Məhkəmə qərarları › İş №e-2-2(123)-30/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-30/2025

15.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-30/2025 15.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı 24 oktyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən (keçmiş Gəmiqaya Şirkəti MMC-dən) ödənilməmiş 23812 (iyirmi üç min səkkiz yüz on iki) manat pulun və dövlət rüsumu qismində ödədiyim 162 (bir yüz altmış iki) manat pulun, ümumillikdə 23974 (iyirmi üç min doqquz yüz yetmiş dörd) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində Naxçıvan şəhəri "xxxx" MMC-nin müdiri Volkan Özer ilə 11 noyabr 2022ci il tarixdə, 51 nömrəli podrat müqaviləsi bağladığını, müqavilə bağladıqdan sonra “Ayaqaltıların quraşdırılıb sökülməsi” olaraq fəaliyyət göstərməyə başladıqlarını, 2023-cü ilin fevral ayında Naxçıvan şəhər Heydər Məscidinin tikintisinə başlanıldığını, 2023-cü ilin may ayında isə yekunlaşdığını, həmin vaxt Heydər Məscidi ilə bərabər bir çox yerlərdə Naxçıvan şəhər Asan Xidmət Mərkəzinin binasının tikintisi, Arkoz İnşaat Şirkəti MMC-də təmir işləri, Naxçıvan Qarnizonu Hərbi Xəstəxanada tikintisi, Türk Konsulluğunda təmir işlərinin aparıldığını, bütün qeyd etdiyi görülmüş işlərin yekun məbləğinin 77875 (yetmiş yeddi min səkkiz yüz yetmiş beş) manat dəyərində olduğunu, həmin vaxt ona 77875 (yetmiş yeddi min səkkiz yüz yetmiş beş) manat pul ödənilməli olduğunu, lakin Cavabdeh MMC ( Gəmiqaya şirkəti MMC) tərəfdindən ona 54062.86 (əlli dörd min altmış iki manat səksən altı) manat pul ödənildiyini, Cavabdeh MMC ( Gəmiqaya şirkəti MMC) tərəfindən 23812 (iyirmi üç min səkkiz yüz on iki) manat qalıq yarandığını, ödənilməmiş qalıq 23812 (iyirmi üç min səkkiz yüz on iki) manat pulun bu günədək Cavabdeh MMC (Gəmiqaya şirkəti MMC) tərəfdindən ona ödənilmədiyini, dəfələrlə müraciət etməsinə baxmayaraq hər dəfəsində ona əsassız cavablar verilərək borcun ödənilmədiyini, məbləğ ona tam ödənilmədiyindən onun öz işçilərinin əmək haqqlarını tam ödəyə bilmədiyini, bu səbəbdən də həmin işçilərin əmək haqqlarının ödənilməsi üçün həyat yoldaşı X3 adına "xxxx" ASC-dən 2023-cü il tarixdə 48 ay müddətinə illik 27% dərəcəsində 8700 manat pul vəsaiti götürdüyünü, lakin hələ də işçilərinin bir qisminə gördükləri işin tam qarşılığını ödəyə bilmədiyini, Cavabdeh MMC (Gəmiqaya şirkəti MMC) ilə arasında bağlanmış 11 noyabr 2022-ci il tarixli, 51 nömrəli podrat müqaviləsinin 4-cü bəndində əsasən: Görülən işlərin həcminin Tərəflərin birgə iştirakı ilə müəyyən edildiyini və işlərin görülməsinə dair muzdun Müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edildiyini və (12) ay müddətində ödəmə həyata keçirildiyini, hazırkı Müqavilə üzrə hesablaşmaların bank hesabına köçürmə yolu ilə həyata keçirildiyini, Hesablaşmanın Azərbaycan manatı ilə ödənildiyini, Cavabdeh MMC (Gəmiqaya şirkəti MMC) tərəfindən ona ödənilməli olan 23812 (iyirmi üç min səkkiz yüz on iki) manatın bu günədək ödənilmədiyini, beləliklə də hüquqlarının Cavabdeh MMC (Gəmiqaya şirkəti MMC) tərəfindən kobut şəkildə pozulduğunu qeyd etməklə ərizəsini əsaslandırmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci, 385.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 443.2-ci, 448.1-ci, maddələrinə, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 15 avqust 2025-ci il tarixə, saat 16:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə elektron qaydada məhkəməyə vəsatət göndərərək, həmin vəsatətində Məhkəmənin icraatında olan e-2-2(123)- 30/2025 saylı iş üzrə ekspert rəyi təqdim olunduğunu və həmin ekspert rəyi üzrə qalıq borc məbləğinin mövcud olmadığı müəyyənləşdirildiyini, iş üzrə xx.xx.2025-ci il tarixdə, saat 16:05-də baxış iclasını iştirakları olmadan keçirilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəfi qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsini və xəbərdar edilməsi barədə sənədlərin iş materiallarında olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdeh tərəfin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında: 2023-cü ili fevralın 22-də işə dəvət olunduğunu, özünün iskələ ustası olduğunu və davamlı işləməyə başladığını, orada Sərkan Özerin qardaşı Volkan Özerin də olduğunu, həmin şəxsin sənəd gətirdiyini, ona qol çəkməsini tələb etdiklərini, həmin sənədin qiymət cədvəli olduğunu, özünün qiymət cədvəlinə baxdığını, əvvəlcə onunla razılaşdıqlarını, sonra “sizə pul vaxtlıvaxtında veriləcək, bizi tərk etməyin” dediklərini, may ayının 10-u Heydər Məscidinin baxışına prezidentin gələcəyini, onlarında kimin işi varıydısa işlədiklərini, onlara gələndə hamının gözüyumulu “Bunlara halal olsun, bunların hesabına ayın 10-na təhvil verildi məscid” deyib qol çəkdiklərini, özünün altı min manat zərər çəkdiyini, gedib qiymət cədvəlini dəyişdirib gətirdiklərini, Asəf Quliyevin “bəs belə Turqut müəllim deyir ki, hörümçək iskələlərini 50 qəpiyə yox 30 qəpiyə veririk” dediyini, 30 000 kv hörümçək iskələləri olduqlarını, 20 qəpikdən ziyana gedəndə 6000 etdiyini, yenə də “eybi yox” dediyini, ondan sonra pul haqq-hesabına gəldikdə 3 ay işlədiyi üçün 24 000 manat etdiyini, sonra dəfələrlə şirkətə pullarını tələb etməyə getdiklərini, tək özünün yox onun kimi 50 dənə işçinin də iş gördüyünü, dövlətdən alacaqları olduğunu dediklərini, ondan sonra yenə onu ASAN Xidmətə dəvət etdiklərini, onların hamısının pulunu aldıqlarını, özünə 54 000 manat pul verildiyini, hətta qəbz kimi verildiyini, onun da məhkəmədə olduğunu, Volkan Özerin ona “get bunu al, gələrsən gələn həftədən sonra 23 000 sənə yenə ödəyəcəyik” dediyini, onun isə “yox vurursunuzsa qaimənin hamısını vurun” deyə cavab verdiyini, Volkan Özerin isə “get bunu al şükür elə. Sənin pulunu dövlət kəsib” deyə cavab verdiyini, özünün Tikinti Komitəsinə getdiyini, Tikinti Komitəsində Cəfər müəllimin olduğunu, ona “mənim pulumu nəyin əsasında kəsmisiniz?” dediyini, onun da “tək sən deyilsən neçə nəfər gəlib ki, mənim pulumu Gəmiqaya kəsib” dediyini, özünün təzədən Volkan Özerin yanına gəldiyini, ona pulunun kəsildiyini dediyini, onun isə “gəl anlaşaq sənə 10 000 manat pul verim. 13 000 manatı bağışla bizim şirkətə, bizim şirkətin vəziyyəti pisdir. Gələcəkdə sənə Şərurda iş verəcəyik, şəxsən sənə söz verirəm” dediyni, özünün də “ehtiyac deyil, mənə 20 000 vurun, 3 000 də şirkətə bağışlayaram” deyə cavab verdiyini, sonra “get gələn həftə gələrsən, Emin Ucar burda yoxdur” dediyini, onun da yaxşı dediyini, gələn həftə yenə işçiləriylə bərabər ASAN Xidmətdə işlədiklərini, yenə getdiyi zaman “20 gündən sonra gəl” dediklərini, 10 gün keçdikdən sonra gedib “mən işçilərə pul verməliyəm” dediyini, ondan sonra Volkan Özerin isə “mən sənə söz verirəm gələn həftənin 1-ci günü gələrsən, sənin pulunun hamısını ödəyəcəyik” dediyini, gələn həftənin 1-ci günü getdiyi zaman Volkan Özerin işdən çıxdığını öyrəndiyini, ondan sonra Emin bəyin yanına gəldiklərini və “belə məsciddən olan pulmuz kəsilib” dediklərini, Emin bəyin isə “mənim heç kimdə bir qəpiyim qalmayıb, onu da ödəyəcəm” dediyini, ondan sonra dəfələrlə getdisə də, mühafizəçilərə “bu adam gəlsə qəbul eləməyin” deyə tapşırıqlar verildiyini, son 3 aydır şirkətə getsə də “şirkətin həyətinə belə qoymayın” dediklərini, Volkan Özerin “dövlətdən alıb sənə vermişəm iskələni, döşəmə dik var onu 4 manata dövlətə göndərmişəm, 2 manat 30 qəpik verib, mən də 30 qəpik ordan xeyir tutmuşam, 2 manata vermişəm sənə” dediyini, özünün isə ”mənə iki manat desəydiniz bu işi görməzdim. Mən beş manata danışmışdım, sonra qiymət cədvəlini dəyişib elədilər dörd manat, dörd manatla razılaşıb qol çəkmişik” deyə cavab verdiyini, sonra yalan ifadə işlədərək Volkan Özerə “gedirəm Dövlət Təhlükəsizlik Xidmətinə” dediyini, Volkan Özerin isə ”getmə anlaşacağıq, beş min vurum sənin hesabına, on beşi gələrsən” dediyini, ancaq onun isə “vurursansa hamısını vur” dediyini, ondan sonra Volkan Özerin onu aldadıb Türkiyəyə getdiyini, Məscidin tikintisinə cavabdeh olan şəxs Sədrəddin Hüsyenovun şəxsən “mən elə bilirdim 3 000 manatdı, bilmirdim 23 000 manatdı” dediyini, hətta qardaşına “Gəlin deyəcəm hər ay 3 000, 5 000 manat vursunlar, gəlin Gürcüstanda işləyin. Otel tikilir” deyə təklif irəli sürdüyünü, amma vurmayacaqlarını bildiyini, "xxxx" Şirkətinin borcunun, verəcəyinin çox olduğunu, bəzi adamlara “gündə sənə min ədəd tuğla verəcəm” dediklərini, bunun da gündə 400 manat pul etdiyini, özünün onlara “mənə 20000 manatlıq, hətta 15 000 manatlıq dəmir verin mən heç yerə şikayət etməyim” deyə təklif verdiyini bildirmişdir. İddiaçı verilən suallara cavabında isə 15 000 manatlıq dəmir versələr, razılaşacağını, 23.000 manat ona vurulandan sonra məlum məsələdir ki, 6000 manatın sığortaya tutulduğunu, 15.000 manatlıq dəmiri verdikdən sonra satıb borclarını qarşılayacağını bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında: Sistemə baxanda həmin şəxsə borclarının görünmədiyini, borcun nə əsasında yaranmağına dair sənəd təqdim etmələrini, hansı ki bunun Akt və ya elektron qaimə kimi işin görülüb lakin ödənilmədiyini təsdiq etməsini, 23000 manat borcun hardan yarandığının onlara məlum olmadığını, vurulan elektron qaimələrə qarşı pulların ödənildiyini bildirmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında: şirkətə dəfələrlə getdiyini, Asəf Quliyev və adı çəkilən digər adamların hamısının işdən çıxdığını, nə vaxt desə, gəlib onun pulunun kəsri ilə bağlı orada çıxış edə biləcəklərini dediklərini, Volkan Özerin ona qurduğu iskələnin pulunu verdiyini, həmin pulu 78 qəpikdən verdiyini, amma taxta döşəmənin pulunu verməyəcəyini dediyini, niyə vermədiyini soruşduqda isə onu dövlətdən altı manatdan verməsi üçün altı manatdan yazdırdığını, dövlətin ona 2 manat 80 qəpikdən verdiyini, ordan 80 qəpik özünə kar götürdüyünü, ona 2 manatdan yazdığını dediyini, o da əvvəldən 2 manatdan desə idi, heç kimin o işi görməyəcəyini, onun pulunun ayaqaltı döşəmədə olduğunu, iskələdə olmadığını dediyini,möhürlə olan Forma 2 aktlarının hamısının onlarda olduğunu, ona verilmədiyini, bundan əlavə ona ödənilən fakturaların da olduğunu, nə imzanın, nə də bir şeyin olduğunu, ona bu cür verildiyini, amma onun pulunu ödədiklərini, ona nə sənəd verilibsə heç birində imza olmadığını bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahında: Şirkətə həmin məsələni bildirdiyini, lakin şəxsə qarşı heç bir borcun görünmədiyini dediklərini, görülən işlərin dəyərinin ödənildiyini, ona görə də dəmir və ya iskələnin verilməsinə razılıq bildirmədiklərini, Forma 2 aktlarında imzaların əslinin olduğu sənədləri istədiyini, çünki onlarda olan Forma 2 X5 tərəfindən imzalanandan sonra həm də möhür vurulmalı olduğunu, bu işlə bağlı hələ ki Forma 2 sənədlərini əldə edə bilmədiyini, möhürlərin və imzaların əslinin olduğu sənədlə tanış olmaq istədiyini, o haqda məlumatının olmadığını, o sənədləri ümumiyyətlə görmədiyini bildirmişdir. Şahid1 30 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahatında 2023-cü ilin fevral ayı işə başlayanda Sədrəddin Hüseynovun onları Cavabdeh-nə çağırdığını, onun oranın şantiya şefi olduğunu, birinci qiymət danışıldığını, əvvəlcə dövlətin Cavabdeh-nə, yəni köhnə “Gəmiqaya” şirkətinə qiyməti 5 manat 20 qəpikdən verirdiyini, ona fərqi olmadığını, istəyir dövlətin onlara 10 manata da versin, ancaq özlərinə 1 manat deyildiyini, həmin qiymətə razı olduqlarını və işlədiklərini, sonra hörümçək iskələ var idi ki, onun da Heydər Məscidinin içində yumuru şəkildə, Ayətəl-kürsüyə qurulduğunu, onun da ən çətin iş olduğunu, orada Asəf müəllim var idi ki, söküb qurtardıqdan sonra gəlib “qiymət 35 qəpiyə endi” dediyini, onların da “niyə?” dediyini, nəticədə Asəf müəllimin də “Orxan bəy deyib qiymət budur. Hətta özümdə demişəm ki, bəs bunu vaxtdan dəyərdiniz, biz 50 qəpiyə danışmışıq. İndi 50 qəpiyə heç kim işləmir” dediyini, onların da iş yoxdur deyə məcbur işlədiklərini, 35 qəpiyə danışdıqları pulu da vermədiklərini, bir qismini verdiklərini, lakin bir qisminin qaldığını, sonra ona zəng vurub “şirkətdə pul yoxdur” dediklərini, sonra X1 vatsapla zəng vurub “Gürcüstanda Cavabdehnin işi var” dediyini, daha sonra isə Şenol Özbayrakın zəng vurduğunu, hansı ki, türk idi, onun da “niyə çalışmırsınız?” deyə soruşduğunu, qarşılığında isə “pulumu niyə vermirsiniz? Pulumu verin gəlim çalışım” dediyini, qarşı tərəfin isə “düzələcək, ancaq şirkətdə hal-hazırda pul yoxdur” dediyini, şirkətdə pul yoxdursa, necə Gürcüstanda iş götürdüklərini bilmədiyini, hətta bütün iskələləri yığıb oraya apardıqlarını, orada çox əziyyət çəkdiklərini, 34 saat durmadan işlədiklərini, hətta onun videosu da olduğunu, 6 nəfər onların, 6 nəfər də şirkətin öz fəhləsi olduğunu, sadəcə haqlarının yeyildiyini, dedikləri qiymətə də razı olduqlarını, təki pullarının verilməsini istədiklərini, bu barədə qaimələrin də əllərində olduğunu, video çəkilişlərin hamısının telefonunda olduğunu bildirmişdir. Şahid1 verilən suallara cavabında isə hal-hazırda telefonunda 1 qaimə olduğunu, orada da təxmini 18.000 manat pul olduğunu, hətta Sədrəddin Hüseynovun da onu təsdiqlədiyini, qaimənin tarixini dəqiq bilmədiyini, Məscidi yekunlaşdırdıqdan sonra onlara gəlib üstdə iskələ qurulmalıdır dediklərini, biri muzeyin yanı, digəri də qonaq evinin yanı olduğunu, onun da pulunun qaldığını, vermədiklərini, ümumiyyətlə Məscidlə birlikdə, büst də daxil 24.000-ə yaxın borcları qaldığını, 10.000-ə də razı olduqlarını, heç olmasa 10.000-lik material vermələrini, onu istifadə etmək istədiklərini dediklərini, lakin onun da verilmədiyini, bütün materialları Gürcüstana daşıdıqlarını, hətta yuxarıdakı dikləri də sökdüklərini, oradakı 20-lik mismarları çıxarmaq üçün özü ilə 3 manata qiymət danışdıqlarını, ancaq gətirib 2 manat 20 qəpik verdiklərini bildirmişdir. Şahid4 30 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahatında: Orada Sədi adlı müəllimin olduğunu, onlara bu qədər kvadrata bu qədər iş görəcəksiniz dediyini, onların da “razıyıq işləyərik” dediklərini, biraz işlədikdən sonra gəlib qiymətin aşağı düşdüyünü dediyini, onların isə “bizi bura çağırmısınız, ancaq ay keçməyib necə olur deyirsiniz ki, qiymət aşağı düşüb?” dediklərini, cavabında isə “yaxşı siz işləyin biz pulu ödəyəcəyik” dediklərini, biraz işlədikdən sonra yenə “bəs 1 ay tamam olur, pulu verin” dediklərini, ancaq yenə “işləyin verəcəyik” dediklərini, bir müddətdən sonra haradasa may ayının axırlarında işi yekunlaşdırdıqlarını, həmin vaxt gəlib “qəlibçilərin işi var, çatdıra bilmirlər onlara da köməklik edin” dediyini, onların da “neçədən verəcəklər” deyə soruşduqlarını, 3 manatdan verəcəyik dediklərini, onların da gedib işlədiklərini, hətta sonra onlara “siz niyə bu qədər çox kvadrat demisiniz?” dediklərini, lakin onların səbəb olduğu bir şey olmadığını, gəlib “buranı qurun gəlib kameraman işləyəcək, oranı qurun, gəlib işıq düzəldən işləyəcək” dediklərini, onların da bir dəfə deyil, dəfələrlə qurduqlarını, hətta elə olurdu ki, səhər saat 7-dən Sədi müəllimin zəng vurub “tez olun gəlin” dediyini, 8-in yarısından durub qaça-qaça gəlib, işlədiklərini, Emin müəllimin özünün də gecə saat 4-də onların hələ də iskələnin başında işləməsinə şahid olduğunu bildirmişdir. Şahid4 verilən suallara cavabında isə ancaq işi gördüyünü sənədləri və kvadratları isə Vahidin yazdığını, çünki sənədlərin hamısının onun adına olduğunu, Volkan müəllimgilin də Vahidi çağırıb ona qol çəkdirdiyini, təxminən 70 000-ə yaxın pul olduğunu, həmin puldan qalan məbləğin 23.000 və ya 24.000 manat olduğunu bildirmişdir. Şahid2 30 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahatında: Yay vaxtı Məsciddə işlədiklərini, nə vaxt “pulu verin” desələr “bugün veriləcək, sabah veriləcək və.s” dediklərini, bir dəfə Vahidin ona 150-200 manat pul verdiyini, ondan sonra nə vaxt desələr Vahidin onlara "xxxx" dediyini, hətta bir dəfə Şirkətin özünə getdiklərini, onları qəbul etdiklərini, daha sonra nə vaxt getsələr, qəbul etmədiklərini, mühafizəyə “onlar gəlsə içəri buraxmayın” deyə tapşırıq verdiklərini, sənəd işlərini Vahidin apardığını, amma Vahidin orta hesabına görə 2000-ə qədər ona verəcəyinin olduğunu bildirmişdir. Şahid3 30 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahatında: İddiaçı yanında fəhlə işlədiyini, hətta gecədən-gündüzə işlədiklərini, neçə dəfə Şirkətə getsələr də, “pulu bu gün verəcəyik, sabah verəcəyik” dediklərini, ancaq vermədiklərini, orada ustaların işləməsi üçün iskələ qurduqlarını,səhər saat 8-dən və ya 9-dan işə getdiklərini, axşam saat 11-ə, 12-yə kimi işlədiklərini, bəzən evə getmədiklərini, hətta onları “təhvil vermək lazımdır” deyib tələsdirdiklərini bildirmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında çıxışında: İddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan: 11 noyabr 2022-ci il tarixli, 51 saylı Podrat müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Volkan Özer və (bundan sonra “Sifarişçi” adlandırılacaq) Azərbaycan Respublikası qanunvericiliyinə əsasən xx.xx.2017-ci il tarixdə, qeydiyyat №-si ********** ilə verilmiş şəhadətnamə əsasında fəaliyyət göstərən İddiaçı (AA*******) arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, "Sifarişçi" "xxxx" MMC işlərin göstərilməsini sifariş verib "podratçı"ya razılaşdırılmış muzd ödəməyi, "Podratçı" isə "Sifarişçi"nin müəyyən etdiyi qaydada “Ayaqaltıların quraşdırılıb sökülməsi “ işləri görməyi öhdəsinə götürür. 1.2-ci bəndindən görünür ki, göstərilən işlərin həcmi bu Müqaviləyə əlavə edilən Aktla (və ya Aktlarla) müəyyənləşdirilir. Bu Müqavilə üzrə muzdun miqdarı Müqavilənin tərkib hissəsi olan işlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir. 2.4-cü bəndindən görünür ki, "podratçı"nın yerinə yetirdiyi işlər, "işlərin icra olunma aktı" imzalanmaqla "Sifarişçi" tərəfindən təhvil alınır. 3.1.3-cü bəndindən görünür ki, icra olunmuş işin dəyərini ödəmək Sifarişçinin vəzifəsidir. 4.1-ci bəndindən görünür ki, görülən işlərin həcmi Tərəflərin birgə iştirakı ilə müəyyən edilir və işlərin görülməsinə dair muzd Müqavilənin tərkib hissəsi olan hesab-fakturada qeyd edilir və ( 12) ay müddətində ödəmə həyata keçirilir. 2023-cü ilin mart ayına aid olan 37 nömrəli Forma-2 Aktından görünür ki, Cavabdeh MMCnin görülən xidmətlərin müqabilində İddiaçı ödəyəcəyi yekun məbləğ 24.431,19 (iyirmi dörd min dörd yüz otuz bir manat 19 qəpik) manat təşkil edir. 2023-cü ilin aprel ayına aid olan 38 nömrəli Forma-2 Aktından görünür ki, Cavabdeh MMCnin görülən xidmətlərin müqabilində İddiaçı ödəyəcəyi yekun məbləğ 34.663,63 (otuz dörd min altı yüz altmış üç manat 63 qəpik) manat təşkil edir. 2023-cü ilin may ayına aid olan 39 nömrəli Forma-2 Aktından görünür ki, Cavabdeh MMCnin görülən xidmətlərin müqabilində İddiaçı ödəyəcəyi yekun məbləğ 18.780,20 (on səkkiz min yeddi yüz səksən manat 20 qəpik) manat təşkil edir. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 657272 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 2.754,05 manat məbləğindədir. xx.xx.2023-cü il tarixli, **********/547658634 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC (ödəyici) tərəfindən 2.754,05 (iki min yeddi yüz əlli dörd manat 05 qəpik) manat məbləğində vəsait İddiaçı (vəsait alanın) AZ68AİİB410400D**********130 nömrəli hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, EBDE seriyalı, 102790 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 14.021,50 manat məbləğindədir. xx.xx.2023-cü il tarixli, **********/585232462 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC (ödəyici) tərəfindən 14.021.50 (on dörd min iyirmi bir manat 50 qəpik) manat məbləğində vəsait İddiaçı (vəsait alanın) AZ68AİİB410400D**********130 nömrəli hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, EBDF seriyalı, 165674 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 4.158,00 manat məbləğindədir. xx.xx.2023-cü il tarixli, **********/592502388 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC (ödəyici) tərəfindən 4.158,00 (dörd min yüz əlli səkkiz) manat məbləğində vəsait İddiaçı (vəsait alanın) AZ68AİİB410400D**********130 nömrəli hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 407498 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 54.062,86 manat məbləğindədir. xx.xx.2023-cü il tarixli, **********/622739051 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC (ödəyici) tərəfindən 54.062,86 (əlli dörd min altmış iki manat 86 qəpik) manat məbləğində vəsait İddiaçı (vəsait alanın) AZ68AİİB410400D**********130 nömrəli hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı, 360909 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 1.866,75 manat məbləğindədir. xx.xx.2023-cü il tarixli, **********/658913137 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC (ödəyici) tərəfindən 1.866,75 (bir min səkkiz yüz altmış altı manat 75 qəpik) manat məbləğində vəsait İddiaçı (vəsait alanın) AZ68AİİB410400D**********130 nömrəli hesabına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli, EBDW seriyalı, 451375 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 2.174,20 manat məbləğindədir. xx.xx.2023-cü il tarixli, **********/695616769 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC (ödəyici) tərəfindən 2.174,20 (iki min yüz yetmiş dörd manat 20 qəpik) manat məbləğində vəsait İddiaçı (vəsait alanın) AZ68AİİB410400D**********130 nömrəli hesabına köçürülmüşdür. xx.xx.2024-cü il tarixli, MT2411 seriyalı, 10698939 nömrəli elektron qaimə-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 908 manat məbləğindədir. xx.xx.2024-cü il tarixli, **********6/893119815 nömrəli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC (ödəyici) tərəfindən 908 (doqquz yüz səkkiz) manat məbləğində vəsait İddiaçı (vəsait alanın) AZ68AİİB410400D**********130 nömrəli hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC (əvvəlki adı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) arasında 11 noyabr 2022-ci il tarixli, 51 saylı Podrat müqaviləsi bağlanmış, həmin müqavilə əsasında "xxxx" MMC işlərin göstərilməsini sifariş verib İddiaçı razılaşdırılmış muzd ödəməyi, İddiaçı isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müəyyən etdiyi qaydada “Ayaqaltıların quraşdırılıb sökülməsi “ işləri görməyi öhdəsinə götürmüş, həmin işlərin yerinə yetirilməsi iş materiallarına əlavə edilmiş 2023-cü ilin mart, aprel və may aylarına aid olan işlərin icra olunma aktı (Forma-2) Aktları ilə öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 noyabr 2022-ci il tarixli, 51 saylı Podrat müqaviləsinə əsasən öz üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh "xxxx" MMC tərəfindən üzərinə düşən öhdəliklərin yerinə yetirilmədiyini, görülmüş işlərin yekun məbləğinin 77875 (yetmiş yeddi min səkkiz yüz yetmiş beş) manat dəyərində olduğunu, həmin vaxt ona 77875 (yetmiş yeddi min səkkiz yüz yetmiş beş) manat pul ödənilməli olduğunu, lakin Cavabdeh MMC ( Gəmiqaya şirkəti MMC) tərəfdindən ona 54062.86 (əlli dörd min altmış iki manat səksən altı) manat pul ödənildiyini, Cavabdeh MMC (Gəmiqaya şirkəti MMC) tərəfindən 23812 (iyirmi üç min səkkiz yüz on iki) manat qalıq yarandığını və cavabdeh tərəfindən həmin məbləğlərin ödənilmədiyini bildirmiş, öz tələbinin əsası kimi 2023-cü ilin mart, aprel və may aylarına aid olan Forma-2 aktlarını, həmçinin malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə 451375 nömrəli xx.xx.2023-cü il tarixli, 165674 nömrəli, xx.xx.2023-cü il tarixli, 407498 nömrəli xx.xx.2023-cü il tarixli, 102790 nömrəli xx.xx.2023-cü il tarixli, 360909 nömrəli xx.xx.2023-cü il tarixli, 657272 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə-fakturaları məhkəməyə təqdim etmişdir. Verilmiş tələbə münasibətdə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahında şirkətə həmin məsələni bildirdiyini, lakin şəxsə qarşı heç bir borcun görünmədiyini dediklərini, görülən işlərin dəyərinin ödənildiyini bildirmiş, öz iddiasının əsası kimi xx.xx.2023-cü il tarixli BD10 nömrəli, xx.xx.2023-cü il tarixli BD2 nömrəli, xx.xx.2023-cü il tarixli BD41 nömrəli, xx.xx.2023-cü il tarixli BD23 nömrəli, xx.xx.2023-cü il tarixli BD24 nömrəli və xx.xx.2023-cü il tarixli, BD15 nömrəli ödəniş tapşırıqlarını məhkəməyə təqdim etmişdir. Beləliklə iş üzrə təqdim edilən sənədlərdə öz əksini tapan riyazi hesablamalar əsasında cavabdehin borcunun olub-olmamasının hesablanması məhkəmənin səlahiyyətinə aid olmadığından və xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi məqsədilə xx.xx.2025-ci il tarixli, e-2-2(123)-30/2025 saylı qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Keçirilmiş ekpertizanın nəticəsində xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2025-ci il tarixli, 198 saylı ekspert rəyindən görünür ki, təqdim olunmuş malların-işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar, ödəmələrin aparıldığı qəbzlər və ödəniş tapşırıqlarına əsasən, Sifarişçi Cavabdeh MMC tərəfindən İddiaçı ödənilmiş 72191,16 manat məbləğində pul vəsaitinin, icraçı tərəfindən göstərilən xidmətlər qarşılığında (Naxçıvan Şəhər Məsçidinin tikintisi üzrə) ödənildiyi nəzərə alındıqda 5683,86 (beş min altı yüz səksən üç manat, səksən altı qəpik) manat qalıq borc yarandığı müəyyən olunur. Bununla əlaqədar məhkəmə iş mаteriаllаrını nəzərdən keçirib aparılmış riyazi hesablamalarda yalnışlıqlar olduğu və xx.xx.2025-ci il tarixdə vəsatət əsasında ekspertə təqdim edilmiş malların-işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar, ödəmələrin aparıldığı qəbzlər və ödəniş tapşırıqlarına səthi yanaşıldığı və diqqətlə nəzərə alınmadığı qənaətinə gəlmiş, nəticədə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-30/2025 saylı qərardadına əsasən təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2025-ci il tarixli, 779 saylı rəyindən görünür ki, təqdim olunmuş malların-işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar, ödəmələrin aparıldığı qəbzlər və ödəniş tapşırıqlarına əsasən, Sifarişçi "xxxx" MMC tərəfindən İddiaçı ödənilmiş 79945,36 manat məbləğində pul vəsaitinin, icraçı tərəfindən göstərilən xidmətlər qarşılığında (Naxçıvan Şəhər Məsçidinin tikintisi və digər xidmətlər işlər üzrə) ödənildiyi nəzərə alındıqda qalıq borc məbləği müəyyən olunmur. Belə ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi Forma-2 Aktlarına əsasən cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı ödənilməli olan qalıq borc məbləği 77.875,02 (yetmiş yeddi min səkkiz yüz yetmiş beş manat 02 qəpik) manat məbləğində görünsə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən 79.945,36 (yemiş doqquzmin doqquz yüz qırx beş manat 36 qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh MMC (ödəyici) tərəfindən İddiaçı (vəsait alanın) AZ68AİİB410400D**********130 nömrəli hesabına köçürülmüşdür. Göründüyü kimi cavabdeh "xxxx" MMC-nin İddiaçı qarşı ödənilməmiş borcunun olması işdə olan sübutlarla, o cümlədən ekspert rəyi ilə öz təsdiqini tapmamışdır. Həmçinin iddiaçının iddia etdiyi təqribən 18000 manat məbləğində qaimənin olmasını təsdiq edən elektron qaimə iş materiallarında görünməməkdədir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi iş üzrə ümumilikdə mötəbər və təsdiqedici sübutlar təqdim edilmədiyindən, əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmin Məcəllənin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində hesablanır. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 23.812 (iyirmi üç min səkkiz yüz on iki) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 161,44 (bir yüz altmış bir manat 44 qəpik) manat olaraq müəyyən edilir. İş materiallarında olan 7968 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən 162 (bir yüz altmış iki) manat məbləğində dövlət rüsumunun İddiaçı tərəfindən ödənildiyi görünür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Hazırki iş üzrə iddia tələbi təmin olunmadığından iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 161,44 (bir yüz altmış bir manat 44 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,56 (56 qəpik) manat dövlət rüsumunun artığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır. Bundan əlavə məhkəmənin 27 yanvar 2025-ci il tarixli, e-2-2(123)-30/2025 saylı qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsində, məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2025-ci il tarixli, 198 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddia təmin olunmayacağından İddiaçı alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X7 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) keçiriləcək hesab (büdcə təsnifatının kodu: 142330, büdcə səviyyəsinin kodu: 2) ödənilməlidir. O cümlədən, məhkəmənin 08 iyul 2025-ci il tarixli, e-2-2(123)-30/2025 saylı qərardadı ilə iş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq, 05 avqust 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2025-ci il tarixli, 779 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci iddia təmin olunmayacağından İddiaçı alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X7 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbi əsassız olduğundan təmin olunmamalı, İddiaçı tərəfindən ödənilmiş 161,44 (bir yüz altmış bir manat 44 qəpik) manat məbləğində dövlət rüsumu iddia rədd edildiyindən təmin edilməməklə iddiaçının özünə aid edilməli, iddiaçı tərəfindən dövlət büdcəsinə artıq ödənilmiş 0,56 (56 qəpik) manat iddiaçıya geri qaytarılmalı, keçirilmiş ekspertizaların xərci olaraq müəyyən edilmiş ümumilikdə 120 (bir yüz iyirimi) manat məbləğində tədqiqatın dəyəri İddiaçı (FİN: 0V3LQNE) alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X7 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) keçiriləcək hesab (büdcə təsnifatının kodu: 142330, büdcə səviyyəsinin kodu: 2) ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddiası əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 161,44 (bir yüz altmış bir manat 44 qəpik) manat məbləğində dövlət rüsumu iddia rədd edildiyindən iddiaçının özünə aid edilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 0,56 (56 qəpik) manat məbləğində dövlət rüsumunun artıq ödənilmiş hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarına əsasən İddiaçı qaytarılsın Keçirilmiş ekspertizaların cəm xərci olaraq müəyyən edilmiş ümumilikdə 120 (bir yüz iyirmi) manat məbləğində tədqiqatların dəyəri İddiaçı (AZE AA*******, FİN:xxxxxxx, VÖEN:**********) alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X7 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) keçiriləcək hesab (büdcə təsnifatının kodu: 142330, büdcə səviyyəsinin kodu: 2) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar