Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-296/2025 15.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı cavabdeh Naxçıvan Əcəmi-Tikinti Quraşdırma ASC-yə qarşı kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı 10 iyul 2025-ci il tarixdə elektron qaydada daxil olmuş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1997-ci ildən bu günə qədər Naxçıvan "xxxx" İdarəsinin balansında olmuş və satılmış avtomaşınların satışından əldə olunan mənfəətdən ona çatan hissənin hesablanıb, ödənilməsi, həmçinin səhmlərdən əldə olunan mənfəətin və 5 (beş) aylıq əmək haqqının alınıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı müəyyən etmişdir ki, iddia ərizəsinin geri qaytarılması üçün əsaslar mövcuddur. Belə ki, məhkəmə iddiaçının ərizəsində qeyd etdiyi "xxxx" İdarəsinin balansında olmuş və satılmış avtomaşınların satışından əldə olunan mənfəətdən ona çatan hissənin hesablanıb, ödənilməsi” tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-3.5-ci maddəsinə əsasən dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. Mülki Məcəllənin yuxarıda göstərilən normasından aydın olur ki, mənfəətin bölüşdürülməsi (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) yalnız ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürlməsini müəyyən edə bilər. Bu isə Məcəllənin yuxarıda göstərilən normasına görə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir. İş materiallarında mövcud olan 11 iyun 2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı “Naxçıvan Əcəmi-Tikinti Quraşdırma Açıq Səhmdar Cəmiyyətinə məktub göndərərək Naxçıvan "xxxx" X1 Cəmiyyətində ona məxsus olan səhmlərin özgəninkiləşdirildiyini və bununla əlaqədar olaraq ona heç bir kompensasiya ödənilmədiyini qeyd etmiş, özəlləşdirilmiş səhmlərlə əlaqədar olaraq ona illər ərzində həmin səhmlərin istifadə edilməsinə görə müvafiq kompensasiyanın Naxçıvan "xxxx" X1 Cəmiyyətindən hesablanıb alınaraq ödənilməsini xahiş etmişdir. Lakin iddiaçı cəmiyyətin xalis mənfəətinin bölüşdürülməsi və ona çatası mənfəətin (gəlirin) müəyyən edilib ödənilməsi ilə bağlı Naxçıvan Əcəmi-Tikinti Quraşdırma Açıq Səhmdar Cəmiyyətinə müraciət etməyərək cavabdehlə mübahisənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq qabaqcadan məhkəmədən kənar həll edilməsi qaydasına əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1-ci və 150.1.6-cı maddələrinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bununla əlaqədar Məhkəmə verilmiş iddia tələbi üzrə iddiaçının cavabdeh Naxçıvan Əcəmi- Tikinti Quraşdırma ASC-nin icraçı direktoruna və ya icra orqanının rəhbərinə yazılı ərizə ilə müraciət edərək əldə etdiyi səhmin mənfəətindən onun payına düşən hissənin ona verilməsini xahiş etməklə, cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada dividentini almaq hüququ olduğu iddiaçı tərəfin diqqətinə çatdırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü madddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin iddia tələbində qeyd edilmiş 5 (beş) aylıq əmək haqqının alınıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbi üzrə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsində iddia qaldırıldığını, Bu Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(123)-93/2023 saylı qətnaməsi ilə iddianın rədd edildiyini, verilmiş apellyasiya şikayəti əsasında Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(108)-10/2024 saylı qətnaməsi ilə Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsində xx.xx.2023-cü il tarixli, e-2-2(123)-93/2023 saylı qətnaməsi qüvvəsində saxlanıldığından, göstərilən tələb barəssində iddia qaldırmaq hüququnun olmadığı iddiaçının diqqətinə çatdırılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Əcəmi-Tikinti Quraşdırma Açıq Səhmdar Cəmiyyətinə qarşı kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmədiyindən geri qaytarılmalı, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ödənilmiş ********** nömrəli qəbz ilə ödənilmiş 100,00 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Əcəmi-Tikinti Quraşdırma ASC-yə qarşı kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə, ********** nömrəli qəbz ilə ödənilmiş 100,00 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçının diqqətinə çatdırılır ki, iddia ərizəsinin geri qaytarılmasına dair qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə müraciət edilə bilər. Qərardaddan, onun tərəfə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəfə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-296/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-296/2025
15.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver