Məhkəmə qərarları › İş №e-2-2(123)-20/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-20/2025

18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-20/2025 18.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi barədə kommersiya mübahisəsinə məhkəmə baxış iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı QSC-ti 14 oktyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 005R********** saylı kredit razılaşması üzrə 16852.21 manat məbləğində kredit borcu, 2131.59 manat məbləğində faiz borcu və 1108.85 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 20092 (iyirmi min doxsan iki) manat 65 (altmış beş) qəpik məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 150.28 manat məbləğində dövlət rüsumunun tutulması, tələbin Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 29.6 ümumi sahədən ibarət xüsusi mülkiyyətli 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və ümumilikdə cəmi 20092 (iyirmi min doxsan iki) manat 65 (altmış beş) qəpik məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 150.28 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsini, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 ümumi müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-557/2024 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. İş üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının nümayəndələri Nümayəndə2, Nümayəndə1 həmçinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. İddiaçının qanuni təmsilçisi David Tsiklauri xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada iş üzrə icraata xitam verilməsi və ondan doğan tələblər barədə ərizə göndərmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndələrinin və cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. İş üzrə 20 noyabr 2024-cü il tarixdə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilmiş, ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, keçirilən ekspertizanın nəticəsi olaraq 24 yanvar 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə 22 yanvar 2025-ci il tarixli, 1545 saylı ekspert rəyi daxil olmuşdur. X2 Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-20/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, eksperizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmiş, keçirilən ekspertizanın nəticəsi olaraq 20 may 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə poçt vasitəsilə ekspert rəyi daxil olmuşdur. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 18 iyun 2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq icraatda iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yöriəldilməsi tələbinə dair e-2-2(123)-20/2025 saylı kommersiya işinin olduğunu, Mülki Prosessual Məcəllənin 114.1-c maddəsinə əsasən Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa və ya baxılmamış saxlanılarsa və s. ödənilmiş dövlət rüsumunun geri qaytarıldığını, qeyd edilənləri nəzərə alaraq ödənilmiş 150.28 manat məbləğindəki dövlət rüsumunun və Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən qeyd edilən kommersiya işinin baxılmamış saxlanılıb geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş, iş üzrə təyin edilmiş 02 iyul 2025-ci il tarixli məhkəmə baxış iclasında məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarına əsasən iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş məhkəmə baxışı mərhələsində olduğundan, ərizənin baxılmamış saxlanılması üçün cavabdehlərin razılığının ifadə olunduğu müvafiq sənədin məhkəməyə təqdim edilməli olduğu bildirilmişdir. Həmçinin İddiaçı QSC-nin qanuni təmsilçisi David Tsiklauri 17 iyul 2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq cavabdeh tərəfindən könüllü surətdə keçən müddət ərzində iddia tələbinin təmin edildiyi və banka olan borcun ödənildiyini, ona görə də iddia tələbindən imtina etdiklərini və iddiadan imtinanın nəticələrinin onlara aydın olduğunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina edə biləcəyini, iddiadan imtina etmənin yazılı formada ifadə edilməli olduğunu, həmin Məcəllənin 191.1ci maddəsinin məzmunundan göründüyü kimi, iddiadan imtina etmənin, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalı olduğunu, odur ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetina yönəldilməsi tələbinə dair e-2-2(123)-20/2025 nömrəli kommersiya işi üzrə iddiadan imtinanı qəbul edərək iş üzrə icraata xitam verilməsi, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsi, həmçinin ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtinanın məhkəmə tərəfindən qəbul edilməsi və iş üzrə icraata xitam verilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4 ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmçinin məhkəmə hesab edir ki, cavabdeh öz üzərinə düşən öhdəliyi lazımi qaydada və tam şəkildə icra etməklə iddia tələbini tam qəbul etdiyini, etdiyi ödəmələrlə təsdiq etdiyindən Məhkəmə, məhkəmə xərclərinin cavabdehlərə aid edilməsini qanunamüvafiq sayır və məhkəmənin 20 noyabr 2024-cü il tarixli, e-2-2(123)-557/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərci və məhkəmənin 11 fevral 2025-ci il tarixli, e-2-2(123)- 20/2025 saylı qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 300 (üç yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq aidiyyəti hesablara ödənilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə İddiaçı QSC iddiadan yazılı qaydada ərizəsilə imtina etdiyindən iş üzrə icraata xitam verilməli, İddiaçı QSC tərəfindən xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** nömrəli qəbz ilə ödənilmiş 146,10 (bir yüz qırx altı manat 10 qəpik) məbləğində dövlət rüsumu iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən qaytarılmalı, məhkəmənin 20 noyabr 2024-cü il tarixli, e-2-2(123)-557/2024 saylı qərardadı ilə iş üzrə təyin edilmiş məhkəməmühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X3 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməli, məhkəmənin 11 fevral 2025-ci il tarixli, e-2-2(123)-20/2025 saylı qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 300 (üç yüz) manat məbləğində ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 alınaraq "xxxx" MMC-nin (hesab:AZ33İBAZ********************, VÖEN **********) "xxxx" ASC-nin Yasamal Filialındakı hesabına (KOD: 805562, VÖEN: **********, Müxbir hesabı: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-ci, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı QSC tərəfindən xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** nömrəli qəbz ilə ödənilmiş 146,10 (bir yüz qırx altı manat 10 qəpik) məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən iddiaçıya qaytarılsın. Məhkəmənin 20 noyabr 2024-cü il tarixli, e-2-2(123)-557/2024 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X3 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin Məhkəmənin 11 fevral 2025-ci il tarixli, e-2-2(123)-20/2025 saylı qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 300 (üç yüz) manat məbləğində ekspertiza xərci cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin (hesab:AZ33İBAZ********************, VÖEN **********) "xxxx" ASC-nin Yasamal Filialındakı hesabına (KOD: 805562, VÖEN: **********, Müxbir hesabı: AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X) ödənilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar