Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-28/2024 04.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1, X8 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC və onun nümayəndəsi Nümayəndə 31 iyul 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 30 may 2018-ci il tarixli, 3005/01/SKF saylı kredit müqaviləsi üzrə 23 may 2023-ci il tarixə 7 659.38 (yeddi min altı yüz əlli doqquz manat otuz səkkiz qəpik) manat əsas borc, 453.12 (dörd yüz əlli üç manat on iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 8112.50 (səkkiz min bir yüz on iki manat əlli qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat qırx beş qəpik) manat və X2 keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 28000 (iyirmi səkkiz min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********32-10301 reyestr nömrəli Naxçıvan MR, Babək rayon, Qahab kəndində 0.0599 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, X1 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 30 may 2018-ci il tarixli, 3005/01/SKF saylı kredit müqaviləsinə əsasən Borcalana Bank tərəfindən 24 ay müddətinə illik 6% dərəcəsi ilə 10 000 (on min) manat məbləğində kənd təsərrüfatı krediti verildiyini, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus **********32- 10301 reyestr nömrəli Naxçıvan MR, Babək rayon, Qahab kəndində 0.0599 ha torpaq sahəsində fərdi yaşayış evi xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edildiyini, İpoteka müqaviləsinin müvafiq olaraq Babək rayon notariat ofisində təsdiq edildiyini və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlakın yüklülüyünün qeydiyyata alındığını, Kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Cavabdeh2 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində onun adına xx.xx.2023-cü il tarixə adına 346 gecikmə günü qeydə alındığını, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, ipoteka müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəli olduğunu, Borcun qaytarılması ilə bağlı Borcalan Cavabdeh2 ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edildiyini, onlara məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktubları müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirildiyini, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildiriş borcalan-ipoteka qoyan – Cavabdeh2 ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edildiyini və bildiriş dövlət qeydiyyatına alındığını, xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə Borcalana təklif ünvanlandığını, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilsədə, Borcalanın ilkin mediasiya sessiyasında iştirak etmədiyini, Kredit müqaviləsinin 5.8-ci bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi ödədiyini, Kredit müqaviləsinin 5.12-ci bəndinə əsasən müqavilə şərtləri Borcalan tərəfindən pozulduğu halda, kredit üzrə borc və hesablanmış faizlər, cərimələr və borcla əlaqədar Bankın təsdiqlənmiş xərcləri Borcalan tərəfindən ödənildiyini, Kredit müqaviləsinin 7-ci bəndinə əsasən Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə, Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb edə biləcəyini, Kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən, bu müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiyini və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalacağını, ipoteka müqaviləsinin 4-cü bəndinə əsasən ipoteka saxlayanın tələbi ipoteka hesabına Bankın Borcalana verdiyi kredit, ona hesablanacaq faizlər, cərimələr və borcla əlaqədar Bankın digər xərcləri daxil edilməklə tam həcmdə təmin edildiyini, İpoteka müqaviləsinin 9-cu bəndinə əsasən əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda və.s ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yarandığını, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişdə ipoteka qoyan- borcalan - Cavabdeh2 “İpoteka haqqında” Qanunun 36.2.3-cü maddəsinə və İpoteka müqaviləsinin 9.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında keçirilməsinə razılıq verilməsinin təklif edildiyini,Cavabdeh2 30 may 2018-ci il tarixli, 3005/01/SKF saylı kredit müqaviləsi üzrə 23 may 2023-ci il tarixə 7 659.38 (yeddi min altı yüz əlli doqquz manat 38 qəpik) manat əsas borc, 453.12 (dörd yüz əlli üç manat on iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 8112.50 (səkkiz min bir yüz on iki manat əlli qəpik) manat kredit borcu öhdəliyinin olduğunu qeyd etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Cavabdeh2 25 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında krediti 2018-ci ildə Babək rayon, Qahab kəndində bağçılıq fəaliyyəti ilə məşğul olmaq üçün götürdüyünü, Bankdan götürdüyü pulun hamısını bağa vəsait qoymaq üçün sərf etdiyini, həmin ərazidə 900 ağac əkdiyini, lakin lazımi qaydada su verilmədiyi üçün bağın quruduğunu, ilk başlarda su verildiyini, amma bağ məhsul verməyə başlayanda suyun birdəfəlik kəsildiyini, bununla bağlı Bələdiyyəyə də müraciət etdiyini, lakin bağının su ilə təmin olunacağı deyilsə də, su ehtiyacının qarşılanmadığını, su həftəlik verilsə də, bağının yerləşdiyi hissəyə çatanda suyun kəsildiyini, axırıcı dəfə bağı məhsul gətirəndə 10-15 tona kimi məhsulunun olduğunu, ona sadəcə tütün və qarğıdalıya su verilməsinin deyildiyini, onun isə razılaşmadığını, çünki ona sərf etmədiyini, sonradan yaşıllaşdırma ilə bağlı pul ödəniləcəyi deyilsə də, artıq onun ağacları quruduğu üçün ehtiyac qalmadığını, Kənd Təsərrüfatı Nazirliyindən Xəyalə xanımın onun ərazisinin vəziyyətini çəkərək, Fuad Nəcəfliyə təqdim edəcəyini dediyini, Fuad Nəcəflinin kəndlərinə gəldiyini, lakin vaxt çatmadığı üçün görüş baş tutmadığını, Ali Məclisə hazırki vəziyyət ilə bağlı müraciət edib bağının vəziyyətini telefon vasitəsilə göstərmək istəsə də, səs yazısı qeyd etdiyini düşündükləri üçün telefonu əlindən aldıqlarını, banka indiyə kimi 7000-8000 manata yaxın pul ödədiyini, indidən sonra da borcunu ödəyəcəyini, Bank ona ödəniş ilə bağlı vaxt verdiyini, amma işlər qarışdığı üçün bu vəziyyət yarandığını, vəziyyətinin nəzərə alınmasını və ödəmələri həyata keçirməyi üçün müddətin uzadılmasını xahiş etmişdir. Məhkəmənin 05 sentyabr 2023-cü il tarixli e-2-2(123)-137/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş, 06 noyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2023-cü il tarixli, 953 nömrəli rəyi məhkəməyə daxil olmuş, məhkəmənin 13 noyabr 2023-cü il tarixli, e-2-2(123)-137 /2023 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. 28 noyabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə ipoteka predmeti olan əmlakların qiymətləndirilməsinə dair ekspertiza təyin edilmiş, 08 yanvar 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 29 dekabr 2023-cü il tarixli, 42 nömrəli rəyi məhkəməyə daxil olmuş, məhkəmənin 10 yanvar 2024-cü il tarixli, e-2-2(123)-28/2024 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. 04 mart 2024-cü il tarixə, saat 14:15-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə və cavabdehlər Cavabdeh2, Cavabdeh1, X8 və Cavabdeh4 iştirak etməmişlər. 04 mart 2024-cü il tarixdə iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə elektron qaydada ərizə ünvanlanaraq həmin ərizədə, iş üzrə məhkəmə baxış iclasının xx.xx.2024-cü il tarixə, saat 14:15-ə təyin edildiyi, iddia tələblərini müdafiə etdiklərini bir daha bildirməklə yanaşı, işlərin çoxluğunu nəzərə alaraq xx.xx.2024-cü il tarixə, saat 14:15-ə təyin edilmiş məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsi və müvafiq məhkəmə qərarının çıxarılmasının məhkəmədən xahiş edildiyi, işə cavabdeh tərəflərin iştirakı olmadan baxılmasına etiraz etmədikləri qeyd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** nömrəli Arayışdan görünür ki, Cavabdeh2 məxsus Naxçıvan MR, Babək rayon, Qahab kəndində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 23/4 nömrəli reyestr kitabının 651 nömrəli vərəqində qeydiyyata alınmış, eyni zamanda xx.xx.2018-ci il tarixinə olan məlumata əsasən həmin əmlaka dair məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli, Seriya MH ******* nömrəli Çıxarışdan görünür ki, Naxçıvan MR, Babək rayon, Qahab kəndində yerləşən Cavabdeh2 xüsusi mülkiyyətində olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 23/4 nömrəli reyestr kitabının 651 nömrəli vərəqində qeydiyyata alınmışdır. 07 iyun 2018-ci il tarixli, 246 nömrəli Xəzinə məxaric orderindən görünür ki, Naxçıvanbank ASCnin Naxçıvan filialı tərəfindən əkinçilik üçün ümumilikdə 9810 manat (doqquz min səkkiz yüz on manat) manat kredit məbləği Cavabdeh2 AZ13NAXB**********4054004AZN nömrəli hesabına köçürülmüşdür. 30 may 2018-ci il tarixli, 3005/01/SKF nömrəli Kredit müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC-nin Naxçıvan filialının müdiri X9 şəxsində, bir tərəfdən Naxçıvan MR X6 direktoru X4 və irəlidə boralan adlandırılacaq Cavabdeh2 şəxsində müəyyən edilmiş şərtlərlə tam razılıq əsasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətdə, məqsədli istifadə, qaytarılmaq, fazilər ödənilmək və təminatlılıq şərti ilə 10.000 (on min) manat məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. 1.3-cü bəndindən görünür ki, kredit borcalana bağçılıq təsərrüfatının yaxşılaşdırılması məqsədilə verilmişdir. 5.1-ci bəndindən görünür ki, Borcalanın bu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə borcaalan və üçüncü şəxslə ipoteka müqaviləsi bağlanılır. 06 iyun 2018-ci il tarixli İpoteka müqaviləsindən görünür ki, bu müqavilə ipoteka qoyan Cavabdeh2 və ipoteka saxlayan X9 arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 3005/01/SKF saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.3-cü bəndindən görünür ki, İpoteka predmetinin dəyəri “ipoteka qoyan”-ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 28.000 (iyirmi səkkiz min) manat məbləğində müəyyən edilmişdir. 3.1-ci bəndindən görünür ki, öhdəliyin yaranma əsası kredit müqaviləsidir. 9.1-ci bəndindən görünür ki, əsas öhdəlik yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Naxçıvan MR, Babək rayon, Qahab kəndində yerləşən Cavabdeh2 mülkiyyətində olan xx.xx.2018-ci il qeydiyyat tarixli, **********7 qeydiyyat nömrəli fərdi yaşayış evi "xxxx" ASC-nin Naxçıvan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında 30 may 2018-ci il tarixli, 3005/01/SKF saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən heyvandarlıq məqsədilə illik 6% dərəcəsi olmaqla 24 ay müddətinə 10 000 (on min) manat məbləğində kredit verilmiş, eyni zamanda Kredit məbləğinin verilməsi iş materiallarında olan 16 iyun 2023-cü il tarixli, 827 nömrəli Xəzinə məxaric ordri ilə öz təsdiqini tapmışdır. Borcalan Müqaviləyə əlavə olunan ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri, kreditin əsas məbləğini və ona hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il qeydiyyat tarixli, Seriya MH ******* nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus Naxçıvan MR, Babək rayon, Qahab kəndində yerləşən fərdi yaşayış evi 06 iyun 2018-ci il tarixli ipoteka müqaviləsi əsasında "xxxx" ASC-nin Naxçıvan filialının xeyrinə yüklü edilmiş, kredit müqaviləsi üzrə borclu Cavabdeh2 ipoteka müqaviləsini imzalanmışdır. Beləliklə, hazırkı vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, Cavabdeh2 kredit üzrə əsas və faiz məbləğlərini müqaviləyə əlavə olan ödəniş qrafiki əsasında ödəməyərək üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırdığından, nəticədə Bank tərəfindən adına kredit reyestrində 23 may 2023-ci il tarixə 346 gecikmə günü qeydə alınmış, borcun qaytarılması ilə bağlı Borcalan Cavabdeh2 qeydiyyat ünvanına müvafiq poçt bölməsi tərəfindən xəbərdarlıq məktubları göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, buna baxmayaraq borcalan tərəfindən öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamış, nəticədə 30 may 2018-ci il tarixli, 3005/01/SKF saylı kredit müqaviləsi üzrə Cavabdeh2 adına “23” may 2023-cü il tarixə 7 659.38 (yeddi min altı yüz əlli doqquz manat otuz səkkiz qəpik) manat əsas borc, 453.12 (dörd yüz əlli üç manat on iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 8112.50 (səkkiz min bir yüz on iki manat əlli qəpik) manat borc öhdəliyi yarandığı göstərilmişdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Beləliklə, iddiaçı pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilməsi hissədə Cavabdeh2 qarşı tələb hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək və borcun dügün hesablanıb-hesablanmadığını müəyyən etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2023-cü il tarixli, 953 nömrəli rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları və 30 may 2018-ci il tarixli, 3005/01/SKF saylı nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə kredit üzrə xx.xx.2023-cü il tarixə olan əsas borcu 6220,13 (altı min iki yüz iyirmi manat on üç qəpik) manat, faiz borcu 348,62 (üç yüz qırx səkkiz manat altmış iki qəpik) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Lakin bir halı da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olduqda, məhkəmə 06 noyabr 2023-cü il tarixli, 953 nömrəli ekspert rəyi ilə razılaşaraq yəni xx.xx.2023-cü il tarixə əsas borc üzrə hesablanmış 6220,13 (altı min iki yüz iyirmi manat on üç qəpik) manat, faiz borcunun isə 348,62 (üç yüz qırx səkkiz manat altmış iki qəpik) manat olduğu qənaətinə gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia qismən təmin olunmalıdır. Qeyd edilənlərdən əlavə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iş üzrə tərəflər arasında 28 sentyabr 2020-ci il tarixdə KT2809/10 saylı İpoteka müqaviləsi bağlanmışdır. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Belə ki, həmin Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən Girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 307.6-cı maddəsinə əsasən İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Əsas öhdəliyin xitamı, o cümlədən etibarsızlığı ipoteka müqaviləsinin də xitamına səbəb olduğu halda, sonuncunun xitamı heç bir halda əsas öhdəliyin xitamına gətirib çıxarmır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. 4.1.1-ci və 4.1.2-ci maddələrinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər də daxil edilməklə tam həcmdə təmin edilir. 4.1.4-ci maddəsinə əsasən ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.5-ci maddəsinə əsasən İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. 59.3 və 59.3.1-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 203.3 - 203.3.6-cı maddələrinə müvafiq olaraq qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: 203.3.1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; 203.3.2. qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; 203.3.3. sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; 203.3.4. təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; 203.3.5. rekvizisiya; 203.3.6. müsadirə. 205.1-ci maddəsinə əsasən mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununa və ya məhkəmə qərarına əsasən həyata keçirilir. Məhkəmə iddia tələbinin 1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, X1 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi hissəsi üzrə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4cü maddəsi 18 dekabr 2018-ci il tarixdə dəyişiklik edilərək Qanuna əlavə edildiyindən və hazırkı tərəflər arasında bağlanmış müqavilənin 30 may 2018-ci il tarixdə bağlanması göz önündə tutularaq həmin maddənin tətbiqinin mümkün olmadığı və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır. Göründüyü kimi, qanunvericiliyin bu norması konkret şərtlər daxilində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildiyi və onun satıldığı halda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin hər hansı qeyd-şərt olmadan tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrini müəyyən etmişdir ki, hazırkı iddia tələbinin həmin hissəsi tərəflər arasında bağlanmış Kredit və İpoteka müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı olmuşdur. Odur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyinə görə, iddiaçı tələbin “1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, X1 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi” nə dair hissələrinə münasibətdə haqlıdır. İddia tələbinin tutmanın ilkin satış qiyməti 28 000 (iyirmi səkkiz min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh2 məxsus Naxçıvan MR, Babək rayon, Qahab kəndində 0.0599 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlamışlar. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli rəyinə əsasən ipoteka predmeti olan Naxçıvan MR, Babək rayon, Qahab kəndində 0.0599 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 32 110 (otuz iki min yüz on) manat, likvid dəyəri isə əmlak bazarında durğunluq nəzərə alınaraq bazar dəyərinə 5% likvidlik tətbiq olunmaqla 30 500 (otuz min beş yüz) manat məbləğində müəyyən edilmişdir. Ona görə də ipoteka predmetinin qiymətləndirilməsi zamanı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 29 dekabr 2023-cü il tarixli qiymətləndirmə rəyi əsas götürülməli, ipoteka predmetlərinə tutma yönəldildikdə, ipoteka predmeti olan Naxçıvan MR, Babək rayon, Qahab kəndində 0.0599 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satışı, likvid qiyməti ilə 30 500 (otuz min beş yüz) manat məbləğində müəyyən edilməlidir. Həmçinin, məhkəmə iddiaçının “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat qırx beş qəpik) manatın bankın xeyrinə cavabdehdən tutulması tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən həmin tələbi təsdiq edən sübut məhkəməyə təqdim edilmədiyindən iddiaçının bu tələbi rədd edilməlidir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli Mediasiya Sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 09 mart 2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasında Cavabdeh2 və "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə iştirak etmiş və iddiaçının nümayəndəsi tərəfindən 100 (bir yüz) manat məbləğində mediasiya xərcini ödəmişdir. Hazırki tələb üzrə tərəflər mediasiya prosesini davam etdirməyə razılıq vermədiyindən və X7 keçirilməsi ilə bağlı xərclər bütünlükdə iddiaçı tərəfindən ödənildiyindən, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərcinin 50 (əlli) manatı cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1% olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 8112.50 (səkkiz min bir yüz on iki manat əlli qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 30 manat + 71 manat 13 qəpik = 101,13 (bir yüz bir manat on üç qəpik) manat olaraq müəyyən edilir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə” müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” AR Qanununa uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Belə ki, X2 keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində mediasiya xərci ödənildiyindən iddiaçı tərəf çəkdiyi xərc həddində, yəni 100 manat məbləğində dövlət rüsumundan azad olmuşdur. Lakin iddiaçının azad edilmədiyi 1,13 (bir manat on üç qəpik) manat dövlət rüsumu ödənilməli olduğu halda iddiaçı tərəfindən ödənilməmişdir. İddia qismən təmin edildiyindən iddianın təmin olunmuş hissəsinə, yəni 80,97% hissəsinə mütənasib olaraq 81,88 (səksən bir manat səksən səkkiz qəpik) manat cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. İddiaçı ödənilən 100 manat mediasiya xərci hissəsində dövlət rüsumundan azad olunduğundan qalan 1.13 ( bir manat on üç qəpik) manat iddianın təmin edilməmiş hissəsinə müvafiq olaraq iddiaçı "xxxx" ASC-dən tutularaq dövlət gəlirinə alınsın. Nəticədə, iddia qismən təmin edilməli, 30 may 2018-ci il tarixli, 3005/01/SKF saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 əsas borc üzrə 6220,13 (altı min iki yüz iyirmi manat on üç qəpik) manat, faiz borcu üzrə 348,62 (üç yüz qırx səkkiz manat altmış iki qəpik) manat olmaqla ümumilikdə 6568,75 (altı min beş yüz altmış səkkiz manat yetmiş beş qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməli, məhkəmənin qiymətləndirmə ekspertizasının nəticəsi olaraq Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120.00 (bir yüz iyirm) manat məbləğində xidmət haqqının 97.16 (doxsan yeddi manat on altı qəpik) manat məbləği Cavabdeh2, qalan 22,84 (iyirmi iki manat səksən dörd qəpik) manat məbləği isə iddiaçı Naxçıvanbank ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********) ödənilməli, yuxarıda cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh2 məxsus Naxçıvan MR, Babək rayon, Qahab kəndində 0.0599 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmeti olan Naxçıvan MR, Babək rayon, Qahab kəndində 0.0599 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin satış qiyməti 30500 (otuz min beş yüz) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh2 iddiaçı Naxçıvanbank ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, artıq qalan məbləğ cavabdehə qaytarılmalı, 1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, X5 və digər şəxslər fərdi yaşayış evindən çıxarılmalı, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onlar həmin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmalı və fərdi yaşayış evi yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməli, iddia qalan hissələrdə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 əsas borc üzrə 6220,13 (altı min iki yüz iyirmi manat on üç qəpik) manat, faiz borcu üzrə 348,62 (üç yüz qırx səkkiz manat altmış iki qəpik) manat olmaqla ümumilikdə 6568,75 (altı min beş yüz altmış səkkiz manat yetmiş beş qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 101,13 (bir yüz bir manat on üç qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 81,88 (səksən bir manat səksən səkkiz qəpik) manat məbləği Cavabdeh2 alınıb dövlət gəlirlərinə ödənilsin. 1,13 (bir manat on üç qəpik) manat iddianın təmin edilməmiş hissəsinə müvafiq olaraq iddiaçı "xxxx" ASC-dən tutularaq dövlət gəlirinə alınsın. X2 keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərcinin 50 (əlli) manatı Cavabdeh2 alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının 97.16 (doxsan yeddi manat on altı qəpik) manat məbləği Cavabdeh2, qalan 22,84 (iyirmi iki manat səksən dörd qəpik) manat məbləği isə iddiaçı Naxçıvanbank ASC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********) ödənilsin. Yuxarıda məhkəmə tərəfindən cavabdehdən alınaraq ödənilməsi müəyyən edilmiş müvafiq məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh2 məxsus Naxçıvan MR, Babək rayon, Qahab kəndində 0.0599 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan Naxçıvan MR, Babək rayon, Qahab kəndində 0.0599 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid bazar dəyəri qiymətləndirmə hesabatı ilə 30 500 (otuz min beş yüz) manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh2 iddiaçı Naxçıvanbank ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ cavabdehə qaytarılsın. 1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, X5 və digər şəxslər fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılsın və fərdi yaşayış evi yararlı vəziyyətdə boşaldılaraq təhvil verilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun, tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №e-2-2(123)-28/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-28/2024
04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver