Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-3/2024 28.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC 26 aprel 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 2020-ci il 28 fevral tarixli 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsi üzrə 11633.83 manat əsas, 1248.01 manat faiz, 605.47 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 13487.31 manat borcun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsini, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 2021-ci il 16 iyul tarixli 4-MCR-1-1331-21/1 saylı kredit müqaviləsi üzrə 6205.96 manat əsas, 55.51 manat faiz borcu olmaqla ümumilikdə cəmi 6261.47 manat borcun və ödənilmiş 200 manat dövlət rüsumunun (mediasiya xərci), 2020-ci il 28 fevral tarixli 4- MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsi üzrə tutmanın Cavabdeh4 mülkiyyətindəki Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və borcun Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsini, Cavabdeh4 mülkiyyətindəki Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4 Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsini, həmin torpaq sahəsinin boşaldılması və Banka təhvil verilməsini, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 2020-ci il 28 fevral tarixli 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsinin və 2021-ci il 16 iyul tarixli 4-MCR-1-1331-21/1 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində 2020-ci il 28 fevral tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC-nin “Sumqayıt” filialından illik 22%-lə 36 ay müddətinə 20000 manat məbləğində kredit götürdüyünü, borcun təminatı olaraq, Cavabdeh4 mülkiyyətindəki Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsi 2020-ci il 28 fevral tarixli, 4-MGZ2-1-0-1335-20 saylı ipoteka müqaviləsi ilə yüklü edildiyini və Cavabdeh2 və Cavabdeh4 ilə 2020-ci il 28 fevral tarixli, 4-MGZ2-1-0-1335-20 saylı zaminlik müqaviləsi bağlandığını, ipoteka müqaviləsinin notarial qaydada təsdiq edildiyini, dövlət reyestrində qeydə alındığını, 2021-ci il 16 iyul tarixli, 4-MCR-1-0-1331-21 saylı kredit limitinin ayrılması müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASCnin “Sumqayıt” filialından illik 30%-lə, 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrıldığını, 2021-ci il 16 iyul tarixli, 4-MCR-1-0-1331-21/1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı ASC-nin “Sumqayıt” filialından illik 23%-lə 36 ay müddətinə 9000 manat məbləğində kredit götürdüyünü, Kreditin təminatı olaraq Cavabdeh1 və Cavabdeh4 ilə 2021-ci il 16 iyul tarixli, Z/04469/21 saylı zaminlik müqaviləsi bağlanıldığını, 2020-ci il 28 fevral tarixli, 4-MGZ2-1-0-1335-20 saylı və 2021-ci il 16 iyul tarixli, 4-MCR-1-0-1331-21/1 saylı kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin şərtlərinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 72 faizlə cərimə hesablayıb borcludan tələb etdiyini, 2022-ci il sentyabrın 30dək Cavabdeh3 2020-ci il 28 fevral tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsi üzrə banka 11633.83 manat əsas, 1248.01 manat faiz, 605.47 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 13487.31 manat borcu olduğunu, 2022-ci il sentyabrın 30-dək Cavabdeh3 2021-ci il 16 iyul tarixli, 4- MCR-1-1331-21/1 saylı kredit müqaviləsi üzrə banka 6205.96 manat əsas, 55.51 manat faiz borcu olmaqla ümumilikdə cəmi 6261.47 manat borcu olduğunu, Ttərəflər arasında 18 noyabr 2022-ci il tarixli ilkin mediasiya sessiyası keçirildiyini, xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh3 borcu ödəməkdən boyun qaçırdığını, bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verildiyini, eyni zamanda reyestr orqanına ərizə göndərildiyini, ərizənin bu orqanda qeydə alındığını, müddətin keçməsinə baxmayaraq cavabdehin bildirişə münasibətini bildirmədiyini, bank tərəfindən VÖEN sahibi olan cavabdehlərə iddia ərizəsinin surəti və əlavə olunmuş sənədlərin elektron göndərildiyini, digər Cavabdeh2 isə poçt vasitəsilə faktiki yaşadığı ünvana göndərilsədə qəbul etməkdən imtina etdiyini, Mülki Prossesual Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cavabdeh sənədi qəbul etməkdən imtina etdikdə bunun çatdırılmış, qəbul edilmiş hesab olunduğunu, tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyərinin tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunduğunu, cavabdehin kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməli, həmin əmlakın hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaitinin borcun əvəzinə yönəldilməli olduğunu qeyd etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, e-2-2(123)-67/2023 saylı iş üzrə icraata “Cavabdeh4 mülkiyyətindəki Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4 Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsini, həmin torpaq sahəsinin boşaldılması və Banka təhvil verilməsi” tələbinə dair hissədə xitam verilməsi, e-2-2(123)-67/2023 saylı işə “Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 2020-ci il 28 fevral tarixli 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsi üzrə 11633.83 manat əsas, 1248.01 manat faiz, 605.47 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 13487.31 manat borcun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsini, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 2021-ci il 16 iyul tarixli 4-MCR-1-1331-21/1 saylı kredit müqaviləsi üzrə 6205.96 manat əsas, 55.51 manat faiz borcu olmaqla ümumilikdə cəmi 6261.47 manat borcun və ödənilmiş 200 manat dövlət rüsumunun ( mediasiya xərci), 2020-ci il 28 fevral tarixli 4-MGZ2-1-0-1335- 20 saylı kredit müqaviləsi üzrə tutmanın Cavabdeh4 mülkiyyətindəki Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və borcun Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 hadan ibarət olan torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 2020-ci il 28 fevral tarixli 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsinin və 2021-ci il 16 iyul tarixli 4-MCR-1- 1331-21/1 saylı kredit müqaviləsinin ləğv edilməsi” tələbi həcmində baxılması qərara alınmışdır. İddiaçı ASC 28 fevral 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iş həcminin çoxluğunun nəzərə alınaraq məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilərək və iddialarının tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 28 fevral 2024-cü il tarixə, saat 11:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 məhkəmə hazırlıq iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 iştirakları olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir İş materiallarında olan: 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit verilməsinə dair müqavilədən görünür ki, İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmış, bank borcalana 36 ay müddətinə illik 22% dərəcəsi ilə 20000 (iyirmi min) manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. 30 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsi üzrə 11633.83 (on bir min altı yüz otuz üç manat 83 qəpik) manat əsas, 1248.01 (bir min iki yüz qırx səkkiz manat 01 qəpik) manat faiz borcu, 605.47 (altı yüz beş manat 47 qəpik) manat cərimə borcu olmaqla cəmi borcu 13487.31 (on üç min dörd yüz səksən yeddi manat 31 qəpik) manat təşkil edir. 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan (Cavabdeh4) mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını (Abşeron rayonu, Digah qəsəbəsində ünvanında yerləşən 0.10 ha torpaq sahəsi) 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana (Yelo Bank” ASC-nin Sumqayıt filialı) ipoteka ilə yüklü etmişdir. 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı zaminlik müqaviləsində görünür ki, borcalan qismində Cavabdeh3 olmaqla İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmış, 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissəhissə icra etməsi üçün zamin məsuliyyəti öz üzərinə götürmüş və zaminlə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyır. 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı zaminlik müqaviləsində görünür ki, borcalan qismində Cavabdeh3 olmaqla İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissəhissə icra etməsi üçün zamin məsuliyyəti öz üzərinə götürmüş və zaminlə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyır. 28 fevral 2020-ci il tarixli “Ödəniş cədvəli”dən (4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsinə 1 saylı əlavədən) görünür ki, Cavabdeh3 illik 22% dərəcəsi ilə, 36 ay müddətinə 20000 (iyirmi min) manat məbləğində verilmiş kreditin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aylar üzrə ödənilməsi nəzərdə tutulmuş, əsas borcdan əlavə 36 ay müddətində ödənilməli olan faiz 7497.11 (yeddi min dörd yüz doxsan yeddi manat 11 qəpik) manat məbləğində olmaqla ümumilikdə ödənilməli olan məbləğ 27497.11 (iyirmi yeddi min dörd yüz doxsan yeddi manat, 11 qəpik) manat təşkil etmişdir. 30 sentyabr 2020-ci il tarixli “28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı Kredit Müqaviləsinə Əlavə Saziş 1”-dən görünür ki, müqavilə üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmış və müqavilə üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil edilmişdir. Həmçinin borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu sazişə əlavə edilmiş ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirilməsi və müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil etməsi müəyyənləşdirilmişdir. 30 sentyabr 2020-ci il tarixli “Ödəniş cədvəli”dən (4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsinə 1 saylı əlavədən) görünür ki, Cavabdeh3 illik 22% dərəcəsi ilə, güzəşt müddəti 3 ay olmaqla 29 ay müddətinə 17505.22 (on yeddi min beş yüz beş manat iyirmi iki qəpik) manat məbləğində verilmiş kreditin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aylar üzrə ödənilməsi nəzərdə tutulmuş, əsas borcdan əlavə 29 ay müddətində ödənilməli olan faiz 5621.80 (beş min altı yüz iyirmi bir min manat, səksən qəpik) manat məbləğində olmaqla ümumilikdə ödənilməli olan məbləğ 23127.02 (iyirmi üç min yüz iyirmi yeddi manat iki qəpik) manat təşkil etmişdir. 30 sentyabr 2020-ci il tarixli “28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı X2 Saziş 1”-dən görünür ki, müqavilənin bağlı olduğu 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsi üzrə kredit üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil etmiş və kredit müqaviləsi üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil etməsi müəyyənləşdirilmişdir. 30 sentyabr 2020-ci il tarixli “28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı X2 Saziş 1”-dən görünür ki, müqavilənin bağlı olduğu 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsi üzrə kredit üzrə əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay təşkil etmiş və kredit müqaviləsi üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil etməsi müəyyənləşdirilmişdir. 25 oktyabr 2021-ci il tarixli “28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı Kredit Müqaviləsinə Əlavə Saziş 1”-dən görünür ki, müqavilə üzrə kreditin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmış, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu sazişə əlavə edilmiş ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirilməsi və müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil etməsi müəyyənləşdirilmişdir. 25 oktyabr 2021-ci il tarixli “Ödəniş cədvəli”dən (4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsinə 1 saylı əlavədən) görünür ki, Cavabdeh3 illik 22% dərəcəsi ilə, 17 ay müddətinə 12694.05 (on iki min altı yüz doxsan dörd manat beş qəpik) manat məbləğində verilmiş kreditin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aylar üzrə ödənilməsi nəzərdə tutulmuş, əsas borcdan əlavə 17 ay müddətində ödənilməli olan faiz 2617.55 (iki min altı yüz on yeddi manat əlli beş qəpik) manat məbləğində olmaqla ümumilikdə ödənilməli olan məbləğ 15311.60 (on beş min üç yüz on bir manat altmış qəpik) manat təşkil etmişdir. 25 oktyabr 2021-ci il tarixli “28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı X2 Saziş 1”-dən görünür ki, müqavilənin bağlı olduğu 4-MGZ2-1-0-1335-20 saylı, 28 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil etməsi müəyyənləşdirilmişdir. 25 oktyabr 2021-ci il tarixli “28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı X2 Saziş 1”-dən görünür ki, müqavilənin bağlı olduğu 4-MGZ2-1-0-1335-20 saylı, 28 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil etməsi müəyyənləşdirilmişdir. 16 iyul 2021-ci il tarixli, 4-MCR-1-1331-21/1 saylı “Kredit limitinin ayrılmasına dair müqavilə”dən görünür ki, İddiaçı ASC-nin Sumqayıt filialı tərəfindən Cavabdeh3 illik 30% dərəcəsi ilə, 120 ay müddətinə 100000 (bir yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. 16 iyul 2021-ci il tarixli, 4-MCR-1-1331-21/1 saylı kredit verilməsinə dair müqavilədən görünür ki, İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmış, bank borcalana 36 ay müddətinə illik 23% dərəcəsi ilə 9000 (doqquz min) manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. 30 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 16 iyul 2021-ci il tarixli, 4- MCR-1-1331-21/1 saylı kredit müqaviləsi üzrə 6205.96 (altı min iki yüz beş manat, 96 qəpik) manat əsas, 55.51 (əlli beş manat, 51 qəpik) manat faiz borcu olmaqla cəmi borcu 6261.47 (altı min iki yüz altmış bir manat 47 qəpik) manat təşkil edir. 16 iyul 2021-ci il tarixli “Ödəniş cədvəli”dən (4-MCR-1-1331-21/1 saylı kredit müqaviləsinə 1 saylı əlavədən) görünür ki, Cavabdeh3 illik 23% dərəcəsi ilə, 36 ay müddətinə 9000 (doqquz min) manat məbləğində verilmiş kreditin xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək aylar üzrə ödənilməsi nəzərdə tutulmuş, əsas borcdan əlavə 29 ay müddətində ödənilməli olan faiz borcu 3541.93 (üç min beş yüz qırx bir manat doxsan üç qəpik) manat məbləğində olmaqla ümumilikdə ödənilməli olan məbləğ 12541.93 (on iki min beş yüz qırx bir manat doxsan üç qəpik) manat təşkil etmişdir. 16 iyul 2021-ci il tarixli, Z/04468/21 saylı zaminlik müqaviləsində görünür ki, İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmış, 16 iyul 2021-ci il tarixli, 4-MCR- 1-1331-21/1 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin öz üzərinə götürmüş və zaminlə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyır. 16 iyul 2021-ci il tarixli, Z/04469/21 saylı zaminlik müqaviləsində görünür ki, İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış, 16 iyul 2021-ci il tarixli, 4-MCR- 1-1331-21/1 saylı kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün zamin məsuliyyəti öz üzərinə götürmüş və zaminlə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2020-ci il tarixli məxaric qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 15000 (on beş min) manat kredit məbləği ödənilmişdir. xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 1474 (bir min dörd yüz yetmiş dörd) manat kredit məbləği ödənilmişdir. xx.xx.2021-ci il tarixli məxaric qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 8817 (səkkiz min səkkiz yüz on yeddi) manat kredit məbləği ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı Çıxarışdan görünür ki, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən Cavabdeh4 xüsusi mülkiyyətində olan ümumi sahəsi 0.10 ha olan, **********80 reyestr nömrəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 1008 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışın surətindən görünür ki, Abşeron rayonu Digah qəsəbəsində yerləşən Cavabdeh4 mülkiyyətində olan 0.10 ha torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2022-ci il tarixdə verilmiş müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, İddiaçı ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə təsdiqetmə bildirişindən görünür ki, 30 AZN məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh3 arasında 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı və 16 iyul 2021-ci il tarixli, 4-MCR-1-1331-21/1 saylı kredit müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən bank tərəfindən borcalana kredit müqavilələrində göstərilmiş şərtlərə uyğun olaraq 20000 manat və 9000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda Kredit məbləğlərinin verilməsi iş materiallarında olan kassa məxaric orderi və məxaric qəbzləri öz təsdiqini tapmışdır. Borcalan ödəniş qrafiklərinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri, kreditin əsas məbləğini və ona hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı 28 fevral 2020-ci il tarixli, 4- MGZ2-1-0-1335-20 saylı müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə mülkiyyət hüququ Cavabdeh4 məxsus Abşeron rayonu, Digah qəsəbəsin ünvanında yerləşən 0.10 ha torpaq sahəsi ipoteka müqaviləsi əsasında İddiaçı ASC-nin Sumqayıt filialının xeyrinə yüklü edilmişdir. Həmçinin 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı və 16 iyul 2021-ci il tarixli, 4-MCR-1-1331-21/1 saylı müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün öhdəliklərin icrasının təmini üsullarından biri olan zaminlik müqavilələri bağlanmışdır. Belə ki, 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsi üzrə ayrı-ayrılıqda zaminlik müqavilələri bağlanılaraq Cavabdeh4 və Cavabdeh2 zamin kimi üzərlərinə məsuliyyət götürmüşdür. Bununla yanaşı 16 iyul 2021-ci il tarixli, 4-MCR-1-1331-21/1 saylı kredit müqaviləsi üzrə də ayrı-ayrılıqda zaminlik müqavilələri bağlanılaraq Cavabdeh4 və Cavabdeh1 zamin kimi üzərlərinə məsuliyyət götürmüşlər. Beləliklə hazırkı vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsaasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, Cavabdeh3 kredit üzrə əsas və faiz məbləğlərini müqavilələrə əlavə olan ödəniş qrafikləri əsasında ödəməyərək üzərinə düşən öhdəliyi icra etməkdən boyun qaçırmışdır. Bu hal isə iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Beləliklə, iddiaçı pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilməsi hissədə cavabdehə qarşı tələb hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək və tələbin elmi cəhətdən düzgünlüyünün araşdırılması məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2023-cü il tarixli, 638 nömrəli rəyindən görünür ki, 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0- 1335-20 saylı kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borclarının hansı qaydada silinməsi hesabdan çıxarış məlumatlarmda öz əksini tapmış və aparılan tədqiqat zamanı Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 İddiaçı ASC-yə əsas borc üzrə 11633.83 manat, faiz borcu üzrə 1248.01 manat, cərimə borcu üzrə 605.47 manat olmaqla ümumilikdə 13487.31 manat məbləğində borcu İddiaçı ASC tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən düzgün hesablanması müəyyən edilmiş, 16 iyul 2021-ci il tarixli, 4-MCR-1-1331- 21/1 saylı kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borclarının hansı qaydada silinməsi hesabdan çıxarış məlumatlarında öz əksini tapmış və tədqiqat zamanı Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 İddiaçı ASC-yə əsas borc üzrə 6205.96 manat, faiz borcu üzrə 55.51 manat olmaqla ümumilikdə 6261.47 manat məbləğində borcu İddiaçı ASC tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən düzgün hesablanması müəyyən edilmişdir. Məhkəmə bildirir ki, ekspert rəyində 4-MCR-1-1331- 21/1 saylı kredit müqaviləsi üzrə borcu olan şəxslərdən biri kimi Cavabdeh2 qeyd edilmişdir. Lakin 4-MCR-1-1331-21/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 cavabdeh olmadığından və həmin kredit müqaviləsi üzrə cavabdehlərdən biri Cavabdeh1 olduğundan, məhkəmə bu halı texniki səhvlik kimi qəbul edərək 4-MCR-1-1331-21/1 saylı kredit müqaviləsi üzrə borcun aid olduğu cavabdehlərdən birinin Cavabdeh2 deyil, Cavabdeh1 olduğu qənaətindədir. Bununla yanaşı Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək rəyi real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edib həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyul 2023-cü il tarixli, 638 nömrəli məhkəmə eksperizasının rəyi (məhkəmə-mühasibatlıq ekspertizasının rəyi, texniki səhvlik istisna olmaqla) mötəbər sübut kimi qəbul edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010cu il tarixli qərarı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir.İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlərdən əlavə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iş üzrə tərəflər arasında bağlanmış 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı ipoteka müqaviləsi ilə bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən Girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 307.6-cı maddəsinə əsasən İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Əsas öhdəliyin xitamı, o cümlədən etibarsızlığı ipoteka müqaviləsinin də xitamına səbəb olduğu halda, sonuncunun xitamı heç bir halda əsas öhdəliyin xitamına gətirib çıxarmır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. Həmin qanunun 4.1.1-ci və 4.1.2-ci maddələrinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər də daxil edilməklə tam həcmdə təmin edilir. 4.1.4-ci maddəsinə əsasən ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.5-ci maddəsinə əsasən İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İddia tələbinin 2020-ci il, 28 fevral tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsi üzrə tutmanın Cavabdeh4 mülkiyyətindəki Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və borcun Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlamışlar. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırkı iş üzrə ipoteka predmeti olan Abşeron rayonu, Digah qəsəbəsində ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin real bazar və likvid qiymətinin müəyyən edilməsi üçün “Məhkəmə-qiymətləndirmə” ekspertizası təyin edilmişdir. Nəticə olaraq 01 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə şirkətinin məktubu məhkəməyə daxil olmuşdur. Həmin məktubda torpaq sahəsinin bazar və likvid dəyərinin müəyyən edilməsi üçün təqdim edilmiş əlaqə nömrələri ilə Niyaməddinlə əlaqə saxlanıldığı, cavabdehin qiymətləndirmə üçün baxış keçirməyə şərait yaratmadığı və bankla artıq razılığa gəlindiyini və qiymətləndirmənin keçirilməsinə zərurət qalmadığını bildirdiyi göstərilmişdir. Məhkəmə qeyd edilən bu halı yəni bankla razılığa gəlinibgəlinmədiyi halını aydınlaşdırmaq üçün iddiaçıya 04 noyabr 2023-cü il tarixdə məktub ünvanlamış, həmin məktuba cavab olaraq iddiaçı tərəfindən 13 noyabr 2023-cü il tarixdə ünvanlanmış məktubdan müəyyən olunmuşdur ki, tərəflər arasında heç bir razılıq əldə olunmamışdır. Məhkəmə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsini əsas götürərək yenidən 17 noyabr 2023-cü il tarixdə iş üzrə “Məhkəmə-qiymətləndirmə” ekspertizası təyin etmişdir. Nəticə olaraq 17 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə şirkətinin məktubu məhkəməyə daxil olmuşdur. Həmin məktubda isə torpaq sahəsinin bazar və likvid dəyərinin müəyyən edilməsi üçün təqdim edilmiş əlaqə nömrələri ilə Niyaməddinlə əlaqə saxlanıldığı, cavabdehin qiymətləndirmə üçün baxış keçirməyə şərait yaratmadığı və bankla öz məsələlərini məhkəmədə həll edəcəklərini və qiymətləndirmənin keçirilməsinə zərurət qalmadığını, heç kimi torpaq sahəsinə yaxın buraxmayacağını, öz narazılığını kobud şəkildə bildirdiyi qeyd edilmişdir. Belə ki, məhkəmə tərəfindən iki dəfə “Məhkəmə-qiymətləndirmə” ekspertizası təyin olunmağına baxmayaraq cavabdeh tərəfindən torpaq sahəsinin qiymətləndirilməsi üçün ekspertizanın həyata keçirilməsinə şərait yaradılmamışdır. Həmçinin məhkəmə tərəfləri məhkəmə prosesi gedişatında bir araya gətirə bilmədiyindən ipoteka predmetinin ilkin satış qiyməti barədə ipoteka qoyanla ipoteka saxlayan arasında razılıq əldə edilə bilməmişdir. Bu səbəbdən də məhkəmə Cavabdeh4 mülkiyyətindəki Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinin tərəflər arasında bağlanmış “İpoteka müqaviləsi”ndə göstərilmiş 30000 (otuz min) bazar qiymətinə uyğun olaraq açıq hərraca çıxarılması qənaətindədir. Məhkəmə “Satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” tələbinə münasibətdə bildirir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, onun, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malik olması iddiaçının bu tələbində haqqlı olduğunu göstərir. Belə ki, “Satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” tələbi təmin edilməlidir. Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə yuxarıda qeyd edilən Mülki məcəllənin Normasına və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına əsasən “2020-ci il 28 fevral tarixli 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsinin və 2021-ci il 16 iyul tarixli 4-MCR-1-1331-21/1 saylı kredit müqaviləsinin ləğv edilməsi” hissəsində iddia tələbinin təmin edilməməsi qənaətindədir. Belə ki, iş materiallarında iddiaçının cavabdehə müqavilənin ləğv edilməsinə dair təklif etməsi halını təsdiq edən müvafiq sənəd mövcud deyildir. Yəni təklif edilməsi halı və ya cavabdehin bundan imtina etməsi halını təsdiq edəcək hər hansı sübut iş materiallarında öz əksini tapmamışdır. Lakin qanunvericilyin göstərişinə əsasən müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Belə ki, iddiaçı mediasiya xərclərini ödədiyindən və ödənilmiş 200 manat mediasiya xərci hazırkı tələbi ilə bağlı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumun əhatə etdiyindən iddiaçı tərəf dövlət rüsumundan azad olmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-cü maddələrinə uyğun olaraq 16 iyul 2021-ci il tarixli, 4-MCR-1-1331-21/1 saylı kredit müqaviləsindən irəli gələn hazırkı tələbi ilə bağlı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan, dövlət rüsumunun məbləği 82.61 (səksən iki manat, altmış bir qəpik) manat təşkil edir. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddələrinə uyğun olaraq 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsindən irəli gələn hazırkı tələbi ilə bağlı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan, dövlət rüsumunun məbləği 130.46 (bir yüz otuz manat, qırx altı qəpik) manat təşkil edir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən müvafiq normalarına uyğun olaraq 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsindən irəli gələn tələbə uyğun olaraq iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 130.46 (bir yüz otuz manat, qırx altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınmalı, 16 iyul 2021-ci il tarixli, 4-MCR-1- 1331- 21/1 saylı kredit müqaviləsindən irəli gələn tələbə uyğun olaraq iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 82.61 (səksən iki manat, altmış bir qəpik) manat məbləğində dövlət rüsumu isə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qanunun qeyd edilən müddəasının məzmunundan belə məlum olur ki, cavabdeh hazırkı tələb üzrə ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən iddiaçı tərəfindən Naxçıvan Mediasiya təşkilatına ödənilmiş 200 manat məbləğində İMS xərci cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0- 1335-20 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 11633.83 manat, faiz borcu üzrə 1248.01 manat, cərimə borcu üzrə 605.47 manat olmaqla ümumilikdə 13487.31 manat alınıb İddiaçı ASC-yə ödənilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 16 iyul 2021-ci il tarixli, 4-MCR-1-1331- 21/1 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 6205.96 manat, faiz borcu üzrə 55.51 manat olmaqla ümumilikdə 6261.47 manat alınıb İddiaçı ASC-yə ödənilməli, 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsindən irəli gələn tələbə uyğun olaraq iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 130.46 (bir yüz otuz manat, qırx altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınmalı, 16 iyul 2021-ci il tarixli, 4-MCR-1- 1331-21/1 saylı kredit müqaviləsindən irəli gələn tələbə uyğun olaraq iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 82.61 (səksən iki manat, altmış bir qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 oğlundan müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınmalı, iddiaçı tərəfindən Naxçıvan Mediasiya təşkilatına ödənilmiş 200 manat məbləğində İMS xərci cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməli, iddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 45 manat məbləği cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada alınıb İddiaçı ASC-yə ödənilməli, 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsinə əsasən yaranmış, məhkəmə tərəfindən ödənilməsi müəyyən edilən müvafiq borç məbləğləri ödənilmədiyi təqdirdə tutma ipoteka predmeti olan Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinə yönəldilməli, 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsinə üzrə ipoteka predmeti olan Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsi tərəflər arasında bağlanmış “İpoteka müqaviləsi”ndə göstərilmiş 30000 (otuz min) bazar qiymətinə uyğun olaraq açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh3 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, artıq qalan məbləğ cavabdeh-ipotekaqoyan Cavabdeh4 özünə qaytarılmalı, iddiaçının satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” tələbi təmin edilərək ipoteka predmetinin satışından götürülən məbləğ 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 kredit müqaviləsindən yaranan borc məbləğlərinə münasibətdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, onun, çatışmayan məbləği, borclunun başqa əmlakından tutululmalı və iddia tələbi qalan hissədə yəni “2020ci il 28 fevral tarixli 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsinin və 2021-ci il 16 iyul tarixli 4-MCR-1- 1331-21/1 saylı kredit müqaviləsinin ləğv edilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335- 20 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 11633.83 manat, faiz borcu üzrə 1248.01 manat, cərimə borcu üzrə 605.47 manat olmaqla ümumilikdə 13487.31 manat, alınıb İddiaçı ASC-yə ödənilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 16 iyul 2021-ci il tarixli, 4-MCR-1-1331-21/1 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 6205.96 manat, faiz borcu üzrə 55.51 manat olmaqla ümumilikdə 6261.47 manat alınıb İddiaçı ASC-yə ödənilsin. 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsindən irəli gələn tələbə uyğun olaraq iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 130.46 (bir yüz otuz manat, qırx altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınsın. 16 iyul 2021-ci il tarixli, 4-MCR-1-1331-21/1 saylı kredit müqaviləsindən irəli gələn tələbə uyğun olaraq iddia ərizəsi verilərkən dövlət büdcəsinə ödənilməli olan 82.61 (səksən iki manat, altmış bir qəpik) manat məbləğində dövlət rüsumu isə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınsın. İddiaçı tərəfindən Naxçıvan Mediasiya təşkilatına ödənilmiş 200 manat məbləğində İMS xərci cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. İddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 45 manat məbləğ cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada alınıb İddiaçı ASC-yə ödənilsin. Yuxarıda qeyd edilmiş 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsinə əsasən yaranmış, məhkəmə tərəfindən ödənilməsi müəyyən edilən müvafiq borç məbləğləri ödənilmədiyi təqdirdə tutma ipoteka predmeti olan Abşeron rayonu, Digah qəsəbəsində yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsinə yönəldilsin. 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsinə üzrə İpoteka predmeti olan Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.10 ha-dan ibarət olan torpaq sahəsi tərəflər arasında bağlanmış “İpoteka müqaviləsi”ndə göstərilmiş 30000 (otuz min) manat bazar qiymətinə uyğun olaraq açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh3 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ Cavabdeh4 özünə qaytarılsın. İddiaçının “Satışdan əldə olunmuş vəsaitin 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsi üzrə qətnamənin həmin hissədə icrasına kifayət etmədiyi halda qətnamə 28 fevral 2020-ci il tarixli, 4-MGZ2-1-0-1335-20 saylı kredit müqaviləsi üzrə qalan hissədə ümumi qaydada icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, o, tərəflərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov..
Məhkəmə qərarları › İş №e-2-2(123)-3/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-3/2024
28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver