Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-293/2025 13.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "Accessbank” QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı borcun tutulması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı "Accessbank” QSC 09 iyul 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 15783.42 manat məbləğində kredit bоrcu, 1752.55 manat məbləğində faiz bоrcu və 533.49 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 18069 (on səkkiz min altımış doqquz) manat 46 (qırx altı) qəpik məbləğində bоrcun və iddiaçı tərəfindən ödənilmiş 144.21 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində, Cavabdeh3 İddiaçı QSC ilə xx.xx.2024-cü il tarixdə bağladığı 001A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat məbləğində kredit götürdüyünü, onun kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatdığını, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmadığını, götürdüyü kredit bоrcundan 4216.58 manat ödəniş etdiyini və оnun iddiaçıya 15783.42 manat məbləğində kredit bоrcu qaldığını, kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faizin qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablandığını, bir gün üçün faizin həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablandığını, qeyd edilənlərə əsasən onun kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 169 gün üçün hesablanmış faiz borcunun 1752.55 manat təşkil etdiyini, kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclunun ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməli olduğunu, xx.xx.2025-ci il tarixə 169 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimənin 533.49 manat təşkil etdiyini, kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malik olduğunu, yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürdüklərini, onların həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıdığını və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməli olduqlarını qeyd etməklə tələbini əsaslandırmış, o cümlədən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 442-ci, 445.2.1-ci, 448.1-ci, 465.2-ci, 467-ci, 472.1-ci, 472.2-ci, 501-ci maddələrinə istinad etmişdir. Məhkəmənin 09 iyul 2025-ci il tarixli, e-2-2(123)-293/2025 saylı qərardadı ilə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 13 fevral 2026-cı il tarixə, saat 09:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə2 12 fevral 2026-cı il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq icraatda olan İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı borc tələbinə dair e-2-2(123)-293/2025 kommersiya işi üzrə iddia tələbini müdafiə etdiklərini, iş üzrə zəruri sübutların iddia ərizəsinə əlavə olunduğunu, cavabdeh tərəfindən müvafiq borc üzrə hər hansı yeni ödəniş edilmədiyini qeyd edərək, qeyd edilənləri nəzərə alaraq 13 fevral 2026-cı il tarixə, saat 09:05-ə təyin edilmiş məhkəmə baxış iclasının iştirakları olmadan keçirərək iş üzrə iddia tələbini təmin edən qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsini və xəbərdar edilmələri barədə sənədlərin iş materiallarında olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli, 001A********** saylı Kredit müqaviləsindən görünür ki, bu kredit müqaviləsi bir tərəfdən “Kredit Verən” qismində Azərbaycan Respublikasının Mərkəzi Bankının 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziyası əsasında fəaliyyət göstərən Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti, 3 ünvanında qeydiyyatda olan və bundan sonra “Bank” adlandırılacaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə əsasında aşağıda imza edən nümayəndəsinin şəxsində və digər tərəfdən bundan sonra “Kredit Alan” adlandırılacaq Cavabdeh3 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət vəsiqəsi AA*******) VÖEN: ********** arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən Bank məbləği 20000.00 (iyirmi min manat) AZN olan borc pulu (bundan sonra «Kredit») aylıq faiz dərəcəsi 1.9167 (bir tam on mində doqquz min bir yüz altmış yeddi) % olmaqla 24 (iyirmi dörd) ay müddətinə Kredit Alana verir. 1.2-ci bəndinə əsasən Kreditin illik faiz dərəcəsi 23 (iyirmi üç) % təşkil edir. 1.3-cü bəndinə əsasən Kredit Alan Krediti, ona hesablanmış faiz ilə birlikdə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavə - Ödəniş Planına (“Ödəniş Planı”) uyğun olaraq həmin Ödəniş Planında razılaşdırılmış tarixlərdə Banka qaytarmağı öz öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən Bank, Kredit Alan cari hesabı açmaq üçün tələb olunan sənədləri Banka təqdim etdikdən sonra Kredit Alana AZ69ACAB******************** №-li cari hesab («Hesab») açır və Krediti həmin hesaba köçürür. Kreditin Kredit Alanın hesabına köçürüldüyü tarix Kreditin verildiyi tarix hesab olunur. 2.4-cü bəndinə əsasən Faiz, qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən Kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək (qaytarıldığı gün istisna olmaqla) hesablanır. bir gün üçün faiz bu Müqavilənin 1.1-ci bəndi ilə müəyyən olunmuş illik faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. 4.1.2-ci bəndinə əsasən Kredit Alan Krediti və faizi Ödəniş Planına uyğun olaraq qaytara bilmədikdə Bank bu Müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan Kredit məbləğini, bu Müqaviləyə xitam verildiyi günə qədər hesablanmış faizi və Bank tərəfindən hesablanmış başqa ödənişləri Kredit Alandan qaytarmağı tələb etmək hüququna malikdir. 4.1.5-ci bəndinə əsasən Bank, Kredit Alan Krediti və ona hesablanmış faizi Banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün Kredit qalığına G=(İFD+(0.02%*360))/360 düstur əsasında müəyyən edilmiş faiz məbləğində gecikdirilmə faizi hesablamaq hüququna malikdir. 4.2.1-ci bəndinə əsasən Kredit Alan kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Ödəniş Planı ilə razılaşdırılmış tarixlərdə Banka qaytarmağa borcludur. 5.4-cü bəndinə əsasən tərəflər müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək bu müqavilə qüvvədədir. 5.12-ci bəndinə əsasən bununla Kredit Alan Müqaviləni oxuduğunu, şərtlərini başa düşdüyünü təsdiq edir və bu şərtlərə razı olduğunu bildirir. İddiaçı təşkilatın möhürü ilə təsdiq olunmuş xx.xx.2024-cü il tarixli “Kreditin verilməsiköçürmə” adlı sənəddən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti Cavabdeh3 hesabına (Cari hesabın nömrəsi: 020000**********, İBAN: AZ69ACAB********************) köçürülmüşdür. xx.xx.2025-ci il tarixli, OUT-2025/05/14-54 saylı maliyyə arayışından görünür ki, İddiaçı QSCnin müştərisi olan Cavabdeh3 001A********** saylı xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə borcu 15783,42 (on beş min yeddi yüz səksən üç manat 42 qəpik) manat, faiz üzrə bocu 1752,55 ( bir min yeddi yüz əlli iki manat 55 qəpik) manat, cərimə hesablanmış gecikdirilən günlərin sayı 169 gün olmaqla cərimə borcu 533,49 (beş yüz otuz üç manat 49 qəpik) manat təşkil etmiş, cəmi borcu 18069,46 (on səkkiz min altmış doqquz manat 46 qəpik) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırılması üçün "xxxx" MMC elektron ödəmə sistemi vasitəsilə dövlət büdcəsinə 144,21 (bir yüz qırx dörd manat 21 qəpik) manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli, 001A********** saylı Kredit müqaviləsi ayrılmaz tərkib hissəsi olan Ödəniş planının (1 saylı Əlavənin) təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə kredit alan Cavabdeh3 aylıq 1.9167 (bir tam on mində doqquz min yüz altmış yeddi) % dərəcəsilə verilmiş 20.000 (iyirmi min) manat məbləğində kreditin və ona hesablanmış faizlərin 24 may 2024cü il tarixdən 24 aprel 2026-cı il tarixə kimi müvafiq məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli, 001G**********01 saylı Zaminlik müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, bu müqavilə bir tərəfdən Azərbaycan Respublikasının Mərkəzi Bankının 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziyası əsasında fəaliyyət göstərən Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti 3 ünvanında qeydiyyatda olan və bundan sonra “Вank” adlandırılacaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin aşağıda imza edən nümayəndəsinin şəxsində, digər tərəfdən bundan sonra “Zamin” adlandırılacaq Cavabdeh1 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AA*******) şəxsində və bundan sonra “Borclu” adlanacaq Cavabdeh3 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət vəsiqəsi AA*******) VÖEN:********** şəxsində 29 aprel 2024-cü il tarixdə Bakı şəhərində 001A********** saylı Kredit Müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli, 001G**********02 saylı Zaminlik müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, bu müqavilə bir tərəfdən Azərbaycan Respublikasının Mərkəzi Bankının 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziyası əsasında fəaliyyət göstərən Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti 3 ünvanında qeydiyyatda olan və bundan sonra “Вank” adlandırılacaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin aşağıda imza edən nümayəndəsinin şəxsində, digər tərəfdən bundan sonra “Zamin” adlandırılacaq Cavabdeh2 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AA*******) şəxsində və bundan sonra “Borclu” adlanacaq Cavabdeh3 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət vəsiqəsi AA*******) VÖEN:********** şəxsində 29 aprel 2024-cü il tarixdə Bakı şəhərində 001A********** saylı Kredit Müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli, 001G**********03 saylı Zaminlik müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, bu müqavilə bir tərəfdən Azərbaycan Respublikasının Mərkəzi Bankının 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziyası əsasında fəaliyyət göstərən Bakı şəhəri, Yasamal rayonu, 1033-cü məhəllə, Tbilisi prospekti 3 ünvanında qeydiyyatda olan və bundan sonra “Вank” adlandırılacaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin aşağıda imza edən nümayəndəsinin şəxsində, digər tərəfdən bundan sonra “Zamin” adlandırılacaq Cavabdeh4 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət Vəsiqəsi AZE********) şəxsində və bundan sonra “Borclu” adlanacaq Cavabdeh3 (Şəxsiyyətini təsdiq edən sənəd: Şəxsiyyət vəsiqəsi AA*******) VÖEN:********** şəxsində 29 aprel 2024-cü il tarixdə Bakı şəhərində 001A********** saylı Kredit Müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli, 001G**********01, 001G**********02 və 001G**********03 saylı Zaminlik müqavilələrinin: 1.1-ci bəndinə əsasən, borclunun Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. 3.1-ci bəndinə əsasən, borclu Uzunmüddətli Kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zamin, kreditdən istifadə üçün faiz və Bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla Borclunun kredit müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri Bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. 3.1.2-ci bəndinə əsasən Kredit müqaviləsində kredit üzrə ödənişlərin gecikdirilməsinə görə cərimə nəzərdə tutulduğu təqdirdə Kredit müqaviləsi üzrə ödənməli olan məbləğ gecikdirilərkən Zamin hər gecikdirilən gün üçün kredit qalığının 0.02% məbləğində cərimə ödəyir. 3.1.3-cü bəndinə əsasən Kredit müqaviləsində kredit üzrə ödənişlərin gecikdirilməsinə görə gecikdirilmə faizi nəzərdə tutulduğu təqdirdə Kredit müqaviləsi üzrə ödənməli olan məbləğin va ya onun bir hissəsinin ödənilməsi gecikdirildikdə, Zamin Banka hər gecikdirilən gün üçün Kredit məbləğinin qalığına G=(İFD+(0.02%*360))/360 düstur əsasında müəyyən edilmiş faiz məbləğində gecikdirilmə faizi ödəyir. 3.1.4-cü bəndinə əsasən Borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində Banka dəymiş ziyanı, gecikdirilmə faizilərini, kreditin va faizlərin qaytarılması üzrə Bankın çəkdiyi məhkəmə xərclərini ödəmək zaminin vəzifəsidir. 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və Kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir. 4.11-ci bəndinə əsasən bununla Zamin, bu müqaviləni va Kredit müqaviləsini oxuduğunu, şərtlərini başa düşdüyünü təsdiq edir və bu şərtlərə razı olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Belə ki, "Accessbank” QSC ilə Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixli, 001A********** saylı Kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçı cavabdehə 20000.00 (iyirmi min manat) məbləğində kreditin verilməsini, cavabdeh isə həmin məbləği Ödəniş Planında razılaşdırılmış tarixlərdə Banka qaytarmağı öz öhdəsinə götürmüş, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli kreditin verilməsi-köçürmə adlı sənədə əsasən pul vəsaitinin borclunun hesabına köçürülməsi ilə kreditor tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Beləliklə də məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən ədlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 743.1-ci maddəsinə əsasən Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmçinin məhkəmə qeyd edir ki, “Kredit Alan” Cavabdeh3 Kredit müqaviləsinin tələbini pozaraq ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmadığından adına 169 gün gecikdirilmiş gün hesablanmış, xx.xx.2025-ci il tarixinə olan vəziyyətə dair əsas məbləğ üzrə borcu 15.783,42 (on beş min yeddi yüz səksən üç manat 42 qəpik) manat, faiz üzrə bocu 1.752,55 (bir min yeddi yüz əlli iki manat 55 qəpik) manat, cərimə borcu 533,49 (beş yüz otuz üç manat 49 qəpik) manat olmaqla, cəmi borcu 18.069,46 (on səkkiz min altmış doqquz manat 46 qəpik) manat təşkil etmiş, qeyd edilən hal ilə əlaqədar maliyyə cədvəli iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 740.5-ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 740.8-ci maddəsinə əsasən Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara əsasən iddiaçının cavabdehə qarşı iddia qaldırmaqda (əsas, faiz, cərimə,) subyektiv hüququnun mövcud olduğunu nəzərə alıb bununla yanaşı tələb edilmiş məbləğlərin də düzgünlüyünün müəyyən edilməsi, habelə məhkəmə araşdırmasının obyektivliyini təmin edilməsi məqsədilə 22 avqust 2025-ci il tarixli, e-2-2(123)- 293/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edərək ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. Məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə 02 dekabr 2025-ci il tarixdə daxil olmuş 28 noyabr 2025-ci il tarixli, 1130 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2024-cü il tarixli, 001A********** saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh3 "xxxx" QSC-nə xx.xx.2025-ci il tarixə olan borcu (maliyyə arayışının tarixi) əsas borc üzrə 15.722,63 AZN, faiz (23%) borcu üzrə 2.019,05 AZN olmaqla, 17.741,68 (on yeddi min yeddi yüz qırx bir manat, altmış səkkiz qəpik) manat müəyyən edilmiş, ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 001A********** saylı kredit müqaviləsində cərimə nəzərdə tutulsada, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh3 cərimə borcu hesablanmadığı göstərilmişdir. İddiaçı "Accessbank” QSC-nin iddia ərizəsində tələb etdiyi məbləğ 15783.42 manat məbləğində kredit bоrcu və 1752.55 manat məbləğində faiz bоrcu olmaqla, ümumilikdə cəmi 17.535,97 manat təşkil edir. X3 Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2025-ci il tarixli, 1130 saylı ekspert rəyinə əsasən Cavabdeh3 "xxxx" QSCnə xx.xx.2025-ci il tarixə olan borcu (maliyyə arayışının tarixi) əsas borc üzrə 15.722,63 manat, faiz (23%) borcu üzrə 2.019,05 manat olmaqla, 17.741,68 manat təşkil etdiyi göstərilmişdir. Azərbaycan Respublikasının Mlüki-Prosessual Məcəlləsinin: 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia tələbində göstərilən əsas borc və faiz borcunun məbləğləri ekspert rəyində göstərilən əsas borc və faiz borcunun məbləğlərindən fərqli olduğundan məhkəmə 28 noyabr 2025-ci il tarixli, 1130 saylı ekspert rəyinin cəm şəkildə hesablandığnda iddia tələbindən artıq olduğundan və məhkəmə üçün məcburi olmamasını əsas götürərək belə qənaətə gəlir ki, Cavabdeh3 "xxxx" QSC-nə xx.xx.2025-ci il tarixə olan borcu əsas borcu 15783.42 (on beş min yeddi yüz səksən üç manat 42 qəpik) manat, faiz üzrə borcu 1752,55 ( bir min yeddi yüz əlli iki manat 55 qəpik) manat təşkil edir. Məhkəmə iddiaçının cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 533,49 (beş yüz otuz üç manat 49 qəpik) manat cərimə məbləğinin tutulması tələbinə dair hissədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə də məhkəmə hesab edir ki, aralarında bağlanmış müqaviləyə və tələb edilən məbləğə münasibətdə 533,49 (beş yüz otuz üç manat 49 qəpik) manat cərimə məbləği mütənasib görünməkdədir və təmin edilməsi qanunamüvafiqdir. Belə ki, xx.xx.2024-cü il tarixli, 001A********** saylı Kredit Müqaviləsinin 4.1.5-ci bəndi ilə (Bank, Kredit Alan Krediti və Kredit Faizini Banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün Kredit qalığına G=(İFD+(0.02%*360))/360 düsturu əsasında müəyyən edilmiş faiz məbləğində gecikdirilmə faizi hesablamaq hüququna malikdir.) cərimələrin hesablanması nəzərdə tutulduğundan, eyni zamanda cavabdehin cərimə borcunun olması iş materiallarında olan xx.xx.2025-ci il tarixli, OUT-2025/05/14-54 saylı maliyyə arayışı əsasında təsdiq edildiyindən, iddiaçı əsas borc və faiz borcundan əlavə yaranmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Bundan əlavə xx.xx.2024-cü il tarixli, 001A********** saylı Kredit müqaviləsi əsasında müqavilədən irəli gələn öhdəliklərinin icrasını təmin ediməsi məqsədilə cavabdеh Cavabdeh1 ilə xx.xx.2024-cü il tarixli, 001G**********01 saylı, Cavabdeh2 ilə xx.xx.2024-cü il tarixli, 001G**********02 saylı və Cavabdeh4 ilə xx.xx.2024-cü il tarixli, 001G**********03 saylı zaminlik müqavilələri bağlanmış, həmin müqavilələr əsasında zaminlər kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyət daşımağı və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşımağı, müqavilə üzrə kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz üzərinə götürmüşdür. Bu hal onu deməyə əsas verir ki, zaminlər borcalanla birlikdə kreditor qarşısında birgə məsuliyyət daşıdığından krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini də icra еtməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakteri daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birətərfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfdən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilən maddələrin tələblərini nəzərə alaraq, məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli, 001G**********01, 001G**********02 və 001G**********03 saylı zaminlik müqavilələrinin 1.1-ci bəndindən də göründüyü kimi zaminlərin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 Kreditor qarşısında Borcalan Cavabdeh3 ilə birgə məsuliyyət daşıyırlar. Subsidiar məsuliyyət dedikdə isə Kreditorun bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməsi nəzərdə tutulur. (MM-in 453cü maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdеhlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə xx.xx.2024-cü il tarixli, 001A********** saylı Kredit müqaviləsi üzrə 15783,42 (on beş min yeddi yüz səksən üç manat 42 qəpik) manat məbləğində krеdit bоrcu, 1752,55 ( bir min yeddi yüz əlli iki manat 55 qəpik) manat məbləğində faiz bоrcu və 533,49 (beş yüz otuz üç manat 49 qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 18069,46 (on səkkiz min altmış doqquz manat 46 qəpik) manat məbləğində borc tutulmaqla iddia tələbi tam təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən (iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi) məbləğində hesablanır. Hazırkı iş üzrə iddianın qiymətinin 18.069,46 (on səkkiz min altmış doqquz manat 46 qəpik) manat təşkil etdiyindən qanunvericiliyə uyğun olaarq ödənilməli olan dövlət rüsumunun məbləğinin 144,21 ( bir yüz qırx dörd manat 21 qəpik) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən qanunvericiliyə uyğun olaraq iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə, ********** saylı qəbzlə ödənilmiş 144,21 (bir yüz qırx dörd manat 21 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdеhlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qanunamüvafiqdir. Bundan əlavə məhkəmənin 22 avqust 2025-ci il tarixli, e-2-2(123)-293/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsində, 02 dekabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2025-ci il tarixli, 1130 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci müştərək qaydada cavabdеhlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdеhlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 15783,42 (on beş min yeddi yüz səksən üç manat 42 qəpik) manat məbləğində krеdit bоrcu, 1752,55 ( bir min yeddi yüz əlli iki manat 55 qəpik) manat məbləğində faiz bоrcu və 533,49 (beş yüz otuz üç manat 49 qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 18069,46 (on səkkiz min altmış doqquz manat 46 qəpik) manat məbləğində borc alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli; iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** saylı qəbz ilə ödənilmiş 144,21 ( bir yüz qırx dörd manat 21 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli; məhkəmənin 22 avqust 2025-ci il tarixli, e-2- 2(123)-293/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia tələbi tam təmin edilsin. Cavabdеhlər Cavabdeh3 (AA*******; FİN: xxxxxxx; VÖEN: **********), Cavabdeh2 (AA*******; FİN: xxxxxxx), Cavabdeh4 (AZE********; FİN: xxxxxxx) və Cavabdeh1 (AA*******; FİN: xxxxxxx) müştərək qaydada müştərək qaydada 15783,42 (on beş min yeddi yüz səksən üç manat 42 qəpik) manat məbləğində krеdit bоrcu, 1752,55 ( bir min yeddi yüz əlli iki manat 55 qəpik) manat məbləğində faiz bоrcu və 533,49 (beş yüz otuz üç manat 49 qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 18069,46 (on səkkiz min altmış doqquz manat 46 qəpik) manat məbləğində borc alınaraq İddiaçı QSC-nə (VÖEN: **********)ödənilsin. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** saylı qəbz ilə ödənilmiş 144,21 ( bir yüz qırx dörd manat 21 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdеhlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-nə ödənilsin. Məhkəmənin 22 avqust 2025-ci il tarixli, e-2-2(123)-293/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri olaraq müəyyən edilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərci müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 alınaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-293/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-293/2025
13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver