Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-279/2025 18.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının səlahiyyətli nümayəndəsi Nümayəndə1 30 iyun 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 14 yanvar 2022-ci il tarixli 4804 saylı Kredit müqaviləsi üzrə əsas borc 7108,12 manat, faiz borcu 879,32 manat olmaqla, cəmi 7987,44 manat (yeddi min doqquz yüz səksən yeddi manat, qırx dörd qəpik) manat borc məbləğinin İddiaçı QSC-nin xeyrinə tutulması, borc tələbinin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Naxçıvan MR, ünvan 1ində yerləşən ümumi sahəsi 104,4 kv. metr, yaşayış sahəsi 69, 96 kv. metr, yardımçı sahəsi 34,44 kv.metr olan 3 otaqlı fərdi yaşayış evinə 0.1578 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, ipoteka predmetinin dəyərinin ipoteka qoyanın ipoteka saxlayanla razılığına əsasən 16000,00 manat (on altı min) manat dəyərində müəyyən edilməsi, ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh2 İddiaçı QSCyə olan cəmi 7987,44 manat kredit borcunun və ödənilmiş 99,87 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) Naxçıvan filialı ilə Cavabdeh2 arasında 14 yanvar 2022-ci il tarixli 4804 saylı Kredit müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən ”Aqrarkredit” QSC tərəfindən Cavabdeh2 mebel istehsalı və satışı üçün illik 21 faiz hesablanmaqla 36 ay müddətinə 10.000 (on min) manat kredit verildiyini, kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Naxçıvan MR, ünvan 1ində yerləşən, ümumi sahəsi 104,4 kv. metr, yaşayış sahəsi 69, 96 kv. metr, yardımçı sahəsi 34,44 kv.metr olan 3 otaqlı fərdi yaşayış evinin 0.1578 ha torpaq sahəsi ilə birlikdə ipoteka qoyulduğunu və bununla bağlı İddiaçı QSC-nin Naxçıvan filialı ilə ipoteka qoyan Cavabdeh1 arasında 14 yanvar 2022-ci il tarixli 5 saylı ipoteka müqaviləsi bağlandığını, ipoteka müqaviləsinin notarial qaydada təsdiqləndiyini və ipoteka hüququnun müvafiq qaydada dövlət qeydiyyatına alındığını, cavabdehlərlə bağlanmış 14 yanvar 2022-ci il tarixli 5 saylı ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyərinin tərəflərin razılığına əsasən 16000,00 manat məbləğində müəyyən edildiyini, Cavabdeh2 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda onun müqavilənin şərtlərinə əməl etmədiyini, bununla da Cavabdeh2 kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etdiyini, Cavabdeh2 İddiaçı QSC-yə olan əsas borcu 7108,12 manat, faiz borcu 879,44 manat olmaqla, cəmi borcunun 7987,44 manat (yeddimin doqquz yüz səksən yeddi manat qırx dörd qəpik) manat təşkil etdiyini, 08 yanvar 2025-ci il tarixində cavabdehlər Cavabdeh1 və borcalan Cavabdeh2 borcun ödənilməsi ilə bağlı ipoteka predmetinə tutulmanın yönəldilməsinə dair bildiriş göndərildiyini, cavabdehlərə göndərilmiş xəbərdarlıq və ipoteka bildirişinin nəticəsiz qaldığını, borcun ödənilməsi tələbi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmadığını qeyd etməklə tələbini əsaslandırmış, o cümlədən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 385.1-ci, 425.1-ci, 448.1-ci, 448.2-ci və 449.4-cü maddələrinə, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə istinad etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahatında bütün sübutların iddia ərizəsinə əlavə olunduğunu, borcalan ödənişi ödəməkdən boyun qaçırdığına görə işin məhkəməyə gəldiyini, həmçinin cavabdehlərin məhkəmədə iştirak etməkdən də boyun qaçırdıqlarını qeyd edərək müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə baxış iclasındakı çıxışında tərəflərin məhkəmə iclasında iştirak etmədiyi kimi ödənişi ödəməkdən də boyun qaçırdıqlarını, bu səbəbdən müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 18 fevral 2026-cı il tarixə, saat 09:05-ə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının digər nümayəndəsi Nümayəndə1, o cümlədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinin və xəbərdar edilmələri barədə sənədlərin iş materiallarında olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının digər nümayəndəsi Nümayəndə1, o cümlədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 14 yanvar 2022-ci il tarixli, 4804 saylı Kredit müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı Səhmdar Kredit Təşkilatı (Bundan sonra “Borcverən” adlanacaq), onun Naxçıvan filialının müdiri X3 şəxsində və digər tərəfdən Şahbuz rayon, Kiçikoba kəndində yaşayan fiziki şəxs Cavabdeh2 (bundan sonra “Borcalan” adlanacaq) şəxsində bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən bu müqavilənin şərtləri ilə Borcverən Borcalana pul vəsaitinin borc (bundan sonra «kredit» adlanacaq) verilməsini, Borcalan isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən Borcverən Borcalana, bu müqavilənin şərtlərinə uyğun olaraq, 36 (otuz altı) ay müddətinə, mebel istehsalı və satışı məqsədi ilə, ticarət təyinatı ilə, illik faiz məzənnəsi 21 % və ödəniş qaydası nağd və köçürmə yolu ilə olmaqla 10.000 (on min) manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. 3.3-cü bəndinə əsasən Borcalan tərəfindən kreditə görə hesablanmış faizlərin və əsas borcun ödəniş cədvəli üzrə qaytarılması təmin edilmədikdə, kredit müqaviləsinin vaxtından əvvəl ləğvi, əsas kredit borcunun və ona hesablanmış faizin qaytarılması ilə bağlı müvafiq tədbir görmək Borcverənin hüququdur. 3.5-ci bəndinə əsasən Borcalan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməzsə və ödəmə şərtlərinə əməl etməzsə, qanunvericiliklə müəyyən edilmiş qaydada əlavə faiz ödənişini tələb etmək Borcverənin hüququdur. 6.5-ci bəndinə əsasən Borcalan Krediti və ona hesablanmış faizləri bu müqavilənini ayrılmaz tərkb hissəsi olan ödəniş cədvəlinə müvafiq olaraq ödənilməsini təmin edir. 6.6-cı bəndinə əsasən Borcalan hazırki müqavilənin şərtlərindən irəli gələn öhdəliklərə görə özünə məxsus pul vəsaiti və əmlakı ilə cavabdehlik daşıyır. 6.7-ci bəndinə əsasən Borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 5% əlavə cərimə faizi ödəyir. 7.2-ci bəndinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin qaytarılması bu müqaviləyə əlavə olunmuş və onun ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə uyğun olaraq həyata keçirilməlidir, bu zaman Borcverən tərəfindən tərtib olunmuş hesablamalar əsas götürülür. 7.3-cü bəndinə əsasən Kredit üzrə ödəmələr həmin vəsaitlərin Borcverənin hesabına və ya kassasına daxil olduğu gün ödənilmiş sayılır. 8.1-ci bəndinə əsasən hazırki müqavilə kredit borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minir və borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir. 14 yanvar 2022-ci il tarixli, 4804 saylı Kredit müqaviləsi əlavə Ödəniş cədvəlinin təsdiq olunmuş surətindən görünür ki, borcalan Cavabdeh2 illik 21 (iyirmi bir) % dərəcəsilə verilmiş 10.000 (on min) manat məbləğində kreditin və ona hesablanmış 3563,02 (üç min beş yüz altmış üç manat 02 qəpik) manat məbləğində faizin 2022-ci ilin fevral ayından, 2025-ci ilin yanvar ayına kimi aylıq 376,75 manat məbləğində ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli məxaric orderindən görünür ki, İddiaçı SKT Naxçıvan filialı tərəfindən Cavabdeh2 10.000 (on min) manat məbləğində kredit verilmişdir. Naxçıvan MR, Şahbuz rayonu, Kiçikoba kəndində qeydiyyatda olan Cavabdeh2 kredit borcunun xx.xx.2025-ci il tarixə ödənilmə vəziyyəti barədə məlumatdan görünür ki, 14 yanvar 2022-ci il tarixli, 4804 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2025-ci il tarixə "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına 7108,12 manat əsas, 519,96 manat faiz borcu olmaqla, ümumilikdə 7628,08 manat kredit borcu qalmışdır. Naxçıvan MR, Şahbuz rayonu, Kiçikoba kəndində qeydiyyatda olan Cavabdeh2 kredit borcunun xx.xx.2025-ci il tarixə ödənilmə vəziyyəti barədə məlumatdan görünür ki, 14 yanvar 2022-ci il tarixli, 4804 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2025-ci il tarixə "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına 7108,12 manat əsas, 879,32 manat faiz borcu olmaqla, ümumilikdə 7987,44 manat kredit borcu qalmışdır. 14 yanvar 2022-ci il tarixli, 5 saylı ipoteka müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən ipoteka saxlayan İddiaçı SKT Naxçıvan Filialı adından X3 və digər tərəfdən Cavabdeh1 ilə borc alan Cavabdeh2 arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 4804 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.1-ci və 2.2-ci bəndlərinə əsasən ipoteka predmeti Naxçıvan MR DƏTMDX tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh1 verilmiş **********61-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə, ünvan 1i ünvanında, 0.1578 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 104.4 kv/m, yaşayış sahəsi 69.96 kv/m, yardımçı sahəsi 34.44 kv/m olan, “ipoteka qoyan”-a məxsus 3 otaqlı fərdi yaşayış evidir. 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri "ipoteka qoyan"-ın və "ipoteka saxlayan"ın razılığına əsasən 16.000 manat 00 qəpik (on altı min manat sıfır qəpik) məbləğində müəyyən edilmişdir. 3.3-cü bəndinə əsasən öhdəliyin icra müddəti Kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin "İpoteka qoyan"a ("Borclu"-ya) faktiki təqdim edildiyi tarixindən xx.xx.2025 tarixinədək müəyyən olunmuşdur. 4.1-ci bəndinə əsasən ipoteka saxlayanın tələbi əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 9.1-ci bəndinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrası 90 təqvim günü və daha çox müddətə gecikdirildikdə, ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında İpoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 (otuz) təqvim günü ərzində icra olunmadıqda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. 12.2-ci bəndinə əsasən bu müqavilə ipoteka ilə təmin edilmiş öhdəlik tam icra olunanadək qüvvədədir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, mülkiyyət hüququ Cavabdeh1 məxsus Naxçıvan MR, ünvan 1i ünvanında 0.1578 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 104.4 kv/m olan fərdi yaşayış evi İddiaçı Səhmdar Kredit Təşkilatı Naxçıvan filialının xeyrinə yüklü edilmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının ********** saylı, xx.xx.2025 tarixli elektron müraciətinə əsasən Naxçıvan MR, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinin surətindən görünür ki, “"Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən məhkəmədə iddia qaldırılması üçün "xxxx" MMC elektron ödəmə sistemi vasitəsilə dövlət büdcəsinə 99,87 (doxsan doqquz manat 87 qəpik) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı Səhmdar Kredit Təşkilatının Naxçıvan filialının müdiri X3 ilə Cavabdeh2 arasında 14 yanvar 2022-ci il tarixli, 4804 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə görə Borcverən Borcalana pul vəsaitinin borc (bundan sonra «kredit» adlanacaq) verilməsini, Borcalan isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürmüş, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli məxaric orderinə əsasən pul vəsaitinin borclunun hesabına köçürülməsi ilə kreditor tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hər iki tərəfin iradə ifadəsi və qarşılıqlı razılığı əsasında kredit müqaviləsinin bağlanması, qarşılıqlı hüquq və vəzifələr müəyyən etməklə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranmasına əsas olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Belə ki, Borc alan Cavabdeh2 kredit müqaviləsinin tələbini pozaraq ödənişləri yubatmış, kredit müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2025-ci il tarixə "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına 7108,12 manat əsas, 879,32 manat faiz borcu olmaqla, ümumilikdə 7987,44 manat kredit borcu qalmış, qeyd edilən hal ilə əlaqədar ödənilmə vəziyyəti barədə məlumat iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-279/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 26 sentyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş 25 sentyabr 2025-ci il tarixli, 923 saylı ekspert rəyinin nəticəsində qeyd olunmuşdur ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları və 14 yanvar 2022-ci il tarixli, 4804 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2, "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına kredit üzrə xx.xx.2025-ci il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 6917,39 (altı min doqquz yüz on yeddi manat otuz doqquz qəpik) manat, faiz borcu 207,55 (iki yüz yeddi manat əlli beş qəpik) manat olmaqla, ümumilikdə borcu 7124,94 (yeddi min yüz iyirmi dörd manat doxsan dörd qəpik) manat təşkil edir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2025-ci il tarixli, 923 saylı ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına kredit üzrə borcu 6917,39 (altı min doqquz yüz on yeddi manat 39 qəpik) manat əsas, 207,55 (iki yüz yeddi manat 55 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7124,94 (yeddi min yüz iyirmi dörd manat 94 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Qeyd edilənlərdən əlavə müəyyən olunur ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə mülkiyyət hüququ Cavabdeh1 məxsus Naxçıvan MR, ünvan 1i ünvanında 0.1578 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 104.4 kv/m olan fərdi yaşayış evi 14 yanvar 2022-ci il tarixli, 5 saylı ipoteka müqaviləsi əsasında ipoteka saxlayan İddiaçı SKT Naxçıvan filialının xeyrinə ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış iş materiallarına əlavə edilmişdir. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İddia tələbinin borc tələbinin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Naxçıvan MR, ünvan 1ində yerləşən ümumi sahəsi 104,4 kv. metr, yaşayış sahəsi 69, 96 kv. metr, yardımçı sahəsi 34,44 kv.metr olan 3 otaqlı fərdi yaşayış evinə 0.1578 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh2 İddiaçı QSC-yə olan cəmi 7987,44 manat kredit borcunun və ödənilmiş 99,87 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə sonrakı ipoteka müqaviləsi bağlanmış və müqavilə notarial qaydada təsdiq edilmişdir. Həmin müqavilənin 4.1-ci bəndindən ipoteka saxlayanın tələbi əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edildiyi müəyyən edilmişdir. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin bazar qiyməti göstərilməlidir. Bazar qiyməti tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir. Beləliklə ipoteka predmeti olan daşınmaz əmlakın dəyərinin müəyyən edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(123)- 279/2025 saylı qərardadı ilə “Məhkəmə-qiymətləndirmə” ekspertizası təyin edilmiş, həmin ekspertizanın keçirilməsi nəticəsində, "X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 09 yanvar 2026-cı il tarixdə məhkəməyə daxil olmuş 28 noyabr 2025-ci il tarixli, NQM 039-12/25 saylı qiymətləndirmə rəyinin nəticəsində, Cavabdeh1 mülkiyyətində olan ünvan 1i ünvanında 0.1578 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 104.4 kv/m, yaşayış sahəsi 69.96 kv/m, yardımçi sahəsi 34.44 kv/m olan 3 otaqlı fərdi yaşayış evinin mövcud real bazar dəyəri 47.830,80 manat, yekun likvid dəyəri isə 38.264,64 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından müəyyən olunur ki, qanunvericilikdə “likvid dəyər” və ya “ilkin satış qiyməti” kimi anlayışlar mövcud olmadığından və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin bazar qiymətinin göstərilməsi müəyyən edildiyindən, ipoteka predmetinin satış qiyməti bazar dəyəri ilə hesablanmalıdır. Nəticədə, məhkəmə "X1” MMC-nin 28 noyabr 2025-ci il tarixli, NQM 039-12/25 saylı qiymətləndirmə rəyi ilə razılaşaraq qeyd edir ki, ipoteka predmetinə tutma yönəldildikdə, ipoteka predmeti olan mülkiyyət hüququ Cavabdeh1 məxsus Naxçıvan MR, ünvan 1i ünvanında 0.1578 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 104.4 kv/m olan fərdi yaşayış evinin bazar dəyəri 38.264,64 (otuz səkkiz min iki yüz altmış dörd manat 64 qəpik) manat məbləğində müəyyən edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi qismən, yəni 89,20% əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən (iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) məbləğində hesablanır. Belə ki, hazırki iddia tələbi üzrə iddianın qiyməti 7987,44 (yeddi min doqquz yüz səksən yeddi manat 44 qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 99,87 (doxsan doqquz manat 87 qəpik) manat olaraq təşkil edir ki, iddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən həmin dövlət rüsumu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Beləliklə, hazırki iş üzrə iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 99,87 (doxsan doqquz manat 87 qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə, yəni 89,20% hissəsinə mütənasib olaraq 89,08 (səksən doqquz manat 08 qəpik) manat məbləği Cavabdeh2 tutularaq iddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına ödənilməli, 10,79 (on manat 79 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməlidir. Bundan əlavə məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-279/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş 25 sentyabr 2025-ci il tarixli, 923 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə, yəni 89,20%-nə uyğun olaraq 53,52 (əlli üç manat 52 qəpik) manat məbləği Cavabdeh2, qalan 6,48 (altı manat 48 qəpik) manat məbləği isə iddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatından alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X4 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Həmçinin məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-279/2025 saylı qərardadı ilə təyin edilmiş “Məhkəmə-qiymətləndirmə” ekspertizasının keçirilməsi nəticəsində 09 yanvar 2026-cı il tarixdə məhkəməyə daxil olmuş "X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28 noyabr 2025-ci il tarixli, NQM 039-12/25 saylı qiymətləndirmə rəyinə münasibətdə məhkəmə qeyd edir ki, qiymətləndiricinin xidmət haqqı üçün müəyyən olunmuş 245 (iki yüz qırx beş) manat məbləğində xidmət haqqının iddianın təmin olunmuş hissəsinə, yəni 89,20%-nə uyğun olaraq 218,54 (iki yüz on səkkiz manat 54 qəpik) manat məbləği Cavabdeh2, qalan 26,46 (iyirmi altı manat 46 qəpik) manat məbləği isə iddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatından alınaraq "X1” MMC-nin bank hesabına ("X1” MMC-nin AZ16NİCB**********0001A35090 nömrəli hesabına, VÖEN-**********; "xxxx" ASC-Kod: 507064, VÖEN **********, Müxbir hesab: AZ98NABZ********************, S.W.İ.F.T Kod: NİCBAZ22) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən, yəni 89,20 % təmin edilməli, 14 yanvar 2022-ci il tarixli, 4804 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 əsas borc üzrə 6917,39 (altı min doqquz yüz on yeddi manat 39 qəpik) manat, faiz borcu üzrə 207,55 (iki yüz yeddi manat 55 qəpik) manat olmaqla, ümumilikdə 7124,94 (yeddi min yüz iyirmi dörd manat 94 qəpik) manat alınıb iddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına ödənilməli, 99,87 (doxsan doqquz manat 87 qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə, yəni 89,20% hissəsinə mütənasib olaraq 89,08 (səksən doqquz manat 08 qəpik) manat məbləği Cavabdeh2 tutularaq iddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına ödənilməli, 10,79 (on manat 79 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməli, məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-279/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə, yəni 89,20%-nə uyğun olaraq 53,52 (əlli üç manat 52 qəpik) manat məbləği Cavabdeh2, qalan 6,48 (altı manat 48 qəpik) manat məbləği isə iddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatından alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X4 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməli, məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-279/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 245 (iki yüz qırx beş) manat məbləğində xidmət haqqının iddianın təmin olunmuş hissəsinə, yəni 89,20%-nə uyğun olaraq 218,54 (iki yüz on səkkiz manat 54 qəpik) manat məbləği Cavabdeh2, qalan 26,46 (iyirmi altı manat 46 qəpik) manat məbləği isə iddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatından alınaraq "X1” MMC-nin bank hesabına ("X1” MMC-nin AZ16NİCB**********0001A35090 nömrəli hesabına, VÖEN-**********; "xxxx" ASC-Kod: 507064, VÖEN **********, Müxbir hesab: AZ98NABZ********************, S.W.İ.F.T Kod: NİCBAZ22) ödənilməli, yuxarıda Cavabdeh2 alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh1 məxsus Naxçıvan MR, ünvan 1i ünvanında 0.1578 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 104.4 kv/m olan fərdi yaşayış evinə yönəldilməli, evin bazar dəyəri 38.264,64 (otuz səkkiz min iki yüz altmış dörd manat 64 qəpik) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait cavabdehlər Cavabdeh2 iddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına olan borcunun ödənilməsinə yönəldilməli, artıq qalan məbləğ ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh1 qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. 14 yanvar 2022-ci il tarixli, 4804 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 (VÖEN: **********; FİN: xxxxxxx; Ş/V Seriya nömrəsi: AA*******) əsas borc üzrə 6917,39 (altı min doqquz yüz on yeddi manat 39 qəpik) manat, faiz borcu üzrə 207,55 (iki yüz yeddi manat 55 qəpik) manat olmaqla, ümumilikdə 7124,94 (yeddi min yüz iyirmi dörd manat 94 qəpik) manat alınıb iddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına (VÖEN: **********) ödənilsin. 99,87 (doxsan doqquz manat 87 qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə, yəni 89,20% hissəsinə mütənasib olaraq 89,08 (səksən doqquz manat 08 qəpik) manat məbləği Cavabdeh2 tutularaq iddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına ödənilsin. Qalan 10,79 (on manat 79 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilsin. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-279/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə, yəni 89,20%-nə uyğun olaraq 53,52 (əlli üç manat 52 qəpik) manat məbləği Cavabdeh2, qalan 6,48 (altı manat 48 qəpik) manat məbləği isə iddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatından alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X4 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-279/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 245 (iki yüz qırx beş) manat məbləğində xidmət haqqının iddianın təmin olunmuş hissəsinə, yəni 89,20%-nə uyğun olaraq 218,54 (iki yüz on səkkiz manat 54 qəpik) manat məbləği Cavabdeh2, qalan 26,46 (iyirmi altı manat 46 qəpik) manat məbləği isə iddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatından alınaraq "X1” MMC-nin bank hesabına ("X1” MMC-nin AZ16NİCB**********0001A35090 nömrəli hesabına, VÖEN-**********; "xxxx" ASC- Kod: 507064, VÖEN **********, Müxbir hesab: AZ98NABZ********************, S.W.İ.F.T Kod: NİCBAZ22) ödənilsin. Cavabdeh2 alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh1 (VÖEN: **********; FİN: xxxxxxx; Ş/V Seriya nömrəsi: AZE AA5530837) məxsus Naxçıvan MR, ünvan 1i ünvanında 0.1578 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 104.4 kv/m olan fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan evin bazar dəyəri 38.264,64 (otuz səkkiz min iki yüz altmış dörd manat 64 qəpik) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh2 iddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh1 qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-279/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-279/2025
18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver