Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-281/2023 22.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə kommersiya mübahisəsinə, məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı "xxxx" MMC 13 oktyabr 2023-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bağlanmış 26 noyabr 2021-ci il tarixli GARA-3009-1167 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 26 noyabr 2021-ci il tarixli GARA-3009-1167 saylı Razılaşmanın ləğv edilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 7378,77 manat əsas borc, 646,59 manat cari faiz borcu və 804,71 manat cari dəbbə borcu olmaqla, cəmi 8830,07 manat kredit borcunun, X2 keçirilməsi ilə bağlı ödənilmiş 100,00 (bir yüz) manat mediasiya haqqının və 9,40 (doqquz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində "TBC Kredit” Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 (VÖEN **********) arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli, GARA-3009-1167 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 26 noyabr 2021-ci il tarixli, GARA3009-1167 saylı razılaşmaya əsasən ikinciyə 24% faizlə 36 ay müddətinə 12 000 (on iki min) manat məbləğində kredit verildiyini (məqsədli təyinatı mal alışı) və kreditin aylıq 471.00 (dörd yüz yetmiş bir) manat olmaqla ödənilməsinin müəyyən edildiyini, “Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 26 noyabr 2021-ci il tarixdə GARA-3009-1167+GARA-2972 saylı zaminlik müqaviləsi bağlandığını, Cavabdeh1 22 sentyabr 2023-cü il tarixinədək verilmiş kredit üzrə 7 378.77 manat əsas borc, 646.59 manat cari faiz borcu və 804.71 manat cari dəbbə borcu olmaqla, cəmi 8 830.07 manat məbləğində borcu yarandığını və ödənilmədiyini, kredit müqaviləsinin 3.1.4.1 və 3.1.4.2-ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında AR MM-nin 445.2-ci maddəsinə uyğun olaraq kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə biləcəyini, həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tətbiq edə biləcəyini, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliyə əsasən məhkəməyə müraciət edilməsi üçün 109.4 manat rüsum ödənilməli olduğunu, X2 keçirilməsi ilə bağlı "xxxx" MMC tərəfindən 100.00 (bir yüz) manat məbləğində mediasiya xərci ödənildiyini bildirmişdir. Məhkəmə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə xx.xx.2023-cü il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdehlərə bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazlarını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. İş materiallarında olan: 26 noyabr 2021-ci il tarixli, GARA-3009-1167 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmışdır. Həmin müqavilənin: 3.1.4-cü bəndinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. 4.3-cü bəndinə görə, kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tələb edə bilər. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 26 noyabr 2021-ci il tarixli, GARA-3009-1167 saylı kredit razılaşmasından görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında kredit razılaşması bağlanmış, həmin razılaşmaya əsasən Cavabdeh1 36 ay müddətinə illik 24% olmaqla, 12.000 (on iki min) manat məbləğində kredit verilmişdir. Həmin kredit razılaşmasının: 6-cı bəndindən görünür ki, borcalan kreditin əsas və ya faiz borcunu bu müqavilənin tərkib hissəsi olan razılaşmaya əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilmiş qaydada qaytarmadıqda gecikmə baş verdiyi gündən kredit verən hər gecikdirilən təqvim günü üçün ödənilməmiş cari əsas borcun 1% miqdarında dəbbə pulu ödənilməsini tələb edə bilər. 7-ci bəndindən görünür ki, bu razılaşmaya əsasən kredit alana verilən kreditin qaytarılması bu razılaşmaya əlavə olunan Ödəniş qrafiki üzrə aparılır. xx.xx.2021-ci il tarixli Ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən 12.000 (on iki min) manat məbləğində pul vəsaiti Cavabdeh1 AZ75BRES******************** saylı hesabına köçürülmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əsas borc üzrə 4621,23 (dörd min altı yüz iyirmi bir manat iyirmi üç qəpik) manat, faiz borcu üzrə 3461,87 (üç min dörd yüz altmış bir manat səksən yeddi qəpik) manat, dəbbə borcu üzrə 131,90 (bir yüz otuz bir manat doxsan qəpik) manat olmaqla, cəmi 8215 (səkkiz min iki yüz on beş) manat məbləğində ödəniş edilmişdir. 26 noyabr 2021-ci il tarixli, GARA-3009-1167+GARA-2972 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədilə bir tərəfdən "xxxx" MMC, onun şəxsində səlahiyyətli nümayəndə X4, digər tərəfdən zaminlər Cavabdeh2, Cavabdeh3 və borclu Cavabdeh1 arasında bağlanmışdır. Həmin zaminlik müqaviləsinin: 2.1-ci bəndindən görünür ki, zamin və borclu kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə o cümlədən, lakin bununla məhdudlaşmadan əsas borc və onun faizi, kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə borcu və sığorta pulu ödənilmədiyi və kredit müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi hallarda kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: 26 noyabr 2021-ci il tarixli, GARA-3009-1167 saylı kredit müqaviləsi üzrə iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında kredit razılaşması bağlanılmış, iddiaçı tərəfindən üzərinə götürülən öhdəlik icra edilərək, xx.xx.2021-ci il tarixdə 12.000 manat məbləğində pul vəsaiti Cavabdeh1 AZ75BRES******************** saylı hesabına köçürülmüşdür. Qeyd edilənlərə istinadən, məhkəmə belə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. O cümlədən, sözügedən 26 noyabr 2021-ci il tarixli, GARA-3009-1167 saylı kredit müqaviləsi üzrə bağlanılmış kredit razılaşmasının bağlanması və təqdim edilmiş sübutlara əsasən pul vəsaitinin borclunun hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmədiyindən, iddiaçı tərəfindən 11 iyul 2023-cü il tarixdə Cavabdeh1 elektron məktub ünvanlanaraq "xxxx" MMC ilə Cavabdeh1 arasında 26 noyabr 2021-ci il tarixli, GARA-3009-1167 saylı kredit müqaviləsinə əsasən ikinciyə 24%-lə 36 ay müddətinə 12 000 (on iki min) manat məbləğində kredit verildiyinin, qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında 26 noyabr 2021-ci il tarixdə GARA-3009-1167+GARA-2972 saylı zaminlik müqaviləsi bağlandığının, tərəflər arasında imzalanmış 26 noyabr 2021-ci il tarixli ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləğinin müəyyən edildiyinin, borclunun ödəniş qrafikinə əsasən hər ay 471 manat ödəniş etməli olduğunun, lakin borclunun kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini dəfələrlə pozduğunun, 10 iyul 2023-cü il tarixə Cavabdeh1 26 noyabr 2021-ci il tarixli, GARA-3009-1167 saylı kredit müqaviləsi üzrə 7 378.77 manat əsas borc, 362,41 manat faiz borcu və 168,17 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 7909,35 manat məbləğində borcu yarandığının və ödənilmədiyinin, bununla əlaqədar olaraq qeyd olunan borcun beş gün ərzində qaytarılmasını tələb etdiklərinin, borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinə xitam verilməsi və kredit borcunun cavabdehlərdən tutulması tələbi ilə məhkəməyə müraciət edəcəklərinin bildirilməsinə baxmayaraq onun tərəfindən öhdəliyin icrasının şərtləşdirilmiş qaydada həyata keçirilmədiyi müəyyən edilmiş, belə olduğu halda məhkəmə iş materiallarında olan sübutların tədqiqi zamanı borclunun öhdəliyin icrasını pozulduğu müşayiət etdiyindən kreditorun öhdəliyin icrasını tələb etməkdə haqlı olduğu müəyyən etmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 eyni məzmunlu kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması barədə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh1 “Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə cavabdеhlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqaviləsinə əsasən "xxxx" MMC qarşısında öz üzərlərinə tam məsuliyyət götürmüşdürlər. Onlar həmin zaminlik müqaviləsinin 2.1-ci bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün "xxxx" MMC qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıdığından krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək kimi hüquqlara malikdirlər. Vəsatət, onu verən şəxsin öz hüquqlarını həyata keçirməsinə yardım edən, işin ədalətli, obyektiv, qərəzsiz həll edilməsinə, işdə iştirak edən və ya etməyən şəxslərin üzərinə müəyyən vəzifələr qoyulmasına, habelə digər prosessual hərəkətlərin edilməsinə yönəlmiş xahişdir. Qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllədə işdə iştirak edən şəxslərin öz prosessual hüquqlarını həyata keçirməsi üçün nəzərdə tutulan imkanlardan biri də sübutların tələb olunması ilə bağlı vəsatət vermək hüququdur. Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2021-ci il tarixli qərarı) Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin iddia ərizəsinin icraata qəbul edilməsi ilə bağlı 13 oktyabr 2023-cü il tarixli, e-2-2(123)-281/2023 saylı qərardadı qəbul edildikdən sonra məhkəmə tərəfindən cavabdehlərə məhkəmə bildirişi ünvanlanmışdır. Lakin cavabdehlər tərəfindən öhdəliyin onun tərəfindən icrası ilə bağlı sübut təqdim edilməsi üçün müvafiq vəsatət, o cümlədən, ona qarşı irəli sürülən tələbə olan etiraz təqdim edilmədiyindən, məhkəmə elektron məhkəmə icraatı materiallarına əlavə edilən və tədqiq edilən sübutlara əsasən öz qətnaməsini əsaslandırmağı məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə yuxarıda qeyd olunan maddələrə istinad edərək iddiaçının “26 noyabr 2021-ci il tarixli, GARA-3009-1167 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 26 noyabr 2021-ci il tarixli GARA-3009-1167 saylı Razılaşmanın ləğv edilməsi”ni tələbini əsaslı hesab edərək, qeyd olunan müqavilə və razılaşmanın ləğv edilməsi qənaətindədir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehin ünvanına məktub göndərilərək ödənilməmiş borcun beş iş günü ərzində qaytarılması tələb edilmiş, borc ödənilmədiyi halda qanunvericiliyin tələbinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinə xitam verilməsi və kredit borcunun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə yuxarıda qeyd olunan və tərəflər arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli, GARA-3009-1167 saylı kredit razılaşmasının aşağıda qeyd edilən müddəalarına əsasən Kredit verən sadalanan şərtlər əsasında müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verməklə verdiyi krediti, kreditin müddəti ərzində və bu miiddət bitdikdən sonra gecikdiriləın günlər də daxil olmaqla, əsas borc tam ödəınilənədək hesablanmış faizi ilə birlikdə qaylarılınasın və bu müqavilədə göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini "Borcalan" dan tələb edə bilər. 3.1.4. "Kredit verən bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verməklə verdiyi krediti, kreditin müddəti ərzində və bu miiddət bitdikdən sonra gecikdiriləın günlər də daxil olmaqla, əsas borc tam ödəınilənədək hesablanmış faizi ilə birlikdə qaylarılınasın və bu müqavilədə göstərilən məbləğdə dəbbə pulunun ödənilməsini "Borcalan" dan tələb edə bilər: 3.1.4.1.“Borcalan" davam edən 10 (on) təqvim günü ərzində cari əsas borcu və ya cari faiz borcunu tərəflər arasında yazılı tərtib olunmuş ödəniş cədvəlində göstərilən tarixdə ödəməməklə gecikdirdikdə; 3.1.4.2. Borcalan" tərəliııdən annuitet ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən və ya ardıcıl olaraq 2 (iki) dəfədən çox gecikdirildikdə və ya Əsas borc tam qaytarılmamış "Borcalan” vəfat etdikdə (öldükdə); 3.1.4.3. Borcalan" kreditdən bu müqavilənin tərkib hissəsi olan Razılaşmada göstərilmiş məqsədli təyinatına uyğun istifadə etmədikdə; 3.1.4.4. Borcalan" tərəliııdən "Kredit verəni aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi aşkar olunduqda, o cümlədən “Borcalan" özünün sahibkarlıq (təsərrüfat) fəaliyyəti, iqtisadi imkanları və bu müqavilədən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icrasına mənfi təsir edə biləcək digər faktlar (“Borcalanın büdcəsinə ödənilməmiş borcları, kreditorlar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəlikləri, saxta sənədlərin təqdim edilməsi və s. ) haqqında verdiyi məlumatların və təqdim eldiyi sənədlərin (o cümlədən kredit alınması üçün müraciət formasında ifadə edilmiş məlumatlar da daxil olmaqla ) həqiqətə uyğun olmadığı aşkar olunduqda; 3.1.4.5 "Bank olmayan kredit təşkilatları haqqında" AR Qanununa əsasən “Kredit verən" "Borcalan" haqqında fərdi məlumatları istənilən üçüncü şəxsə verə bilər, eyıni zamanda bu məlumatların transsərhəd ötürülməsini həyata keçirə bilər və Borcalanın kredit borcları barədə məlumatı "xxxx" MMC və ya digər müvafiq hüquqi şəxsə təqdim edə və "Borcalan" haqqında fərdi məlumatları istənilən üçüncü şəxsə verə bilər, eyni zamanda bu məlumatların transsərhəd ötürülməsini həyata keçirə bilər. Məhkəmə həmin müddəalara əsasən 26 noyabr 2021-ci il tarixli GARA-3009-1167 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 26 noyabr 2021-ci il tarixli GARA-3009-1167 saylı Razılaşmanın ləğv edilməsini məqsədə müvafiq hesab etməkdədir. Məhkəmə yuxarıda qeyd olunan və tərəflər arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli, GARA-3009-1167 saylı kredit razılaşmasının və 26 noyabr 2021-ci il tarixli, GARA-3009- 1167+GARA-2972 saylı zaminlik müqaviləsinin bəndlərindən iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü əsas borcun, o cümlədən faiz borcunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınıb iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması hissəsində tələbin əsaslı olduğunu müəyyən etmişdir. Bundan əlavə, məhkəməyə təqdim edilmiş hazırkı iş üzrə iş materiallarında olan və iddiaçı təşkilatın möhürü ilə təsdiqlənmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 “xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək” əsas borc üzrə 7378.77 (yeddi min üç yüz yetmiş səkkiz manat yetmiş yeddi qəpik) manat, faiz üzrə 646.59 (altı yüz qırx altı manat əlli doqquz qəpik) manat, dəbbə borcu üzrə 804.71 (səkkiz yüz dörd manat yetmiş bir qəpik) manat olmaqla borcu cəmi, 8830.07 (səkkiz min səkkiz yüz otuz manat sıfır yeddi qəpik) manat məbləğində hesablanmış, nəticədə məhkəmə iddiaçının 7378.77 (yeddi min üç yüz yetmiş səkkiz manat yetmiş yeddi qəpik) manat əsas borcun ödənilməsi hissəsində iddiaçının tələbinin əsaslı olduğunu müəyyən etmişdir. Faiz üzrə ödənilməli olan 646.59 (altı yüz qırx altı manat əlli doqquz qəpik) manat məbləğinə münasibətdə məhkəmə bildirir ki, ərizəyə əlavə olunmuş kredit müqaviləsinin 1.1-ci bəndindən illik faiz dərəcəsinin 24% (iyirimi dörd) olmaqla hesablandığı müəyyən edildiyindən məhkəmə mülki qanunvericiliyin tələbinə uyğun olaraq tərəflərin verdiyi tələb çərçivəsində qətnamə qəbul etdiyindən kredit razılaşmasında müəyyənləşdirilən illik faiz uçot dərəcəsini əsas götürməklə, iddiaçının əsas borc üzrə hesablanılan 646.59 (altı yüz qırx altı manat əlli doqquz qəpik) manat məbləğində faiz borcunu tələb etməsini əsaslı hesab etməkdədir. Dəbbə borcu üzrə ödənilməli olan 804.71 (səkkiz yüz dörd manat yetmiş bir qəpik) manat məbləğinə münasibətdə məhkəmə bildirir ki, kredit müqaviləsinin 4.3-cü bəndində kredit verənin hər gecikdirilən təqvim günü üçün ödənilməmiş cari əsas borcun 1% miqdarında dəbbə pulu ödənilməsini tələb edə biləcəyinin qeyd edildiyini, belə olduğu halda iddiaçının cərimənin ödənilməsi tələbi hissəsində haqlı olduğunu bildirib, eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmənin işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda biləcəyini, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alındığını qeyd edərək 804.71 (səkkiz yüz dörd manat yetmiş bir qəpik) manat məbləğində cərimənin ödənilməsi hissəsində iddia tələbinin qismən təmin edilməsini mümkün hesab edib nəticədə, cərimənin azaldılaraq 442 (dörd yüz qırx iki) manat məbləğində cavabdehlərdən alınıb iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab etməkdədir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 7378,77 manat əsas borc, 646,59 manat cari faiz borcu və 804,71 manat cari dəbbə borcu olmaqla, cəmi 8830,07 manat kredit borcun "xxxx" MMC-nin xeyrinə tutulması barədə tələbi qismən əsaslı hesab edilərək, iddia qismən təmin edilməli, belə ki, iddia tələbində qeyd olunan 804.71 (səkkiz yüz dörd manat yetmiş bir qəpik) manat məbləğində cərimə məhkəmə tərəfindən iddiaçının əmlak mənafeləri nəzərə alınmaqla azaldılaraq, 442 (dprd yüz qırx iki) manat məbləğində dəbbə borcunun cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi təmin edilməli və X2 keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat mediasiya xərcinin tutulması qanunvericiliyin müvafiq tənzimləməsinə uyğun həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1% olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti ümumilikdə 8830.07 (səkkiz min səkkiz yüz otuz manat sıfır yeddi qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 30 manat + 78 manat 30 qəpik = 108,30 (bir yüz səkkiz manat otuz qəpik) manat olaraq müəyyən edilir. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə” müqavilədə və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeydşərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Hazırkı tələb üzrə cavabdehlər üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiklərindən və X3 keçirilməsi ilə bağlı xərclər iddiaçı tərəfindən ödənildiyindən, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən dövlət rüsumu qanunla müəyyən edilmiş miqdardan artıq ödənildikdə, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir (2.1 və 4.1-ci maddələr). Həmçinin, hazırkı iş üzrə iddiaçı tərəfindən 100 (bir yüz) manat məbləğində mediasiya xərci ödənildiyindən və dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduğundan (108.30 manat olduğundan) tərəf çəkdiyi xərc həddində, yəni 100 (bir yüz) manat məbləğində dövlət rüsumundan azad edilmişdir. İddiaçının azad edilmədiyi 8.30 (səkkiz manat otuz qəpik) dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. İddia qismən təmin edildiyindən iddianın təmin olunmuş hissəsinə, yəni 95,89% hissəsinə mütənasib olaraq 103,85 (bir yüz üç manat səksən beş qəpik) manat cavabdehlərdən müştərək qaydada tutularaq dövlət gəlirinə ödənilməli, iddia qismən təmin ediləcəyindən iddiaçı tərəfindən ödənilən 9 mantın 3.85 manatı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.1-ci maddələrinə müvafiq olaraq qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır müddəasını əsas götürərək iddiaçı "xxxx" MMC tərəfindən elektron ödəniş sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş rüsumun artıq ödənilmiş 0.70 manat məbləği iddiaçıya qaytarılmalı, qalan 4.45 (dörd manat qırx beş qəpik) manat məbləği isə iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən əsaslı olduğundan qismən təmin edilsin. 26 noyabr 2021-ci il tarixli GARA-3009-1167 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 26 noyabr 2021-ci il tarixli GARA-3009-1167 saylı razılaşma ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 7378.77 (yeddi min üç yüz yetmiş səkkiz manat yetmiş yeddi qəpik) manat məbləğində əsas borcu, 646.59 (altı yüz qırx altı manat əlli doqquz qəpik) manat məbləğində faiz borcu, 442 (dörd yüz qırx iki) manat məbləğində müəyyənləşdirilən dəbbə borcu olmaqla ümumilikdə 8467.36 (səkkiz min dörd yüz altmış yeddi manat otuz altı qəpik) manat məbləğində borc tutularaq müştərək qaydada iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun iddianın 95,89% təmin olunmuş hissəsinə münasibətdə 103,85 (bir yüz üç manat səksən beş qəpik) manat məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət gəlirlərinə ödənilsin. İddiaçı tərəfində ödənilmiş dövlət rüsumunun 3.85 manatı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilsin. İddiaçı tərəfində ödənilmiş 4.45 (dörd manat qırx beş qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilməmiş hissəsinə münasibətdə iddiaçıya aid edilsin. Artıq ödənilmiş 0.70 qəpik dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə qaytarılsın. X2 keçirilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-281/2023
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-281/2023
22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver