Məhkəmə qərarları › İş №e-2-2(123)-215/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-215/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-215/2025 23.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada kreditin verilməsinə dair razılaşma üzrə borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı ASC-ti 13 may 2025-ci il tarixdə elektron qaydada kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 5130.40 manat məbləğində əsas kredit borcunun, 247.70 manat məbləğində faiz, 26.27 manat məbləğində cərimə borcunun, cəmi 5404.37 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 74.05 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-ti ərizəsində İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli 45171***-*******01L saylı kredit limitinin açılmasına dair razılaşmaya əsasən Cavabdeh1 120 ay müddətinə, illik faiz dərəcəsi 30%-dən artıq olmamaq şərti ilə 100.000 (bir yüz min) manat məbləğində kredit limitinin ayrıldığını, Kredit limitinin açılmasına dair razılaşması üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə xx.xx.2024-cü il tarixli zaminlik müqavilələri bağlandığını və onların kredit limiti üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüklərini, Kredit limitinin açılmasına dair razılaşması üzrə birdəfəlik kreditin verilməsinə dair xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən Bankın Cavabdeh1 illik 24% ilə 24 ay müddətinə xx.xx.2025-ci il tarixinədək 9000 AZN məbləğdə avadanlıq alınması və digər investisiya xərcləri məqsədilə kredit verdiyini, lakin kredit öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 5130.40 manat məbləğində əsas kredit borcu, 247.70 manat məbləğində hesablanmış faiz borcu, 26.27 manat məbləğində penya olmaqla, cəmi 5404.37 manat məbləğində vəsait borcu qaldığını, cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etmələrinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülmədiyini, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etmədiklərini, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində olduqlarını qeyd edərək, tələbini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci, eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 421.2-ci, 443.1-ci, 443.2-ci, 472.1-ci, 472.2-ci, 472.3-cü, 739.3-cü, 743.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-215/2025 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada kreditin verilməsinə dair razılaşma üzrə borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə “bildirişi aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş əsaslandırılmış etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdehlərə bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazlarını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişlər. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli 45171***-*******01L saylı kredit limitinin açılmasına dair razılaşmadan görünür ki, İddiaçı ASC-nin Naxçıvan filialı tərəfindən Cavabdeh1 120 (bir yüz iyirmi) ay müddətinə, illik 30.00 (otuz) % dərəcəsilə 100000.00 (bir yüz min) manat məbləğində kredit limiti ayrılmış, eyni zamanda müştəri bu razılaşmanı imzalamaqla Bankın internet səhifəsində yerləşdirilmiş Kompleks Bank Xidməti müqaviləsini oxuduğunu, sənədin bütün müddəaları və tələbləri ilə razı olduğunu bəyan və təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşmadan görünür ki, İddiaçı ASC-nin Naxçıvan filialı tərəfindən Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə, faktiki olaraq illik 25.6 (iyirmi beş tam onda altı) % dərəcəsilə 9000.00 (doqquz min) manat məbləğində kredit verilmiş, bu razılaşma xx.xx.2023-cü il tarixli, 45171***-*******01L saylı kredit limitinin açılmasına dair razılaşma əsasında rəsmiləşdirilmiş və onun ayrılmaz tərkib hissəsi elan olunmuşdur. xx.xx.2023-cü il tarixli kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşmaya əlavə olunan xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, əsas məbləğ 9000.00 (doqquz min) manat, faiz məbləği 2489.51 (iki min dörd yüz səksən doqquz manat 51 qəpik) manat olmaqla, ümumilikdə 11489.51 (on bir min dörd yüz səksən doqquz manat 51 qəpik) manat məbləğin aylar üzrə müvafiq ödənişlərlə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməsi müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 Banka olan əsas borcu 5130.4 (beş min yüz otuz manat 40 qəpik) manat, faiz borcu 247.7 (iki yüz qırx yeddi manat 70 qəpik) manat, cərimə borcu isə 26.27 (iyirmi altı manat 27 qəpik) manat olmaqla, cəmi borc məbləği 5404.37 (beş min dörd yüz dörd manat 37 qəpik) manat təşkil edir. xx.xx.2023-cü il tarixli, EWRNCA**********052278 saylı kassa məxaric orderindən görünür ki, Cavabdeh1 4577 (dörd min beş yüz yetmiş yeddi) manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli, 45FİZAM137819602 saylı Zaminlik müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən İddiaçı ASC-nin Naxçıvan filialı və digər tərəfdən Cavabdeh3 şəxsində bağlanmışdır. xx.xx.2024-cü il tarixli, 45FİZAM209531101 saylı Zaminlik müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən İddiaçı ASC-nin Naxçıvan filialı və digər tərəfdən Cavabdeh2 şəxsində bağlanmışdır. xx.xx.2024-cü il tarixli, 45FİZAM137819602 saylı və xx.xx.2024-cü il tarixli, 45FİZAM209531101 saylı zaminlik müqavilələrinin: 1.1-ci bəndindən görünür ki, bu müqavilə Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən əsas kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarından irəli gələn öhdəliklərin tamamının icra edilməsi üçün Zaminin Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. 1.2-ci bəndindən görünür ki, əsas öhdəlik və onun məzmunu: Kreditorun rəsmi saytında yerləşdirilmiş Kompleks Bank Xidmətləri müqaviləsininin şərtlərinin Qoşulma razılaşması imzalamaqla qəbul edilməsi ilə Borclu Cavabdeh1 45171***-*******01L saylı xx.xx.2023-cı il tarixli əsas kredit limiti razılaşmasına əsasən 100000.00 (bir yüz min) AZN məbləğində, illik faiz dərəcəsi 30 (otuz) %-dən artıq olmamaq şərti ilə, 120 (bir yüz iyirmi) ay müddətinə (xx.xx.2033-ci il tarixinədək) açılmış kredit limitidir. 2.1-ci bəndindən görünür ki, Zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. 2.2-ci bəndindən görünür ki, Borclu Kreditor qarşısında olan öhdəliyini vaxtında və lazımi qaydada icra etmədikdə (Borclunun əmlak vəziyyəti, pisləşdikdə: borclunun ödəmə qabiliyyətinin aşağı düşməsi, iş yerinin itirilməsi, əmək haqqının və ya gəlir mənfəətin azaldılması, borclunun əmlakı üzərinə həbs qoyulması, başqa kreditlərin götürülməsi nəticəsində bore yükünün artması, kredit öhdəliyinin vaxtında icra edilməməsi və bunlarla məhdudlaşmayan başqa hallar) Kreditor öz mülahizəsinə əsasən həmin öhdəliyin icrasını Borcludan və ya Zamindən, yaxud onların hər ikisindən birlikdə tələb edə bilər. 3.1-ci bəndindən görünür ki, Bu müqaviləyə əsasən Zaminlik icrasını təmin etdiyi əsas kredit limiti razılaşmasının qüvvəyə mindiyi andan qüvvəyə minir və onun qüvvədə olduğu müddət ərzində, o cümlədən əsas kredit limiti razılaşmasının müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və əsas kredit limiti razılaşmasından irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.4-cü maddəsinə əsasən Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş üzrə elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar tədqiq edilərək məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə 45171***-*******01L saylı kredit limitinin açılmasına dair razılaşma imzalanaraq İddiaçı ASC-nin Naxçıvan filialı tərəfindən Cavabdeh1 hesabına 120 (bir yüz iyirmi) ay müddətinə, illik 30.00 (otuz) % dərəcəsilə 100000.00 (bir yüz min) manat məbləğində kredit limiti ayrılmış, həmin razılaşmanın əsasında rəsmiləşdirilmiş və onun ayrılmaz tərkib hissəsi elan olunan xx.xx.2023-cü il tarixli kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşmaya əsasən İddiaçı ASC-nin Naxçıvan filialı tərəfindən Cavabdeh1 24 (iyirmi dörd) ay müddətinə, faktiki olaraq illik 25.6 (iyirmi beş tam onda altı)% dərəcəsilə 9000.00 (doqquz min) manat məbləğində kredit verilmiş, kreditin verilməsi iş materiallarına əlavə edilən xx.xx.2023-cü il tarixli, EWRNCA**********052278 saylı kassa məxaric orderi ilə təsdiq edilmişdir. Beləliklə, qarşılıqlı razılıq əsasında bağlanılan bu müqavilə tərəflər arasında hüquq və vəzifələr müəyyən etməklə kredit münasibətlərini tam şəkildə əhatə edərək, öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuşdur. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Məhkəmə tərəfindən müəyyən edilən hal ondan ibarətdir ki, cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən cavabdehlərə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu ünvanlanaraq İddiaçı ASC ilə bağlanılmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh1 illik 24% ödəmək və xx.xx.2025-ci ilədək qaytarmaq şərtilə 9000 manat kredit verildiyi, borcalan krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyi pozaraq, onu vaxtında və lazımi qaydada icra etmədiyi, kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə Banka olan borcun məbləğinin; a) Əsas borc üzrə 5130.4 manat; b) faizlər üzrə 233.56 manat c) cərimə üzrə 13.01 manat olmaqla, cəmi 5376.97 manat təşkil etdiyi, öhdəliyi pozduğu üçün kredit müqaviləsini birtərəfli qaydada ləğv etdiklərini nəzərinə çatdırdıqları və 3 (üç) gün müddətində göstərilən məbləğdə borcu Banka ödəməyi tələb etdikləri, əks halda ona qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, məhkəmə cavabdehlərin öhdəliyin icrasını pozduğunu müşayiət etdiyindən kreditorun öhdəliyin icrasını tələb etməkdə haqlı olduğu qənaətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 743.1-ci maddəsinə əsasən Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Beləliklə, qeyd edilənlər onu deməyə əsas verir ki, cavabdehlər kreditorun xəbərdarlığından sonra da öhdəliyi icra etmədiklərindən xx.xx.2023-cü il tarixli kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşma üzrə xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 Banka olan əsas borcu 5130.4 (beş min yüz otuz manat 40 qəpik) manat, faiz borcu 247.7 (iki yüz qırx yeddi manat 70 qəpik) manat, cərimə borcu isə 26.27 (iyirmi altı manat 27 qəpik) manat olmaqla cəmi borc məbləği 5404.37 (beş min dörd yüz dörd manat 37 qəpik) manat təşkil etmişdir. Məhkəmə həmin maliyyə arayışının cərimə borcuna dair hissəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Beləliklə Cavabdeh1 xx.xx.2023-cü il tarixli 45171***-*******01L saylı kredit limitinin açılmasına dair razılaşmanı imzalamaqla Kompleks Bank Xidməti müqaviləsini oxuduğunu, sənədin bütün müddəaları və tələbləri ilə razı olduğunu bəyan və təsdiq etdiyindən və həmin müqavilənin 11.13-cü bəndinə əsasən (Borcalan tərəfindən kredit üzrə ödəniş cədvəlinə müvafiq olaraq ödənişlər lazımi qaydada həyata keçirilmədikdə verilmiş kredit üzrə vaxtında ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi müvafiq kredit razılaşmasında müəyyən edilən illik faiz dərəcəsi üstəgəl 5 (beş) % gecikdirmə faizi ilə hesablanır. Borcalan verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə Kreditverənə gecikdirilmiş borc məbləğinin 40 (qırx) % məbləğində cəriməni ödəməlidir. Qeyd olunanlarla yanaşı Kreditverən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır) borclunun məsuliyyəti nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, iddiaçı öhdəliyin icra edilməməsi nəticəsində gecikdirilmiş günlərə nəzərən yaranmış cərimə məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.1-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd edilənlərdən əlavə, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq xx.xx.2024-cü il tarixdə İddiaçı ASC-nin Naxçıvan filialı və Cavabdeh3 arasında 45FİZAM137819602 saylı və xx.xx.2024-cü il tarixdə İddiaçı ASC-nin Naxçıvan filialı və Cavabdeh2 arasında 45FİZAM209531101 saylı Zaminlik müqavilələri bağlanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edən zaminlik müqaviləsi aksessor xarakteri daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birətərfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfdən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd edilən maddələrin tələblərini nəzərə alaraq, xx.xx.2024-cü il tarixli, 45FİZAM137819602 saylı və 45FİZAM209531101 saylı zaminlik müqavilələrinin 2.1-ci bəndindən də göründüyü kimi zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Subsidiar məsuliyyət dedikdə isə Kreditorun bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməsi nəzərdə tutulur. (MM-in 453-cü maddəsi). Hazırkı kredit sazişi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh3 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında kredit üzrə öhdəlik lazımınca icra edilmədiyi təqdirdə kreditor qarşısında birgə məsuliyyət daşımalarına dair razılıq əldə etmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərməlidir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1 və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1 və 112.1.1-ci maddələrinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən (qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində) müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 5404,37 (beş min dörd yüz dörd manat 37 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 74,05 (yetmiş dörd manat 05 qəpik) manatdır. İddia təmin edildiyindən qanunvericiliyə uyğun olaraq iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə, **********20 saylı qəbzlə ödənilmiş 74,05 AZN məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qanunamüvafiqdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan tam təmin edilməli, xx.xx.2023-cü il tarixli kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşmaya əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 5130.4 (beş min yüz otuz manat 40 qəpik) manat əsas borc, 247.7 (iki yüz qırx yeddi manat 70 qəpik) manat faiz borcu və 26.27 (iyirmi altı manat 27 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5404.37 (beş min dörd yüz dörd manat 37 qəpik) manat və iddia ərizəsinin verilməsinə görə 74,05 (yetmiş dörd manat 05 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi əsaslı olduğundan tam təmin edilsin. xx.xx.2023-cü il tarixli kredit limiti daxilində birdəfəlik kreditin verilməsinə dair razılaşmaya əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 5130.4 (beş min yüz otuz manat 40 qəpik) manat əsas borc, 247.7 (iki yüz qırx yeddi manat 70 qəpik) manat faiz borcu və 26.27 (iyirmi altı manat 27 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5404.37 (beş min dörd yüz dörd manat 37 qəpik) manat tutularaq İddiaçı ASC-nə ödənilsin. İddiaçı ASC-ti tərəfindən ödənilmiş 74,05 (yetmiş dörd manat 05 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-nə ödənilsin Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar