Məhkəmə qərarları › İş №e-2-2(123)-27/2023

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-27/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-27/2023 16.02.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı Cavabdeh qarşı avadanlıqların dəyəri və icarə haqqına görə pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı 15 fevral 2023-cü il tarixdə elektron qaydada kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh avadanlıqların dəyəri və ödənilməmiş icarə haqlarına görə 6.454 manat, mediasiyaya görə 100 manat olmaqla cəmi 6.554 manat pulun tutulub iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Elektron qaydada göndərilmiş kiçik iddialara dair işlər üzrə ərizəni və ona əlavə edilən sənədləri nəzərdən keçirərkən məhkəmə müəyyən etmişdir ki, ərizənin geri qaytarılması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-3.2 və 284-3.2.2-ci maddələrinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. İddiaçı və cavabdehin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), elektron poçt ünvanı, o cümlədən iddiaçının və cavabdehin mobil telefon nömrələri elektron formada göndərilmiş iddia ərizəsinin əvvəlində göstərilsə də elektron formada göndərilmiş iddia ərizəsinin tərəflərə dair məlumatların əks olunduğu hissəsində, yəni elektron ərizənin formasının müvafiq qrfalarında qeyd edilməmişdir. Nəzərə alınmalıdır ki, ərizənin elektron nüsxəsi onun Mülki Prosessual Məcəllənin 284-3-cü maddəsi ilə müəyyən olunmuş ərizənin formasına və məzmununa dair tələblərə riayət edilməli elektron variantı olduğundan həmin məlumatlar elektron ərizədə dəqiq göstərilməlidir. Bununla da, iddiaçı kiçik iddialara dair işlər üzrə ərizənin qanunla nəzərdə tutulmuş forma və məzmununa dair tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı avadanlıqların dəyəri və icarə haqqına görə pul tələbi tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı avadanlıqların dəyəri və icarə haqqına görə pul tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar