Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-21/2025 07.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X7 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili-nümayəndəsi Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi Nümayəndə1, cavabdeh Naxçıvan Muxtar Respublikasının X3 X17 nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları X1rşı Şahbuz şəhəri 28 may küçəsində yerləşən soyuducu anbar barədə İddiaçı ilə “Naxçıvan X2 Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 29 iyun 2018-ci il tarixli 01/a nömrəli müqavilənin etibarsız hesab olunması və bunun əsasında verilmiş qeydiyyatın ləğvi, soyuducu anbarın qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı vəkili-nümayəndəsi Vəkil 18 oktyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şahbuz şəhəri 28 may küçəsində yerləşən soyuducu anbar barədə İddiaçı ilə “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları və Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 29 iyun 2018-ci il tarixli 01/a nömrəli müqavilənin etibarsız hesab olunması və bunun əsasında verilmiş qeydiyyatın ləğvi, soyuducu anbarın qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində Şahbuz şəhərində yerləşən soyuducu anbarın onun mülkiyyətində olduğunu, həmin anbarın avadanlıqlarının alınması üçün "Bank of Azerbaijan” ASC-dən 90000 (doxsan min) manat pul vəsaiti götürdüyünü, Naxçıvan Muxtar Respublikasının X6 13 yanvar 2017-ci il tarixli, 04 nömrəli məktubunda onun Fonda olan 90000 (doxsan min) manat borcunun tam ödənilməsinin qeyd edildiyini, 6482 (altı min dörd yüz səksən iki) manat faiz borcunun Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisad Məhkəməsinin qərarı ilə silindiyini, 46340 (qırx altı min üç yüz qırx) manat pul vəsaitinin Naxçıvan Muxtar Respublikasının X8 artıq ödənildiyini, artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması üçün Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə 10 yanvar 2023-cü il tarixdə göndərdiyi məktuba indiyədək heç bir cavabın verilmədiyini, X6 Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tərkib hissəsi olduğunu, bundan başqa soyuducu anbar 28 yanvar 2019-cu il tarixdə 000460 nömrəli qeydlə "xxxx" MMC-nin adına qanunsuz olaraq pasportlaşdırıldığını, belə ki, 29 iyun 2018-ci il tarixdə həmin soyuducu anbarın 01/a nömrəli müqavilə əsasında həmin dövrdə işləyən vəzifədə olan şəxslərin, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri Fazil Ələkbərovun və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Famil Seyidovun təzyiqi ilə zorla 51814.10 (əlli bir min səkkiz yüz on dörd manat on qəpik) manata Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin rəyi əsasında "xxxx" MMC tərəfindən satın alındığını, satış pulunun isə İddiaçı verilmədiyini, qeyd olunan vəzifəli şəxslər tərəfindən mənimsənildiyini, halbuki, həmin zaman obyektin ipotekada olduğunu, həmin obyektin ipotekada ola-ola özgəninkiləşdirilə bilməyəcəyini, satışa görə ödəniləcək pul vəsaitinin 04 aprel 2019-cu il tarixdə, yəni müqavilədən on ay sonra köçürüldüyünü, müqavilənin notarial qaydada təsdiq olunmalı olduğu halda buna riayət edilmədiyini, həmçinin 2008-2016-cı il tarixlərdə ondan cəmi 139822 (yüz otuz doqquz min səkkiz yüz iyirmi iki) manat pul vəsaitinin alındığını, həmin pulun 46340 (qırx altı min üç yüz qırx) manatının ondan təzyiq edilərək alındığını, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə ünvanladığı ərizəsində artıq ödənilmiş pul vəsaitinin 52 678 (əlli iki min altı yüz yetmiş səkkiz) manat qeyd olunduğunu, həmin rəqəmin 6482 (altı min dörd yüz səksən iki) manatının faiz borcu təşkil etdiyini, həmin məbləğin məhkəmənin qərarı ilə silindiyini, ”Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 14 oktyabr 2021-ci il tarixli, 84-Vİ FR nömrəli Fərmanı əsasında “Naxçıvan Muxtar Respublikasının X3” X17 yaradıldığını, haliyyədə mövcud tələb üzrə cavabdehliyin həmin təşkilatın daşıdığını, alqı-satqı zamanı zəruri olan sənədlərin siyahısının 1) Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 2) Əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi arayış; 3) Mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnaməsi; 4) Daşınmaz əmlakın satılmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı; 5) Yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşma çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığından ibarət olduğunu qeyd etməklə əsaslandırmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-ci, 339-cu, 340-cı, 567-ci və 568-ci maddələrinə istinad etmişdir. 06 dekabr 2024-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia ərizəsinin xahiş etdi hissəsində texniki səhvlik olduğunu bildirərək “29 iyun 2028-ci il tarixli 01/a nömrəli” müqavilənin “29 iyun 2018-ci il tarixli, 01/a nömrəli” müqavilə olaraq nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə yerində müşavirə edib iddia ərizəsinin xahiş etdi hissəsində qeyd olunmuş 29 iyun 2028-ci il tarixli, 01/a nömrəli” müqavilənin tarixini texniki səhvlik kimi qiymətləndirilərək, tələbin həmin hissəsi Şahbuz şəhəri 28 may küçəsində yerləşən soyuducu anbar barədə İddiaçı ilə “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları və Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 29 iyun 2018-ci il tarixli 01/a nömrəli müqavilənin etibarsız hesab olunması” kimi oxunmasını qərar vermişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 05 dekabr 2024-cü il tarixdə məhkəməyə etiraz daxil olmuş, həmin etirazda iddiaçının vəkili və nümayəndəsinin ərizəsinə əsasən 29 iyun 2018-ci il tarixdə soyuducu anbarın 01/a nömrəli müqavilə əsasında həmin dövrdə işləyən vəzifədə olan şəxslərin təzyiqi ilə zorla 51814.10 (əlli bir min səkkiz yüz on dörd manat on qəpik) manata Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin rəyi əsasında "Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” MMC tərəfindən satın alındığının və satış pulunun isə İddiaçı verilmədiyinin, vəzifəli şəxslər tərəfindən mənimsənildiyinin qeyd olunduğunu, eyni zamanda vətəndaş həmin obyektin ipotekada olduğunu və ipotekada ola-ola özgəninkiləşdirilə bilməyəcəyini qeyd etdiyini, Naxçıvan Muxtar Respublikası daşınmaz əmlakın qiymətləndirilməsinə dair 17 yanvar 2018-ci il tarixli, 07 nömrəli rəyə əsasən Naxçıvan Muxtar Respublikası, ünvan 2ndə yerləşən, İddiaçı mülkiyyətində olan soyuducu anbara mühəndis-qiymətləndiricilər tərəfindən yerində baxış keçirildiyini və soyuducu anbarın dəyərinin 51814,10 (əlli bir min səkkiz yüz on dörd manat, on qepik) olduğunun müəyyən edildiyini, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 22 fevral 2018-ci il tarixli, 15s saylı Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikası X6 vəsaiti hesabına meyvə və tərəvəz məhsullarının saxlanılması məqsədi ilə fiziki şəxs X4 tərəfindən Kəngərli rayonunun Yurdçu kəndində, fiziki şəxs X5 tərəfındən Sədərək rayonunun Qaraağac kəndində və fiziki şəxs İddiaçı tərəfindən ünvan 2ndə qurulmuş ve uzun müddət təyinatı üzrə istifadə edilməyən soyuducu anbarların Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin qiymətləndirilməsi əsasında geri alınmasının nəzərdə tutulduğunu, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 22 fevral 2018-ci il tarixli, 15s saylı Sərəncamının icrası istiqamətində, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 12 aprel 2018-ci il tarixli, 59 nömrəli əmri əsasında aidiyyəti dövlət orqanlarının iştiraki ilə İşçi Qrupunun yaradıldığını, İşçi qrupunun tərtib etdiyi 29 iyun 2018-ci il tarixli aktda soyuducu anbarın sahibkarı İddiaçı Nazirlər Kabinetinin sərəncamına əsasən sahibkarı olduğu soyuducu anbarın dövlət ehtiyacları üçün geri verilməsi ilə könüllü razılaşdığının qeyd olunduğunu, nəticədə "Naxçıvan Meyvə- Tərəvəz Məhsulları” MMC ilə Naxçıvan Muxtar Respublikası, ünvan 2ndə qurulmuş soyuducu anbarın sahibkarı fiziki şəxs İddiaçı arasında 29 iyun 2018-ci il tarixli, 01/a nömrəli alqı-satqı müqaviləsinin bağlandığını, müqaviləyə əsasən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 22 fevral 2018-ci il tarixli, 15s saylı Sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikası X6 vəsaiti hesabına qurulmuş və uzun müddət təyinatı üzrə istifadə edilməyən soyuducu anbarın dövlət ehtiyacları üçün geri alınması istiqamətində Qanunvericiliyə müvafiq olaraq könüllü satışının həyata keçirildiyini və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin 17 yanvar 2018-ci il tarixli, 07 nömrəli qiymətləndirilmə rəyinə əsasən dəyəri 51814,10 (əlli bir min səkkiz yüz on dörd manat, on qəpik) manat təşkil etməklə, məbləğin bir il müddətinə İddiaçı ödənilməsinin nəzərdə tutulduğunu, əmlakın dəyərinin 04 aprel 2019-cu il tarixində 57 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı bank hesabına ödənildiyini, lakin İddiaçı vəkili və nümayəndəsinin yazdığı iddia ərizəsində pulun əvvəlcə vəzifəli şəxslər tərəfindən mənimsənildiyini, daha sonra isə həmin pulun 10 ay sonra yəni, gecikdirilərək ona verildiyini qeyd etdiyini, halbuki, tərəflər arasında bağlanılmış 29 iyun 2018-ci il tarixli, 01/a nömrəli alqı-satqı müqaviləsinin 1-ci hissəsində əmlakın dəyərinin 1 (bir) il müddətinə ödənilməsinin nəzərdə tutulduğunun qeyd olunduğunu, yəni ərizədə qeyd olunduğu kimi əmlakın dəyərinin gecikdirilməsi prosesinin həyata keçirilmədiyini, bu isə İddiaçı vəkili və nümayəndəsinin məsələyə necə qərəzli yanaşdığını bildirdiyini, həmçinin, İddiaçı vəkili və nümayəndəsinin yazdığı iddia ərizəsində qeyd olunan obyektin ipoteka yüklü olduğu və bu halda onun özgəninkiləşdirilə bilməyəcəyini qeyd etdiyini, halbuki, İddiaçı Şahbuz rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 22 fevral 2018-ci il tarixli, 15s saylı Sərəncamına uyğun olaraq dövlət ehtiyacları üçün geri alınmış ünvan 2ndə yerləşən ona məxsus olan soyuducu anbarla və yaşayış evi ilə bağlı ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul edilməsinin məhkəmədən xahiş etdiyini, Şahbuz rayon Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 2(090)-297/2018 nömrəli Qətnaməsinə əsasən, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı ******* nömrəli 13 may 2009-cu il tarixdə qeydiyyata alınmış hüquqların X9 daşınmaz əmlakın dövlət reyestrinden çıxarışa əsasən Naxçıvan Muxtar Respublikası, ünvan 2ndə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 6/1 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmış Naxçıvan Muxtar Respublikası, ünvan 2ndə istifadədə olan 0.044 ha torpaq sahəsində yerləşən _nömrəli, 4 girişli, 188.78 kvadrat metr ümumi, 188.78 kvadrat metr əsas, _kvadrat metr köməkçi sahədən ibarət İ mərtəbəli qeyri-yaşayış binasının (Soyuducu kamera) (reyestr NQ**********706301, qeydiyyat nömrəsi 120900242, seriya nömrəsi 0012359) üzərində ipotekanın dövlət qeydiyyatı ləğv olunmaqla obyektin yüklülükdən azad edildiyini, bundan sonra yüklülükdən azad olunan qeyri-yaşayış sahəsinin "Naxçıvan Meyvə-Tərəvəz Mehsulları” MMC-nin adına rəsmiləşdirilməsinin həyata keçirildiyini, həmçinin iddiaçının vəkili və nümayəndəsinin iddia ərizəsində Naxçıvan Muxtar Respublikasının X8 46340 (qırx altı min üç yüz qırx) manat artıq pul vəsaitinin ödənildiyini qeyd etdiyini, iddia ərizəsində qeyd olunan məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının X11 ilə müvəkkil kredit təşkilatı "Bank of Azerbaijan” ASC arasında bağlanmış kredit xəttləri üzrə Fondun vəsaitlərinin istifadə edilməsi şərtləri haqqında müqaviləyə əsasən fiziki şəxs İddiaçı soyuducu anbarın qurulması məqsədilə 2009-cu ildə güzəştli şərtlərlə 90.000 (doxsan min) manat kredit verildiyinin bildirdiyini, kredit vəsaitindən bank tərəfindən Fondun hesabına əsas borcdan 22.600 (iyirmi iki min altı yüz) manat, ləğvetmədən sonra isa sahibkar tərəfindan birbaşa olaraq 52.678 (əlli iki min altı yüz səkkiz) manat həcmində vəsaitin daxil olduğunu, İddiaçı tərəfindən banka ödənilmiş 14.722 (on dörd min yeddi yüz iyirmi iki) manat vəsaitin isə Fondun hesabına ödənilmədiyini, əlavə olaraq, iddiaçının Fonda artıq məbləğ ödənilməsi ilə bağlı iddiasına cavab olaraq İddiaçı tərəfindən əsas və faiz borcu üzrə Fonda heç bir artıq məbləğin ödənilmədiyini, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, e-2-2(123)561/2024 nömrəli işi üzrə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 29 iyun 2018-ci il tarixli, 01/a nömrəli müqavilənin etibarsız hesab olunması və bunun əsasında verilmiş qeydiyyatın ləğvi, soyuducu anbarın qaytarılması tələbi istiqamətində cavabdeh qismində heç bir öhdəlik daşımadığını bildirdiyini qeyd etmiş, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, e-2-2(123)-561/2024 nömrəli iş üzrə İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları X1rşı Şahbuz şəhəri 28 may küçəsində yerləşən soyuducu anbar barədə İddiaçı ilə "Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 29 iyun 2018-ci il tarixli, 01/a nömrəli müqavilənin etibarsız hesab olunması və bunun əsasında verilmiş qeydiyyatın ləğvi, soyuducu anbarın qaytarılması” tələbi tamamilə əsassız olduğundan iddianın təmin edilməməsi barəda qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 29 dekabr 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlanaraq həmin ərizədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021 ci il tarixli Plenum Qərarına istinad edilmiş, İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları X1rşı Şahbuz şəhəri 28 may küçəsində yerləşən soyuducu anbar barədə İddiaçı ilə “Naxçıvan X2 Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 29 iyun 2018-ci il tarixli, 01/a nömrəli müqavilənin etibarsız hesab olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 il müddətin buraxıldığı, bu müddət keçdiyi üçün iddiaçının alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi hüququnun itirildiyi, İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları X1rşı Şahbuz şəhəri 28 may küçəsində yerləşən soyuducu anbar barədə İddiaçı ilə “Naxçıvan X2 Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 29 iyun 2018-ci il tarixli, 01/a nömrəli müqavilənin etibarsız hesab olunması və bunun əsasında verilmiş qeydiyyatın ləğvi, soyuducu anbarın qaytarılması tələbi” üzrə qanunvericilikdə nəzərdə tutulmuş müddət buraxıldığından iddanın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil 06 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddianı müdafiə etdiyini, İddiaçı 139822 manat vəsaitin alınmasının rəsmi sənədlərlə təsdiq olunduğunu, müqavilə bağlanan zaman əmlakın ipotekada olduğunu, əmlak ipotekada ola-ola alqı-satqı müqaviləsinin bağlanıldığını, digər cəhətdən bu müqavilələrin notarial qaydada təsdiq olunmalı halda, öz aralarında təsdiq olunduğunu, iddia tələblərinin düzgün olduğunu hesab etdiyini, gələcəkdə müqavilə etibarsız hesab olunduğu təqdirdə hər iki tərəfin pulunun geri qaytarılmalı olduğunu 14 yanvar 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Şahbuz şəhəri 28 may küçəsində yerləşən soyuducu anbar barədə İddiaçı ilə "xxxx" MMC arasında 29 iyun 2018-ci il tarixli, 01/a nömrəli müqaviləsinin bağlandığını, Müqavilə əsasında 51000 manat pul vəsaitinin İddiaçı verildiyini, lakin həmin pul vəsaitini almadığını, həmin dövrdə rəhbərliyin təzyiqi altında 300 000 manat dəyərində olan soyuducu anbarın 51814 manata satıldığını, həmin soyuducu anbarın ipoteka ilə yüklü edildiyini, bu müqavilə notarial qaydada təsdiq olunmalı halda təsdiq olunmadığını, İqtisadi İnkişaf Nazirliyinin soyuducu anbar barədə texniki pasport vermək ixtiyarı olmadığını, çünki, alqı satqı ilə bağlı hüquqların dövlət qeydiyyatına alınmalı olduğunu, daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmalı olduğunu, Konstitusiya Məhkəməsinin də bununla bağlı mövqeyi olduğunu, həmin mövqeyə əsasən əqdlərin etibarlılığı və əqdlərin bağlanması zamanı şərtlərə əməl olunmasının tərəflərin iradə ifadəsinin həqiqi olub olmamasının müəyyən olunmalı olduğunu, cavabdeh təşkilatın nümayəndəsinin keçən məhkəmə iclasında izahında bildirdiyindən obyekti onlara verdiklərinin obyekti almaq kimi fikirlərinin olmadığının məlum olduğunu, müqavilənin etibarsız hesab olunmalı və onun əsasında verilmiş texniki pasport ləğv edilərək, soyuducu anbarın geri qaytarılmalı olduğunu qeyd etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi Nümayəndə1 06 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddia ərizəsində qeyd olunan “zorakılıqla əldən alınan” deyilən bir şeyin olmadığını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 22 fevral 2018-ci il tarixli, 15S saylı sərəncamının qəbul olunduğunu və sərəncamda Muxtar Respublikada dövlət hesabına yaradılan və fəaliyyət göstərməyən bir neçə soyuducu anbarların dövlət ehtiyacı üçün geri alınması məsələsinin qoyulduğunu və İqtisadiyyat Nazirliyinə həmin Sərəncamda, sərəncamdan irəli gələn məsələlərin həllinin tapşırıldığını, İqtisadiyyat Nazirliyi tərəfindən torpaqların dövlət ehtiyacına geri götürülməsi haqqında qanunvericiliyə uyğun olaraq işçi qrupunun yaradıldığını və qanuna uyğun tədbirlərin həyata keçirildiyini, İddiaçı məxsus soyuducu anbarın dövlət ehtiyacına götürülməsi ilə bağlı Daşınmaz Əmlakın qiymətləndirilməsinin həyata keçirildiyini və İddiaçı öz razılığı əsasında könüllü alqı-satqıyla bağlı konkret razılıq məktubu göndərdiyini və razılıq məktubu göndərildikdən sonra həmin şəxsin hesabına müəyyən olunmuş vəsait ödənildikdən sonra alqı-satqı müqaviləsinin bağlanıldığını, alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra da həmin əmlak ipotekada olduğu üçün İddiaçı Şahbuz rayon məhkəməsinə özünün şəxsən müraciət etdiyini, həmin əmlakların ipotekdan azad olunması və təhvil-təslim işlərinin aparılması ilə bağlı lazımi tədbirlərin görüldüyünü, tərəfin iddia ərizəsində göstərdiyi məsələlərin öz hüquqi əksini tapmadığını və hər hansı orqana böhtan xarakterli fikirlərin nümayiş olunduğunu, iş materiallarında olan aktda da “könüllü razılaşdım” fikrinin keçdiyini, həmin vəsaitin onun (iddiaçının) Şahbuz rayon kapital bankda olan hesabına köçürüldüyünü, iddianın tamamilə əsassız olduğundan rədd olunmasını məhkəmədən xahiş etmiş, 14 yanvar 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında mübahisə predmeti olan soyuducu anbarın Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 22 fevral 2018-ci il tarixli, 15 S saylı Sərəncamına əsasən X6 vəsaiti hesabına yaradılmış soyuducu anbarların dövlət ehtiyyatına geri götürülməsi sərəncamına uyğun olaraq icra olunduğunu, Sərəncamın icrası istiqamətinin konkret olaraq İqtisadiyyat Nazirliyinə həvalə olunduğunu, İqtisadiyyat Nazirliyi tərəfindən 22 fevral sərəncamın icrası istiqamətində 12 aprel 2018 ci il tarixli 59 nömrəli əmri ilə işçi qrupu yaradıldığını, İşçi qrupun yaradılması ilə torpaqların dövlət ehtiyyatına götürülməsinin qanunvericiliyə uyğun olaraq həyata keçirildiyini, işçi qrupu tərəfindən soyuducu anbarın sahibkarı İddiaçı ilə işçi qrupu tərəfindən görüşüldüyünü, anbarın könüllü surətdə alqı-satqısı ilə bağlı razılıq əldə edildiyini, razılıq əldə edildikdən sonra 29 iyun 2018 ci il tarixli alqı satqı müqaviləsinin imzalandığını və sahibkarın hesabına 51814 manat vəsaitin köçürülməsinin təmin edildiyini, iddiaçının ərizəsində soyuducu anbarın hədə qorxu ilə əlindən alınmasına toxunduğunu, işin materiallarından da hədə qorxu və ya təsir edilmədiyinin göründüyünü, eyni zamanda Azərbaycan Resublikası Mülki Məcəlləsinin 354-cü maddəsində konkret olaraq hər hansı əqd bağlanan zaman zorakılıq hədə qorxuya son qoyulduğu gündən müqavilənin ləğvi ilə bağlı hər hansı addım atıla biləcəyini, həmin məsələnin Azərbaycan Resublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında da konkret olaraq təsdiq olunduğunu, iddia müddəti ötdüyündən iddianın rədd edilməli olduğunu qeyd etmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının X3 X17 nümayəndəsi Nümayəndə2 06 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahında Ehtiyatlar Agentliyi yaranandan sonra onların təhvil aldığını, onların kredit götürüb vəsaiti ödədiklərini, o vəsaiti də onların banka borclu olduqlarını, ona görə də müəssisəni ödənişsiz qaytara bilmədiklərini, qaytarılmış olduğu halda ən azından vəsaitlərinin ödənilməli olduğunu bildirmişdir. İş materiallarında olan: ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Naxçıvan MR, Şahbuz rayonu, ünvan 2ndə istifadədə olan 0.044 ha torpaq sahəsində yerləşən _ nömrəli, 4 girişli, 188.78 kv.m əsas, _ kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (soyuducu kamera) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 6/1 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 22 fevral 2018-ci il tarixli, 15s saylı Sərəncamından görünür ki, həmin sərəncamda Naxçıvan Muxtar Respublikası X6 vəsaiti hesabına meyvə və tərəvəz məhsullarının saxlanılması məqsədi ilə fiziki şəxs X4 tərəfındən Kəngərli rayonunun Yurdçu kəndində, fiziki şəxs X5 tərəfındən Sədərək rayonunun Qaraağac kəndində və fiziki şəxs İddiaçı tərəfindən ünvan 2ndə qurulmuş və uzun müddət təyinatı üzrə istifadə edilməyən soyuducu anbarların Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin qiymətləndirilməsi əsasında geri alınması nəzərdə tutulmuşdur. Naxçıvan Muxtar Respublikası daşınmaz əmlakın qiymətləndirilməsinə dair 17 yanvar 2018-ci il tarixli, 07 nömrəli rəydən görünür ki, Naxçıvan Muxtar Respublikası, ünvan 2ndə yerləşən, İddiaçı mülkiyyətində olan soyuducu anbara mühəndis-qiymətləndiricilər tərəfindən yerində baxış keçirilmiş və soyuducu anbarın dəyərinin 51814,10 (əlli bir min səkkiz yüz on dörd manat, 10 qəpik) manat olduğu müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 12 aprel 2018-ci il tarixli, 59 nömrəli əmrindən görünür ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 22 fevral 2018-ci il tarixli, 15s saylı Sərəncamının icrası təmin etmək məqsədilə İşçi Qrupu yaradılmışdır. İşçi qrupunun tərtib etdiyi xx.xx.2018-ci il tarixli aktdan görünür ki, ünvan 2ndə yerləşən soyuducu anbarın sahibkarı İddiaçı Nazirlər Kabinetinin sərəncamına əsasən sahibkarı olduğu soyuducu anbarın dövlət ehtiyacları üçün geri verilməsi ilə könüllü razılaşmışdır. 29 iyun 2018-ci il tarixli, 01/a nömrəli Alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC (bundan sonra “alıcı”), digər tərəfdən ünvan 2ndə qurulmuş soyuducu anbarın sahibkarı fiziki şəxs İddiaçı (bundan sonra “satıcı”) tərəfindən imzalanmışdır. Həmin müqavilənin: 1-ci bəndindən görünür ki, bu müqavilənin məzmunu “satıcı” tərəfindən Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 22 fevral 2018-ci il tarixli, 15s saylı Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası X6 vəsaiti hesabına qurulmuş və uzun müddət təyinatı üzrə istifadə edilməyən soyuducu anbarların dövlət ehtiyacı üçün geri alınması istiqamətində Qanunvericiliyə müvafiq olaraq könüllü satışının həyata keçirilməsini, “alıcı” tərəfindən dövlət ehtiyacı üçün götürülməsi nəzərdə tutulan soyuducu anbarın Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin qiymətləndirmə rəyinə əsasən dəyərinin (51814,10 manat) bir il müddətində “satıcı”ya ödənilməsini təşkil edir. 2.1-ci bəndindən görünür ki, “satıcı” soyuducu anbarın mülkiyyət və digər hüquqlarını təsdiq edən sənədlərin “alıcı”ya verilməsini öhdəsinə götürür. 2.2-ci bəndindən görünür ki, “satıcı” satışı həyata keçirilən soyuducu anbarın və anbarda mövcud olan avadanlıqların işlək vəziyyətdə “alıcı”ya təhvil verilməsini öhdəsinə götürür. 2.3-cü bəndindən görünür ki, “alıcı” soyuducu anbarın dəyərinin qanunvericiliyə müvafiq olaraq müəyyən edilmiş müddət ərzində “satıcı”nın hesabına ödənilməsini öhdəsinə götürür. Texniki inventarlaşdırma şöbəsinin 28 yanvar 2019-cu il tarixli, 000460 inventar nömrəli müəssisə və obyektin texniki pasportundan görünür ki, ünvan 2 ünvanında yerləşən Soyuducu Anbar "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli, A formatlı 57 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Şahbuz rayonunda alınmış soyuducu anbarın dəyəri olan 51814,10 (əlli bir min səkkiz yüz on dörd manat 10 qəpik) manat İddiaçı bank hesabına ödənilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 daşınmaz əmlakın dövlət reyestrindən məlumatın verilməsi barədə 13 iyun 2024-cü il tarixli, 04/52 nömrəli məktubundan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına ünvan 2ndə 0,0440 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 188,78 kv.m. olan qeyri-yaşayış binası (Soyuducu kamera) Bank of Azərbaycan ASC-nin 12 saylı Naxçıvan filialı ilə 19 may 2009-cu il tarixdə bağlanan 153 nömrəli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmişdir. Şahbuz rayon Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 2(090)-297/2018 nömrəli qətnaməsindən görünür ki, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı, ******* nömrəli, 13 may 2009-cu il tarixdə qeydiyyata alınmış hüquqların X9 daşınmaz əmlakın dövlət reyestrinden çıxarışa əsasən Naxçıvan Muxtar Respublikası, ünvan 2ndə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 6/1 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmış Naxçıvan MR, Şahbuz rayonu, ünvan 2ndə istifadədə olan 0.044 ha torpaq sahəsində yerləşən _ nömrəli, 4 girişli, 188.78 kv.m ümumi, 188.78 kv.m əsas, _ kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (soyuducu kamera) (reyestr №**********7-06301, qeydiyyat nömrəsi 120900242, seriya nömrəsi 0012359) üzərində ipotekanın dövlət qeydiyyatı ləğv olunmaqla ev yüklülükdən azad edilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin daşınmaz əmlakın dövlət reyestrindən məlumatın verilməsi barədə 08 iyul 2024-cü il tarixli, 04/611 nömrəli məktubundan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına ünvan 2ndə 0,044 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 188,78 kv.m. olan qeyri-yaşayış binasına (Soyuducu kamera) 08 may 2009-cu il tarixdə 60 inventar nömrəli texniki pasport verilmiş və qeydiyyata alınmış, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 22 fevral 2018-ci il tarixli 15S nömrəli Sərəncamı əsasında qeyri-yaşayış binası geri alındığından "xxxx" MMC ilə fiziki şəxs İddiaçı arasında bağlanmış 29 iyun 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına aparılmış müvafiq qeydiyyat ləğv edilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin daşınmaz əmlakın dövlət reyestrindən məlumatın verilməsi barədə 22 aprel 2024-cü il tarixli, 709/2024 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 14 oktyabr 2021-ci il tarixli, 84-Vİ FR nömrəli Fərmanı əsasında "xxxx" MMC-nin əsasında “Naxçıvan Muxtar Respublikasının X3” publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında 29 iyun 2018ci il tarixli, 01/a nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçı Musayev X13 Muxtar Respublikası daşınmaz əmlakın qiymətləndirilməsinə dair 17 yanvar 2018-ci il tarixli, 07 nömrəli rəyə əsasən dəyəri 51814,10 (əlli bir min səkkiz yüz on dörd manat, 10 qəpik) manat müəyyən edilmiş mülkiyyətində olan Naxçıvan Muxtar Respublikası, ünvan 2ndə yerləşən soyuducu anbarı "xxxx" MMC-yə vermişdir. "xxxx" MMC tərəfindən alınmış soyuducu anbarın dəyəri olan 51814,10 (əlli bir min səkkiz yüz on dörd manat 10 qəpik) manat xx.xx.2019-cu il tarixli, A formatlı 57 nömrəli ödəniş tapşırığına əsasən İddiaçı bank hesabına ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, tərəflər üzərlərinə düşən öhdəlikləri yerinə yetirmişlər. Lakin bu halların əvvəlki rəhbərlik tərəfindən şəxsi məcbur edərək alınması faktı da göz ardı edilməməli və hamıya bəlli olan halların sübuta ehtiyacı olmadığıda nəzərdə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddiaçı ərizəsində "xxxx" MMC ilə bağlanmış 29 iyun 2018-ci il tarixli 01/a nömrəli müqavilənin etibarsız hesab olunması və bunun əsasında verilmiş qeydiyyatın ləğvi, soyuducu anbarın qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, həmin dövrdə işləyən vəzifədə olan şəxslərin təzyiqi ilə, zorla 29 iyun 2018-ci il tarixli, 01/a nömrəli müqaviləni bağladığını qeyd etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, ünvan 2ndə yerləşən soyuducu anbarın sahibkarı İddiaçı Nazirlər Kabinetinin sərəncamına əsasən sahibkarı olduğu soyuducu anbarın dövlət ehtiyacları üçün geri verilməsi ilə könüllü razılaşmış, imzası ilə həmin aktı təsdiq etmiş və bu sənədlərdə onun məcbur edilməsini təsdiq edən sübutları təqdim edə bilməməsi işin obyektiv halı olaraq qiymətləndirilir. (MPM-nin 82.1-ci maddəs--Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.) Bundan əlavə iddiaçı ərizəsində obyektin ipotekada ola-ola özgəninkiləşdirildiyini, alqı satqı müqaviləsinin bağlandığını bildirsə də bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 22 fevral 2018-ci il tarixli, 15 S saylı Sərəncamına uyğun olaraq dövlət ehtiyacları üçün geri alınmış soyuducu anbarın üzərində ipotekanın dövlət qeydiyyatının ləğv edilməsinə dair” ərizəsi ilə Şahbuz rayon Məhkəməsinə müraciət etmiş, nəticədə Şahbuz rayon Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli, 2(090)- 297/2018 nömrəli qətnaməsi ilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı, ******* nömrəli, 13 may 2009-cu il tarixdə qeydiyyata alınmış hüquqların X9 daşınmaz əmlakın dövlət reyestrinden çıxarışa əsasən Naxçıvan Muxtar Respublikası, ünvan 2ndə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 6/1 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmış Naxçıvan MR, Şahbuz rayonu, ünvan 2ndə istifadədə olan 0.044 ha torpaq sahəsində yerləşən _ nömrəli, 4 girişli, 188.78 kv.m ümumi, 188.78 kv.m əsas, _ kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (soyuducu kamera) (reyestr №**********7-06301, qeydiyyat nömrəsi 120900242, seriya nömrəsi 0012359) üzərində ipotekanın dövlət qeydiyyatı ləğv olunmaqla obyekt yüklülükdən azad edilmişdir. Məhkəmə iddiaçının soyuducu anbarın həmin dövrdə işləyən vəzifədə olan şəxslərin təzyiqi ilə zorla 51814.10 (əlli bir min səkkiz yüz on dörd manat on qəpik) manata Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin rəyi əsasında "xxxx" MMC tərəfindən satın alındığını, nəticə olaraq Şahbuz şəhəri 28 may küçəsində yerləşən soyuducu anbar barədə İddiaçı ilə “Naxçıvan X2 Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 29 iyun 2018-ci il tarixli 01/a nömrəli müqavilənin etibarsız hesab olunması və bunun əsasında verilmiş qeydiyyatın ləğvi, soyuducu anbarın qaytarılması tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021 ci il tarixli Plenum Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu bu nəticəyə gəlir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Belə ki, məhkəmə müəyyən edilmiş işin hallarından bu qənaətə gəlir ki, İddiaçı 29 iyun 2018-ci il tarixli, 01/a nömrəli alqı-satqı müqaviləsi bağlanan zaman həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən və ya əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən 1 il müddətində əqdi mübahisələndirmək hüququnu həyata keçirməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı vəziyyətdə əqdin etibarlı və ya etibarsız sayılmasından əvvəl iddiaçının tələb üzrə subyektiv hüququnun olub-olmadığı aydınlaşdırılmalı olduğundan məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi üzrə qanunvericiliyin ona vermiş oduğu hüquqlardan lazımi müddət daxilində istifadə etməyərək hərəkətsizliyi müşayiət edildiyindən əqdin mübahisələndirilməsi tələbi üzrə subyektiv hüququ itirilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumu 100 manat məbləğində hesablanır. Belə ki, hazırkı iş üzrə iddia ərizəsi qiymətləndirilməyən olduğundan ödənilməli olan dövlət rüsumunun məbləğinin 100 (yüz manat) manat olduğu və iş materiallarında olan qəbzdən iddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənildiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməyəcəyindən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu təmin edilməməklə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalı, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz manat) manat məbləğində dövlət rüsumu təmin edilməməklə İddiaçı özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Dövlət Ehtiyatları X1rşı Şahbuz şəhəri 28 may küçəsində yerləşən soyuducu anbar barədə İddiaçı ilə “Naxçıvan X2 Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 29 iyun 2018-ci il tarixli, 01/a nömrəli müqavilənin etibarsız hesab olunması və bunun əsasında verilmiş qeydiyyatın ləğvi, soyuducu anbarın qaytarılması tələbi barədə iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu təmin edilməməklə İddiaçı özünə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-21/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-21/2025
07.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver