Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-2/2023 27.01.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızına qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC 23 may 2022-ci il tarixdə elektron qaydada və 29 aprel 2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 30 may 2019-cu il tarixli, KT3005/03 saylı kredit müqaviləsi üzrə 29 aprel 2022-ci il tarixə olan 13 112.41 (on üç min bir yüz on iki manat qırx bir qəpik) manat gecikdirilmiş faiz borcu, 31 602.91 (otuz bir min altı yüz iki manat doxsan bir qəpik) manat gecikdirilmiş əsas borc, 39.15 (otuz doqquz manat on beş qəpik) manat faiz borcu, 3233.91 (üç min iki yüz otuz üç manat doxsan bir qəpik) manat əsas borc olmaqla, ümumilikdə 47 988.38 (qırx yeddi min doqquz yüz səksən səkkiz manat otuz səkkiz qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 92.90 (doxsan iki manat doxsan qəpik) manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat və iddia ərizəsinin verilməsinə görə ödənilən 233.97 (iki yüz otuz üç manat doxsan yeddi qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 33 800 (otuz üç min səkkiz yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 11176 saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********61-1032956 reyestr nömrəli Naxçıvan MR, Babək rayon, Güznüt kəndində mülkiyyətində olan 2601.82 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.8 kv.m yaşayış, 40.0 kv.m qeyri-yaşayış, 43.32 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə və 28 900 (iyirmi səkkiz min doqquz yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, ********** saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 Məhərəm oğluna məxsus **********71-10301 reyestr nömrəli Naxçıvan MR, Babək rayon Güznüt kəndində mülkiyyətində olan 0.1332 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.5 kv.m yaşayış, 47.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin yaşayış evində qeydiyyatda olan şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin yararlı vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 may 2019-cu il tarixli, KT3005/03 saylı kredit müqaviləsinə əsasən Borcalana "xxxx" ASC-nin Naxçıvan filialı tərəfindən 36 ay müddətinə illik 15 % dərəcəsi ilə 41 000 (qırx bir min) manat məbləğində kənd təsərrüfatı krediti verildiyini, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********61-1032956 reyestr nömrəli Naxçıvan MR, Babək rayon, Güznüt kəndində mülkiyyətində olan 2601.82 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.8 kv.m yaşayış, 40.0 kv.m qeyriyaşayış, 43.32 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və xx.xx.2010-cu il tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********71-10301 reyestr nömrəli Naxçıvan MR, Babək rayon, Güznüt kəndində mülkiyyətində olan 0.1332 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.5 kv.m yaşayış, 47.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə 30 may 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edildiyini, ipoteka müqaviləsinin müvafiq olaraq Babək rayon notariat ofisində təsdiq edildiyini və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlakların yüklülüyünün qeydiyyata alındığını, kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, onun bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində onun adına 29 aprel 2022-ci il tarixə 688 gecikmə gününün qeydə alındığını, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, ipoteka müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəli olduğunu, borcun qaytarılması ilə bağlı Cavabdeh1 ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edildiyini, məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktublarının müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyinin bildirildiyini, xx.xx.2021-ci il tarixli tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin ipoteka qoyanlar – Cavabdeh1 və Cavabdeh2 ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edildiyini və bildirişin dövlət qeydiyyatına alındığını, 14 fevral 2022-ci il tarixdə Mediasiya prosesinin tətbiqi barədə Borcalana təklif ünvanlandığını, 18 mart 2022-ci il tarixdə, saat 11-12 saatlarında ilkin mediasiya sessiyası keçirilsə də, tərəfin həmin sessiyada iştirak etmədiyini, kredit müqaviləsinin 5.8-ci bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən illik faizin üzərinə 10 faiz əlavə cərimə faizinin ödənildiyini, kredit müqaviləsinin 6.1.7-ci bəndinə əsasən müqavilə şərtlərinin Borcalan tərəfindən pozulduğu halda, kredit üzrə borc və hesablanmış faizlər, cərimələr və borcla əlaqədar Bankın təsdiqlənmiş xərclərinin Borcalan tərəfindən ödənildiyini, kredit müqaviləsinin 7.2-ci bəndinə əsasən Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə, Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb edə biləcəyini, kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən bu müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiyi və tərəflərin bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalacağının müəyyənləşdirildiyini, ipoteka müqaviləsinin 4-cü bəndinə əsasən ipoteka saxlayanın tələbinin ipoteka hesabına Bankın Borcalana verdiyi kredit, ona hesablanacaq faizlər, cərimələr və borcla əlaqədar Bankın digər xərcləri daxil edilməklə tam həcmdə təmin edildiyini, ipoteka müqaviləsinin 9-cu bəndinə əsasən əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda və s. İpoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yarandığını, Cavabdeh1 30 may 2019-cu il tarixli, KT3005/03 saylı kredit müqaviləsi üzrə 29 aprel 2022-ci il tarixə 13 112.41 (on üç min bir yüz on iki manat 41 qəpik) manat gecikdirilmiş faiz borcu, 31 602.91 (otuz bir min altı yüz iki manat 91 qəpik) manat gecikdirilmiş əsas borc, 39.15 (otuz doqquz manat 15 qəpik) manat faiz borcu, 3233.91 (üç min iki yüz otuz üç manat 91 qəpik) manat əsas borc olmaqla, ümumilikdə 47 988.38 (qırx yeddi min doqquz yüz səksən səkkiz manat 38 qəpik) manat kredit borcu öhdəliyinin olduğunu qeyd etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 17 iyun 2022-ci il tarixdə məhkəməyə ünvanladığı ərizədə digər ipotekaqoyan Cavabdeh2 da iddia ərizəsi üzrə cavabdeh qismində işdə iştirak etməli olduğundan, onun 29 aprel 2022-ci il tarixli iddia ərizəsi üzrə cavabdeh qismində işə cəlb olunmasını xahiş etmiş, 17 iyun 2022-ci il tarixdə keçirilmiş hazırlıq icraatı gedişində məhkəmə tərəfindən iddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınaraq, Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə1 22 avqust 2022-ci il tarixdə məhkəməyə başqa cavabdehlərin işə cəlb edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə müraciət edərək kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmiş əmlakların açıq hərracda satılması, satış pulundan əldə edilən vasait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin yaşayış evində qeydiyyatda olan şəxslərin fərdi yaşayış evindən çıxarılması tələbi olduğundan ipoteka ilə yüklü edilmiş yaşayış evlərində qeydiyyatda olan digər şəxslərin - Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qızının da iddia ərizəsi üzrə cavabdeh qismində işdə iştirak etmələrini, həmçinin iddia tələbində texniki səbəblərdən cərimə borcu üzrə ödənilmiş məbləğin göstərilmədiyindən, eyni zamanda borcalan tərəfindən xx.xx.2022-ci il tarixdə 450 (dörd yüz əlli) manat məbləğində ödəniş edildiyindən iddia məbləğinin dəqiqləşdirilməsi məqsədilə iddia tələbinə düzəlişin nəzərə alınmasını xahiş etdiklərini, Cavabdeh1 30 may 2019-cu il tarixli, KT3005/03 saylı kredit müqaviləsi üzrə 29 aprel 2022-ci il tarixə 34 836,82 (otuz dörd min səkkiz yüz otuz altı manat 82 qəpik) manat əsas borc, 8 073,90 (səkkiz min yetmiş üç manat 90 qəpik) manat faiz borcu, 4 627.66 (dörd min altı yüz iyirmi yeddi manat 66 qapik) manat cərimə borcu olmaqla, ümumilikdə 47 538.38 (qırx yeddi min beş yüz otuz səkkiz manat 38 qəpik) manat kredit borcu öhdəliyinin olduğunu, maliyyə arayışında qeyd edilən borcalan tərəfindən ödənilən ümumilikdə 12011,79 (on iki min on bir manat 79 qapik) manat ödənişin 6163.18 (altı min bir yüz altmış üç manat 18 qəpik) manat əsas borc üzrə, 3 399,12 (üç min üç yüz doxsan doqquz manat 12 qəpik) manat faiz borcu üzrə və 2449,49 (iki min dörd yüz qırx doqquz manat 49 qəpik) manatın cərimə borcu üzrə silindiyini bildirmiş, qeyd edilənlərə əsasən iddiaçı tərəf Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızının cavabdeh qismində işə cəlb olunmasını, Cavabdeh1 30 may 2019-cu il tarixli, KT3005/03 saylı kredit müqaviləsi üzrə 29 aprel 2022-ci il tarixə olan 34 836,82 (otuz dörd min səkkiz yüz otuz altı manat 82 qəpik) manat əsas borc, 8 073,90 (səkkiz min yetmiş üç manat 90 qəpik) manat faiz borcu, 4 627.66 (dörd min altı yüz iyirmi yeddi manat 66 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 47 538.38 (qırx yeddi min beş yüz otuz səkkiz manat 38 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 92.90 (doxsan iki manat 90 qəpik) manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat və iddia ərizəsinin verilməsinə görə ödənilən 233.97 (ikiyüz otuz üç manat 97 qəpik) manat dövlət rüsumlarının tutularaq bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 33 800 (otuz üç min səkkiz yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 11176 saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********61-1032956 reyestr nömrəli Naxçıvan MR Babək rayonu Güznüt kəndində mülkiyyətində olan 2601.82 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.8 kv.m yaşayış, 40,0 kv.m qeyriyaşayış, 43.32 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə və 28 900 (iyirmi səkkiz min doqquz yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, ********** saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********71-10301 reyestr nömrəli Naxçıvan MR, Babək rayonu, Güznüt kəndində mülkiyyətində olan 0.1332 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.5 kv.m yaşayış, 47,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin yaşayış evində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qızının və həmin evdə qeydiyyatda olan digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin yararlı vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 29 avqust 2022-ci il tarixli, e-2-2(123)-48/2022 saylı qərardadı ilə iddiaçının nümayəndəsi Nümayəndə1 başqa cavabdehlərin işə cəlb edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələri təmin olunmuş, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızının cavabdeh qismində işə cəlb edilməsi və iddia tələbinə həmin tələb çərçivəsində baxılması qərara alınmışdır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İş üzrə 23 sentyabr 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında məhkəmə tərəfindən qəbul edilmiş müvafiq qərardadlar ilə “ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi”, həmçinin “məhkəmə-mühasibatlıq” ekspertizasının təyin edilməsi və iş üzrə icraat dayandırılması qərara alınmışdır. 05 noyabr 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” rəyləri, 28 oktyabr 2022-ci il tarixli, ********** nömrəli və 28 oktyabr 2022-ci il tarixli, ********** nömrəli qiymətləndirmə hesabatları, 10 noyabr 2022-ci il tarixdə isə e-2-2(123)-48/2022 saylı iş və ona əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının 05 noyabr 2022-ci il tarixli, 292 №-li rəyi məhkəməyə daxil olduğundan, bununla da işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldığından məhkəmənin 11 noyabr 2022-ci il tarixli, e-2-2(123)-48/2022 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmənin 22 noyabr 2022-ci il tarixli, e-2-2(123)-48/2022 saylı qərardadı ilə iş məhkəmə baxışına təyin olunmuşdur. Məhkəmənin 06 dekabr 2022-ci il tarixli, e-2-2(123)-48/2022 saylı qərardadı ilə işə baxılma müddətinin xx.xx.2022-ci il tarixdən 2 ay müddətinə uzadılması qərara alınmışdır. Məhkəmə baxışı iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbinə uyğun izahat verərək, iddialarının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızı məhkəmə baxışı iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Milli Bankı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş xx.xx.2008-ci il tarixli, xx/xx-1463 nömrəli Bank Lisenziyasının təsdiq edilmiş surətindən görünür ki, bu lisenziya Naxçıvan şəhərində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə milli və xarici valyutada fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytarılan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirmək hüququ verir. Bu lisenziyaya əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş digər fəaliyyət növləri də həyata keçirilə bilər. Bank 04 avqust 2008-ci il tarixində 252 sayla lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir. "xxxx" ASC-nin Müşahidə Şurasının xx.xx.2021-ci il tarixli 10/Ş-K nömrəli əmrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X5- "xxxx" ASC-nin İdarə Heyətinin üzvüsədri, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz ərizəsinə əsasən) xx.xx.2021-ci il tarixdən xitam verilərək tutduğu vəzifədən azad edilmiş, X5 tutduğu vəzifədən azad edildiyindən, İdarə Heyətinin sədr vəzifəsinin müvəqqəti icrası İdarə Heyəti sədrinin birinci müavini X8 həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış xx.xx.2023-cü il tarixli “İş yerinə dair” arayışdan görünür ki, Nümayəndə1 (Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi: AA4284090, FİN xxxxxxx) X6 Cəmiyyətində əmək müqaviləsi üzrə hüquq və problemli kreditlər şöbəsində Baş hüquqşünas vəzifəsində işləyir. Əmək müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmış, müddətli əmək müqaviləsinin müddətinin qurtarma tarixi xx.xx.2023-cü ildir. Arayış xx.xx.2023-cü il tarixədək etibarlıdır. 10 yanvar 2023-cü il tarixli, 0006 nömrəli etibarnamədən görünür ki, hazırkı etibarnamə "xxxx" ASC-nin Baş hüquqşünası Nümayəndə1 ( AA № 4284090, xx.xx.2022, Babək RPİ QvŞV qrupu) ondan ötrü verilmişdir ki, həqiqətən o, bütün instansiya məhkəmələrində, dövlət və qeyri-dövlət idarə və təşkilatlarında, bütün notariat və mediasiya orqanlarında Bankı təmsil etməyə, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verməyə, barışıq sazişini imzalamağa, sorğuların, ərizələrin, sənədlərin verilməsində, sənədlərdən surətlər, çıxarışlar alınmasında, eləcə də təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün mülki prosessual hərəkətlərin edilməsində Bankın nümayəndəsi kimi iştirak etməyə səlahiyyətlidir. Eyni zamanda nümayəndə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci və İPM-nin 31-ci maddəsində göstərilən iddia ərizəsini imzalamaq, iddianın predmetini və ya əsasını dəyişdirmək, işi münsiflər məhkəməsinə vermək, iddianı etiraf etmək, bankın xeyrinə vəsatətlər qaldırmaq, məhkəmə aktından şikayət vermək, məhkəmə aktının məcburi icrasını tələb etmək, qət olunmuş əmlakı və ya pul məbləğini almaq, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq vermək səlahiyyətlərinə malikdir. Bu etibarnamə ilə müəyyən edilmiş səlahiyyətlər yalnız etibar edənin yazılı razılığı ilə başqa şəxsə verilə bilər. Etibarnamə 31 dekabr 2023-cü il tarixədək etibarlıdır. 15 noyabr 2021-ci il tarixli, 04/946 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Naxçıvanbank ASC Cavabdeh1 30 may 2019-cu il tarixli, KT3005/03 saylı kredit müqaviləsi üzrə kreditin əsas borc və faiz borcu üzrə aylıq ödənişlər qrafikə uyğun həyata keçirilmədiyindən, kredit reyestrində xx.xx.2021-ci il tarixinə onun adına 524 gecikmə günü qeydə alındığını bildirərək, yaranmış kredit borcunun, eyni zamanda həmin borc icra olunanadək hesablanacaq faiz və cərimələrin 5 (beş) gün müddətində ödənilməsini tələb etmiş, qeyd olunan müddət ərzində kredit borcu ödənilmədikdə verilmiş kreditin qalıq məbləğinin girov qoyulmuş əmlak hesabına məhkəmə qaydasında vaxtından əvvəl tələb olunmasına başlanılacağı barədə Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq etmişdir. Elektron iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində əks olunmuş, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ödənilmiş 29 aprel 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəməyə iddianın verilməsi üçün Naxçıvanbank ASC tərəfindən 233,97 (iki yüz otuz üç manat doxsan yeddi qəpik) AZN (Azərbaycan manatı) məbləğində dövlət rüsumu ödənilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 18 mart 2022-ci il tarixli, N- 107 nömrəli arayışdan görünür ki, mübahisə üzrə ilkin mediasiya sessiyasında Cavabdeh1 iştirak etməmiş, iddiaçının nümayəndəsi Nümayəndə1 isə iştirak edərək 200 (iki yüz) manat məbləğində mediasiya xərcini ödəmişdir. AAU seriyalı, 167785 nömrəli, 18 mart 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Nümayəndə1 mediasiya prosesinə dair 200 (iki yüz) manat məbləğində xərci ödəmişdir. Məhkəmə tərəfindən ərizənin baxılmamış saxlanması, yaxud iş üzrə icraata xitam verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. 30 may 2019-cu il tarixli, KT3005/03 nömrəli Kredit müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC-nin Naxçıvan filialının müdiri (sonradan “Bank” adlanacaq) X3 şəxsində və digər tərəfdən Naxçıvan MR, Babək rayon, Güznüt kəndində qeydiyyatda olan, Babək rayon, Güznüt kəndində yaşayan vətəndaş Cavabdeh1 (sonradan “Borcalan” adlanacaq) şəxsində müqavilədə göstərilmiş şərtlərlə tam razılıq əsasında bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndindən görünür ki, Bank Borcalana kənd təsərrüfatı (heyvandarlıq-xırda buynuzlu) üçün 36 ay müddətinə 41.000 (qırx bir min) manat məbləğində illik 15 (on beş) % dərəcəsi ilə kreditin tam və ya hissə-hissə verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüş, öhdəliyin icrasının təminatı kimi Banka 1. DƏTMDK (DƏDRX) tərəfindən verilmiş 14 oktyabr 2008-ci il tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus dəyəri 33 800 (otuz üç min səkkiz yüz) manat olan daşınmaz əmlakı (fərdi yaşayış, mənzil və s.) 2. DƏTMDK (DƏDRX) tərəfindən verilmiş 18 yanvar 2010-cu il tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus, dəyəri 28 900 (iyirmi səkkiz min doqquz yüz) manat olan daşınmaz əmlakı (fərdi yaşayış, mənzil və s.) təqdim etmişdir. 3-cü bəndindən görünür ki, Bankla İpotekaqoyan və borcalan arasında 30 may 2019-cu il tarixdə bağlanmış İpoteka müqaviləsinin bu müqavilə ilə bağlı münasibətləri tənzimləməsi nəzərdə tutulmuşdur. 4.2-ci bəndindən görünür ki, kredit məbləği borcalana illik 15 % dərəcəsi ilə verilmişdir. Faizlər annuitet qaydada hesablanır, nəticədə kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 15.64 %-dir. 5.1-ci bəndindən görünür ki, Borcalan kreditin əsas məbləğini, ona hesablanmış faiz borcunu və cərimələri ödəməlidir. 5.3-cü bəndindən görünür ki, kredit və ona hesablanmış faizlərin ödənilməsi kreditin verildiyi valyuta ilə Müqaviləyə əlavə olunan qrafikə uyğun olaraq həyata keçirilir. 5.8-ci bəndindən görünür ki, kreditin qaytarılması və ya faizlərin ödənilməsi üzrə ödənişlər vaxtında aparılmadığı halda Borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir. 5.12-ci bəndindən görünür ki, bu müqavilə üzrə borcla əlaqədar bankın təsdiq edilmiş xərcləri Borcalan tərəfindən ödənilir. 6.1.7-ci və 6.1.8-ci bəndlərindən görünür ki, bu müqavilə pozulduğu halda kredit üzrə borcun qaytarılmasını və hesablanmış faizlərin, cərimələrin və müqavilənin 5.12-ci bəndinə əsasən Bankın təsdiqlənmiş xərclərinin ödənilməsini borcalandan tələb etmək, borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə öhdəliyin girov qoyulmuş əmlak hesabına ödənilməsini tələb etmək bankın hüquqlarına aiddir. 6.4.1-ci bəndindən görünür ki, ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirmək, 6.4.5-ci bəndindən görünür ki, kreditin bütün məbləğini, ona hesablanmış faizləri, cərimələri və borcun qaytarılması ilə əlaqədar digər xərcləri tamamilə ödəmək borcalanın vəzifələrinə aiddir. 7.2 və 7.2.1-ci bəndlərindən görünür ki, Borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə Bankın bu müqaviləni vaxtından əvvəl və birtərəfli qaydada ləğv etmək, kreditin bütün məbləğinin, ona hesablanmış faizlərin və cərimələrin ödənilməsini tələb etmək hüququ vardır. 30 may 2019-cu il tarixli, KT3005/03 saylı kredit müqaviləsinə əlavə - Kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Borcalanın 41000.00 manat məbləğində, illik 15.00 faiz ilə, 36 ay müddətinə verilmiş kredit üzrə ödənişləri həmin ödəniş cədvəlində nəzərdə tutulmuş qaydada xx.xx.2022-ci il tarixədək ödəməsi müəyyən edilmiş, borcalan isə qeyd edilən sənədi imzalamışdır. Həmin cədvəl üzrə ödəmə məbləği 41000 manat, hesablanmış faizlərin ümumi məbləği 11494.63 manat, ümumi məbləğ isə 52494.63 manat məbləğdə göstərilmişdir. 22 avqust 2022-ci il tarixli, 299 nömrəli arayışdan görünür ki, Cavabdeh1 30 may 2019-cu il tarixli, KT3005/03 saylı kredit müqaviləsinə əsasən illik 15 % dərəcəsi ilə 36 ay müddətinə 41000 (qırx bir min) manat məbləğində verilmiş kredit borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə: 34 836,82 (otuz dörd min səkkiz yüz otuz altı manat 82 qəpik) manat; faiz borcu üzrə: 8073,90 (səkkiz min yetmiş üç manat 90 qəpik) manat; cərimə borcu üzrə: 4 627,66 (dörd min altı yüz iyirmi yeddi manat 66 qəpik) manat təşkil etməklə, cəmi öhdəlik: 47 538.38 (qırx yeddi min beş yüz otuz səkkiz manat 38 qəpik) manatdan ibarətdir. İpoteka saxlayan qismində Naxçıvanbank ASC-nin Naxçıvan filialı adından X4 ilə ipoteka qoyan Cavabdeh2 və ipoteka qoyan-borcalan Cavabdeh1 arasında bağlanmış, 30 may 2019-cu il tarixli, reyestrdə 3M-21 nömrə ilə qeyd edilmiş ipoteka müqaviləsinin 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını KT3005/03 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə yüklü etmişdir. Həmin müqavilənin 2.1-ci bəndindən görünür ki, ipoteka predmetini a) Naxçıvan MR Babək rayon Güznüt kəndində, 2601.82 kv/m torpaq sahəsi ünvanında yerləşən ümumi sahəsi 120.12 kv/m, yaşayış sahəsi 76.8 kv/m, yardımçı sahəsi 43.32 kv/m olan 3 otaqlı fərdi yaşayış evi tam mülkiyyət üzrə və b) Naxçıvan MR Babək rayon Güznüt kəndində, 0.1332 ha torpaq sahəsi ünvanında yerləşən ümumi sahəsi 117.2 kv/m, yaşayış sahəsi 66.5 kv/m, yardımçı sahəsi 47.7 kv/m olan 3 otaqlı fərdi yaşayış evi tam mülkiyyət üzrə təşkil edir. 2.2-ci bəndindən görünür ki, ipoteka qoyulan əmlak aşağıdakı hüquqmüəyyən edici sənədə əsasən “İpoteka qoyan”-a məxsusdur.-Naxçıvan MR DƏDRX tərəfindən xx/xx/2008 tarixdə Cavabdeh1 verilmiş **********61-1032956 reyestr nömrəli, 11176 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə 120.12 kv/m, 3 otaq; - Naxçıvan MR DƏDRX tərəfindən xx/xx/2010 tarixdə Cavabdeh2 verilmiş **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə 117.2 kv.m, 3 otaq. 2.3-cü bəndindən görünür ki, ipoteka predmetinin dəyəri “İpoteka qoyan”-ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 62700 (altmış iki min yeddi yüz manat sıfır qəpik) məbləğində müəyyən edilmişdir. 3.1-ci bəndindən görünür ki, öhdəliyin mahiyyəti kredit müqaviləsində ifadə olunmuşdur. 3.2-ci bəndindən görünür ki, öhdəliyin ölçüsü (məbləği): illik 15 faiz dərəcəsi ilə verilmiş 41000 manat 00 qəpik ( qırx bir min manat sıfır qəpik) təşkil edir. 3.3-cü bəndindən görünür ki, öhdəliyin icra müddəti: Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin “İpoteka qoyan”-a (“Borclu”ya) faktiki təqdim edildiyi tarixindən xx/xx/2022 tarixinədək müəyyən edilmişdir. 3.4-cü bəndindən görünür ki, öhdəliyin əsaslandığı müqavilənin tərəfləri: -ipoteka saxlayan: Naxçıvanbank ASC Naxçıvan filialı/ Naxçıvan şəhəri İstiqlal 87/ adından X4- Naxçıvan MR, naxçıvan şəh, Şadlinski, ev 1, mən 11 (AZE 14514001, xx/xx/2014-Naxçıvan ŞPİ);-İpoteka qoyan: Cavabdeh2- Babək, Güznüt k, (AZE 07406558, xx/xx/2010- Babək RPŞ); - borc alan: Cavabdeh1-Babək, Güznüt k, (AZE********, xx/xx/2017-Nax DİN Səyyar); - ipoteka qoyan-borcalan:Cavabdeh1dur-Babək, Güznüt k, (AZE********, xx/xx/2017-Nax DİN Səyyar). 4.1-ci bəndindən görünür ki, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: -əsas borc; -faizlər; -dəbbə pulu; -vurulmuş zərərin əvəzinin ödənilməsi; -ipoteka predmetinin saxlanması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi; -ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi. Həmin müqavilənin 9.1-ci bəndindən görünür ki, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: -əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda; - əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda; -ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında İpoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 (otuz) təqvim günü ərzində icra olunmadıqda; -qanunvericilklə nəzərdə tutulmuş digər hallar baş verdikdə. 9.2-ci bəndindən görünür ki, İpoteka predmetinə tutmanın yönəldilməsi məhkəməyə müraciət edilmədən notariusun icra qeydi əsasında həyata keçirilir. 9.3-cü bəndindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi və satılması qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx/xx/2008-ci il qeydiyyat tarixli, 11176 qeydiyyat nömrəli, **********61-1032956 reyestr nömrəli, MH seriyalı və ******* №-li Çıxarışdan görünür ki, Babək rayon Güznüt kəndində mülkiyyətində olan 2601.82 kv.m torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 76.8 kv.m yaşayış, 40.0 kv.m qeyri-yaşayış, 43.32 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 2956 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx/xx/2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəli, MH seriyalı və ******* №-li Çıxarışdan görünür ki, Babək rayon Güznüt kəndində mülkiyyətində olan 0.1332 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.5 kv.m yaşayış, --- kv.m qeyri-yaşayış, 47.7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 23/1 nömrəli reyestr kitabının 181 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Naxçıvan MR, Babək rayonu Güznüt kəndində yerləşən 120.12 kv.m fərdi yaşayış evi və fərdi yaşayış məntəqəsinin 0.2602 ha torpaq sahəsi, Naxçıvanbank ASC-nin Naxçıvan Filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Naxçıvan MR, Babək rayonu Güznüt kəndində yerləşən 117.2 kv.m fərdi yaşayış evi və fərdi yaşayış məntəqəsinin 0.1332 ha torpaq sahəsi, Naxçıvanbank ASC-nin Naxçıvan Filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka premetinə tutma yönəldilməsi barədə 26 aprel 2022-ci il tarixli, 04/555 nömrəli bildirişdən görünür ki, Naxçıvanbank ASC borcalan tərəfindən kredit müqaviləsinin şərtləri pozulduğundan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa və tərəflər arasında bağlanmış 30 may 2019-cu il tarixli İpoteka müqaviləsinin 9-cu bəndinin tələblərinə uyğun olaraq kredit borcunun ödənilməsi üçün tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsinə başlamaq qərarına gəldiyini bildirərək “İpoteka haqqında” Qanunun 36.2.3-cü maddəsinə əsasən məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında tutmanın ipoteka predmetinə yönəldilməsi üçün razılıq verməyi Cavabdeh1 və Cavabdeh2 təklif etmiş, əks halda, "xxxx" ASC nin onları tutmanın ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş əmlaklara yönəldilməsinə məhkəmə qaydasında başlanılacağı barədə xəbərdar etmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanlanmış 26 aprel 2022-ci il tarixli “İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması haqqında” ərizədən görünür ki, Naxçıvanbank ASC bildirişin qeydə alınmasnı xahiş etmiş, bildirişin tərəflərə çatdırılması barədə poçt qəbzi həmin ərizəyə əlavə edilmişdir. İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** qeydiyyat nömrəli ərizə üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixdə verilmiş elektron təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin elektron təsdiqetmə bildirişindən görünür ki, 30 AZN məbləğində xidmət haqqı ödənilmişdir. İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** qeydiyyat nömrəli ərizə üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixdə verilmiş elektron təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. ********** nömrəli sənəd üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin elektron təsdiqetmə bildirişindən görünür ki, 30 AZN məbləğində xidmət haqqı ödənilmişdir. Güznüt kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən Babək rayon Güznüt kənd sakini Cavabdeh1 29 may 2019-cu il tarixdə verilmiş Forma 2 arayışından görünür ki, o, həqiqətən də Babək rayon Güznüt kəndində yaşayır və ona məxsus olan Babək rayon Güznüt kəndində yerləşən fərdi yaşayış evində həyat yoldaşı X7 daimi pasport qeydiyyatındadır. Güznüt kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən Babək rayon Güznüt kənd sakini Cavabdeh2 29 may 2019-cu il tarixdə verilmiş Forma 2 arayışından görünür ki, o, həqiqətən də Babək rayon Güznüt kəndində yaşayır və ona məxsus olan Babək rayon Güznüt kəndində yerləşən fərdi yaşayış evində Cavabdeh5 qızı, Cavabdeh4 və X2 daimi pasport qeydiyyatındadırlar. ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh5 qızı tərəfindən verilmiş, notariat qaydada təsdiqlənmiş **********693 nömrəli ərizədən görünür ki, Naxçıvan MR DƏDRX-nin xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəli, seriya MH № ******* nömrəli çıxarışına əsasən həyat yoldaşı Cavabdeh2 məxsus olan Naxçıvan MR, Babək rayonu, Güznüt kəndində mülkiyyətində olan 0.1332 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 117.2 kv.m olan fərdi yaşayış evinin Naxçıvanbank ASC-nin Naxçıvan filialına girov (ipoteka) qoyulmasına heç bir etirazı olmayıb və gələcəkdə ödənişlər vaxtında ödənilməzsə heç bir məhkəmə qətnaməsi tələb etmədən evin satılmasına razıdır. ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh4 tərəfindən verilmiş, notariat qaydada təsdiqlənmiş **********694 nömrəli ərizədən görünür ki, Naxçıvan MR DƏDRX-nin xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəli, seriya MH № ******* nömrəli çıxarışına əsasən atası Cavabdeh2 məxsus olan Naxçıvan MR, Babək rayonu, Güznüt kəndində mülkiyyətində olan 0.1332 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 117.2 kv.m olan fərdi yaşayış evinin Naxçıvanbank ASC-nin Naxçıvan filialına girov (ipoteka) qoyulmasına heç bir etirazı olmayıb və gələcəkdə ödənişlər vaxtında ödənilməzsə heç bir məhkəmə qətnaməsi tələb etmədən evin satılmasına razıdır. ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh3 tərəfindən verilmiş **********692 nömrəli ərizədən görünür ki, Naxçıvan MR DƏDRX-nin xx.xx.2008-ci il tarixli, 11176 qeydiyyat nömrəli, **********61-1032956 reyestr nömrəli, seriya MH № ******* nömrəli çıxarışına əsasən həyat yoldaşı Cavabdeh1 məxsus Naxçıvan MR, Babək rayonu, Güznüt kəndində mülkiyyətində olan 2601.82 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 120.12 kv.m olan fərdi yaşayış evinin Naxçıvanbank ASC-nin Naxçıvan filialına girov (ipoteka) qoyulmasına heç bir etirazı olmayıb, gələcəkdə ödənişlər vaxtında ödənilməzsə heç bir məhkəmə qətnaməsi tələb etmədən evin satılmasına razıdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 31 oktyabr 2022-ci il tarixli, 219 №-li məktubundan görünür ki, Naxçıvan MR Nazirlər Kabinetinin 07 yanvar 2021-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq Cavabdeh1 məxsus Babək rayonu, Güznüt kəndində yerləşən **********94-10301 reyestr nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqı ödənilməlidir. Bank rekvizitləri: Alan Bank: X9 MR İdarəsi; Kodu: 502906, VÖEN: **********; Müxbir hesabı: AZ 88NABZ ********************, S.W.İ.F.T BİK: NABZAZ 2C; Alan müştəri: Naxçıvan MR Maliyyə Nazirliyi; Hesab: AZ21NABZ********************4; VÖEN: **********. xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə üzrə Cavabdeh1 mülkiyyətində olan Babək rayonu Güznüt kəndində, 0.2601 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 160.12 kv.m, yaşayış (əsas) sahəsi 76.8 kv.m, köməkçi sahəsi 43.32 kv.m olan, 3 otaqdan ibarət daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair rəydən görünür ki, obyektin xx.xx.2022-ci il tarixinə bazar dəyəri 33800 manat təşkil edir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli ********** nömrəli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 mülkiyyətində olan Babək rayonu Güznüt kəndində, 0.2601 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 160.12 kv.m fərdi yaşayış evi üzrə daşınmaz əmlaka müəyyən edilən bazar dəyərinin məbləği 33800 AZN təşkil edir. Həmin hesabatın nəticə hissəsində qeyd olunan fərdi yaşayış evinin 0.2601 ha torpaq sahəsi ilə birlikdə 28 oktyabr 2022-ci il tarixinə bazar dəyərinin 35600.00 manat (otuz beş min altı yüz) manat məbləğində müəyyən edildiyi, əmlak bazarında durğunluğun nəzərə alınaraq bu məbləğə 5% likvidlik tətbiq olunmaqla əmlakın bazar dəyərinin yuvarlaq olaraq 33 800.00 (otuz üç min səkkiz yüz) manat müəyyən edildiyi göstərilmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 31 oktyabr 2022-ci il tarixli, 220 №-li məktubundan görünür ki, Naxçıvan MR Nazirlər Kabinetinin 07 yanvar 2021-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq Cavabdeh2 məxsus Babək rayonu, Güznüt kəndində yerləşən **********71-10301 reyestr nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqı ödənilməlidir. Bank rekvizitləri: Alan Bank: X9 MR İdarəsi; Kodu: 502906, VÖEN: **********; Müxbir hesabı: AZ 88NABZ ********************, S.W.İ.F.T BİK: NABZAZ 2C; Alan müştəri: Naxçıvan MR Maliyyə Nazirliyi; Hesab: AZ21NABZ********************4; VÖEN: **********. xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə üzrə Cavabdeh2 mülkiyyətində olan Babək rayonu Güznüt kəndində, 0.1332 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 114.20 kv.m, yaşayış (əsas) sahəsi 66.50 kv.m, köməkçi sahəsi 47.70 kv.m olan, 3 otaqdan ibarət daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair rəydən görünür ki, obyektin xx.xx.2022-ci il tarixinə bazar dəyəri 28900 manat təşkil edir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli ********** nömrəli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh2 mülkiyyətində olan Babək rayonu Güznüt kəndində, 0.1332 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 114.20 kv.m fərdi yaşayış evi üzrə daşınmaz əmlaka müəyyən edilən bazar dəyərinin məbləği 28900 AZN təşkil edir. Həmin hesabatın nəticə hissəsində qeyd olunan fərdi yaşayış evinin 0.1332 ha torpaq sahəsi ilə birlikdə 28 oktyabr 2022-ci il tarixinə bazar dəyərinin 30 500.00 (otuz min beş yüz) manat məbləğində müəyyən edildiyi, əmlak bazarında durğunluğun nəzərə alınaraq bu məbləğə 5% likvidlik tətbiq olunmaqla əmlakın bazar dəyərinin yuvarlaq olaraq 28 900.00 (iyirmi səkkiz min doqquz yüz) manat müəyyən edildiyi göstərilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2022-ci il tarixli, 292 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 30 may 2019-cu il tarixli, KT3005/03 nömrəli kredit müqaviləsinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına və 22 avqust 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 Naxçıvanbank ASC-yə 29 aprel 2022-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) kredit üzrə olan əsas borcu 34822,89 (otuz dörd min səkkiz yüz iyirmi iki manat səksən doqquz qəpik) manat, faiz borcu 10173,91 (on min yüz yetmiş üç manat doxsan bir qəpik) manat təşkil edir. Həmin rəydə 29 aprel 2022-ci il tarixdən sonra aparılan 450,0 (dörd yüz əlli) manat ödənilən vəsaitə münasibətdə vəsaitin hansı qaydada silinməsinin yalnız məhkəmənin səlahiyyətləri daxilində olması qeyd edilmişdir. Həmçinin, həmin rəydə İş materiallarında Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 30 may 2019-cu il tarixli, KT3005/03 nömrəli kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bankın cavabdehə cərimə hesablamadığını, buna görə də hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesablanmasının düzgün hesab edilmədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iş materiallarını tərəflərin verdiyi izahatı ilə əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı Naxçıvanbank ASC ilə Cavabdeh1 arasında 30 may 2019-cu il tarixdə müqavilədə göstərilmiş şərtlərlə tam razılıq əsasında yazılı formada KT3005/03 saylı kredit müqaviləsi bağlanmış, bu müqavilə üzrə Bank Borcalana kənd təsərrüfatı (heyvandarlıq-xırda buynuzlu) üçün 36 ay müddətinə 41.000 (qırx bir min) manat məbləğində illik 15 (on beş) % dərəcəsi ilə kreditin tam və ya hissə-hissə verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüş, öhdəliyin icrasının təminatı kimi Banka 1. DƏTMDK (DƏDRX) tərəfindən verilmiş 14 oktyabr 2008-ci il tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus dəyəri 33 800 (otuz üç min səkkiz yüz) manat olan daşınmaz əmlakı (fərdi yaşayış, mənzil və s.) 2. DƏTMDK (DƏDRX) tərəfindən verilmiş 18 yanvar 2010-cu il tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus, dəyəri 28 900 (iyirmi səkkiz min doqquz yüz) manat olan daşınmaz əmlakı (fərdi yaşayış, mənzil və s.) təqdim etmişdir. Buna görə də, məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında müqavilədən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə görə, bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş digər bir halı ondan ibarətdir ki, sözügedən kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə 30 may 2019-cu il tarixdə iddiaçı ilə cavabdehlər, borcalan-ipotekaqoyan Cavabdeh1 və ipotekaqoyan Cavabdeh2 arasında yazılı formada, reyestrdə 3M-21 nömrə ilə qeyd edilmiş ipoteka müqaviləsi bağlanmış, həmin müqavilə notariat qaydada təsdiq edilərək dövlət qeydiyyatına alınmış, Cavabdeh1 məxsus Naxçıvan MR, Babək rayonu Güznüt kəndində yerləşən 120.12 kv.m fərdi yaşayış evi və fərdi yaşayış məntəqəsinin 0.2602 ha torpaq sahəsi və Cavabdeh2 məxsus Naxçıvan MR, Babək rayonu Güznüt kəndində yerləşən 117.2 kv.m fərdi yaşayış evi və fərdi yaşayış məntəqəsinin 0.1332 ha torpaq sahəsi, Naxçıvanbank ASC-nin Naxçıvan Filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən, əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. 271.2-ci maddəsinə əsasən, girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 307.6-cı maddəsinə əsasən, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 307.7-ci maddəsinə əsasən, ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 309.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Bank tərəfindən sözügedən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik icra edilərək Cavabdeh1 41.000 (qırx bir min) manat məbləğində kredit verilsə də, Cavabdeh1 həmin müqavilə üzrə üzərinə götürmüş öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, onun Banka borcu yaranmış, Naxçıvanbank ASC Cavabdeh1 30 may 2019cu il tarixli, KT3005/03 saylı kredit müqaviləsi üzrə kreditin əsas borc və faiz borcu üzrə aylıq ödənişlər qrafikə uyğun həyata keçirilmədiyindən, kredit reyestrində xx.xx.2021-ci il tarixinə onun adına 524 gecikmə günü qeydə alındığını bildirərək, yaranmış kredit borcunun, eyni zamanda həmin borc icra olunanadək hesablanacaq faiz və cərimələrin 5 (beş) gün müddətində ödənilməsini tələb etmiş, qeyd olunan müddət ərzində kredit borcu ödənilmədikdə verilmiş kreditin qalıq məbləğinin girov qoyulmuş əmlak hesabına məhkəmə qaydasında vaxtından əvvəl tələb olunmasına başlanılacağı barədə Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq etmişdir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Cavabdeh1 xəbərdarlıqdan sonra da bank qarşısında yaranmış borcunu ödəmədiyindən, Naxçıvanbank ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ipoteka premetinə tutma yönəldilməsi barədə 26 aprel 2022-ci il tarixli, 04/555 nömrəli bildiriş ünvanlanmış, məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında tutmanın ipoteka predmetinə yönəldilməsi üçün razılıq verməyi Cavabdeh1 və Cavabdeh2 təklif etmiş, əks halda, "xxxx" ASC nin onları tutmanın məhkəmə qaydasında ipoteka müqaviləsinə əsasən ipoteka qoyulmuş əmlaklara yönəldilməsinə məhkəmə qaydasında başlanılacağı barədə xəbərdar etmişdir. Eyni zamanda, bank tərəfindən Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə ünvanlanmış 26 aprel 2022-ci il tarixli “İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması haqqında” ərizədən Naxçıvanbank ASC-nin bildirişin qeydə alınmasını xahiş etdiyi və bildirişin tərəflərə çatdırılması barədə poçt qəbzinin həmin ərizəyə əlavə edildiyi müəyyən olunmuşdur. Həmin bildirişlər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən qeydiyyata alınmışdır. Bank və borcalan-Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin 6.1.7-ci və 6.1.8-ci bəndlərindən bankın bu müqavilə pozulduğu halda kredit üzrə borcun qaytarılmasını və hesablanmış faizlərin, cərimələrin və müqavilənin 5.12-ci bəndinə əsasən Bankın təsdiqlənmiş xərclərinin ödənilməsini borcalandan tələb etmək, borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə öhdəliyin girov qoyulmuş əmlak hesabına ödənilməsini tələb etmək hüquqlarının olması, eyni zamanda 6.4.1-ci bəndindən ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirməyin, 6.4.5-ci bəndindən kreditin bütün məbləğini, ona hesablanmış faizləri, cərimələri və borcun qaytarılması ilə əlaqədar digər xərcləri tamamilə ödəməyin borcalanın vəzifələrinə aid olduğu müəyyən edilir. Həmçinin, həmin müqavilənin 7.2 və 7.2.1-ci bəndlərindən Borcalanın bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə Bankın bu müqaviləni vaxtından əvvəl və birtərəfli qaydada ləğv etmək, kreditin bütün məbləğinin, ona hesablanmış faizlərin və cərimələrin ödənilməsini tələb etmək hüququnun olduğu məlum olur. Eləcə də, ipotekasaxlayan qismində Naxçıvanbank ASC-nin Naxçıvan filialı adından X4 ilə ipoteka qoyan Cavabdeh2 və ipoteka qoyan-borcalan Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinin 4.1-ci bəndindən ipoteka saxlayanın tələbinin -əsas borc; -faizlər; -dəbbə pulu; -vurulmuş zərərin əvəzinin ödənilməsi; -ipoteka predmetinin saxlanması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi; -ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə təmin edilməsinin nəzərdə tutulduğu, 9.1-ci bəndindən -əsas öhdəlik, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; - əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq 2 dəfə pozulması; -ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında İpoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 (otuz) təqvim günü ərzində icra olunmaması; -qanunvericilklə nəzərdə tutulmuş digər halların baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı olduğu müəyyən edilir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Mülki Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı maddəsinə əsasən, ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur; 11.2-ci maddəsinə əsasən, ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. 34.1 və 34.1.1-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; eləcə də 34.1 və 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. 39.2-ci maddəsinə əsasən, İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. Qeyd edilənlərdən belə məlum olur ki, iddiaçı Naxçıvanbank ASC-nin iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə borcun ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsinə dair tələb hüququ vardır. İddiaçının tələbinin Cavabdeh1 30 may 2019-cu il tarixli, KT3005/03 saylı kredit müqaviləsi üzrə 29 aprel 2022-ci il tarixə olan 34 836,82 (otuz dörd min səkkiz yüz otuz altı manat 82 qəpik) manat əsas borc, 8 073,90 (səkkiz min yetmiş üç manat 90 qəpik) manat faiz borcu, 4 627.66 (dörd min altı yüz iyirmi yeddi manat 66 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 47 538.38 (qırx yeddi min beş yüz otuz səkkiz manat 38 qəpik) manat kredit borcunun tutularaq bankın xeyrinə ödənilməsi ilə bağlı hissəsinə dair məbləğə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmənin “məhkəmə-mühasibatlıq” ekspertizasının təyin edilməsi barədə qəbul edilmiş 23 sentyabr 2022-ci il tarixli, e-2- 2(123)-48/2022 saylı qərardadı əsasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 05 noyabr 2022-ci il tarixli, 292 nömrəli rəyi üzrə Cavabdeh1 Naxçıvanbank ASC-yə 29 aprel 2022-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) kredit üzrə olan əsas borcu 34822,89 (otuz dörd min səkkiz yüz iyirmi iki manat səksən doqquz qəpik) manat, faiz borcu 10173,91 (on min yüz yetmiş üç manat doxsan bir qəpik) manat təşkil etdiyi 29 aprel 2022-ci il tarixdən sonra aparılan 450,0 (dörd yüz əlli) manat ödənilən vəsaitə münasibətdə isə onun hansı qaydada silinməsi yalnız məhkəmənin səlahiyyətləri daxilində olduğundan vəsaitin silinməsinin ekspert tərəfindən aparılmadığı göstərildiyindən, həmçinin, həmin rəydə iş materiallarında Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış 30 may 2019-cu il tarixli, KT3005/03 nömrəli kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bankın cavabdehə cərimə hesablamadığı üçün həmin tədqiqatla Cavabdeh1 cərimə hesablanmasının düzgün hesab edilmədiyi qeyd olunsa da, bu hal ilə əlaqədar olaraq, 16 yanvar 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 bankın sistemində cərimə ilə faiz borcunun bir yerdə hesablandığını qeyd etməsi və 450,0 (dörd yüz əlli) manat ödənilən vəsaitin borcdan çıxılaraq dəqiqləşmə aparıldığını ekspertin nəzərə almaması səbəbindən və həmin ekspert rəyindən Cavabdeh1 iddiaçı təşkilata faiz və cərimə hissədə konkret hansı məbləğlərdə borcunun olmasını müəyyən etmək mümkün olmadığından, məhkəmə sözügedən ekspert rəyi ilə iddiaçının nümayəndəsinin qeyd etdiyi halı nəzərə almaqla, yalnız əsas borca münasibətdə, yəni qismən razılaşır. Faiz və cərimə borcuna münasibətdə isə məhkəmə tərəfindən iş materiallarında olan 22 avqust 2022-ci il tarixli, 299 nömrəli arayışı əsas götürməklə, Cavabdeh1 iddiaçı təşkilata kredit borcu xx.xx.2022-ci il tarixə faiz borcu üzrə 8073,90 (səkkiz min yetmiş üç manat 90 qəpik) manat; cərimə borcu üzrə 4 627,66 (dörd min altı yüz iyirmi yeddi manat 66 qəpik) manat təşkil etdiyi müəyyən olunur. Bundan əlavə, 30 may 2019-cu il tarixli, KT3005/03 saylı kredit müqaviləsinin 5.1-ci bəndi ilə borcalanın kreditin əsas məbləğini, ona hesablanmış faiz borcunu və cərimələri ödəməli olması, 5.8-ci bəndi ilə isə kreditin qaytarılması və ya faizlərin ödənilməsi üzrə ödənişlər vaxtında aparılmadığı halda borcalanın gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəməsi nəzərdə tutulmuşdur, yəni Cavabdeh1 iddiaçı qarşısında icra etməli olduğu öhdəliyin tərkibinə müəyyən edilmiş cərimənin ödənilməsi də daxildir. Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Mülki Məcəllənin 463.1-ci maddəsinə əsasən, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsiplərinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2014-cü il tarixli qərarı). Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq kreditorun icra edilməmə nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi hüququnun yarandığı təqdirdə, tutulmalı olan dəbbə pulu dəymiş zərərin minimum həddində müəyyən olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək ola bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (İwaszkiewicz Polşaya qarşı, no. 30614/06, 26 iyul 2011-ci il, § 44). Göstərilənlərə əsasən, iddiada tələb olunan ümumi borc məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı öz tələbində qismən haqlıdır. Yəni, həmin hissə əsas borc üzrə 34822,89 (otuz dörd min səkkiz yüz iyirmi iki manat səksən doqquz qəpik) manat, faiz borcu üzrə 8073,90 (səkkiz min yetmiş üç manat 90 qəpik) manat; cərimə borcu üzrə isə 4 627,66 (dörd min altı yüz iyirmi yeddi manat 66 qəpik) manat təşkil edir. Cərimə məbləği isə tənasübsüz yüksək müəyyən olunduğundan, məhkəmə həmin məbləğin 4 627,66 (dörd min altı yüz iyirmi yeddi manat 66 qəpik) manat deyil, 400 (dörd yüz) manat məbləğində müəyyən edilməsini ədalətli hesab etməkdədir. Məhkəmə tərəfindən “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə müraciət üzrə dövlət rüsumu və xidmət haqqının, eyni zamanda ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumlarının iddiaçı Naxçıvanbank ASC tərəfindən ödənildiyi, eləcə də kredit müqaviləsinin 6.4.5-ci bəndindən kreditin bütün məbləğini, ona hesablanmış faizləri, cərimələri və borcun qaytarılması ilə əlaqədar digər xərcləri tamamilə ödəmənin borcalanın vəzifələrinə aid olduğu müəyyən edildiyindən, iddiaçının borcalana qarşı tələbi ipoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 92.90 (doxsan iki manat 90 qəpik) manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat və iddia ərizəsinin verilməsinə görə ödənilən 233.97 (iki yüz otuz üç manat 97 qəpik) manat dövlət rüsumlarının tutularaq bankın xeyrinə ödənilməsi hissədə də qismən əsaslı hesab olunur. Eyni zamanda ipoteka müqaviləsinin 4.1-ci bəndindən də ipoteka saxlayanın tələbininipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilməli olduğu müəyyən olunur. Buna görə də, məhkəmə iddiaçı tərəfindən tələb olunan kredit müqaviləsi üzrə 29 aprel 2022-ci il tarixə olan 34 836,82 (otuz dörd min səkkiz yüz otuz altı manat 82 qəpik) manat əsas borc, 8 073,90 (səkkiz min yetmiş üç manat 90 qəpik) manat faiz borcu, 4 627.66 (dörd min altı yüz iyirmi yeddi manat 66 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 47 538.38 (qırx yeddi min beş yüz otuz səkkiz manat 38 qəpik) manat kredit borcunun əsas borc üzrə 34822,89 (otuz dörd min səkkiz yüz iyirmi iki manat səksən doqquz qəpik) manat, faiz borcu üzrə 8073,90 (səkkiz min yetmiş üç manat 90 qəpik) manat; cərimə borcu üzrə isə 400 (dörd yüz) manat olmaqla, ümumilikdə 43296.79 (qırx üç min iki yüz doxsan altı manat yetmiş doqquz qəpik) manat hissədə məbləğin, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 92.90 (doxsan iki manat 90 qəpik) manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat və iddia ərizəsinin verilməsinə görə ödənilən 233.97 (iki yüz otuz üç manat 97 qəpik) manat dövlət rüsumunun tələbin təmin edilmiş hissəsinə mütənasib məbləğdə əsas borclu olan Cavabdeh1 tutularaq bankın xeyrinə ödənilməsini, məbləğ borcalan tərəfindən ödənilmədiyi təqdirdə isə tutmanın ilkin satış qiyməti 33 800 (otuz üç min səkkiz yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 11176 saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********61-1032956 reyestr nömrəli Naxçıvan MR Babək rayonu Güznüt kəndində mülkiyyətində olan 2601.82 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.8 kv.m yaşayış, 40,0 kv.m qeyri-yaşayış, 43.32 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə və 28 900 (iyirmi səkkiz min doqquz yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, ********** saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********71-10301 reyestr nömrəli Naxçıvan MR, Babək rayonu, Güznüt kəndində mülkiyyətində olan 0.1332 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.5 kv.m yaşayış, 47,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməsini, əmlakların açıq hərracda satılmasını, satış pulundan əldə edilən vəsait hesabına kredit borcu ödənilməsini qanunauyğun hesab edir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. İpoteka predmeti olan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 11176 saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********61-1032956 reyestr nömrəli Naxçıvan MR Babək rayonu Güznüt kəndində mülkiyyətində olan 2601.82 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.8 kv.m yaşayış, 40,0 kv.m qeyri-yaşayış, 43.32 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, ********** saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********71-10301 reyestr nömrəli Naxçıvan MR, Babək rayonu, Güznüt kəndində mülkiyyətində olan 0.1332 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.5 kv.m yaşayış, 47,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti ilə bağlı məhkəmə qeyd edir ki, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli ********** nömrəli qiymətləndirmə hesabatından Cavabdeh1 mülkiyyətində olan ipoteka predmetinin ilkin satış qiymətinin 33800 AZN təşkil etdiyi, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli ********** nömrəli qiymətləndirmə hesabatından Cavabdeh2 mülkiyyətində olan ipoteka predmetinin ilkin satış qiymətinin 28900 AZN təşkil etdiyi, həmçinin daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair rəylərindən də eyni hallar məlum olduğundan və ekspertizanın nəticələrinə dair sənədlərdə hər hansı ziddiyyət müəyyən edilmədiyindən, məhkəmə həmin sənədləri sübut qismində nəzərə alaraq, ipoteka predmetlərinin ilkin satış qiymətinin Cavabdeh1 ipoteka ilə yüklü edilmiş əmlakına münasibətdə 33800 AZN, Cavabdeh2 ipoteka ilə yüklü edilmiş əmlakına münasibətdə isə 28900 AZN məbləğində müəyyən edilməli olduğunu məqsədəmüvafiq hesab edir. Məhkəmə iddiaçının kredit müqaviləsi üzrə borcun ödənilmədiyi təqdirdə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi halı üçün 1 (bir) ay ərzində həmin yaşayış evlərində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qızının və həmin evdə qeydiyyatda olan digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin yararlı vəziyyətdə təhvil verilməsi hissəsində tələbinə münasibətdə bildirir ki, bununla bağlı qanunvericiliklə müəyyən edilmiş tənzimləmə aşağıdakı kimidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 59.3 və 59.3.1-ci maddələrinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Hazırkı vəziyyətdə ipoteka predmeti olan yaşayış evləri 30 may 2019-cu il tarixli, KT3005/03 saylı kredit müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, qanunvericiliyin tələbi 1 (bir) ay ərzində həmin yaşayış evlərində qeydiyyatda olan Cavabdeh1n, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qızı və həmin evdə qeydiyyatda olan digər şəxslər yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli, yaşayış evləri yararlı vəziyyətdə təhvil verilməsi istiqamətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 39.3-cü və 39.3.1, 39.3.2, 39.3.3, 39.3.4-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiyməti, -İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir, zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri göstərməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər, 115.0 və 115.0.9-cu maddələrinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının qanununun 36.5-ci maddəsinə əsasən, ..... Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 30 may 2019-cu il tarixli, KT3005/03 saylı kredit müqaviləsi üzrə 29 aprel 2022-ci il tarixə olan əsas borc üzrə 34822,89 (otuz dörd min səkkiz yüz iyirmi iki manat səksən doqquz qəpik) manat, faiz borcu üzrə 8073,90 (səkkiz min yetmiş üç manat 90 qəpik) manat; cərimə borcu üzrə isə 400 (dörd yüz) manat olmaqla, ümumilikdə 43296.79 (qırx üç min iki yüz doxsan altı manat yetmiş doqquz qəpik) manat hissədə kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 92.90 (doxsan iki manat 90 qəpik) manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat və iddia ərizəsinin verilməsinə görə ödənilən 233.97 (ikiyüz otuz üç manat 97 qəpik) manat dövlət rüsumlarının tutularaq bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 33 800 (otuz üç min səkkiz yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 11176 saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********61-1032956 reyestr nömrəli Naxçıvan MR Babək rayonu Güznüt kəndində mülkiyyətində olan 2601.82 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.8 kv.m yaşayış, 40,0 kv.m qeyri-yaşayış, 43.32 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə və 28 900 (iyirmi səkkiz min doqquz yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, ********** saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********71-10301 reyestr nömrəli Naxçıvan MR, Babək rayonu, Güznüt kəndində mülkiyyətində olan 0.1332 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.5 kv.m yaşayış, 47,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin yaşayış evində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qızının və həmin evdə qeydiyyatda olan digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin yararlı vəziyyətdə təhvil verilməsi barədə tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, iddiaçının tələbi qismən təmin edilməli olduğundan, Cavabdeh1 30 may 2019-cu il tarixli, KT3005/03 saylı kredit müqaviləsi üzrə 29 aprel 2022-ci il tarixə olan əsas borc üzrə 34822,89 (otuz dörd min səkkiz yüz iyirmi iki manat səksən doqquz qəpik) manat, faiz borcu üzrə 8073,90 (səkkiz min yetmiş üç manat 90 qəpik) manat; cərimə borcu üzrə isə 400 (dörd yüz) manat olmaqla, ümumilikdə 43296.79 (qırx üç min iki yüz doxsan altı manat yetmiş doqquz qəpik) manat kredit borcu, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 92.90 (doxsan iki manat 90 qəpik) manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat və iddia ərizəsinin verilməsinə görə ödənilən 233.97 (ikiyüz otuz üç manat 97 qəpik) manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsi-91%-ə mütənasib olaraq, 212.91 (iki yüz on iki manat doxsan bir qəpik) manatı tutularaq bankın xeyrinə ödənilməli, qalan hissədə dövlət rüsumunun 21.06 (iyirmi bir manat altı qəpik) manat məbləği iddiaçının özünə aid edilməli, qərara alınmış məbləğ cavabdeh tərəfindən ödənilmədiyi təqdirdə tutma, ilkin satış qiyməti 33 800 (otuz üç min səkkiz yüz) manat dəyərində müəyyən edilməklə, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 11176 saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********61-1032956 reyestr nömrəli Naxçıvan MR Babək rayonu Güznüt kəndində mülkiyyətində olan 2601.82 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.8 kv.m yaşayış, 40,0 kv.m qeyri-yaşayış, 43.32 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə və ilkin satış qiyməti 28 900 (iyirmi səkkiz min doqquz yüz) manat dəyərində müəyyən edilməklə, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, ********** saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********71-10301 reyestr nömrəli Naxçıvan MR, Babək rayonu, Güznüt kəndində mülkiyyətində olan 0.1332 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.5 kv.m yaşayış, 47,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməli, əmlak açıq hərracda satılmalı, satış pulundan əldə edilən vəsait hesabına kredit borcu ödənilməli, 1 (bir) ay ərzində həmin yaşayış evində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qızı və həmin evdə qeydiyyatda olan digər şəxslər fərdi yaşayış evindən çıxarılmalı, fərdi yaşayış evi yararlı vəziyyətdə təhvil verilməlidir. Həmçinin, iddia qismən təmin edilməli olduğundan, təmin edilməli hissə tələbin 91 faizini təşkil etdiyindən, məhkəmə xərci kimi Cavabdeh1 məxsus Babək rayonu, Güznüt kəndində yerləşən **********94-10301 reyestr nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində və Cavabdeh2 məxsus Babək rayonu, Güznüt kəndində yerləşən **********71-10301 reyestr nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat xidmət haqqının 91 %-i, yəni 218.4 (iki yüz on səkkiz manat qırx qəpik) manat məbləğində hissəsi cavabdeh-borcalan Cavabdeh1 aid edilməli və həmin məbləğ Cavabdeh1 tutularaq, göstərilən hesaba ödənilməlidir. Bank rekvizitləri: Alan Bank: X9 MR İdarəsi; Kodu: 502906, VÖEN: **********; Müxbir hesabı: AZ 88NABZ ********************, S.W.İ.F.T BİK: NABZAZ 2C; Alan müştəri: Naxçıvan MR Maliyyə Nazirliyi; Hesab: AZ21NABZ********************4; VÖEN: **********. Eyni zamanda, iddia qismən təmin edilməli olduğundan, təmin edilməli hissə tələbin 91 faizini təşkil etdiyindən, məhkəmə xərci kimi Cavabdeh1 məxsus Babək rayonu, Güznüt kəndində yerləşən **********94-10301 reyestr nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində və Cavabdeh2 məxsus Babək rayonu, Güznüt kəndində yerləşən **********71-10301 reyestr nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat xidmət haqqının 9 %-i, yəni 21.6 (iyirmi bir manat altı qəpik) manat məbləğində hissəsi iddiaçıya aid edilməli və iddiaçı "xxxx" ASC-dən tutularaq, göstərilən hesaba ödənilməlidir. Bank rekvizitləri: Alan Bank: X9 MR İdarəsi; Kodu: 502906, VÖEN: **********; Müxbir hesabı: AZ 88NABZ ********************, S.W.İ.F.T BİK: NABZAZ 2C; Alan müştəri: Naxçıvan MR Maliyyə Nazirliyi; Hesab: AZ21NABZ********************4; VÖEN: **********. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2 və 233.1-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 30 may 2019-cu il tarixli, KT3005/03 saylı kredit müqaviləsi üzrə 29 aprel 2022-ci il tarixə olan əsas borc üzrə 34822,89 (otuz dörd min səkkiz yüz iyirmi iki manat səksən doqquz qəpik) manat, faiz borcu üzrə 8073,90 (səkkiz min yetmiş üç manat 90 qəpik) manat; cərimə borcu üzrə isə 400 (dörd yüz) manat olmaqla, ümumilikdə 43296.79 (qırx üç min iki yüz doxsan altı manat yetmiş doqquz qəpik) manat kredit borcu, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 92.90 (doxsan iki manat 90 qəpik) manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat və iddia ərizəsinin verilməsinə görə ödənilən 233.97 (ikiyüz otuz üç manat 97 qəpik) manat dövlət rüsumunun 212.91 (iki yüz on iki manat doxsan bir qəpik) manat məbləği tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Ödənilmədiyi təqdirdə tutma, ilkin satış qiyməti 33 800 (otuz üç min səkkiz yüz) manat dəyərində müəyyən edilməklə, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 11176 saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********61-1032956 reyestr nömrəli Naxçıvan MR Babək rayonu Güznüt kəndində mülkiyyətində olan 2601.82 kv.m torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 76.8 kv.m yaşayış, 40,0 kv.m qeyriyaşayış, 43.32 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə və ilkin satış qiyməti 28 900 (iyirmi səkkiz min doqquz yüz) manat dəyərində müəyyən edilməklə, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, ********** saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********71-10301 reyestr nömrəli Naxçıvan MR, Babək rayonu, Güznüt kəndində mülkiyyətində olan 0.1332 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 66.5 kv.m yaşayış, 47,7 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə birlikdə yönəldilsin. Həmin əmlaklar açıq hərracda satılsın. Satış pulundan əldə edilən vəsait hesabına kredit borcu ödənilsin. 1 (bir) ay ərzində həmin yaşayış evlərində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qızının və həmin evlərdə qeydiyyatda olan digər şəxslər fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi yararlı vəziyyətdə təhvil verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumunun 21.06 (iyirmi bir manat altı qəpik) manat məbləği iddiaçının özünə aid edilsin. Həmçinin, iddia qismən təmin edilməli olduğundan, təmin edilməli hissə tələbin 91 faizini təşkil etdiyindən, məhkəmə xərci kimi Cavabdeh1 məxsus Babək rayonu, Güznüt kəndində yerləşən **********94-10301 reyestr nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində və Cavabdeh2 məxsus Babək rayonu, Güznüt kəndində yerləşən **********71-10301 reyestr nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat xidmət haqqının 91 %-i, yəni 218.4 (iki yüz on səkkiz manat qırx qəpik) manat məbləğində hissəsi cavabdeh-borcalan Cavabdeh1 aid edilsin və həmin məbləğ Cavabdeh1 tutularaq, göstərilən hesaba ödənilsin. Bank rekvizitləri: Alan Bank: X9 MR İdarəsi; Kodu: 502906, VÖEN: **********; Müxbir hesabı: AZ 88NABZ ********************, S.W.İ.F.T BİK: NABZAZ 2C; Alan müştəri: Naxçıvan MR Maliyyə Nazirliyi; Hesab: AZ21NABZ********************4; VÖEN: **********. Eyni zamanda, iddia qismən təmin edilməli olduğundan, təmin edilməli hissə tələbin 91 faizini təşkil etdiyindən, məhkəmə xərci kimi Cavabdeh1 məxsus Babək rayonu, Güznüt kəndində yerləşən **********94-10301 reyestr nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində və Cavabdeh2 məxsus Babək rayonu, Güznüt kəndində yerləşən **********71-10301 reyestr nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat xidmət haqqının 9 %-i, yəni 21.6 (iyirmi bir manat altı qəpik) manat məbləğində hissəsi iddiaçıya aid edilsin və iddiaçı "xxxx" ASC-dən tutularaq, göstərilən hesaba ödənilsin. Bank rekvizitləri: Alan Bank: X9 MR İdarəsi; Kodu: 502906, VÖEN: **********; Müxbir hesabı: AZ 88NABZ ********************, S.W.İ.F.T BİK: NABZAZ 2C; Alan müştəri: Naxçıvan MR Maliyyə Nazirliyi; Hesab: AZ21NABZ********************4; VÖEN: **********. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №e-2-2(123)-2/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-2/2023
27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver