Məhkəmə qərarları › İş №e-2-2(123)-26/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-26/2023

10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-26/2023 10.03.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmə hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 24 noyabr 2022-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, nzaz 12309 saylı kredit müqaviləsi üzrə 33244,39 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 21781,09 manat məbləğində faiz borcu və 161,88 manat məbləğində dəbbə borcu, cəmi 55187,36 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun, ilkin mediasiya xidməti üçün ödənilmiş 200 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 55,56 manat məbləğində, cəmi 295 manat pulun tutulması, tələbin Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 4, 150 saylı mənzilinə (tam) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin (likvid dəyərinin) 118.000 manat məbləğində müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2019-cu il tarixli, nzaz12309 saylı kredit müqaviləsi üzrə cəmi 55187, 36 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun, ilkin mediasiya xidməti üçün ödənilmiş 200 manat rüsumun və dövlət rüsumu kimi ödənimiş 55,56 manat məbləğində cəmi 295 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi ev 4, 150 saylı mənzilinə (tam) tutma yönəldikdə və o satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi ev 4, 150 saylı mənzilin (tam) boşaldılmış vəziyyətdə təhvil verilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019-cu il tarixli, nzaz 12309 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 24 noyabr 2022-ci il tarixdə məhkəməyə daxil olan iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin məhkəmənin icraatına qəbul edilməsi məsələsinə baxıb, xx.xx.2022 tarixli, e-2-2(123)-122/2022 saylı qərardadla məhkəmənin icraatına qəbul etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi məsələsinə bахılаrkən onun (Cavabdeh Veysal oğlunun) Bakı şəhərində qeydiyyatda olduğunun müəууən edilmədiyini, hazırda qeydiyyatda olduğu Хətаi rауоnu, Zığ şosesi 40, mənzil 60 ünvanında уаşadığını, bu faktın məhkəmə tərəfindən nəzərə alınmadığını, həmçinin tələb оlunan əmlаkın Bakı şəhərində olduğunu, kredit muqaviləsinin Bakı şəhərində bağlanıldığını və müqavilə predmetinin əsasını təşkil edən əmlаkın Bakı şəhəri, Хətаi rауоnu, Qaçaq Nəbi küçəsi, ev 4, 150 saylı mənzil olduğunu, yaşayış yerinin və iddia olunan əmlakın Bakı şəhərində yerləşdiyini, işə Naxçıvan Мuхtаr Respublikasının Kоmmеrsiуа Мəhkəməsi baxdığından gələcəkdə məhz bu işin obyektiv baxılması üçün sübutların təqdim edilməsində çətinlik yaradacağını, həmçinin məsafənin uzaq olması ilə əlaqədar qeydiyyatda olduğu və yaşadığı Bakı şəhərindən Naxçıvan şəhərinə gedib-gəlməyə əlavə məsrəflərinin yaranması maddi durumunun daha da pisləşməsinə səbəb olacağını bildirib, Mülki Prosessual Məcəllənin 35, 35.1, 36.1, 36.12, 44.2, 44.2.1-ci maddələrinə istinad edərək iddia ərizəsinin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-2-2(123)-122/2022 saylı qərardadı ilə Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış vəsatətin rədd edilməsi qərara alınmışdır. Cavabdeh 27 dekabr 2022-ci il tarixdə elektron qaydada şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, e-2-2(123)-122/2022 saylı qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini, əks təqdirdə işin baxılması üçün Naxçıvan Ali Məhkəməsinə göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, e-2-2(123)-122/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək iş baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilmişdir. X3 Respublikası Ali Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinə geri qaytarılmışdır. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin və Cavabdeh iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş AZEMİS Elektron məhkəmə informasiya sistemindən çıxarılmış qəbz haqqında məlumata dair çıxarışlardan görünür ki, hazırkı iş üzrə İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə ********** saylı qəbzlə ödənilmiş 12 manat məbləğində dövlət rüsumu e-2-2(123)-120/2022 saylı iş üzrə, xx.xx.2022-ci il tarixdə, ********** saylı qəbzlə ödənilmiş 43,37 (qırx üç manat, otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu isə e-2-2(123)-114/2022 saylı iş üzrə istifadə olunmuşdur. Həmin dövlət rüsumları xx.xx.2022-ci il tarixli, e-2-2(123)-120/2022 saylı və xx.xx.2022-ci il tarixli e-2- 2(123)-114/2022 saylı qərardadla geri qaytarılmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli, ********** saylı qəbz e-2-2(123)-120/2022 saylı iş üzrə, xx.xx.2022-ci il tarixli, ********** saylı qəbz isə e-2-2(123)-114/2022 saylı iş üzrə istifadə edildiyindən və məhkəmə tərəfindən geri qaytarıldığından bu iş üzrə istifadələri mümkün deyildir. Buna görə də həmin qəbzlər hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsini təsdiq etmir. Həmçinin 27 fevral 2023-cü il tarixə, saat 0915-ə təyin edilmiş məhkəmə hazırlıq iclasında iddiaçı tərəfin iştirak etməməsinə görə bu barədə iddiaçıya məlumat verilə bilmədiyindən qeyd edilən bu hal iddiaçıya Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetinə yerləşdirilmiş məktub vasitəsilə bildirilmişdir. Məktubda iddiaçı tərəfindən dövlət rüsumunun ödənilərək, dövlət rüsumunun ödənilməsinə dair həmin qəbzin məhkəməyə təqdim edilmədiyi halda işin baxılmamış saxlanılacağı qeyd edilmişdir. Bu səbəbdən də məhkəmə hazırlıq iclası 10 mart 2023-cü il tarixə, saat 0915-ə təyin edilmişdir. Lakin iddiaçı tərəf bu barədə məlumatlandırılmasına və vaxt verilməsinə baxmayaraq dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməməklə yanaşı, bu barədə də məhkəməyə hər hansı məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddiaçı tərəfindən ərizəyə əlavə edilmədiyindən və hakim tərəfindən müəyyən edilmiş müddətdə həmin nöqsan aradan qaldırılmadığından İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması tələbi barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar