Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-282/2025 05.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı "Accessbank” QSC-nin səlahiyyətli nümayəndəsi Nümayəndə1 02 iyul 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 002R********** saylı krеdit razılaşması üzrə 9364.45 manat məbləğində krеdit bоrcu, 1139.06 manat məbləğində faiz bоrcu və 341.93 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10845.44 manat, - 002R********** saylı krеdit razılaşması üzrə 1549.94 manat məbləğində krеdit bоrcu, 90.24 manat məbləğində faiz bоrcu və 17.67 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1657.85 manat, ümumilikdə isə cəmi 12503 (on iki min beş yüz üç) manat 29 (iyirmi doqquz) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 127.51 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı QSC ilə Cavabdeh1 və zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 002L**********45 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хəttinin açıldığını, uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli 002R********** saylı kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində məbləğində kredit götürdüyünü, tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 002R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edildiyini, onun uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatdığını, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmadığını, Cavabdeh1 götürdüyü krеdit bоrcundan 5635.55 manat ödədiyini, onun 9364.45 manat məbləğində kredit borcunun qaldığını, uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faizin qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün kredit faizinin kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablandığını, qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 210 gün üçün hesablanmış faiz borcunun 1139.06 manat təşkil etdiyini bildirdiklərini, uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2025-ci il tarixə 210 gün üçün hеsablanmış cərimənin 341.93 manat təşkil etdiyini, bundan başqa, Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2700 (iki min yeddi yüz) manat məbləğində məbləğində kredit götürdüyünü, tərəflərin imzaladıqları xx.xx.2024-cü il tarixli 002R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edildiyini, onun uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatdığını, kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmadığını, Cavabdeh1 götürdüyü krеdit bоrcundan 1150.06 manat ödədiyini, onun 1549.94 manat məbləğində kredit borcu qaldığını, uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faizin qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün kredit faizinin kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablandığını, qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 57 gün üçün hesablanmış faiz borcunun 90.24 manat təşkil etdiyini bildirdiklərini, uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclunun ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2025-ci il tarixə 57 gün üçün hеsablanmış cərimənin 17.67 manat təşkil etdiyini, uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malik olduğunu, uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zaminin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyünü və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıdığını, həmin müqavilənin 11.4-cü bəndinə əsasən zaminin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürdüyünü, həmin müqavilənin 11.7-ci bəndinə əsasən zaminin müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıdığını təsdiq və bəyan etdiyini qeyd etməklə tələbini əsaslandırmış, o cümlədən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 442-ci, 445.2.1-ci, 448.1-ci, 465.2-ci, 467-ci, 472.1-ci, 472.2-ci, 501-ci maddələrinə, Azərbaycan Rеspublikası Mülki Prоsеssual Məcəlləsinin 12-ci fəslinin tələblərinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 05 dekabr 2025-ci il tarixə, saat 09:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə2, o cümlədən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı QSC xx.xx.2025-ci il tarixdə elektron qaydada məhkəməyə ərizə göndərərək həmin ərizədə icraatınızda olan İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbinə dair e-2-2(123)-282/2025 saylı kommersiya işi üzrə iddia tələbini müdafiə etdiklərini, iş üzrə zəruri sübutlar iddia ərizəsinə əlavə olunduğunu, cərimə borcuna münasibətdə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 002L**********45 saylı uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə əsasən Bank, Kredit Alan Krediti və Kredit Faizini Banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün Kredit qalığının 0.02 %-i məbləğinda cərimə borcu hesablamaq hüququna malik olduğununun bildirildiyini, Bank hesablanmış cərimə borcunu öz mülahizasina uyğun olaraq Kredit Alanın Bankda olan hesab(lar)ından birtarəfli qaydada akseptsiz şəkildə sildiyini və ya həmin cərimə borcunun ödənilməsini Kredit Alandan tələb etdiyini, o cümlədən Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışda da cərimə borcunun nəzərdə tutulduğunun məlum olduğunu, xx.xx.2025-ci il tarixə, saat 09:05-ə təyin edilmiş məhkəmə baxış iclasını iştirakları olmadan keçirərək iş üzrə iddialarının təmin edən qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsini və xəbərdar edilmələri barədə sənədlərin iş materiallarında olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 14 aprel 2023-cü il tarixli 002L**********45 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, bu Müqavilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "Babək" filialı aşağıda imza edən səlahiyyətli nümayəndəsinin şəxsində bir tərəfdən Cavabdeh1 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AZE0*******) VOEN ********** Kredit Alan qismində, Cavabdeh3 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AZE********), Cavabdeh2 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AZE********), Cavabdeh4 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AA*******) Zamin qismində digər tərəfdən aşağıdakı şərtlərlə bu Uzunmüddətli Kredit və Təminat Müqaviləsini bağladılar: Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən bank Müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında Kredit Alana Uzunmüddətli Kredit Xəttini açır. 2.2-ci bəndinə əsasən bu Müqavilə və Kredit Sazişi əsasında Kreditlər 120 (bir yüz iyirmi) ay, Kredit Sazişində həmin Kredit üçün daha qısa müddət müəyyən edilməmişdirsə, 14 aprel 2033-cü il tarixdən gec olmayaraq verilməlidir. Bu Müqavilə və Kredit Sazişi əsasında verilən Kreditin Faiz Dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur. 2.3-cü bəndinə əsasən verilən hər bir Kredit üzrə Kredit məbləği, Kreditin Faiz Dərəcəsi, Kredit Müddəti, məqsədi, FİFD, olduğu təqdirdə Ödəniş Planı və digər xüsusi şərtləri hər dəfə Müqavilənin tələbləri nəzərə alınmaqla Kredit Sazişi ilə müəyyən edilir. 2.7-ci bəndinə əsasən Kredit Alan hər bir Kredit üzrə Kredit borcunu, Kredit Faizini, xərcləri və başqa məsrəfləri bu Müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq Kredit Sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda Ödəniş Planına və ya Ödəniş haqları Cədvəlinə uyğun olaraq Banka qaytarmağı öz öhdəsinə götürür. 2.13-cü bəndinə əsasən zamin, bu Müqavilə üzrə Kredit Alanın öhdəliklərinin icrası üçün Kredit Alan ilə birgə və tam məsuliyyət daşıyır. 4.1-ci bəndinə əsasən bu Müqavilə əsasında Kredit verilməsi və qaytarılması hər bir Kredit Sazişinə uyğun olaraq həyata keçirilir. 4.4-cü maddəsinə əsasən Kredit Faizi, qaytarılmalı Kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən Kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün Kredit Faizi Kreditin Faiz Dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. 4.9-cu bəndinə əsasən Bank, Kredit Alan Krediti və Kredit Faizini Banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün Kredit qalığının 0.02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq Kredit Alanın Bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir, və ya həmin cərimə borcunun ödənilməsini Kredit Alandan tələb edir. 11.1-ci bəndinə əsasən zamin, Kredit Alanın bu Müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Bank qarşısında Kredit Alan ilə birlikdə birgə məsuliyyət daşıyır. 11.4-cü bəndinə əsasən zamin Müqavilə üzrə Kreditin qaytarılması ilə bağlı Kredit Alanın bütün öhəliklərini icra etməyi öz öhdəsinə götürür. 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, Müqavilə üzrə verilən Kreditlər barədə Kredit Alan və Bank arasında istənilən razılaşma, o cümlədən Kreditin Faiz Dərəcəsinin artırılması barədə razılaşma üzrə Kredit Alanın öhdəliklərinin icrası üçün Kredit Alan ilə birgə və tam məsuliyyət daşıyır. 12.1.2-ci bəndinə əsasən Kredit Alan Müqavilə əsasında verilmiş hər hansı bir Kredit üzrə Kredit borcunu/Overdraft Borcunu, Kredit Faizini/Overdraft Faizini və digər ödənişləri həmin Müqavilədə razılaşdırılmış qaydada və olduğu təqdirdə Ödəniş Planına uyğun olaraq qaytara bilmədikdə Bank Müqaviləyə vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı Kredit üçün Kredit borcunu/Overdraft Borcunu, Kredit Faizini/Overdraft Faizini, xərcləri və başqa məsrəfləri Kredit Alandan qaytarmağı tələb etmək hüququna malikdir. 13.2-ci bəndinə əsasən bununla Kredit Alan təsdiq edir və razılaşır ki, Bankın mühasibat sənədləri və hesabları ödənilməli olan və ya Kredit Alanın ödəyəcəyi məbləğlərə dair yeganə təsdiqedici sənəd sayılır. 13.10-cu bəndinə əsasən tərəflər Müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək Müqavilə qüvvədədir. 13.12-ci bəndinə əsasən aşağıda imza etməklə hər bir Tərəf Müqaviləni oxuduğunu, şərtlərini başa düşdüyünü təsdiq edir və bu şərtlərə razı olduğunu bildirir. 14 aprel 2023-cü il tarixli 002R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanın təsdiq olunmuş surətindən görünür ki, bu Kredit Sazişi 14 aprel 2023-cü il tarixli, 002L**********45 nömrəli Uzunmüddətli Kredit və Təminat müqaviləsi üzrə bağlanmışdır və İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Babək” filialı tərəfindən Cavabdeh1 36 (otuz altı) ay müddətinə, illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə, 15000 (on beş min) manat məbləğində biznes krediti verilmişdir. 14 aprel 2023-cü il tarixli 002R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əlavə olan ödəniş planının təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 verilmiş 15000 (on beş min) manat məbləğində kreditin 36 ay müddətinə, 16 may 2023-cü il tarixdən 14 aprel 2026-cı il tarixə kimi banka aylıq ödənişlərlə qaytarılması nəzərdə tutulmuşdur. İddiaçı QSC-nin möhürü ilə təsdiq olunmuş xx.xx.2023-cü il tarixli “Kreditin verilməsiköçürmə” adlı sənədin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı QSC tərəfindən 15000 (on beş min) manat məbləğində pul vəsaiti Cavabdeh1 hesabına (Cari hesabın nömrəsi: **********243788, İBAN: AZ87ACAB********************) köçürülmüşdür. 14 aprel 2023-cü tarixli 002R********** nömrəli Kredit Sazişinə və Ödəniş Planına dəyişikliklər edilməsi haqqında 16 yanvar 2024-cü il tarixli 002R**********S nömrəli sazişin təsdiq olunmuş surətindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "Babək" filialı ilə Cavabdeh1 razılığa gəlmişdir ki, Kredit Alan, Bank ilə Kredit Alan arasında 14 aprel 2023-cü il tarixli 002L**********45 saylı Uzunmüddətli Kredit və Təminat Müqaviləsinə əsasən 14 aprel 2023-cü il tarixdə bağlanmış 002R********** Kredit Sazişi («Kredit Sazişi») üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda gecikdirilmə faizi və cərimə borcunu bu sazişə əlavə olunan 16 yanvar 2024-cü il tarixli Ödəniş Planına ("Ödəniş Planı") uyğun olaraq Ödəniş Planında göstərilən müddətdə və tarixlərdə Banka ödəməlidir. 14 aprel 2023-cü il tarixli 002R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 16 yanvar 2024-cü il tarixdə restrukturizasiya olunmuş ödəniş planının təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 12535,40 (on iki min beş yüz otuz beş manat, qırx qəpik) manat məbləği 28 ay müddətinə, 01 fevral 2024-cü il tarixdən 14 aprel 2026-cı il tarixə kimi banka aylıq ödənişlərlə qaytarılması nəzərdə tutulmuşdur. xx.xx.2023 - xx.xx.2025-ci illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 AZ87ACAB******************** saylı hesabına xx.xx.2023-cü il tarixdə 15000 (on beş min) manat məbləğində kreditin köçürülməsi təmin edilmiş, Cavabdeh1 həmin hesabdan müxtəlif tarixlərdə müxtəlif əməliyyatlar həyata keçirmişdir. İddiaçı QSC-nin möhürü ilə təsdiq olunmuş xx.xx.2025-ci il tarixli maliyyə cədvəlindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh1 002R********** saylı xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə borcu 9364.45 manat, faiz üzrə borcu 1139.06 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 210 gün olmaqla cərimə borcu 341.93 manat təşkil etmiş, cəmi borcu isə 10845.44 manat məbləğində müəyyən edilmişdir. 19 iyun 2023-cü il tarixli 002R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmanın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Babək” filialı tərəfindən Cavabdeh1 36 (otuz altı) ay müddətinə, illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə, 2700 (iki min yeddi yüz) manat məbləğində biznes krediti verilmişdir. 19 iyun 2023-cü il tarixli 002R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əlavə olan ödəniş planının təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 verilmiş 2700 (iki min yeddi yüz) manat məbləğində kreditin 36 ay müddətinə, 19 iyul 2023-cü il tarixdən 19 iyun 2026-cı il tarixə kimi banka aylıq ödənişlərlə qaytarılması nəzərdə tutulmuşdur. İddiaçı QSC-nin möhürü ilə təsdiq olunmuş xx.xx.2023-cü il tarixli “Kreditin verilməsiköçürmə” adlı sənədin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı QSC tərəfindən 2700 (iki min yeddi yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 hesabına (Cari hesabın nömrəsi: **********243788, İBAN: AZ87ACAB********************) köçürülmüşdür. 19 iyun 2023-cü tarixli 002R********** nömrəli Kredit Sazişinə və Ödəniş Planına dəyişikliklər edilməsi haqqında 16 yanvar 2024-cü il tarixli 002R**********S nömrəli sazişin təsdiq olunmuş surətindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "Babək" filialı ilə Cavabdeh1 razılığa gəlmişdir ki, Kredit Alan, Bank ilə Kredit Alan arasında 14 aprel 2023-cü il tarixli 002L**********45 saylı Uzunmüddətli Kredit və Təminat Müqaviləsinə əsasən 19 iyun 2023-cü il tarixdə bağlanmış 002R********** Kredit Sazişi («Kredit Sazişi») üzrə götürdüyü kreditin qalığını va hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda gecikdirilmə faizi və cərimə borcunu bu sazişə əlavə olunan 16 yanvar 2024-cü il tarixli Ödəniş Planına ("Ödəniş Planı) uyğun olaraq Ödəniş Planında göstərilən müddətdə və tarixlərdə Banka ödəməlidir. 19 iyun 2023-cü il tarixli 002R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 16 yanvar 2024-cü il tarixdə restrukturizasiya olunmuş ödəniş planının təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 2386.34 (iki min üç yüz səksən altı manat, otuz dörd qəpik) manat məbləği 30 ay müddətinə, 01 fevral 2024-cü il tarixdən 19 iyun 2026-cı il tarixə kimi banka aylıq ödənişlərlə qaytarılması nəzərdə tutulmuşdur. xx.xx.2023 - xx.xx.2025-ci illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 AZ87ACAB******************** saylı hesabına xx.xx.2023-cü il tarixdə 2700 (iki min yeddi yüz) manat məbləğində kreditin köçürülməsi təmin edilmiş, Cavabdeh1 həmin hesabdan müxtəlif tarixlərdə müxtəlif əməliyyatlar həyata keçirmişdir. İddiaçı QSC-nin möhürü ilə təsdiq olunmuş maliyyə cədvəlindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh1 002R********** saylı xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə borcu 1549.94 manat, faiz üzrə borcu 90.24 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 57 gün olmaqla cərimə borcu 17.67 manat təşkil etmiş, cəmi borcu isə 1657.85 manat məbləğində müəyyən edilmişdir. 74358950 nömrəli, xx.xx.2025-ci il tarixli çekdən görünür ki, İddiaçı QSC tərəfindən Paysis MMC vasitəsilə 127.51 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "Babək" filialı ilə kredit alan qismində Cavabdeh1, zamin qismində Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 arasında 14 aprel 2023-cü il tarixli 002L**********45 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank Müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında Kredit Alana Uzunmüddətli Kredit Xəttini açmış, bu Müqavilə və Kredit Sazişi əsasında Kreditlər 120 (bir yüz iyirmi) ay, Kredit Sazişində həmin Kredit üçün daha qısa müddət müəyyən edilməmişdirsə, 14 aprel 2033-cü il tarixdən gec olmayaraq verilməsi nəzərdə tutulmuş, bu Müqavilə və Kredit Sazişi əsasında verilən Kreditin Faiz Dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunmuşdur. 14 aprel 2023-cü il tarixli 002L**********45 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsi üzrə bağlanmış 14 aprel 2023-cü il tarixli 002R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Babək” filialı tərəfindən Cavabdeh1 36 (otuz altı) ay müddətinə, illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə, 15000 (on beş min) manat məbləğində biznes krediti verilmiş, 14 aprel 2023-cü il tarixli 002L**********45 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsi üzrə bağlanmış 19 iyun 2023-cü il tarixli 002R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Babək” filialı tərəfindən Cavabdeh1 36 (otuz altı) ay müddətinə, illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə, 2700 (iki min yeddi yüz) manat məbləğində biznes krediti verilmişdir. 14 aprel 2023-cü il tarixli 002R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmada nəzərdə tutulmuş 15000 (on beş min) manat məbləğində kreditin Cavabdeh1 verilməsi iş materiallarında olan xx.xx.2023-cü il tarixli “Kreditin verilməsi-köçürmə” adlı sənədin təsdiq olunmuş surəti ilə, 19 iyun 2023-cü il tarixli 002R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmada nəzərdə tutulmuş 2700 (iki min yeddi yüz) manat məbləğində kreditin Cavabdeh1 verilməsi iş materiallarında olan xx.xx.2023-cü il tarixli “Kreditin verilməsi-köçürmə” adlı sənədin təsdiq olunmuş surəti ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, hər iki tərəfin iradə ifadəsi və qarşılıqlı razılığı əsasında kredit müqaviləsinin bağlanması, qarşılıqlı hüquq və vəzifələr müəyyən etməklə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranmasına əsas olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Belə ki, kredit alan Cavabdeh1 kredit müqaviləsinin tələbini pozaraq ödənişləri yubatmış, Cavabdeh1 xx.xx.2025-ci il tarixinə banka borcu 14 aprel 2023-cü il tarixli 002R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə əsas məbləğ üzrə borcu 9364.45 manat, faiz üzrə borcu 1139.06 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 210 gün olmaqla cərimə borcu 341.93 manat təşkil etmiş, cəmi isə 10845.44 manat və xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə əsas məbləğ üzrə borcu 1549.94 manat, faiz üzrə borcu 90.24 manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 57 gün olmaqla cərimə borcu 17.67 manat təşkil etmiş, cəmi isə 1657.85 manat kredit borcu qalmış, qeyd edilən hal ilə əlaqədar maliyyə cədvəlləri iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi məqsədi ilə qanunverici tərəfindən Mülki Məcəllənin 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Bundan əlavə 14 aprel 2023-cü il tarixli 002L**********45 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsi əsasında Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 müqavilədən irəli gələn öhdəliklərinin icrasını təmin ediməsi məqsədilə zamin olmuş, kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyət daşımağı və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşımağı, müqavilə üzrə kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz üzərinə götürmüşdürlər. Bu hal onu deməyə əsas verir ki, zamin borcalanla birlikdə kreditor qarşısında birgə məsuliyyət daşıdığından krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini də icra еtməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Belə ki, məhkəmə, borclu tərəfindən lazımınca icra edilməmiş kredit öhdəliyi üzrə yaranmış cəriməyə münasibətdə bildirir ki, 14 aprel 2023-cü il tarixli 002L**********45 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsinin 4.9-cu bəndi ilə (Bank, Kredit Alan Krediti və Kredit Faizini Banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün Kredit qalığının 0.02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq Kredit Alanın Bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir, və ya həmin cərimə borcunun ödənilməsini Kredit Alandan tələb edir.) cərimələrin hesablanması nəzərdə tutulduğundan, eyni zamanda cavabdehin cərimə borcunun olması iş materiallarında olan xx.xx.2025-ci il tarixli OUT-2025/04/29-110 və OUT-2025/04/29-127 nömrəli maliyyə cədvəlləri əsasında təsdiq edildiyindən, iddiaçı əsas borc və faiz borcundan əlavə yaranmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı Uzunmüddətli Kredit və Təminat Müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin lazımınca icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Odur ki, məhkəmə iddiaçının pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə yaranmış əsas borc və faizlərin, o cümlədən, cərimələrin ödənilməsi hissədə tələb hüququnun olduğunu bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-282/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2025-ci il tarixli, 945 nömrəli ekspert rəyində qeyd olunur ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları, maliyyə arayışı və xx.xx.2023-ci il tarixli 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə razılaşma şərtlərinə əsasən, Cavabdeh1, "xxxx" QSC-nə kredit üzrə xx.xx.2025-ci il tarixə (sualda göstərilən tarix) olan əsas borcu əsas borcu 9586,41 (doqquz min beş yüz səksən altı manat qırx bir qəpik) manat, faiz borcu 645,49 (altı yüz qırx beş manat, qırx doqquz qəpik) manat olmaqla, "xxxx" QSC-nə ümumilikdə borcu 10231,90 (on min iki yüz otuz bir manat, doxsan qəpik) manat təşkil edir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. xx.xx.2023-ci il tarixli 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə kredit razılaşma şərtlərinə əsasən və maliyyə arayışının düzgünlüyü nəzərə alındıqda, Cavabdeh1, "xxxx" QSC-nə kredit üzrə xx.xx.2025-ci il tarixə (sualda göstərilən tarix) olan əsas borcu əsas borcu 1549,94 (bir min beş yüz qırx doqquz manat, doxsan dörd qəpik) manat, faiz borcu 90,24 (doxsan manat, iyirmi dörd qəpik) manat olmaqla, "xxxx" QSC-nə ümumilikdə borcu 1640,18 (bir min altı yüz qırx manat on səkkiz qəpik) manat təşkil edir. Təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank tərəfindən cərimə hesablanmadığı üçün hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tələb etdiyi məbləğ xx.xx.2023-ci il tarixli 002R********** saylı krеdit razılaşması üzrə 9364.45 manat məbləğində krеdit bоrcu, 1139.06 manat məbləğində faiz bоrcu və 341.93 manat məbləğində cərimə borcu olmaqla, cəmi 10845.44 manat və 002R********** saylı krеdit razılaşması üzrə 1549.94 manat məbləğində krеdit bоrcu, 90.24 manat məbləğində faiz bоrcu və 17.67 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1657.85 manat təşkil edir. X3 Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2025-ci il tarixli, 945 nömrəli ekspert rəyinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı QSC-yə xx.xx.2023-ci il tarixli 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə razılaşma üzrə əsas borcu 9586,41 (doqquz min beş yüz səksən altı manat qırx bir qəpik) manat, faiz borcu 645,49 (altı yüz qırx beş manat, qırx doqquz qəpik) manat olmaqla, ümumilikdə borcu 10231,90 (on min iki yüz otuz bir manat, doxsan qəpik) manat və xx.xx.2023ci il tarixli 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə kredit razılaşma üzrə əsas borcu 1549,94 (bir min beş yüz qırx doqquz manat, doxsan dörd qəpik) manat, faiz borcu 90,24 (doxsan manat, iyirmi dörd qəpik) manat olmaqla, ümumilikdə borcu 1640,18 (bir min altı yüz qırx manat on səkkiz qəpik) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, 14 aprel 2023-cü il tarixli 002R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə iddia tələbində göstərilən əsas borc və faiz borcunun məbləğləri ekspert rəyində göstərilən əsas borc və faiz borcunun məbləğlərindən fərqli olduğundan məhkəmə tərəfsiz olan 03 oktyabr 2025-ci il tarixli, 945 nömrəli ekspert rəyi ilə razılaşaraq, belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı QSC-yə əsas borcu xx.xx.2023-ci il tarixli 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə razılaşma üzrə əsas borcu 9586,41 (doqquz min beş yüz səksən altı manat qırx bir qəpik) manat, faiz borcu 645,49 (altı yüz qırx beş manat, qırx doqquz qəpik) manat olmaqla, ümumilikdə borcu 10231,90 (on min iki yüz otuz bir manat, doxsan qəpik) manat və xx.xx.2023-ci il tarixli 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə kredit razılaşma üzrə əsas borcu 1549,94 (bir min beş yüz qırx doqquz manat, doxsan dörd qəpik) manat, faiz borcu 90,24 (doxsan manat, iyirmi dörd qəpik) manat olmaqla, ümumilikdə borcu 1640,18 (bir min altı yüz qırx manat on səkkiz qəpik) manatdır. Məhkəmə iddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı QSC-nin xeyrinə 002R********** saylı krеdit razılaşması üzrə 341.93 manat və 002R********** saylı krеdit razılaşması üzrə 17.67 manat cərimə məbləğinin tutulması tələbinə dair hissədə qeyd edir ki, aralarında bağlanmış 14 aprel 2023-cü il tarixli 002L**********45 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsinə 4.9-cu bəndinə əsasən (Bank, Kredit Alan Krediti və Kredit Faizini Banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün Kredit qalığının 0.02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq Kredit Alanın Bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir, və ya həmin cərimə borcunun ödənilməsini Kredit Alandan tələb edir.) və tələb edilən məbləğlərə münasibətdə 002R********** saylı krеdit razılaşması üzrə 341.93 manat və 002R********** saylı krеdit razılaşması üzrə 17.67 manat cərimə məbləği tələb edilən məbləğlərə münasibətdə mütənasib görünməkdə və ümumi məhkəmə təctübəsinə əsasən təmin edilməsi qanunamüvafiqdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi 97,83% əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 12503,29 (on iki min beş yüz üç manat, iyirmi doqquz qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 127,51 (bir yüz iyirmi yeddi manat, əlli bir qəpik) manat olaraq müəyyən edilir. İş materiallarında olan 74358950 nömrəli, xx.xx.2025-ci il tarixli çekdən 127,51 (bir yüz iyirmi yeddi manat, əlli bir qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC tərəfindən ödənildiyi görünməkdədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Lakin iddia üzrə tələb qismən, yəni 97,83% təmin edildiyindən dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasibətdə (127,51 x 97,83%) 124,74 manat məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınıb İddiaçı QSC-yə ödənilməli, qalan hissədə iddia təmin edilməməli olduğundan dövlət rüsumunun 2,77 manat məbləği İddiaçı QSCyə aid edilməlidir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-282/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2025-ci il tarixli, 945 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin iddianın təmin olunmuş 97,83% hissəsinə mütənasib olaraq 58,70 manat məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, qalan 1,30 manat məbləği isə İddiaçı QSC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu: 2, büdcə təsnifatının kodu: 142330) ödənilməlidir. Nəticədə, iddia qismən, yəni 97,83% təmin edilməli, 14 aprel 2023-cü il tarixli 002L**********45 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsi üzrə bağlanmış 14 aprel 2023-cü il tarixli 002R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən əsas borc üzrə 9586,41 (doqquz min beş yüz səksən altı manat qırx bir qəpik) manat, faiz borcu üzrə 645,49 (altı yüz qırx beş manat, qırx doqquz qəpik) manat, cərimə borcu üzrə 341.93 manat olmaqla, ümumilikdə 10573,83 (on min beş yüz yetmiş üç manat, səksən üç qəpik) manat və xx.xx.2023-ci il tarixli 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə kredit razılaşmaya əsasən əsas borc üzrə 1549,94 (bir min beş yüz qırx doqquz manat, doxsan dörd qəpik) manat, faiz borc üzrə 90,24 (doxsan manat, iyirmi dörd qəpik) manat, cərimə borcu üzrə 17.67 manat olmaqla, ümumilikdə 1657,85 (bir min altı yüz əlli yeddi manat, səksən beş qəpik) manat olmaqla, cəmi 12231,68 (on iki min iki yüz otuz bir manat, altmış səkkiz qəpik) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınıb İddiaçı QSC-yə ödənilməli, ödənilmiş 127,51 (bir yüz iyirmi yeddi manat, əlli bir qəpik) manat dövlət rüsumunun 124,74 manat məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınıb İddiaçı QSC-yə ödənilməli, qalan hissədə iddia təmin edilmədiyindən 2,77 manat məbləğ İddiaçı QSC-yə aid edilməli, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2025-ci il tarixli, 945 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin 58,70 manat məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, qalan 1,30 manat məbləği isə İddiaçı QSC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu: 2, büdcə təsnifatının kodu: 142330) ödənilməlidir Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. 14 aprel 2023-cü il tarixli 002L**********45 nömrəli Uzunmüddətli Kredit və Təminat Müqaviləsi üzrə bağlanmış 14 aprel 2023-cü il tarixli 002R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən əsas borc üzrə 9586,41 (doqquz min beş yüz səksən altı manat qırx bir qəpik) manat, faiz borcu üzrə 645,49 (altı yüz qırx beş manat, qırx doqquz qəpik) manat, cərimə borcu üzrə 341.93 manat olmaqla, ümumilikdə 10573,83 (on min beş yüz yetmiş üç manat, səksən üç qəpik) manat və xx.xx.2023-ci il tarixli 002R********** saylı kredit sazişi-biznes krediti və girov barədə kredit razılaşmaya əsasən əsas borc üzrə 1549,94 (bir min beş yüz qırx doqquz manat, doxsan dörd qəpik) manat, faiz borc üzrə 90,24 (doxsan manat, iyirmi dörd qəpik) manat, cərimə borcu üzrə 17.67 manat olmaqla, ümumilikdə 1657,85 (bir min altı yüz əlli yeddi manat, səksən beş qəpik) manat olmaqla, cəmi 12231,68 (on iki min iki yüz otuz bir manat, altmış səkkiz qəpik) manat cavabdehlər Cavabdeh1 (VÖEN: **********; FİN: xxxxxxx; AZE*******, qeydiyyatda olduğu ünvan: Babək rayonu, Sirab kəndi), Cavabdeh2 (FİN: xxxxxxx; AZE********, qeydiyyatda olduğu ünvan: Bakı, Sabunçu, Maştağa qəsəbəsi, Subtropik Sovxozu, ev 201), Cavabdeh3 (VÖEN: **********; FİN: xxxxxxx; AZE********, qeydiyyatda olduğu ünvan: Babək rayonu, Sirab kəndi) və Cavabdeh4 (FİN: xxxxxxx; AA*******, qeydiyyatda olduğu ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi Şəhərciyi-83.Xətt-5, ev.19A) alınıb İddiaçı QSC-yə (VÖEN: **********) ödənilsin. 124,74 (bir yüz iyirmi dörd manat, yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınıb İddiaçı QSC-yə ödənilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2025-ci il tarixli, 945 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərcinin 58,70 (əlli səkkiz manat, yetmiş qəpik) manat məbləği cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, qalan 1,30 (bir manat, otuz qəpik) manat məbləği isə İddiaçı QSC-dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Büdcə səviyyəsinin kodu: 2, büdcə təsnifatının kodu: 142330) ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-282/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-282/2025
05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver