Məhkəmə qərarları › İş №e-2-2(123)-2/2022

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-2/2022

19.01.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-2/2022 19.01.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin Cavabdeh qarşı Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 32 manat olan 2 ədəd alkoqolu içki və alış dəyəri 178 manat olan 28 qutu tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi tələbinə dair kommersiya mübahisəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsi 24 dekabr 2021-ci il tarixdə elektron iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 32 manat olan 2 ədəd alkoqolu içki və alış dəyəri 178 manat olan 28 qutu tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş idarəsinin 22.10.2021-ci il tarixli, **********5900 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında Qərarı”na əsasən ünvan 1 ünvanında yerləşən, fiziki şəxs Cavabdeh (VÖEN: **********) məxsus “Dübəndi" marketdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş, operativ vergi nəzarət tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 32 manat olan 2 ədəd alkoqollu içki və alış dəyəri 178 manat olan 28 qutu tütün məmulatı aşkar edilmiş, bu fakt üzrə vergi ödəyicisi barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair" 22.10.2021-ci il tarixli, DVX № 000017 saylı akt tərtib edilmiş, aşkar edilmiş məhsulların “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” 22.10.2021-ci il tarixli, DVX № 000017 saylı protokol tərtib edilərək götürülmüşdür. İddiaçı iddia ərizəsində Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 32 manat olan 2 ədəd alkoqolu içki və alış dəyəri 178 manat olan 28 qutu tütün məmulatının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, 24 dekabr 2021-ci il tarixdə cavabdehə məhkəmə bildirişi poçt göndərişi vasitəsilə göndərilmiş lakin cavabdeh qeyd edilən ünvanda yaşamadığından məhkəmə bildirişinin cavabdehə çatdırılması mümkün olmamışdır. 30 dekabr 2021-ci il tarixdə poçt tərəfindən məhkəməyə geri qaytarılmış məhkəmə bildirişinin cavabdehə çatdırılmasını təmin etmək məqsədilə qeyd edilən məhkəmə bildirişi Ordubad rayon İcra Hakimiyyətinin Ordubad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə göndərilmiş, Ordubad rayon İcra Hakimiyyətinin Ordubad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi isə məhkəmə bildirişini 06.01.2022-ci il tarixdə Cavabdeh anası X2 təqdim olunduğu barədə cavab məktubunu Məhkəməyə ünvanlamışdır. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İş materiallarına əlavə edilmiş: AZE seriyalı, ******** saylı vətəndaşın şəxsiyyət vəsiqəsinə dair məlumatdan görünür ki, Cavabdeh xx xxxxxxxx 1989-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olmuş və Naxçıvan Muxtar Respublikası, Ordubad şəhərində qeydiyyatdadır. “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış “Vergi ödəyicilərinin məlumatları” adlı sənəddən və Azərbaycan Respublikası Vergilər Nazirliyinin saytından çıxarılmış “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” adlı sənəddən görünür ki, Cavabdeh vergi ödəyicisi kimi 02.04.2010-cu il tarixdən qeydiyyatdadır. 22 oktyabr 2021-ci il tarixli, DVX seriyalı, 000017 saylı markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunuluğunun yoxlanılması üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsinə dair aktdan görünür ki, keçirilən operativ vergi nəzarəti zamanı aksiz markaları ilə markalanmalı olan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların 210 manat məbləğində belə marka olmadan idxal edilməsi, satışı, satış məqsədilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması halları aşkar edilmişdir. Markalanmamış (nişanlanmamış) və ya saxta markalarla markalanmış (saxta məcburi nişanlanma ilə nişanlanmış) malların, habelə dini məzmunlu mal və məmulatların siyahısından görünür ki, ümumi alış dəyəri 133 manat olan 19 ədəd “Malbora touch” markalı tütün məmulatı, ümumi alış dəyəri 45 manat olan 9 ədəd “Malbora silver” markalı tütün məmulatı, həmçinin ümumi alış dəyəri 2 manat olan 1 ədəd “Mələyi çaxır” markalı alkoqolu içki, alış dəyəri 30 manat olan 1 ədəd “Balantines” markalı alkoqolu içki siyahıya alınmış və həmin siyahı Cavabdeh nümayəndəsi Babayev Nərimanın imzası, müşahidəçilər Z.Q İsrafilovun və E.E.İbrahimovun imzası ilə təsdiq edilmişdir. 22 oktyabr 2021-ci il tarixli, DVX seriyalı, 000017 saylı markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə protokoldan görünür ki, 22 oktyabr 2021-ci il tarixli, **********5900 saylı qərara əsasən operativ vergi nəzarəti həyata keçirilmiş və markalanmalı (nişanlanmalı) olan malların götürülməsi barədə protokol tərtib edilmişdir. 22 oktyabr 2021-ci il tarixli, DVX seriyalı, 000017 saylı markalanmalı (nişanlanmalı) malların məsul saxlamaya qoyulması barədə aktdan görünür ki, Xətai rayonu, Yusif Səfərov 10 ünvanında yerləşən marketdə keçirilən operativ vergi nəzarəti zamanı siyahıya alınmış və 22 oktyabr 2021-ci il tarixli protokolla götürülmüş markalanmamış (nişanlanmamış) və ya saxta markalarla markalanmış (saxta məcburi nişanlama ilə nişanlanmış) mallar, habelə dini məzmunlu mal və məmulatlar müvəqqəti olaraq saxlanılması üçün məsul şəxs X4 təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayətdir, habelə iş üzrə əlavə araşdırma, o cümlədən tərəflərin çağırılaraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur ona görə də hazırki işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 190.1-ci maddəsinə əsasən tütün məmulatları aksizli mallara aid edilir. 23.1 və 23.1.13-cü maddələrinə əsasən aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materialların markalanmadan satışının həyata keçirilməsi aşkar edildikdə, həmin malları siyahıya almaq və vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoymaq vergi orqanlarının hüquqlarıdır. 23.1.15-4-cü maddəsinə əsasən aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək vergi orqanının hüquqlarına aid edilmişdir. 24.0.2-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi orqanlarının vəzifəsidir. 89.13.4-cü maddəsinə əsasən aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların (içməli spirtin, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının), habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların mənşə mənbəyi, alış və satış qiymətləri ilkin sənədlərlə və ya vəzifəli şəxsdən (vəzifəli şəxs olmadıqda satıcıdan) alınmış izahatla müəyyənləşdirilir. 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Məhkəmə hesab edir ki, hazırki tələb üzrə iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Həmçinin iddiaçı tərəfindən müvafiq sənədləşdirilmələrin aparılması zamanı vergi qanunvericiliyinin tələblərinə əməl olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşin tədqiq olunan faktiki hallarından və işə əlavə edilmiş sənədlərdən məlum olur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin rəisinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 22.10.2021-ci il tarixli, **********5900 saylı qərarına əsasən ünvan 1 ünvanda yerləşən, mağazada operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş, aparılmış operativ vergi nəzarəti zamanı aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 32 manat olan 2 ədəd alkoqolu içki və alış dəyəri 178 manat olan 28 qutu tütün məmulatı aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh (VÖEN: **********) məxsus aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 32 manat olan 2 ədəd alkoqolu içki (alış dəyəri 2 manat olan 1 ədəd “Mələyi çaxır”, alış dəyəri 30 manat olan 1 ədəd “Balantines”) və alış dəyəri 178 manat olan 28 qutu tütün məmulatı (ümumi alış dəyəri 133 manat olan 19 ədəd “Nalbora touch”, ümumi alış dəyəri 45 manat olan 9 ədəd “Malbora silver”) müsadirə edilməlidir. Həmçinin məhkəmə xərcləri barədə məsələni həll edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 20.3-cü maddəsinə əsasən vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu ödəməkdən azaddırlar. Həmçinin dövlət rüsumu haqqında qanunun 9.1.14-cü maddəsində məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatlarının, bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunması nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəllənin 112-ci maddəsinə əsasən əmlakın tələb edilməsi haqqındakı iddiaların qiyməti tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. Dövlət rüsumu haqqında qanunun 8.1.1-ci maddəsinə əsasən isə məhkəməyə iddia ərizəsi verilərkən iddianın qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövtət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iddia üzrə müsadirə edilməsi tələb edilən alkoqolu içkilərin və tütün məmulatlarının ümumi dəyəri, yəni iddianın qiyməti 210 manat təşkil etdiyindən və iddia təmin edilməli olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət mədaxilinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-6, 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanda yerləşən mağazada keçirilən operativ vergi nəzarəti zamanı siyahıya alınmış və 22.10.2021-ci il tarixli protokolla götürülmüş markalanmamış (nişanlanmamış) və ya saxta markalarla markalanmış (saxta məcburi nişanlama ilə nişanlanmış) malların müvəqqəti olaraq saxlanılması üçün AZ 1065, ünvan 3 ünvanında olan məsul şəxs X1 olan, Cavabdeh məxsus aksiz markaları ilə markalanmalı olan lakin, aksiz markaları ilə markalanmamış alış dəyəri 32 manat olan 2 ədəd alkoqolu içki (alış dəyəri 2 manat olan 1 ədəd “Mələyi çaxır”, alış dəyəri 30 manat olan 1 ədəd “Balantines” ) və alış dəyəri 178 manat olan 28 qutu tütün məmulatının (ümumi alış dəyəri 133 manat olan 19 ədəd “Malbora touch”, ümumi alış dəyəri 45 manat olan 9 ədəd “Malbora silver”) satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədi ilə müsadirə edilsin. Cavabdeh Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət mədaxilinə alınsın. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar