Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-21/2024 26.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmə hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və onun nümayəndəsi Nümayəndə 11 iyul 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 22 oktyabr 2020-ci il tarixli, 2210/01/SİF saylı kredit müqaviləsi üzrə 07 iyul 2023-cü il tarixə 7 662.57 (yeddi min altı yüz altmış iki manat 57 qəpik) manat əsas borc, 27.66 (iyirmi yeddi manat 66 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7 690.23 (yeddi min altı yüz doxsan manat 23 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 44 000 (qırx dörd min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2010-cu il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********16-10301 reyestr nömrəli Naxçıvan şəhər, Bulqan kəndində 0.1001 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi barədə Qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-127/2023 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmiş, 07 avqust 2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 205 nömrə ilə qeyd edilmiş, AZ-İİ seriyalı, 296528 saylı ölüm haqqında şəhadətnaməni məhkəməyə təqdim edərək digər Cavabdeh1 xx.xx.2023-cü il tarixdə öldüyünü və onun hüquqi varisinin müəyyən edilmədiyini bildirərək iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş etdiyindən məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-127/2023 saylı qərardadı ilə iş üzrə icraat Cavabdeh1 vərəsəsi təyin edilənədək dayandırılmış, 15 aprel 2024-cü il tarixdə iddiaçı "xxxx" ASC tərəfindən elektron qaydada məhkəməyə ünvanlanmış ərizə əsasında məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(123)-21/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, o cümlədən, Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Qanunvericiliyinə uyğun olaraq iddiaçının nümayəndəsinin, o cümlədən, Cavabdeh2 iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. 15 aprel 2024-cü il tarixdə iddiaçı "xxxx" ASC tərəfindən elektron qaydada məhkəməyə ərizə ünvanlanmış, həmin ərizədə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair ərizəsinin Naxçıvan MR Kommersiya Məhkəməsində e-2-2(123)-21/2024 saylı mülki iş üzrə baxılması üçün qəbul edildiyi, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən "xxxx" ASC-nin xeyrinə öhdəlik tam icra edildiyindən Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən icraata xitam verilməsinin məhkəmədən xahiş edildiyi bildirilmişdir. Belə ki, iddiaçı tərəf ərizəsində öhdəliyin icra olunduğunu və icraata xitam verilməsini məhkəmədən xahiş etdiyindən məhkəmə bu halı nəzərə alaraq qanunverciliyə uyğun olaraq iş üzrə icraata xitam verilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, 11 iyul 2023-cü il tarixli iddia ərizəsinin “Xahiş etdi” hissəsində göstərilən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsinə dair tələb 15 aprel 2024-cü il tarixli iş üzrə icraata xitam verilməsi barədə ərizədə öz əksini tapmadığından, o cümlədən, ərizədə sadəcə olaraq öhdəlik tam icra edildiyindən işə xitam verilməli olduğu bildirildiyindən, məhkəmə iddiaçı tərəfindən ödənilmiş xərclərin cavabdehdən alınıb iddiaçıya qaytarılması məsələsinə toxunmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-21/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-21/2024
26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver