Məhkəmə qərarları › İş №e-2-2(123)-246/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-246/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-246/2025 30.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı vəkil və nümayəndəsi Nümayəndə, cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı icarə haqqı tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə hazırlıq iclasında müəyyənetdi: İddiaçı 04 iyun 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 3000 manat icarə haqqının, 50 manat ödənilmiş dövlət rüsumunun,hüquqi yardıma görə ödənilmiş 1300 manatın və iddianın təmin olunacağı təqdirdə 1000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-246/2025 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. İş üzrə İddiaçı vəkil və nümayəndəsi Nümayəndə elektron qaydada vəsatət ilə məhkəməyə müraciət edərək məhkəmənin icraatında olan e-2-2(123)-246/2025 saylı kommersiya mübahisəsinə dair işlə e-2-2(123)-56/2025 saylı kommersiya mübahisəsinə dair işlərin bir icraatda baxılmasının işlər üzrə məsələnin daha tez həll olunmasına şərait yaradacağından işlərin bir icraatda birləşdirilərək baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan vəsatəti, hər iki işin tərəflərini və əsaslarını, hər iki işdə eyni tərəflərin iştirak etdiyi, eyni növlü işlər olduğunu müəyyən edərək işlərə daha qısa müddətdə baxılaraq qərar verilməsi tərəflərin vaxt itkisinin qarşısını alacağından, həmçinin gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün və işlərin birlikdə baxılması hərtərəfli məqsədəmüvafiq olacağından iddiaçının vəkil və nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə elektron qaydada ünvanlanmış vəsatətin təmin olunması, Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(123)-246/2025 saylı kommersiya mübahisəsinə dair işin e-2-2(123)-56/2025 saylı işlə bir icraatda birləşdirilməsi qənaətinə gəlmişdir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işlər bir icraatda birləşdirildiyindən, e-2-2(123)-246/2025 saylı kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən bu məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. 395.1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263, 264, 267 və 395-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: e-2-2(123)-246/2025 saylı iş üzrə iddiaçının vəkil və nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə elektron qaydada ünvanlanmış vəsatət təmin olunsun. Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh X4 qarşı icarə haqqı tələbi barədə kommersiya mübahisəsinə dair e-2-2(123)-246/2025 saylı iş, iddiaçı X3 cavabdeh İddiaçı qarşı müvafiq müqavilə üzrə sahiblik və istifadəyə yaradılan maneənin aradan qaldırılması və ödənilmiş olan ödənişlərin borc məbləğindən çıxılması tələbi barədə e-2-2(123)-56/2025 saylı kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilsin. e-2-2(123)-246/2025 saylı iş e-2-2(123)-56/2025 saylı işlə bir icraatda birləşdirildiyindən, e-2- 2(123)-246/2025 saylı iş üzrə icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar