Məhkəmə qərarları › İş №e-2-2(123)-300/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-300/2025

19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-300/2025 19.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanov, İddiaçı BOKT QSC-nin cavabdеhlər Cəfərov Alik Rəhim oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı borc məbləğinin cavabdehlərdən tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə kommersiya mübahisəsinə məhkəmə baxışı iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı BOKT QSC 11 iyul 2025-ci il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxılmaqla cavabdehlər Cəfərov Alik Rəhim oğlundan, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc 4581,39 manat, faiz borcu 269,85 manat olmaqla, cəmi 4851,24 manat (dörd min səkkiz yüz əlli bir manat iyirmi dörd qəpik) manat borc məbləğinin və ödənilmiş 68,51 manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) Naxçıvan filialı ilə Cəfərov Alik Rəhim oğlu arasında 06 mart 2023-cü il tarixli 5138 saylı Kredit müqaviləsinin bağlandığını, həmin müqaviləyə əsasən ”Aqrarkredit” QSC tərəfindən Cəfərov Alik Rəhim oğluna ərzaq mallarının alqı-satqısı üçün illik 12 faiz hesablanmaqla 36 ay müddətinə 8.000(səkkiz min) manat kredit verildiyini, Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi İddiaçı QSC-nin Naxçıvan filialı ilə Cavabdeh3 arasında 06 mart 2023- cü il tarixli 16/23-KKK-10 saylı və Cavabdeh2 arasında 28 iyun 2024-cü il tarixli 16/23-KKK-11/01 saylı zaminlik müqavilələrinin bağlandığını, cavabdeh Cəfərov Alik Rəhim oğlu əsas borcunu qrafikə uyğun olaraq ödəməli olduğu halda onun müqavilənin şərtlərinə əməl etmədiyini, bununla da cavabdeh Cəfərov Alik Rəhim oğlunun kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğunu və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etdiyini, bağlanmış 06 mart 2023-cü il tarixli 5138 saylı Kredit müqaviləsinə əsasən cavabdeh Cəfərov Alik Rəhim oğlunun İddiaçı QSC-yə olan əsas borcunun 4581,39 manat, faiz borcunun 269,85 manat olmaqla, cəmi borcunun 4851,24 ( dörd min səkkiz yüz əllin bir manat iyrmi dörd qəpik) manat təşkil etdiyini, borcun ödənilməsi barədə cavabdeh Cəfərov Alik Rəhim oğluna və onun zaminləri Cavabdeh3 və Cavabdeh2 dəfələrlə müraciət olunmasına, özləri tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmadığını, cavabdehlərə göndərilmiş xəbərdarlıq məktublarının nəticəsiz qaldığını bildirmişdir. Məhkəmə, İddiaçı BOKT QSC-nin cavabdеhlər Cəfərov Alik Rəhim oğlu, Cavabdeh2 və Cavabdeh3 borc məbləğinin cavabdehlərdən tutulması tələbi barədə kiçik iqtisadi mübahisələr üzrə iddia ərizəsinə xx.xx.2025-ci il tarixli qərardadı ilə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlərə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş göndərilmişdir. Cavabdehlər bildiriş rəsmi qaydada verildiyi gündən 10 (on) iş günü müddətində iddiaya qarşı elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə tərəfindən işə mülki prosessual qanunvericiliyin tələbləri çərçivəsində sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla iddiaçı tərəfindən təqdim edilən və elektron məhkəmə icraatı materiallarına əlavə edilən sübutlar əsasında baxılmışdır. Elektron məhkəmə icraatı materiallarına xx.xx.2025-ci il tarixdə əlavə edilən: xx.xx.2023-cü il tarixli 5138 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "Aqrarkredit” Səhmdar Kredit Təşkilatının (Bundan sonra “Borcverən” adlanacaq) Naxçıvan filialının müdiri X3 və filialın Baş kredit mütəxəssisi X1 ilə Cəfərov Alik Rəhim oğlu (bundan sonra "Borcalan" adlanacaq) arasında bağlanmışdır. Müqavilənin:

1. Bu müqavilənin şərtləri ilə Borcverən Borcalana pul vəsaitinin borc (bundan sonra «kredit» adlanacaq) verilməsini, Borcalan isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürür.

2. Borcverən Borcalana, bu müqavilənin şərtlərinə uyğun olaraq 36 müddətinə illik 12%-lə ticarət məqsədilə 8000 manat məbləğində kredit verməyi öhdəsinə götürür. 3.1. Borcalanın Maliyyə – təsərrüfat fəaliyyətini təhlil etmək, vaxtaşırı kreditin monitorinqini aparmaq və müqaviləyə əlavə olunmuş ödəniş qrafikinə ciddi əməl olunmasını borcalandan tələb etmək Borcverənin hüququdur. 3.5. Borcalan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməzsə və ödəmə şərtlərinə əməl etməzsə qanunvericiliklə müəyyən edilmiş qaydada əlavə faiz ödənişini tələb etmək Borcverənin hüququdur.

6. Borcalanın öhdəlikləri: 6.5. Krediti və ona hesablanmış faizləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini təmin edir; 6.6. Hazırki müqavilənin şərtlərindən irəli gələn öhdəliklərə görə özünə məxsus pul vəsaiti və əmlakı ilə cavabdehlik daşıyır. 6.7. Borcalan kreditin və ona hesablanmış faizin qaytarılması ilə bağlı Borcverən qarşısında öz öhdəliyini yerinə yetirmədikdə, hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0.1%-i həcmində, cəmi 5%-dən çox olmamaq şərti ilə cərimə ödəməlidir. 7.2. Verilən kreditin və ona hesablanmış faizlərin qaytarılması bu müqaviləyə əlavə olunmuş və onun ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə uyğun olaraq həyata keçirilməlidir, bu zaman Borcverən tərəfindən tərtib olunmuş hesablamalar əsas götürülür. 7.3. Kredit üzrə ödəmələr həmin vəsaitlərin Borcverənin hesabına və ya kassasına daxil olduğu gün ödənilmiş sayılır. 8.1. Hazırki müqavilə kredit borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minir və borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir. 06 mart 2023-ci il tarixli 16/23-KKK-10 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə öz nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı Səhmdar Kredit Təşkilatının (bundan sonra «Kredit Təşkilatı» adlanacaq) Naxçıvan filialının müdiri X3 və Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh3 (bundan sonra “Zamin" adlanacaq) arasında bağlanmışdır. Müqavilənin: 1.1. Kredit Təşkilatı ilə Cəfərov Alik Rəhim oğlu (bundan sonra «Borcalan») arasında 06 mart 2023-ci il il tarixdə bağlanmış 5138 saylı kredit müqaviləsi əsasında Borcalana veriləcək 8000 (Səkkiz min) manat kreditlə əlaqədar olaraq Borcalan Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. 2.1. Bu müqavilə ilə zaminliklə təmin olunan öhdəliyin əsası: 06 mart 2023-ci il il tarixli 5138 saylı kredit müqaviləsidir. 2.2. Təmin olunmuş müqavilənin predmeti: Borcalana veriləcək 8000 (Səkkiz min) manat kreditdir. 2.3. Bu müqavilə ilə təmin olunmuş əsas öhdəliyin icrası müddəti: Borcalanın Kredit Təşkilatı qarşısında 06 mart 2023-ci il tarixli 5138 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirilənədəkdir. 3.1. Zamin Kredit Təşkilatı qarşısında Borcalanın 06 mart 2023-ci il il tarixli 5138 saylı kredit müqaviləsi üzre Kredit Təşkilatına olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. 6.1. Bu müqavilənin qüvvədə olma müddəti Borcalanın 06 mart 2023-ci il il tarixli 5138 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin Kredit Təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. 7.4 Bu müqavilə tərəflər arasında imzalandığı andan qüvvəyə minir. 28 iyun 2024-cü il tarixli 16/23-KKK-11/01 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə öz nizamnaməsi əsasında fəaliyyət göstərən İddiaçı Səhmdar Kredit Təşkilatının (bundan sonra «Kredit Təşkilatı» adlanacaq) Naxçıvan filialının müdiri X3 və Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh2 (bundan sonra "Zamin" adlanacaq) arasında bağlanmışdır. Müqavilənin: 1.1. Kredit Təşkilatı ilə Cəfərov Alik Rəhim oğlu (bundan sonra «Borcalan») arasında 06 mart 2023-ci il il tarixdə bağlanmış 5138 saylı kredit müqaviləsi əsasında Borcalana verilmiş 8000 (Səkkiz min) manat kreditdən qalıq məbləğ olan 4806 (dört min səkkiz yüz altı) manatla əlaqədar olaraq Borcalan Kredit Təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Kredit Təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. 2.1. Bu müqavilə ilə zaminliklə təmin olunan öhdəliyin əsası: 06 mart 2023-ci il il tarixli 5138 saylı kredit müqaviləsidir. 2.2. Təmin olunmuş müqavilənin predmeti: Borcalana verilmiş 8000 (Səkkiz min) manat kreditin qalıq məbləğ olan 4806 (dört min səkkiz yüz altı) manatdır. 2.3. Bu müqavilə ilə təmin olunmuş əsas öhdəliyin icrası müddəti: Borcalanın Kredit Təşkilatı qarşısında 06 mart 2023-ci il tarixli 5138 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri tam yerinə yetirilənədəkdir. 3.1. Zamin Kredit Təşkilatı qarşısında Borcalanın 06 mart 2023-ci il il tarixli 5138 saylı kredit müqaviləsi üzrə Kredit Təşkilatına olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. 6.1. Bu müqavilənin qüvvədə olma müddəti Borcalanın 06 mart 2023-ci il il tarixli saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin Kredit Təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üstüstə düşür. 7.4. Bu müqavilə tərəflər arasında imzalandığı andan qüvvəyə minir. 06 mart 2023-cü il tarixli 5138 saylı Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 5138 saylı ödəniş cədvəlinə əsasən Cəfərov Alik Rəhim oğluna 06 mart 2023-cü il tarixli 5138 saylı Kredit müqaviləsinə əsasən 8000 (səkkiz min) manat məbləğində kreditin verilməsi təmin edilmiş, Cəfərov Alik Rəhim oğlu isə xx.xx.2023-xx.xx.2026-ci il tarixləri ərzində 265,71 (iki yüz altmış beş manat, yetmiş bir qəpik) manat olmaqla, ümumilikdə 9565,72 (doqquz min beş yüz altmış beş manat, yetmiş iki qəpik) manat məbləği İddiaçı QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli xəzinə məxaric orderindən görünür ki, 8000 (səkkiz min) manat məbləğində kredit Cəfərov Alik Rəhim oğlunun hesabına köçürülmüşdür. xx.xx.2023 – xx.xx.2025-ci illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cəfərov Alik Rəhim oğlunun AZ11ACİT******************** saylı hesabda Cəfərov Alik Rəhim oğlu heç bir əməliyyat həyata keçirməmişdir, nəticədə xx.xx.2025-ci il tarixə 12770 manat məbləğində borcu yaranmışdır. xx.xx.2025-ci il tarixə ödənilmə vəziyyəti barədə məlumata əsasən Cəfərov Alik Rəhim oğlunun xx.xx.2025-ci il tarixinə İddiaçı QSC-nin “Naxçıvan” filialına 06 mart 2023-cü il tarixli 5138 saylı Kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borcu 4581,39 manat; faiz üzrə borcu 121,76 manat; cəmi borc məbləği 4703,15 manatdır. 26 may 2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəmədə iddia qaldırılması üçün Paysis MMC ödəniş sistemi vasitəsilə dövlət büdcəsinə 68.51 (altmış səkkiz manat əlli bir qəpik) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki: Hazırkı iş üzrə tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Təqdim edilmiş sübutlara əsasən pul vəsaitlərinin borclunun hesabına köçürülməsi ilə kreditorun müqavilə üzrə üzərinə düşən öhdəliklərinin lazımi qaydada icra olunması işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir. Lakin cavabdeh Cəfərov Alik Rəhim oğlu tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia ərizəsi təmin edilməlidir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək belə hesab edir ki, tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə aşağıdakı qanunvericilik normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3-cü maddəsinə əsasən borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Beləliklə AR MM-in 462.2-ci maddəsinə uyğun olaraq tərəflər arasında bağlanmış kredit müqaviləsində borclunun məsuliyyəti nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, iddiaçı öhdəliyin icra edilməməsi nəticəsində gecikdirilmiş günlərə nəzərən yaranmış cərimə məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə zaminliklə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 460.1. maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1. maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.

471. maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1. maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 28 iyun 2024-cü il tarixli 16/23-KKK-11/01 saylı zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən zamin Kredit Təşkilatı qarşısında Borcalanın 06 mart 2023-ci il il tarixli 5138 saylı kredit müqaviləsi üzrə Kredit Təşkilatına olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. 06 mart 2023-ci il tarixli 16/23-KKK-10 saylı zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən zamin Kredit Təşkilatı qarşısında Borcalanın 06 mart 2023-ci il il tarixli 5138 saylı kredit müqaviləsi üzre Kredit Təşkilatına olan kredit və faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. Yuxarıda qeyd edilmiş qanunvericiliyin tələbi, həmçinin, 28 iyun 2024-cü il tarixli 16/23-KKK- 11/01 saylı və 06 mart 2023-ci il tarixli 16/23-KKK-10 saylı zaminlik müqavilələrinin 3.1-ci bəndinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iş üzrə öhdəliyin icrasının təmini üçün zaminlər Cavabdeh2 və Cavabdeh3 da borclu Cəfərov Alik Rəhim oğlu ilə birlikdə bank qarşısında məsuliyyət daşıdığından, ödənilməli olan borc məbləği borclu Cəfərov Alik Rəhim oğlu ilə birlikdə zaminlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən qanunvericiliyin tələbinə müvafiq olaraq 68.51 (altmış səkkiz manat əlli bir qəpik) manat məbləğində dövlət rüsumu cavabdеhlər Cəfərov Alik Rəhim oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq bildirir ki, İddiaçı BOKT QSC-nin cavabdеhlər Cəfərov Alik Rəhim oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı borc məbləğinin cavabdehlərdən tutulması tələbi barədə ərizəsi təmin edilərək, xx.xx.2023-cü il tarixli 5138 saylı kredit müqaviləsi üzrə 4581,39 manat əsas botc, 269,85 manat faiz borcu, cəm olaraq 4851,24 (dörd min səkkiz yüz əlli bir manat iyirmi dörd qəpik) manat borcun cavabdеhlər Cəfərov Alik Rəhim oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı BOKT QSC-yə ödənilməli, iddia ərizəsi verilərkən İddiaçı BOKT QSC tərəfindən ödənilmiş 68.51 (altmış səkkiz manat əlli bir qəpik) manat məbləğində dövlət rüsumu cavabdеhlər Cəfərov Alik Rəhim oğlu, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb İddiaçı BOKT QSC-yə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1-ci və 284-6-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli 5138 saylı kredit müqaviləsi üzrə 4581,39 manat əsas borcun, 269,85 manat faiz borcunun, cəm olaraq 4851,24 manat (dörd min səkkiz yüz əlli bir manat iyirmi dörd qəpik) manat məbləğində bоrcun, cavabdеhlər, Cavabdeh2, (Fin:xxxxxxx, AZE 09005801, VÖEN: **********) Cavabdeh3 (Fin: xxxxxxx) və Cəfərov Alik Rəhim oğlundan (FİN: 23B4Z5R, AA5094576, VÖEN:**********) müştərək qaydada tutularaq İddiaçı BOKT QSC-yə (VÖEN-**********) ödənilsin. İddiaçı BOKT QSC tərəfindən ödənilmiş 68.51 (altmış səkkiz manat əlli bir qəpik) manat məbləğində dövlət rüsumu cavabdеhlər Cəfərov Alik Rəhim oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb İddiaçı BOKT QSC-yə (VÖEN-**********) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar