüddətli Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. 3.1-ci bəndinə əsasən, borclu Uzunmüddətli Kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zamin, kreditdən istifadə üçün faiz və Bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla Borclunun kredit müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri Bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. 3.1.3-cü bəndinə əsasən zamin borclunun Uzunmüddətli Kredit Müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində Banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə Bankın çəkdiyi məhkəmə xərclərini ödəmək öhdəliyini icra etməlidir. 3.1.4-cü bəndinə əsasən zamin Uzunmüddətli Kredit Müqaviləsi üzrə verilən kreditlər barədə Borclu və Bank arasında istənilən razılaşma, o cümlədən faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə Borclunun öhdəliklərinin icrası üçün Borclu ilə birgə və tam məsuliyyət daşımaq öhdəliyini icra etməlidir. 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və Uzunmüddətli Kredit Müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətində qüvvədədir. 11 yanvar 2022-ci il tarixli, 002R**********S nömrəli, “Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında” Sazişdən görünür ki, bu Saziş bir tərəfdən kredit verən İddiaçı QSC-nin “Babək” filialı ilə kredit alan Quliyev Zəfər İsmayıl oğlu arasında müəyyən edilmiş şərtlərlə tam razılıq əsasında bağlanmışdır. Həmin Sazişin: 1-ci bəndinə əsasən bank ilə Kredit Alan arasında 18 mart 2019-cu il tarixli, 002L**********55 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə 27 fevral 2020-ci il tarixdə bağlanmış 002R********** saylı Kredit Razılaşması əsasında Kredit Alan, Kredit Razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 11 yanvar 2022ci il tarixli ÖDƏNİŞ PLANİNA uyğun olaraq Banka ödəməlidir. 4-cü bəndinə əsasən bu saziş tərəflərin onu imzaladığı andan qüvvəyə minir. 6-cı bəndinə əsasən bununla Kredit Alan bu Sazişi oxuduğunu, şərtlərini başa düşdüyünü təsdiq edir və bu şərtlərlə razı olduğunu bildirir. İddiaçı təşkilatın möhürü ilə təsdiq olunmuş xx.xx.2020-ci il tarixli “Kreditin verilməsiköçürmə” adlı sənəddən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 32000 (otuz iki min) manat məbləğində pul vəsaiti Quliyev Zəfər İsmayıl oğlunun hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" QSC tərəfindən məhkəmədə iddia qaldırılması üçün elektron ödəmə sistemi vasitəsilə dövlət xəzinə hesabına 133.47 (yüz otuz üç manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. 18 mart 2019-cu il tarixli 002L**********55 saylı uzunmüddətli kredit müqaviləsi əsasında bağlanmış 27 fevral 2020-ci il tarixli 002R********** saylı krеdit razılaşmasının ödəniş planının təsdiq olunmuş surətindən görünür ki, 27 fevral 2020-ci il tarixdə kredit alan Quliyev Zəfər İsmayıl oğluna aylıq 1.5% dərəcəsilə verilmiş 32000 (otuz iki min) manat məbləğində kreditin və ona hesablanmış faizlərin 01 aprel 2020-ci il tarixdən 01 mart 2023-cü il tarixə kimi müvafiq məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin 18 mart 2019-cu il tarixli, 002L**********55 saylı uzunmüddətli kredit müqaviləsi əsasında bağlanmış 27 fevral 2020-ci il tarixli 002R********** saylı krеdit razılaşmasının 11 yanvar 2022-ci il tarixində restrukturizasiya edilmiş ödəniş planının təsdiq olunmuş surətindən görünür ki, kredit alan Quliyev Zəfər İsmayıl oğluna aylıq 1.5% dərəcəsilə, 15496.12 (on beş min dörd yüz doxsan altı manat on iki qəpik) restrukturizasiya məbləğində kreditin və ona hesablanmış faizlərin 01 fevral 2022-ci il tarixdən 03 dekabr 2024-cü il tarixə kimi müvafiq məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli, OUT-2024/04/23-92 nömrəli maliyyə cədvəlindən görünür ki, İddiaçı QSC-nin müştərisi olan Quliyev Zəfər İsmayıl oğlunun 002R********** saylı xx.xx.2020-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə borcu 11450.97 manat, faiz üzrə bocu 2052.16 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 476 gün olmaqla cərimə borcu 987.12 manat təşkil etmiş, cəmi borcu isə 14490.25 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə AR DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Naxçıvan MR, Ordubad rayon, Əylis kəndində qeydiyyatda olmuş Quliyev Zəfər İsmayıl oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi Dairə tərəfindən “Quliyev Zəfər İsmayıl oğlunun adına Azərbaycan Respublikası üzrə qeydiyyata alınmış (habelə özgəninkiləşdirilmiş) daşınmaz əmlaklar ilə bağlı müvafiq məlumatların verilməsinə dair” xx.xx.2023-cü il tarixli, 1443/251 nömrəli sorğuya verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2- 5104/**********705104 saylı cavab məktubundan görünür ki, Quliyev Zəfər İsmayıl oğlunun adına qeydiyyatda olan ünvan 1 ünvanı Bakı şəhəri “ASAN xidmət” mərkəzi notariusu tərəfindən təsdiqlənmiş 4ə-02-781 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmiş, hal-hazırda isə X1 xüsusi mülkiyyətindədir, ünvan 3 ünvanı isə, Bakı şəhəri 12 saylı NO-nun 4Ə-928 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən X4 adına qeydiyyata alınmış və hal-hazırda onun mülkiyyətindədir. AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 3-13-16/2- 7989/2024 saylı məktubdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Quliyev Zəfər İsmayıl oğlunun adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. AR NMR Ədliyyə Nazirliyi Naxçıvan Şəhər 3 saylı Notairat Ofisi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 24 saylı və AR NMR Ədliyyə Nazirliyi Naxçıvan “Asan Xidmət” Mərkəzinin Notariat Ofisnin xx.xx.2024-cü il tarixli, 81/2024 saylı cavab məktublarından görünür ki, Quliyev Zəfər İsmayıl oğlunun adına vərəsəlik işi açılmamışdır. Həmçinin 13 dekabr 2024-cü il tarixdə Cavabdeh2 tərəfindən məhkəməyə elektron qaydada məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi barədə vəsatət ünvanlanmış, həmin vəsatətə əsasən, məhkəmə tərəfindən 13 dekabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, e-2-2(123)-556/2024 saylı qərardadı ilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi qərara alınmışdır. Məhkəmənin 13 dekabr 2024-cü il tarixli, e-2-2(123)-556/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq 21 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2025-ci il tarixli, 3-16-33-3/2-83/2025 saylı ekspert rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları, maliyyə arayışı və 27 fevral 2020-ci il tarixli, 002R********** saylı razılaşmaya əsasən, xx.xx.2022-ci il tarixli, 002R**********S saylı saziş və ödəniş planı üzrə borcalan Quliyev Zəfər İsmayıl oğlunun, İddiaçı QSC-yə kredit üzrə xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 11751.98 (on bir min yeddi yüz əlli bir manat doxsan səkkiz qəpik) manat, faiz borcu 2544.03 (iki min beş yüz qırx dörd manat üç qəpik) manat olmaqla, İddiaçı QSC-nə ümumilikdə borcu 14296.01 (on dörd min iki yüz doxsan altı manat bir qəpik) manat təşkil edir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırkı tədqiqatla Quliyev Zəfər İsmayıl oğluna cərimə hesablanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Belə ki, tərəflər arasında 18 mart 2019-cu il tarixli 002L**********55 saylı Uzunmüddətli Kredit müqaviləsinə, 27 fevral 2020-ci il tarixli 002R********** saylı kredit razılaşmasına və iddiaçı təşkilatın möhürü ilə təsdiq olunmuş xx.xx.2020-ci il tarixli “Kreditin verilməsi-köçürmə” adlı sənədə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 32000 (otuz iki min) manat məbləğində pul vəsaiti Quliyev Zəfər İsmayıl oğlunun hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, tərəflərin imzaladıqları xx.xx.2022-ci il tarixli 002R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş, qeyd edilən dəyişikliklərlə zaminlər Cavabdeh2, Cavabdeh1 tanış olmuş və öz imzaları ilə təsdiq etmiş, Quliyev Zəfər İsmayıl oğlu krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamış, Quliyev Zəfər İsmayıl oğlu götürdüyü krеdit bоrcundan 20549.03 manat ödəmiş, onun 11450.97 manat məbləğində kredit borcu qalmış, uzunmüddətli kredit müqaviləsi üzrə Quliyev Zəfər İsmayıl oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüş və həmin halları təsdiq edən sənədlər iş materiallarına əlavə edilmişdir. Eyni zamanda, AR DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan borclu Quliyev Zəfər İsmayıl oğlunun vəfat etdiyi, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi Dairə tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2-5104/**********705104 saylı cavab məktubundan Quliyev Zəfər İsmayıl oğlunun adına hazırda qeydiyyatda olan daşınmaz əmlakın olmadığı, AR DİN BDYPİ tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 3-13-16/2-7989/2024 saylı məktubdan Quliyev Zəfər İsmayıl oğlunun adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsinin olmadığı, AR NMR Ədliyyə Nazirliyi Naxçıvan Şəhər 3 saylı notairat ofisi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 24 saylı və AR NMR Ədliyyə Nazirliyi Naxçıvan “Asan Xidmət” Mərkəzinin notariat ofisnin xx.xx.2024-cü il tarixli, 81/2024 saylı cavab məktubundan vərəsəlik işinin açılmadığının məlum olduğu görünür. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə kreditin qaytarılması öhdəliyinin, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmədiyini, göründüyü kimi Quliyev Zəfər İsmayıl oğlunun ölümünün onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmədiyini və kredit öhdəliyi icra edilmədikdə kreditorun zaminlərə qarşı tələb hüququ yaranması üçün əsas olduğunu qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarına bildirilir ki, “Göründüyü kimi, zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin edəcəyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir. Mülki Məcəllənin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə, həmçinin cavabdehin vəsatətinə əsasən məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2025-ci il tarixli, 3-16-33-3/2-83/2025 saylı ekspert rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları, maliyyə arayışı və 27 fevral 2020-ci il tarixli, 002R********** saylı razılaşmaya əsasən, xx.xx.2022-ci il tarixli, 002R**********S saylı saziş və ödəniş planı üzrə borcalan Quliyev Zəfər İsmayıl oğlunun, İddiaçı QSC-yə kredit üzrə xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 11751.98 (on bir min yeddi yüz əlli bir manat doxsan səkkiz qəpik) manat, faiz borcu 2544.03 (iki min beş yüz qırx dörd manat üç qəpik) manat olmaqla, İddiaçı QSC-nə ümumilikdə borcu 14296.01 (on dörd min iki yüz doxsan altı manat bir qəpik) manat təşkil edir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırkı tədqiqatla Quliyev Zəfər İsmayıl oğluna cərimə hesablanmamışdır. İddiaçı QSC-nin cavabdеhlərdən tələb etdiyi məbləğ 11450.97 manat məbləğində krеdit bоrcu, 2052.16 manat məbləğində faiz bоrcu (ikisi birlikdə 13503.13 (on üç min beş yüz üç manat, on üç qəpik) manat) və 987.12 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 14490 (on dörd min dörd yüz doxsan) manat 25 (iyirmi beş) qəpik təşkil edir. X8 Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2025-ci il tarixli, 3-16-33-3/2-83/2025 saylı ekspert rəyinə əsasən cavabdeh Quliyev Zəfər İsmayıl oğlunun İddiaçı QSC-nə əsas borcu 11751.98 manat, faiz borcu 2544.03 manat olmaqla, ümumilikdə borcu 14296.01 (on dörd min iki yüz doxsan altı manat bir qəpik) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert rəyində göstərilən əsas borc və faiz borcunun məbləğləri iddia tələbində göstərilən əsas borc və faiz borcunun məbləğlərindən yüksək olduğundan məhkəmə 17 fevral 2025-ci il tarixli, 3-16-33-3/2-83/2025 saylı ekspert rəyi ilə məbləğlər hissəsində razılaşmamaqla lakin borcun olduğu qismində razılaşmaqla iddia tələbi həcmində işə baxır. Həmçinin məhkəmə bildirir ki, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən məbləğlərdən yüksək olduğu üçün iddia tələbindən kənara çıxır, lakin, eyni zamanda, cavabdehin iddiaçı qarşısında borclu olduğu halını da sübut etmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan əlavə iddia tələbində nəzərdə tutulmuş cərimə (dəbbə pulu) məbləği ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıqaşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsaslanaraq dəbbə pulunun müqavilə üzrə əsas borc və ona hesablanmış faiz məbləğinin cəminin 6%-indən artıq olmamalı olduğunu nəzərə alaraq, 002R********** saylı krеdit razılaşması üzrə hesablanmış 987.12 (doqquz yüz səksən yeddi manat on iki qəpik) manat məbləğində cərimənin azaldılıb 810,19 (səkkiz yüz on manat on doqquz qəpik) manat hissədə təmin edilməsi qənaətindədir (13503.13-ün 6%i = 810,19). Beləliklə, məhkəmə cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin хеyrinə 002R********** saylı krеdit razılaşması üzrə 11450.97 manat məbləğində krеdit bоrcu və 2052.16 manat məbləğində faiz bоrcunun ödənilməsi ilə razılaşaraq 987.12 manat məbləğində cərimənin azaldılıb 810,19 manat hissədə ödənilməsi ilə iddianın qismən təmin olunması qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Bundan əlavə, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 zaminlik müqavilələrinə əsasən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Quliyev Zəfər İsmayıl oğlu ilə birgə məsuliyyət daşıdılarını və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməli olduqlarını ifadə edən müqavilələri imzalamaqla Quliyev Zəfər İsmayıl oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Bu hal onu deməyə əsas verir ki, zamin borcalanla birlikdə kreditor qarşısında birgə məsuliyyət daşıdığından krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini də icra еtməlidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi iş üzrə əsas borclu Quliyev Zəfər İsmayıl oğlu vəfat etdiyindən, bundan sonra vərəsəlik işi açılmadığından, borclunun adına qeydiyyatda olan nəqliyyat vasitəsi və daşınmaz əmlak olmadığından zaminlər Cavabdeh2 və Cavabdeh1 bank qarşısında tam cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh2 20 noyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında “Zəfəri də götürüb banka getdiyini, bankın ona, “bunun (Zəfərin) evini, dükanın mallarını çəkmişik, heç cürə qaça bilməz, narahat olmayın, bu ay da 1162 manat pul ödəyib” dediklərini, üstündən biraz keçdikdən sonra yenə zəng gəldiyini və Zəfərin ödənişi edə bilmədiyini qeyd etdiklərini, bankın sonradan Zəfəri çağırıb guya yaxşılıq eləmək üçün müddəti uzatdığını və aylıq ödənişi 570 manata saldığını, Zəfərin dəfələrlə ödəniş etməməsi və nəticədə bankın məhkəməyə müraciət edilməli olduğunu, onun evindən nəsə mal-mülk götürməyə ixtiyarlarının olmadığını, bunun məhkəmə yolu ilə həll olunmalı olduğunu bildirdiklərini, bir müddət sonra Zəfərin özünü asaraq dünyasını dəyişdiyini, nəticədə özünün ortalıqda qaldığını, bu söhbətin nə yerdə olduğunu oğlunun da, ailəsinin də bildiyini, ölməmişdən əvvəl də gedib Bakıdakı eveşiyini, adında olan hər bir mülkiyyətini adından çıxartdığını, adında heç nə olmadığı üçün 6 aydır gedib bunun varisiyik deyə müraciət də etmədiklərini, bu adamın ölməmişdən qabaq hər şeyi adından çıxardığını və heç nəyinin olmadığını, banka müraciət etmə səbəbinin məhkəmədən gələn məktuba əsasən məsələni yoluna qoymaq olduğunu, borcu ödəməkdən imtina etmədiyini, nəticədə qanun qarşısında hamının borclu olduğunu, sadəcə bankla köməkləşmək istədiyini” bildirməklə iş üzrə iddia ərizəsində qeyd edilən halları təkzib etməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi 98,78% əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində hesablanır. Belə ki, hazırkı iş üzrə iddianın qiymətinin 14490,25 (on dörd min dörd yüz doxsan manat iyirmi beş qəpik) manat olduğunu nəzərə alaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 133,47 (bir yüz otuz üç manat qırx yeddi qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Hazırki iş üzrə iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 133,47 (bir yüz otuz üç manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə, yəni 98,78% hissəsinə mütənasib olaraq 131,84 (bir yüz otuz bir manat səksən dörd qəpik) manat məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, 1,63 (bir manat altmış üç qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, məhkəmənin 13 dekabr 2024-cü il tarixli, e-2- 2(123)-556/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat iddianın təmin edilmiş hissəsinə, yəni 98,78%-ə uyğun olaraq 59,27 (əlli doqquz manat iyirmi yeddi qəpik) manat məbləği müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, qalan 0,73 (sıfır manat yetmiş üç qəpik) manat məbləği isə İddiaçı QSC-dən alınaraq X6 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyinin VÖEN: **********; hesabı AZ21NABZ********************) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11450.97 manat məbləğində krеdit bоrcu, 2052.16 manat məbləğində faiz bоrcu və 810.19 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 14313.32 (on dörd min üç yüz on üç manat otuz iki qəpik) manat məbləğində bоrc məbləği alınaraq İddiaçı QSC-nə ödənilməli; 133,47 (bir yüz otuz üç manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə, yəni 98,78% hissəsinə mütənasib olaraq 131,84 (bir yüz otuz bir manat səksən dörd qəpik) manat məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı İddiaçı QSC-nə ödənilməli; 1,63 (bir manat altmış üç qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməli; məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manatın iddianın təmin edilmiş hissəsinə, yəni 98,78%-ə uyğun olaraq 59,27 (əlli doqquz manat iyirmi yeddi qəpik) manat məbləği müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, qalan 0,73 (sıfır manat yetmiş üç qəpik) manat məbləği isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən alınaraq X6 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyinin VÖEN: **********; hesabı AZ21NABZ********************) ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11450.97 manat məbləğində krеdit bоrcu, 2052.16 manat məbləğində faiz bоrcu və 810.19 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 14313.32 (on dörd min üç yüz on üç manat otuz iki qəpik) manat məbləğində bоrc məbləği alınaraq İddiaçı QSC-nə ödənilsin. 133,47 (bir yüz otuz üç manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi iddianın təmin olunmuş hissəsinə, yəni 98,78% hissəsinə mütənasib olaraq 131,84 (bir yüz otuz bir manat səksən dörd qəpik) manat məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı İddiaçı QSC-nə ödənilsin və 1,63 (bir manat altmış üç qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilsin. Məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manatın iddianın təmin edilmiş hissəsinə, yəni 98,78%-ə uyğun olaraq 59,27 (əlli doqquz manat iyirmi yeddi qəpik) manat məbləği müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2, qalan 0,73 (sıfır manat yetmiş üç qəpik) manat məbləği isə İddiaçı QSC-dən alınaraq X6 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyinin VÖEN: **********; hesabı AZ21NABZ********************) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-19/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-19/2025
22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver