Məhkəmə qərarları › İş №e-2-2(123)-25/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-25/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-25/2024 31.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1 qarşı borcun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC və nümayəndəsi Nümayəndə 17 iyul 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 05 dekabr 2019 il tarixli kredit müqaviləsi üzrə banka 26006.17 manat əsas borc, 10650.69 manat faiz borcu, 1059.85 manat cərimə və kredit müqaviləsi üzrə 05 mart 2022 il tarixdən, 12 may 2022 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 241.9 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 37958.61 manat borcun və 203.88 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişinin) tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində Cavabdeh4 05 dekabr 2019 il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 24 ay müddətinə 30000 manat kredit götürdüyünü, borcun təminatı olaraq Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1 ilə 05 dekabr 2019 il tarixli zaminlik müqaviləsinin bağlandığını, tərəflər arasında 27 yanvar 2022-ci il tarixdə X1 keçirildiyini, lakin borclunun müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırdığını, 12 may 2022-dək Cavabdeh4 banka 05 dekabr 2019 il tarixli kredit müqaviləsi üzrə 26006.17 manat əsas borc, 10650.69 manat faiz borcu, 4239.39 manat cərimə və kredit müqaviləsi üzrə 05 mart 2022 il tarixdən, 12 may 2022 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 241.9 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 41138.15 manat borcu olduğunu, Cavabdeh4 05 dekabr 2019 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcunun 4239.39 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləğinin kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-ı miqdarında olmaqla, yəni 1059.85 manat məbləğində tələb olunduğunu, Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin borcu ödəməkdən boyun qaçırdığını, həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşüldüyünü, həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclunun onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğunu, Mülki Məcəllənin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ olduğunu, bu Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməsi üçün cərimə ödədiyini vəd etmişdirsə, kreditorun cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə biləcəyini, Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə görə məhkəmənin borclunun deyil, məhz kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq tənəsübü müəyyənləşdirərək tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda biləcəyini, həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsinin borclunun icranı gecikdirməsi sayıldığını, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclunun kreditor qarşısında birgə məsuliyyət daşıdığını, həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla, zaminin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığını, həmin Məcəllənin 501-ci maddəsinə əsasən Kreditorun öx arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə biləcəyini, 05 dekabr 2019 il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklərin lazımi qaydada yerinə yetirilmədiyini, bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlərin cavabdeh tərəfindən ödənilməli olduğunu, belə ki, kredit müqaviləsinin 9.3cü bəndinə əsasən borc alanın üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərərin Banka dəymiş və ödənilməli olan zərər kimi göstərildiyini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditorun gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğunu, bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarda azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti olduğunu, Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsinin, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət etdiyini, eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsinin göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəldiyini, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələndiyini, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən birinin mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarət olduğunu, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməli olduğunu, öhdəlikləri icra edərkən tərəflərin müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməli olduqlarını (MM-in 425-ci maddəsi) qeyd etdiyini, qeyd olunanları nəzərə alaraq, kreditorun kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə biləcəyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsinin hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biri olduğunu, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşüldüyünü, bankların əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərdiklərinin qeyd olunmalı olduğunu və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsinin bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum etdiyini, buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclunun kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olduğunu, bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəldiyini, həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edildiyini, belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borclu olduğunu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməli olduğunu, faizlərin miqdarının pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirildiyini, Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə biləcəyini, göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiri olduğunu, məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ biləcəyini qeyd etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 31 yanvar 2024-cü il tarixə, saat 10:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, o cümlədən, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişlər. 30 yanvar 2024-cü il tarixdə iddiaçı Yelo Bank ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə elektron qaydada ərizə ünvanlanaraq həmin ərizədə iddiaçı Yelo Bank ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə məhkəmə baxış iclasının 31 yanvar 2024-cü il tarixə, saat 10:05-ə təyin edildiyini qeyd etmiş, iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə baxış iclasının iştirakları olmadan keçirilərək iddialarının tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 003480 nömrəli, 27 yanvar 2022-ci il tarixli, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 27 yanvar 2022-ci il tarixdə keçirilmiş mediasiya sessiyasında İddiaçı ASC-nin nümayəndəsi X4 iştirak edərək 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödəmiş, Cavabdeh4 isə iştirak etməmişdir. xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən İddiaçı ASC–nin filial direktoru X2 şəxsində (bundan sonra kreditor adalanacaq) və digər tərəfdən Cavabdeh4 şəxsində (bundan sonra Borcalan adlanacaq) aşağıdakı şərtlər əsasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, bu müqavilənin predmeti kreditorun Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməsi, Borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. 2.1-ci bəndindən görünür ki, bu müqaviləyə əsasən kreditor borcalana 30000 (otuz min manat ) AZN məbləğində kredit verir. 2.2-ci bəndindən görünür ki, bu müqaviləyə əsasən kredit borcalana biznes fəaliyyəti məqsədilə verilir. 2.3-cü bəndindən görünür ki, kredit 24 (iyirmi dörd ay) ay müddətinə verilir. 2.8-ci bəndindən görünür ki, kredit təminatla verilir. Kreditin təminatı 7-ci bənddə təsvir edilir. 4.8-ci bəndindən görünür ki, bu müqavilənin 2.4.2-ci yarımbəndi nəzərə alınmaqla, kredit ödənişləri üzrə gecikmə 15 günədək olduqda gecikdirilmiş kredit ödənişinin əsas borc məbləğinə dəbbə pulu hesablanması nəzərdə tutulmuşdur. 6.1.5-ci bəndindən görünür ki, müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu müqaviləyə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin o cümlədən, əldən çıxmış faydanın ödənilməsini tələb etmək kreditorun hüququdur. 6.4.3-cü bəndindən görünür ki, ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri, cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəmək borcalanın vəzifəsidir. 7.1-ci bəndindən görünür ki, bu müqavilə üzrə borcalanın öhdəliklərinin icrasının təminatı aşağıdakılardır. 1) xx.xx.2019 tarixli, 4-MZ5-1-0-1105-19 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh5 tərəfindən verilən zaminlik, 2) xx.xx.2019 tarixli, 4-MZ5-1-0-1105-19 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən verilən zaminlik, 3) xx.xx.2019 tarixli, 4-MZ5-1-0-1105-19 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh6 tərəfindən verilən zaminlik, 4) xx.xx.2019 tarixli, 4-MZ5-1-0-1105-19 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən verilən zaminlik, 5) xx.xx.2019 tarixli, 4-MZ5-1-0-1105-19 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən verilən zaminlik. 9.1-ci bəndindən görünür ki, bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyən tərəf digər tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. 9.2-ci bəndindən görünür ki, kreditdən istifadə müddətinin bitməsi tərəfləri bu müqavilənin qüvvədə olduğu müddətdə yol verdikləri pozuntular üzrə məsuliyyətdən azad etmir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh4 4- MZ5-1-0-1105-19 nömrəli kredit müqaviləsi üzrə 24 ay müddətinə illik 25% dərəcəsi ilə 30 000 manat məbləğində kredit verilmiş, nəticədə cavabdehin əsas borc üzrə 26006.17 manat, faiz borcu üzrə 10650.69 manat, cərimə borcu üzrə 4239.39 manat, əldən çıxmış fayda üzrə (əsas borca hesablanmış 5%) 241.9 olmaqla Banka olan cəmi borc məbləği (əsas borc, faiz borc və cərimə borcu) 41138.15 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Yelo Bank ASC tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı ASC tərəfindən 4 (dörd) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Kreditlərin Bərpası Departamentinin İnformasiya Sistemləri və Dəstək Şöbəsinin müdiri Raul Seyidov tərəfindən imzalanmış, o cümlədən, Kreditlərin Bərpası Departamentinin Məhkəmə orqanları ilə iş şöbəsinin müdiri Nümayəndə tərəfindən təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 4-MZ5-1-0-1105-19 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh4 24 ay müddətinə illik 25% dərəcəsi ilə verilmiş 30 000 manat məbləğində kredit məbləğindən cavabdehin xx.xx.2023-cü il tarixə əsas borc üzrə 21456.17 manat, faiz borcu üzrə 19891.05 manat, cərimə borcu üzrə 21611 manat, əldən çıxmış fayda üzrə (əsas borca hesablanmış 5%) 2089.05 manat olmaqla Banka olan cəmi borc məbləği (əsas borc, faiz borc və cərimə borcu) 65047.27 manat təşkil etmişdir. xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən etibarnamə əsasında Yelo Bank ASC-nin Sumqayıt filialının müdiri X2 şəxsində (bundan sonra kreditor adlanacaq) digər tərəfdən Cavabdeh2 şəxsində (bundan sonra zamin adlanacaq) və üçüncü şəxs Cavabdeh4 şəxsində (bundan sonra borcalan adlanacaq) müvafiq şərtlər əsasında bağlanmışdır. xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən etibarnamə əsasında Yelo Bank ASC-nin Sumqayıt filialının müdiri X2 şəxsində (bundan sonra kreditor adlanacaq) digər tərəfdən Cavabdeh5 şəxsində (bundan sonra zamin adlanacaq) və üçüncü şəxs Cavabdeh4 şəxsində (bundan sonra borcalan adlanacaq) müvafiq şərtlər əsasında bağlanmışdır. xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən etibarnamə əsasında Yelo Bank ASC-nin Sumqayıt filialının müdiri X2 şəxsində (bundan sonra kreditor adlanacaq) digər tərəfdən Cavabdeh3 şəxsində (bundan sonra zamin adlanacaq) və üçüncü şəxs Cavabdeh4 şəxsində (bundan sonra borcalan adlanacaq) müvafiq şərtlər əsasında bağlanmışdır. xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən etibarnamə əsasında Yelo Bank ASC-nin Sumqayıt filialının müdiri X2 şəxsində (bundan sonra kreditor adlanacaq) digər tərəfdən Cavabdeh6 şəxsində (bundan sonra zamin adlanacaq) və üçüncü şəxs Cavabdeh4 şəxsində (bundan sonra borcalan adlanacaq) müvafiq şərtlər əsasında bağlanmışdır. xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən etibarnamə əsasında Yelo Bank ASC-nin Sumqayıt filialının müdiri X2 şəxsində (bundan sonra kreditor adlanacaq) digər tərəfdən Cavabdeh1 şəxsində (bundan sonra zamin adlanacaq) və üçüncü şəxs Cavabdeh4 şəxsində (bundan sonra borcalan adlanacaq) müvafiq şərtlər əsasında bağlanmışdır. Yuxarıda sadalanan zaminlik müqavilələrinin şərtlərinin eynilik təşkil etdiyini nəzərə alaraq həmin müqavilələrin: 1.1-ci bəndindən görünür ki, bu müqavilənin predmeti xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0- 1105-19 saylı kredit müqaviləsinə (bundan sonra kredit müqaviləsi) bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zaminin öz üzərinə götürməsidir. 5.1.4-cü bəndindən görünür ki, Zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində Kreditorun Zaminə və ya Zaminlərə qarşı iddia irəli sürülmədiyi halda Zaminliyə xitam verilir. xx.xx.2019 tarixli, 4-MZ5-1-0-1105-19 saylı Kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli Əlavə saziş 1-dən görünür ki, bu müqavilə bir tərəfdən Yelo Bank ASC digər tərəfdən Cavabdeh4 arasında xx.xx.2019 tarixli, 4-MZ5-1-0-1105-19 saylı Kredit müqaviləsinə əsasən bağlanmışdır. Həmin sazişin: 1.1.2-ci bəndindən görünür ki, müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, cərimə borcu) kapitallaşdırılmaqla 26156,17 (iyirmi altı min bir yüz əlli altı manat 17) azn təşkil edir. 1.1.3-cü bəndindən görünür ki, müqavilə üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. 1.1.4-cü bəndindən görünür ki, müqavilə üzrə kreditin illik faiz dərəcəsi 25 (iyirmi beş)% təşkil edir. 1.1.5-ci bəndindən görünür ki, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu sazişə əlavə edilmiş ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. 2.1-ci bəndindən görünür ki, müqavilənin digər bəndləri dəyişdirilmədən saxlanılır. xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 nömrəli zaminlik müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavə saziş 1-dən görünür ki, bu müqavilə bir tərəfdən kreditor Yelo Bank ASC, digər tərəfdən zamin Cavabdeh5 və borcalan Cavabdeh4 araasında müvafiq şərtlər əsasında bağlanmışdır. xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 nömrəli zaminlik müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavə saziş 1-dən görünür ki, bu müqavilə bir tərəfdən kreditor Yelo Bank ASC, digər tərəfdən zamin Cavabdeh6 və borcalan Cavabdeh4 arasında müvafiq şərtlər əsasında bağlanmışdır. xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 nömrəli zaminlik müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavə saziş 1-dən görünür ki, bu müqavilə bir tərəfdən kreditor Yelo Bank ASC, digər tərəfdən zamin Cavabdeh3 və borcalan Cavabdeh4 arasında müvafiq şərtlər əsasında bağlanmışdır. xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 nömrəli zaminlik müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavə saziş 1-dən görünür ki, bu müqavilə bir tərəfdən kreditor Yelo Bank ASC, digər tərəfdən zamin Cavabdeh2 və borcalan Cavabdeh4 arasında müvafiq şərtlər əsasında bağlanmışdır. xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 nömrəli zaminlik müqaviləsinə xx.xx.2020-ci il tarixli əlavə saziş 1-dən görünür ki, bu müqavilə bir tərəfdən kreditor Yelo Bank ASC, digər tərəfdən zamin Cavabdeh1 və üçüncü şəxs borcalan Cavabdeh4 arasında müvafiq şərtlər əsasında bağlanmışdır. Yuxarıda sadalanan zaminlik müqavilələrinin şərtlərinin eynilik təşkil etdiyini nəzərə alaraq həmin müqavilələrin: 1.1.1-ci bəndindən görünür ki, bu saziş qüvvəyə mindiyi tarixdən müqavilənin bağlı olduğu 4- MZ5-1-0-1105-19 saylı, 05-DEC-19 tarixli kredit müqaviləsi (bundan sonra kredit müqaviləsi) üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, fazi borcu, gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 26156.17 (iyirmi altı min bir yüz əlli altı 17) AZN təşkil edir. 1.1.2-ci bəndindən görünür ki, müqavilə üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılır. 1.1.3-cü bəndindən görünür ki, kreditin illik faiz dərəcəsi 25 (iyirmi beş)% təşkil edir. 2.1-ci bəndindən görünür ki, müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılır. 2.3-cü bəndindən görünür ki, bu saziş müqavilənin ayrılmaz tərkib hissəsi olmaqla imzalandığı tarixdən qüvvəyə minir. 4-MZ5-1-0-1105-19 saylı kredit müqaviləsinə 1 saylı əlavənin tərkib hissəsi olan xx.xx.2019cu il tarixli ödəniş cədvəlindən görünür ki, Borcalan Cavabdeh4 illik 25% dərəcəsilə 24 ay müddətinə 30 000 manat məbləğində verilmiş kreditin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aylar üzrə ödənilməsi nəzərdə tutulmuş, əsas borcdan əlavə ödənilməli olan faiz 7812.49 (yeddi min səkkiz yüz on iki manat 49 qəpik) manat məbləğində olmaqla ümumilikdə ödənilməli olan məbləğ 37812.49 (otuz yeddi min səkkiz yüz on iki manat 49 qəpik) manat təşkil etmişdir. Ekran unikal kod nömrəsi 1401-********** olan, xx.xx.2019-cu il tarixli məxaric orderindən görünür ki, Yelo Bank ASC tərəfindən Cavabdeh4 14850 (on dörd min səkkiz yüz əlli) manat məbləğində kredit verilmişdir. 4-MZ5-1-0-1105-19 nömrəli kredit müqaviləsinə 1 saylı əlavənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Borcalan Cavabdeh4 verilmiş kredit üzrə 3 ay güzəşt müddəti tətbiq edilməklə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 26156.17 (iyirmi altı min bir yüz əlli altı 17 qəpik) manat əsas borcdan əlavə ödənilməli olan faiz məbləği 5921.48 (beş min doqquz yüz iyirmi bir manat 48 qəpik) manat olmaqla ümumilikdə ödənilməsi nəzərdə tutulmuş məbləğ 32077.65 (otuz iki min yetmiş yeddi manat 65 qəpik) manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında xx.xx.2019-cu il tarixdə razılaşdırılmış şərtlərlə 4-MZ5-1-0- 1105-19 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə görə borcalana biznes fəaliyyəti məqsədilə 24 (iyirmi dörd) ay müddətinə 30000 (otuz min) manat məbləğində təminatlı kredit verilmiş, həmin müqavilənin 4.2-ci bəndinə əsasən borcalan müqavilədə göstərilmiş qaydada kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və Müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Kredit məbləğinin verilməsi iş materiallarına əlavə edilmiş hesabdan çıxarışlara əsasən cavabdeh tərəfindən borcun ödənilməsi, o cümlədən, bağlanmış müqavilələrdə borcalana 30 000 (otuz min) manat məbləğində kreditin verilməsi müddəasının öz əksini tapması ilə borcalan Cavabdeh4 həmin müqavilənin şərtləri ilə tam razı olduğunu bildirərək müqaviləni imzalaması ilə təsdiq edilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə kreditor Yelo Bank ASC və borcalan Cavabdeh4 arasında xx.xx.2019 tarixli, 4-MZ5-1-0-1105-19 saylı Kredit müqaviləsinə 1 saylı Əlavə bağlanmış, həmin əlavəyə əsasən müqavilə üzrə kreditin qalıq borc məbləği (əsas borc, gecikdirilmiş əsas borc, faiz borcu, cərimə borcu) kapitallaşdırılmaqla 26156,17 (iyirmi altı min bir yüz əlli altı manat 17 qəpik) manat təşkil etmiş, müqavilə üzrə kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu sazişə əlavə edilmiş ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirməyi öhdəsinə götürmüş, müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2019 tarixli, 4-MZ5-1-0-1105-19 saylı Kredit müqaviləsi və ona 1 saylı əlavə saziş bağlamaqla kredit müqaviləsinin mühüm şərtləri hesab edilən hallar barədə razılığa gələrək, maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr əldə etmiş, nəticədə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən ədlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, Cavabdeh4 kredit üzrə əsas və faiz məbləğlərini müqaviləyə əlavə olan ödəniş qrafiki əsasında ödəməyərək üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırmış, kreditorun icra müddəti çatanadək xx.xx.2021-ci il tarixdə etdiyi xəbərdarlıqdan sonra da öhdəliyini lazımi qaydada icra etməyərək icranı gecikdirmiş və barəsində qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.2- ci maddəsinə əsasən icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 455.1-ci maddəsinə əsasən borclu öhdəliyi icra etməməsi və (və ya) lazımınca icra etməməsi üçün, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, təqsiri olduqda məsuliyyət daşıyır. Borclu öhdəliyin lazımınca icrası üçün özündən asılı olan bütün tədbirləri gördüyünü sübuta yetirərsə, təqsirsiz sayılır. 455.2- ci maddəsinə əsasən təqsirin olmadığını öhdəliyi pozmuş şəxs sübuta yetirir. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Qeyd edilənlərə müvafiq olaraq xx.xx.2022-ci il tarixli maliyyə arayışı əsasında Cavabdeh4 iddiaçı Yelo Bank ASC-yə əsas borc üzrə 26006.17 (iyirmi altı min altı manat 17 qəpik) manat, faiz borcu üzrə 10650.69 (bir min altı yüz əlli manat 69 qəpik) manat, cərimə borcu üzrə 4239.39 (dörd min iki yüz otuz doqquz manat 39 qəpik) manat, əldən çıxmış fayda üzrə (əsas borca hesablanmış 5%) 241.9 (iki yüz qırx bir manat 9 qəpik) manat olmaqla Banka olan cəmi borc məbləği (əsas borc, faiz borc və cərimə borcu) 41138.15 (qırx bir min bir yüz otuz səkkiz manat 15 qəpik) manat təşkil etmiş, lakin iddiaçı ərizəsində kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 1059.85 (bir min əlli doqquz manat 85 qəpik) manat məbləğində tələb olunduğunu bildirmişdir. Belə ki, Məhkəmə 12 may 2022-ci il tarixli maliyyə arayışının cərimə üzrə yaranmış borc məbləğində münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Beləliklə AR MM-in 462.2-ci maddəsinə uyğn olaraq tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.8-ci və 6.4.3-cü maddələrində borclunun məsuliyyəti nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, iddiaçı öhdəliyin icra edilməməsi nəticəsində gecikdirilmiş günlərə nəzərən yaranmış cərimə məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Bundan əlavə məhkəmə, 12 may 2022-ci il tarixli maliyyə arayışının əldən çıxmış fayda üzrə üzrə yaranmış borc məbləğində münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarıında belə bir hüquqi mövqe formalaşdırılmışdır ki, Mülki Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi, öhdəliklər üzrə “ödəniş müddəti çatanadək” müddəası öhdəliyin müqavilədə müəyyən edilmiş icra vaxtının çatmasını nəzərdə tutur. Öhdəliyin icra vaxtı borclu tərəfindən gecikdirilərsə, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq qaydada kreditor zərərin ödənilməsini tələb edə bilər. Beləliklə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 nömrəli kredit müqaviləsinin 6.1.5-ci bəndinə əsasən müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar əldən çıxmış faydanın ödənilməsini tələb etmək kreditorun hüququ olaraq müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən əldən çıxmış faydanın ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 443.1-ci maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Bundan əlavə məhkəmə xx.xx.2023-cü il tarixli maliyyə arayışına münasibətdə bildirir ki, həmin arayışa əsasən məhkəmənin 04 noyabr 2023-cü il tarixli məktubu ilə iddiaçı təşkilata sorğu verilərək xx.xx.2023-cü il tarixli maliyyə arayışının hansı məqsədlə məhkəməyə təqdim edilməsinə dair məhkəməyə məlumat verilməsi təklif olunsa da bu barədə məhkəməyə məlumat və ya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə daxil olmadığından məhkəmə iddia tələbindən kənara çıxılmasının qanuna uyğun olmadığı qənaətində olaraq xx.xx.2023-cü il tarixdə müraciət edilmiş iddia tələbi çərçivəsində işə baxılmasını zəruri hesab edir. Məhkəmə tərəfindən müəyyən digər bir hal ondan ibarətdir ki, öhdəliklərin icrasının təminatı olaraq xx.xx.2019 tarixli, 4-MZ5-1-0-1105-19 saylı Kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 saylı əlavə sazişə əsasən ayrı-ayrılıqda zaminlər: Cavabdeh1, Cavabdeh6, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 ilə kreditor qismində Yelo Bank ASC-nin Sumqayıt filialının müdiri X2 və digər tərəfdən borcalan Cavabdeh4 şəxsində müvafiq şərtlər əsasında zaminlik müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 4 iyun 2018-ci il tarixli plenum qərarında qeyd edilmişdir ki, İqtisadi dövriyyənin normal fəaliyyət göstərməsi, sabitlik və dayanıqlılığın, müqavilə hüquq münasibətləri iştirakçılarının qarşılıqlı inam və etimadının təmin edilməsi üçün öhdəliklərin vicdanla icra edilməsi zəruridir. Öhdəliklərin icra edilməməsi, o cümlədən lazımınca icra edilməməsi riskinin azaldılması üçün Mülki Məcəllənin XXİV fəslində təminat üsulları nəzərdə tutulmuşdur. Məcəllənin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Mülki qanunvericilik zaminlik müqaviləsinin bağlanması əsasında zaminin kreditor qarşısında məsuliyyətini tənzimləməyi ilə yanaşı zaminliyə xitam verilməsi əsaslarını da müəyyən etmişdir. Belə ki, zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində qeyd edilmişdir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilən müddəa əsasında tərəflər arasında bağlanmış kredit müqaviləsinə 1 saylı əlavənin 1.3-cü bəndində müqavilə üzrə kreditin müddətinin xx.xx.2022-ci il tarixədək uzadıldığı, 2.1-ci bəndində müqavilənin digər şərtlərinin dəyişdirilmədən saxlanıldığı qeyd olunmuşdur. Beləliklə zaminlik müqavilələrinin digər bəndlərinin dəyişdirilmədən saxlandığını nəzərə aldıqda xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 nömrəli zaminlik müqavilələrinin 5.1.4-cü bəndindən də müəyyən edilir ki, Zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində Kreditorun Zaminə və ya Zaminlərə qarşı iddia irəli sürülmədiyi halda Zaminliyə xitam verilir. Odur ki, məhkəmə kredit müqaviləsi üzrə əsas öhdəliyin xx.xx.2022-ci il tarixədək uzadıldığını və öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il hesablandıqda xx.xx.2023-cü il tarixədək iddiaçının zaminlərə qarşı iddia irəli sürmədiyini göz önündə tutaraq hesab edir ki, Cavabdeh2 zamin olduğu xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 saylı zaminlik müqaviləsinə, Cavabdeh5 zamin olduğu xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 saylı zaminlik müqaviləsinə, Cavabdeh6 zamin olduğu xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 saylı zaminlik müqaviləsinə, Cavabdeh3 zamin olduğu xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 saylı zaminlik müqaviləsinə, Cavabdeh1 zamin olduğu xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 saylı zaminlik müqaviləsinə (eyni zamanda xx.xx.2019cu il tarixli, 4-MZ5-1-0-1105-19 saylı kredit müqaviləsinə 1 saylı əlavə əsasında bağlanmış zaminlik müqavilələrinə) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi ilə xitam verilmişdir. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara əsasən iddiaçının cavabdehə qarşı iddia qaldırmaqda (əsas, faiz, cərimə, əldən çıxmış fayda üzrə) subyektiv hüququnun mövcud olduğunu nəzərə alıb bununla yanaşı tələb edilmiş məbləğlərin də düzgünlüyünün müəyyən edilməsi, habelə məhkəmə araşdırmasının obyektivliyini təmin edilməsi məqsədilə xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edərək ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. 23 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədiyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2023-cü il tarixli, 915 nömrəli ekspert rəyi məhkəməyə daxil olaraq həmin rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və 05 dekabr 2019-cu il tarixli, 4- MZ5-1-0-1105-19 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh4, iddiaçı Yelo Bank ASC-nə xx.xx.2022-ci il tarixlə (maliyyə arayışının verilmə tarixinə) əsas borcu 25987,58 (iyirmi beş min doqquz yüz səksən yeddi manat 58 qəpik) manat, faiz borcu 8283,46 (səkkiz min iki yüz səksən üç manat 46 qəpik) manat, əldən çıxmış fayda məbləği 566,67 (beş yüz altmış altı manat altmış yeddi qəpik) manat təşkil edir. İş materiallarında olan Cavabdeh4 ilə İddiaçı ASC arasında bağlanmış 05 dekabr 2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 nömrəli müqaviləyə əsasən kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh4 cərimə hesablanmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Lakin bir halı da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə ki, iddiaçının tələbinə nəzər saldıqda görünür ki, kredit müqaviləsinə əsasən əldən çıxmış fayda üzrə 241.9 (iki yüz qırx bir manat doxsan qəpik) manat məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi xahiş edilmişdir. Belə olduqda, məhkəmə 18 oktyabr 2023-cü il tarixli, 915 nömrəli ekspert rəyi ilə qismən, yəni əldən çıxmış fayda üzrə hesablanmış 566,67 (beş yüz altmış altı manat altmış yeddi qəpik) manat məbləğin 241,9 (iki yüz qırx bir manat doxsan qəpik) manat hissəsində razılaşdığını bildirərək, cavabdehin əsas borcunun ekspert rəyində müəyyən edilmiş 25987.58 manat, faiz borcunun 8283,46 manat olduğu qənaətinə gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bundan əlavə sözügedən ekspert rəyində bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamadığından, hazırkı tədqiqatla Cavabdeh4 cərimə hesablanmadığı qeyd olunsa da məhkəmə iddia ərizəsinə əlavə olunmuş sənədlərə (kredit müqaviləsi, maliyyə arayışı) əsasən iddiaçının 1059,85 (bir min əlli doqquz manat 85 qəpik) manat məbləğində hesablanmış cərimə borcunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinin əsaslı olduğunu bildirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Əvvəla məhkəmə qeyd edir ki, 27 yanvar 2022-ci il tarixdə keçirilmiş mediasiya sessiyasında İddiaçı ASC-nin nümayəndəsi X4 iştirak edərək 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödəmiş, Cavabdeh4 isə iştirak etməmişdir. Bundan əlavə ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən iddia ərizəsinin verilməsinə görə İddiaçı ASC tərəfindən 4 (dörd) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iş üzrə iddia tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği isə 203,88 (iki yüz üç manat 88 qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Göstərilən hal ilə əlaqədar olaraq, məhkəmə qeyd edir ki, iddiaçı 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödəyərək “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun şərtləndirdiyi şəkildə çəkdiyi xərc həddində dövlət rüsmundan azad edildiyindən, əlavə olaraq 4 (dörd) manat məbləğində dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Nəticədə, iddia qismən, yəni 93,71% təmin edilməli, Cavabdeh2 zamin olduğu xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 saylı zaminlik müqaviləsinə, Cavabdeh5 zamin olduğu xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 saylı zaminlik müqaviləsinə, Cavabdeh6 zamin olduğu xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 saylı zaminlik müqaviləsinə, Cavabdeh3 zamin olduğu xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 saylı zaminlik müqaviləsinə, Cavabdeh1 zamin olduğu xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 saylı zaminlik müqaviləsinə (eyni zamanda xx.xx.2019-cu il tarixli, 4- MZ5-1-0-1105-19 saylı kredit müqaviləsinə 1 saylı əlavə əsasında bağlanmış zaminlik müqavilələrinə) xitam verildiyindən iddia tələbi zaminlərə münasibətdə təmin edilməməli, xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 nömrəli kredit müqaviləsi və xx.xx.2019 tarixli, 4-MZ5-1- 0-1105-19 saylı Kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 saylı Əlavə sazişə əsasən Cavabdeh4 əsas borc üzrə 25987.58 (iyirmi beş min doqquz yüz səksən yeddi manat 58 qəpik) manat, faiz borcu üzrə 8283,46 (səkkiz min iki yüz səksən üç manat 46 qəpik) manat, əldən çıxmış fayda üzrə 241,9 (iki yüz qırx bir manat doxsan qəpik) manat, cərimə borcu üzrə 1059,85 (bir min əlli doqquz manat 85 qəpik) manat olmaqla ümumilikdə 35572.79 (otuz beş min beş yüz yetmiş iki manat 79 qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilməli, ilkin mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci bütünlükdə Cavabdeh4 alınıb İddiaçı ASC-yə ödənilməli, iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 203,88 (iki yüz üç manat 88 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə, yəni 93,71% -ə mütənasib olaraq 191.06 (bir yüz doxsan bir manat 06 qəpik) manat məbləği Cavabdeh4 alınıb dövlət gəlirlərinə ödənilməli, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 4 (dörd) manat məbləğin 3,88 (üç manat 88 qəpik) manatı iddianın rədd edilmiş hissəsinə aid edildiyindən təmin edilməməklə iddiaçının özünə aid edilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,12 (on iki qəpik) manat dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçıya qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli, 4-MZ5-1-0-1105-19 nömrəli kredit müqaviləsi və xx.xx.2019 tarixli, 4- MZ5-1-0-1105-19 saylı Kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 saylı Əlavə sazişə əsasən Cavabdeh4 əsas borc üzrə 25987.58 (iyirmi beş min doqquz yüz səksən yeddi manat 58 qəpik) manat, faiz borcu üzrə 8283,46 (səkkiz min iki yüz səksən üç manat 46 qəpik) manat, əldən çıxmış fayda üzrə 241,9 (iki yüz qırx bir manat doxsan qəpik) manat, cərimə borcu üzrə 1059,85 (bir min əlli doqquz manat 85 qəpik) manat olmaqla ümumilikdə 35572.79 (otuz beş min beş yüz yetmiş iki manat 79 qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci Cavabdeh4 alınıb İddiaçı ASC-yə ödənilsin. İddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 203,88 (iki yüz üç manat 88 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə, yəni 93,71% -ə mütənasib olaraq 191.06 (bir yüz doxsan bir manat 06 qəpik) manat məbləği Cavabdeh4 alınıb dövlət gəlirlərinə ödənilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 4 (dörd) manat dövlət rüsumunun 3,88 (üç manat 88 qəpik) manat məbləği iddianın rədd edilmiş hissəsinə aid edildiyindən təmin edilməməklə iddiaçının özünə aid edilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 0,12 (on iki qəpik) manat dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən iddiaçıya qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar