Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-2/2025 07.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X7 məhkəmə iclas katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, X8 və X2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 10 iyul 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 27 sentyabr 2021-ci il tarixli, KT2709/02 saylı kredit müqaviləsi üzrə 24 may 2023-ci il tarixə 7 929.69 (yeddi min doqquz yüz iyirmi doqquz manat 69 qəpik) manat əsas borc, 335.19 (üç yüz otuz beş manat 19 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 8264.88 (səkkiz min iki yüz altmış dörd manat 88 qəpik) manat kredit borcu kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat və məhkəməyə ödənilmiş 2.64 (iki manat 64 qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 22 100 (iyirmi iki min yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindənxx.xx.2010-ci il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********87-10301 reyestr nömrəli Naxçıvan MR Şahbuz rayon Daylaqlı kənində 0.3286 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh1 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 27 sentyabr 2021-ci il tarixli, KT2709/02 saylı kredit müqaviləsinə əsasən Borcalana Bank tərəfindən 36 ay müddətinə illik 15% dərəcəsi ilə 11 000 (on bir min) manat məbləğində kredit verildiyini, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********10- 10301 reyestr nömrəli Naxçıvan MR, Şərur rayon, Çərçiboğan kəndində 0.101 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edildiyini, ipoteka müqaviləsinin müvafiq olaraq Kəngərli rayon notariat ofisində təsdiq edildiyini və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlakın yüklülüyünün qeydiyyata alındığını, kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Cavabdeh2 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, onun, bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində onun adına 24 may 2023-ci il tarixə adına 236 gecikmə gününün qeydə alındığını, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, ipoteka müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəli olduğunu, borcun qaytarılması ilə bağlı Cavabdeh2 ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edildiyini, onlara məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktublarının müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyinin bildirildiyini, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişin borcalan- Cavabdeh2 və ipoteka qoyan - Cavabdeh1 ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edildiyini və bildirişin dövlət qeydiyyatına alındığını, xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə Borcalana təklif ünvanlandığını, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilsədə, Borcalanın X6 iştirak etmədiyini, kredit müqaviləsinin 5.8-ci bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi ödədiyini, kredit müqaviləsinin 5.12-ci bəndinə əsasən müqavilə şərtləri Borcalan tərəfindən pozulduğu halda, kredit üzrə borc və hesablanmış faizlərin, cərimələr və borcla əlaqədar Bankın təsdiqlənmiş xərclərinin Borcalan tərəfindən ödənildiyini, kredit müqaviləsinin 7-ci bəndinə əsasən Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə, Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb edə biləcəyini, kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən bu müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiyinin və tərəflərin bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalacağının müəyyənləşdirildiyini, ipoteka müqaviləsinin 4-cü bəndinə əsasən ipoteka saxlayanın tələbi ipoteka hesabına Bankın Borcalana verdiyi kredit, ona hesablanacaq faizlər, cərimələr və borcla əlaqədar Bankın digər xərcləri daxil edilməklə tam həcmdə təmin edildiyini, ipoteka müqaviləsinin 9-cu bəndinə əsasən əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda və.s ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yarandığını, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişdə borcalan Cavabdeh2 və ipoteka qoyan Cavabdeh1 “İpoteka haqqında” Qanunun 36.2.3-cü maddəsinə və İpoteka müqaviləsinin 9.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında keçirilməsinə razılıq verilməsinin təklif edildiyini, Cavabdeh2 27 sentyabr 2021-ci il tarixli, KT2709/02 saylı kredit müqaviləsi üzrə 24 may 2023-ci il tarixə 7 929.69 (yeddi min doqquz yüz iyirmi doqquz manat altmış doqquz qəpik) manat əsas borc, 335.19 (üç yüz otuz beş manat on doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 8264.88 (səkkiz min iki yüz altmış dörd manat səksən səkkiz qəpik) manat kredit borcu öhdəliyinin olduğunu qeyd edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 443-cü, 445.1-ci, 449.4-cü maddələrinə, İpoteka haqqında Qanunun 34-cü, 59.3-cü maddələrinə istinad etmiş, Cavabdeh2 və Cavabdeh1 ipoteka qoyulan fərdi yaşayış evində qeydiyyatda olan şəxslər olduğunu bildirmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X15 27 oktyabr 2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək iddia ərizəsində səhvlik olduğundan iddia tələbinin dəqiqləşdirilməsi məqsədilə “Cavabdeh2 27 sentyabr 2021-ci il tarixli, KT2709/02 saylı kredit müqaviləsi üzrə 24 may 2023-ci il tarixə 7 929.69 (yeddi min doqquz yüz iyirmi doqquz manat 69 qəpik) manat əsas borc, 335.19 (üç yüz otuz beş manat 19 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 8264.88 (səkkiz min iki yüz altmış dörd manat 88 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat və məhkəməyə ödənilmiş 2.64 (iki manat 64 qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 22 100 (iyirmi iki min yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********10-10301 reyestr nömrəli Naxçıvan MR Şərur rayon Çomaxtur kənində 0.101 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh1 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi barədə” qətnamə çıxarılmasını xahiş etmişdir. 03 noyabr 2023-cü il tarixli məhkəmə iclasında tələbə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizədə göstərilən həcmdə baxılması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(123)-125/2023 saylı qərardadı ilə e-2-2(123)-125/2023 saylı iş üzrə icraata “1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh1 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi” tələbinə dair hissədə xitam verilməsi, işə “Cavabdeh2 27 sentyabr 2021-ci il tarixli, KT2709/02 saylı kredit müqaviləsi üzrə 24 may 2023-ci il tarixə 7 929.69 (yeddi min doqquz yüz iyirmi doqquz manat 69 qəpik) manat əsas borc, 335.19 (üç yüz otuz beş manat 19 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 8264.88 (səkkiz min iki yüz altmış dörd manat 88 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat və məhkəməyə ödənilmiş 2.64 (iki manat 64 qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 22 100 (iyirmi iki min yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********10-10301 reyestr nömrəli Naxçıvan MR Şərur rayon Çomaxtur kənində 0.101 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi” tələbi həcmində baxılması qərara alınmışdır. 10 iyun 2024-cü il tarixdə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə “Prosessual hüquq varisliyi”nə dair ərizə ünvanlayaraq həmin ərizədə İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalandığını, həmin müqaviləyə əsasən hazırki ərizəyə əlavə edilmiş aktda qeyd edilən müştərilərlə "xxxx" ASC arasında bağlanmış olan müqavilələr üzrə bütün hüquqların, tələblərin, təminatların və üstünlüklərin İddiaçı ASC-yə ötürüldüyünü bildirərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 58.1 və 58.2-ci maddələrinə istinad etmiş, qeyd edilən səbəbdən aktda qeyd olunan işlər üzrə "xxxx" ASC-nin hüquq varisi kimi İddiaçı ASC-nin işə cəlb edilməsini xahiş etdiklərini göstərmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-20/2024 saylı qərardadı ilə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 10 iyun 2024-cü il tarixdə məhkəməyə ünvanladığı “Prosessual hüquq varisliyi”nə dair ərizənin təmin edilməsi, İddiaçı ASC-nin bundan sonra iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə iddiaçı "xxxx" ASC-nin hüquq varisi kimi prosessual hüquq varisliyi qaydasında iddiaçı qismində prosesdə iştiraka cəlb edilməsi, iddiaçı "xxxx" ASC-nin iddiaçı hüquqlarına xitam verilməsi qərara alınmışdır. 11 mart 2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh2 tərəfindən təqdim edilmiş 11 yanvar 2023-cü il tarixli, AZ-İ № 943098 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Naxçıvan MR Şərur rayon Çomaxtur kənd sakini Cavabdeh1 qaraciyər sirrozu səbəbindən xx.xx.2023-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin yanvar ayının 11-də 07 nömrə ilə qeyd edilmişdir. Təqdim edilən şəhadətnamə əsasında Naxçıvan MR Kommersiya Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2-2(123)-20/2024 saylı qərardadı ilə e-2-2(123)-20/2024 saylı iş üzrə icraata “tutmanın ilkin satış qiyməti 22 100 (iyirmi iki min yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********10-10301 reyestr nömrəli Naxçıvan MR Şərur rayon, Çomaxtur kəndində 0.101 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi” tələbinə dair hissədə xitam verilməsi, e-2-2(123)-20/2024 saylı işə “Cavabdeh2 27 sentyabr 2021ci il tarixli, KT2709/02 saylı kredit müqaviləsi üzrə 24 may 2023-ci il tarixə 7 929.69 (yeddi min doqquz yüz iyirmi doqquz manat 69 qəpik) manat əsas borc, 335.19 (üç yüz otuz beş manat 19 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 8264.88 (səkkiz min iki yüz altmış dörd manat 88 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat və məhkəməyə ödənilmiş 2.64 (iki manat 64 qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi” tələbi həcmində baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə 29 oktyabr 2024-cü il tarixdə elektron qaydada ərizə ilə müraciət edərək Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-20/2024 saylı, 11 mart 2024-cü il tarixli qərardadından iş üzrə İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzürlü hesab edilərək qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizədə Naxçıvan MR Kommersiya Məhkəməsinin icraatında olmuş e-2-2(123)-20/2024 saylı iş üzrə icraata “tutmanın ilkin satış qiyməti 22100 (iyirmi iki min yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********10-10301 reyestr nömrəli Naxçıvan MR Şərur rayon Çomaxtur kənində 0.101 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi” tələbinə dair hissədə xitam verildiyini, Naxçıvan MR Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(123)-20/2024 saylı işə “Cavabdeh2 27 sentyabr 2021-ci il tarixli, KT2709/02 saylı kredit müqaviləsi üzrə 24 may 2023-ci il tarixə 7929.69 (yeddi min doqquz yüz iyirmi doqquz manat altmış doqquz qəpik) manat əsas borc, 335.19 (üç yüz otuz beş manat on doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 8264.88 (səkkiz min iki yüz altmış dörd manat səksən səkkiz qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat qırx beş qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat və məhkəməyə ödənilmiş 2.64 (iki manat altmış dörd qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi” tələbi həcmində baxılmasının qərara alındığını, Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-20/2024 saylı, 11 mart 2024-cü il tarixli qərardadının 11 mart 2024-cü il tarixdə elektron kabinetə əlavə edildiyini, İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalandığını, həmin müqaviləyə əsasən müştərilərlə "xxxx" ASC arasında bağlanmış olan müqavilələr üzrə bütün hüquqlar, tələblər, təminatlar və üstünlüklərin İddiaçı ASC-yə ötürüldüyündən işlər üzrə "xxxx" ASC-nin hüquq varisi kimi İddiaçı ASC-nin cəlb edildiyini, Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-20/2024 saylı, 11 mart 2024-cü il tarixli qərardadı 11 mart 2024-cü il tarixdə elektron kabinetə əlavə edilsədə İddiaçı ASC-nin 28 oktyabr 2024-cü il tarixdə elektron kabinetə əlavə edildiyini, Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-20/2024 saylı, 11 mart 2024-cü il tarixli qərardadının 28 oktyabr 2024-cü il tarixdə banka təqdim edilmiş sayılmalı olduğunu, fakitiki olaraq iş üzrə icraat dayandırılmalı olduğu halda dayandırılmadığını, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254-cü maddəsinə əsasən işdə tərəf olan şəxs öldükdə icraatın dayandırılmasının məhkəmənin icraatı dayandırması vəzifələrinə aid edildiyini, qərardaddan şikayət verilmə müddətinin İddiaçı ASC tərəfindən üzrlü olaraq ötürüldüyünü bildirmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2- 2(123)-20/2024 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə çıxarılmış 11 mart 2024-ci il tarixli, e-2-2(123)-20/2024 saylı qərardadından şikayət verilə bilməsi üçün iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən 29 oktyabr 2024-cü il tarixdə məhkəməyə ünvanlanmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə çıxarılmış 11 mart 2024-ci il tarixli, e-2-2(123)-20/2024 saylı qərardadından verilmiş şikayətin icraata qəbul edilməsi və şikayətə prosessual müddət daxilində baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə 29 oktyabr 2024-cü il tarixdə elektron qaydada məhkəməyə ünvanladığı şikayətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2-2(123)-20/2024 saylı qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, e-2- 2(123)-20/2024 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə çıxarılmış Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 11 mart 2024-ci il tarixli, e-2-2(123)-20/2024 saylı qərardadından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilməsi, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 11 mart 2024-cü il tarixli, e-2-2(123)-20/2024 saylı qərardadının ləğv edilməsi və prosessual müddət daxilində sonrakı prosessual hərəkətin yerinə yetirilməsi, tələbə bundan sonra Cavabdeh2 27 sentyabr 2021-ci il tarixli, KT2709/02 saylı kredit müqaviləsi üzrə 24 may 2023-ci il tarixə 7 929.69 (yeddi min doqquz yüz iyirmi doqquz manat 69 qəpik) manat əsas borc, 335.19 (üç yüz otuz beş manat 19 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 8264.88 (səkkiz min iki yüz altmış dörd manat 88 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat və məhkəməyə ödənilmiş 2.64 (iki manat 64 qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 22 100 (iyirmi iki min yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********10-10301 reyestr nömrəli Naxçıvan MR Şərur rayon Çomaxtur kənində 0.101 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi” tələbi həcmində baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə 25 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Şərur rayon Nikah evi tərəfindən 11 yanvar 2023-cü il tarixdə verilmiş AZ-İ № 943098 saylı ölüm haqqında şəhadətnamədən iş üzrə Cavabdeh1 01 yanvar 2023-cü il tarixdə öldüyünün müəyyən olunduğunu, bu barədə ölüm haqqında akt qeydləri kitabında 11 yanvar 2023cü il tarixdə, 07 № ilə qeyd edildiyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254cü maddəsinə əsasən işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə məhkəmənin iş üzrə icraatı dayandırmalı olduğunu bildirərək məhkəmədən iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, e-2- 2(123)-2/2025 saylı qərardadı ilə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən 25 dekabr 2024cü il tarixdə məhkəməyə ünvanlanmış ərizənin təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə iş üzrə icraatın Cavabdeh1 hüquq varisi müəyyən edilənək dayandırılması qərara alınmışdır. 03 aprel 2025-ci il tarixdə iddiaçının nümayəndəsi tərəfindən elektron qaydada məhkəməyə “iş üzrə icraatın təzələnməsi və vərəsələrin cəlb edilməsi barədə ərizə ünvanlanaraq həmin ərizədə Məhkəmənin sorğusu əsasında ipoteka qoyan Cavabdeh1 vərəsələrinin müəyyən edilməsi üçün AR NMR Ədliyyə Nazirliyi ünvan 4 ünvanlandığı və 25 yanvar 2025-ci il tarixli, 07 saylı cavab məktubu ilə Cavabdeh1 barəsində vərəsəlik işi açılmadığının müəyyən edildiyi, daha sonra ünvan 5 ünvanlanmış sorğuya cavab olaraq ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakda heç kimin yaşamadığının və Cavabdeh1 vərəsələri qızı X3, oğlu X10 və Cavabdeh2 olduğunun bildirildiyi qeyd olunmuş, Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-2/2025 saylı, 09 yanvar 2025-ci il tarixli qərardadının işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldığına görə ləğv etməklə iş üzrə icraatın təzələnməsi və X1, X4 və Cavabdeh2 vərəsə kimi cəlb edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(123)- 2/2025 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. 11 aprel 2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 vərəsələri X5, X10 və Cavabdeh2 və iş üzrə əsl Cavabdeh2 olduğundan X5, X4 iş üzrə cavabdeh qismində işə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan: X6 İştirak Edilməməsi barədə 07 aprel 2023-cü il tarixli, N-362 saylı arayışdan görünür ki, 07 aprel 2023-cü il tarixdə keçirilən İMS-də Naxçıvanbank ASC-nin nümayəndəsi X11 iştirak etmiş, iddiaçı Naxçıvanbank ASC-nin nümayəndəsi tərəfindən 100 (bir yüz) manat məbləğində mediasiya xərci ödənilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə X6 iştirak etməmişdir. 27 sentyabr 2021-ci il tarixli, KT2709/02 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən "xxxx" ASC-nin Kəngərli rayon filialının müdiri v.m.i.e X17 şəxsində və digər tərəfdən Naxçıvan MR, Şərur rayon,Çomaxtur kəndində yaşayan vətəndaş Cavabdeh2 arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, Bank Borcalana kənd təsərrüfatı (heyvandarlıq-iribuynuzlu) üçün 36 ay müddətinə 11 000 (on bir min) manat məbləğində illik 15% (on beş) dərəcəsi ilə kreditin tam və ya hissə-hissə verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür. 3.1-ci bəndindən görünür ki, Bankla İpoteka qoyan və Borcalan arasında 27 sentyabr 2021-ci il tarixdə bağlanmış İpoteka müqaviləsi bu müqavilə ilə bağlı münasibətləri tənzimləyəcəkdir. 5.1-ci bəndindən görünür ki, Borcalan kreditin əsas məbləğini, ona hesablanmış faiz borcunu və cərimələri ödəməlidir. 6.1.7-ci bəndindən görünür ki, Borcalan tərəfindən müqavilə şərtləri pozulduqda öhdəliyin icrasını vaxtından əvvəl tələb etmək bankın hüququdur. 27 sentyabr 2021-ci il tarixli, KT2709/02 saylı ipoteka müqaviləsindən görünür ki, bu müqavilə ipoteka saxlayan Naxçıvanbank ASC-nin Kəngərli rayon filialı, ipotekaqoyan Cavabdeh1, borcalan Cavabdeh2 arasında bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndindən görünür ki, ipoteka predmetinin təsviri və olduğu yer Naxçıvan MR, Şərur rayon, Çomaxtur kənd, 0.101 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112.29 kv.m, yaşayış sahəsi 52.91 kv.m, yardımçı sahəsi 59.38 kv.m olan 2 otaqlı fərdi yaşayış evi tam mülkiyyət üzrə təşkil edir. 2.3-cü bəndindən görünür ki, ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 22100 manat 00 qəpik manat məbləğində müəyyən edilmişdir. 24 may 2023-cü il tarixli, 700 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 27 sentyabr 2021-ci il tarixli, KT2709/02 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 15% dərəcəsi ilə verilmiş 11 000 (on bir min) manat kredit məbləği üzrə “24” may 2023-cü il tarixə olan məlumata əsasən əsas borcu 7 929.69 (yeddi min doqquz yüz iyirmi doqquz manat 69 qəpik) manat, faiz borcu 335.19 (üç yüz otuz beş manat 19 qəpik) manat olmaqla, ümumilikdə borcu 8264.88 (səkkiz min iki yüz altmış dörd manat 88 qəpik) manat təşkil edir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, X12 Cəmiyyəti tərəfindən iddia ərizəsinin verilməsinə görə 2,64 (iki manat altmış dörd qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** qeydiyyat nömrəli ərizə üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023cü il tarixdə verilmiş elektron təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin elektron təsdiqetmə bildirişindən görünür ki, 30 AZN məbləğində xidmət haqqı ödənilmişdir. 26 sentyabr 2021-ci il tarixli, 0005 nömrəli Xəzinə məxaric orderindən görünür ki, “Naxçıvanbank ASC-nin Kəngərli filialı tərəfindən heyvandarlığın inkişafı üçün üçün 10794 (on min yeddi yüz doxsan dörd) manat kredit məbləği Cavabdeh2 AZ68NAXB**********1937007AZN nömrəli hesabına köçürülmüşdür. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2021-ci il tarixli Arayışdan görünür ki, mülkiyyət hüququ Cavabdeh1 məxsus Naxçıvan MR, ünvan 6i ünvanında 0.101 ha torpaq sahəsində yerləşən ümumi sahəsi ümumi sahəsi 112.29 kv.m, yaşayış sahəsi 52.91 kv.m, yardımçı sahəsi 59.38 kv.m olan 2 otaqlı fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH Seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Naxçıvan MR, ünvan 6ində 0.101 ha torpaq sahəsində yerləşən, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10-10301 reyestr nömrəli fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Cavabdeh2 04 avqust 2023-cü il tarixli məhkəmə iclasında iddianı qəbul etdiyini, halhazırda işləmədiyini, iş tapdığını, bir həftə və ya 10 günə işə başlayacağını, ayda 250 manat kredit ödəməyə gücünün çatdığını, biraz pul üst-üstə yığışdığından krediti ödəyə bilmədiyini, ilk başda ödədiklərini, anasının hepatit c xəstəsi olduğunu, İstanbulda xəstəxanaya müalicəyə getdiklərini, ora-bura getdiklərini, biraz xərclərinin çıxdığını, əvvəl lavaş sexinin və ərzaq dükanının olduğunu, lavaş sexinin kənddə olduğunu, dükanın Şərur rayonun mərkəzində olduğunu, dükanı kirayə götürdüyünü, camaata nisyə verdiyini, biraz ziyana düşdüyünü, hal-hazırda 6000 və ya 7000 manat camaatda pulunun olduğunu, ancaq pulunu ala bilmədiyini, pulunu istəməyə gedəndə onu borclu çıxartdıqlarını, polisə də vermək istəmədiyini, polisə verəndə polisin “Mənə deyib, lavaşı veribsən”?! dediyini, bir adamı məhkəməyə verdiyini, ayda 15 manat pul verdiyini, məhkəməyə “Buna gücüm çatır” dediyini, heç onu da istəmədiyini, əsil işinin fotoqrafçılıq olduğunu, ərzaq işinə başladığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, "xxxx" ASC-nin Kəngərli rayon filialı ilə Cavabdeh2 arasında 27 sentyabr 2021-ci il tarixli, KT2709/02 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Borcalana kənd təsərrüfatı (heyvandarlıq-iribuynuzlu) məqsədilə illik 15% dərəcəsi olmaqla 36 ay müddətinə 11 000 (on bir min) manat məbləğində kredit verilmiş, eyni zamanda kredit məbləğinin borcalana verilməsi iş materiallarında olan 26 sentyabr 2021-ci il tarixli, 0005 nömrəli Xəzinə məxaric orderi ilə öz təsdiqini tapmışdır. Borcalan müqaviləyə əlavə olunan ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri, kreditin əsas məbləğini və ona hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, Cavabdeh2 müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırdığından, nəticədə bank tərəfindən adına kredit reyestrində 24 may 2023-ci il tarixə 236 gecikmə günü qeydə alınmış, borcalan Cavabdeh2 borcun qaytarılması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, buna baxmayaraq borcalan tərəfindən öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı bu əsaslardan irəli gələrək 27 sentyabr 2021-ci il tarixli, KT2709/02 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 adına 24 may 2023-cü il tarixə 7 929.69 (yeddi min doqquz yüz iyirmi doqquz manat 69 qəpik) manat əsas borc, 335.19 (üç yüz otuz beş manat 19 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 8264.88 (səkkiz min iki yüz altmış dörd manat 88 qəpik) manat borc öhdəliyinin yarandığını iddia etməklə 24 may 2023-cü il tarixli, 700 nömrəli maliyyə arayışı sübut qismində iddia ərizəsinə əlavə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Beləliklə, iddiaçı pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilməsi hissədə Cavabdeh2 qarşı tələb hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəməmühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. 16 avqust 2023-cü il tarixdə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli, 896 nömrəli rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları və 27 sentyabr 2021-ci il tarixli, KT2709/02 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 24 may 2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarix) olan əsas borcu 7781,77 (yeddi min yeddi yüz səksən bir manat yetmiş yeddi qəpik) manat, faiz borcu 299,67 (iki yüz doxsan doqquz manat altmış yeddi qəpik) manat, xx.xx.2023-cü il tarixə isə (son ödəniş tarixi) olan əsas borcu 7738,76 (yeddi min yeddi yüz otuz səkkiz manat yetmiş altı qəpik) manat, faiz borcu 557,59 (beş yüz əlli yeddi manat əlli doqquz qəpik) manat təşkil edir. 23 aprel 2024-cü il tarixdə iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış təkrar ekspertizanın təyin edilməsi barədə ərizə əsasında məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2- 2(123)-20/2024 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, nəticədə 21 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 1119 nömrəli, 17 oktyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları və 27 sentyabr 2021-ci il tarixli, KT2709/02 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarix) olan əsas borcu 7988,65 (yeddi min doqquz yüz səksən səkkiz manat altmış beş qəpik) manat, faiz borcu 192,63 (bir yüz doxsan iki manat, altmış üç qəpik) manat təşkil edir. 24 may 2023-il tarixdən sonra ödənilmiş 250,00 (iki yüz əlli) manat pul məbləğinin hansı qaydada silinməsi məhkəmənin səlahiyyətinə daxil olduğu qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 1119 nömrəli, 17 oktyabr 2024-cü il tarixli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə mühasibatlıq ekspertizasının nəticəsində aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd olunanlara əsasən 19 oktyabr 2023-cü il tarixli, 896 nömrəli və 17 oktyabr 2024-cü il tarixli, 1119 nömrəli ekspert rəyləri bir-birilə ziddiyyət təşkil etdiyindən, həmin rəylərdən hər hansısa birinin mötəbər sübut hesab edilərək əsas götürülməsi, müəyyən edilmiş məbləğlərin fərqli olması baxımından tərəflərdən birinin hüquq və mənafelərinin pozulması ilə nəticələnəcəyindən, məhkəmə cavabdehin iddianı qəbul etməsilə borcunun olmağına etiraz etməməsini iş materiallarında olan 24 may 2023-cü il tarixli, 700 nömrəli maliyyə arayışının həqiqiliyinə təminat verdiyini bildirərək iddia tələbinin tam təmin edilməsi qənaətindədir. Eyni zamanda iş materiallarında olan xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, cavabdehin borcu yarandığı xx.xx.2023-cü il tarixdən sonra 16 iyun 2023-cü il tarixdə 150 (bir yüz əlli) manat, 26 sentyabr 2023-cü il tarixdə isə 100 (bir yüz) manat olmaqla ümumilikdə 250 (iki yüz əlli) manat borcdan ödənilmişdir. Bu səbəbdən məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən sonra ümumilikdə ödənilmiş 250 (iki yüz əlli) manat məbləğində pul icra məmuru tərəfindən qətnamənin icrası zamanı ödənilmiş məbləğ olaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddianı qəbul etməsi əsasında 24 may 2023-cü il tarixli, 700 nömrəli maliyyə arayışı əsas götürülməli, nəticədə, iddia tələbi təmin olunmalıdır. Qeyd edilənlərdən əlavə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iş üzrə tərəflər arasında 27 sentyabr 2021-ci il tarixli, KT2709/02 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Belə ki, həmin Məcəllənin: 269.1-ci maddəsinə əsasən Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən Girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 307.6-cı maddəsinə əsasən İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Əsas öhdəliyin xitamı, o cümlədən etibarsızlığı ipoteka müqaviləsinin də xitamına səbəb olduğu halda, sonuncunun xitamı heç bir halda əsas öhdəliyin xitamına gətirib çıxarmır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. 4.1.1-ci və 4.1.2-ci maddələrinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər də daxil edilməklə tam həcmdə təmin edilir. 4.1 və 4.1.4-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.5-ci maddəsinə əsasən İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İddia tələbinin “tutmanın ilkin satış qiyməti 22 100 (iyirmi iki min yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********10-10301 reyestr nömrəli Naxçıvan MR Şərur rayon Çomaxtur kənində 0.101 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsinə dair” hissədə məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlamışlar. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, mülkiyyət hüququ Cavabdeh1 məxsus **********10-10301 reyestr nömrəli Naxçıvan MR Şərur rayon Çomaxtur kəndində 0.101 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən 22100 manat 00 qəpik manat məbləğində müəyyən edilmişdir. Məhkəmə müəyyən edilən hallar əsasında işin obyektivliyini təmin etmək məqsədilə xx.xx.2024-cü il tarixdə ipoteka predmeti olan əmlakın qiymətləndirilməsinə dair ekspertiza təyin edərək real bazar və likvid qiymətlərinin ayrı-ayrılıqda müəyyən edilməsi məqsədilə əmlakın qiymətləndirilməsinə dair ekspert qarşısında müvafiq suallar qoymuşdur. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinin xx.xx.2024-cü il tarixli, ********** nömrəli qiymətləndirmə hesabatından görünür ki, mülkiyyət hüququ Cavabdeh1 məxsus olan Naxçıvan MR Şərur rayon Çomaxtur kəndində 0.101 ha torpaq sahəsində yerləşən **********10-10301 reyestr nömrəli fərdi yaşayış evinin likvid qiyməti 22700 (iyirmi iki min yeddi yüz) manat müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, sözügedən hesabata əsasən Cavabdeh1 məxsus Naxçıvan MR Şərur rayon Çomaxtur kəndində 0.101 ha torpaq sahəsində yerləşən **********10-10301 reyestr nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 22700 (iyirmi iki min yeddi yüz) manat məbləğində əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi əsaslı olduğundan tam təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1% olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 8264.88 (səkkiz min iki yüz altmış dörd manat səksən səkkiz qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 30 manat + 72 manat 65 qəpik = 102,65 (bir yüz iki manat altmış beş qəpik) manat olaraq müəyyən edilir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Beləliklə, X6 İştirak Edilməməsi barədə 07 aprel 2023-cü il tarixli, N-362 saylı arayışdan məlum olur ki, 07 aprel 2023-cü il tarixdə keçirilən İMS-də Naxçıvanbank ASC-nin nümayəndəsi X11 iştirak etmiş, iddiaçı Naxçıvanbank ASC-nin nümayəndəsi tərəfindən 100 (bir yüz) manat məbləğində mediasiya xərci ödənildiyindən, nəticə olaraq iddiaçı çəkdiyi xərc həddində, yəni 102,65 (bir yüz iki manat altmış beş qəpik) manat məblğində dövlət rüsumunun 100 (bir yüz) manat hissəsindən azad olmuş, İddiaçının azad edilmədiyi 2,65 (iki manat altmış beş qəpik) manat dövlət rüsumunun 0,01 (bir qəpik) manat əksik olmaqla 2,64 (iki manat altmış dörd qəpik) manat məbləğində ödənildiyi iş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tam təmin olunduğundan iddiaçının ödəməkdən azad edildiyi 100 (bir yüz) manat və kəsr ödənilmiş 0,01 (bir qəpik) manat cavabdeh (əsas borclu) Cavabdeh2 alınaraq dövlət gəlirlərinə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 2,64 (iki manat altmış dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə” müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X6 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X6 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırki tələb üzrə cavabdeh üzrsüz səbəbdən X6 iştirak etmədiyindən və X9 keçirilməsi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərci Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Bundan əlavə Məhkəmə iddiaçı tərəfindən tələb edilən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat qırx beş qəpik) manata münasibət bildirərkən iş materiallarındakı qəbzlərdə olan ödəmələrdə 15 manat və 30 manatın ödənildiyi öz əksini tapdığından məhkəmə tələb edilən 46.45 (qırx altı manat qırx beş qəpik) manatın deyil də 15+30=45 (qırx beş) manatın təmin edilməsi qənaətindədir. Bundan əlavə 17 oktyabr 2024-cü il tarixli, 1119 nömrəli məhkəmə ekspertizası rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddia tam təmin olunduğundan Cavabdeh2 alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X16 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu:2, Büdcə təsnifatının kodu: 142330) ödənilməlidir. Məhkəmənin 18 yanvar 2024-cü il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş ipoteka predmetinin qiymətləndirilməsinə dair məhkəmə qiymətləndirmə ekspertizasının nəticəsi olaraq 21 fevral 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Xidmətinin 15 fevral 2024-cü il tarixli, 03 nömrəli məktubuna münasibətdə qeyd edir ki, əmlakın qiymətləndirilməsinə görə müəyyən olunmuş 120 manat məbləğində xidmət haqqı iddia tam təmin olunduğundan Cavabdeh2 alınıb X16 MR idarəsində olan hesabına (kodu: 502906, VÖEN: **********, MÜXBİR Hesabı: AZ88NABZ ********************, SWİFT BİK: NABZAZ2C, alan müştəri: Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi, hesab: AZ21NABZ1********************, VÖEN: **********) ödənilməlidir. Nəticədə, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh2 24 may 2023-ci il tarixə olan əsas borc üzrə 7 929.69 (yeddi min doqquz yüz iyirmi doqquz manat 69 qəpik) manat, faiz borcu üzrə 335.19 (üç yüz otuz beş manat 19 qəpik) manat olmaqla, ümumilikdə 8264.88 (səkkiz min iki yüz altmış dörd manat 88 qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilməli, Cavabdeh2 tərəfindən borcun yarandığı-xx.xx.2023-cü il tarixdən sonra 16 iyun 2023-cü il tarixdə ödənilmiş 150 (bir yüz əlli) manat və 26 sentyabr 2023-cü il tarixdə ödənilmiş 100 (bir yüz) manat olmaqla ümumilikdə 250 (iki yüz əlli) manat qətnamə icra edilən zaman icra məmuru tərəfindən ödənilmiş məbləğ olaraq nəzərə alınmalı, iddiaçının ödəməkdən azad edildiyi 100 (bir yüz) manat və kəsr ödənilmiş 0,01 (bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh2 alınaraq dövlət gəlirlərinə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 2,64 (iki manat altmış dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı ASC-yə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərci Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməli, “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə 45 (qırx beş) manat məbləğində xidmət haqqı Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməli, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddia tam təmin olunduğundan Cavabdeh2 alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X16 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu:2, Büdcə təsnifatının kodu: 142330) ödənilməli, əmlakın qiymətləndirilməsinə görə müəyyən olunmuş 120 manat məbləğində xidmət haqqı iddia tam təmin olunduğundan Cavabdeh2 alınıb X16 MR idarəsində olan hesabına (kodu: 502906, VÖEN: **********, MÜXBİR Hesabı: AZ88NABZ ********************, SWİFT BİK: NABZAZ2C, alan müştəri: Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi, hesab: AZ21NABZ1********************, VÖEN: **********) ödənilməli, yuxarıda qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh1 hüquqi varisləri olan Cavabdeh2, X10 və X2 məxsus Naxçıvan MR Şərur rayon Çomaxtur kənində 0.101 ha torpaq sahəsində yerləşən **********10-10301 reyestr nömrəli fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış qiyməti 22700 (iyirmi iki min yeddi yüz) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh2 İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, artıq qalan məbləğ, ipoteka predmeti olan əmlakın mülkiyyətçisinin hüquqi varisləri: Cavabdeh2, X8 və X2 (müştərək qaydada) qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi əsaslı olduğundan təmin edilsin. Cavabdeh2 (FİN: xxxxxxx; Ş/V Seriya nömrəsi: AA6306329) 24 may 2023-ci il tarixə olan əsas borc üzrə 7 929.69 (yeddi min doqquz yüz iyirmi doqquz manat 69 qəpik) manat, faiz borcu üzrə 335.19 (üç yüz otuz beş manat 19 qəpik) manat olmaqla, ümumilikdə 8264.88 (səkkiz min iki yüz altmış dörd manat 88 qəpik) manat alınıb İddiaçı ASC-yə (VÖEN:**********) ödənilsin. Borcun yarandığı xx.xx.2023-cü il tarixdən sonra Cavabdeh2 tərəfindən 16 iyun 2023-cü il tarixdə ödənilmiş 150 (bir yüz əlli) manat və 26 sentyabr 2023-cü il tarixdə ödənilmiş 100 (bir yüz) manat, ümumilikdə, 250 (iki yüz əlli) manat qətnamə icra edilən zaman icra məmuru tərəfindən ödənilmiş məbləğ olaraq nəzərə alınsın. İddiaçının ödəməkdən azad edildiyi 100 (bir yüz) manat və kəsr ödənilmiş 0,01 (bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh2 alınaraq dövlət gəlirlərinə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 2,64 (iki manat altmış dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh2 100 (bir yüz) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə 45 (qırx beş) manat məbləğində xidmət haqqı Cavabdeh2 tutularaq İddiaçı ASCyə ödənilsin. Ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddia tam təmin olunduğundan Cavabdeh2 alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X16 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu:2, Büdcə təsnifatının kodu: 142330) ödənilsin. Əmlakın qiymətləndirilməsinə görə müəyyən olunmuş 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqı iddia tam təmin olunduğundan Cavabdeh2 alınıb X16 MR idarəsində olan hesabına (kodu: 502906, VÖEN: **********, MÜXBİR Hesabı: AZ88NABZ ********************, SWİFT BİK: NABZAZ2C, alan müştəri: Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi, hesab: AZ21NABZ1********************, VÖEN: **********) ödənilsin. Yuxarıda qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh1 hüquqi varisləri olan Cavabdeh2 (FİN: xxxxxxx; Ş/V Seriya nömrəsi: AA6306329), X10 (FİN: 5Y37QUZ, Ş/V Seriya nömrəsi: AA6764488) və X2 (FİN: 4SNMZNG, Ş/V Seriya nömrəsi: AA2546959) məxsus Naxçıvan MR Şərur rayon Çomaxtur kəndində, 0.101 ha torpaq sahəsində yerləşən **********10-10301 reyestr nömrəli fərdi yaşayış evinə yönəldilsin. Naxçıvan MR Şərur rayon Çomaxtur kənində 0.101 ha torpaq sahəsində yerləşən **********10-10301 reyestr nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 22700 (iyirmi iki min yeddi yüz) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh2 İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ, ipoteka predmeti olan əmlakın mülkiyyətçisinin hüquqi varisləri: Cavabdeh2, X8 və X2 (müştərək qaydada) qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №e-2-2(123)-2/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-2/2025
07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver