Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-24/2025 06.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, iddiaçı-cavabdehin vəkili-nümayəndəsi Vəkil Cəmalədin oğlunun və cavabdeh-iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı borc, malların məcburi qaydada cavabdehə təhvil verilməsi, saxlanc haqqının alınması, əsas tələbin saxlanca verilən əşyalara (MTT ilə siyahıya alınmış əşyalara) yönəldilməsi tələbi və cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdeh İddiaçı qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçının vəkili və nümayəndəsi Vəkil Cəmalədin oğlu 23 oktyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsas borc məbləğinin 7500 (yeddi min beş yüz) manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi, xx.xx.2024-cü il tarixli malların anbarda saxlama müqaviləsinin 2 saylı Əlavəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən Əmlak kompleksində - anbar binasında saxlanca verilən 1 ədəd “Taube” markalı Televizor lsd, 1 ədəd “fuji” markalı Kondisionerin, 2 ədəd Divar üçün tablonun, 2 ədəd Divar aynasının, 2 ədəd vitrinin (profildən), 1 ədəd kamera yaddaşının, 1 ədəd taxta lampalı dekorun, 1 ədəd “Bıstro” reklam lövhəsinin məcburi qaydada cavabdehə təhvil verilməsi, xx.xx.2024-cü il tarixli malların anbarda saxlama müqaviləsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən Əmlak kompleksində - anbar binasında saxlanca verilən əşyaların saxlanılması üçün aylıq ödənilmiş 100 manat saxlanc haqqının, yekun məhkəmə qətnaməsi icra olunan günədək keçən hər gün üçün 3.33 manat (üç manat otuz üç qəpik) cavabdehdən alınaraq iddiaçıya verilməsinə, əsas tələbin, yəni 7500 (yeddi min beş yüz) manatın xx.xx.2024-cü il tarixli malların anbarda saxlama müqaviləsinin 1 saylı əlavəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən Əmlak kompleksində anbar binasında saxlanca verilən əşyalara (MTT ilə siyahıya alınmış əşyalara) yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil Cəmalədin oğlu ərizəsində ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 75.02 kv metr olan qeyri-yaşayış sahəsinin (bundan sonra - Obyekt) tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olduğunu, bu barədə xx.xx.2023-cü il tarixdə hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alındığını və həmin nömrə ilə hüquqların dövlət reyestrindən çıxarış əldə olunduğunu, (iddia ərizəsinə qoşma kimi əlavə olunmuşdur) sözügedən icarə obyektin İddiaçı tərəfindən 30 oktyabr 2023-cü il tarixli, 3M-602 nömrəli icarə müqaviləsi ilə Cavabdeh icarəyə verildiyini, 30 oktyabr 2023-cü il tarixli, 3M- 602 nömrəli icarə müqaviləsinin 2-ci bəndinə əsasən, “icarə müddətinin həmin Müqavilənin müddəalarına uyğun artırılmadığı təqdirdə və ona vaxtından əvvəl xitam verilməzsə 30 oktyabr 2028-ci il tarixədək müəyyən edildiyini və onun bitməsinə 15 gün qalmış tərəflərdən biri digərinə icarə münasibətlərinə xitam vermək barədə bildiriş təqdim etməzsə, icarə münasibətlərini növbəti ilin sonuna qədər uzadılmış hesab edildiyini”, faktiki olaraq icarə müqaviləsinin müddətinin bitmədiyini, həmin İcarə müqaviləsinin 3.1-ci bəndinə əsasən, “obyektdən istifadə ilə bağlı aylıq icarə haqqının vergi çıxıldıqdan sonra hər ay üçün 3750 (üç min yeddi yüz əlli) manat məbləğində müəyyən edildiyini”, həmin məbləğin iki aydır müvafiq hesaba ödənilmədiyini, belə ki, ərizəçinin icarəyə verdiyi obyektdən toplamda (iki aylıq məbləğdə) 7500 (yeddi min beş yüz) manatlıq icarə haqqından (“gəlir”dən) məhrum olduğunu, hazırda da bu vəziyyətin davam etdiyini, bundan yaranan əlavə xərclərin və zərərin də yarandığını, həmin müqavilənin 7.1-ci bəndinə əsasən, “müqaviləyə tərəflərin riayət etməməsinin icarə müqaviləsinə xitam verilməsi üçün əsas olduğunu”, həmin müqavilənin 7.2-ci bəndinə əsasən, “Tərəflərdən biri bu Müqaviləyə əsasən özünün yerinə yetirməli və təmin etməli olduğu hər hansı digər şərt, öhdəlik və qaydaları pozarsa, bu barədə yazılı bildiriş aldıqdan sonra 10 (on) təqvim günü ərzində belə pozuntunu aradan qaldırılacağını, tərəf baş vermiş pozuntuları bu bənddə göstərilmiş vaxt ərzində aradan qaldırmazsa, digər tərəfin müvafiq yazılı bildiriş verməklə bu Müqaviləyə xitam vermək hüququnun olduğunu”, həmin müqavilənin 7.3-cü bəndinə əsasən, “İcarəçi ödəniş vaxtı çatmış icarə haqqını gecikdirdikdə, icarəyə verilən obyektə verilən elektrik, su, internet və s. kimi komunal xidmətlərin verilməsini İcarəçi tərəfindən mövcud borc məbləğinin ödənişi həyata keçirilən müddətədək dayandırıla biləcəyini”, müqavilənin 8.2-ci bəndinə əsasən “icarəçinin öhdəliklərini yerinə yetirə bilməməsi və bu müqavilənin 7-ci maddəsində nəzərdə tutulmuş müddətdə bu halın qaldırılmaması icarə verənə xəbərdarlıq müddəti gözləmədən icarə müqaviləsinə xitam vermək hüququnu verdiyini”, həmin müqavilənin 8.4-ci bəndinə əsasən “İcarəyə verənin xəbərdarlıq müddəti gözləmədən bu Müqaviləni aşağıdakı hallarda bitərəfli qaydada ləğv edə biləcəyini: ... 8.4.2. İki ardıcıl müddət üçün icarə haqqının ödənilməsini gecikdirdikdə”, beləliklə, icarəçi Cavabdeh qarşılıqlı razılaşdırılmış müqavilə ilə üzrərinə götürdüyü öhdəliləri vaxtında və tam icra etmədiyini, baxmayaraq ki, icarəyə verən tərəfindən ona dəfələrlə şifahi və yazılı qaydada şərtləşdirilmiş ödənişləri icra etməsi ilə bağlı xəbərdarlıq edilmişdir, onun yenə bu barədə hərəkətsizlik göstərdiyini, belə ki, icarəçi olan Cavabdeh tərəfindən ödənişlərin edilməməsi səbəbindən icarəyə verənin vəkalətli nümayəndəsi ödənilməli olan icarə haqqının ödənilməsi və qeyri-yaşayış sahəsində olan əşyalarını götürərək müqavilənin xitam olunması üçün icarəçi Cavabdeh təklif göndərildiyini və icarə obyektinin boşaldılması ilə bağlı həm şifahi, həm də yazılı (həm poçt, həm də elektron kargüzarlıq qaydasında) formada müraciət edildiyini, buna baxmayaraq icarəçinin icarə obyektini mülkiyyətçiyə təhvil vermədiyini, icarəyə verən İddiaçı sahiblik və istifadə hüquqlarını kobud şəkildə pozmağa davam etdiyini, beləliklə, həmin qeyri-yaşayış sahəsinin icarəçisi olmuş Cavabdeh ilə mülkiyyətçi İddiaçı arasında bağlanmış icarə müqaviləsinə xitam verildiyi üçün həmin icarə obyektində olan və ona məxsus əşyaların aktlaşdırılaraq götürüldüyünü və saxlanca verildiyini, belə ki, 20 sentyabr 2024-cü il tarixdə səhər saat 9 radələrində adları aşağıda qeyd olunan əşyaların bir qisminin saxlanca verildiyini (təhvil-təslim və götürmə aktı əlavə edilir), digər qisminin isə icarə obyektində saxlandığını (hansı ki qalan əşyalar əvvəlcə həmin obyekti başqasına icarəyə verməyə maneə yaratmırdı, lakin sonradan xx.xx.2024-cü il tarixdən həmin müqaviləyə 2 saylı Əlavə ilə eyni qaydada saxlanca verilmişdir): götürülmüş əşyaların: 1) 5 ədəd Divan; 2) 2 ədəd Taxta Vitrin; 3) 12 ədəd Stol dördbucaq; 4) 3 ədəd Stol yumru; 5) 26 ədəd Stul; 6) 2 ədəd Taxta stol; 7) 4 ədəd Taxta stul; 8) 1 ədəd Kofe ap. “magister”; 9) 1 ədəd Dərin dondurucu; 10) 1 ədəd Soyuducu içkilər üçün (Sirab); 11) 1 ədəd Vitrin soyuducu; 12) 1 ədəd “Avinas ” blendr; 13) 1 ədəd Samovar “renta”; 14) 1 ədəd Kassa aparatı (kompyuter və çek printeri birgə); 15) 3 ədəd Tost aparatı; 16) 1 ədəd Meyvə sıxan; 17) 1 ədəd Kofe üyüdən; 18) 1 ədəd Su təmizləyici filtir; 19) 4 ədəd Süni gül üçün taxta qutu; 20) 1 ədəd Asılqan; 21) 1 ədəd Şüşə jurnalni; 22) 1ədəd Post terminal; 23) Qab-qacaq dəsti olduğunu, yuxarıda qeyd olunan saxlanc müqaviləsinə 2 saylı Əlavə ilə sonradan saxlanca verilmiş əşyaların: 1) 1 ədəd Televizor lsd “Taube” markalı; 2) 1 ədəd Kondisioner “fuji”; 3) 2 ədəd Divar üçün tablo; 4) 2 ədəd Divar aynası; 5) 2 ədəd vitrin(profildən); 6) 1 ədəd kamera yaddaşı; 7) 1 ədəd taxta lampalı dekor; 8) 1 ədəd “Bıstro” reklam lövhəsi olduğunu, götürülmüş həmin əşyaların xx.xx.2024-cü il tarixdə "xxxx" MMC ilə “Malları anbarda saxlama” müqaviləsi (1 saylı Əlavə) bağlanılaraq (müqavilə əlavə olunur) aylıq 100 manat saxlanc haqqı müqabilində onun Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə 1/1 ünvanında yerləşən Əmlak Kompleksində - anbar binasında saxlanca verildiyini (saxlancın təhvil-təslimi ilə əlaqədar tərtib olunmuş akt əlavə olunar), həmin əşyalar icarə obyektində qalsa idi, ədalət mühakiməsi bitənədək mülkiyyətçinin həmin obyekti başqa şəxsə icarəyə verə bilməyəcəyini və təbii olaraq cavabdehdən həmin müddətdə itirdiyi gəliri (əldən çıxan faydanı) tələb edəcəyini, iddiaçının daha ədalətli davranıb bu müddətdə həmin əşyaları başqa yerə köçürərək onları saxlanca verdiyini, təbii ki bu əşyaların saxlanması üçün hər ay üçün çəkiləcək xərcin cavabdehdən tələb ediləcəyini, eyni zamanda icarəçi tərəfindən ödənilməmiş icarə haqqı və məhkəmə üçün çəkilmiş məsrəflərin qaytarılmasının da tələb ediləcəyini, bu tələblərin təmin olunması barədə qətnamənin icrasının isə həm icarə obyektində qalan, həm də saxlanca verilən əşyalara yönəlməsi üçün təminat tədbirinin seçilməsi zərurətinin də yarandığını, bununla bağlı Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edildiyini və xx.xx.2024-cü il tarixdə həmin əşyaların siyahıya alınması və sərəncam hüququnun məhdudlaşdırılması barədə təminat tədbiri qoyulduğunu, icarə obyektində qalan digər əşyaların isə onlar cavabdehə təklif etsələr də gəlib götürmədiyini, təminat tədbirinin bu əşyaların üzərinə qoyulmadığını, onların icarə obyektində divardan asılı vəziyyətdə olduğunu və istifadə olunmadıqlarını, onların bu əşyaları cavabdehin gəlib götürməsi üçün bütün şəraiti yaratdığını, icarə müqaviləsinin xitamı barədə, könüllü mediasiya təklifinin verilməsi barədə, əşyaların saxlanca verilməsi barədə, əşyaların üzərinə təminat tədbirinin qoyulması barədə, bir qisim əşyaların obyektdə qalması barədə, məlumatın cavabdehə verilməsi və müvafiq sənədlərin sürətinin təqdim edilməsinə dair bildirişin xx.xx.2024-cü il tarixdə elektron kargüzarlıq kabineti vasitəsi ilə cavabdehə göndərildiyini, icarə müqaviləsinin 12.3-cü maddəsində qeyd olunsa da, qanununa edilən dəyişikliyə əsasən artıq bunun məcburi olmaqdan çıxdığını, onların həmin müqavilə şərtinin hər ehtimala qarşı məcburiliyinin əsasə götürülə biləcəyini nəzərə alıb, “Mediasiya haqqında” qanunun 21-ci maddəsinə istinad edərək xx.xx.2024-ci il tarixdə könüllü mediasiya təklifi göndərdiyini, lakin hər hansı bir cavab almadıqlarını, onlar müqavilə bağlayarkən İcarəçidən depozit pulu almaq hüququna malik olduqları halda, bunu etmədiklərini, həmçinin, bunun indi də icarə müqaviləsinin 8.2-ci bəndinə əsasən 3 təqvim günü ərzində obyekti boşaldıb İcarəyə verənə təhvil-təslim etmədiyi üçün icarə haqqının iki misli həcmində kompensasiya verilməli olduğunu, onların bunu hələ tələb etmədiyini, Mülki Məcəllənin 686-cı maddəsinin məzmunundan tərəflər arasında yazılı formada müqavilə bağlanıldığının (30 oktyabr 2023-cü il tarixli, 3M-602 nömrəli icarə müqaviləsi) məlum olduğunu, həmin tarixdə Təhvil-Təslim aktı ilə obyektin icarəçiyə təhvil verildiyini, bununla da müddətin axımının hüquqi baxımdan başladığını, eyni zamanda razılaşmaya əsasən icarəyə verilmiş obyekt üçün ödənilməli olan icarə haqqının cavabdeh tərəfindən ödənilməsi nəzərdə tutulsa da, cavabdehin nəzərdə tutulmuş müddətlərdə öhdəliyini icra etmədiyini və ödəməni həyata keçirməkdən yayındığını, belə ki, cavabdehin icarəyə götürdüyü obyekt üçün toplamda (ikiaylıq məbləğdə) 7500 manat icarə haqqını ödəmədiyini hazırda da bu vəziyyətin davam etməkdə olduğunu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarına uyğun olaraq onların icarə müqaviləsinə bir tərəfli qaydada xitam verdiyini (ləğv etdiyini), bu barədə məhkəmədə ayrıca bir iddia qaldırılmasına (tələb irəli sürülməsinə) ehtiyac olmadığını, mövcud qanunvericiliyin normalarına uyğun olaraq, məhkəmədən, İ instansiya üzrə məhkəmə xərclərinin: 96 (doxsan altı manat) AZN dövlət rüsumunun, müvəqqəti təminat tədbiri üçün ödənilmiş 20 (iyirmi manat) AZN dövlət rüsumunun, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 (üç yüz manat) AZN xidmət haqqının, iddianın təmin olunacağı təqdirdə işin uğurlu həlli ilə bağlı müqavilə şərtinə görə vəkilə ödəniləcək 1000 (min manat) AZN mükafat üzrə xidmət haqqının cavabdehdən alınaraq iddiaçıya qaytarılmasının (verilməsi) xahiş olunduğunu bildirərək ərizəsini əsaslandırmış və ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 152.5, 157.4, 329.2, 385.1, 386.1, 425.1, 442, 700.1, 685.1, 685.2, 686-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2023-cü il tarixli Qərarına, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 26 və 61-ci maddələrinə, “İnsan Hüquqları və X1 Haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə, “İnsan Hüquqları və X3 Haqqında” Konvensiyanın 13-cü maddəsinə, Azərbaycan Respublikası MPM-nin 4.1, 8.1, 9.1, 9.3, 39.1, 107 və 119-cu maddələrinə istinad etmişdir. 05 noyabr 2024-cü il tarixdə ilkin iddia üzrə Cavabdeh tərəfindən elektron qaydada məhkəməyə qarşılıqlı iddia ərizəsi ünvanlanaraq həmin ərizədə iddiaçı-cavabdeh İddiaçı çəkilmiş xərclərin dəyəri olan 15000 (on beş min) manat pulun, ödədiyi icarə haqqına görə istifadə edə bilmədiyi 13 günün pulu olan 1462 (bir min dörd yüz altmış iki) manat pulun, öncədən ödədiyi 3750 (üç min yeddi yüz əlli) manat depozit pulun, icarə müqaviləsi adına olduğundan istifadə edə bilməsə də bu günədək ödədiyi vergi ödənişləri olan 3500 (üç min beş yüz) manat pulun, “Access” banka ödəməli olduğu 7000 (yeddi min) manat pulun, dövlət rüsumu olaraq ödədiyi 183 (bir yüz səksən üç) manat pulun, ümumillikdə 30895 ( otuz min səkkiz yüz doxsan beş) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 7500 (yeddi min beş yüz) manat pulun, xx.xx.2024-cü il tarixli Malların anbarda saxlama müqaviləsinin 2 saylı Əlavəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən Əmlak kompleksində - anbar binasında saxlanca verilən 1 ədəd “Taube” markalı Televizor lsd, 1 ədəd “fuji” markalı Kondisionerin, 2 ədəd Divar üçün tablonun, 2 ədəd Divar aynasının,2 ədəd vitrinin (profildən), 1 ədəd kamera yaddaşının, 1 ədəd taxta lampalı dekorun, 1 ədəd “Bıstro” reklam lövhəsinin məcburi qaydada cavabdehə təhvil verilməsini, xx.xx.2024-cü il tarixli Malların anbarda saxlama müqaviləsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən Əmlak kompleksində - anbar binasında saxlanca verilən əşyaların saxlanılması üçün aylıq ödənilmiş 100 manat saxlanc haqqının, yekun məhkəmə qətnaməsi icra olunan günədək keçən hər gün üçün 3.33 manatın (üç manat otuz üç qəpik) ondan alınaraq İddiaçı verilməsini, əsas tələbin, yəni 7500 (yeddi min beş yüz) manatın xx.xx.2024-cü il tarixli Malların anbarda saxlama müqaviləsinin 1 saylı Əlavəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən Əmlak kompleksində - anbar binasında saxlanca verilən əşyalara (MTT ilə siyahıya alınmış əşyalara) yönəldilməsi barədə qətnamə qəbul etməsini xahiş etdiyini, onun 30 oktyabr 2023-cü il tarixli icarə müqaviləsi əsasında mülkiyyət hüquqi ilə İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 75.02 kv metr olan qeydi-yaşayış sahəsini 30 oktyabr 2023-cü il tarixdən 30 oktyabr 2028-ci il tarixədək icarəyə götürdüyünü, müqaviləyə əsasən obyektin icarə haqqının 3750 manat müəyyən edildiyini, əlavə olaraq 05 noyabr 2023-cü il tarixdə 3750 manat depozit pulu ödədiyini, müqavilənin 4.2 bəndində əsasən obyektin təmiri üçün ona 45 gün müddət verildiyini, təmir bitdikdən sonra 15 dekabr 2023cü il tarixdən obyektin fəaliyətə başladığını, daha sonra hər ay vaxtı-vaxtında hər ayın 15-i aylıq icarə haqqını vaxtı vaxtında ödəniş etdiyini və iddiaçıya heç bir borcunun olmadığını, hətta bəzi aylarda ödənişi hər ayın 15-dən tez bir zamanda belə ödədiyini, İddiaçı iddia ərizəsində onun iki aydır ki, obyektin icarə haqqını ödəmədiyini, yekun olaraq onun iddiaçıya 7500 manat pul borclu olduğunu göstərdiyini, o 2024-cü ilin avqust ayınadək bütün ödənişləri vaxtı-vaxtında ödədiyi halda 01 avqust 2024-cü il tarixdən İddiaçı tərəfindən qanunsuz olaraq icarəsində olan obyektin işıqları söndürülərək fəaliyyətinə imkan verilmədiyini, bu səbəbdən də onun 01 avqust 2024-cü il tarixdən fəaliyyətini davam etdirə bilmədiyini, bir neçə gün sonra icarə müqaviləsinə əsasən onun icarəsində (istifadəsində) olan obyektə ondan xəbərsiz, özbaşına, qanunsuz daxil olaraq ona məxsus olan obyektdə olan bütün əşyalarını götürüb apardıqlarını, qarşı tərəf iyun ayından avqust ayının 15-dək aylıq icarə haqqını öncədən ödəniş etdiyi halda iddiaçının ona qarşı qanunsuz hərəkətlər edərək zorakılıqla istifadəsində olan obyekti əlindən aldığını, hətta ona icarə müqaviləsinin tələblərinə əsasən geri ödənilməli olan depozit kimi verdiyi 3750 manat pulun bu günədək ona ödənilmədiyini, həmçinin iyun ayından avqust ayının 15-dək aylıq icarə haqqını tam şəkildə öncədən ödəniş etdiyi halda, iddiaçı işıqları söndürdüyündən obyektinin 13 gün bağlı qaldığını, fəaliyyət göstərə bilmədiyini, 01 avqust 2024-cü il tarixdən işıqlar söndürüldüyündən fəaliyyət göstərməyinə imkan verilmədiyindən ödəniş etdiyi aylıq icarə haqqından 13 günün pulu olan 1462 (bir min dörd yüz altmış iki) manat pulun da ona qaytarılmasını istədiyini, icarəsində olan obyektin anidən işıqlarının söndürülərək fəaliyyət göstərməyinə imkan verilmədiyində obyektin soyuducularında olan yeyinti məhsulları xarab olaraq ona mühüm maddi zərər dəydiyini, həmçinin əsassız və qanunsuz müdaxilə nəticəsində gündəlik qazancını da itirdiyini, bütün bunların onu əsassız olaraq ziyana saldığını, həmçinin icarəyə götürdüyü obyektdə 15000 (on beş min) manat məbləğində təmir işləri görərək, həmin obyekti işlək vəziyyətinə gətirdiyini, icarəyə götürdüyü obyektin bütün təmir pullarını öz vəsaiti hesabına ödədiyini, bununla bağlı şahid və sübutların mövcüd olduğunu, məhkəməyə təqdim edəcəyini, əlavə olaraq onun 2023-cü ilin oktyabr ayında icarəyə götürdüyü obyekti işlətmək üçün “Access” bankdan 50000 (əlli min) manat kredit götürdüyünü, həmin məbləği obyektin təmirinə və s işlərinə xərclədiyini, yaranan kredit borcunun aylıq ödənişini icarəsində olan obyektin qazancından əldə etdiyi gəlirlər hesabına ödədiyini, iddiaçı icarəyə götürdüyü obyekti qanunsuz olaraq bağladığından bir neçə aydır ki, aylıq kredit ödənişlərini ödəyə bilmədiyini, hazırda bu günədək yekun olaraq banka 7000 (yeddi min) manat kredit borcunun yarandığını, həmin 7000 (yeddi min) manat pulun da iddiaçı-cavabdehdən alınaraq ona ödənilməsini istədiyini, yuxarıda qeyd etdiklərindən yetinməyən iddiaçı-cavabdeh İddiaçı fəaliyyətinə imkan vermədikdən bir müddət sonra, özbaşına şəkildə ondan xəbərsiz icarəyə götürüb işlətdiyi obyektdə olan əmlaklarını istifadəsində olan yerə qanunsuz olaraq girərək götürərək apardığını, bununla bağlı video görüntünün mövcüd olduğunu, həmin görüntüləri və əlavə sübutları məhkəmə zamanı təqdim edəcəyini, iddiaçı-cavabdeh İddiaçı aralarında bağlanmış 30 oktyabr 2023-cü il tarixli icarə müqaviləsinin şərtlərini qanunsuzluqlar edərək pozduğunu, aralarında bağlanmış icarə müqaviləsinin tələblərinə əsasən: 2.2. bəndinə əsasən icarə müddəti bu Müqavilənin müddəalarına uyğun olaraq artırılmadığı təqdirdə və ona vaxtından əvvəl xitam verilməzsə xx.xx.2028-ci il tarixində başa çatdığını, buna baxmayaraq İddiaçı qanunsuz olaraq icarəyə götürdüyü obyektin işıqlarını söndürərək onun fəaliyyətinə imkan verməyərək müqavilə şərtlərinin tələbini kobud şəkildə pozduğunu, 2.3. bəndinə əsasən icarə müddətinin başa çatmasına 15 təqvim günü qalmış tərəflərdən biri digərini icarə münasibətlərinə xitam vermək barədə bildiriş təqdim etməzsə, icarə münasibətlərinin növbəti ilin sonuna qədər uzadılmış hesab edildiyini, bu qaydanın növbəti illərə də eyni şəkildə tətbiq edildiyini, 3.1. bəndinə əsasən obyektdən istifadə ilə bağlı aylıq icarə haqqının vergi çıxıldıqdan sonra hər ay üçün 3750 (üç min yeddi yüz əlli) manat məbləğində müəyyən edildiyini (bundan sonra - İcarə haqqı), qanunvericiliklə bu müqaviləyə münasibətdə tətbiq olunan verginin icarə haqqı məbləğinə daxil olmadığını və icarəyə götürənin öz vəsaiti hesabına əlavə olaraq ödənildiyini, 3.2. bəndinə əsasən müqavilə üzrə yaranmış vergi öhdəliyini icarəyə götürən yerinə yetirdiyini, 3.4. bəndinə əsasən bu müqavilə bağlandığı tarixdən 10 iş günü ərzində icarəçinin bir aylıq icarə haqqı məbləğində depoziti icarəyə verənə ödədiyini və icarə müqaviləsi başa çatanadək həmin depozit məbləğinin icarəyə verənin hesabında saxlanıldığını, icarə müddəti başa çatdıqda obyekt, normal köhnəlmə nəzərə alınmadan, icarəçiyə təhvil verildiyi vəziyyətdə icarəyə verənə qaytarıldıqda, eləcə də icarə müqaviləsi ilə əlaqədar icarəçinin hər hansı ödənilməmiş öhdəliyi olmazsa (icarə haqqının, kommunal xidmətlərin ödənilməsi və s.), depozit məbləğinin tam olaraq icarəçiyə qaytarıldığını, obyektə vurulan ziyan depozit məbləği hesabına aradan qaldırıldıqdan sonra qalan pul vəsaitinin icarəyə verən tərəfindən icarəçinin hesabına qaytarıldığını, vurulan ziyan depozit məbləğindən artıq olarsa, icarəçi vurulan ziyanın aradan qaldırılması üçün icarəyə verən tərəfindən çəkilən xərcin əvəzini 10 iş günü ərzində icarəyə verənə ödədiyini, 3.5. bəndinə əsasən icarə haqqının cari ayın ilk 10 (on), iş günü ərzində icarəçi tərəfindən icarəyə verənə nağd şəkildə və ya onun bank hesabına ödənildiyini, onun vaxtı-vaxtında ödəniş dövrü üzrə öncədən hər ayın 15-də nağd şəkildə ödənişlərini etdiyini, bunu təsdiq edən qəbzi məhkəməyə təqdim etdiyini, 8.1. bəndinə əsasən icarəçinin bu icarə müqaviləsinin qüvvəyə minməsindən 1 (bir) il keçdikdən sonra, icarəyə verən tərəfə 3 ay əvvəl yazılı qaydada xəbərdar etməklə icarə müqaviləsinə xitam verə biləcəyini, ona heç bir xəbərdarlıq olunmadan fəaliyyətinə müdaxilə olunaraq müqavilə tələblərinin kobud şəkildə pozulduğunu, 8.4 icarəyə verənin xəbərdarlıq müddətini gözləmədən bu Müqaviləni aşağıdakı hallarda bitrərəfli qaydada ləğv edə biləcəyini: 8.4.1. icarəçi və ya onun əməkdaşı və ya icarəçi ilə əlaqəsi olan şəxs obyekti icarəyə verənin xəbərdarlığına baxmayaraq bu Müqavilə şərtlərinə uyğun olmayan və ya icarəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirdikdə, o cümlədən obyekti üçüncü şəxsin qeyri-qanuni istifadəsində saxladıqda və ya təhlükəyə məruz qoyduqda, bununla da özünün vicdanlı icarəçi öhdəlik və vəzifələrini pozduqda, eləcə də etik qaydalar əleyhinə əməllər etmiş olarsa; 8.4.2. iki ardıcıl müddət üçün icarə haqqının ödənilməsini gecikdirdikdə; 8.4.3 bu müqavilənin 2.4-cü bəndlərində nəzərdə tutulan səbəblərdən icarə haqqının məbləğinin dəyişdirilməsinə dair tərəflər arasında razılaşma əldə olunmadıqda, göstərilən müqavilə tələblərindən iddiaçı-cavabdeh tərəfin öz hərəkətləri ilə müqavilə tələblərini kobud şəkildə pozduğunun və buna baxmayaraq əsassız olaraq ona qarşı pul tələbi ilə iddia qaldırdıqlarının göründüyünü, tələbilə bağlı aşağıdakı şəxslərin məhkəmədə şahid qismində dindirilə biləcəklərini və onların məhkəməyə dəvət olunaraq şahid qismində dindirilməsini istədiyini:
1. X4, Naxçıvan şəhəri, H.Əliyev prospekti bina 10, mənzil 5, telefon: *** *** ** **; 2. X5, Babək şəhəri, tel: 060 *** ** ** 3. X6, Naxçıvan şəhəri, Babək məhəlləsi, 1 A mənzil 49, tel: 060 *** ** ** bildirərək ərizəsini əsaslandırmış və ərizəsində Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 152.1, 385.1, 425.1, 448.1, 676.0.3, 684.1, 689.1, 689.2, 690.1, 696, 692.2, 700.3, 704.1 və 704.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il qərarına istinad etmişdir. 18 noyabr 2024-cü il tarixli məhkəmə iclasında tərəflər iddiaçı-cavabdeh və cavabdeh-iddiaçı adlandırılaraq iddia tələbinə iddia ərizəsi ilə birlikdə qarşılıqlı iddia ərizəsi də nəzərə alınmaqla həmin həddə baxılması qərara alınmışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil Cəmalədin oğlu 25 noyabr 2024-cü il tarixdə elektron qaydada qarşılıqlı iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 05 noyabr 2024-cü il tarixli qarşılıqlı iddia tələbinin təmin edilməməsi (rədd edilməsi) və ilk iddia üzrə İddiaçı iddia tələbini təmin etməklə, Cavabdeh borcun alınması, malların məcburi qaydada cavabdehə təhvil verilməsi, saxlanc haqqının alınması, əsas tələbin saxlanca verilən əşyalara (MTT ilə siyahıya alınmış əşyalara) yönəldiləsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil Cəmalədin oğlu etiraz ərizəsində 05 noyabr 2024-cü il tarixdə Cavabdeh ona qarşı qarşılıqlı iddia ərizəsi ilə 30895 manat pulun ona verilməsi üçün Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə müraciət etdiyini, Cavabdeh aralarında bağlanmış 30 oktyabr 2023-cü il tarixli müqavilənin müvafiq bəndini əsas göstərərək ona depozit üçün 05 noyabr 2023-cü il tarixdə 3750 manat ödədiyini, 15 dekabr 2023-cü il tarixindən isə icarə haqqı olan məbləği ödədiyini və növbəti aylarda da icarə haqqını vaxtında ödədiyini bildirdiyini, aralarında bağlanmış müqavilənin 3.4-cü maddəsində bir aylıq icarə məbləği qədər depozit ödəmək nəzərdə tutulsa da, icarəyə götürənlərin maddi vəziyyətinin aşağı olduğunu nəzərə alıb heç kimdən depozit alınmadan qeyri-yaşayış obyektinin onun tərəfindən icarəçilərə təqdim olunduğunu, icarəçi Cavabdeh də depozit məbləği alınmadan qeyri-yaşayış sahəsinin ona verildiyini, Cavabdeh qarşılıqlı iddia ərizəsində depozit üçün 3750 manat ödəniş etməsinin həqiqəti əks etdirmədiyini, belə ki, Heydər Əliyev 30 ünvanında ona məxsus digər obyektlərdən də sorğu keçirilsə, həqiqətin ortaya çıxacağını, həmçinin həmin depozit məbləğinin hansı hesaba köçürülməsi və yaxud onun nümayəndələrinə verilərkən rəsmiləşmə barədə icarəçidə əsaslı faktın olmaması depozitin onlar tərəfindən alınmamasına dəlalət etdiyini, depozit məbləği alınmış olsaydı, Nağıyevin ona ödəməli olduğu iki aylıq icarə haqqı üçün borcun bir ayını depozit məbləği ilə əvəzləşdirmiş olacağını və nəticədə icarəçinin bir aylıq borcunun qalmış olacağını, faktiki olaraq Nağıyevin iki aylıq icarə haqqını ödəməkdən boyun qaçırdığını, həmçinin icarəçinin aylıq ödənişləri kartdan karta atdığı halda depozit məbləğini sadəcə ödədiyini qeyd etdiyini, lakin ödəmə formasını qeyd etməkdən çəkindiyini, bunun isə həmin ödənişin qeyri-müəyyənliyini və sadəcə olaraq müqavilədə öz əksini tapdığını, faktiki olaraq depozit məbləğinin alınmadığını, Cavabdeh qarşılıqlı iddiada qeyd etdiyi depozitin ödənmədiyini göstərdiyini, iddia ərizəsində də qeyd etdiyi kimi, onlar müqavilə bağlayarkən icarəçidən depozit pulu almaq hüququna malik olduqları halda, bunu etmədiklərini, həmçinin, bunun indi də icarə müqaviləsinin 8.2-ci bəndinə əsasən 3 təqvim günü ərzində obyekti boşaldıb icarəyə verənə təhvil-təslim etmədiyi üçün icarə haqqının iki misli həcmində kompensasiya verməli olduğunu ki, onların bunu hələ tələb etmədiyini, Cavabdeh icarə haqqını vaxtı vaxtında ödəməsini qarşılıqlı iddia ərizəsində qeyd edərək onun hüquqlarının pozulmasını qeyd etdiyini, qarşılıqlı razılaşmalarına əsasən müqavilə bağlandığı gündən (30 oktyabr 2023-cü il tarixdən) 45 gün sonra müqavilənin bütün bəndlərinin öz hüquqi qüvvəsini almış olduğunu, belə ki, Cavabdeh icarə haqqını 15 dekabr 2023-cü il tarixdən ödəməli olduğu halda: 2023-cü ilin 15 dekabr -2024-cü ilin 15 yanvar aralığı üçün xx.xx.2023-cü il tarixdə yəni 11 gün gecikmə ilə; 15 yanvar - 15 fevral arallığı üçün xx.xx.2024-cü il tarixdə, yəni 14 gün gecikmə ilə; 15 fevral-15 mart aralığı üçün xx.xx.2024-cü il tarixdə, yəni 14 gün gecikmə ilə; 15 mart -15 aprel aralığı üçün xx.xx.2024-cü il tarixdə, yəni 14 gün gecikmə ilə; 15 aprel -15 may aralığı üçün xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 1750 manat ödəyərək 18 gün gecikmə ilə; 15 may -15 iyun aralığı üçün xx.xx.2024-cü il tarixdə 900 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdǝ 2550 manat ödəyərək ödəməni 26 gün gecikmə ilə bitirdiyini; 15 iyun-15 iyul aralığı üçün xx.xx.2024-cü il tarixdǝ 1000 manat, xx.xx.2024-cü il tarixdə 2750 manat ödəyərək aylıq ödənişi 27 gün gecikmə ilə tamamladığını, bundan sonrakı ayı isə ödəməkdən boyun qaçırdığını, hansı ki, aralarında bağlanmış icarə müqaviləsinin 3.5-ci maddəsinə əsasən, icarə haqqının cari ayın ilk 10 (on) iş günü ərzində icarəçi tərəfindən icarəyə verənə nağd şəkildə və ya onun bank hesabına ödənilməli olduğunu, yuxarıda göstərilənlərə əsaslanaraq, icarəçinin qeyri-yaşayış obyektinin icarə haqqını hər ay gecikmə ilə ödədiyini və 15 iyul -15 avqust aralığı üçün ondan icarə haqqının ödənməsi onun nümayəndəsi Şahid tərəfindən 15 iyul tarixində xx.xx.2024-cü il tarixinədək dəfələrlə ona deyilsə də, onun heç bir ödəmə etməyərək müvafiq bəhanələr gətirdiyini, Şahid xəbərdarlıq etməsi barədə müvafiq WhatsApp danışıqlarının möcud olduğunu və məhkəməyə təqdim olunacağını (etiraz ərizəsinə əlavə olunur), Audio mesajların da (səslər) məhkəmə prosesində təqdim olunacağını, aralarında bağlanmış müqavilənin 7.3-cü bəndinə əsasən icarəçi ödəniş vaxtı çatmış icarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin ödəmə tarixini gecikdirdikdə icarəyə verənin obyektə verilən elektrik, su, internet və s. kimi kommunal ximətlərin verilməsini icarəçi tərəfindən mövcud borc məbləğinin ödənişi həyata keçirilən müddətədək dayandıra biləcəyini, Cavabdeh qeyri-yaşayış obyektinə 15000 (on beş min) manat xǝrc çəkdiyini bildirərək qarşılıqlı iddia ərizəsində həmin məbləğin ona qaytarılmasını istədiyini, tərəflər arasında bağlanılmış 30 oktyabr 2023-cü il tarixli, 3M-602 nömrəli icarə müqaviləsinin 4.3-cü bəndinə əsasən, "icarəçi tərəfindən obyektdə aparılacaq hər hansı təmir işlərinin smetasının tərəflər arasında əvvəlcədən razılaşdırılaraq təsdiq edilməli olduğunu və icarəçi tərəfindən həyata keçirilmiş hər hansı yaxşılaşdırma və ya bərpa-təmir işlərinin dəyərinin icarə müqaviləsinin qüvvədə olduğu müddətdə və ya müddəti başa çatdıqda və ya icarə müqaviləsinə hər hansı səbəbdən vaxtından əvvəl xitam verildikdə icarəyə verən tərəfindən kompensasiya olunmadığını", icarəçinin təmir işlərinin smetasının tərəflər arasında razılaşdırılmadığını və onun qeyd etdiyi məğləğin necə əmələ gəldiyinin ona məlum olmadığını, beləliklə, icarəçi Cavabdeh qarşılıqlı razılaşdırılmış müqavilə ilə üzrərinə götürdüyü öhdəliləri vaxtında və tam icra etmədiyindən, icarəyə verən tərəfindən ona dəfələrlə şifahi və yazılı qaydada şərtləşdirilmiş ödənişləri icra etməsi ilə bağlı xəbərdarlıq edildiyini, onun yenə bu barədə hərəkətsizlik göstərdiyini, belə ki, icarəçi olan Cavabdeh tərəfindən ödənişlərin edilməməsi səbəbindən icarəyə verənin vəkalətli nümayəndəsinin ödənilməli olan icarə haqqının ödənilməsi və qeyri-yaşayış sahəsində olan əşyalarını götürərək müqavilənin xitam olunması üçün icarəçi Cavabdeh təklif göndərdiyini və icarə obyektinin boşaldılması ilə bağlı həm şifahi, həm də yazılı (həm poçt, həm də elektron kargüzarlıq qaydasında) formada müraciət etdiyini, buna baxmayaraq icarəçinin icarə obyektini mülkiyyətçiyə təhvil vermədiyini, icarəyə verən İddiaçı sahiblik və istifadə hüquqlarını kobud şəkildə pozmağa davam etdiyini, həmin əşyalar icarə obyektində qalsa idi, ədalət mühakiməsi bitənədək mülkiyyətçinin həmin obyekti başqa şəxsə icarəyə verə bilməyəcəyini və təbii olaraq dönüş cavabdehdən həmin müddətdə itirdiyi gəliri (əldən çıxan faydanı) tələb edəcəyini, iddiaçının daha ǝdalətli davranıb bu müddətdə həmin əşyaları başqa yerə köçürərək onları saxlanca verdiyini, iddia tələblərinin təmin olunması barədə qətnamənin icrasının isə həm icarə obyektində qalan, həm də saxlanca verilən əşyalara yönəlməsi üçün təminat tədbirinin seçilməsi zərurətinin də yarandığını, bununla bağlı Naxçıvan MR Kommersiya Məhkəməsinə müraciət edildiyini və APF Tikinti Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən Əmlak kompleksində anbar binasında saxlanılan və borclu (cavabdeh) Cavabdeh məxsus həmin əşyalar üzərində sərəncam verməyin borcluya (cavabdehə) qadağan edilməsi barədə təminat tədbirinin qoyulduğunu, icarə obyektində qalan digər əşyaları isə, iddia ərizəsində daha öncə də qeyd etdikləri kimi onlar cavabdehə təklif etsə də, Cavabdeh gəlib götürmədiyini, təminat tədbirinin bu əşyaların üzərinə qoyulmadığını, onların bu əşyaları cavabdehin gəlib götürməsi üçün bütün şəraiti yaratdıqlarını bildirməklə ərizəsini əsaslandırmış və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47, 76, 77 və 154-cü maddələrinə istinad etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil Cəmalədin oğlu etiraz ərizəsində, həmçinin Naxçıvan Muxtar Respublikası, ünvan 5i ünvanında qeydiyyatda olan Şahid (ŞV:AA*******, xx.xx.2021, Şərur RPŞ QVŞV Qrupu; FİN: xxxxxxx; d/t:xx.xx.2000. Tel: *** *** ** **) onun nümayəndəsi qismində Cavabdeh ilə danışıqlar apardığını bildirərək şahid qismində dəvət edilməsini və dindirilməsini xahiş etmişdir. 18 noyabr 2024-cü il tarixli məhkəmə iclasında iddiaçı-cavabdehin vəkili-nümayəndəsi Vəkil qarşılıqlı iddianı qəbul etmədiklərini, qarşılıqlı iddia ilə əlaqədar arqumentləri burda da bildirə biləcəyini, yazılı qaydada da təqdim edəcəyini, ümumilikdə, bu tələblərin heç birinin düzgün olmadığını, əvvəla depozit pulunun ödənilmədiyini, depozit pulunun ödənilməsi ilə əlaqədar necə ki, aylıq ödənişləri edibdir, onun da qəbzinin olmalı olduğunu, ərizədə 13 gün məsələsinin qoyulduğunu ki, guya ödənişin elə ödənildiyini, hətta onların 13 gün ordan istifadə etməyə imkan vermədiklərini, bu da o mənaya gəlir ki, guya onların ödəniş ödənilmədiyi üçün müqaviləyə xitam vermə əsaslarının əsassız bir əsas olduğunu, amma bunun yanlış olduğunu, çünki ödənişlərin gecikdirilməsinin baş verdiyini, depozitin ödənilmədiyini, və digər tərəfdən də işığın söndürülməsi və s. məsələləri burda qoyduğunu, onunla əlaqədar da müqavilədə hüquqi əsasların olduğunu, maddələrin bir-bir qeyd olunduğunu, digər tərəfdən qarşılıqlı iddianın verilməsi ilə bağlı müddət buraxılmayıbsa qarşılıqlı iddianın işə əlavə edilməsinə dair qanuni əsaslar varsa bu barədə qanuni qərarın verilməsini məhkəmənin mülahizəsinə buraxdığını, amma qalan qarşılıqlı iddia ilə əlaqədar fikirlərinin bundan ibarətdir olduğunu, qarşılıqlı iddia ilə razılaşmadıqlarını, əsassız qarşılıqlı iddia olduğunu, Şamxal bəyin Daxili İşlər Nazirliyi ilə əlaqədar məsələlərinin də ortaya çıxdığını, ordan Şamxal bəyin dediyi arqumentlərin “Müqaviləm, razılaşmam pozula bilməz siz oranın işığını söndürə bilməzsiniz. Mən deməsəm siz mənim mallarımı götürə bilməzsiniz, həmçinin mən depozit ödəmişəm” kimi olduğunu, hətta depozitlə əlaqədar, saxlanca verilmiş əşyalarla əlaqədar polisə şikayət etdiyini ki, bəs onun mallarının onun dükanından girilib götürülüdüyünü, qanunsuz olaraq yəni soyğunçuluq olduğunu, bu soyğunçuluqla əlaqədar 7-8 nəfəri iki üç həftə aparıb polisə gətirdiklərini, bununla əlaqədar ciddi hüquqi mübarizə də apardığını, hansı ki, malların saxlancda olması haqqında məhkəmənin qərarının olması haqqında sənədlərin təqdim edildiyini, polisin bunu 3-4 həftə sonra yavaş-yavaş başa düşdüyünü ki, heç bir hüquqi müstəviyə bunun salına bilmədiyini, məhkəmənin təminat tədbiri qoymuş əşyaları soyğunçuluq predmetinə çevirməyin düzgün olmadığını, həmin ərəfədə də Şamxal bəyə bunu etməməsini izah etdiklərini, onların arasında qarşılıqlı razılaşma ilə bağlı ilkin razılaşma da olduğunu ki, buranı götürən adam var, onun da görüşdüyünü, halallıq vermək istədiyini, “gedin öz aranızda həll edin məsələ bitsin” deyildiyini, onsuz cavabdehin buranın pulunu 2 aydır ödəyə bilmədiyini, özünün gətirib açarı təhvil verdiyini, içəridə əşyası olan, xarab olan malı olan, işıq sönülü vəziyyətdə, açarı gətirib kiməsə təhvil verərmi deyə soruşduğunu, təbii ki verməyəcəyini, bunu özünün də polisdə izahat verib etiraf etdiyini, polisdə olan sənədləri sorğu verib ala biləcəyini, araşdırma aparıldığını amma tərkib olmadığına görə heç bir cinayət hüquqi nəticə çıxara bilmədiklərini, bununla əlaqədar Şamxalla da biz görüşdüklərini, bu vəziyyətə gətirib çıxarmağın düzgün olmadığını izah etdiyini, Şamxal bəyin əsas əlində tutduğunun “mən orda dükan açmışam, mənə söz vermişdilər ki, bunun yanında eyni formatda, eyni konseptdə olan, eyni fəaliyyəti göstərən dükan açılmayacaq” ifadəsi olduğunu, müqavilədə belə şərtin olmadığını, onun da Şamxal bəyə bu işdə 7-8 səhifəlik müqavilə bağlanıldığını, notarial müqavilə bağlanıldığını, bir vəkil tutmalı olduğunu, bu uzun müqaviləni kiminsə oxumalı olduğunu və Şamxala izah etməli olduğunu izah etdiyini, düzdür həmin proseslərdə onların olmadığını, müqavilənin də Bakıda hazırlandığını, şirkətin Bakıdakı vəkillərinin olduğunu, onların hazırladığını, yanında dükan açııldığını, cavabdehə ziyan dəydiyini başa düşdüyünü, amma bunun müqavilədə olmadığını, o adama da onun fəaliyyətinin eynisini aça bilməməsinin deyilə bilməyəcəyini ki, bunun düzgün yanaşma olmadığını, çünki onun kimi bir çoxlarının zərərə düşdüyünü, bunun da iqtisadi proqnozu düzgün vermədiyini, bununla razı olduğunu özünə dediyini, hətta polisdə də “3500-4000 manat kiraya pul mu ödəyərlər Naxçıvanda?!” dediyini, hamının küyə düşdüyünü və Naxçıvanda bütün qiymətləri qaldırdıqlarını, bunu verəndə hər yerdə hamının kafe restoran açacağını düşünmədiklərini, ticarət hüququnda da sahibkarın gərək bəsirətinin olmasının, önünü görməsinin mövcud olduğunu, bir-biriləri ilə bəhsə düşüb önlərini görə bilmədiklərini qəbul etdiyini, amma bunun “müqavilədə olmaya-olmaya sən deyəsən mənim dükanımın yanında sən eyni ticarət obyektindən aça bilmərsən” demək olmadığını, səbəb bunun göstərildiyini, müqavilədə belə bir normanın olmadığı arqumentini diqqətə çatdırdığını, digər tərəfdən işıqla əlaqədar müqavilədə konkret olaraq icarə haqqı ödənilmədikdə işıq və digər kommunalların kəsilə biləcəyinin yazıldığını, bunun müqavilədə qeyd olunduğunu, depozit məsələsini diqqətə cəlb etmək istədiyini ki, bütün ödənişlərin hamısınının rəsmi qaydada ödənildiyini, hansı ki ödəmədiyi aylara qədər olan ödənişlərdən söhbət getdiyini, pulu dayandırdığı tarixə qədər ki ödənişlərin olduğunu, hamısının rəsmi qaydada olduğunu, əldən ödənişlərin olmadığını, necə olur ki, depozitin əldən ödənildiyini dediyini, bunun səbəbini təqdim edə bilmədiyini, amma digərlərinin rəsmi qaydada ödənişlərlə həyata keçirildiyini, depoziti ödəmə haqqında sübutu varsa, ki, bəli müqavilədə depozit yazıldığını qeyd etmək istədiyini, amma bu tərəfdən heç kimdən depozit alınmadığını, depozit alındığı andan onsuz qəbzləşdiriləcəyini, depoziti gətirib vermədiyini, həmin o proseslə bağlı müddəaların var olduğunu, depozit ödəmədiyinə görə müqaviləyə sabah gəlib xitam verə biləcəyini, amma bu tərəfin hüququ olduğunu, xitam vermədiyini, amma bunun “deyəsən müqavilədə yazılıb mən də depoziti ödəmişəm” demək olmadığını, onların iddiasında tərəflərin bu ödənişin həyata keçirilməsi ilə əlaqədar dəfələrlə görüşdüyünü, Şamxalın ümumiyyətlə oranı bağlayıb işlədə bilmədiyini və əsasının da “siz mənim yanımda dükan açmısınız, mən də buranı işlədə bilmirəm” kimi olduğunu, 2 ay da onun müzakirələrinin getdiyini, dəfələrlə deyildiyini, pretenziya məktubunun da göndərildiyini ki, dükanı bağlı saxlamaq olmayacağını, kiranı ödəməli olduğunu, onun da bir mənalı olaraq “Cafevania açılıbdır, mənim bütün biznesimi o məhv edibdir, siz bunu açmamalı idiniz, açdığınız üçün mən zərərdəyəm mənim zərərimi siz qarşılamalısınız” dediyini, təbii ki, bunun heç bir hüquqi əsası olmadığına görə kira götürmək istəyənlərin qapını kəsdiyini və əşyalarını da götürmək istəmədiyini, pretenziya verildiyini, əşyalarını götürsün deyə özünə də xəbərdarlıq edildiyini, özü gəlmədiyi halda əşyaların aktlaşdırılaraq saxlanca verildiyini, əşyaların 2 partiya götürüldüyünü, 2 partiya olmasının səbəbinin bəzi 7 əşyanın sökülməsinin mümkün olan əşya olmadığının olduğunu, kondisioner, televizor və.s kimi bərkidilmə halları olduğunu, ona görə bunların 1 partiya götürüldüyünü, 2-ci partiya götürmək istəyəndə polisə şikayət etdiyini, polisin gəldiyini, polis məsələsindən 2 həftə sonra yenidən 2 ci partiya 6-7 əşya üçün özünə müraciət olunduğunu ki, gəlsin götürsün, yoxsa onların götürüb saxlanca verəcəyini bildirdiyini, yenə gəlib götürmədiyini, və onun saxlanca verildiyini, və bunların hamısında kargüzarlıq qaydasında müraciətlərin həyata keçirildiyini, həmin əşyaların da götürülüb saxlanca verildiyini, ancaq təminat tədbirinin 1-ci partiya götürənlərin məbləğini qane etdiyini, ona görə 1-ci partiyanın üzərinə təminat tədbiri qoyulduğunu ki, əşyalar satılmasın, sərəncam verilməsin, saxlancla əlaqədar xərcin minimum xərc olduğunu, 100 manat olduğunu, onu da tələbə əlavə etdiklərini, ödəmədiyi aylar üçün ödənişi bağlı saxladığını, əldən çıxan faydanın da var olduğunu, bunların məhkəmə məsrəfləri olduğunu və iddialarına əlavə etdiklərini, ödəməni gecikdirmə ilə əlaqədar kompensasiya məsələsinin də var olduğunu, onların bunu qoymadığını, onların Şamxala “sənin gücün çatmır buranı işlətməyə özün bağlayıb getmisən, sən işləyə-işləyə biz səni çıxartmamışıq, bağlı olan bir yerdən söhbət gedir” dediklərini, 2 aydır bağlandığını, ödənişi ödəyib bağlı saxlamağının problem olmadığını, amma axı ödənişi də ödəmədiyini, cavabdehin ödəməyəcəyini dediyini, gətirib açarı da təhvil verdiyini, çıxıb getdiyini, qeyd edəcəklərinin bunlar olduğunu, qalanının da iddia ərizəsində qeyd oldunduğunu, ilk dəfə əşyaların 20 sentyabrda oradan götürüldüyünü, təminat tədbirinin seçilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə müraciət olunduğunu, lakin mülkiyyətçinin dayandırılmış olsa belə VÖEN-i olduğuna görə Naxçıvan Şəhər Məhkəməsinin hakiminin VÖEN-i nəzərə alıb bunun kommersiya mübahisəsi olduğu qənaətinə gəldiyini və qərardadla geri qaytarıldığını, qərardadın sistemə yüklənməsinin bir gün gecikdiyini və qərardada baxılmasının bir gün gecikərək ayın 23-nə gəlin çıxdığını, ayın 23-də Kommersiya məhkəməsinin qərardadı verdiyini və təminat tədbiri qoyduğunu, əşyaların artıq götürüldüyünü və həmin əşyaların üzərinə saxlanc ünvanında-C.Məmmədquluzadə küçəsində təminat tədbiri qoyulduğunu, qarşılıqlı iddia ilə bağlı olaraq onun həmin vaxt Türkiyəyə getdiyini, aktı da onun köməkçisinin hazırladığını onlara atdığını, açığı sərgi olacağını, şəxsi əşyaların içində iki ədəd tablosunun olduğunu, o tablonun orda sərgiyə qoyulacağını, ki təcili çıxarılmasını Şamxaldan xahiş etdiklərini, APF holdinqə aid məsələ olmadığını, sadəcə nümayəndələrin orda işlədiyini, adı çəkildiyini amma onunla əlaqəsi olmadığını, orda konkret olaraq təcili saat 12-yə qədər adamın əşyalarının verilməsi vəziyətinə gətirib çıxardığını, whatsapp yazışmalarının olduğunu, bu prosesləri maksimum səviyyədə izah etməyə çalışdığını, sülh yaratmağa çalışdığını, oranı götürən adamın 5 min manat pul vermək istədiyini ki, halallıq alsın, Gülsüm xanımın qərardadının olduğunu, məhkəmənin qərarı olmadan özbaşına addım atmaq niyyəti olan adamın əşyaların siyahıya alınması ilə əlaqədar məhkəməyə müraciət etməyəcəyini, ziyan olmasın, sui-istifadə olmasın deyə əşyaların saxlanca verildiyini, qarşılıqlı idianı qəbul etmədiklərini qarşılıqlı iddiada qeyd olunan arqumentlərın yanlış olduğunu, əvvəldən gecikmə ilə pulları ödədiyini, hansısa artıq ödəmədən söhbət gedə bilməyəcəyini, nəticə etibarilə 2 ay da işlətmədiyini, 2 ay bağlı qaldığını, açarı özü gətirib verdiyini Şamxalın özünün də etiraf etdiyini, açarı verəndən sonra yenə də məktub göndərildiyini, yenə müsbət cavabı olmadığını, bu məbləğlərin yaranmasına əsasın olmadığını, çünki onların tərəfinin qarşı tərəfin hüquqlarını pozacaq hər hansı addımı olmadığını, 11 dekabr 2024-cü il tarixli məhkəmə iclasında iddiaçı-cavabdehin vəkili-nümayəndəsi Vəkil etirazda qeyd etdikləri kimi whatsapp audio yazı məsələsinin olduğunu, onların şahid qismində iki nəfəri nəzərdə tutduqlarını, hansı ki hazırlıq iclasında iştirak etməməli idilər ki, şahid kimi dindirilə bilsinlər, ödənişlərlə əlaqədar, ödənişlərin gecikməsilə əlaqədar dəlillər olduğunu, mülkiyyətçinin nümayəndəsilə olan yazışmaların mövcudluğunu, audio yazının diskdə şahidin dindirilməsindən sonra təqdim edilməsinin daha uyğun olacağını düşündüyünü, etibarnamə üzrə nümayəndə fəaliyyəti olan nümayəndənin fəaliyyəti üzrə yazışmaları olduğunu, whatsapp yazışması olan telefonun da şahidə məxsus olduğunu, etirazda 3-cü vərəqin başlığında orda tarixlər üzrə ödəniş sxeminin abzas-abzas göstərildiyini, whatsapp yazışmalarının da, nümayəndəyə kartdan ödənilən pulların da olduğunu, onların etirazda da göstərdiklərini, onsuz da onları sübut kimi təqdim edəcəklərini, Şamxalın verdiyi qəbzin sxemdə olduğunu, ona verilən ilkin məlumatın səhv olduğunu, tutuşdurduqlarını, Şahid ümumiləşdirib ona informasiya verdiyini, onun “elə vermə, axırıncı ayı sxemdən də göründüyü kimi bölüb iki dəfəyə ödəyibdir” dediyini, sxemin tam dəqiq olduğunu, sxem üzrə qəbzləri, karta olan ödənişləri məhkəməyə təqdim edəcəklərini, sxem üzrə ödənişlərdə gecikmələrin başladığını, ilk ayda 11 gün gecikmə, 14 gün, 14 gün, 18 gün, 26 gün və sonda 27 gün gecikmə ilə sonuncu ödəmənin sonuncu hissəsini bağladığını, ondan sonra Şamxalın “mən sonuncunu ödəyəndən sonra siz 1 ay gözləməli idiniz, gözləmədən mənə qarşı avqust ayının 3-də iddia qaldırdınız” dediyini, sonuncunu ödəyəndə onsuz da 27 gün vaxtı keçmiş pulu edədiyini, 3 gündən sonra artıq vaxtı çatmış borcu ödəməli olduğunu, bu sxemi imkan daxilində evdə öz kart ödənişlərilə tutuşdurarsa biləcəyini, növbəti məhkəmədə buna baxacağını, onun də gətirəcəyini, ehtiyatsızlıq edib yükləmədiklərini, növbəti məhkəmə iclasında təqdim etməyə çalışacağını, sxem üzrə baxanda ödənişin həyata keçirildiyinin bu formada göründüyünü, gecikməylə həyata keçirildiyini, göstərilən sxemə görə də, borcun yarandığını, tələbin oradan irəli gəldiyini, müqavilənin 4.3-cü maddəsini xatırlatmaq istədiyini, icarəçi tərəfindən obyektdə aparılacaq hər hansı təmir işlərinin smetasının tərəflər arasında əvvəlcədən razılaşdırılaraq təsdiq edilməli olduğunu, həmin maddənin davamında 4.3-cü maddənin davamında “İcarəçi tərəfindən həyata keçirilmiş hər hansı yaxşılaşdırma və ya bərpa təmir işlərinin dəyəri icarə müqaviləsinin qüvvədə olduğu müddətdə və ya müddəti başa çatdıqda və ya icarə müqaviləsinə hər hansı səbəbdən vaxtından əvvəl xitam verildikdə icarəyə verən tərəfindən kompensasiya olunmur” kimi qeyd olunduğunu, nəticə etibarilə Şamxal əvvəldən bəyan edib razılıq əldə edib təmiri aparsaydı belə müqavilənin vaxtından əvvəl xitamı zamanı bu halda belə kompensasiya edilməyəcəyinin göstərildiyini, qarşı tərəf təmir aparıbsa əgər həm bəyan etmədiyini, ikinci tərəfdən müqaviləyə vaxtından əvvəl xitam verildiyini, hər hansı səbəbdən müqaviləyə vaxtından əvvəl xitam verildiyini, nəticədə kompensasiya edilməyəcəyini özününün imzalamasını, hansı ki qarşı tərəfin özünün də müqaviləyə istinad etdiyini, belə bir maddə olan təqdirdə nəyə istinad edib o təmirin pulunu istədiyini soruşduğunu, həm razılıq almadığını, həm də xitam verildiyini, müqavilənin 8.2-ci bəndində qarşı tərəfin arqumentlərinə uyğun olaraq icarəçinin öhdəliklərini yerinə yetirə bilməməsi və bu müqavilənin 7-ci maddəsində nəzərdə tutulmuş müddətdə bu halın qaldırılmaması icarəyə verənə xəbərdarlıq müddəti gözləmədən icarə müqaviləsinə xitam vermək hüququnu verdiyini dediyini, hansı ki qarşı tərəfin “ödənişi vaxtında ödəmişəm” dediyini, onların da vaxtında ödəniş həyata keçirilmədiyinə görə bunu gözləmədən hər hansı addım atmaq hüquqlarının yarandığını düşündüyünü, belə olduğu halda icarəçinin 3 təqvim günü ərzində obyekti boşaldaraq təhvil-təslim aktı əsasında icarəyə verənə təqdim etməli olduğunu, Şamxalın dəvət olunanda açarı da verdiyini, əşyaları götürmədiyini, amma keçən məhkəmə iclasında da “İşlərim getmirdi, ödəyə də bilmirdim, səbəbi də mən deyildim əslində, özləridir” dediyini, dolayısıyla ödəyə bilmədiyini özünün etiraf etdiyini, onların tələb etdiyi ayı ödəyə bilmədiyini, 8.2-ci maddə əsasında qarşı tərəfə xəbərdarlıq edildiyini, həmin əşyaların götürülməsinin elektron kargüzarlıq qaydasına uyğun olaraq müraciət edildiyini, açarı təhvil verib getdiyini nəticə etibarilə qərşı tərəfin məsələsinin pul məsələsi olduğunu, 09 yanvar 2025-ci il tarixli məhkəmə iclasında iddiaçı-cavabdehin vəkili-nümayəndəsi Vəkil ilkin iddia üzrə tələbin icarə müqaviləsindən yaranan münasibətlər olduğunu, icarə müqaviləsini tərəflərin bağladığını və həmin müddətdə ödənişlərin həyata keçirilməsilə əlaqədar aralarında müəyyən anlaşmazlıqlar yarandığını, son nəticədə ödənişin həyata keçirilməsinin mümkün olmadığını, nəticədə müqavilə şərtləri pozulduğuna görə müqaviləyə xitam verildiyini, ödənişlərin ödənilmədiyi müddətdə, müqaviləyə xitam verildikdən sonrakı 1 ay müddətdə təhvil verilənə qədər ödəməli olduğu məbləği ödəmədiyi üçün borc yarandığını, digər tərəfdən borcun alınması üçün, həmçinin əşyaların çıxarılıb saxlanca verilməsi üçün aylıq saxlanc haqqının yarandığını, bunun da xərci artırdığını, nəticə etbarilə həm borcun, həm də çəkilmiş xərcin geri alınmasına ehtiyac yarandığını, bu məqsədlə də iddia qaldırıldığını, məhkəmə hazırlıq iclası müddətində də qarşı tərəflə istər ödəmələrə dair, Şahid tərəfindən danışıqlara dair müəyyən qeydlərin götürülməsi, whatsapp yazışmaların mövcudluğu, həmçinin karta dair ödənişlər və ya əldən ödəmələr olsun, qəbzlər olsun, onlara və ödəmə sxeminə baxdıqda gecikmələrin artıq ilk vaxtlardan başlayıb ta sona qədər getdiyinin onlara məlum olduğunu, iddia ilə əlaqədar digər sübutlar kimi yazışmalarla əlaqədar fləşkartın olduğunu, nümayəndə tərəfindən onlara təqdim edildiyini, nümayəndənin məhkəmə üzrə nümayəndə deyil, tərəfin icra prosesinə qədər ödənişləri aparan və danışıqları aparan əsas şəxslərdən biri olduğunu, ona görə onun da dindirilməsini istədiklərini, çünki açığı iddianı sübut etmək üçün sübutları təqdim etdiyini, qarşılıqlı iddianın rədd edilməsi üçün müqavilə şərtlərinin müəyyən mənada pozulmasını sübut etmək üçün şahidin dindirilməsində ehtiyac olduğunu, müqavilənin 3.5-ci maddəsində “icarə haqqı cari ayın ilk 10 iş günü ərzində icarəçi tərəfindən icarəyəverənə və ya onun bank hesabına ödənilir” deyildiyini, qarşı tərəfin “avqustun 15-nə qədər mənim haqqım var idi” dediyini, halbuki iyul ayının 25-də Şamxalın ödəmə öhdəliyini yerinə yetirməməsinin təsbit olunduğunu və həmin ayın 31-nə qədər danışıqlar getdiyini ki, ayın əvvəlində ödənməli olan pulu ödəmədiyini, qarşı tərəf əşyalarını götürmədiyinə görə götürəcəyi müddətə qədər onun öhdəliklərinin davam etdiyini, müqaviləyə xitam verildiyini, lakin oranı məşğul elədiyini, əşyaların götürülmə tarixini nəzərə alanda onun borcunun yarandığını, həm avqustun on beşinə qədər olan borcundan söhbət getdiyini, həmçinin sentyabrın on beşinə olan borcundan söhbət getdiyini, sentyabrın axırında əşyaların saxlanca verilməsi prosesinin həyata keçirildiyini, həmin müddətdə olan borcundan söhbət getdiyini, borcunun iki aylıq olduğunu, depozitin müqavilədə nəzərdə tutulduğunu, amma qarşı tərəfin depozit ödəmədiyini, ondan alınmadığını, əgər ödənilmişdirsə, sənədinin təqdim edilməli olduğunu, qarşılıqlı iddia üzrə müqavilə tələbləri pozulduğuna görə və vaxtından əvvəl xitam verildiyinə görə qarşı tərəfin iddia etdiyi kimi deyil, onun tərəfindən tələblərin pozulduğunu, bu baxımdan müqaviləyə hüquqlarını müdafiə etdiyi tərəfin xitam vermək hüququnun yarandığını, buna uyğun olaraq da bu addımı atdığını, digər tərəfdən müqaviləyə xitam verilməsilə əlaqədar qarşı tərəfin məlumatlandırıldığını, hətta özünün təklifi olduğunu ki, onların tərəfi qəbul etməsə də belə təklifdən söhbət getdiyini, oranı kiməsə satacağını düşündüyünü, kiməsə satmağın mümkün olmadığını, oranın hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyəti olduğunu, sata bilməyəcəyini, qarşı tərəfin bu hissə qapılıb sentyabrın 20-dək mövqeni davam etdirdiyini, həmin icarə obyektini boş saxladığını, icarə haqqını ödəmədiyini, bundan yaranan öhdəliklərini də yerinə yetirmədiyini, hər ayın əvvəlində ödəməli olduğu pulu ödəməyib müqavilə şərtlərini pozduğuna görə özünə məxsus əşyaları sentyabr ayının 20-nə qədər götürmədiyinə görə bu borcun yarandığını, nəticə etibarilə qarşı tərəfin onun hüquqlarının pozulduğunu dediyini, bundan irəli gələrək Accessbanka olan borcunu ödəməli olduqlarını dediyini lakin onların tərəfinin ucbatından öhdəliklərin pozulmadığını, qarşı tərəfin sentyabr ayının 20-nə qədər olan ödəmələrini tamamilə həyata keçirmədiyini və bundan yaranan tələbləri də onların məhkəmədə irəli sürdüklərini, 05 fevral 2025-ci il tarixli məhkəmə iclasında iddiaçı-cavabdehin vəkili-nümayəndəsi Vəkil ödəmələrin həyata keçirilməsi ilə bağlı qarşı tərəfin ödəmələri etdiyinin ifadə olunduğunu, amma gecikmə ilə həyata keçirdiyini, onların qarşı tərəfin 9 ayı 10 ayı ödəmədiyini demədiyini, qarşı tərəfin müəyyən ayları gecikməylə də olsa həyata keçirdiyini, dəfərlərlə gecikməyə getdiyi barədə xəbərdarlıq edildiyini, 14 aprel 2025-ci il tarixli məhkəmə iclasında iddiaçı-cavabdehin vəkil-nümayəndəsi Vəkil ekspert rəyinin ödənişlərin düzgün aparılmağına görə deyil, qarşı tərəfin “30 min pul çıxmalıdı” dediyinə görə aparıldığını və nəticədə qarşı tərəfin dediyi rəqəmin ortaya çıxmadığını, ekspertin düzgün qərar verməsi üçün hakimin işi ekspertizaya göndərdiyini, qarşı tərəfin 7-ci ayın 15-nə qədər olan ödəmə ayının pulunu belə 6-cı ayın 15-də ödəməli olduğunu, onu belə gecikdirmə ilə ödədiyini, müqaviləyə görə həmin aya daxil olsun deyə ödəmə ayının ilk 10 günlüyündə artıq ödəməli olduğunu, 06 may 2025-ci il tarixli məhkəmə iclasında iddiaçı-cavabdehin vəkil və nümayəndəsi Vəkil çıxış edərək işin, prosesin uzanmasının səbəbinin qarşı tərəfin işin reallıqlarını görməsi və dəlilləri təqdim etmək imkanına malik olması üçün onların müəyyən tolerans göstərməsi olduğunu, qarşı tərəfin vəkilinin olmamasının hüquqi biliyi olduğu halda hansısa zəiflikdən, çatışmamazlıqdan istifadə etməsi demək olmadığını, onların də öz mövqelərini göstərdiyini, hətta qarşı tərəfin sübutları təqdim etmək üçün yetərli imkana malik olması üçün sülh üçün dəfələrlə şərait yaradıldığını, lakin heç bir sübutun qarşı tərəfdən təqdim edilə bilmədiyini, onlar tərəfindən təqdim edilən müqavilə, həmçinin ekspertiza, qarşı tərəfin etirafı, əlavə olaraq təqdim olunmuş ödənişlərlə əlaqədar materialların həqiqətən 7500 manat yəni 2 aylıq ödənişin edilməməsini göstərdiyini, müqavilə ləğv edildikdən sonra əşyaların götürülməsi məsələsinin açıq aydın bəlli olduğunu, qarşı tərəfin əşyaları götürmək istəmədiyini, əşyaların saxlanca verildiyini, saxlancla bağlı onların əlavə xərclərinin yarandığını, ümumilikdə iddia tələblərində qeyd olunan tələbin təmin olunması ilə bağlı qətnamə çıxarılmasını, eyni zamanda qarşı tərəfin verdiyi iddianın əsassız olduğunundan rədd olunmasını məhkəmədən xahiş etdiyini bildirmişdir. 18 noyabr 2024-cü il tarixli məhkəmə iclasında cavabdeh-iddiaçı Cavabdeh 30 oktyabr 2023-cü il tarixdə müqavilənin şərtlərinə əsasən müqvailə bağlanıldığını və müqavilədə qeyd olunduğu kimi onlara 45 gün ərzində təmir işlərinə görə vaxt verildiyini ki, ondan sonra qüvvəyə minəcəyini, onlardan depozit kimi 3750 manat pul istədiklərini, onlar oranı götürəndə 3750 manatı APF-nin mühasiblərinə ödədiklərini, pulu verəndə qəbzlərin verildiyini, amma onların heç birini saxlamadıqlarını, ehtiyac olmurdu deyə saxlamadıqlarını, 3750 manatı 10 gün ərzində ödədiklərini, onların kira müddətlərinin dekabrın 15-nə düşməli olduğunu, 30 oktyabrda müqavilə bağlanıldığını, 45 gün vaxt verildiyini, ondan sonra müqavilənin şərtlərinin qüvvəyə mindiyini, dekabrın 15-i növbəti ayın kirasının ödənilməyə başladığını, ta ki onların iyul ayına qədər ödənişləri vaxtlıvaxtında ödədiyini, 45 gün müddətində icarə haqqını tələb etmədiklərini, iyul ayı onların APF-yə gedib pulu ödəyə bilmədiklərini, kiralarının ayın on beşindən on beşinə olduğuna görə çek olaraq bunların mühasibatlığına ayın on dördü, elə olurdu ayın on üçü bunların kart hesabına atdıqlarını, kart hesabına yüklənəni çıxarıb göstərə biləcəyini, APF-də çox adamın onunla ünsiyyət qurduğunu, dükanı kimdən kirayə götürdüyünü, kimdən ödəməli olduğunu bilmədiyini, ən əsası Əlinin gəldiyini iyul ayı bir dəfə “mənim xəbərim olmayıb ki, siz cafevanianı açmısınız, mən işləyə bilməyəcəm” dediyini, onların şirniyyat sexinin də olduğunu, onların dostlarının yeri olduğunu, onun şirniyyatı sırf xammal dəyərinə də çıxarda bildiyini, Cafevanianın 8 manata satdığı şirniyyatı 5 manata 4 manata sata biləcəyini, öz dostunun obyekti olduğunu, götürə biləcəyini, bu şeyləri tələb etmədiyinə görə ona “sən ən yaxşısı gəl burdan çıx” dediklərini, onsuz Cafevanianın işləməyinin tərəfdarı olduqlarını, Cafevanianın işləməsini istədiklərini, “sən belə işləyə bilməyəssən, vergi də gəlib cərimə yazacaq” dediklərini, onun “mənim işim yaxşıdır, çox gözəl də işləyirəm, məndən narahat olmayın, kiradı, kiranızı verirəm” dediyini, avqustun biri ona “kiranın vaxtıdır” dediklərini, onun da “vaxt avqustun on beşidir, həm də ki növbəti ayın kirasıdır mən ödəyəcəyim kiranı, hələ mən ödədiyim kira qədər oturmamışam” dediyini, onların da “yox işığı söndürürük” dediklərini, ən son kiranı ödədiyi qəbzin olduğunu, ondan əvvəlki ödəmələri əldən verdiyinə görə qəbzin olmadığını, ən son kart hesabına atdığına görə onun qəbzinin olduğunu, amma ondan əvvəlkilərin heç birinin qəbzinin qalmadığını, avqustun biri ona “işığı söndürürük” dediklərini, APF-də Rafiq müəllimin olduğunu, onunla telefon danışıqlarının olduğunu, onun “bəs siz Naxçıvan Elektrik İdarəsinin xəbəri olmadan mənim işığımı söndürə bilməzsiniz” dediyini, onların da “biz söndürərik get kimə də şikayət edirsən et” dediyini, sonra hüquqşünasları Tahir müəllimin onlarla söhbət etdiyi yerdə ona “ bu problemlər vardır, sən ən yaxşısı çəkil aradan” dediyini, onun da “mən əlli min kredit götürüb bura pul qoymuşam, həm də işləyirəm hal-hazırda, mən burdan qazanıb ora ödəyirəm” dediyini, Tahir müəllimin, “daha böyük problemlər çıxacaq” dediyini, onun da “ən azından mənim bura çəkdiyim xərci verin, mən çıxım gedim mallarımı da satım, Accessin borcunu bağlayım” dediyini, iddiaçı tərəfin də “rəhbərliyə deyərik” dediklərini, rəhbərliyə deməklərinin “müqavilənin şərtlərinə əsasən oranı təmir etmisənsə, öz hesabına etmisən” olduğunu, amma onun “mən çıxmaq istəmirəm, işləmək istəyirəm, siz məni dolayı yolla gətirib çıxartmaq istəyirdiniz” dediyini, sonra qarşı tərəfin “sən açarı gətir mənə, biz də adam axtaraq, adam tapaq, sataq buranı, sən pulunu götür” dediklərini, onun aparıb bunlara açarı verəndə aşağıdan ona telefonu yuxarı aparmağa qoymadıqlarını, səs yazaram, video çəkərəm deyə, nəyəsə görə telefonunu aldıqlarını, ona görə heç bir sübutu, şahidi olmadığını, onun neçədə ora daxil olmağı və açarı təhvil verməyinin sadəcə onların kamerasında olduğunu, onun oranı satmasını, və ya onlara müştəri tapmasını qarşı tərəfin ondan gözlədiyini, onun bir müştəri tapdığını, Türkiyədə olduğunu, tırı xarab olmuşdu deyə ora getmək məcburiyyətində qaldığını, 3-4 gün ərzində gələcəyini, Əlinin “telefon dükanıdı, nurtelekomdu, bunlara veririk” dediyini, onların “sənə 2-3 min nə versələr götür, çıx get” dediyini, onun isə “mən o qədər xərc çəkmişəm, kömək eləmirsiniz bir nəfər Türkiyədən gəlib, dolayı yolla öyrəndik ki, həmin adam da gəlib cofe shop kimi götürsün, həmin adamın şirniyyat sexi vardır” dediyini, Əli müəllimin də qayıdıb “sən dediyin adama dükanı kirayə vermirik” dediyini, onu çıxarmaq istədiklərini, onun işığını avqustun biri söndürdüklərini, onun “işıq idarəsindən başqa heç kim söndürə bilməz” dediyini, qarşı tərəfin “işıq idarəsi kimdi?! Sən deyəsən bizi tanımırsan” dediklərini, müqavilənin şərtlərinə əsasən o içəridə işləyirəmsə, daima iş gedirsə, 2 ay kiranı ardıcıl olaraq yubadırsa tərəfin dediyini qəbul edəcəyini, amma bunların onun işığını söndürdüyü halda onun məcbur qalıb qapını bağlayıb gözlədiyini ki, məhkəmə yolu ilə bu proses həll olunsun, qarşı tərəfin də ondan istədiyinin həmin o işığı söndürdükləri vaxtdan sonrakı iki ayın kirasının olduğunu, ondan qabaqkı kiraların hamısının onsuz da ödənildiyini, ən son kiranın ödənilməsinin qəbzini məhkəməyə təqdim etdiyini, sentyabrın 19-unda qarşı tərəfin malların yarısını götürdüklərini, sentyabrın 20-də ora getdiyini, ordan təsadüfən keçdiyini, çəkilişlə əlaqəli getdiyini, içəridəki bütün malları götürdüklərini o tərəfə baxıb gördüyünü, onun qarşı tərəfə “siz icra məmuru olmadan gəlib mənim mallarımı götürürsünüz” dediyini, onların da “icra məmuru, polis kimdi?! Hər şey bizik” dediklərini, elə oldu ki, söz söhbət yarandığını, Daxili İşlər Nazirliyinə çağırıldığını, Daxili İşlər Nazirliyində onlara sual verildiyini, məhkəmənin qərarı olmadan hüquqi cəhətdən ora girmələrinin düz ya səhv olduğunun soruşulduğunu, öz hüquqşünaslarının “səhv idi, amma mən nə edə bilərəm, Fuad Əlizadə dedi ki, gedin girin, malları götürün” dediyini, Fuad Əlizadənin də APF-nin rəhbəri olduğunu, onun Fuad Əlizadə ilə indiyə qədər heç bir danışığının olmadığını, bütün danışıqların Əli adındakı adamla olduğunu, Əli adındakı adama deyəndə ki, “polis bu məsələ ilə bağlı baxacaq artıq məhkəmə prosesi deyil bu, məhkəməlik bir şey yoxdur”, Əlinin ona “polis deyirsən? Bax gör polislə necə bağlıyırıq söhbəti, o söhbət elə bağlanacaq ki, mülki məsələ ilə, məhkəmə onu da həll edəcək qutarıb gedəcək” dediyini, bunların ona ancaq etdiyinin bu təhdid olduğunu, onun işləməyə yenə də razı olduğunu, işləmək də istədiyini, Cafevanianın açılmağının ona heç bir zərəri olmadığını, çünki onun fotoqraf işlədiyini, yüksək saylı səhifəsinin də var olduğunu, onun reklamı edib onların verdiyi 8 manatlığı, 5 manata 4 manata verib kiranı da verə bildiyini, sadəcə o elə etdikcə Cafevanianın işinin zəifləyəcəyini, dolayı yolla hər dəfə kiranı tez tələb edib onu çıxartmaq istədiklərini, müqavilənin şərtlərinə əsasən o içəridə qala-qala 2 ay əgər işləyir, pul qazanır, kiranı ödəmirsə müqavilənin şərtlərinə uyğun olaraq məhkəmənin qərarı ilə qarşı tərəfin onu ordan çıxara biləcəyini, özləri də desəydilər onsuz onun çıxacağını, amma onun orda faktiki iş gördüyünü, ondan sonra Əlinin ona “sənin ağlın başqasına getməsin, biz Naxçıvanda istədiyimizi edərik” dediyini, onun fotoqraf işlədiyini, indi bu dəqiqə ona ziyan vurduqlarını ki, onun aylıq 1800 manat Accessin kreditini fotoqraflıqla ödədiyini və Saat Meydanının onların olduğunu, hər tərəfdən ona problem yaratdıqlarını, Saat Meydanında bəy gəlin çəkilişinə ona icazə vermədiklərini, Əli adındakı şəxsin ona “Məhkəməyə biz nə desək o qərar veriləcək” dediyini, onun məhkəmənin ədalətinə güvəndiyini, 11 dekabr 2024-cü il tarixli məhkəmə iclasında cavabdeh-iddiaçı Cavabdeh icarə müqaviləsi üzrə hərəkətlərin məhkəməyə məlum olduğunu 30 oktyabr 2023-cü il tarixdə müqavilə bağlandığını, ondan sonra kiraların ödənməyə başlandığını, başlayanda ayın 15-i kiranı APF-nin mühasibi Şahid verdiyi halda ona “Kimsə qol çəkməlidir, biz sizə sənəd təqdim edəcəyik ödəniş etdiyinizlə bağlı” deyildiyini, onun “bizə ehtiyac deyil, onsuz aybaay kiramızı ödəyib işləyəcəyik” dediyini, proseslərin bu yerə gəlib çıxacağını düşünmədiyini, ondan sonra onun ayın tarixini tam dəqiq bilmədən ödənişləri etdiyini, ayın 15-i ödənməli olduğunu iki ay, üç ay sonra bildiklərini, onun hələ tez-tez ödəyini, bu qaydada proses davam olunduqdan sonra kiranı daha tez tələb etməyə başladıqlarını, son aylarda onların müqavilə şərtlərini açıb oxuyaraq ayın 15-dən 15-ə vaxtı olduqlarının, belə də verməli olduqlarının şahidi olduqlarını, Əli Əlizadə olan şəxsin dolayı yolla gəlib onlara “siz çıxın onsuz da işləyə bilməyəcəksiniz” dediyini, onların da ətraflarında olan dost tanışla APF şirkətinə işin olmadığını göstərmək qərarına gəldiklərini, ancaq bu prosesə də gəlib çıxsalar ayın 15-dən o tərəfə yubatmamaq şərtilə kiranı verəcəklərini, onların “bura qoyduğumuz xərci verin” dediklərini, Əli Əlizadənin “nə xərci, biz sizə pul verən deyilik” dediyini, onların “polisə müraciət edəcəyik, dövlətin qanunları, məhkəməsi var” dediklərini, Əli Əlizadənin “məhkəmə də, dövlət də mənəm” dediyini, işığı söndürdüklərini, “kira ödənilməsə işığı söndürə bilərik” dediklərini, Cahan Ticarət Mərkəzi kimi obyektlərdə işıq söndürülmənin ona aid olduğunu soruşduğunu, çünki orda hüquqi şəxslərin getdiyini, onun amma fiziki şəxslə müqavilə bağladığını, dükanı APF GROUP-dan götürmədiyini, bütün işi onunla danışan APF GROUP-un olduğunu, amma müqavilənin şərtlərinə əsasən Bakıda olan X şəxsinin olduğunu, o əgər fiziki şəxsdən kirayə obyekt götürürsə, o kiranı ödəməsə belə fiziki şəxsin onun işığını söndürə bilməyəcəyini, onun fiziki şəxsdən suyu, işığı almadığını, dövlətdən aldığını, dövlətə ödədiyini, onun səhvinin işıq idarəsinə müraciət etməməsi olduğunu, bundan əlavə malların əsassız yerindən götürülməsi barədə sübut təqdim edə bilmədiyini, məhkəmənin qərarı olmadan icra məmuru olmadan, girib malları götürdüklərini, birinci prosesdə Kommersiya Məhkəməsindən ona gələn sənədə əsasən icra məmurları ilə birlikdə saxlanc anbarına getdiyi vaxt malların hamısının başqa otaqda olduğunu, həmin otaqda hansı var, hansı yoxdur, yazdıqlarını özlərinin qeyd etdiklərini ki, kassa aparatı (komputer və printerlə birlikdə), deməli həm kassa aparatının olmalı olduğunu, həm də mötərizənin içindəkilərin olmalı olduğunu, kassa aparatının onların ödənişlər olunan kassaları olduğunu, orda komputerlə printer olduğunu, amma vəkillərə “mən elə demək istəmişəm ki, komputerlə birlikdə” kimi izah etdiyini, yəni ki, əşyaların kəsr olduğunu, ondan sonra ikinci dəfə icra məmurlarının gəlməli olduğunu, vaxtın yenilənməsilə əlaqədar orda tost aparatları və bəzi şeylərin olduğunu, sadəcə çoxunun saxlanma anbarında qeydiyyata aldıqlarını və qeydiyyata almadıqlarını, məsələn televizorun, kondisionerin qeydiyyatda olmadığını, amma saxlanc anbarında qaldığını, keçən dəfə getdiklərində 3 dənə tost aparatının olduğunu, bu dəfə getdiklərində iki dənə tost aparatının olduğunu, birinin olmadığını, həmin Əli Əlizadə olan şəxsin icra məmuruna “əlavə buz aparatı var, mənimdi amma qeydiyyatda yoxdur, yəqin uşaqlar götürüb tost aparatı kimi buz aparatı yazıb” dediyini, buz aparatının qiymətinin üç min manat olduğunu, tost aparatının qiymətinin beş yüz manat olduğunu, icra məmurunun “paltaryuyanı televizor kimi yaza bilərsən?” dediyini, onların isə “biz sizi başa sala bilməyəcəyik, ürəyiniz nə istəyir yazın” dediyini, icra məmurunun “məhkəmənin qərarı var, qərarı icra etməliyəm, yoxdusa bitti. Keçən dəfə tost aparatını gördük, indi yoxdur, minusu qoyub gedirik” dediyini, onun işıqlarının olduğunu, onu almağa getdiyini, Əli Əlizadə olan şəxsin telefon dükanına “Şamxal bura gəlsə siz deyin ki bizlik deyil, get özlərilə danış, bizə də zəng vurur biz telefonu açmırıq” dediyini, vəkillərinə, orda işləyən şəxs Tahirə zəng vurduğunu, telefonu açmadığını, Nurtelekoma mallara əsasən 1600 manat ödəniş etdiyini, onun orada mallarının qaldığını, kamera, səs sistemi, işıqlar, istilik sisteminin (atapleniya) qaldığını, onların ödənişini Nurtelekomun ödədiyini, həmin malların Nurtelekomun mülkiyyətinə keçdiyini, Nurtelekomun mülkiyyətinə keçməyən içərinin təmiri olduğunu, təqdim olunmuş şəkildə də göründüyü kimi, əvvəlki vəziyyətin necə olduğunu, sonra necə olduğunu, qarşı tərəfin 7500 manat pul tələb etdiklərini, onun mallarının onlarda stopda qaldığını, sxemin səhv olduğunu, ona indiyə qədər qəbz vermədiyini, kartdan ödədiklərinin olduğunu, kartdan axırıncı ödənişləri məhkəməyə düzgün təqdim etdiyini, kartdan ödənişi qarşı tərəfin də bura (sxemə) düzgün yazdığını amma burdan yuxarı olanın, necə olur ki, dekabrın 15-i o ödəniş etməliydisə, niyə ondan tələb etmədiklərini soruşduğunu, otuz min borcun yaranması ilə əlaqədar işığı söndürdüklərinə görə yaranan xərcin onların ödəməsini istədiyini, əgər ki, o icazə almasaydı bu aylar ərzində orda iş gedə bilməyəcəyini, həmçinin 5 illik müqavilə bağlanıbdırsa, əgər ki müqavilənin şərtlərini o pozmursa, o müqaviləni pozmaq istəmirsə, qarşı tərəf müqaviləni pozmaq istəyirsə, təmir üçün onun pulunun yerdən çıxmadığını, məhkəmənin qərarına hörmətlə yanaşdığını, tutaq ki, bugün məhkəmə qərar çıxartdı və qarşı tərəf haqlı çıxdı, onun ora qoyduğu qəpiyinə qəpik hər bir şeyi Nurtelekomdan söküb, daş divar necə onlardan almışdısa, o qaydada təhvil verəcəyini, Tahir müəllimin ona zəng vurduğunu və “narahat olma gətir açarı mənə ver, mən adam tapmışam, müştəri gəlib baxacaq, gəlsin baxsın, hamsını bir yerdə satırıq sənin pulunu verək” dediyini, səhəri gün aldadıb gedib malları götürəcəklərini bilmədiyini, Əlinin ona “iki min verirlər istəyirsən?” deyə soruşduğunu, onun isə “yox” dediyini, Əlinin “onda get məhkəməyə şikayət elə” dediyini, son dəfə Cafevaniada oturarkən Nurtelekom barəsində Əliyə yaxınlaşdığını, səsyazmağa çalışdığını, məhkəmə haqqında ifadələrini yazmaq istədiyini, həmin vaxt onun səs yazdığını görüb X15 Nazirliyinə zəng vurduğunu, polisin gəldiyini və “səsyazmanı sil” dediyini, qarşı tərəfin onun pulunu verəndən sonra müqaviləyə aralarında xitam verilməsinə razı olduğunu, onun pulunu versəydilər, çəkdiyi xərci ödəsəydilər ordan onu çıxarmalarına, müqaviləyə xitam verilməsinə razı olacağını, 27 dekabr 2024-cü il tarixli məhkəmə iclasında cavabdeh-iddiaçı Cavabdeh ilk depoziti 3750 manatı müqavilənin birinci ayı ödədiyini, yer təzə açıldığına görə birinci ayı onun depozit pulunu ödədiyini, onun pulu kira pulu kimi ödəyəndə ona “depozit pulunu da ödə” dediklərini, onun isə “depozit pulunu da ayın axırı 26-sı ödəyim” dediyini, onun da ayın 15-nə yazıldığını, ikinci ödənişi və digər ödənişlərin hamısını ayın 15-i maksimum 16-sı ödədiyini, ona dəfələrlə “sistemdə çek çıxmır, yazarıq gəlib qol çəkərsən” dediklərini, həmişə ayın axırı gedəndə 3 dəfə elə olduğunu, ödənişi etdiyini, ona “problem vardır” deyildiyini, “ya Əli müəllim Bakıdadır, o gəlib qol çəkməlidir, sonra sən qol çəkməlisən” deyildiyini, ona görə saxladıqlarını, ən son aylarda kartla vurduğunu, müqavilədə nağd yolu ilə və köçürmə yolu ilə qeyd olunduğu üçün kartla vurduğunu, o qarşı tərəfə dəfələrlə “gəlin pulu köçürmə ilə vurum” desə də, onların “köçürmə ilə vurma, köçürmə ilə vursan, bizdən pul tutur” dediyini, 09 yanvar 2025-ci il tarixli məhkəmə iclasında cavabdeh-iddiaçı Cavabdeh ilkin iddia üzrə keçən məhkəmə iclasında qarşı tərəfin vəkilinin indiyə qədər bütün ödənişlərin vaxtı-vaxtında ödənildiyini dediyini, ondan sonra “yox ödənişlər vaxtı-vaxtında olmayıbdır, gecikmələr olubdur” dediyini, iki dənə ən əsaslı sübutunun olduğunu, birincisi vəkilin ödənişlərin vaxtı-vaxtında ödənildiyini deməsinə dair məhkəmə iclasında aparılmış audio-video çəkilişə dair qeyd olduğunu, ikinci sübutun dekabrın 15-dən avqustun 15-nə qədər onun kira ödəməli olduğunu, həmin vaxt ərəfəsində 30000 manat pul ödəməli olduğunu, özlərinin verdiyi sxemlərdə 30000 manatın tamtamına ödənilmiş sayıldığını, kağız üzərində yerlərini dəyişməklə ona 7500 manat borc kimi hesablandığını, dekabrın 15-dən avqustun 15-nə qədər 8 ay vaxt etdiyini, 8 ayın ödənişinin 30000 manat etdiyini, vaxtları dəyişdiklərini ayın 15-i olan tarixi 29-na yazdıqlarını, yenə də son məqam 30000 manatın orda olduğunu, və ayın biri, ikisi onların işığını söndürdüklərini, fəaliyyətlərini dayandırdıqlarını, bunun da müqavilənin şərtlərinin pozulmasına dair yetərincə sübut olduğunu, işığın söndürülməsinə dair qarşı tərəfin özlərinin razılıq verdiyini, qarşı tərəfin əldən ödənilən pulların vaxtını dəyişdiklərini, müqavilə şərtlərində ayın əvvəlində və ya sonunda ödəniş edilməsinin qeyd olunmadığını, istədikləri kimi qəbul edə biləcəklərini, istəsələr ödənişi əvvəlcə qəbul edəcəklərini, istəsələr də sonda qəbul edəcəklərini, yenə də məbləğin dəyişmədiyini, dekabrın 15-dən onun müqavilə şərtlərinin başladığını, avqustun biri çıxdığını, onun da avqustun 15-nə qədər vaxtı olduğunu iddia etdiyini, dekabrın 15-dən avqustun 15-i aralığında onun icarəçiyə ödəyəcəyi pulun 30000 manat məbləğində pul olduğunu, onun qarşı tərəfin dediyi yeddi min beş yüzlə razılaşmadığını, avqustun ikisi işığı söndürdüklərini, avqustun ikisindən sonra işləmədiyini, sentyabrın 20-si də dediyi kimi xitam verildiyini, avqustun 15-dən 20-nə olanın 3750 manat olduğunu, bunun da depozit puluyla bağlanmış hesab olunmalı olduğunu, depozitin müqavilənin şərtlərində qeyd olunduğunu və əldən ödədiyini, ona görə də sübutunun olmadığını, son iki ayı kartla ödədiyini, ondan əvvəl sənəd vermədiklərini, Tahirlə söhbət getdiyini, Tahirin ona “açarı ver mənə, biz satacağıq” dediyini, açarı alandan sonra ona yazılı olaraq üstündən 15-20 gün keçəndən sonra bildiriş göndərildiyini ki, gəlib əşyaları götürsün, o məktub onun əlinə çatan kimi yeri boşaltdıqlarını, qarşılıqlı iddia üzrə müqavilənin şərtlərini yerinə yetirdiyini və son aylarda onlarda məhkəmə prosesləri olmağa doğru getdiyini gördüyünü, ona görə son aylarda kartla ödəniş etdiyini, ona qarşı təhdidlər olduğuna görə onun özlərilə çıxmaq şərtilə razılaşdığını, amma onun qarşı tərəfə “bura Accessdən kredit götürüb qoymuşam, eybi yox siz işləyin qazanın mən istəmirəm, sadəcə mən buranı təmir etmişəm, hər ay 1800 manat Accessə pul ödəyirəm aparın o pulu, təmirin pulunu verin mən çıxım” dediyini, iddia tələbinin təmin olunmasını xahiş etdiyini, o müqavilənin heç bir şərtini pozmadığı halda onu çıxardıqlarını, onun özünün çıxmadığını, o çıxmaq istəsə təmir pulunun ona ödənilməməli olduğunu, bir dənə sübutunun ən son ödəniş olduğunu, qarşı tərəfin iyunu yazdıqlarını, ancaq iyulu yazmadıqlarını, amma məhkəməyə iyulun ödənişini göstərə biləcəyini, gətirib iyul ayını orda göstərə bilmədiklərini, son aylarda təhdidlər olduğu üçün özünün qəsdən işini pis göstərməyə məcbur olduğunu, 05 fevral 2025-ci il tarixli məhkəmə iclasında cavabdeh-iddiaçı Cavabdeh barışıq üçün vaxt verilsə də, verilməsə də keçən dəfə də şahid tərəfindən otuz minin ödənildiyinin özlərinin sübut etdiyini, səs yazıları olduğunu, görüntülər olduğunu, vəkilin birinci məhkəmədə “Cavabdeh vaxtı-vaxtında pulu ödəyirdi. Sadəcə son iki ayı iyun, iyul ayı ödəməmişdi” dediyini, onun iyun, iyul ayı bank yolu ilə ödədiyini göstərdiyini, pulun hamısını ödədiyini, 7500 əlavədən tələb etdiklərinin məlum məsələ olduğunu, 14 aprel 2025-ci il tarixli məhkəmə iclasında cavabdeh-iddiaçı Cavabdeh ekspert rəyində də onun ödənişləri vaxtında etdiyinin göründüyünü, müqavilənin şərtlərinə əsasən də son 2 ay ard-arda gecikmə olarsa müqavilənin pozulmasına gətirib çıxarda biləcəyini, işıqları söndürüb açarı onlardan aldıqlarını qarşı tərəfin özlərinin də qəbul etdiyini, ən birinci məhkəmə iclasında qarşı tərəfin vəkilinin ta ki avqust sentyabr aylarına qədər vaxtı vaxtında ödənişlər olunduğunu bildirdiyini, sonrakı məhkəmələrdə qərarlarının dəyişdiyini ki, aprel ayında da ödəniş olmadığını bildirdiklərini, avqustun 2-si işığın söndürülməsi ilə bağlı verilən suala “bəli söndürülübdür” deyildiyini, hər dəfə bu söhbətlərin getdiyini, onun ödəniş etməyinə baxmayaraq avqustun 2-si işığı söndürüb açarı aldıqlarını, daha sonra bu problemlərin yarandığını, müqavilənin şərtlərini isə onun yox qarşı tərəfin pozduğunu, qarşı tərəfin “açarı gətir bizə buranı satırıq sənin pulunu da verək” dediklərini, onun yalandan “gəldilər açarı əlimdən aldılar” deyə biləcəyini, amma onun yalan məlumat vermək istəmədiyini, onu sübut eləmək üçün APF-nin kamerasının olduğunu, onun içəri girəndə telefonuna qədər əlindən alındığını, Naxçıvanda biraz vəzifə, güc varsa qarşı tərəfi əzmək üçün hər şeyin edildiyinin hamıya məlum olduğunu, qarşı tərəfin öz başlarına malları götürməklərinə dair, heç bir icra məmurunun olmadığına dair onda video görüntülərin olduğunu, qarşı tərəfin ona “gəl sən bağla buranı” dediklərini, pulu istəyəndə “nə pul?” deyə sual verdiklərini, pulunu vermək istəmədiklərini, bir adamın qazandığı yeri niyə bağlamasını soruşduğunu, qarşı tərəfin ona “bağlamasan gələcəkdə başqa problemlər yarana bilər” dediyini, artıq oraya marağını itirdiyini, onun qarşı tərəfə “mən buranı podmoyak vəziyyətdə remont eləmişəm” dediyini, onların pulunu vermədiklərini, ona qarşı tərəfdən birinin “bunların planı odur ki, hər dəfə biraz daha tez istəməyə başlayacaqlar kiranın pulunu, aparıb tam-tamına vermə pulu. Misal üçün kiranın vaxtı qanunla ayın 15-i verəcəksə, ayın 10-u biraz ödə, 11-i biraz ödə” dediyini, onun ödənişinin də ayın 14-dən o tərəfə qalmadığını, onun rəqəmlərlə razılaşmağa məcbur olduğunu, ona görə ki, çeklərin ona verilmədiyini, onsuz orda onun itirdiyi, 3750 manat pulun olduğunu, əgər ki o aprel ayını ödəməmişdirsə, avqust ayında işığı söndürməyin avqust ayında problemin yaranmağı demək olduğunu, apreldə bu problemin yaranmadığını, ekspertiza təyin olunduğunu, həmin ekspert rəyində də görüldüyü kimi, onun filan tarixə qədər ödənişləri düzgün apardığını, bir dənə aprel ayının problem olduğunu qarşı tərəfin dediyini, onda çek yoxdu deyə onun aprel ayını ödədiyini dediyini, ona görə də ekspertin verdiyi rəylə onun razılaşmaq məcburiyyətində qaldığını, ekspert rəyində xx.xx.2024-cü ilədək ödəniş edildiyinin qeyd edildiyini, onun həmin tarix də olmaqla olduğunu, onların çeklərində onun 7-ci ay da ödəniş etdiyinin mövcud olduğunu, qarşı tərəfin belə problemlərin nə vaxtsa yaşanacağını bildiyini, ona görə qəbz vermədiklərini, onun nə vaxtsa məhkəməyə gələcəyini və ondan qəbz istəyəcəklərini bildiyini, amma qarşı tərəfin gələcəkdə bu problem çıxanda düz çıxmaları üçün bunu etdiklərini, qarşı tərəfin elədiyinin dələduzluqdan başqa bir şey olmadığını, 06 may 2025-ci il tarixli məhkəmə iclasında cavabdeh-iddiaçı Cavabdeh çıxış edərək haqqı olanı istədiyini, Azərbaycan Respublikasının vətəndaşlarının qanun və ədalət baxımından bərabər olduqlarını, qarşı tərəfin əlindən gələn təzyiqləri etdiyini bildiyini, onun ordan çıxmağına baxmayaraq müqavilənin şərtlərini necə pozduqlarının məhkəməyə də aydın olduğunu, 2 ay ard-arda ödəniş olunmasaydı onu çıxarda biləcəklərini, amma çıxardıqlarını, onun ordan çıxmağının səbəbinin sadəcə icarə müqaviləsi yox, ədalətsiz rəqabət də olduğunu, Cafevanianı açıb ona istər mənəvi, istər iqtisadi zərər vurduqlarını, bunların nəzərə alınmasını məhkəmədən xahiş etdiyini, qarşı tərəfin iddiasının rədd edilməsini xahiş etdiyini, öz iddiası ilə bağlı qanun çərçivəsində və müqavilənin şərtlərinə əsasən qərar verilməsini xahiş etdiyini bildirmişdir. 09 yanvar 2025-ci il tarixli məhkəmə iclasında Şahid ifadə verərək Cavabdeh həmin obyekti icarəyə götürəndə onların müqavilələrində şərtlərin hamısının qeyd olunduğunu, onların şirkətinin müqaviləsində qeyd edildiyini, şirkətin deyəndə İddiaçı müqaviləsində qeyd edildiyini, ilk başdan əvvəllər ödənişlərin hamısının olduğunu ödəniş olunmadığını deyə bilməyəcəyini, hamısının da olunduğunu, sonradan Cavabdehla onun whatsapp yazışmalarında olduğu kimi, əvvəl ödənişlərin hamısında gecikmələr olduğunu, on dörd gün də, on beş gün də, iki- üç həftəyə yaxın gecikmələr də olduğunu, hər dəfə onların “ödənişi edin” dediyini, indi işləyə bilmədiyini, onları bilmədiyini, gecikmələr olduğunu, ən sonda isə iyul ayında yəni yeddinci ayda ödəniş etdiyini, ondan sonra onlar ödənişi istəyəndə qarşı tərəfin “işləyə bilmirəm bizim maddi imkanımız yaxşı deyil” dediyini, whatsapp yazışmalarında hamısının olduğunu, qarşı tərəfin “işləyə bilmədiyimizə görə ödənişi verə bilmirik, bank və vergi bizə məhdudiyyət qoyub” dediyini, whatsapp danışıqlarının telefonunda olduğunu, onları verə biləcəyini, səs danışıqlarında qarşı tərəfin “ödəniş aparmadığımız üçün işıqları da kəsəcəklər” dediyini, whatsapp danışıqlarını, səs qeydini vəkilə onun verdiyini, işığın söndürülməsi, Şamxalın çıxarılması ilə əlaqədar Şamxala səs yazısında xəbərdarlıq edildiyini, ödənişi gecikdirdiyinə görə ona xəbərdarlıq edildiyini, onsuz da yazışmalarda da olduğunu, ödənişləri edin deyildiyi zaman qarşı tərəfin “işləyə bilmirik, qazancımız yoxdur” dediyini, qarşı tərəfin dekabrın 15-dən ödənişləri etməli olduğunu,dekabr, yanvar, fevral, mart, aprel, may, iyun aylarında ödənişlərin olduğunu, axırıncının iyulda olduğunu, axırıncı ödənişin kartla ödəndiyini, 1 ay arada gecikmə olduğunun, həmin ayın avqust yox başqa ay olduğunu, ödənişlərin nə qədər olduğunu sənədlərə baxıb deyə biləcəyini, çünki bir ay hansındasa növbəti ayın pulunu verdiyini, öpdənişlərin 8 dəfə olduğunu dəqiq deyə bilmədiyini, 7 dəfə də ola biləcəyini, sənədlərə baxıb deyə biləcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçı-cavabdeh İddiaçı iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 30 oktyabr 2023-cü il tarixli İcarə müqaviləsindən görünür ki, bu müqavilə, icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, İcarəyə verən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 75.02 m2 olan qeyri-yaşayış sahəsini (bundan sonra- Obyekt) İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə bu müqavilə müəyyən edilmiş qaydada və məbləğdə icarə haqqın ödəməyi öhdəsinə götürür. 2.2-ci bəndindən görünür ki, İcarə müddəti bu Müqavilənin müddəalarına uyğun olaraq artırılmadığı təqdirdə və ona vaxtından avvəl xitam verilməzsə xx.xx.2028- ci il tarixində başa çatır. 3.1-ci bəndindən görünür ki, Obyektdən istifadə ilə bağlı aylıq icarə haqqı vergi çıxıldıqdan sonra hər ay üçün 3750 (üç min yeddi yüz əlli) manat məbləğində müəyyən edilir (bundan sonra - İcarə haqqı). Qanunvericiliklə bu müqaviləyə münasibətdə tətbiq olunan vergi İcarə haqqı məbləğinə daxil deyil və İcarəyə götürənin öz vəsaiti hesabına əlavə olaraq ödənilir. 3.2-ci bəndindən görünür ki, Müqavilə üzrə yaranmış vergi öhdəliyini icarəyə götürən yerinə yetirir. 3.4-cü bəndindən görünür ki, Bu Müqavilə bağlandığı tarixdən 10 iş günü ərzində İcarəçi bir aylıq İcarə haqqı məbləğində depoziti İcarəyə verənə ödəyir və İcarə müqaviləsi başa çatanadək həmin depozit məbləği İcarəyə verənin hesabında saxlanılır. İcarə müddəti başa çatdıqda Obyekt, normal köhnəlmə nəzərə alınmadan, İcarəçiyə təhvil verildiyi vəziyyətdə İcarəyə verənə qaytarıldıqda, eləcə də icarə müqaviləsi ilə əlaqədar İcarəçinin hər hansı ödənilməmiş öhdəliyi olmazsa (icarə haqqının, kommunal xidmətlərin ödənilməsi ve s.),depozit məbləği tam olaraq İcarəçiyə qaytarılır. Obyektə vurulan ziyan depozit məbləği hesabına aradan qaldırıldıqdan sonra qalan pul vəsaiti İcarəyə verən tərəfındən İcarəçinin hesabına qaytarılır. Vurulan ziyan depozit məbləğindən artıq olarsa, İcarəçi vurulan ziyanın aradan qaldırılması üçün İcarəyə verən tərəfindən çəkilən xərcin əvəzini 10 iş günü erzində İcarəyə verənə ödəyir. 3.5-ci bəndindən görünür ki, İcarə haqqı cari ayın ilk 10 (on) iş günü ərzində İcarəçi tərəfindən İcarəyə verənə nağd şəkildə və ya onun bank hesabına ödənilir. 3.6-cı bəndindən görünür ki, Obyektin istifadəsi ilə bağlı kommunal xidmətlər üçün, o cümlədən telefon, internet,su, elektrik haqları İcarə haqqına daxil deyil və İcarəçı tərəfindən və onun hesabına ödənilir. Su və elektrik haqları quraşdırılmış sayğac əsasında ödənilir. 4.2-ci bəndindən görünür ki, İcarəçi tərəfindən obyektdə təmir işlərinin aparılmasına Obyektin İcarəçiyə təhvil verildiyi tarixdən etibarən 45 (qırx beş) gün müddət verilir. Verilmiş təmir müddətinin bitdiyi gündən etibarən müqavilədə nəzərdə tutulmuş öhdəliklər hüquqi qüvvəsini almış olur. 4.3-cü bəndindən görünür ki, İcarəçi tərəfindən Obyektdə aparılacaq hər hansı təmir işlərinin smetası tərəflər arasında əvvəlcədən razılaşdırılaraq təsdiq edilməlidir. İcarəçi tərəfindən həyata keçirilmiş hər hansı yaxşılaşdırma və ya bərpa-təmir işlərinin dəyəri İcarə müqaviləsinin qüvvədə olduğu müddətdə və ya müddəti başa çatdıqda və ya İcarə müqaviləsinə hər hansı səbəbdən vaxtından əvvəl xitam verildikdə İcarəyə verən tərəfindən kompensasiya olunmur. 4.5-ci bəndindən görünür ki, İcarəçi İcarəyə verən tərəfin öncədən yazılı razılığını almaq şərtilə, Obyetkə zərər yetirmədən icarə sahəsinin sabit dekorasiyasının tarkib hissələri, tavan içi təsisatlar, arakəsmə, qapı, tavan, döşəmə, şüşələr, İcarəyə verən tərefindən verilən texnikalar və s. istisna olmaqla, Obyektdən ayrıla bilən və lcarəçi tərəfindən edilmiş yaxşılaşdırmaları, habelə onun tərəfindən getirilmiş və Obyektin tərkib hissəsi olmayan və ya daimi olaraq quraşdırılmayan əşyaları və avadanlıqları, elektrik cihazları və digər daşınar əşyaları icarə müddətində Obyektdən çıxara bilər. İcarə müddəti başa çatdıqda və ya İcarə müqaviləsinə vaxtından əvvəl xitam verildikdə həmin əşyalar Obyektdən icarə müqaviləsine xitam verildiyi gün çıxarmalıdır. İcarə müqaviləsinə xitam verildikdən sonra 10 iş günü ərzində Obyektdən çıxarılmayan əşyalar sahibsiz əşya hesab edilir və İcarəyə verən həmin sahibsiz əşyalarla bağlı öz mülahizəsinə uyğun qərar verə bilər. 7.1-ci bəndindən görünür ki, Müqaviləyə Tərəflərin riayət etməməsi icarə müqaviləsinə xitam verilməsi üçün əsasdır. 7.2-ci bəndindən görünür ki, Tərəflərdən biri bu Müqaviləyə əsasən özünün yerinə yetirməli və təmin etməli olduğu hər hansı digər şərt, öhdəlik və qaydaları pozarsa, bu barədə yazılı bildiriş aldıqdan sonra 10 (on) təqvim günü ərzində belə pozuntunu aradan qaldıracaq. Tərəf baş vermiş pozuntuları bu bənddə göstərilmiş vaxt ərrzində aradan qaldırmazsa, digər Tərəfin müvafiq yazılı bildiriş verməklə bu Müqaviləyə xitam vermək hüququ var. 7.3-cü bəndindən görünür ki, İcarəçi ödəniş vaxtı çatmış İcarə haqqını və ya Müqavilədən irəli gələn digər ödənişlərin ödəmə tarixini gecikdirdikdə, İcarəyə verən Obyektə verilən elektrik, su, internet və s. kimi kommunal ximətlərin verilməsini İcarəçi tərəfindən mövcud borc məbləğinin ödənişi həyata keçirilən müddətədək dayandıra bilər. 8.4-cü bəndindən görünür ki, İcarəyə verən xəbərdarlıq müddətini gözləmədən bu Müqaviləni aşağıdakı hallarda birtərəfli qaydada ləğv edə bilər: ... 8.4.2. İki ardıcıl müddət üçün icarə haqqının ödənilməsini gecikdirdikdə... Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 75.02 m2 olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Heydər Əliyev pr., ev 30B ünvanlı qeyri-yaşayış sahəsinin xx.xx.2023-cü il tarixdə İddiaçı və Cavabdeh arasında bağlanmış qeyri-yaşayış sahəsi üzrə icarə müqaviləsinə dair təhvil-təslim aktından gönürür ki, Heydər Əliyev pr., ev 30B ünvanında yerləşən və sahəsi 75.02 m2 olan qeyriyaşayış sahəsi icarə obyektini icarədar (İddiaçı) təhvil verir, icarəçi (Cavabdeh) isə həmin obyekti təhvil alır. Eyni zamanda, təhvil verilən ərazi üzrə qüsur və çatışmamazlıqlar yoxdur. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Heydər Əliyev prospekti, ev 30B ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə xx.xx.2023-cü il tarixdə İddiaçı ilə bağladıqları icarə müqaviləsinin 3.1-ci bəndinin tələblərini yerinə yetirməməsinin müqavilə öhdəliklərinin pozulması kimi qiymətləndirilməsi və müqavələnin xitam olunması üçün əsas olması Naxçıvan şəhər sakini Heydər Əliyev prospekti, ev 16, mənzil 72-də qeydiyyatda olan Cavabdeh nəzərinə çatdırılmışdır. Ən qısa zamanda tərəfindən ödənməli olan icarə haqqının ödənməsi və qeyri-yaşayış sahəsində olan əşyalarını götürərək müqavilənin xitam olunması üçün İddiaçı nümayəndəsi X11 (**********) ilə əlaqə saxlanılması xahiş olunmuşdur. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh məlumat üçün bildirilmişdir ki, ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 75.02 kv metr olan qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən 30 oktyabr 2023-cü il tarixli 3M-602 reyestr nömrəli icarə müqaviləsinə əsasən ona icarəyə verilmişdir. Aralarında bağlanmış icarə müqaviləsinin 3.1-ci bəndinin tələblərini yerinə yetirmədiyindən (öhdəliklərinin pozulması kimi qiymətləndirilmişdir) həmin icarə müqaviləsinə xəbərdarlıq müddəti gözlənilmədən xitam verilmişdir. Buna görə də, həmin ünvanda olan və onun istifadəsində olan əşyaların bir qismi 20 sentyabr 2024-cü il tarixdə Təhvil-təslim və Götürmə aktı ilə götürülmüş və eyni tarixli Anbarda saxlama müqaviləsi ilə (1 saylı əlavədə göstərilən sayda əşyalar) Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə 1/1 ünvanında yerləşən Əmlak Kompleksində - anbar binasında aylıq 100 (yüz) AZN saxlama haqqı müqabilində saxlanca verilmişdir (Təhvil-təslim akı tərtib edilməklə). Yuxarıda qeyd olunan saxlanc müqaviləsində onun həmin əşyaları götürmək hüququ müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən Əmlak kompleksində anbar binasında müvəqqəti ödənişli saxlanca qoyulan və borclu (potensial cavabdeh) Cavabdeh maxsus əşyaların siyahıya alınması və həmin əşyalar üzərində sərəncam verməyin borcluya (cavabdehə) qadağan edilməsi barədə təminat tədbirinin qoyulmasına dair xx.xx.2024-cü il tarixli, e-16(123)- 11/2024 nömrəli qərardad çıxarmışdır. Həmin qərardadla borcunun ödənməsi barədə çıxarılacaq qətnamənin yuxarıda qeyd olunan əşyalara yönəlməsi hədəflənmişdir. Yuxarıda qeyd olunanları nəzərə almaqla borcunu va vurduğu ziyanı ödəməsi Cavabdeh təklif olunmuşdur. 20 sentyabr 2024-cü il tarixli “malların anbarda saxlama müqaviləsi”ndən görünür ki, bu müqavilə (bundan sonra "Müqavilə" adlandırılacaq), bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən, bundan sonra "Tapşıran" adlandırılacaq İddiaçı (vəkalətli nümayəndəsi Şahid vasitəsi ilə təmsil olunur) şəxsində, digər tərəfdən Azərbaycan Respublikasının vətandaşı, bundan sonra "Saxlayıcı" adlandırılacaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, direktor X8 şəxsində (birlikdə "Tərəflər", ayrılıqda "Tərəf adlandırılacaq), "Tərəflər" arasında aşağıdakı bəndlərdə qeyd olunan şərtlərlə bağlanılır: 1.1. "Tapşıran" mülki hüquqa uyğun olaraq onun sahibliyində olan adları "Müqavilə"nin 1 saylı Əlavəsində göstərilən əşyaları (sonradan "Əşyalar" adlandırılır) müvəqqəti olaraq saxlanca verir, "Saxlayıcı" isə həmin "Əşyaları" özünə məxsus olan Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə 1/1 ünvanında yerləşən Əmlak Kompleksində - anbar binasında (bundan sonra "Anbarda") saxlanca qəbul edir. 1.2. "Müqavilə"yə əsasən, "Saxlayıcı" aylıq 100 (yüz) AZN saxlama haqqı müqabilində "Tapşıran"ın ona verdiyi "Əşyalar"ı müvəqqəti olaraq (hər bir halda 2 (iki) il müddətində) ona məxsus olan "Anbar"da saxlamaq üçün qəbul etməyi öhdəsinə götürür. 1.3. “Əşyalar" Cavabdeh və ya "Tapşıran" tərəfindən götürülə bilər. Cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi MilliÖN elektron ödəmə sistemindən çıxarışın məzmunundan görünür ki, 2750,00 AZN məbləğ xx.xx.2024-cü il tarixdə ödənilmişdir. İddiaçı-cavabdehin vəkil və nümayəndəsi Vəkil 25 noyabr 2025-ci il tarixli etiraz ərizəsinə əlavə etdiyi WhatsApp yazışmalarından görünür ki, cavabdeh-iddiaçı Cavabdeh müxtəllif tarixlərdə dəfələrlə icarə haqqının ödənilməsi tələb edilmiş, lakin Cavabdeh tərəfindən həmin ay üçün pul çıxarmağın çətin olduğu qeyd edilərək həmin ayın icarə haqqının ödənilə bilməyəcəyi bildirilmişdir. 09 yanvar 2025-ci il tarixli məhkəmə iclasında iddiaçı-cavabdehin vəkil və nümayəndəsi Vəkil tərəfindən fləşkartda təqdim olunmuş danışıqların aparılmasına dair səs qeydinin DVD-R diskinə köçürülmüş məzmunundan aydın olur ki, cavabdeh-iddiaçı Cavabdeh ödənişin vaxtından 3 gün keçdiyi bildirilmiş, ödənişin edilməsi tələb olunmuş, əks təqdirdə işiqların yenə söndürüləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh 3750 AZN (üç min yeddi yüz əlli) məbləğində pulu İddiaçı adına AR-İİİ №040905 nömrəli etibarnamə ilə X7 ödəmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh 3750 AZN (üç min yeddi yüz əlli) məbləğində pulu İddiaçı adına AR-İİİ №040905 nömrəli etibarnamə ilə X7 ödəmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh 3750 AZN (üç min yeddi yüz əlli) məbləğində pulu İddiaçı adına AR-İİİ №040905 nömrəli etibarnamə ilə X7 ödəmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh 3750 AZN (üç min yeddi yüz əlli) məbləğində pulu İddiaçı adına AR-İİİ №040905 nömrəli etibarnamə ilə X7 ödəmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh 2550 AZN (iki min beş yüz əlli) məbləğində pulu İddiaçı adına AR-İİİ №040905 nömrəli etibarnamə ilə X7 ödəmişdir. Kapital Bank tərəfindən verilmiş Şahid kart hesabından xx.xx.2023-xx.xx.2024-cü illər üzrə dövrü əhatə edən çıxarışdan görünür ki, həmin kart hesabına xx.xx.2024-cü il tarixdə 2000.00 manat, xx.xx.2024-cü il tarixdə 1750.00 manat, xx.xx.2024-cü il tarixdə 900.00 manat, xx.xx.2024cü il tarixdə 300.00 manat, xx.xx.2024-cü il tarixdə 2 dəfə 500.00 manat olmaqla, cəmi 1000.00 manat, xx.xx.2024-cü il tarixdə 2750.00 manat məbləğində mədaxil olmuşdur. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən verilmiş “Hüquqi yardımın göstərilməsi haqqında” Vəkil ilə İddiaçı vəkalətli nümayəndəsi Şahid arasında bağlanmış 23 saylı, 16 sentyabr 2024-cü il tarixli müqavilənin: 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 (sözlə: üç yüz manat) AZN müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. Hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyil. Hüquqi yardıma görə haqq nağdsız qaydada ödənilir. 2.2. Tərəflər işin uğurlu həlli nəticəsinə görə bu müqaviləyə Əlavədə nəzərdə tutulan haqqın ödənilməsini və onun həcmini əvvəlcədən müəyyənləşdirə bilərlər. Müqavilə tərəflərinin razılığı ilə göstərilən hüquqi yardımın həcmi, mürəkkəbliyi, icra müddəti, həyata keçiriləcəyi orqan və ya təşkilat nəzərə alınmaqla işin uğurlu həlli nəticəsindən asılı olaraq müraciət edən tərəfindən pul formasında əlavə mükafat ödənilə bilər. Həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, Şahid (İddiaçı vəkalətli nümayəndəsi) işin uğurlu həlli nəticəsinə görə Vəkil hüquq pozuntularına görə dəymiş zərərin - ziyanın və borcun geri qaytarılması istiqamətində uğurlu həllin (barışıq, razılaşma və sair bütün anlaşmalı həllə gedilməsi halı və ya real uğurlu nəticənin olmasına rağmən müraciətin və ya iddianın geri çəkilməsi halı da uğurlu hall sayılır) olmasına görə 1000 (min) manat miqdarında (məbləğdə) mükafatın ödənilməsi öhdəliyini üzərinə götürür. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-24/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2025-ci il tarixli, 3-16-33-13/2-233/2025 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarından göründüyü kimi, 30 oktyabr 2023-cü il tarixdə iddiaçı-cavabdeh İddiaçı ilə Cavabdeh-iddiaçı Cavabdeh arasında icarə müqaviləsi imzalanmış bu müqavilənin şərtlərinə uyğun olaraq 45 gün obyektin təmiri ilə bağlı müddət verilmişdir bu müddət cədvəl məlumatlarında da öz əksini tapmışdır. Eyni zamanda həmin müqavilənin xitamı ilə bağlı hər hansı sənəd və ya müqavilənin kirayə məbləğinin hansı tarixə hesablanması ilə bağlı məlumat iş materiallarında olmadığından borcun hansı məbləğdə olmasını müəyyən etmək mümkün hesab edilmir. Lakin cədvəl məlumatlarından da görüldüyü kimi cavabdeh-iddiaçı Cavabdeh tərəfindən iddiaçı-cavabdeh İddiaçı ümumilikdə 26250,00 manat aylar üzrə ödəniş edilmişdir ki, bu məbləğ aylara uyğun silindikdə xx.xx.2024-cü il tarixədək cavabdeh tərəfindən bütün ödənişlərin aparıldığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Həmin Məcəllənin, 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək bildirir ki, 30 oktyabr 2023-cü il tarixdə icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında icarə müqaviləsinin bağlanması, bu müqaviləyə əsasən icarəyə verənin ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 75.02 m2 olan qeyri-yaşayış sahəsini (bundan sonra-obyekt) icarəçinin istifadəsinə verməyi, icarəçinin isə bu müqavilə ilə müəyyən edilmiş qaydada və məbləğdə icarə haqqını ödəməyi öhdəsinə götürməsi, obyektdən istifadə ilə bağlı aylıq icarə haqqının vergi çıxıldıqdan sonra hər ay üçün 3750 (üç min yeddi yüz əlli) manat məbləğində müəyyən edilməsi və Heydər Əliyev pr., ev 30B ünvanlı qeyri-yaşayış sahəsinin xx.xx.2023-cü il tarixdə İddiaçı və Cavabdeh arasında bağlanmış qeyri-yaşayış sahəsi üzrə icarə müqaviləsinə dair təhvil-təslim aktına əsasən, Heydər Əliyev pr., ev 30B ünvanında yerləşən və sahəsi 75.02 m2 olan qeyri-yaşayış sahəsinin-icarə obyektinin icarədar (İddiaçı) tərəfindən təhvil verilməsi, icarəçi (Cavabdeh) tərəfindən isə həmin obyektin təhvil alınması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 685.1-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1-ci maddəsinə əsasən kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2-ci maddəsinə əsasən ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 2-ci maddəsinə əsasən icarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. 14-cü maddəsinə əsasən icarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İlkin iddia ərizəsi üzrə iddia tələbi ilə bağlı məhkəmə bildirir ki, ilkin iddia ərizəsində qeyd olunanlar, təqdim olunan ödəniş qəbzləri, tərəflərin izahatları, şahid ifadəsi, whatsapp yazışmaları və səs qeydləri, həmçinin iş üzrə təyin olunmuş ekspert rəyi nəzərə alınmaqla iddia tələbinin qismən əsaslı olduğu məlum olur. Belə ki, ilk öncə iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2025-ci il tarixli, 3-16-33-13/2-233/2025 nömrəli rəyinə münasibətdə məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı. Məhkəmə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2025-ci il tarixli, 3-16-33-13/2-233/2025 nömrəli rəyində qeyd olunmuş icarə haqqının aylar üzrə ödənilməsinə dair ekspert tərəfindən tərtib olunmuş cədvəllə və rəyin nəticəsi ilə razılaşır. Həmin ekspert rəyi ilə hesablanmış cəmi ödənilən icarə haqqı məbləğinin 26250,00 manat olduğu və xx.xx.2024-cü il tarixinədək cavabdeh-iddiaçı tərəfindən 7 (yeddi) aylıq icarə haqqının tam şəkildə ödənilməsi təsdiq edilir. Bundan əlavə 14 aprel 2025-ci il tarixli məhkəmə iclasında cavabdeh-iddiaçı Cavabdeh “ekspertin verdiyi rəylə onun razılaşmaq məcburiyyətində qaldığını” ifadə edərək əslində onun tərəfindən 7 (yeddi) aylıq icarə haqqı kimi cəmi 26250,00 manat məbləğində pulun ödənildiyini etiraf edir. Bu məqamda məhkəmə bir məsələni də vurğulamaq istəyir ki, həm qarşılıqlı iddia ərizəsində qeyd olunanlar, həm də tərəflərin izahatına əsasən müəyyən olunur ki, 2024-cü ilin avqust ayının birindən etibarən iddiaçı-cavabdeh tərəfindən icarə obyektinin işıqları söndürülmüş və həmin vaxtdan sonra cavabdeh-iddiaçı açarları təhvil vermiş və obyektdə fəaliyyət göstərməmişdir. Belə ki, qarşılıqlı iddia ərizəsində cavabdeh-iddiaçı Cavabdeh 01 avqust 2024-cü il tarixdən işıqlar söndürüldüyündən fəaliyyət göstərməyinə imkan verilmədiyini bildirmiş, eyni zamanda 18 noyabr 2024-cü il tarixli məhkəmə iclasında iddiaçı-cavabdehin vəkili-nümayəndəsi Vəkil onsuz cavabdehin buranın pulunu 2 aydır ödəyə bilmədiyini, özünün gətirib açarı təhvil verdiyini, içəridə əşyası olan, xarab olan malı olan, işıq sönülü vəziyyətdə, açarı gətirib kiməsə təhvil verərmi deyə soruşduğunu, təbii ki verməyəcəyini, digər tərəfdən işıqla əlaqədar müqavilədə konkret olaraq icarə haqqı ödənilmədikdə işıq və digər kommunalların kəsilə biləcəyinin yazıldığını, bunun müqavilədə qeyd olunduğunu bildirmişdir. Beləliklə, cavabdeh-iddiaçı Cavabdeh 01 avqust 2024-cü ilə qədər icarə obyektində fəaliyyət göstərdiyi hər iki tərəfin izahatları ilə təsdiq olunur. O ki qaldı iddiaçı-cavabdeh tərəfin icarə müqaviləsinin 7.3-cü bəndindən, yəni “İcarəçi ödəniş vaxtı çatmış İcarə haqqını və ya Müqavilədən irəli gələn digər ödənişlərin ödəmə tarixini gecikdirdikdə, İcarəyə verən Obyektə verilən elektrik, su, internet və s. kimi kommunal ximətlərin verilməsini İcarəçi tərəfindən mövcud borc məbləğinin ödənişi həyata keçirilən müddətədək dayandıra bilər” ifadəsindən irəli gələrək avqust ayının birində icarə obyektinə verilən elektrik xidmətlərinin dayandırılması məsələsinə, bununla bağlı məhkəmənin mövqeyi ondan ibarətdir ki, məhkəmə ilk növbədə müqavilənin və onun bəndlərinin etibarlılığı məsələsini müəyyən etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Nəticə etibarilə, 7.3-cü bəndin icarə müqaviləsinə daxil edilməsi qarşı tərəf üçün son dərəcə əlverişsiz şərt kimi müəyyən olunur. Yəni icarəçi tərəfindən icarə haqqının gecikdirilməsinə görə icarəyə verilmiş obyektin elektrik xətlərinin kəsilməsi həmin obyektin fəaliyyətinin dayandırılması deməkdir ki, bu da onsuz da icarə haqqını ödəyə bilməyən icarəçinin vəziyyətini biraz da ağırlaşdıraraq, onun tərəfindən icarə haqqının ödənilməsinə nəinki şərait yaradır, hətta buna maneə olur. Odur ki, məhkəmə həmin hissəni, yəni hazırkı iş üzrə “icarə müqaviləsi”nin 7.3-cü bəndini mülkü hüququn ümumi prinsiplərinə əsasən etibarsız hesab edir. Müqavilənin həmin hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına səbəb olmur, çünki həmin müqavilə onun etibarsız hissəsi, yəni 7.3-cü bəndi daxil edilmədən də bağlana bilərdi. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 352-ci maddəsi: Əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Məhkəmə bildirir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanılmış müqavilə ikitərəfli əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 339.1-ci maddəsinə əsasən ... şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.6-cı maddəsinə əsaəsn bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin qeyd olunan normalarının işə aidiyyatı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında məhkəmələrə verilən səlahiyyəti, yəni “məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir” vəzifəsini rəhbər tutularaq hazırkı iş üzrə bağlanılmış müqavilənin sadəcə 7.3-cü bəndi məhkəmə tərəfindən etibarsız hesab edilir və bildirilir ki, müqavilənin qalan hissələri etibarlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh-iddiaçı Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixinədək 7 (yeddi) aylıq icarə haqqı tam şəkildə ödənildiyindən və cavabdeh-iddiaçı Cavabdeh xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixinə qədər icarə obyektində fəaliyyət göstərdiyi üçün həmin müddət ərzindəki yəni, 15 (on beş) gün müddətindəki fəaliyyəti ilə bağlı icarə haqqı məbləğini (1875 AZN - bir min səkkiz yüz yetmiş beş manat) qarşı tərəfə ödəməlidir. Düzdür, cavabdeh-iddiaçı Cavabdeh məhkəmə iclasındakı izahatlarında “dekabrın 15-dən avqustun 15-nə qədər onun kira ödəməli olduğunu, həmin vaxt ərəfəsində 30000 manat pul ödəməli olduğunu” bildirsə də, məhkəmə icarə müqaviləsinə xitam verilməsi müddətinin müəyyən edilməsini və cavabdeh-iddiaçının icarə obyektində fəaliyyət göstərdiyi hansı günlər üçün borclu olmasını aşağıdakı qaydada izah edir. Belə ki, icarə müqaviləsinə xitam verilməsi vaxtı ilə bağlı məhkəmə vurğulamağı zəruri hesab edir ki, icarə müqaviləsinin 7.3-ci bəndi etibarsız hesab edildiyindən, icarəçinin 01 avqust 2024-cü il tarixdən icarə obyektindən çıxması və obyektin açarlarını icarəyə verən tərəfə təhvil verməsi icarə müqaviləsindən irəli gələn münasibətlərə faktiki olaraq xitam verilməsi hesab olunur. Belə ki, icarəyə verənin tələbi ilə icarəçinin 01 avqust 2024-cü il tarixdən icarə obyektindən çıxması və obyektin açarlarını icarəyə verən tərəfə təhvil verməsi hər iki tərəfin izahatı ilə təsdiq olunur. Bundan sonrakı müddət üçün icarəyə verən tərəfin icarə obyektinin elektrik xətlərinin kəsilməsinə, açarlarının təhvil verilməsinə, həmin obyektin fəaliyyət göstərməməsinə baxmayaraq müqavilədə qeyd olunan “icarə müqaviləsinə xitam vermək üçün 2 ardıcıl ay icarə haqqının ödənilməməsi” halının baş verməsini gözləməsi icarəçini daha da çətin vəziyyətə salaraq icarə haqqının ödənilməsinə dolayı yolla maneə yaratmışdır. Eyni zamanda, hazırkı iş üzrə icarə müqaviləsinin 8.8-ci bəndində qeyd olunur ki, qarşılıqlı razılıq əsasında tərəflər istənilən vaxt bu müqaviləni ləğv edə bilərlər. Odur ki, iddiaçı-cavabdeh tərəfin elektrik xətlərini dayandıraraq cavabdeh-iddiaçıdan açarları istəməsi və cavabdeh iddiaçının açarları təhvil verərək icarə obyektinin fəaliyyətini dayandırması hər iki tərəfin razılığı ilə icarə münasibətlərinə faktiki olaraq xitam verilməsi hesab olunur. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh-iddiaçı Cavabdeh xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixinə qədər icarə obyektində fəaliyyət göstərdiyi üçün həmin müddət ərzindəki yəni, 15 (on beş) gün müddətindəki fəaliyyəti ilə bağlı icarə haqqının ödənilməsi üçün iddiaçıcavabdeh tərəfə borcludur. İlkin iddia ərizəsində tələb olunan “xx.xx.2024-cü il tarixli malların anbarda saxlama müqaviləsinin 2 saylı Əlavəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən Əmlak kompleksində - anbar binasında saxlanca verilən 1 ədəd “Taube” markalı Televizor lsd, 1 ədəd “fuji” markalı Kondisionerin, 2 ədəd Divar üçün tablonun, 2 ədəd Divar aynasının, 2 ədəd vitrinin (profildən), 1 ədəd kamera yaddaşının, 1 ədəd taxta lampalı dekorun, 1 ədəd “Bıstro” reklam lövhəsinin məcburi qaydada cavabdehə təhvil verilməsi” iddiası ilə bağlı məhkəmə bildirir ki, həmin mallardan hansı əşyalar qaytarılmayıbsa, həmin əşyalar cavabdeh-iddiaçı Cavabdeh təhvil verilməlidir. İlkin iddia ərizəsində qeyd olunan digər tələb ondan ibarətdir ki, “xx.xx.2024-cü il tarixli malların anbarda saxlama müqaviləsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən Əmlak kompleksində - anbar binasında saxlanca verilən əşyaların saxlanılması üçün aylıq ödənilmiş 100 manat saxlanc haqqı, yekun məhkəmə qətnaməsi icra olunan günədək keçən hər gün üçün 3.33 manat (üç manat otuz üç qəpik) cavabdehdən alınaraq iddiaçıya verilsin”. Həmin tələblə bağlı məhkəmə bildirir ki, icarə müqaviləsinin 4.5-ci bəndindən görünür ki, “İcarəçi İcarəyə verən tərəfin öncədən yazılı razılığını almaq şərtilə, Obyektə zərər yetirmədən icarə sahəsinin sabit dekorasiyasının tərkib hissələri, tavan içi təsisatlar, arakəsmə, qapı, tavan, döşəmə, şüşələr, İcarəyə verən tərəfindən verilən texnikalar və s. istisna olmaqla, Obyektdən ayrıla bilən və İcarəçi tərəfindən edilmiş yaxşılaşdırmaları, habelə onun tərəfindən gətirilmiş və Obyektin tərkib hissəsi olmayan və ya daimi olaraq quraşdırılmayan əşyaları və avadanlıqları, elektrik cihazları və digər daşınar əşyaları icarə müddətində Obyektdən çıxara bilər. İcarə müddəti başa çatdıqda və ya İcarə müqaviləsinə vaxtından əvvəl xitam verildikdə həmin əşyalar Obyektdən icarə müqaviləsinə xitam verildiyi gün çıxarmalıdır. İcarə müqaviləsinə xitam verildikdən sonra 10 iş günü ərzində Obyektdən çıxarılmayan əşyalar sahibsiz əşya hesab edilir və İcarəyə verən həmin sahibsiz əşyalarla bağlı öz mülahizəsinə uyğun qərar verə bilər”. İcarə müqaviləsinin həmin bəndində qeyd olunan “İcarəyə verən həmin sahibsiz əşyalarla bağlı öz mülahizəsinə uyğun qərar verə bilər” ifadəsi o demək deyil ki, icarəyə verən həmin əşyaları saxlanca verməklə onsuz da icarə haqqını ödəyə bilməyən icarəçi üçün əlavə bir xərc yaratsın. Eyni zamanda, icarə müqaviləsində belə xərc yarandığı zaman onun qarşı tərəfdən tələb ediləcəyi ilə bağlı hər hansı bir bənd qeyd olunmamışdır. Odur ki, ilkin iddia üzrə iddia ərizəsinin “saxlanc haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsi əsassız olduğundan təmin edilməməlidir. İlkin iddia ərizəsində qeyd olunan sonuncu tələb isə “əsas tələbin, yəni 7500 (yeddi min beş yüz) manatın xx.xx.2024-cü il tarixli malların anbarda saxlama müqaviləsinin 1 saylı əlavəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən Əmlak kompleksində - anbar binasında saxlanca verilən əşyalara (MTT ilə siyahıya alınmış əşyalara) yönəldilməsi”dir ki, bununla bağlı məhkəmə bildirir ki, ilkin iddia ərizəsi üzrə iddia tələbi qismən təmin olunmalı olunduğundan və cavabdeh-iddiaçı Cavabdeh tərəfindən iddiaçı-cavabdeh İddiaçı 1875 AZN (bir min səkkiz yüz yetmiş beş manat) borc məbləği ödənilməsi məqbul olduğundan həmin hissədə 1875 AZN (bir min səkkiz yüz yetmiş beş manat) xx.xx.2024-cü il tarixli malların anbarda saxlama müqaviləsinin 1 saylı əlavəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən Əmlak kompleksində - anbar binasında saxlanca verilən əşyalara (MTT ilə siyahıya alınmış əşyalara) yönəldilməlidir. İlkin iddia ərizəsi ilə bağlı məhkəmə bir nüansı da qeyd etmək istəyir ki, iddia ərizəsində “mövcud qanunvericiliyin normalarına uyğun olaraq, məhkəmədən, İ instansiya üzrə məhkəmə xərclərinin: 96 (doxsan altı manat) AZN dövlət rüsumunun, müvəqqəti təminat tədbiri üçün ödənilmiş 20 (iyirmi manat) AZN dövlət rüsumunun, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 (üç yüz manat) AZN xidmət haqqının, iddianın təmin olunacağı təqdirdə işin uğurlu həlli ilə bağlı müqavilə şərtinə görə vəkilə ödəniləcək 1000 (min manat) AZN mükafat üzrə xidmət haqqının cavabdehdən alınaraq iddiaçıya qaytarılmasının (verilməsi) xahiş olunduğunu”nu bildirsə də, iddia ərizəsinin “xahiş etdi” hissəsində həmin xərcləri tələb etməmişdir. Ona görə də, məhkəmə həmin hissə ilə bağlı iddaçı-cavabdeh tərəfə bildirir ki, ilkin iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş xidmət haqqı qanunvericiliyin tələbindən yəni məhkəmə xərclərindən irəli gələrək iddianın təmin olunmuş hissəsinə münasibətdə tərəflər arasında bölüşdürülməsi qeyd ediləcək, lakin müvəqqəti təminat tədbiri üçün ödənilmiş dövlət rüsumu hazırkı iş üzrə həll edilməli məsələ olmadığından bu məsələyə, həmçinin işin uğurlu həlli ilə bağlı müqavilə şərtinə görə vəkilə ödəniləcək 1000 (min manat) AZN mükafat üzrə xidmət haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbinə münasibətdə isə Şahid (İddiaçı vəkalətli nümayəndəsi) işin uğurlu həlli nəticəsinə görə Vəkil hüquq pozuntularına görə dəymiş zərərin ziyanın və borcun geri qaytarılması istiqamətində uğurlu həllin (barışıq, razılaşma və sair bütün anlaşmalı həllə gedilməsi halı və ya real uğurlu nəticənin olmasına rağmən müraciətin və ya iddianın geri çəkilməsi halı da uğurlu hall sayılır) olmasına görə 1000 (min) manat miqdarında (məbləğdə) mükafatın ödənilməsi öhdəliyini üzərinə götürdüyündən həmin mükafat üzrə xidmət haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə iddia tələbi qismən təmin edilməli, 1875 AZN (bir min səkkiz yüz yetmiş beş manat) cavabdehiddiaçıdan alınaraq iddiaçı-cavabdehə verilməli, borc məbləği olan 1875 AZN (bir min səkkiz yüz yetmiş beş manat), xx.xx.2024-cü il tarixli malların anbarda saxlama müqaviləsinin 1 saylı əlavəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən Əmlak kompleksində - anbar binasında saxlanca verilən əşyalara (MTT ilə siyahıya alınmış əşyalara) yönəldilməli, qalan əşyalar yəni xx.xx.2024-cü il tarixli malların anbarda saxlama müqaviləsinin 2 saylı Əlavəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən Əmlak kompleksində - anbar binasında saxlanca verilən 1 ədəd “Taube” markalı Televizor lsd, 1 ədəd “fuji” markalı Kondisioner, 2 ədəd Divar üçün tablo, 2 ədəd Divar aynası, 2 ədəd vitrin (profildən), 1 ədəd kamera yaddaşın, 1 ədəd taxta lampalı dekor, 1 ədəd “Bıstro” reklam lövhəsi (hansı əşyalar qaytarılmayıbsa) məcburi qaydada cavabdeh-iddiaçıya təhvil verilməli, ilkin iddia üzrə iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan əlavə, məhkəmə cavabdeh-iddiaçı Cavabdeh tərəfindən elektron qaydada məhkəməyə ünvanlanmış qarşılıqlı iddia ərizəsinin əsassız olduğu qənaətindədir. Belə ki, qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə qeyd edir ki, cavabdeh-iddiaçı Cavabdeh iddia ərizəsində ilk öncə çəkilmiş xərclərin dəyəri olan 15000 (on beş min) manat pulu və Access banka ödəməli olduğu 7000 (yeddi min) manat pulu iddiaçı-cavabdehdən tələb etmişdir. Lakin məhkəməyə həmin xərci çəkdiyini təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı iş üzrə icarə müqaviləsinin 4.3-cü bəndindən görünür ki, “icarəçi tərəfindən obyektdə aparılacaq hər hansı təmir işlərinin smetası tərəflər arasında əvvəlcədən razılaşdırılaraq təsdiq edilməlidir. İcarəçi tərəfindən həyata keçirilmiş hər hansı yaxşılaşdırma və ya bərpa-təmir işlərinin dəyəri icarə müqaviləsinin qüvvədə olduğu müddətdə və ya müddəti başa çatdıqda və ya icarə müqaviləsinə hər hansı səbəbdən vaxtından əvvəl xitam verildikdə icarəyə verən tərəfindən kompensasiya olunmur. Bu da o deməkdir ki, icarəçi tərəfindən təmir işləri aparılıbsa belə, müqaviləyə əsasən həmin xərcin dəyərini icarəçi icarəyə verəndən tələb edə bilməz. Bundan başqa, cavabdeh-iddiaçı Cavabdeh “ödədiyi icarə haqqına görə istifadə edə bilmədiyi 13 günün pulu olan 1462 (bir min dörd yüz altmış iki) manat pulun iddiaçı-cavabdehdən alınması” tələbi ilə bağlı bildirir ki, iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olan ekspert rəyindən də aydın olduğu kimi cavabdeh-iddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixinədək 7 (yeddi) aylıq icarə haqqı tam şəkildə ödəmişdir ki, 01 avqust 2024-cü il tarixinə qədərki olan hissədə o, iddiaçı-cavabdeh İddiaçı borcludur. Bununla bağlı cavabdeh-iddiaçı Cavabdeh özü də məhkəmə iclasındakı izahatında bildirmişdir. Cavabdeh-iddiaçı Cavabdeh öncədən ödədiyini iddia etdiyi 3750 (üç min yeddi yüz əlli) manat depozit pulunu iddiaçı-cavabdehdən istəməsi ilə bağlı məhkəmə bildirir ki, düzdür, icarə müqaviləsinin 3.4-cü bəndində bu müqavilənin bağlandığı tarixdən 10 iş günü ərzində icarəçinin bir aylıq icarə haqqı məbləğində depoziti icarəyə verənə ödəməsi və icarə müqaviləsi başa çatanadək həmin depozit məbləğinin icarəyə verənin hesabında saxlanılması qeyd olunmuşdur. Lakin Cavabdeh müqavilədə qeyd olunan depozit pulunun verilməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı-cavabdeh tərəf də izahatlarında depozit pulunun ödənilməsi halını təkzib etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etdiyi icarə müqaviləsi adına olduğundan istifadə edə bilməsə də bu günədək ödədiyi vergi ödənişləri olan 3500 (üç min beş yüz) manat pulun tələb edilməsi ilə bağlı məhkəmə bildirir ki, icarə müqaviləsinin 3.2-ci bəndindən görünür ki, müqavilə üzrə yaranmış vergi öhdəliyini icarəyə götürən yerinə yetirir. Ona görə də, icarəçinin müqavilədə qeyd olunmuş vergi öhdəliyinin əvəzini digər tərəfdən tələb etmək hüququ yoxdur. Cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etdiyi tələbilə bağlı göstərdiyi şəxslərin məhkəmədə şahid qismində dindirilə biləcəklərini qeyd etsədə sonradan şahidlərlə bağlı vəsatətini müdafiə etmədiyindən göstərilən şahidlər iş üzrə dindirilməmişlər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olaraq müəyyən edilir. Hazırki işdə ilkin iddia tələbi üzrə iddianın qiyməti əsas borc üzrə 7500 (yeddi min beş yüz manat), saxlanc haqqı olan 100 manat və yekun məhkəmə qətnaməsi icra olunan günədək keçən hər gün üçün 3.33 manat (üç manat otuz üç qəpik) olmaqla cəmi 8039,56 (səkkiz min otuz doqquz manat əlli altı qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 100,39 (bir yüz manat otuz doqquz qəpik) manat olaraq müəyyən edilir. (Əlavə olaraq qeyd olunur ki, yekun məhkəmə qətnaməsi icra olunan günədək keçən hər gün üçün 3.33 manatın hesablanması qeyrimümkün olduğundan yekun məhkəmə qətnaməsi qəbul edilən günə, yəni 06 may 2025-ci il tarixinə qədər keçən hər gün üçün 3.33 manat hesablanmışdır). İlkin iddia tələbi üzrə iddianın təmin olunmuş 23,32% hissəsinə mütənasib olaraq dövlət rüsumunun 23,41 manat məbləği cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh İddiaçı ödənilməlidir. İlkin iddia tələbi üzrə iddianın təmin olunmamış 76,68% hissəsinə mütənasib olaraq 76,98 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməli idi, lakin iddiaçı tərəfindən dövlət rüsumu 100,39 manat məbləğində deyil, 96,00 manat məbləğində, yəni kəsr olaraq ödənildiyindən dövlət rüsumunun kəsr olan hissəsi yəni, 4,39 manat məbləği iddiaçı-cavabdeh İddiaçı tutularaq dövlət gəlirlərinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi olaraq müəyyən edilir. Hazırki işdə qarşılıqlı iddia tələbi üzrə iddianın qiyməti 30712 (otuz min yeddi yüz on iki) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 182,14 (bir yüz səksən iki manat on dörd qəpik) manat olaraq müəyyən edilir. Lakin cavabdeh-iddiaçı Cavabdeh tərəfindən 183,00 manat məbləğində, yəni dövlət rüsumunun məbləğindan artıq pul ödənilmişdir. Qarşılıqlı iddia təmin olunmadığından cavabdeh-iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdeh-iddiaçı Cavabdeh aid edilməlidir. Eyni zamanda, cavabdeh-iddiaçı Cavabdeh tərəfindən artıq ödənilmiş 0,86 (sıfır manat, səksən altı qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən cavabdeh-iddiaçı Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Bundan əlavə, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi üzrə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsində, xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2025-ci il tarixli, 3-16-33-13/2-233/2025 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin ilkin iddia tələbi üzrə iddianın təmin olunmuş 23,32% hissəsinə mütənasib olaraq 14 (on dörd) manat məbləği cavabdeh-iddiaçı Cavabdeh qalan 46 (qırx altı) manat məbləği isə iddiaçı-cavabdeh İddiaçı alınaraq X9 MR İdarəsində olan hesabına (Kodu: 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, hesab AZ21NABZ********************) ödənilməlidir. Həmçinin, Vəkil ilə İddiaçı vəkalətli nümayəndəsi Şahid arasında bağlanmış 23 saylı, 16 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla Vəkil ödənilmiş 300 (üç yüz manat) AZN məbləğində vəkil xərcinin iddianın təmin olunmuş 23,32% hissəsinə mütənasib olaraq 69,96 manat məbləği cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçıcavabdeh İddiaçı ödənilməli, qalan hissə isə iddiçı cavabdehə aid edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı-cavabdehin vəkili və nümayəndəsi Vəkil 22 oktyabr 2024-cü il tarixdə “Müvəqqəti təminat tədbirlərinin görülməsinə dair” ərizə ilə Naxçıvan MR Kommeriya Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 24 oktyabr 2024-cü il tarixli e-16(123)- 11/2024 saylı qərardadı ilə ərizəçinin vəkili və nümayəndəsi Vəkil verdiyi müvəqqəti təminat tədbirinin tətbiqi məsələsinə yenidən baxılması barədə vəsatətin təmin edilməsi, “İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 75.02 kv metr olan qeyri-yaşayış sahəsində saxlanılan və borclu (cavabdeh) Cavabdeh məxsus 1) 5 ədəd divan; 2) 2 ədəd taxta vitrin; 3) 12 ədəd stol dördbucaq; 4) 3 ədəd stol yumru; 5) 26 ədəd stul; 6) 2 ədəd taxta stol; 7) 4 ədəd taxta stul; 8) 1 ədəd kofe ap. “magister”; 9) 1 ədəd dərin dondurucu; 10) 1 ədəd Soyuducu içkilər üçün (Sirab); 11) 1 ədəd vitrin soyuducu; 12) 1 ədəd “Avinas” blendr; 13) 1 ədəd Samovar “renta”; 14) 1 ədəd kassa aparatı (kompyuter və printerlə birgə); 15) 3 ədəd tost aparatı; 16) 1 ədəd meyvə sıxan; 17) 1 ədəd Kofe üyüdən; 18) 1 ədəd su təmizləyici filtir; 19) 4 ədəd süni gül üçün taxta qutu; 20) 1 ədəd asılqan; 21) 1 ədəd şüşə jurnalni; 22) 1 ədəd post terminal; 23) qab-qacaq dəsti əşyaların yenidən siyahıya alınması, 1) 5 ədəd divan; 2) 2 ədəd taxta vitrin; 3) 12 ədəd stol dördbucaq; 4) 3 ədəd stol yumru; 5) 26 ədəd stul; 6) 2 ədəd taxta stol; 7) 4 ədəd taxta stul; 8) 1 ədəd kofe ap. “magister”; 9) 1 ədəd dərin dondurucu; 10) 1 ədəd Soyuducu içkilər üçün (Sirab); 11) 1 ədəd vitrin soyuducu; 12) 1 ədəd “Avinas” blendr; 13) 1 ədəd Samovar “renta”; 14) 1 ədəd kassa aparatı (kompyuter və printerlə birgə); 15) 3 ədəd tost aparatı; 16) 1 ədəd meyvə sıxan; 17) 1 ədəd Kofe üyüdən; 18) 1 ədəd su təmizləyici filtir; 19) 4 ədəd süni gül üçün taxta qutu; 20) 1 ədəd asılqan; 21) 1 ədəd şüşə jurnalni; 22) 1 ədəd post terminal; 23) qab-qacaq dəsti əşyaları üzərində sərəncam verməyin borcluya (cavabdehə) qadağan edilməsi qərara alınmışdır. Naxçıvan MR Kommeriya Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli e-16(123)-11/2024 saylı qərardadı ilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 24 oktyabr 2024-ci il tarixli, e16(123)-11/2024 saylı qərardadında olan ərizəçinin texniki səhvliklə yazdığı yanlışlığın düzəldilməsi, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 24 oktyabr 2024-ci il tarixli, e-16(123)-11/2024 saylı qərardadının 1-ci vərəqində, “Müəyyən etdi” sözünün altındakı abzasda, 4-cü vərəqində, həmçinin qərardadın 5-ci vərəqində, “qərar aldı” hissədə göstərilən “İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 75.02 kv metr olan qeyri-yaşayış sahəsində” sözlərinin “APF Tikinti Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən Əmlak kompleksində - anbar binasında” sözləri kimi oxunması qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Odur ki, hazırkı iş üzrə ilkin iddia qismən təmin edilməli olduğundan Naxçıvan MR Kommeriya Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, e-16(123)-11/2024 saylı qərardadı və 05 noyabr 2024cü il tarixli, e-16(123)-11/2024 saylı qərardadı hazırkı iş üzrə yekun məhkəmə aktının (qətnamənin) icrasına qədər öz qüvvəsini saxlamalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, 1875 AZN (bir min səkkiz yüz yetmiş beş manat) cavabdeh-iddiaçıdan alınaraq iddiaçı-cavabdehə verilməli, əsas borc məbləği ödənilmədiyi təqdirdə 1875 AZN (bir min səkkiz yüz yetmiş beş manat) xx.xx.2024-cü il tarixli malların anbarda saxlama müqaviləsinin 1 saylı əlavəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən Əmlak kompleksində - anbar binasında saxlanca verilən əşyalara (MTT ilə siyahıya alınmış əşyalara) yönəldilməli, xx.xx.2024-cü il tarixli malların anbarda saxlama müqaviləsinin 2 saylı Əlavəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən Əmlak kompleksində - anbar binasında saxlanca verilən 1 ədəd “Taube” markalı Televizor lsd, 1 ədəd “fuji” markalı Kondisioner, 2 ədəd Divar üçün tablo, 2 ədəd Divar aynası, 2 ədəd vitrin (profildən), 1 ədəd kamera yaddaşın, 1 ədəd taxta lampalı dekor, 1 ədəd “Bıstro” reklam lövhəsi (hansı əşyalar qaytarılmayıbsa) məcburi qaydada cavabdeh-iddiaçıya təhvil verilməli, ilkin iddia üzrə iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia üzrə iddia tələbi əsassız olduğundan təmin edilməməli, ilkin iddia tələbi üzrə iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumunun 23,41 manat məbləği cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh İddiaçı ödənilməli, ilkin iddia tələbi üzrə dövlət rüsumunun kəsr olan hissəsi yəni, 4,39 manat məbləği iddiaçı-cavabdeh İddiaçı tutularaq dövlət gəlirlərinə ödənilməli, iddiaçı-cavabdeh İddiaçı vəkalətli nümayəndəsi Şahid tərəfindən Vəkil ödənilmiş 300 (üç yüz manat) AZN məbləğində vəkil xərcinin iddianın təmin olunmuş 23,32% hissəsinə mütənasib olaraq 69,96 manat məbləği cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh İddiaçı ödənilməli, qarşılıqlı iddia təmin olunmadığından cavabdeh-iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdeh-iddiaçı Cavabdeh aid edilməli, eyni zamanda, cavabdeh-iddiaçı Cavabdeh tərəfindən artıq ödənilmiş 0,86 (sıfır manat, səksən altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdehiddiaçı Cavabdeh qaytarılmalı, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin ilkin iddia tələbi üzrə iddianın təmin olunmuş 23,32% hissəsinə mütənasib olaraq 14 (on dörd) manat məbləği cavabdeh-iddiaçı Cavabdeh qalan 46 (qırx altı) manat məbləği isə iddiaçı-cavabdeh İddiaçı alınaraq X9 MR İdarəsində olan hesabına (Kodu: 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, hesab AZ21NABZ********************) ödənilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq
q ə t e t d i:
İddiaçı-cavabdeh İddiaçı (VÖEN: **********, FİN: xxxxxxx) cavabdeh-iddiaçı Cavabdeh (VÖEN: **********, FİN:xxxxxxx) qarşı borc, malların məcburi qaydada cavabdehə təhvil verilməsi, saxlanc haqqının alınması, əsas tələbin saxlanca verilən əşyalara (MTT ilə siyahıya alınmış əşyalara) yönəldilməsi tələbi barədə iddiası qismən əsaslı olduğundan qismən təmin edilsin. İlkin iddia üzrə 1875 (bir min səkkiz yüz yetmiş beş manat) manat cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh İddiaçı verilsin. Təmin edilmiş 1875 (bir min səkkiz yüz yetmiş beş manat) manat ödənilmədiyi təqdirdə, xx.xx.2024-cü il tarixli malların anbarda saxlama müqaviləsinin 1 saylı əlavəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən Əmlak kompleksində - anbar binasında saxlanca verilən əşyalara (MTT ilə siyahıya alınmış əşyalara) yönəldilsin. Yuxarıda göstərilən 1875 (bir min səkkiz yüz yetmiş beş manat) manat ödənildikdən sonra xx.xx.2024-cü il tarixli malların anbarda saxlama müqaviləsinin 2 saylı Əlavəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən Əmlak kompleksində - anbar binasında saxlanca verilən 1 ədəd “Taube” markalı Televizor lsd, 1 ədəd “fuji” markalı Kondisioner, 2 ədəd Divar üçün tablo, 2 ədəd Divar aynası, 2 ədəd vitrin (profildən), 1 ədəd kamera yaddaşın, 1 ədəd taxta lampalı dekor, 1 ədəd “Bıstro” reklam lövhəsi (hansı əşyalar qaytarılmayıbsa) qalan əşylar cavabdeh-iddiaçı Cavabdeh təhvil verilsin. İlkin iddia tələbi üzrə iddianın təmin olunmuş 23,32% hissəsinə mütənasib olaraq dövlət rüsumunun 23,41 manat məbləği cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh İddiaçı ödənilsin. İlkin iddia tələbi üzrə dövlət rüsumunun kəsr olan hissəsi yəni, 4,39 manat məbləği iddiaçıcavabdeh İddiaçı tutularaq dövlət gəlirlərinə ödənilsin. İddiaçı-cavabdeh İddiaçı vəkalətli nümayəndəsi Şahid tərəfindən Vəkil ödənilmiş 300 (üç yüz manat) manat məbləğində vəkil xərcinin iddianın təmin olunmuş 23,32% hissəsinə mütənasib olaraq 69,96 manat məbləği cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh İddiaçı ödənilsin. İlkin iddia üzrə məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin ilkin iddia tələbi üzrə iddianın təmin olunmuş 23,32% hissəsinə mütənasib olaraq 14 (on dörd) manat məbləği cavabdeh-iddiaçı Cavabdeh, qalan 46 (qırx altı) manat məbləği isə iddiaçı-cavabdeh İddiaçı alınaraq X9 MR İdarəsində olan hesabına (Kodu: 502906, VÖEN **********, Müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, hesab AZ21NABZ********************) ödənilsin. İlkin iddia üzrə iddia tələbi qalan hissələrdə təmin edilməsin. Cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı pul tələbi barədə olan qarşılıqlı iddia üzrə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Qarşılıqlı iddia təmin olunmadığından cavabdeh-iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdeh-iddiaçı Cavabdeh aid edilsin. xx.xx.2024-cü il tarixdə cavabdeh-iddiaçı Cavabdeh tərəfindən ********** GPP qəbz nömrəsi ilə ödənilmiş 183,00 manat məbləğində dövlət rüsumunun artıq ödənilmiş 0,86 (sıfır manat, səksən altı qəpik) manat məbləğində hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən cavabdeh-iddiaçı Cavabdeh qaytarılsın. Hazırkı iş üzrə yekun məhkəmə aktının (hazırkı qətnamənin) icrasına qədər Naxçıvan MR Kommeriya Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, e-16(123)-11/2024 saylı qərardadının və 05 noyabr 2024-cü il tarixli, e-16(123)-11/2024 saylı qərardadının qüvvədə saxlanılması nəzərə alınsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elşən Salmanov.