Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-280/2025 15.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Nümayəndə3 Mirmurtuz qızının iştirakları ilə, İddiaçı "Aqrarkredit” BOKT QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı "Aqrarkredit” BOKT QSC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə1 30 iyun 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 13 avqust 2013-cü il tarixli 01 saylı kredit müqaviləsi üzrə əsas borc 8351,49 manat, faiz borcu 1993,23 manat olmaqla, cəmi 10.344,72 (on min üç yüz qırx dörd manat yetmiş iki qəpik) manat borc məbləğinin «Aqrarkredit” QSC-nin xeyrinə tutulması, borc tələbinin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Naxçıvan MR, Naxçıvan şəhəri, Heydər Əliyev küçəsi ev 31, mənzil 11-12-də yerləşən ümumi sahəsi 89,96 kv.metr, yaşayış sahəsi 63,87 kv.metr olan 2 otaqlı mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh1 cəmi 10.344,72 (on min üç yüz qırx dörd manat yetmiş iki qəpik) manat kredit borcunun və ödənilmiş 121.03 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququnun İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra – «Aqrarkredit” QSC) keçdiyini, qeyd edilən Fərmanın icrası ilə bağlı Cavabdeh1 "xxxx" ASC-yə olan 8351,49 manat əsas borc, 1993,23 manat faiz borcu olmaqla, cəmi 10.344,72 manat problemli borcu üzrə tələb hüququnun da xx.xx.2018 -ci il tarixli S-FK-NAX-45 saylı təhvil-təslim Aktı əsasında "xxxx" ASCdən «Aqrarkredit” QSC-yə ötürüldüyünü, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 ticarət məqsədi üçün 36 ay müddətinə illik 24 faizlə 15.000 ( on beş min ) manat kredit verildiyini, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 mülkiyyətində olan Naxçıvan MR, Naxçıvan şəhəri, Heydər Əliyev küçəsiev 31, mənzil 11-12-də yerləşən ümumi sahəsi 89,96 kv.metr, yaşayış sahəsi 63,87 kv.metr olan 2 otaqlı mənzilin ipoteka qoyulduğunu və bununla bağlı Azərbaycan Beynəlxalq Bankının Naxçıvan filialı ilə ipoteka qoyan Cavabdeh2 və Cavabdeh1 arasında 13 avqust 2013cü il tarixli 01 saylı ipoteka müqaviləsi bağlandığını, ipoteka müqaviləsinin notarial qaydada təsdiqlədiyini və ipoteka hüququnun müvafiq qaydada dövlət qeydiyyatına alındığını, Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda müqavilənin şərtlərinə əməl etmədiyini, bununla da Cavabdeh1 kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etdiyini, Cavabdeh1 «Aqrarkredit” QSC-yə əsas borcu 8351,49 manat, faiz borcu 1993,23 manat olmaqla, cəmi borcunun 10.344,72 (on min üç yüz qırx dörd manat yetmiş iki qəpik) manat təşkil etdiyini, cavabdehə göndərilmiş xəbərdarlıq məktubunun və ipoteka bildirişinin nəticəsiz qaldığını, borcun ödənilməsi tələbi ilə Cavabdeh1 dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmadığını qeyd etməklə tələbini əsaslandırmış, o cümlədən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 385.1-ci, 425.1-ci, 448.1-ci, 448.2-ci, 449.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə istinad etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-280/2025 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh2 tərəfindən 14 iyul 2025-ci il tarixdə məhkəməyə elektron qaydada iddia ərizəsinə qarşı “etiraz” daxil olmuş, həmin etirazda bu etirazın Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən verildiyi, verilən etirazın Azərbaycan Respublikası MPM-nin 192-ci maddəsinə əsasən məhkəmə iclasında verilmiş izahata bərabər olduğu, işin faktiki hallarına əsasən iş üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması barədə” 01 iyul 2025-ci il tarixli, e-2-2(123)-280/2025 saylı iddia ərizəsinin məhkəmənin icraatında olduğu, iddiaçının iddia ərizəsi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququnun İddiaçı Qapalı Səhmdar Cəmiyyəti bank Olmayan Kredit Təşkilatına keçdiyi, qeyd edilən Fərmanın icrası ilə bağlı Cavabdeh1 "xxxx" ASC-yə olan 8351,49 manat əsas borc, 1993,23 manat faiz borcu, cəmi 10.344,72 manat problemli borc üzrə tələb hüququnun da xx.xx.2015-ci il tarixli S-FK-NAX-45 saylı təhvil-təslim Aktı əsasında "xxxx" ASC-dən «Aqrarkredit” QSC-yə ötürüldüyü, "xxxx" ilə Cavabdeh1 ilə Əli İsmayılov arasında bağlanmış xx.xx.2013-cü il tarixli 01 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 ticarət məqsədilə 36 ay müddətinə illik 24 faizlə 15.000 manat kredit verildiyi, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 mülkiyyətində olan Naxçıvan MR, Naxçıvan şəhəri, H.Əliyev küçəsi, ev 31, mənzil 11-12-də yerləşən, ümumi sahəsi 89,96 kv.m yaşayış sahəsini, 63,87 kv.m olan 2 otaqlı mənzilin ipotekaya qoyulduğu və bununla bağlı Azərbaycan Beynəlxalq Bankın Naxçıvan filialı ilə ipoteka qoyan Cavabdeh2 və Cavabdeh1 arasında 13 avqust 2013-cü il tarixli 01 saylı ipoteka müqaviləsi bağlandığı, ipoteka müqaviləsinin notariat qaydasına təsdiqləndiyi və ipoteka hüququnun müvafiq qaydada dövlət qeydiyyatına alındığı, Cavabdeh1 qrafikə uyğun olaraq əsas borc və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda, müqavilənin şərtlərinə əməl etmədiyi, bununla da Cavabdeh1 kreditoru haqqı çatanlardan məhrum etdiyi, Cavabdeh1 «Aqrarkredit” QSC-yə əsas borcunun 8351,49 manat, faiz borcu 1993,23 manat olmaqla, cəmi borcunun 10.344,72 manat təşkil etdiyi, cavabdehə göndərilmiş xəbərdarlıq məktubu və ipoteka bildirişinin nəticəsiz qaldığı, borcun ödənilməsi tələbi ilə Cavabdeh1 dəfələrlə müraciət olunmasına, tərəflərdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tələblərin görülməsinə baxmayaraq, lazımi nəticənin əldə olunmadığının qeyd edildiyi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxsin (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməli olduğu, məsələn pul ödəmək, əmlak vermək, iş görmək, xidmət göstərmək və.s və ya müəyyən hərəkətdən çəkinməli olduğunu, öz hüquqlarını həyata keçirərkən və ya vədlərini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni qərarlaşdırılmış vaxta və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməli olduğunu, borclunun onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğunu, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditorun öhdəliyi günə qədər tutulduğunu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclunun təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxayanın daşınmaz əşyanın satılmasını tələb edə biləcəyini, Babək rayonu, Vayxır kənd sakini Cavabdeh1 13 avqust 2013-cü ildə Kredit və ipoteka müqaviləsi əsasında "xxxx"-nın Naxçıvan filialından illik 24% olmaqla 36 ay müddətinə 15.000 (on beş min) manat kredit götürdüyü və Cavabdeh2 məxsus Naxçıvan şəhəri, H.Əliyev küçəsi, bina 31, ev 11-12 nömrəli mənzilin kreditlə yüklü edildiyini, “Borcalan” öhdəliyi vaxtında icra etmədiyindən, işin “borcverən”in 29 avqust 2016-cı il tarixli iddia ərizəsi (kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi) ilə Naxçıvan MR İnzibati-İqtisad Məhkəməsində mübahisələndirildiyi, məhkəmə istintaqında cavabdehin məhkəməyədək banka 11.000 (on bir min) manata yaxın, məhkəmə çəkişməsi prosesində isə 7000 (yeddi min) manat ödəməyi sübuta yetirilsə də, “Borcverənin” bu vəsaiti kredit borcuna yox, faizə yönəltməklə “borcalanın hüquqları ilə yanaşı, mövcud normativ-hüquqi aktları da təhrif etməkdən çəkinmədiyi, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanında "xxxx" ASC-nin problemli kreditlərinin borclulardan tələbinin İddiaçı SKT-yə ötürülməsinin qeyd edilmədiyi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən müqavilələr üzrə iddia müddətinin 3 il olduğu və iddiaçının həmin müddəti ötürdüyü, “Mediasiya haqqında” Qanunun 3.1.1-ci maddəsinə əsasən Mülki işlər və kommersiya mübahisələri zamanı tərəflərin məhkəməyədək hökmən ilkin mediasiya sessiyasında iştirak etməli olduqları, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə görə mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” qanun ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasının məcburiliyi nəzərdə tutulsa da, iddia ərizəsində bu tələbin gözlənilmədiyi qeyd olunaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması barədə iddiasının qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti buraxıldığından və məhkəməyədək mediasiya prosesinin keçirilməsinə əməl edilmədiyindən, həmin iddianın rədd edilməsi xahiş edilmişdir. Cavabdeh1 12 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında 10 ildən artıq müddətin keçdiyini, bankın da qohumları olmadığını, indiki vaxtda bir gün vaxt keçdikdə bankın qapını döyərək ödənişi edin dediyini, 17 000-18000 manat pul ödənişi etdiyini, ödəniş etdiyi qəbzlərin yəqinki bankın məhkəməyə təqdim etdiyini, 2016-cı ildə məhkəmə olduğunu, məhkəmənin onu aldadaraq işi baxılmamış saxladığını, 6 ay içində ondan 7000 manat pul aldıqlarını, ondan alınan pulu təzədən faizə keçdiklərini, ona isə “bu bağlandı qurtardı dediklərini, bankın müdirinin Yenisey müəllim olduğunu, ona “sənin ödənişin dayanıb nə faiz, nə də başqa birşey gələcək” dediyini, ona 15000 manat pul verəcəklərini, ancaq 13.500 manat verdiklərini, qalan 1500 manatın da faizə və ya nəyə çıxıldığını bilmədiyini, özünün də 18000 ödəniş etdiyini bildirmişdir. Cavabdeh2 nümayəndəsi Nümayəndə3 27 oktyabr 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında veridyi izahında əslində hər şeyin iddia müddətinin tətbiqi barədə ərizədə qeyd olunduğunu, ən son ödənişin 2016-cı ildə olduğunu, onlara da 2023-cü ildə iddia qaldırıldığını, 6 ildən çoxdur ki, müddətin keçdiyini qeyd edərək, bu səbəbdən iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 18 noyabr 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahatında iddia müddətinin tətbiqi barədə ərizədə bununla bağlı fikir bildirildiyini qeyd edərək, iddia müddəti neçə ildir keçdiyinə görə iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi Nümayəndə3 18 noyabr 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahatında Cavabdeh2 nümayəndəsi olaraq iki dəfə ərizələrində müddətin ötürülməsinə münasibət bildirildiyini qeyd edərək, nəticədə hüquqlarına zidd olduğundan iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 15 dekabr 2025-ci il tarixli məhkəmə baxış iclasındakı çıxışında iş materiallarında hər şeyin qeyd olunduğunu, iddianı müdafiə etdiyini qeyd edərək yekun məhkəmə qərarını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh1 15 dekabr 2025-ci il tarixli məhkəmə baxış iclasındakı çıxışında hər şeyin ortada olduğunu, yekun məhkəmə qərarını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh2 nümayəndəsi Nümayəndə3 15 dekabr 2025-ci il tarixli məhkəmə baxış iclasındakı çıxışında iddia müddətinin tətbiq olunmasını, iddia tələbinin isə təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: 13 avqust 2013-cü il tarixli, 01 saylı Kredit müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən irəlidə “Borcalan” adlanacaq ünvan 1i ünvanında yaşayan Cavabdeh1 və digər tərəfdən irəlidə “Borcverən” adlanacaq Azərbaycan Respublikası Mərkəzi Bankının 01 fevral 2006-cı il tarixli 06/06-224 saylı lisenziyası əsasında fəaliyyət göstərən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Filialın Əsasnaməsinə və Etibarnaməyə əsasən hərəkət edən Naxçıvan Filialının müdiri X1 şəxsində Naxçıvan şəhərində bağlanmışdır. Həmin müqavilənin: 2.2-ci bəndinə əsasən Borcverən ticarət məqsədi ilə Borcalana 15.000 (on beş min) manat məbləğində kreditin verilməsini öhdəsinə götürür. 2.3-cü bəndinə əsasən Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. 4.1-ci bəndinə əsasən Bu müqavilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu Borcalana məxsus olan mənzilin ipotekasıdır. İrəlidə “təminat üsulu” adlanacaq. 4.2-ci bəndinə əsasən təminat üsulu ilə bağlı münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aidiyyatı subyektlər tərəfindən bağlanan və rəsmiləşdirilən müvafiq müqavilə ilə tənzimlənir. 5.2-ci bəndinə əsasən Kredit vəsaiti bu Müqavilənin 4-cü bəndində nəzərdə tutulan kredit öhdəliklərinin icrasının təminatı üsulunu tənzimləyən Müqavilə qüvvəyə mindiyi tarixdən 10 (on) gündən gec olmayaraq Borcverən tərəfindən Borcalanın ssuda hesabına köçürülür və bu barədə dərhal Borcalana məlumat verilir. 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı Borcalanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən başlanır. 5.4-cü bəndinə əsasən borcalana verilən kredit vəsaitindən istifadə müddəti 36 (otuz altı) aydır. 5.5-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddəti 13 avqust 2016-cı il tarixində 18:00 saatda bitir. 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 24%-lə hesablanır. 7.3-cü bəndinə əsasən borcalan Borcverəndən bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə aldığı kredit vəsaitini hər ayın 1-dən gec olmayaraq bərabər hissələrlə bu Müqaviləyə əlavə olunmuş qrafikə əsasən ödəməlidir. 7.4-cü bəndinə əsasən borcalan tərəfindən ödənilən məbləğ ilk növbədə kredit üzrə hesablanan faizlərin, qalan hissəsi isə kredit məbləğinin ödənilməsinə yönəldilir. 9.1-ci bəndinə əsasən borc öhdəliyi vaxtında icra edilmədikdə və Tərəflər bu müqavilənin 7.1-ci bəndində nəzərdə tutulmuş müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. 9.3-cü bəndinə əsasən gecikdirilmiş borc yarandığı tarixdən Borcverən qanunvericiliklə müəyyən edilmiş qaydada Borcalanın öhdəliklərinin icrasının təminata yönəldilməsi prosedurasına başlayır. 12.1-ci bəndinə əsasən Borcalan bu müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. 12.2-ci bəndinə əsasən Borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə krediti və ona hesablanmış faizləri ödəməlidir. 17.2-ci bəndinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyi halda bu Müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş kreditin təminat üsulu ilə bağlı müqaviləsinə uyğun olaraq Borcverənin tələbləri tam şəkildə təmin edildikdə bu müqaviləyə xitam verilir. 13 avqust 2013-cü il tarixli, 01 saylı daşınmaz əmlak üzrə ipoteka müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən irəlidə “İpoteka qoyan” adlanacaq ünvan 2 ünvanında yaşayan Cavabdeh2, irəlidə “Borcalan” adlanacaq, ünvan 1i ünvanında yaşayan Cavabdeh1 və digər tərəfdən irəlidə “İpoteka saxlayan” adlanacaq Azərbaycan Respublikası Mərkəzi Bankının 01 fevral 2006-cı il tarixli 06/06-224 saylı lisenziyası əsasında fəaliyyət göstərən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Filialın Əsasnaməsinə və Etibarnaməyə əsasən hərəkət edən Naxçıvan Filialının müdiri X1 şəxsində Naxçıvan şəhərində bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən İpoteka saxlayanla “Borcalan” arasında bağlanmış 13 avqust 2013cü il tarixli 01 №-li kredit müqaviləsinə əsasən 15.000 (on beş min) manat məbləğində 36 (otuz altı) ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. 3.3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak kompleksi ABB Naxçıvan Filialı tərəfindən bazar dəyəri - 31.000 (otuz bir min) manat (AZN), likvid dəyəri - 30.000 (otuz min) manat (AZN) məbləğində qiymətləndirilir. 4.1-ci bəndinə əsasən ipoteka ilə təmin edilmiş öhdəliyin mahiyyəti İpoteka saxlayanla Borcalan arasında bağlanmış 13 avqust 2013-cü il tarixli 01 №-li Kredit müqaviləsinə əsasən verilən kreditlərin və kreditlərin faizlərinin qaytarılmasından ibarətdir. 6.1.8-ci bəndinə əsasən Borcalan ipoteka saxlayanla Borcalan arasında bağlanmış 13 avqust 2013-cü il tarixli 01 №-li Kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirməyi, borcun əsas məbləğinin qaytarılmasını, faizlərin öödənilməsini, dəbbə pulu, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və həmçinin Borcalanın öz vəzifələrini vaxtında və düzgün yerinə yetirməməsi səbəblərindən yaranan sair ziyanların ipoteka saxlayana ödənilməsini öz öhdəsinə götürür. 7.1.3-cü bəndinə əsasən ipoteka ilə təmin edilmiş öhdəlik üzrə İpoteka saxlayanın Borcalanın həmin öhdəliyi icra etmədiyi ipoteka ilə yüklü edilmiş əmlakın dəyərindən İpoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada təminat almaq hüququ vardır. 7.1.17-ci bəndinə əsasən ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əmlakın ona verilməsini tələb edə bilər. 10.1-ci bəndinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi İpoteka qoyan və Borcalan yeirnə yetirmədikdə və lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilir. 15.2-ci bəndinə əsasən İpoteka saxlayanla Borcalan arasında bağlanmış 13 avqust 2013-cü il tarixli 01 №-li Kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faizləri, dəbbə pulunu, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini həmçinin Borcalanın öz vəzifələrini vaxtında və düzgün yerinə yetirməməsi səbəblərindən yaranan sair ziyanı İpoteka saxlayana ödəyənədək bu müqavilə qüvvədə olur. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospektində istifadədə olan torpaq sahəsində yerləşən 31 nömrəli, 5 mərtəbəli binanın, 3-cü girişində, 2-ci mərtəbəsində, 89,96 kv.m ümumi, 63,87 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 11-12 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 12/3 nömrəli reyestr kitabının 524 nömrəli vərəqində, **********64-05101-093013 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixində qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı Çıxarışdan görünür ki, mülkiyyət hüququ Cavabdeh2 məxsus ümumi sahəsi 89,96 kv.m olan ünvan 3 ünvanında yerləşən 11-12 nömrəli mənzil "xxxx" ASC-nin Naxçıvan filialının xeyrinə yüklü edilmiş və **********64-05101-093013 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən «Aqrarkredit” QSC BOKT-a ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, «Aqrarkredit” QSC BOKT-un ********** saylı, xx.xx.2025 tarixli elektron müraciətinə əsasən Naxçıvan MR, ünvan 3, mənzil 11-12 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli, 2-2(087)-48/2016 saylı qərardadından görünür ki, iddiaçı "xxxx" ASC “Naxçıvan Muxtar Respublikasında Baş İdarəsi” Filialının Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcunun ödənilməsi üçün tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. "xxxx" ASC-nin Naxçıvan MR-də Baş İdarəsi filialının nümayəndəsi Filialın müdir müaviniəməliyyat şöbəsinin müdiri X5 tərəfindən Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış 04 oktyabr 2016-cı il tarixli ərizədən görünür ki, 2-2(087)-48/2016 nömrəli mülki iş üzrə Cavabdeh1 xx.xx.2016-cı il tarixdə kredit borcu üzrə 2000 (iki min) manat ödənişin, 04 oktyabr 2016-cı il tarixdə filiala verdiyi öhdəliyini nəzərə alaraq, həmin iş üzrə ödənişlərin 6 (altı) ay müddətinə bərabər hissələrlə ödənilməsinə etirazının olmadığının nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh1 tərəfindən imzalanmış 04 oktyabr 2016-cı il tarixli “öhdəlik” başlıqlı ərizədən görünür ki, Cavabdeh1 04 oktyabr 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının İnzibati- İqtisadi Məhkəməsində "xxxx"ının Naxçıvan filialına olan borcunu 6 (altı) ay ərzində hər ay ödəyəcəyini öhdəsinə götürmüş və iddiada olan borcunu tam olaraq qəbul etdiyini bildirmişdir. "xxxx" ASC ilə «Aqrarkredit” QSC aarasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun «Aqrarkredit” QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə Əlavə olan S-FK-NAH-45 saylı, xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar «Aqrarkredit” QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlər təhvil alınmışdır. Bundan əlavə cavabdeh X3 tərəfindən 23 oktyabr 2025-ci il tarixdə məhkəməyə elektron qaydada “iddia müddətinin tətbiqi barədə” ərizə ünvanlanmış, həmin ərizədə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının ona qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılmasına dair iddiasının XXX saylı iş üzrə Naxçıvan MR Kommersiya Məhkəməsində baxılmaqda olduğunu, məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli ekspertiza təyin olunması barədə Qərardad qəbul edilməklə iş üzrə icraatın dayandırıldığını nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 47.2-ci maddəsində təsbit olunmuş hüququndan istifadə edərək sözügedən iddiaya qarşı daha əvvəl tərəfindən ünvanlanmış etiraz ərizəsinin məzmununa uyğun iş üzrə iddia tələbinin təmin olunmasının yolverilməzliyini bir daha qəti bir dillə bəyan etdiyini, belə ki; "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmışxx.xx.2013-cü il tarixli 01 nömrəli kredit müqaviləsinə əsasən Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən Cavabdeh1 ticarət məqsədi üçün 36 ay müddətinə illik 24 faizlə 15.000 ( on beş min ) manat kredit verilməsi və qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 mülkiyyətində olan Naxçıvan MR, Naxçıvan şəhəri, Heydər Əliyev küçəsi ev 31, mənzil 11-12-də yerləşən ümumi sahəsi 89,96 kv.metr, yaşayış sahəsi 63,87 kv.metr olan 2 otaqlı mənzilin ipotekaya qoyulması, bununla bağlı Azərbaycan Beynəlxalq Bankının Naxçıvan filialı ilə ipoteka qoyan Cavabdeh2 və Cavabdeh1 arasında 13 avqust 2013-cü il tarixli 01 saylı ipoteka müqaviləsi bağlanması faktları ilə yanaşı, Cavabdeh1 "xxxx" ASC-yə olan 8351,49 manat əsas borc, 1993,23 manat faiz borcu olmaqla, cəmi 10.344,72 manat problemli borcu üzrə tələb hüququnun da xx.xx.2018 -ci il tarixli S-FK-NAX-45 saylı təhvil-təslim Aktı əsasında "xxxx" ASC-dən «Aqrarkredit” QSC-yə ötürülməsi faktının da iş üzrə mübahisəsiz hallardan olduğunu, bu təkzibolunmaz faktları və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində birbaşa təsbit olunmuş “Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir” müddəasını nəzərə aldıqda artıq iddiaçı «Aqrarkredit” QSC BKT tərəfindən qanunvericilikdə müəyyən olunmuş iddia müddətinin ötürülməsi faktının da digərləri kimi mübahisəsiz hala çevrildiyini, daha təfsilatı ilə desək, məhz iddiaçının özü tərəfindən məhkəməyə sübut qismində əlavə olunmuş S-FK-NAX-45 saylı təhvil-təslim Aktının və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsində qeyd olunmuş “iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır” müddəasının iddiaçının bəhsi keçən akt tərtib olunduğu xx.xx.2018-ci il tarixdən öz hüquqlarının pozulduğunu bildiyini və qanunvericiliklə təsbit olunmuş iddia müddətini 4 il 20 gün müddətinə ötürdüyünü(iddia xx.xx.2025-ci il tarixdə verilib) tam şəkildə təsdiq etdiyindən hazırkı iş üzrə iddianın təmin edilməsinin birbaşa konstitusion hüquqlarımın pozulmasına səbəb olacağını məhkəmənin yüksək diqqətibə çatdırdığını, yekunda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarında birbaşa göstərilmiş “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır” yanaşmasının və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsində təsbit olunmuş “Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır” müddəasının hüquqi əhəmiyyətini, habelə iddia təmin olunduğu və hərrac vasitəsilə satıldığı təqdirdə övladına yuva olmasını istədiyi əmlakından məhrum olacağını, bunun baş verməsinin onun üçün ən ağır nəticə demək olduğunu bir daha məhkəmənin yüksək diqqətinizə çatdırdığını, konstitusion hüquqlarının müdafiəsinin təminatçısı kimi hakimin təmsil etdiyi məhkəmə hakimiyyətinin ədalətli qərar qəbul edəcəyinə dair sonsuz inamını ifadə etdiyini qeyd edərək, yuxarıda qeyd etdiyi halları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 375.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının ona qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılmasına dair tələbinə iddia müddətinin tətbiq olunmasını və iddianın təmin olunmaması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2016-cı il 12 iyul tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə ilk növbədə iddiaçının hazırki tələbi irəli sürməklə bağlı subyektiv hüququnun olub-olmamasına münasibətdə bildirir ki, hazırda tələb edilən borc "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Filialı ilə Cavabdeh1 arasında bağlanmış 13 avqust 2013-cü il tarixli 01 saylı kredit müqaviləsi əsasında yaransa da, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ "xxxx" ASC Bank olmayan Kredit Təşkilatına keçirilmiş və qeyd edilən Fərmanın icrası ilə bağlı Cavabdeh1 "xxxx" ASC-nə olan problemli kredit borcu üzrə tələb hüququ da xx.xx.2018-ci il tarixli, S-FK-NAX-45 saylı təhviltəslim Aktı əsasında "xxxx" ASC-dən "xxxx" ASC-yə ötürülmüşdür. Cavabdeh iddia ərizəsinə qarşı etirazda “iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanında "xxxx" ASC-nin problemli kreditlərinin borclulardan tələbinin İddiaçı SKT-yə ötürülməsinin qeyd edilmədiyi” bildirsə də, həmin Fərmanının 1-ci bəndində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən on beş gün müddətində "xxxx" ASC-yə məxsus problemli aktivləri müəyyən edilməsi və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi üçün tədbirlər görülməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 193-cü maddəsinə əsasən, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 193.2-ci maddəsinə əsasən, əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. Bundan əlavə məhkəmə, cavabdeh X3 tərəfindən 23 oktyabr 2025-ci il tarixdə məhkəməyə elektron qaydada ünvanlanmış “iddia müddətinin tətbiqi barədə” ərizəyə münasibətdə qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı) İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, fikirləri tam bu iş üzrə olan sübutlarda olan yalnışlıqların olması, sənədlərin itirilməsi səbəbindən natamam və bir-biri ilə ziddiyətli olmasında təzahür etməkdədir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında da bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Qeyd edilənlərlə əlaqədar ilk olaraq öhdəlik hüquq münasibətlərinin yaranma tarixinə nəzər salsaq görərik ki, tərəflər arasında kredit müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanmış, həmin müqavilənin 5.4-cü maddəsinə əsasən kredit vəsaitindən istifadə müddəti 36 (otuz altı) ay müəyyən edilmiş, 5.5-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin 13 avqust 2016cı il tarixində bitməsi müəyyən edilmişdir. Müqavilənin qeyd edilən müddəalarından da aydın olur ki, öhdəliklərin icra müddəti ilə müqavilənin qüvvədə olma müddəti fərqli anlayışlardır. Belə ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən, bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. (lakin icra müddəti bitdikdən, iddia müddəti keçdikdən sonra iddia müddətinin tətbiqinə dair ərizə verildiyi hallar istisna olmaqla) Yuxarıda qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, öhdəliklərin xitamına əsas kimi müqavilənin qüvvədə olma müddətinin 13 avqust 2016-cı il tarixində bitməsi göstərilmişdir. Belə ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Odur ki, tərəflər arasında bağlanmış müqavilədə kreditin müddətinin 36 ay, yəni 3 il ilə müəyyən olunduğunu, həmin müddətin də öhdəliklərin icra edilməsinin vaxtı ilə tənzimləndiyini görmək mümkündür. Bununla da, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı) Belə olduğu halda hazırkı müqavilə üzrə şərtləşdirilmiş qaydada müqavilənin müddətsiz olaraq yəni 17.2-ci bəndinə əsasən Borcverənin tələbləri tam şəkildə təmin edildikdə bu müqaviləyə xitam verilməsi halı nəzərdə tutulsa da, kreditor icra müddəti bitdikdən sonra bu hala əsaslanaraq iddia müddətinin tətbiqinə dair ərizə verildiyi halda qanunla müəyyən edilmiş iddia müddəti ötürüldükdən sonra borcludan öhdəliyin icra edilməsini tələb etməkdə haqlı deyildir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri) (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı) Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2ci maddələri). Göstərilənləri nəzərə alaraq, 13 avqust 2013-cü il tarixli, 01 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti xx.xx.2016–cı il tarixdə bitərək, cavabdeh tərəfindən iddiaçıya kredit məbləği üzrə ödənilən sonuncu tarixdən (xx.xx.2017-ci ildən) sonra, o cümlədən, təqdim edilmiş hesabdan çıxarışa əsasən ödənilən tarixlərdən sonra birbaşa hər hansı ödəniş etmədiyi nəzərə alınaraq iddia müddətinin axımı xx.xx.2017-ci il tarixin ertəsi gün, yəni xx.xx.2017-ci il tarixdən başlandığından, iddia müddətinin kəsilməsinə və ya dayandırılmasına əsas olan hallar müşayiət edilmədiyindən, müqavilə tələbləri üzrə üç il iddia müddətinin iş üzrə tətbiqində xx.xx.2020-ci il tarixinə təsadüf etdiyindən, iddiaçı təşkilat isə yalnız xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən məhkəmə belə qərara gəlir ki, qanunla müəyyən edilmiş 3 illik iddia müddəti buraxılmışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli, 2-2(087)-48/2016 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılsa da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinin tələbinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada, yəni xx.xx.2017-ci il tarixdən davam etmişdir. Lakin bütün bunlara baxmayaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 8 may 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki: İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Lakin iş materiallarından da göründüyü kimi, hazırki iş üzrə borcalan, yəni əsas öhdəlik üzrə Cavabdeh1 iddia müddətinin tətbiq olunmasına məhkəmə iclaslarında verdiyi izahatında münasibət bildirsə də, bu barədə ərizənin yazılı formada təqdim olunması tələbinə riayət etməmiş, digər Cavabdeh2 (ipoteka qoyan) isə yalnız borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılmasına dair tələbinə iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş etmiş, kredit müqaviləsi üzrə borc məbləğinin Cavabdeh1 tutulması hissəsinə isə münasibət bildirməmişdir. Həmçinin Cavabdeh2 “iddia müddətinin tətbiqi” barədə ərizəsində borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılmasına dair tələbinə iddia müddətinin tətbiq olunmasını xahiş etməsinə münasibətdə isə qeyd edir ki, ipoteka öhdəliyi əsas öhdəliklə, yəni borc öhdəliyi ilə bağlı əlavə (aksessor) öhdəlikdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd olunmuş hüquqi mövqeyə əsasən: “İpoteka haqqında” Qanunun 10.1-ci maddəsinə müvafiq olaraq, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Həmin Qanunun 48-ci maddəsində ipotekanın xitamı əsasları təsbit edilmiş, belə əsaslardan biri kimi əsas öhdəliyin xitamı müəyyən edilmişdir. Qeyd olunduğu kimi, iddia müddətinin keçməsinin əsas öhdəliyin xitamına səbəb olmadığı nəzərə alınarsa, iddia müddətinin keçməsi “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsi üzrə əsas öhdəliyin icrasının təmini vasitəsi olaraq ipotekanın xitamı əsası kimi qəbul edilə bilməz. Lakin o da nəzərə alınmalıdır ki, ipoteka (girov) kreditorun tələbinin borclu tərəfindən yerinə yetirilməsini təminat altına almaq məqsədi ilə əşya üzərində kreditora tanınan bir əşya haqqıdır. Borclu tərəfindən öhdəliyin (kreditorun tələbinin) pozulduğu təqdirdə, kreditor ipoteka (girov) qoyulan həmin əşyanı satdırmaqla əldə olunan vəsait hesabına pozulmuş əmlak mənafeyini bərpa etmək imkanına malik olur. Yəni ipoteka (girov) bir tələbin yerinə yetirilməsini təmin edən məhdud əşya hüququ olduğundan müstəqil deyil, “əlavə” (Mülki Məcəllənin 269.5, 376 və s. maddələri) bir haqdır. İpoteka (girov) tələbinin əmələ gəlmə səbəbi, məqsədi və təyinatı şəxsi tələb hüququnun yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı olduğundan, ipoteka (girov) tələbinin yaranması üçün ilk öncə şəxsi tələb hüququ olmalıdır. Odur ki, Mülki Məcəllənin 376-cı maddəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddətinin keçdiyi təsbit edilmişdir. Əsas tələb üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi icrası mümkün olmadığından, bu tələblə bağlı olan girov və ipotekaya da məcburi tutmanın yönəldilməsi istisna edilmişdir. Beləliklə, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur. Yəni əksinin tətbiq olunması mümkünsüz və qanunaziddir. Bununla yanaşı o da göstərilməlidir ki, girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında da vurğulanmışdır ki, əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Beləliklə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə əsas tələb üzrə iddia müddəti tətbiq olunmadığından, onunla bağlı əlavə tələbə (borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılmasına) münasibətdə iddia müddətinin tətbiq olunması qanunsuzdur və ipoteka ilə yüklü edilmiş əmlakın mülkiyyətçisinin ipoteka ilə yüklü edilmiş əmlak hissəsinə münasibətdə iddia müddətinin keçməsi barəsində ərizə verməsi hissəsində sübyektiv hüququ olmamaqdadır. Həmçinin Məhkəmə hüququn ümumi prinsiplərindən çıxış edərək bir neçə cavabdehə qarşı qalıdırılmış birgə tələb barəsində bir cavabdehin iddia tələbini etiraf etməsini, digər cavabdehlərində etiraf etməsi kimi qiymətləndirilə bilməyəcəyi labüd olduğundan bu iş üzrə də qanunvericiliklə nəzərdə tutulmuş subyektiv hüquqa malik olan şəxsin həmin hüquqdan istifadə etməsi Məhkəmə tərəfindən qanunazid olduğundan qəbul edilməməkdədir. Bununla da məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən Cavabdeh1 əsas öhdəlik üzrə (13 avqust 2013-cü il tarixli 01 saylı kredit müqaviləsi üzrə əsas borc 8351,49 manat, faiz borcu 1993,23 manat olmaqla, cəmi 10.344,72 (on min üç yüz qırx dörd manat yetmiş iki qəpik) manat borc məbləğinin «Aqrarkredit” QSC-nin xeyrinə tutulması) iddia müddətinin tətbiq olunması ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada yazılı ərizə təqdim etmədiyindən, habelə Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış iddia müddətinin tətbiqi barədə ərizə əlavə öhdəliyə münasibətdə iddia müddətinin tətbiqini nəzərdə tutduğundan, beləliklə də verilmiş tələb üzrə iddia müddəti tətbiq oluna bilməyəcəyindən işə mahiyyəti üzrə baxılmalı və həmin tələb üzrə müvafiq qərar qəbul edilməlidir. Beləliklə məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Filialının müdiri X4 ilə Cavabdeh1 arasında 13 avqust 2013-cü il tarixli, 01 saylı Kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə görə Borcverən ticarət məqsədi ilə Borcalana 15.000 (on beş min) manat məbləğində kreditin verilməsini, Borcalan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 (hesab nömrəsi ********************) xx.xx.2013-cü il tarixdə 15.000 manat (komissiya və xidmətlə bağlar xərclər çıxıldıqdan sonra – 14.925 manat) kredit verilmiş və onun tərəfindən xx.xx.2013cü ildən başlayaraq xx.xx.2017-ci il tarixədək ödənişlər aparılmışdır. Bununla da, tərəflər kredit müqaviləsinin mühüm şərtləri hesab edilən hallar barədə razılığa gələrək, müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr əldə etmiş, eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlərlə, tərəflərin izahatları və cavabdeh tərəfindən iddiaçıya edilən ödəmələrlə öz əksini tapdığından, özlüyündə təsdiq edilən hal kimi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hər iki tərəfin iradə ifadəsi və qarşılıqlı razılığı əsasında kredit müqaviləsinin bağlanması, qarşılıqlı hüquq və vəzifələr müəyyən etməklə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranmasına əsas olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər də aiddir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin məhkəmə tərəfindən iş materiallarında olan sənədlərin qiymətləndirilməsi zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərinə lazımi qaydada əməl etməyərək ödənişləri yubatmış, nəticə etibarilə "xxxx" ASC-nin “Naxçıvan Muxtar Respublikası Baş İdarəsi” X7 Respublikasının İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin “Naxçıvan Muxtar Respublikası Baş İdarəsi” Filialının xeyrinə 11384 manat əsas borc, 2742 manat faiz borcu olmaqla cəmi 14126 manat məbləğində kredit borcunu və əsas borca illik 24 (iyirmi dörd) faiz olmaqla hesablanacaq faizləri və 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh1 tutulmalı olan həmin məbləğin Cavabdeh2 məxsus olan ünvan 3, mənzil 11-12 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması nəticəsində əldə olunacaq vəsait ******************** saylı hesabına ödənilməsini və ünvan 3, mənzil 11-12 ünvanında yerləşən mənzil satıldıqdan sonra bir ay müddətində boşaldılmasını, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-nin “Naxçıvan Muxtar Respublikası Baş İdarəsi” Filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli, 2-2(087)-48/2016 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Cavabdeh1 iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsas olmuş öhdəlik başlıqlı ərizəsində isə "xxxx"ının Naxçıvan filialına olan borcunu 6 (altı) ay ərzində hər ay ödəyəcəyini öhdəsinə götürmüş və iddiada olan borcunu tam olaraq qəbul etdiyini bildirmiş, həmçinin banka xx.xx.2016-cı il tarixdə 2000 manat məbləğində ödəniş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, borclu şəxsin borcunu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarına əsasən Borcun etiraf olunması hallarına borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Beləliklə məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Cavabdeh1 qeyd olunan “öhdəlik” başlıqlı məktubunu yazmaqla və ona imza etməklə, habelə hesabdan çıxarışa əsasən xx.xx.2016-cı il tarixdə "xxxx" ASC-nin “Naxçıvan Muxtar Respublikası Baş İdarəsi” Filialının hesabına 2000 manat məbləğində ödəniş etməklə həmin dövrdə iddiaçıya qeyd olunan məbləğdə borcunun olduğunu etiraf etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin “Naxçıvan Muxtar Respublikası Baş İdarəsi” Filialı cavabdeh ilə aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etsə də, cavabdeh öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara əsasən iddiaçının cavabdehə qarşı iddia qaldırmaqda subyektiv hüququnun mövcud olduğunu nəzərə alıb bununla yanaşı tələb edilmiş məbləğlərin də düzgünlüyünün müəyyən edilməsi, habelə məhkəmə araşdırmasının obyektivliyini təmin edilməsi məqsədilə 12 avqust 2025-ci il tarixli, e-2-2(123)-280/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edərək ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. Məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş 08 oktyabr 2025ci il tarixli, 961 saylı ekspert rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları, 13 avqust 2013-cü il tarixli, 01 saylı kredit müqaviləsinə və xx.xx.2018-ci il tarixli, S-FK-NAX-45 saylı təhvil-təslim Aktına əsasən, Cavabdeh1, "xxxx" BOKT ASC-nə kredit üzrə xx.xx.2025-ci il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 7213,82 (yeddi min iki yüz on üç manat səksən iki qəpik) manat, faiz borcu 0,00 (sifir) manat təşkil edir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 oktyabr 2025-ci il tarixli, 961 saylı ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 "xxxx" BOKT ASC-nə kredit üzrə xx.xx.2025-ci il tarixə olan əsas borcu 7213,82 (yeddi min iki yüz on üç manat səksən iki qəpik) manat, faiz borcu 0,00 (sifir) manat təşkil edir. Qeyd edilənlərdən əlavə müəyyən olunur ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə mülkiyyət hüququ Cavabdeh2 məxsus olan Naxçıvan şəhəri, Heydər Əliyev prospektində istifadədə olan torpaq sahəsində yerləşən 31 nömrəli, 5 mərtəbəli binanın, 3-cü girişində, 2-ci mərtəbəsində, 89,96 kv.m ümumi, 63,87 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 11-12 nömrəli mənzil 13 avqust 2013-cü il tarixli, 01 saylı daşınmaz əmlak üzrə ipoteka müqaviləsi əsasında ipoteka saxlayan "xxxx" ASC-nin “Naxçıvan Muxtar Respublikası Baş İdarəsi” Filialı xeyrinə ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı Çıxarış iş materiallarına əlavə edilmişdir. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Verilmiş iddia üzrə borc tələbinin Cavabdeh2 mülkiyyətində olan Naxçıvan MR, Naxçıvan şəhəri, Heydər Əliyev küçəsi ev 31, mənzil 11-12-də yerləşən ümumi sahəsi 89,96 kv.metr, yaşayış sahəsi 63,87 kv.metr olan 2 otaqlı mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərraca çıxarılaraq satılması hesabına Cavabdeh1 cəmi 10.344,72 (on min üç yüz qırx dörd manat yetmiş iki qəpik) manat borcunun ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlanmış və müqavilə notarial qaydada təsdiq edilmişdir. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutmanın, ipoteka ilə təmin edilmiş öhdəliyi İpoteka qoyan və Borcalan yeirnə yetirmədikdə və lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilə bilməsi müəyyən edilmişdir. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin bazar qiyməti göstərilməlidir. Bazar qiyməti tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir. İpoteka predmeti olan daşınmaz əmlakın dəyərinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ipoteka müqaviləsində müəyyən edilmiş qiyməti (3.3-cü bəndinə görünür ki, ipoteka ilə yüklü edilmiş əmlak kompleksi ABB Naxçıvan Filialı tərəfindən bazar dəyəri - 31.000 (otuz bir min) manat) mübahisələndirməmiş və həmin qiymətlə razı olduqları müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarından müəyyən olunur ki, qanunvericilikdə “likvid dəyər” və ya “ilkin satış qiyməti” kimi anlayışlar mövcud olmadığından və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin bazar qiymətinin göstərilməsi müəyyən edildiyindən, ipoteka predmetinin satış qiyməti bazar dəyəri ilə hesablanmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi qismən, yəni 69,73% əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən (iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi) məbləğində hesablanır. Belə ki, hazırki iddia tələbi üzrə iddianın qiyməti 10.344,72 (on min üç yüz qırx dörd manat yetmiş iki qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 121,03 (bir yüz iyirmi bir manat 03 qəpik) manat olaraq müəyyən edildiyindən, məhkəmə qeyd edir ki, iddiaçı "Aqrarkredit” BOKT ASC tərəfindən xx.xx.2025-ci il tarixdə Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** saylı qəbz ilə ödənilmiş 121,03 (bir yüz iyirmi bir manat, 03 qəpik) manat məbləğində dövlət rüsumu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Bundan əlavə məhkəmənin 12 avqust 2025-ci il tarixli, e-2-2(123)-280/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş 08 oktyabr 2025-ci il tarixli, 961 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə, yəni 69,73%-nə uyğun olaraq 41,84 (qırx bir manat 84 qəpik) manat məbləği Cavabdeh1, qalan 18,16 (on səkkiz manat 16 qəpik) manat məbləği isə iddiaçı "Aqrarkredit” BOKT ASC-dən alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X8 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən, yəni 69,73 % təmin edilməli, 13 avqust 2013-cü il tarixli, 01 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas borc üzrə 7213,82 (yeddi min iki yüz on üç manat səksən iki qəpik) manat məbləğində pul alınıb iddiaçı "Aqrarkredit” BOKT ASC-nə ödənilməli; 121,03 (bir yüz iyirmi bir manat 03 qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə, yəni 69,73% hissəsinə mütənasib olaraq 84,39 (səksən dörd manat 39 qəpik) manat məbləği Cavabdeh1 tutularaq iddiaçı "Aqrarkredit” BOKT ASC-yə ödənilməli; 36,64 (otuz altı manat 64 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilməli; məhkəmənin 12 avqust 2025-ci il tarixli, e-2-2(123)-280/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə, yəni 69,73%nə uyğun olaraq 41,84 (qırx bir manat 84 qəpik) manat məbləği Cavabdeh1, 18,16 (on səkkiz manat 16 qəpik) manat məbləği isə iddiaçı "Aqrarkredit” BOKT ASC-dən alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X8 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməli, yuxarıda cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh2 məxsus olan Naxçıvan MR, Naxçıvan şəhəri, Heydər Əliyev küçəsi ev 31, mənzil 11-12-də yerləşən ümumi sahəsi 89,96 kv.metr, yaşayış sahəsi 63,87 kv.metr olan 2 otaqlı mənzilə yönəldilməli, evin bazar dəyəri 31.000 (otuz bir min) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh1 İddiaçı BOKT QSC-yə olan borcunun ödənilməsinə yönəldilməli, artıq qalan məbləğ ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh2 qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilsin. 13 avqust 2013-cü il tarixli, 01 saylı Kredit müqaviləsi əsasında Cavabdeh1 (VÖEN: **********; FİN: xxxxxxx; AZE 00******) əsas borc üzrə 7213,82 (yeddi min iki yüz on üç manat səksən iki qəpik) manat alınıb iddiaçı "Aqrarkredit” BOKT ASC-yə (VÖEN: **********) ödənilsin. 121,03 (bir yüz iyirmi bir manat 03 qəpik) manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə, yəni 69,73% hissəsinə mütənasib olaraq 84,39 (səksən dörd manat 39 qəpik) manat məbləği Cavabdeh1 tutularaq iddiaçı "Aqrarkredit” BOKT ASC-yə ödənilsin. Qalan 36,64 (otuz altı manat 64 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə aid olduğundan iddiaçının özünə aid edilsin. Məhkəmənin 12 avqust 2025-ci il tarixli, e-2-2(123)-280/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə, yəni 69,73%-nə uyğun olaraq 41,84 (qırx bir manat 84 qəpik) manat məbləği Cavabdeh1, 18,16 (on səkkiz manat 16 qəpik) manat məbləği isə iddiaçı "Aqrarkredit” BOKT ASC-dən alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X8 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. Cavabdeh1 alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh2 ( FİN: xxxxxxx; AZE 0*******) məxsus Naxçıvan MR, Naxçıvan şəhəri, Heydər Əliyev küçəsi ev 31, mənzil 11-12-də yerləşən ümumi sahəsi 89,96 kv.metr, yaşayış sahəsi 63,87 kv.metr olan 2 otaqlı mənzilə yönəldilsin. İpoteka predmeti olan evin bazar dəyəri 31.000 (otuz bir min) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh1 İddiaçı BOKT QSC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh2 qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-280/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-280/2025
15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver