Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-24/2024 28.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X5 məhkəmə iclas katibliyi, ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti və onun nümayəndəsi Nümayəndə 11 iyul 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 17 iyun 2022-ci il tarixli, KT1706/05 saylı kredit müqaviləsi üzrə 23 may 2023-ci il tarixə 17 000 (on yeddi min) manat əsas borc, 837.86 (səkkiz yüz otuz yeddi manat 86 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 17 837.869 (on yeddi min səkkiz yüz otuz yeddi manat 86 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və X2 keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 26 800 (iyirmi altı min səkkiz yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********48-10301 reyestr nömrəli Naxçıvan MR ünvan 2ində 0.1998 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda Cavabdeh1, Cavabdeh3, X3 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi barədə Qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 iyun 2022-ci il tarixli, KT1706/05 saylı kredit müqaviləsinə əsasən Borcalana Bank tərəfindən 36 ay müddətinə illik 13% dərəcəsi ilə 17 000 (on yeddi min) manat məbləğində kredit verildiyini, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-cu il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********48- 10301 reyestr nömrəli Naxçıvan MR ünvan 2ində 0.1998 ha torpaq sahəsində fərdi yaşayış evinin 17 iyun 2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edildiyini, ipoteka müqaviləsinin müvafiq olaraq Ordubad rayon dövlət notariat ofisində təsdiq edildiyini və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlakın yüklülüyünün qeydiyyata alındığını, Kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, onun, bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində onun adına xx.xx.2023-cü il tarixə adına 120 gecikmə günü qeydə alındığını, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, ipoteka müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəli olduğunu, Borcun qaytarılması ilə bağlı Cavabdeh1 ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edildiyini, onlara məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktublarının müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyinin bildirildiyini, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişin borcalanipoteka qoyan – Cavabdeh1 ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edildiyini və bildirişin dövlət qeydiyyatına alındığını, xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə Borcalana təklif ünvanlandığını, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilsədə, Borcalanın X1 iştirak etmədiyini, Kredit müqaviləsinin 5.8 bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi ödəniləcəyini, kredit müqaviləsinin 5.12-ci bəndinə əsasən müqavilə şərtləri Borcalan tərəfindən pozulduğu halda, kredit üzrə borc və hesablanmış faizlər, cərimələr və borcla əlaqədar Bankın təsdiqlənmiş xərclərinin Borcalan tərəfindən ödənildiyini, Kredit müqaviləsinin 7-ci bəndinə əsasən Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə, Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb edə biləcəyini, Kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən bu müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiyinin və tərəflərin bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalacağının müəyyənləşdirildiyini, İpoteka müqaviləsinin 4-cü bəndinə əsasən ipoteka saxlayanın tələbi ipoteka hesabına Bankın Borcalana verdiyi kredit, ona hesablanacaq faizlər, cərimələr və borcla əlaqədar Bankın digər xərcləri daxil edilməklə tam həcmdə təmin edildiyini, İpoteka müqaviləsinin 9-cu bəndinə əsasən əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda və.s ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yarandığını, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişdə ipoteka qoyana-borcalana - Cavabdeh1 “İpoteka haqqında” Qanunun 36.2.3-cü maddəsinə və İpoteka müqaviləsinin 9.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında keçirilməsinə razılıq verilməsinin təklif edildiyini, bildirişin Cavabdeh1 çatdırıldığını, Cavabdeh1 17 iyun 2022-ci il tarixli, KT1706/05 saylı kredit müqaviləsi üzrə 23 may 2023-ci il tarixə 17 000 (on yeddi min) manat əsas borc, 837.86 (səkkiz yüz otuz yeddi manat 86 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 17 837.869 (on yeddi min səkkiz yüz otuz yeddi manat 86 qəpik) manat kredit borcu öhdəliyinin olduğunu, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli olduğunu, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli olduğunu, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququnun olduğunu, (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsi), öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşüldüyünü, (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsi), öhdəliyini icra etməyən borclunun kreditora dəymiş zərərin əvəzini ödəməyə borclu olduğunu, (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443-cü maddəsi), öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsinin Borclunun icranı gecikdirməsi sayıldığını, icranı gecikdirmiş Borclunun gecikdirmə nəticəsində və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıdığını, (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsi), özgə vəsaitindən istifadə üçün faizlərin, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulduğunu, (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsi), əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsinin, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verdiyini, (İpoteka haqqında Qanunun 34-cü maddəsi), ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduqlarını, (İpoteka haqqında Qanunun 59.3-cü maddəsi), Cavabdeh1, Cavabdeh3 və X3 ipoteka qoyulan fərdi yaşayış evində qeydiyyatda olan şəxslər olduqlarını, Kredit müqaviləsinin 6.4.7-ci bəndinə əsasən Borcalanın qeydiyyat ünvanını, faktiki yaşayış yerini, adını, soyadını dəyişməsi və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsir edə biləcək başqa öhdəliklərin yaranması barədə 3 (üç) iş günü müddətində Banka məlumat verməli olduqlarını, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin dövlət rüsumunu ödəməkdən azad olunduğunu, bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəfin çəkdiyi xərc həddində dövlət rüsumundan azad edildiyini qeyd etməklə əsalandırmışdır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmənin 26 oktyabr 2023-cü il tarixli qərardadı ilə, e-2-2(123)-130/2023 saylı iş üzrə icraata “1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda Cavabdeh1, Cavabdeh3, X3 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi” tələbinə dair hissədə xitam verilməsi, e-2-2(123)- 130/2023 saylı işə “Cavabdeh1 17 iyun 2022-ci il tarixli, KT1706/05 saylı kredit müqaviləsi üzrə 23 may 2023-ci il tarixə 17 000 (on yeddi min) manat əsas borc, 837.86 (səkkiz yüz otuz yeddi manat 86 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 17 837.869 (on yeddi min səkkiz yüz otuz yeddi manat 86 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və X2 keçirilməsi ilə bağlı ödənilən 200 (iki yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 26 800 (iyirmi altı min səkkiz yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********48-10301 reyestr nömrəli Naxçıvan MR ünvan 2ində 0.1998 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi” tələbi həcmində baxılması qərara alınmışdır. 07 avqust 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında Cavabdeh1 iddianı qəbul etdiyini, Bankdan krediti əkinçilik işləri ilə bağlı götürdüyünü, lakin sonradan ziyana düşdüyündən Bankın kreditini ödəyə bilmədiyini, 04 sentyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında Bankdan 17 000 (on yeddi min) manat pul götürdüklərini, faizlərin hamısını vaxtında ödədiklərini, ondan sonra 17 000 (on yeddi min) manata keçəndə 500 (beş yüz) manat ödədiklərini, sonra ödəmədiklərini, tələb edilən 738 manatın nə olduğunu bilmədiyini, çünki 17 000 (on yeddi min) manatdan ilk nomral 6 ay faizin olduğunu, onları vaxtında ödədiklərini, əsas borcu ödəmədiklərini, yəni onlara ilk 6 ay vaxt verdiklərini, faizləri ödədiklərini, sonra əsas 17 000 (on yeddi min) manata keçəndə 500 (beş yüz) ödədiklərini bildirmişdir. 28 fevral 2024-cü il tarixə, saat 14:15-ə təyin edilmiş məhkəmə baxışı iclasında, məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh1 iştirak etməmiş və iddiaçı "xxxx" ASC nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 10 aprel 2023-cü il tarixli, №-436 nömrəli X1 İştirak edilməməsi barədə arayışdan görünür ki, 10 aprel 2023-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə keçirilmiş mediasiya sesiyasında Cavabdeh1 iştirak etməmiş, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** qeydiyyat nömrəli ərizə üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023cü il tarixdə verilmiş elektron təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin elektron təsdiqetmə bildirişindən görünür ki, 30 AZN məbləğində xidmət haqqı ödənilmişdir. 17 iyun 2022-ci il tarixli, KT1706/05 nömrəli Kredit müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC-nin Ordubad filial müdiri X6 şəxsində və digər tərəfdən Naxçıvan MR, ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaş Cavabdeh1 şəxsində müəyyən edilmiş şərtlərlə tam razılıq əsasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, Bank Borcalana dövriyyə vəsaitinin artırılması (əkinçiliyin genişləndirilməsi) üçün 36 ay müddətinə 17000 (on yeddi min) manat məbləğində illik 13% (on üç) dərəcəsi ilə Biznes kreditin tam və ya hissə-hissə verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür və öhdəliyin icrasının təminatı kimi Banka DƏTMDX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, № ******* saylı çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus, dəyəri 26800 (iyirmi altı min səkkiz yüz) manat olan daşınmaz əmlakı fərdi yaşayış evini təqdim edir. 3.1-ci bəndindən görünür ki, Bankla İpotekaqoyan və Borcalan arasında 17 iyun 2022-ci il tarixdə bağlanmış ipoteka müqaviləsi bu müqavilə ilə bağlı münasibətləri tənzimləyəcəkdir. 5.1-ci bəndindən görünür ki, Borcalan kreditin əsas məbləğini, ona hesablanmış faiz borcunu və cərimələri ödəməlidir. 5.3-cü bəndindən görünür ki, kredit və ona hesablanmış faizlərin ödənilməsi kreditin verildiyi valyuta ilə müqaviləyə əlavə olunan qrafikə uyğun olaraq həyata keçirilir. 5.11-ci bəndindən görünür ki, müqavilə üzrə borcun qaytarılması üçün Borcalan tərəfindən hesaba köçürülən məbləğ ödəniş sənədində göstərilən ödənişin təyinatından asılı olmayaraq aşağıdakı növbəliliklə ödənişə istifadə olunur. 1) Ödənilməmiş faiz və cərimələr, 2) Əsas məbləğ üzrə vaxtı keçmiş borclar, 3) hesablanmış faiz, 4) əsas məbləğ üzrə müddətli borclar, 6.1.8-ci bəndindən görünür ki, Borcalan tərəfindən müqavilə şərtləri pozulduqda öhdəliyin icrasını vaxtından əvvəl tələb etmək Bankın hüququdur. 6.1.9-cu bəndindən görünür ki, bu müqavilə pozulduğu halda kredit üzrə borcun qaytarılmasını və hesablanmış faizlərin, cərimələrin və müqavilənin 5.12-ci bəndinə əsasən Bankın təsdiqlənmiş xərclərinin ödənilməsini Borcalandan tələb etmək Bankın hüququdur. 6.1.10-cu bəndindən görünür ki, borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə öhdəliyin girov qoyulmuş əmlak hesabına ödənilməsini tələb etmək Bankın hüququdur. 6.4.1-ci bəndindən görünür ki, ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirmək borcalanın vəzifəsidir. 6.4.5-ci bəndindən görünür ki, kreditin bütün məbləğini, ona hesablanmış faizləri, cərimələri və borcun qaytarılması ilə əlaqədar digər xərcləri tamamilə ödəmək borcalanın vəzifəsidir. 6.4.6-cı bəndindən görünür ki, Bank qarşısında olan öhdəliyinə özünün bütün əmlakı ilə kredit borcu, faizlər, cərimələr və bankın digər təsdiqlənmiş xərcləri həddində cavab vermək borcalanın vəzifəsidir. 17 iyun 2022-ci il tarixli, 18 nömrəli İpoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, bu müqavilə bir tərəfdən ipoteka qoyan (borcalan) Cavabdeh1 şəxsində, digər tərəfdən ipoteka saxlayan "xxxx" ASC-nin Ordubad rayon filial müdiri X6 şəxsində bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını KT1706/05 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.3-cü bəndindən görünür ki, İpoteka predmetinin dəyəri “ipoteka qoyan”-ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 26800 manat 00 qəpik (iyirmi altı min səkkiz yüz manat sıfır qəpik) məbləğində müəyyən edilmişdir. 3.1-ci bəndindən görünür ki, öhdəliyin yaranma əsası kredit müqaviləsidir. 4.1-ci bəndindən görünür ki, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlılığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə ödənilir. 11.2-ci bəndindən görünür ki, ipoteka müqaviləsinin notariat qaydasında təsdiq olunması, ipotekanın və ipoteka kağızının qeydiyyatı və əlavə qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş dövlət rüsumunu və bununla bağlı yaranan digər xərcləri ödəmək vəzifəsi ipoteka qoyanın üzərinə düşür. 16 iyun 2023-cü il tarixli, 825 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 17 iyun 2022-ci il tarixli, KT1706/05 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 13% dərəcəsi ilə verilmiş 17000 (on yeddi min) manat kredit məbləği üzrə “16 iyun” 2023-cü il tarixə olan məlumata əsasən əsas borcu 17000 (on yeddi min) manat, faiz borcu 994.95 (doqquz yüz doxsan dörd manat 95 qəpik) manat olmaqla cəmi öhdəliyi 17994.95 (on yeddi min doqquz yüz doxsan dörd manat 95 qəpik) manat təşkil edir. 21 iyun 2022-ci il tarixli, KT1706/05 saylı kredit müqaviləsinə əlavə, kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 illik 13% dərəcəsi ilə, 36 ay müddətinə 17 000 (on yeddi min) manat məbləğində verilmiş kreditin xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək aylar üzrə ödənilməsi nəzərdə tutulmuş, əsas borcdan əlavə 36 ay müddətində ödənilməli olan faiz 4107.98 (dörd min bir yüz yeddi manat 98 qəpik) manat məbləğində olmaqla ümumilikdə ödənilməli olan məbləğ 21107.98 (iyirmi bir min bir yüz yeddi manat 98 qəpik) manat təşkil etmişdir. 21 iyun 2022-ci il tarixli, 0030 nömrəli Xəzinə məxaric orderindən görünür ki, Naxçıvanbank ASC-nin Ordubad filialı tərəfindən əkinçilik üçün 14715 manat (on dörd min yeddi yüz on beş) manat məbləğində kredit Cavabdeh1 AZ50NAXB**********2028005AZN nömrəli hesabına köçürülmüşdür. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestri tərəfindən verilmiş Arayışdan görünür ki, Cavabdeh1 məxsus Naxçıvan MR, ünvan 2i ünvanında yerləşən, 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 133.37 kv.m, yaşayış sahəsi 62.68 kv.m, yardımçı sahəsi 70.69 kv.m olan fərdi yaşayış evi (xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlak) üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 19/6 nömrəli reyestr kitabının 1013 nömrəli vərəqində qeydiyyata alınmış, eyni zamanda xx.xx.2022-ci il tarixinə olan məlumata əsasən həmin əmlaka dair məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH ******* nömrəli Çıxarışdan görünür ki, Naxçıvan MR, Ordubad rayonu, Üstüpü kəndində, 0.1998 ha torpaq sahəsində yerləşən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********48-10301 reyestr nömrəli fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2ində 0,1998 ha torpaq sahəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan **********48-10301 reyestr nömrəli fərdi yaşayış evi "xxxx" ASC-nin Ordubad rayon filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövrü əhatə edən hesablamaların olduğu çıxarışdan görünür ki, borcalan Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə 181,63 manat, xx.xx.2022-ci il tarixdə 183,80 manat, xx.xx.2022-ci il tarixdə 182,97 manat, xx.xx.2022-ci il tarixdə 182,14 manat, 14 fevral 2023-cü il tarixdə 500 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında 17 iyun 2022-ci il tarixdə KT1706/05 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən borcalana dövriyyə vəsaitinin artırılması (əkinçiliyin genişləndirilməsi) üçün illik 13% (on üç) dərəcəsi ilə 36 ay müddətinə 17000 (on yeddi min) manat məbləğində Biznes krediti verilmişdir. Kredit məbləğinin verilməsinə dair 21 iyun 2022-ci il tarixli, 0030 nömrəli Xəzinə məxaric orderi iş materiallarına əlavə edilmişdir. Həmin məxaric orderində 14715 manat (on dörd min yeddi yüz on beş) manat məbləğində kredit məbləğinin verilməsi göstərilsə də, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövrü əhatə edən hesabdan çıxarışa əsasən cavabdehə 17 000 manat məbləğində kredit verilməsi öz təsdiqini tapmışdır. Borcalan Müqaviləyə əlavə olunan ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri, kreditin əsas məbləğini və ona hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüş, bununla yanaşı bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışa əsasən, ünvan 2ində 0,1998 ha torpaq sahəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan **********48-10301 reyestr nömrəli fərdi yaşayış evi 17 iyun 2022-ci il tarixli, 18 nömrəli ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin Ordubad rayon filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka qoyan kredit müqaviləsi üzrə borclu Cavabdeh1 olduğundan ipoteka müqaviləsi onun tərəfindən imzalanmış və qanunla müəyyən edilmiş qaydada notarius tərəfindən təsdiq edilmişdir. Beləliklə, hazırkı vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, Cavabdeh1 kredit üzrə əsas və faiz məbləğlərini müqaviləyə əlavə olan ödəniş qrafiki əsasında ödəməyərək üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən, nəticədə Bank tərəfindən adına kredit reyestrində 23 may 2023-ci il tarixə 120 gecikmə günü qeydə alınmış, borcun qaytarılması ilə bağlı Cavabdeh1 ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edilmiş, sonuncu qeydiyyat ünvanına müvafiq poçt bölməsi tərəfindən xəbərdarlıq məktubları göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, buna baxmayaraq borcalan tərəfindən öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamış, nəticədə 17 iyun 2022-ci il tarixli, KT1706/05 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 adına “16 iyun” 2023-cü il tarixə əsas borc üzrə 17000 (on yeddi min) manat, faiz borcu üzrə 994.95 (doqquz yüz doxsan dörd manat 95 qəpik) manat olmaqla cəmi 17994.95 (on yeddi min doqquz yüz doxsan dörd manat 95 qəpik) manat borc öhdəliyi yaranmış, qeyd olunan borc məbləğlərinin yaranması iş materiallarında olan 16 iyun 2023cü il tarixli, 825 nömrəli maliyyə arayışı ilə təsdiq edilmişdir. O cümlədən, Cavabdeh1 07 avqust 2023-cü il tarixli və 04 sentyabr 2023-cü il tarixli məhkəmə hazırlıq iclaslarında iştirak edərək, Bankdan 17 000 (on yedi min) manat məbləğində kredit götürdüyünü və kredit əsasında faiz borcunu ödədiyini, əsas borcdan isə ödəniş etmədiyini bildirərək iddianı qəbul etdiyini bildirmişdir. Eyni zamanda cavabdeh faizlərin hamısını vaxtında ödədiklərini, ondan sonra 17 000 (on yeddi min) manata keçəndə 500 (beş yüz) manat ödədiklərini, sonra ödəmədiklərini, tələb edilən 837 manatın nə olduğunu bilmədiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan və Cavabdeh1 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə 500 (beş yüz) manat məbləğində faiz borcu ödənilmişdir. Lakin tərəflər arasında 17 iyun 2022-ci il tarixdə bağlanmış kredit müqaviləsinə nəzər saldıqda görünür ki, kredit məbləği 36 ay (3 il) müddətinə, yəni 2025-ci il tarixədək verilmişdir. Belə ki, cavabdeh tərəfindən ödənilmiş 500 manat məbləğində faiz borcu, cavabdehin həmin tarixdən sonrakı yəni öhdəliklərin icra müddətinin bitməsi vaxt dövrünə qədər ödənilməli olan faiz borcların icrasından azad etmir. Belə olduğu halda tərəf 21 iyun 2022-ci il tarixli, KT1706/05 saylı kredit müqaviləsinə əlavə, kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən, illik 13% dərəcəsi ilə, 36 ay müddətinə verilmiş 17 000 (on yeddi min) manat məbləğində kredit üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək aylar üzrə faizlər ödənilməsini öhdəliyinə götürdüyündən iddiaçı xx.xx.2023-cü il tarixdən sonra da ödənilməli olan faiz borcunu tələb etməkdə haqlıdır. Bundan əlavə kredit müqaviləsinin 5.11-ci bəndindən aydın olur ki, müqavilə üzrə borcun qaytarılması üçün Borcalan tərəfindən hesaba köçürülən məbləğ ödəniş sənədində göstərilən ödənişin təyinatından asılı olmayaraq ilk olaraq Ödənilməmiş faiz və cərimələrin hesabına çıxılır. Odur ki, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışlardan müəyyən edilir ki, Cavabdeh1 tərəfindən ödənilmiş məbləğlər faiz borcuna çıxılmış, əsas borc məbləği isə ödənilməmiş olaraq qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin lazımınca icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Odur ki, məhkəmə iddiaçının pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilməsi hissədə Cavabdeh1 qarşı tələb hüququnun olduğunu bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəməmühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2023-cü il tarixli, 952 nömrəli rəyindən görünür ki, Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 17 iyun 2022-ci il tarixli, KT1706/05 nömrəli kredit müqaviləsinin şərtlərinə, hesabdan çıxarış məlumatlarına və 16 iyun 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 16 iyun 2023-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) kredit üzrə olan əsas borcu 17 000 (on yeddi min) manat, faiz borcu 965,86 (doqquz yüz altmış beş manat səksən altı qəpik) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert qarşısında 23 may 2023-cü il tarixə qədər olan borcun hesablanmasına dair suallar qoyulduğu halda, ekspert məhkəmənin 04 sentyabr 2023-cü il tarixli qərardadında ekspert qarşısında qoyulmuş sualları nəzərə almadan maliyyə arayışının verildiyi tarixə olan borcu, yəni 16 iyun 2023-cü il tarixə olan kredit üzrə faiz borcunu hesabladığından məhkəmə hesab edir ki, ekspert rəyi nəzərə alınmamaqla əsassız hesab edilməli, cavabdeh kredit üzrə əsas borcu ödəmədiyini qəbul etdiyindən 17 000 manat məbləğində kredit üzrə əsas borc və iddia ərizəsində tələb edilən 837.86 (səkkiz yüz otuz yeddi manat 86 qəpik) manat faiz borcu təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd edilənlərdən əlavə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iş üzrə tərəflər arasında 17 iyun 2022-ci il tarixli, 18 nömrəli İpoteka müqaviləsi bağlanmışdır. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən Girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 307.6-cı maddəsinə əsasən İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. 4.1.1-ci və 4.1.2-ci maddələrinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər də daxil edilməklə tam həcmdə təmin edilir. 4.1.4-ci maddəsinə əsasən ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.5-ci maddəsinə əsasən İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İddia tələbinin tutmanın ilkin satış qiyməti 26 800 (iyirmi altı min səkkiz yüz) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********48-10301 reyestr nömrəli Naxçıvan MR ünvan 2ində 0.1998 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlamış və notarial qaydada təsdiq etmişlər. Həmin müqavilənin 4.1-ci bəndindən ipoteka saxlayanın tələbinin əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlılığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə ödənildiyi müəyyən edilmişdir. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 18 dekabr 2023-cü il tarixli rəyinə və xx.xx.2023-cü il tarixli, ********** nömrəli qiymətləndirmə hesabatına əsasən ipoteka predmeti olan Naxçıvan MR ünvan 2ində 0.1998 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 225.13 m2, yaşayış sahəsi 62.88 m2, köməkçi sahəsi 162.45 m2 olan 3 otaqlı fərdi yaşayış evinin 18 dekabr 2023-cü il tarixinə bazar dəyəri 26500 (iyirmi altı min beş yüz) manat, likvid dəyəri isə bazar dəyərinə 5% likvidlik tətbiq olunmaqla 25200 (iyirmi beş min iki yüz) manat məbləğində müəyyən edilmişdir. Ona görə də ipoteka predmetinin qiymətləndirilməsi zamanı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 18 dekabr 2023-cü il tarixli, ********** nömrəli qiymətləndirmə hesabatı əsas götürülməli, ipoteka predmetinə tutma yönəldildikdə, ipoteka predmeti olan Naxçıvan MR DƏTMDX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH ******* nömrəli Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Naxçıvan MR, Ordubad rayonu, Üstüpü kəndində, 0.1998 ha torpaq sahəsində yerləşən **********48-10301 reyestr nömrəli fərdi yaşayış evinin ilkin satışı, likvid qiyməti ilə 25200 (iyirmi beş min iki yüz) manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsi zamanı Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının ödənilməsi müəyyən edilmişdir. Həmçinin Məhkəmə iddiaçı tərəfindən tələb edilən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manata münasibət bildirərkən iş materiallarında qəbzlərdə olan ödəmələrdə 15 manat və 30 manatın ödənildiyi öz əksini tapdığından məhkəmə tələb edilən 46.45 (qırx altı manat 45 qəpik) manatın deyil də 15+30=45 (qırx beş manat) manatın təmin edilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Əvvəla məhkəmə qeyd edir ki, 10 aprel 2023-cü il tarixli, №-436 nömrəli X1 İştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, 10 aprel 2023-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə keçirilmiş mediasiya sesiyasında Cavabdeh1 iştirak etməmiş, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənilmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Eyni zamanda həmin Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3% olaraq müəyyən edilir. Yuxarıda qeyd edilənlərə əsasən hazırkı iş üzrə iddia tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 143,51 (bir yüz qırx üç manat 51 qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Göstərilən hal ilə əlaqədar olaraq, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 143,51 (bir yüz qırx üç manat 51 qəpik) manat məbləğində dövlət rüsumunu əhatə etdiyindən iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respubliası Qanununa uyğun olaraq dövlət rüsumu ödəməkdən azad edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X1 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X1 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Nəticədə, iddia tələbi əsaslı olduğundan tam təmin edilməli, 17 iyun 2022-ci il tarixli, KT1706/05 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas borc üzrə 17 000 (on yeddi min) manat, faiz borcu üzrə 837.86 (səkkiz yüz otuz yeddi manat 86 qəpik) manat olmaqla ümumilikdə 17 837.86 (on yeddi min səkkiz yüz otuz yeddi manat 86 qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməli, cavabdeh üzrsüz səbəbdən X1 iştirak etmədiyindən və X4 keçirilməsi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia tam təmin edildiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 143,51 (bir yüz qırx üç manat 51 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınıb dövlət gəlirlərinə ödənilməli, məhkəmənin 26 oktyabr 2023-cü il tarixli qərardadı ilə təyin edilmiş ipoteka predmeti olan əmlakın qiymətləndirməsi ekspertizasının nəticəsi olaraq Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqı iddia təmin edildiyindən Cavabdeh1 alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********;) ödənilməli, iddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş və qəbzlərdə öz əksini tapan 45.00 (qırx beş) manat Cavabdeh1 alınıb iddiaçı Naxçıvanbank ASC-yə ödənilməli, yuxarıda cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh1 məxsus Naxçıvan MR, Ordubad rayonu, Üstüpü kəndində, 0.1998 ha torpaq sahəsində yerləşən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********48-10301 reyestr nömrəli fərdi yaşayış evinin likvid satış qiyməti 25200 (iyirmi beş min iki yüz) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh1 iddiaçı Naxçıvanbank ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, artıq qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi əsaslı olduğundan təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 17 000 (on yeddi min) manat, faiz borcu üzrə 837.86 (səkkiz yüz otuz yeddi manat 86 qəpik) manat olmaqla ümumilikdə 17 837.86 (on yeddi min səkkiz yüz otuz yeddi manat 86 qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 143,51 (bir yüz qırx üç manat 51 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınıb dövlət gəlirlərinə ödənilsin. X2 keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci Cavabdeh1 alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 45 (qırx beş) manat məbləği Cavabdeh1 alınıb iddiaçı Naxçıvanbank ASC-yə ödənilsin. Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən fərdi yaşayış evinin qiymətləndirilməsinə görə müəyyən edilmiş 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqı iddia tam təmin edildiyindən Cavabdeh1 alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********;) ödənilsin. Yuxarıda məhkəmə tərəfindən cavabdehdən alınaraq ödənilməsi müəyyən edilmiş müvafiq məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh1 məxsus Naxçıvan MR, Ordubad rayonu, Üstüpü kəndində, 0.1998 ha torpaq sahəsində yerləşən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********48-10301 reyestr nömrəli fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan Naxçıvan MR, Ordubad rayonu, Üstüpü kəndində, 0.1998 ha torpaq sahəsində yerləşən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********48-10301 reyestr nömrəli fərdi yaşayış evinin likvid bazar dəyəri qiymətləndirmə hesabatı ilə 25200 (iyirmi beş min iki yüz) manat məbləğində müəyyən edilmiş həmin əmlak, açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh1 iddiaçı Naxçıvanbank ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ Cavabdeh1 qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №e-2-2(123)-24/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-24/2024
28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver