Məhkəmə qərarları › İş №e-2-2(123)-22/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-22/2025

19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-22/2025 19.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Bayraməliyev Elnur Saleh oğluna, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC 18 oktyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 16.336,60 (on altı min üç yüz otuz altı manat 60 qəpik) manat borc olmaqla – bundan 11.173,40 (on bir min bir yüz yetmiş üç manat 40 qəpik) əsas, 4.271,95 (dörd min iki yüz yetmiş bir manat 95 qəpik) manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 891,25 (səkkiz yüz doxsan bir manat 25 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 139.01 (bir yüz otuz doqquz manat 01 qəpik) manat dövlət rüsumunun cavabdehlər Bayraməliyev Elnur Saleh oğlundan, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan 2013cü il buraxılşlı, Tip: UNİVERSAL, Mühərrik: G4KDDH425722, Ban: KNAPC811DD7501137, Rəngi: Qara olan “KİA SPORTAGE” minik markalı, 99NE552 dövlət qeydiyyat nişanlı avtomobilə yönəlməsi, ipoteka predmeti olan 2013-cü il buraxılışlı, Tip: UNİVERSAL, Mühərrik: G4KDDH425722, Ban: KNAPC811DD7501137, Rəngi: Qara olan “KİA SPORTAGE” minik markalı 99NE552 dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Bayraməliyev Elnur Saleh oğlundan, Cavabdeh3 və Cavabdeh2 tutularaq ləğv prosesində olan LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıхarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə cavabdeh Bayraməliyev Elnur Saleh oğlu arasında bağlanmış xx.xx.2019- cu il tarixli 11/0631/KBK saylı kredit müqaviləsinə əsasən borcalana 36 (otuz altı) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 15.000 (on beş min) manat məbləğində kredit verildiyini, tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi AR DİN BDYPİ Qİİ-nin AD 241026 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh3 məxsus 2013-cü il buraxılışlı, Tip: UNİVERSAL, Mühərrik: G4KDDH425722, Ban: KNAPC811DD7501137, Rəngi: Qara olan “KİA SPORTAGE” minik markalı, 99NE552 dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulduğunu və bu barədə Bank ilə ipoteka qoyan arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinin bağlandığını, bundan əlavə cavabdeh Bayraməliyev Elnur Saleh oğluna kredit verilərkən Cavabdeh3 və Cavabdeh2 ilə Bank arasında xx.xx.2019-cu il tarixli 11/0631/KBK saylı zaminlik müqaviləsi bağlandığını, zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxsin kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıdığını, kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirmədiyini və Banka olan kredit üzrə borcunu ödəmədiyini, kredit müqaviləsinin 3.1.4cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ olduğunu, Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********231 saylı xx.xx.2024-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehin Banka heç bir cavab vermədiyini və kredit borcunun Banka qaytarılmasını təmin etmədiyini, bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirmədiyini, iddia tələblərinin əsasını təşkil edən və ərizələrinə əlavə etdikləri sübutların bunlardan ibarət olduğunu: - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Bayraməliyev Elnur Saleh oğlu arasında bağlanmış xx.xx.2019- cu il tarixli 11/0631/KBK saylı kredit müqaviləsindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filalı ilə Bayraməliyev Elnur Saleh oğlu arasında xx.xx.2019-cu il tarixli 11/0631/KBK saylı kredit müqaviləsinin bağlandığının, ona 36 (otuz altı) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 15.000 (on beş min) manat məbləğində kredit verildiyinin, müqavilənin hər iki tərəfin imzası ilə təsdiq edildiyinin, - Cavabdeh Bayraməliyev Elnur Saleh oğluna kredit verilərkən kredit müqaviləsinin təminatı olaraq AR DİN BDYPİ Qİİ-nin AD 241026 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh3 məxsus 2013-cü il buraxılışlı, Tip: UNİVERSAL, Mühərrik: G4KDDH425722, Ban: KNAPC811DD7501137, Rəngi: Qara olan KİA SPORTAGE” minik markalı, 99NE552 dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulduğunun və bu barədə Bank ilə ipoteka qoyan arasında xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlandığının göründüyünü, - Bundan əlavə Cavabdeh3 və Cavabdeh2 ilə Bank arasında xx.xx.2019-cu il tarixli 11/0631/KBK saylı zaminlik müqaviləsinin bağlandığını xx.xx.2019-cu il tarixli Kassa məxaric orderindən göründüyü kimi borclu Bayraməliyev Elnur Saleh oğlunun 15.000 (on beş min) manat məbləğində pulu şəxsən qəbzə imza etməklə götürdüyünü - Hesabdan çıxarış məlumatlarından göründüyü kimi cavabdeh tərəfindən sonuncu dəfə olaraq xx.xx.2022-ci il tarixdə ödəniş həyata keçirildiyini, ödəniş cədvəlindən göründüyü kimi kreditin son ödəniş tarixinin xx.xx.2022-ci il tarix olduğunu - xx.xx.2024-cü tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-ci il tarixinə Bayraməliyev Elnur Saleh oğlunun kredit üzrə cəmi borcunun 16.336,60 (on altı min üç yüz otuz altı manat 60 qəpik) AZN təşkil etdiyini, bundan 11.173,40 (on bir min bir yüz yetmiş üç manat 40 qəpik) AZN əsas, 4.271,95 (dörd min iki yüz yetmiş bir manat 95 qəpik) AZN faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 891,25 (səkkiz yüz doxsan bir manat 25 qəpik) AZN faiz borcu təşkil etdiyini, - İpoteka müqaviləsinin qeydiyyata alınması barədə xx.xx.2019-cu il tarixli AA139253 nömrəli reyestrdən çıxarışdan görünür ki, ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığını Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulmasının Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf etdiyini, halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bankın öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə biləcəyini, tərəflər arasında bağlanılmış İpoteka müqaviləsinin 9.1-ci bəndinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə biləcəyini, qeyd edilən hüquq normalarının tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi Bank tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinn tələblərinə uyğun olaraq ipoteka qoyana bildiriş göndərildiyini və həmin bildirişin müvafiq qaydada Baş X5i İdarəsində qeydiyyatdan keçirilməsinin təmin edildiyini bildirərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci, 269.7-ci, 295-ci, 317.1-ci, 317.2-ci, 319.1ci, 385.1-ci, 442-ci, 445-ci, 445.2.1-ci və 445.2.2-ci, 445.3-cü, 739.1-ci, 449.1-ci, 449.4-cü, 470.1-ci, 472.2-ci, 474.2-ci maddələrinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2-3(103)-131/2020 nömrəli qərarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AD 241026 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, buraxılış ili 2013-cü il, Tip: UNİVERSAL, Mühərrik: G4KDDH425722, Ban: KNAPC811DD7501137, Rəngi: Qara olan “KİA SPORTAGE” minik markalı, 99NE552 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh3 mülkiyyətindədir. LPO İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə ünvanlanmış 30 may 2024-cü il tarixli, **********048 nömrəli “ipoteka predmetinə tutma yönəldilməsinə dair” bildirişin qeydiyyata alınması barədə ərizədən görünür ki, ipotekaqoyana göndərilmiş 22 may 2024-cü il tarixli, **********007 saylı “kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair” bildirişin qeydiyyata alınması xahiş olunmuşdur. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 06 iyul 2019-cu il tarixli, AA 139253 nömrəli çıxarışdan görünür ki, Cavabdeh3 məxsus “KİA SPORTAGE” markalı 99NE552 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nəsimi Filialının xeyrinə 11/0631/KBK nömrəli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ipoteka ilə yüklü edilmiş, DİN DYPİ X2 tərəfindən ipoteka müqaviləsinin dövlət qeydiyyatı aparılmışdır. 06 iyul 2019-cu il tarixli, 11/0631/KBK nömrəli kredit müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən (bundan sonra bank adlandırılacaq) Azərbaycan Respublikası Mərkəzi Bankının/Maliyyə Bazarlarına Nəzarət Palatasının 112/5 saylı, xx.xx.2015-ci il tarixli icazəsi əsasında fəaliyyət göstərən "xxxx" A.S.C-nin, Nəsimi filialinın müdiri S.M.Əlifov şəxsində və digər tərəfdən (bundan sonra "kreditalan" adlandırılacaq) Bayraməliyev Elnur Saleh oğlu şəxsində bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, bu müqaviləyə görə “Bank” müqavilənin 2.1 və ya 4.2-ci bəndlərində göstərilən məbləğdə və faizlə krediti birdəfəlik və yaxud kredit xətti çərçivəsində hissə-hissə kreditalanın mülkiyyətinə verir və kreditalan isə həmin kreditin məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Banka” qaytarmağı öhdəsinə götürür. 2.1-ci bəndindən görünür ki, bu müqavilə üzrə verilən kreditin ümumi məbləği 15000 (on beş min) AZN təşkil edir. 3.2.2-ci bəndindən görünür ki, kreditalan bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan məbləğdə krediti faizi ilə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. 4.1-ci bəndindən görünür ki, kredit üzrə faizlər borc yarandığı tarixdən başlayır və kredit borcunun tam ödənildiyi tarixdə başa çatır. 4.2-ci bəndindən görünür ki, kreditdən istifadəyə görə kreditalan tərəfindən banka illik 23% olmaqla faiz ödənilir. 5.1-ci bəndindən görünür ki, bu müqavilənin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkəti ilə digər tərəfə vurduğu zərəri ödəməlidir. 6.10-cu bəndindən görünür ki, bu müqavilə qüvvəyə mindikdən sonra 36 ay müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri, müqaviləni həmin müddət qurtaranadək yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 6.11-ci bəndindən görünür ki, 06 iyul 2019-cu il tarixli, 11/0631/KBK saylı kredit müqaviləsinə görə Bayraməliyev Elnur Saleh oğlu 15000 AZN məbləğində kredit götürmüş və 1050 AZN məbləğində komisyon haqqı ödəmişdir. Kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 28.48% təşkil edir. 06 iyul 2019-cu il tarixli, 11/0631/KBK nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən "xxxx" A.S.C-nin, Nəsimi filialinın müdiri S.M.Əlifov şəxsində, ikinci tərəfdən borcalan Bayraməliyev Elnur Saleh oğlu şəxsində, üçüncü tərəfdən Cavabdeh2 (zamin-1) və digər tərəfdən Cavabdeh3 (zamin-2) şəxsində 11/0631/KBK saylı, 06 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əlavə olaraq bağlanmışdır. Həmin müqavilənin ikinci hissəsindən görünür ki, bu müqaviləyə görə zamin borclunun bank qarşısında 11/0631/KBK saylı, 06 iyul 2019-cu il tarixli kredit üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürür. 3.1-ci bəndindən görünür ki, zamin kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasına o cümlədən əsas borc məbləğinin kreditdən istifadəyə görə faizlərin və hesablaşma gününə cərimə sanksiyasının ödənilməsi öhdəliyinin icra edilməməsi halları da daxil olmaqla bank qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 4.1-ci bəndindən görünür ki, həmin müqavilə hər iki tərəfin onu imzaladığı andan bağlanmış hesab edilir və kredit müqaviləsinin qüvvədə olduğu bütün dövr ərzində o cümlədən kredit müqaviləsinin uzadıldığı müddətədək qüvvədə olur. 4.3-cü bəndindən görünür ki, zaminlik müqaviləsinə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində Bankın Zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 06 iyul 2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, bu müqavilə ipoteka saxlayan NBC BANK ASC Nəsimi filialı, ipoteka qoyan Cavabdeh3 və borcalan Bayraməliyev Elnur Saleh oğlu arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını xx.xx.2019-cu il tarixli 11/0631/KBK saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.1-ci bəndindən görünür ki ipoteka predmeti: AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx/xx/2019 tarixli MB002258 nömrəli, qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KNAPC811DD7501137, mühərrikin nömrəsi G4KDDH425722 və buraxılış ili 2013 olan KİA SPORTAGE MİNİK markalı 99NE552 dövlət nömrə nişanlı nəqliyyat vasitəsidir. 2.3-cü bəndindən görünür ki, ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 30000 (otuz min manat sıfır qəpik) məbləğində müəyyən edilmişdir. 3.3-cü bəndindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti kredit müqaviləsinə uyğun olaraq 36 (otuz altı) ay yəni xx.xx.2022-ci il tarixinədək müəyyən olunmuşdur. 4.1-ci bəndindən görünür ki, ipoteka saxlayanən tələbi əsas borc, faizlər, ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərininin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə təmin edilir. 9.1-ci bəndindən görünür ki, əsas öhdəlik , yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. 12.2-ci bəndindən görünür ki, bu müqavilə ipoteka ilə təmin edilmiş öhdəlik tam icra olunanadək hüquqi qüvvəyə malikdir. 06 iyul 2019-cu il tarixli qəbzdən görünür ki, Bayraməliyev Elnur Saleh oğluna illik 23% dərəcəsilə, 36 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. **********87 nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, NBC BANK ASC tərəfindən ASAN ödəniş portalı vasitəsilə 139.01 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. 15 fevral 2024-cü il tarixli, **********240 nömrəli arayışdan görünür ki, NBC BANK ASC ilə Bayraməliyev Elnur Saleh oğlu arasında bağlanmış 6 iyul 2019-cu il tarixli 11/0631/KBK saylı kredit müqaviləsi üzrə 1 fevral 2024-cü il tarixinə yaranmış ümumi borc məbləği 16336,60 manat təşkil edir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, cavabdeh Bayraməliyev Elnur Saleh oğlu tərəfindən müxtəlif vaxtlarda kredit borcu üzrə müvafiq ödəmələr aparılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, "xxxx" A.S.C-nin Nəsimi filialı ilə Bayraməliyev Elnur Saleh oğlu arasında 06 iyul 2019-cu il tarixli, 11/0631/KBK nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə görə Bank illik 23% dərəcəsi olmaqla 36 ay müddətinə 15000 (on beş min) manat məbləğində krediti Bayraməliyev Elnur Saleh oğlunun mülkiyyətinə verməyi, kreditalan- Bayraməliyev Elnur Saleh oğlu isə həmin kreditin məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Banka” qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilədə nəzərdə tutulmuş 15000 (on beş min) manat məbləğində kreditin Bayraməliyev Elnur Saleh oğluna verilməsi iş materiallarında olan 06 iyul 2019-cu il tarixli qəbzlə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hər iki tərəfin iradə ifadəsi və qarşılıqlı razılığı əsasında kredit müqaviləsinin bağlanması, qarşılıqlı hüquq və vəzifələr müəyyən etməklə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranmasına əsas olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, cavabdeh Bayraməliyev Elnur Saleh oğlu kredit üzrə əsas və faiz məbləğlərini müqaviləyə əlavə olan ödəniş qrafiki əsasında ödəməyərək üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş, eyni zamanda, qrafik üzrə ödəniş müddətləri keçdikdən sonra krediti və ona hesablanmış faizi qaytarmadığından borc məbləğinə gecikdirilmiş vaxt üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlavə faiz hesablanmışdır. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarıında belə bir hüquqi mövqe formalaşdırılmışdır ki, Mülki Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi, öhdəliklər üzrə “ödəniş müddəti çatanadək” müddəası öhdəliyin müqavilədə müəyyən edilmiş icra vaxtının çatmasını nəzərdə tutur. Öhdəliyin icra vaxtı borclu tərəfindən gecikdirilərsə, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq qaydada kreditor zərərin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin lazımınca icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Odur ki, məhkəmə iddiaçının pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə yaranmış əsas borc və ona hesablanmış faizlərin, o cümlədən, gecikdirmələr üzrə yaranmış faizlərin ödənilməsi hissədə cavabdeh Bayraməliyev Elnur Saleh oğluna qarşı tələb hüququnun olduğunu bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. xx.xx.2024-cü il tarixdə təyin edilmiş məhkəmə mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2025-ci il tarixli, 35 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları, maliyyə arayışı və 06 iyul 2019-cu il tarixli, 11/0631/KBK saylı kredit müqaviləsi şərtlərinə əsasən cavabdeh Bayraməliyev Elnur Saleh oğlunun, İddiaçı ASC-nə xx.xx.2024-cü il tarixə (maliyyə arayışında və sualda göstərilən tarixə) kredit üzrə olan əsas borcu 11468,47 (on bir min dörd yüz altmış səkkiz manat qırx yeddi qəpik) manat, faiz borcu 1893,37 (bir min səkkiz yüz doxsan üç manat otuz yeddi qəpik) manat, gecikdirilmiş vaxt üçün faiz borcu (illik 5%) 899,96 (səkkiz yüz doxsan doqquz manat doxsan altı qəpik) manat təşkil edir. İddiaçı ASC tərəfindən 03 mart 2025-ci il tarixdə ekspert rəyinə etiraz ünvanlanaraq həmin etirazda icraatda iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Bayraməliyev Elnur Saleh oğluna, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair işə baxıldığını, məhkəmənin 26 dekabr 2024-cü il tarixli, e-2-2(123)- 562/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibat ekspertizası təyin olunduğunu, ekspertizanın keçirilməsinin Naxçıvan Muxtar Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edildiyini, ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraatın dayandırılmasının qərara alındığını, 11 fevral 2025-ci il tarixdə hazırki iş üzrə Naxçıvan Muxtar Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2025-ci il tarixli, 35 №-li ekspert rəyinin məhkəməyə daxil olduğunu, qeyd edilən ekspert rəyində ekspertin faizin hesablanmasında nöqsanlara yol verdiyindən rəy ilə razılaşmadıqlarını və əsassız hesab etdiklərini, belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019- cu il tarixli 11/0631/KBK nömrəli kredit müqaviləsinin 4.2-ci bəndində kreditdən istifadəyə görə kreditalan tərəfindən banka illik 23% olmaqla faiz ödənildiyinin göstərildiyini, təqdim etdikləri hesabdan çıxarış məlumatlarından göründüyü kimi borclu Bayraməliyev Elnur Saleh oğlu tərəfindən - ümumilikdə 10.102,64 (on min bir yüz iki manat 64 qəpik) manat ödəniş edildiyini, bunun da 3.826,60 (üç min səkkiz yüz iyirmi altı manat 60 qəpik) manatı əsas borcdan 6.274,06 (altı min iki yüz yetmiş dörd manat 06 qəpik) manatı faiz borcundan və 1,98 (bir manat 98 qəpik) manat isə gecikmiş faiz borcundan silindiyini, ekspert rəyinin təsviri hissəsində əks edilmiş cədvələ nəzər yetirdikdə ekspertin ümumiyyətlə hesabdan çıxarış məlumatlarına əhəmiyyət vermədiyinin göründüyünü, xx.xx.2019-cu il, xx.xx.2019-cu il xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli ödənişlər üzrə silinmələri düzgün aparmadığını, ümumilikdə 10.102,64 (on min bir yüz iki manat 64 qəpik) manat edilmiş ödənişin 3.531,53 (üç min beş yüz otuz bir manat 53 qəpik) manatını əsas borcdan, 6.571,11 (altı min beş yüz yetmiş bir manat 11 qəpik) mantını isə faiz borcundan silməklə düzgün olmayan nəticəyə gəldiyini, təqdim etdikləri hesabdan çıxarış məlumatları düzgün tədiqiq edilərsə əsas və faiz borcu üzrə ekspertin gəldiyi nəticənin əsassız olmasının öz təsdiqini tapacağını, məhkəmə-mühasibatlıq ekspertizaları keçirilməsi zamanı cari hesabdan çıxarış, ssuda hesabından çıxarış, gecikdirilmiş əsas borcu və gecikdirilmiş faiz borcunu əks etdirən hesabdan çıxarış məlumatları, ödəniş tarixləri, kredit müqavilələrinin bəndləri və iş üçün zəruri olan digər sənədlərin hamısını ətraflı təhlil etdikdə ekspertin kredit borcunun hesablanması zamanı düzgün nəticəyə gəlmədiyinin tam aydın olduğunu, odur ki, Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2025-ci il tarixli, 35 №-li ekspert rəyi ilə razı olmadıqlarını, ekspert rəyinin həqiqəti əks etdirmədiyini və ekspert tərəfindən aparılmış tədqiqatın şübhə doğurduğunu, iş üzrə həqiqətə nail olmaq üçün təkrar ekspertiza keçirilməli olduğunu, halbuki, ekspertizanın keçirilməsi üçün tərəflərindən lazımi sübutların ekspertə təqdim edildiyini qeyd etmiş, Azərbaycan Respublikası MPM-in 97-ci maddəsinə, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında Qanun"un 18-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.1-ci, 102.2-ci maddələrinə istinad etmiş, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Bayraməliyev Elnur Saleh oğluna, Cavabdeh3 və Cavabdeh2 qzına qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair e-2-2(123)-22/2025 saylı iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə təyin edilmiş təkrar məhkəmə mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2025-ci il tarixli, 549 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarından göründüyü kimi, hesabdan çıxarış məlumatları, maliyyə arayışı və 06 iyul 2019-cu il tarixli, 11/0631/KBK saylı kredit müqaviləsi şərtlərinə əsasən cavabdeh Bayraməliyev Elnur Saleh oğlunun, İddiaçı ASC-nə xx.xx.2024-cü il tarixə (maliyyə arayışında və sualda göstərilən tarixə) kredit üzrə olan əsas borcu 11468,47 (on bir min dörd yüz altmış səkkiz manat qırx yeddi qəpik) manat, faiz borcu 1893,37 (bir min səkkiz yüz doxsan üç manat otuz yeddi qəpik) manat, gecikdirilmiş vaxt üçün faiz borcu (illik 5%), 899,96 (səkkiz yüz doxsan doqquz manat doxsan altı qəpik) manat təşkil edir. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə təyin olunmuş məhkəmə mühasibat ekspertizasının nəticəsindən narazı qalan iddiaçı tərəfin etirazını nəzərə alaraq, məhkəmə tərəfindən aşadırmanın obyektiv və qərəzsiz aparılmasında şübhəyə yol verilməməsi və ədalətli qərar qəbul edilməsinin təmin edilməsi məqsədilə təkrar məhkəmə mühasibat ekspertizası təyin olunmuş, nəticədə isə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2025-ci il tarixli, 35 nömrəli və 10 iyun 2025-ci il tarixli, 549 nömrəli ekspert rəyləri eynilik təşkil etmişdir. Beləliklə, verilmiş rəylərin eynilik təşkil etməsi onların həqiqiliyinə və obyektivliyinə olan təminatı daha da artırmışdır. Məhkəmə qənaətə gəlir ki, cavabdeh Bayraməliyev Elnur Saleh oğlunun 06 iyul 2019-cu il tarixli, 11/0631/KBK saylı kredit müqaviləsi üzrə əsas borcunun 11468,47 (on bir min dörd yüz altmış səkkiz manat qırx yeddi qəpik) manat, faiz borcunun 1893,37 (bir min səkkiz yüz doxsan üç manat otuz yeddi qəpik) manat, gecikdirilmiş vaxt üçün faiz borcunun (illik 5%), 899,96 (səkkiz yüz doxsan doqquz manat doxsan altı qəpik) manat olması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin sübut əhəmiyyətli 06 fevral 2025-ci il tarixli, 35 nömrəli və 10 iyun 2025-ci il tarixli, 549 nömrəli ekspert rəyləri ilə təsdiq olunmuşdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi 87,30% əsaslı olduğundan qismən təmin edilməlidir. Qeyd edilənlərdən əlavə müəyyən olunur ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AD 241026 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh3 mülkiyyətində olan 2013-cü il buraxılışlı, Tip: UNİVERSAL, Mühərrik: G4KDDH425722, Ban: KNAPC811DD7501137, Rəngi: Qara olan “KİA SPORTAGE” minik markalı, 99NE552 dövlət qeydiyyat nişanlı avtomobil 06 iyul 2019-cu il tarixli ipoteka müqaviləsi əsasında ipoteka saxlayan NBC BANK ASC Nəsimi filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, DİN DYPİ X2 tərəfindən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmış və qeydiyyata alınmasına dair daşınar əmlakın müvafiq rəsmi reyestrindən verilən 06 iyul 2019-cu il tarixli, AA 139253 nömrəli çıxarış iş materiallarına əlavə edilmişdir. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.5-ci maddəsinə əsasən İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İddia tələbinin tutmanın ipoteka predmeti olan 2013-cü il buraxılışlı, Tip: UNİVERSAL, Mühərrik: G4KDDH425722, Ban: KNAPC811DD7501137, Rəngi: Qara olan “KİA SPORTAGE” minik markalı, 99NE552 dövlət qeydiyyat nişanlı avtomobilə yönəlməsi, ipoteka predmeti olan 2013-cü il buraxılşlı, Tip: UNİVERSAL, Mühərrik: G4KDDH425722, Ban: KNAPC811DD7501137, Rəngi: Qara olan “KİA SPORTAGE” minik markalı 99NE552 dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsinə dair hissədə məhkəmə qeyd edir ki, kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlanmış və müqavilə dövlət qeydiyyatına alınmışdır. Həmin müqavilənin 4.1-ci bəndindən ipoteka saxlayanın tələbinin əsas borc, faizlər, ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərininin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə ödənildiyi müəyyən edilmişdir. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin bazar qiyməti göstərilməlidir. Bazar qiyməti tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir. İpoteka predmeti olan əmlakın dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı REAL PRAYS MMC-nin 07 avqust 2025-ci il tarixli, FŞ0803 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh3 məxsus olan 2013-cü il buraxılışlı, Tip: UNİVERSAL, Mühərrik: G4KDDH425722, Ban: KNAPC811DD7501137, Rəngi: Qara olan “KİA SPORTAGE” minik markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilin 07 avqust 2025ci il tarixə olan bazar dəyəri 21 500 (iyirmi bir min beş yüz) manat, likvid dəyəri 18200 (on səkkiz min iki yüz) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından müəyyən olunur ki, qanunvericilikdə “likvid dəyər” və ya “ilkin satış qiyməti” kimi anlayışlar mövcud olmadığından və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin bazar qiymətinin göstərilməsi müəyyən edildiyindən, ipoteka predmetinin satış qiyməti bazar dəyəri ilə hesablanmalıdır. Nəticədə, ipoteka predmetinin qiymətləndirilməsi zamanı REAL PRAYS MMC-nin 07 avqust 2025-ci il tarixli, FŞ0803 nömrəli qiymətləndirmə hesabatı əsas götürülməli, ipoteka predmetinə tutma yönəldildikdə, ipoteka predmeti olan Cavabdeh3 məxsus olan (TEL- 502230423, 504782685, 508067374, ********* 552230423, 7********) 2013-cü il buraxılışlı, Tip: UNİVERSAL, Mühərrik: G4KDDH425722, Ban: KNAPC811DD7501137, Rəngi: Qara olan “KİA SPORTAGE” minik markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 21 500 (iyirmi bir min beş yüz) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilən digər bir hal ondan ibarətdir ki, öhdəliklərin icrasının təminatı olaraq bir tərəfdən "xxxx" A.S.C-nin, Nəsimi filialinın müdiri S.M.Əlifov şəxsində, ikinci tərəfdən Bayraməliyev Elnur Saleh oğlu şəxsində, üçüncü tərəfdən Cavabdeh2 və digər tərəfdən Cavabdeh3 şəxsində 11/0631/KBK saylı, 06 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əlavə olaraq 11/0631/KBK nömrəli, 06 iyul 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 4 iyun 2018-ci il tarixli plenum qərarında qeyd edilmişdir ki, İqtisadi dövriyyənin normal fəaliyyət göstərməsi, sabitlik və dayanıqlılığın, müqavilə hüquq münasibətləri iştirakçılarının qarşılıqlı inam və etimadının təmin edilməsi üçün öhdəliklərin vicdanla icra edilməsi zəruridir. Öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün Mülki Məcəllənin XXİV fəslində təminat üsulları nəzərdə tutulmuşdur. Məcəllənin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Mülki qanunvericilik zaminlik müqaviləsinin bağlanması əsasında zaminin kreditor qarşısında məsuliyyətini tənzimləməyi ilə yanaşı zaminliyə xitam verilməsi əsaslarını da müəyyən etmişdir. Belə ki, zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində qeyd edilmişdir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilən müddəa əsasında tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6.10-cu bəndindən və müqavilə üzrə ödəniş qrafikindən kreditin 36 ay müddətinə qaytarılması, yəni öhdəliyin 36 ay müddətinə icra edilməsi nəzərdə tutulmuşdur. Beləliklə 06 iyul 2019-cu il tarixli, 11/0631/KBK nömrəli zaminlik müqaviləsinin 4.3-cü bəndindən müəyyən edilir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində Bankın Zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, Kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsinə əsaslanaraq bildirilir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində göstərilən normada əks olunan müddətlər etibarlı müqavilə əsasında əmələ gəlmiş zaminliyə xitam verən kəsici müddətlərdir. Bu halda hüquqi hadisə kimi zaminliyin xitamı məhkəmə aktı əsasında deyil, qanuna əsasən baş tutur. Ona görə də həmin normada zaminliyə xitam verən müddətin keçməsi müəyyən olunduqda zaminə qarşı yönəlmiş tələb məhkəmənin ayrıca akt şəklində qərardadı ilə deyil, işi mahiyyəti üzrə həll edən qətnamə ilə rədd edilməlidir. Kəsici müddət, şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi zamanın keçməsi ilə yanaşı, həm də müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarında qeyd olunur ki, Kəsici müddət cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Kəsici müddət hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Odur ki, məhkəmə kredit müqaviləsi üzrə əsas öhdəliyin icrasının 06 iyul 2022-ci il tarixdə başa çatdığını və öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il hesablandıqda xx.xx.2023-cü il tarixədək iddiaçının zaminlərə qarşı iddia irəli sürmədiyini, yalnız xx.xx.2024-cü il tarixdə iddia ərizəsilə məhkəməyə müraciət etdiyini göz önündə tutaraq hesab edir ki, Cavabdeh2 və Cavabdeh3 zamin olduğu 06 iyul 2019-cu il tarixli, 11/0631/KBK nömrəli zaminlik müqaviləsinə kəsici müddət tətbiq edilməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Hazırkı iş üzrə 16336,6 manat məbləğində iddia qiymətinə münasibətdə ödənilməli olan dövlət rüsumunun məbləği 139,01 (bir yüz otuz doqquz manat 01 qəpik) manat məbləğində müəyyən edilmişdir. Göstərilən hal ilə əlaqədar olaraq, məhkəmə qeyd edir ki, iddiaçı **********87 nömrəli, xx.xx.2024-cü il tarixli mədaxil qəbzilə ASAN ödəniş portalı vasitəsilə 139.01 AZN məbləğində dövlət rüsumu ödəmişdir. Lakin iddia üzrə tələb qismən, yəni 87,30% təmin edildiyindən dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasibətdə (139,01 x 87,30%) 121,36 manat məbləği cavabdeh (əsas borclu) Bayraməliyev Elnur Saleh oğlundan alınıb iddiaçı LPO İddiaçı ASC-ə ödənilməli, qalan hissədə iddia təmin edilməməli olduğundan iddiaçı LPO İddiaçı ASC-yə aid edilməlidir. Məhkəmənin 26 dekabr 2024-cü il tarixli, e-2-2(123)-562/2024 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsində 11 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2025-ci il tarixli, 35 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş 87,30% hissəsinə mütənasib olaraq 52,38 (əlli iki manat 38 qəpik) manat məbləği cavabdeh Bayraməliyev Elnur Saleh oğlundan, qalan 7,62 (yeddi manat 62 qəpik) manat məbləği isə iddiaçı LPO İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X3 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu:2, büdcə təsnifatının kodu: 142330) ödənilməlidir. Məhkəmənin 03 mart 2025-ci il tarixil, e-2-2(123)-22/2025 nömrəli qərardadı ilə təyin edilmiş təkrar məhkəmə-mühasibat ekspertizasının nəticəsində 13 iyun 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2025-ci il tarixli, 549 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddianın təmin olunmuş 87,30% hissəsinə mütənasib olaraq 52,38 manat məbləği cavabdeh Bayraməliyev Elnur Saleh oğlundan, qalan 7,62 (yeddi manat 62 qəpik) manat məbləği isə iddiaçı LPO İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X3 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu:2, büdcə təsnifatının kodu: 142330) ödənilməlidir. Məhkəmənin 04 iyul 2025-ci il tarixil, e-2-2(123)-22/2025 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının nəticəsində 16 sentyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş REAL PRAYS MMC-nin qiymətləndirmə hesabatına münasibətdə məhkəmə qeyd edir ki, qiymətləndiricinin xidmət haqqı üçün müəyyən olunmuş 150 (bir yüz əlli) manat məbləğində xidmət haqqı iddianın təmin olunmuş 87,30% hissəsinə mütənasib olaraq 130,95 (bir yüz otuz manat 95 qəpik) manat məbləği cavabdeh Bayraməliyev Elnur Saleh oğlundan, qalan 19,05 (on doqquz manat 05 qəpik) manat məbləği isə iddiaçı LPO İddiaçı ASCdən alınıb REAL PRAYS MMC-nin bank hesabına (Turanbank, MXD, Filialın kodu 507462, VÖEN **********, SWİFT kod TURAAZ22, Müxbir hesab AZ26NABZ********************, REAL PRAYS MMC-nin AZ82TURA******************** nömrəli hesabına, VÖEN- **********) ödənilməlidir. Nəticədə, iddia qismən, yəni 87,30% təmin edilməli, Cavabdeh2 və Cavabdeh3 zamin olduğu 06 iyul 2019-cu il tarixli, 11/0631/KBK nömrəli zaminlik müqaviləsinə xitam verildiyindən iddia tələbi zaminlərə münasibətdə təmin edilməməli, xx.xx.2019- cu il tarixli 11/0631/KBK nömrəli kredit müqaviləsinə əsasən cavabdeh Bayraməliyev Elnur Saleh oğlundan əsas borc üzrə 11468,47 (on bir min dörd yüz altmış səkkiz manat qırx yeddi qəpik) manat, faiz borcu üzrə 1893,37 (bir min səkkiz yüz doxsan üç manat otuz yeddi qəpik) manat, gecikdirilmiş vaxt üçün faiz borcu üzrə 899,96 (səkkiz yüz doxsan doqquz manat doxsan altı qəpik) manat olmaqla ümumilikdə 14261,80 (on dörd min iki yüz altmış bir manat 80 qəpik) manat alınıb iddiaçı LPO İddiaçı ASC-ə ödənilməli, ödənilmiş 139,01 (bir yüz otuz doqquz manat 01 qəpik) manat dövlət rüsumunun 121,36 (bir yüz iyirmi bir manat 36 qəpik) manat məbləği cavabdeh Bayraməliyev Elnur Saleh oğlundan alınıb iddiaçı LPO İddiaçı ASC-ə ödənilməli, qalan hissədə iddia təmin edilmədiyindən LPO İddiaçı ASC-ə aid edilməli, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2025-ci il tarixli, 35 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin 52,38 (əlli iki manat 38 qəpik) manat məbləği cavabdeh Bayraməliyev Elnur Saleh oğlundan, qalan 7,62 (yeddi manat 62 qəpik) manat məbləği isə iddiaçı LPO İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X3 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu:2, büdcə təsnifatının kodu: 142330) ödənilməli, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2025-ci il tarixli, 549 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən 60 (altmış) manat məbləğində ekspertiza xərcinin 52,38 (əlli iki manat 38 qəpik) manat məbləği cavabdeh Bayraməliyev Elnur Saleh oğlundan, qalan 7,62 (yeddi manat 62 qəpik) manat məbləği isə iddiaçı LPO İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X3 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu:2, büdcə təsnifatının kodu: 142330) ödənilməli, REAL PRAYS MMC-nin qiymətləndirmə hesabatına əsasən qiymətləndiricinin xidmət haqqı üçün müəyyən olunmuş 150 (bir yüz əlli) manat məbləğində xidmət haqqının 130,95 (bir yüz otuz manat 95 qəpik) manat məbləği cavabdeh Bayraməliyev Elnur Saleh oğlundan, qalan 19,05 (on doqquz manat 05 qəpik) manat məbləği isə iddiaçı LPO İddiaçı ASC-dən alınıb REAL PRAYS MMC-nin bank hesabına (Turanbank, MXD, Filialın kodu 507462, VÖEN **********, SWİFT kod TURAAZ22, Müxbir hesab AZ26NABZ********************, REAL PRAYS MMC-nin AZ82TURA******************** nömrəli hesabına, VÖEN- **********) ödənilməli, yuxarıda cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh3 məxsus olan 2013-cü il buraxılışlı, Tip: UNİVERSAL, Mühərrik: G4KDDH425722, Ban: KNAPC811DD7501137, Rəngi: Qara olan “KİA SPORTAGE” minik markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, avtomobilin bazar dəyəri 21 500 (iyirmi bir min beş yüz) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait cavabdeh Bayraməliyev Elnur Saleh oğlunun iddiaçı LPO İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, artıq qalan məbləğ ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh3 qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh3 zamin olduğu 06 iyul 2019-cu il tarixli, 11/0631/KBK nömrəli zaminlik müqaviləsinə xitam verildiyindən iddia tələbi zaminlərə münasibətdə təmin edilməsin. xx.xx.2019-cu il tarixli 11/0631/KBK nömrəli kredit müqaviləsi əsasında cavabdeh Bayraməliyev Elnur Saleh oğlundan (VÖEN: **********; FİN: 0VZZ5LY; Ş/V Seriya nömrəsi: AA5900393) əsas borc üzrə 11468,47 (on bir min dörd yüz altmış səkkiz manat qırx yeddi qəpik) manat, faiz borcu üzrə 1893,37 (bir min səkkiz yüz doxsan üç manat otuz yeddi qəpik) manat, gecikdirilmiş vaxt üçün faiz borcu üzrə 899,96 (səkkiz yüz doxsan doqquz manat doxsan altı qəpik) manat olmaqla ümumilikdə 14261,80 (on dörd min iki yüz altmış bir manat 80 qəpik) manat alınıb iddiaçı LPO İddiaçı ASC-yə (VÖEN: **********) ödənilsin. 121,36 (bir yüz iyirmi bir manat 36 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh Bayraməliyev Elnur Saleh oğlundan alınıb iddiaçı LPO İddiaçı ASC-ə ödənilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 fevral 2025-ci il tarixli, 35 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən 60 (altmış) manat məbləğində ekspertiza xərcinin 52,38 (əlli iki manat 38 qəpik) manat məbləği cavabdeh Bayraməliyev Elnur Saleh oğlundan, qalan 7,62 (yeddi manat 62 qəpik) manat məbləği isə iddiaçı LPO İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X3 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu:2, büdcə təsnifatının kodu: 142330) ödənilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2025-ci il tarixli, 549 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən 60 (altmış) manat məbləğində ekspertiza xərcinin 52,38 (əlli iki manat 38 qəpik) manat məbləği cavabdeh Bayraməliyev Elnur Saleh oğlundan, qalan 7,62 (yeddi manat 62 qəpik) manat məbləği isə iddiaçı LPO İddiaçı ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X3 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu:2, büdcə təsnifatının kodu: 142330) ödənilsin. REAL PRAYS MMC-nin qiymətləndirmə hesabatına əsasən qiymətləndiricinin xidmət haqqı üçün müəyyən olunmuş 150 (bir yüz əlli) manat məbləğində xidmət haqqının 130,95 (bir yüz otuz manat 95 qəpik) manat məbləği cavabdeh Bayraməliyev Elnur Saleh oğlundan, qalan 19,05 (on doqquz manat 05 qəpik) manat məbləği isə iddiaçı LPO İddiaçı ASC-dən alınıb REAL PRAYS MMC-nin bank hesabına (Turanbank, MXD, Filialın kodu 507462, VÖEN **********, SWİFT kod TURAAZ22, Müxbir hesab AZ26NABZ********************, REAL PRAYS MMC-nin AZ82TURA******************** nömrəli hesabına, VÖEN- **********) ödənilsin. Cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh3 məxsus olan 2013-cü il buraxılışlı, Tip: UNİVERSAL, Mühərrik: G4KDDH425722, Ban: KNAPC811DD7501137, Rəngi: Qara olan “KİA SPORTAGE” minik markalı, ** NE *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin. İpoteka predmeti olan avtomobilin bazar dəyəri 21 500 (iyirmi bir min beş yüz) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdeh Bayraməliyev Elnur Saleh oğlunun iddiaçı LPO İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh3 (FİN: xxxxxxx, Ş/V Seriya nömrəsi: AA*******) qaytarılsın. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar