Məhkəmə qərarları › İş №e-2-2(123)-312/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-312/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-312/2024 29.10.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X5 qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin cavabdehdən tutulması tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 06 aprel 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh X3 DCL00289680-03 saylı kredit müqaviləsinə əsasən 15,070 (on beş min yetmiş) manat əsas borc, 213.49 (iki yüz on üç manat qırx doqquz qəpik) manat faiz borcu, 9,430.47 (doqquz min dörd yüz otuz manat qırx yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 24,713.96 (iyirmi dörd min yeddi yüz on üç manat doxsan altı qəpik) manat məbləğində borcun; -DCS00289680-05 saylı kredit müqaviləsinə əsasən 45.819,31 (qırx beş min səkkiz yüz on doqquz manat otuz bir qəpik) manat əsas borc, 6.874,80 (altı min səkkiz yüz yetmiş dörd manat səksən qəpik) manat faiz borcu, 3,947.92 (üç min doqquz yüz qırx yeddi manat doxsan iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 56,642.02 (əlli altı min altı yüz qırx iki manat iki qəpik) manat məbləğində borcun; - DCL00289680-06 saylı kredit müqaviləsinə əsasən 24,044.66 (iyirmi dörd min qırx dörd manat altmış altı qəpik) manat əsas borc, 10,194.94 (on min yüz doxsan dörd manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 34,239.60 (otuz dörd min iki yüz otuz doqquz manat altmış qəpik) manat məbləğində borcun; -41040AZNSK********** saylı hesab üzrə yaranmış texniki overdraft əməliyyatına əsasən 111,473.12 (yüz on bir min dörd yüz yetmiş üç manat on iki qəpik) manat əsas borc, 2,890.05 (iki min səkkiz yüz doxsan manat beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 114,363.17 (bir yüz on dörd min üç yüz altmış üç manat on yeddi qəpik) manat məbləğində borcun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 520 (beş yüz iyirmi) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində İddiaçı ASC (bundan sonra “Bank”) ilə X10 (bundan sonra “Borcalan”) arasında Bank xidmətlərinin göstərilməsinə dair X7 xx.xx.2022-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair OnGTC/SE/6560 saylı Razılaşmanın imzalandığını, həmin razılıq ərizəsini imzalayaraq borclunun www.pashabank.az saytında yerləşdirilmiş X6 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etdiyini, sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: -xx.xx.2021-ci il tarixli DCL00289680-03 saylı Maliyyələşdirmə üçün ərizə imzalandığını və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 15 070 (on beş min yetmiş) manat məbləğində mal alışı məqsədi ilə kredit xətti açıldığını, Bankla Borcalan arasında Bank xidmətlərinin göstərilməsinə dair X7 xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair OnGTC/SE/00289680 saylı Razılaşma imzalandığını, həmin razılıq ərizəsini imzalayaraq borclunun www.pashabank.az saytında yerləşdirilmiş X6 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etdiyini, tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində: -xx.xx.2021-ci il tarixli DCL00289680-06 saylı Maliyyələşdirmə üçün ərizə imzalandığını və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 24 381 (iyirmi dörd min üç yüz səksən bir) manat məbləğində dövlət və digər xərclərin məqsədi ilə kredit xətti açıldığını, bundan əlavə Bankla Borcalan arasında xx.xx.2021-ci il tarixli DCS00289680-05 saylı kredit müqaviləsinin imzalandığını və Kreditorun Azərbaycan Respublikası X1 (bundan sonra – Fond) “13” sentyabr 2021-ci il tarixli ZM-1739/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək şərtilə Borcluya illik 15% faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə 48 225 (qırx səkkiz min iki yüz iyirmi beş) manat məbləğində kredit verdiyini, lakin Borcalanın qeyd edilən maliyyələşdirmə üçün ərizələr üzrə öhdəliklərini icra etməyərək kreditlərin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyini, Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərildiyini və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsinin xahiş olunduğunu, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyinin bildirildiyini, borcalanın xx.xx.2024-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəliklərinin: -DCL00289680-03 saylı kredit müqaviləsinə əsasən 15,070 (on beş min yetmiş) manat əsas borc, 213.49 (iki yüz on üç manat qırx doqquz qəpik) manat faiz borcu, 9,430.47 (doqquz min dörd yüz otuz manat qırx yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 24,713.96 (iyirmi dörd min yeddi yüz on üç manat doxsan altı qəpik) manat təşkil etdiyini, gecikmə gününün 712 olduğunu, -DCS00289680-05 saylı kredit müqaviləsinə əsasən 45.819,31 (qırx beş min səkkiz yüz on doqquz manat otuz bir qəpik) manat əsas borc, 6.874,80 (altı min səkkiz yüz yetmiş dörd manat səksən qəpik) manat faiz borcu, 3,947.92 (üç min doqquz yüz qırx yeddi manat doxsan iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 56,642.02 (əlli altı min altı yüz qırx iki manat iki qəpik) manat təşkil etdiyini, gecikmə gününün 630 olduğunu, - DCL00289680-06 saylı kredit müqaviləsinə əsasən 24,044.66 (iyirmi dörd min qırx dörd manat altmış altı qəpik) manat əsas borc, 10,194.94 (on min yüz doxsan dörd manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 34,239.60 (otuz dörd min iki yüz otuz doqquz manat altmış qəpik) manat təşkil etdiyini, gecikmə gününün 490 olduğunu, - 41040AZNSK********** saylı hesab üzrə yaranmış texniki overdraft əməliyyatına əsasən 111,473.12 (yüz on bir min dörd yüz yetmiş üç manat on iki qəpik) manat əsas borc, 2,890.05 (iki min səkkiz yüz doxsan manat beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 114,363.17 (bir yüz on dörd min üç yüz altmış üç manat on yeddi qəpik) manat təşkil etdiyini, gecikmə gününün 649 olduğunu, İddiaçı ASC-nin iddia ərizəsinin məhkəməyə verilməsi üçün 520 manat məbləğində xidmət haqqı ödədiyini, X8 əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablandığını, cərimə faizinin 2 qaydada 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra müəyyən olunduğunu, Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizlərinin də öz növbəsində hesablanmağa davam etdiyini, ÜŞT-nin müvafiq bəndlərinə əsasən: Kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacağını, cərimə faizlərinin möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başladığını, Kartın Müştərinin faktiki sahibliyində olubolmamasından asılı olmayaraq, Kart ilə aparılan bütün əməliyyatların nəticələrinə görə Müştərinin məsuliyyət daşıdığını, Bankın Müştəri tərəfindən İnternetdən və Təmassız ödəniş funksiyasından istifadə etməklə kart vasitəsilə ilə aparılan ödənişlərə görə Müştəri qarşısında heç bir məsuliyyət daşımadığını, Kart üzrə əməliyyatlar Azərbaycan manatından başqa digər valyutada həyata keçirildikdə, balansda (o cümlədən SMS bildirişi vasitəsi ilə bildirilən) cari ana konvertasiya məzənnəsinin nəzərdə tutulmadığını, Konvertasiya məzənnəsinin də əks olunduğu balansın 3 (üç) iş gün ərzində Müştərinin hesabında öz əksini tapdığını, Müştəri Müqavilənin Vİ.3.4.10. bəndində qeyd olunan müddətdə Bankı məlumatlandırmadığı və ya Kart sahibi overdraft limitinin istifadə olunmuş hissəsi üzrə yaranmış borcu Banka geri ödəmədiyi təqdirdə, Bankın, yaranmış borc məbləğini Müştərinin bankda olan cari hesabından akseptsiz qaydada silə biləcəyini, Kartlarla Azərbaycan Respublikasından xaricdə aparılan əməliyyatlar zamanı valyuta mübadiləsinin müvafiq ödəniş sisteminin məzənnəsi ilə aparıldığını, Bank xidmətlərinin göstərilməsinə dair X7 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bankın Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə biləcəyini, eyni zamanda X8 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etməyin Bankın hüququ olduğunu qeyd etməklə əsaslandırmış, Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 21-ci, 385.1-ci, 421.2-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci, 448.1-ci və 465.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26-cı və 119.1-ci maddələrinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 27 may 2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikasının Sahibkarlığın X11 Hüquqi Şəxsi maraqlı şəxs qismində işə cəlb edilmişdir. 30 sentyabr 2024-cü il tarixdə məhkəmə tərəfindən iddiaçıya sorğu ünvanlanaraq, həmin sorğuda: 1) İddia ərizəsinin 1-ci abzasında, İddiaçı ASC ilə X10 arasında bağlanmış Bank xidmətlərinin göstərilməsinə dair X7 1.0.2 nömrəli versiyasının tarixi “xx.xx.2022-ci il tarixli” olaraq qeyd olunsa da, iş materiallarına əlavə edilmiş Bank xidmətlərinin göstərilməsinə dair X7 1.0.2 nömrəli versiyasının tarixinin “xx.xx.2020-ci il tarixli” olduğunun müəyyən edildiyi; 2) xx.xx.2021-ci il tarixli, DCL00289680-03 saylı Maliyyələşdirmə üçün ərizənin xx.xx.2021-ci il tarixli, OnGTC/SE/6560 saylı Ümumi Şərtlər toplusu əsasında bağlandığının göründüyü, lakin Qeyd olunan xx.xx.2021-ci il tarixli, DCL00289680-03 saylı Maliyyələşdirmə üçün ərizənin istinad etdiyi və əsasında bağlandığı OnGTC/SE/6560 saylı X8 nəzər yetirdikdə isə həmin razılaşmanın xx.xx.2020-ci il tarixdə bağlandığının müəyyən edildiyi; 3) xx.xx.2021-ci il tarixli, DCL00289680-06 saylı Maliyyələşdirmə üçün ərizənin xx.xx.2021-ci il tarixli, OnGTC/SE/00289680 saylı Ümumi Şərtlər toplusu əsasında bağlandığının göründüyü, lakin Qeyd olunan xx.xx.2021-ci il tarixli, DCL00289680-06 saylı Maliyyələşdirmə üçün ərizənin istinad etdiyi və əsasında bağlandığı OnGTC/SE/00289680 saylı X8 nəzər yetirdikdə isə həmin razılaşmanın xx.xx.2021-ci il tarixdə bağlandığının müəyyən edildiyi və qeyd olunmuş qeyri-müəyyənliklərə dair dəqiqləşdirmə barədə ərizə təqdim edərək izah verilməsi təklif olunmuşdur. 09 oktyabr 2024-cü il tarixdə iddiaçının nümayəndəsi tərəfindən məhkəmənin sorğusuna cavab məktubu ünvanlanaraq həmin məktubda: 1-ci sual üzrə- İddiaçı ASC ilə X10 arasında Bank xidmətlərinin göstərilməsinə dair X7 xx.xx.2020-ci il tarixli, 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair OnGTC/SE/6560 saylı razılaşmanın imzalandığı, həmin razılıq ərizəsini imzalayaraq borclunun www.pashabank.az saytında yerləşdirilmiş X6 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etdiyi bildirilmişdir. 2-ci sual üzrə Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli OnGTC/SE/6560 saylı Ümumi Şərtlər toplusu çərçivəsində tərəflər arasında xx.xx.2021-ci il tarixli DCL00289680-03 saylı maliyyələşdirmə üçün ərizə imzalandığı, DCL00289680-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanarkən sistemdə baş vermiş texniki xəta səbəbindən DCL00289680-03 saylı maliyyələşdirmə üçün ərizədə OnGTC/SE/6560 saylı razılaşmanın tarixinin xx.xx.2021-ci il qeyd edildiyi, OnGTC/SE/6560 saylı razılaşmanın ASAN imza ilə imzalandığı, həmin ASAN imza çıxarışından da OnGTC/SE/6560 saylı razılaşmanın xx.xx.2020-ci il tarixdə imzalandığnın aydın olduğu bildirilmişdir. 3-cü sual üzrə İddiaçı ASC ilə X10 arasında Bank xidmətlərinin göstərilməsinə dair X7 xx.xx.2021-ci il tarixli, 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair OnGTC/SE/00289680 saylı razılaşmanın imzalandığı, həmin razılıq ərizəsini imzalayaraq borclunun www.pashabank.az saytında yerləşdirilmiş X6 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etdiyi, OnGTC/SE/00289680 saylı razılaşmanın ASAN imza ilə imzalandığı, həmin ASAN imza çıxarışından OnGTC/SE/00289680 saylı razılaşmanın xx.xx.2021-ci il tarixdə imzalandığının aydın olduğu, lakin OnGTC/SE/00289680 saylı razılaşma imzalanarkən sistemdə baş vermiş texniki xəta səbəbindən OnGTC/SE/00289680 saylı razılaşmanın tarixinin xx.xx.2021 olaraq qeyd edildiyi, bundan başqa DCL00289680-06 saylı maliyyələşdirmə üçün ərizədə OnGTC/SE/00289680 saylı razılaşmanın tarixinin xx.xx.2021-ci il tarixin düzgün olaraq qeyd edildiyi bildirilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizə olsa yazılmalı Məhkəmə tərəfindən tərəflərin iştirakını təmin etmək məqsədilə dəfələrlə məhkəmə iclasları təyin edilməsinə baxmayaraq, tərəflər iştirak etmədiyindən təqdim edilən sənədlərə münasibətdə izahlarının və işin halları ilə əlaqədar izahatlarının alınması mümkün olmamışdır. İş materiallarında olan: Bank Xidmətlərinin göstərilməsinə dair X7 xx.xx.2020-ci il tarixli, 1.0.2 nömrəli versiyasının; xx.xx.2021-ci il tarixli, 1.0.3 nömrəli versiyasının və xx.xx.2021-ci il tarixli, 1.0.4 nömrəli versiyasının 4-cü bölməsinin: 3.1-ci bəndindən görünür ki, kredit, Bank tərəfindən kredit məbləğinin müştəriyə Bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir. (Overdraftlara şamil olunmur). 3.2-ci bəndindən görünür ki, Müştəri Kreditdən istifadəyə görə Banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir. 3.4-cü bəndindən görünür ki, faizlər kreditin verildiyi günün ertəsi günündən Kredit qaytarılan günədək hesablanır. 3.7-ci bəndindən görünür ki, Kredit məbləği Banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən müddət ərzində tam olaraq qaytarılır. 6.1-ci bəndindən görünür ki, bu müqavilə üzrə müştəriyə maliyyələşdirmə üçün ərizə formasında göstərilən məbləğdə valyuta və müddətdə güzəşt müddətli kredit xətti (overdraft limiti) verilir. 6.2-ci bəndindən görünür ki, müştəri overdraftdan istifadə etdiyi zaman ona həmin tarixdən maliyyələşdirmə üçün ərizə forması ilə müəyyən olunan müddətdə güzəşt müddəti verilir. Bank xidmətlərinin göstərilməsinə dair X7 xx.xx.2020-ci il tarixli, 1.0.2 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə 25 noyabr 2020-ci il tarixdə bağlanmış OnGTC/SE/6560 nömrəli razılaşmanın; 1-ci bəndindən görünür ki, Cavabdeh bu razılaşmanı imzalamaqla, Bank Xidmətlərinin göstərilməsinə dair X7 Bankın rəsmi internet səhifəsində https://wwwpashabank.az/gsa_addendum/lang.az/ link üzrə yerləşdirilən xx.xx.2020-ci il tarixli, 1.0.2 №-li versiyasının (bundan sonra “Müqavilə” adlandırılacaq) şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul etmişdir. 3-cü bəndindən görünür ki, Bank və Müştəri link üzrə yerləşdirilən Müqaviləni, imzalanmış Müqaviləyə bərabər tutur və bununla bağlı bir-birinə qarşı heç bir iddia qaldırmayacaqlarını bildirir. 7-ci bəndindən görünür ki, bu razılaşma imzalandığı gündən qüvvəyə minir və müddətsiz olaraq bağlanır. Razılaşma əsasında qəbul edilən Müqaviləyə xitam verilməsi şərtləri ilə tənzimlənir. 24 fevral 2021-ci il tarixli, DCL00289680-03 saylı Maliyyələşdirmə üçün ərizədən görünür ki, Bank tərəfindən X4 hesabına mal alışı məqsədilə illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla xx.xx.2022-ci il tarixədək 15070,00 (on beş min yetmiş) manat məbləğində kredit xətti açılmışdır. Bank xidmətlərinin göstərilməsinə dair X7 xx.xx.2021-ci il tarixli, 1.0.3 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə 02 mart 2021-ci il tarixdə bağlanmış OnGTC/SE/00289680 nömrəli razılaşmanın; 1-ci bəndindən görünür ki, Tural Abbasov bu razılaşmanı imzalamaqla, Bank Xidmətlərinin göstərilməsinə dair X7 Bankın rəsmi internet səhifəsində https://wwwpashabank.az/gsa_addendum/lang.az/ link üzrə yerləşdirilən xx.xx.2021-ci il tarixli, 1.0.3 №-li versiyasının (bundan sonra “Müqavilə” adlandırılacaq) şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul etmişdir. Bank xidmətlərinin göstərilməsinə dair X7 xx.xx.2021-ci il tarixli, 1.0.4 №-li versiyasının şərtlərinin qəbul etməsi barədə 23 sentyabr 2021-ci il tarixdə bağlanmış OnGTC/SE/00289680 nömrəli razılaşmanın; 1-ci bəndindən görünür ki, Tural Abbasov bu razılaşmanı imzalamaqla, Bank Xidmətlərinin göstərilməsinə dair X7 Bankın rəsmi internet səhifəsində https://wwwpashabank.az/gsa_addendum/lang.az/ link üzrə yerləşdirilən xx.xx.2021-ci il tarixli, 1.0.4 №-li versiyasının (bundan sonra “Müqavilə” adlandırılacaq) şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul etmişdir. 04 oktyabr 2021-ci il tarixli, DCL00289680-06 saylı Maliyyələşdirmə üçün ərizədən görünür ki, Bank tərəfindən X4 hesabına dövlət və digər xərclərin ödənilməsi məqsədilə illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla xx.xx.2022-ci il tarixədək 24381,00 (iyirmi dörd min üç yüz səksən bir manat sıfır qəpik) manat məbləğində kredit xətti açılmışdır. 17 sentyabr 2021-ci il tarixli, DCS00289680-05 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən kreditor İddiaçı ASC və digər tərəfdən borclu X10 şəxsində bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, kreditor Azərbaycan Respublikası X1 (bundan sonra -Fond) 13 sentyabr 2021-ci il tarixli, ZM-1739/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə Borcluya 48225,00 (qırx səkkiz min iki yüz iyirmi beş) manat məbləğində illik 15 % (on beş) faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə (kredit üzrə güzəşt müddəti-əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 6 (altı) ay olmaqla) kredit verir. 1.2-ci bəndindən görünür ki, borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri, o cümlədən, mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəyir. 1.3-cü bəndindən görünür ki, kredit dövriyyə vəsaitinin artırılması məqsədləri üçün Borclunun AZ7400, Kəngərli rayonu, Çalxanqala Kəngərli ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə verilir. xx.xx.2024-cü il tarixli, PB/PBL-OUT-00076-2024 saylı maliyyə arayışından görünür ki, X4 xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəliyi DCL00289680-03 saylı kredit müqaviləsinə əsasən 15,070 (on beş min yetmiş) manat əsas borc, 213.49 (iki yüz on üç manat qırx doqquz qəpik) manat faiz borcu, 9,430.47 (doqquz min dörd yüz otuz manat qırx yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 24,713.96 (iyirmi dörd min yeddi yüz on üç manat doxsan altı qəpik) manat, -DCS00289680-05 saylı kredit müqaviləsinə əsasən 45.819,31 (qırx beş min səkkiz yüz on doqquz manat otuz bir qəpik) manat əsas borc, 6.874,80 (altı min səkkiz yüz yetmiş dörd manat səksən qəpik) manat faiz borcu, 3,947.92 (üç min doqquz yüz qırx yeddi manat doxsan iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 56,642.02 (əlli altı min altı yüz qırx iki manat iki qəpik) manat - DCL00289680-06 saylı kredit müqaviləsinə əsasən 24,044.66 (iyirmi dörd min qırx dörd manat altmış altı qəpik) manat əsas borc, 10,194.94 (on min yüz doxsan dörd manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 34,239.60 (otuz dörd min iki yüz otuz doqquz manat altmış qəpik) manat; - 41040AZNSK********** saylı kredit müqaviləsinə əsasən 111,473.12 (yüz on bir min dörd yüz yetmiş üç manat on iki qəpik) manat əsas borc, 2,890.05 (iki min səkkiz yüz doxsan manat beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 114,363.17 (bir yüz on dörd min üç yüz altmış üç manat on yeddi qəpik) manat təşkil edir. Məhkəmənin 27 may 2024-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticəsi olaraq 26 avqust 2024-cü il tarixdə məhkəməyə daxil olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2024-cü il tarixli, 655 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Belə ki, məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı ASC ilə cavabdeh X10 arasında Bank xidmətlərinin göstərilməsinə dair X7 xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə xx.xx.2020-ci il tarixdə OnGTC/SE/6560 saylı razılaşma imzalanmış, borclu həmin razılaşmanı imzalamaqla Bank Xidmətlərinin göstərilməsinə dair X7 Bankın rəsmi internet səhifəsində https://wwwpashabank.az/gsa_addendum/lang.az/ link üzrə yerləşdirilən xx.xx.2020-ci il tarixli, 1.0.2 №-li versiyasının (bundan sonra “Müqavilə” adlandırılacaq) şərtlərini qəbul etmişdir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində 24 fevral 2021-ci il tarixli, DCL00289680-03 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş digər hal ondan ibarətdir ki, iddiaçı ərizəsində Bankla Borcalan arasında Bank xidmətlərinin göstərilməsinə dair X7 xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair OnGTC/SE/00289680 saylı Razılaşma imzalandığını, tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DCL00289680-06 saylı Maliyyələşdirmə üçün ərizə imzalandığını qeyd etsə də məhkəmə tərəfindən işin halları araşdırılaraq xx.xx.2021-ci il tarixli, DCL00289680-06 saylı Maliyyələşdirmə üçün ərizədən həmin ərizənin xx.xx.2021-ci il tarixli, OnGTC/SE/00289680 saylı Ümumi Şərtlər toplusu əsasında bağlandığının, lakin Qeyd olunan xx.xx.2021-ci il tarixli, DCL00289680-06 saylı Maliyyələşdirmə üçün ərizənin istinad etdiyi və əsasında bağlandığı OnGTC/SE/00289680 saylı X8 nəzər yetirdikdə isə həmin razılaşmanın xx.xx.2021-ci il tarixdə bağlandığının müəyyən edilməsi və qeyd olunmuş qeyri-müəyyənliklərə dair dəqiqləşdirmə barədə ərizə təqdim edərək izah verilməsinə dair iddiaçı tərəfə sorğu verilmiş, 09 oktyabr 2024-cü il tarixdə iddiaçının nümayəndəsi tərəfindən məhkəmənin sorğusuna cavab məktubu ünvanlanaraq həmin məktubda sual üzrə İddiaçı ASC ilə X10 arasında Bank xidmətlərinin göstərilməsinə dair X7 xx.xx.2021-ci il tarixli, 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair OnGTC/SE/00289680 saylı razılaşmanın imzalandığı, həmin razılıq ərizəsini imzalayaraq borclunun www.pashabank.az saytında yerləşdirilmiş X6 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etdiyi, OnGTC/SE/00289680 saylı razılaşmanın ASAN imza ilə imzalandığı, həmin ASAN imza çıxarışından OnGTC/SE/00289680 saylı razılaşmanın xx.xx.2021-ci il tarixdə imzalandığının aydın olduğu, lakin OnGTC/SE/00289680 saylı razılaşma imzalanarkən sistemdə baş vermiş texniki xəta səbəbindən OnGTC/SE/00289680 saylı razılaşmanın tarixinin xx.xx.2021 olaraq qeyd edildiyi, bundan başqa DCL00289680-06 saylı maliyyələşdirmə üçün ərizədə OnGTC/SE/00289680 saylı razılaşmanın tarixinin xx.xx.2021-ci il tarixin düzgün olaraq qeyd edildiyi bildirilməklə əlavə olaraq məhkəməyə Bank xidmətlərinin göstərilməsinə dair X7 xx.xx.2021-ci il tarixli, 1.0.4 nömrəli versiyası və Bank xidmətlərinin göstərilməsinə dair X7 xx.xx.2021-ci il tarixli, 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə xx.xx.2021-ci il tarixli (texniki səhvlik əsasında tarixinin xx.xx.2021-ci il tarixli olmasını nəzərə alaraq) OnGTC/SE/00289680 saylı razılaşma təqdim edilmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər barəsində olan dəqiqləşdirmələri nəzərə alaraq hesab edir ki, İddiaçı ASC ilə X10 arasında Bank xidmətlərinin göstərilməsinə dair X7 xx.xx.2021-ci il tarixli, 1.0.4 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair OnGTC/SE/00289680 saylı razılaşma imzalanmış, borclu həmin razılaşmanı imzalamaqla Bank Xidmətlərinin göstərilməsinə dair X7 Bankın rəsmi internet səhifəsində https://wwwpashabank.az/gsa_addendum/lang.az/ link üzrə yerləşdirilən xx.xx.2021-ci il tarixli, 1.0.4 №-li versiyasının (bundan sonra “Müqavilə” adlandırılacaq) şərtlərini qəbul etmişdir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində 04 oktyabr 2021-ci il tarixli, DCL00289680-06 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmışdır. Bundan əlavə iş materiallarına əlavə edilən digər sənədlərdən aydın olur ki, tərəflər arasında 17 sentyabr 2021-ci il tarixli, DCS00289680-05 saylı kredit müqaviləsi bağlanmışdır. Bununla da, tərəflər Bank xidmətlərinin göstərilməsinə dair X7 mühüm şərtləri hesab edilən hallar barədə razılığa gələrək, müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr əldə etmişlər. Tərəflər arasında bağlanmış: 24 fevral 2021-ci il tarixli, DCL00289680-03 saylı Maliyyələşdirmə üçün ərizəyə əsasən Bank tərəfindən X5 mal alışı məqsədilə illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla xx.xx.2022-ci il tarixədək 15070,00 (on beş min yetmiş) manat məbləğində kredit verilmiş; 04 oktyabr 2021-ci il tarixli, DCL00289680-06 saylı Maliyyələşdirmə üçün ərizəyə əsasən Bank tərəfindən X5 dövlət və digər xərclərin ödənilməsi məqsədilə illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla xx.xx.2022-ci il tarixədək 24381,00 (iyirmi dörd min üç yüz səksən bir manat sıfır qəpik) manat məbləğində kredit verilmiş, Müştəri Kreditdən istifadəyə görə Banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəməyi, Kredit məbləğinin Banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən müddət ərzində tam olaraq qaytarmağı öhdəsinə götürmüşdür. 17 sentyabr 2021-ci il tarixli, DCS00289680-05 saylı kredit müqaviləsinə əsasən Azərbaycan Respublikası X1 13 sentyabr 2021-ci il tarixli, ZM-1739/2021 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə kreditor tərəfindən Borcluya 48225,00 (qırx səkkiz min iki yüz iyirmi beş) manat məbləğində illik 15 % (on beş) faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətinə kredit verilmiş, borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri, o cümlədən, mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər aiddir. 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə tərəfindən müəyyən edilən digər hal ondan ibarətdir ki, Borcalan sadalanan müqavilələr əsasında üzərinə düşən öhdəlikləri lazımınca icra etməyərək, kreditin əsas məbləğini və ona hesablanmış faizləri maliyyələşdirmə üçün ərizə formasında göstərilən qaydada ödəmədiyindən kredit müddəti bitənədək və kredit müddəti bitdikdən sonra əsas məbləğə cərimə hesablanmış, eyni zamanda xx.xx.2024-cü il tarixli, PB/PBL-OUT-00076-2024 saylı maliyyə arayışı əsasında xx.xx.2024-cü il tarixə DCL00289680-03 saylı kredit müqaviləsi üzrə 712, DCS00289680-05 saylı kredit müqaviləsi üzrə 630, DCL00289680-06 saylı kredit müqaviləsi üzrə 490, -41040AZNSK********** saylı texniki overdraft üzrə 649 gecikdirilmiş gün qeydə alınmışdır. Göstərilən səbəblərdən yaranmış mübahisə qarşılıqlı razılıq əsasında həll edilmədiyindən, iddiaçı pozulmuş hüquqların bərpası məqsədilə Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyinə müvafiq olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən işin halları araşdıralaraq müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya olan borcu iş materiallarında olan xx.xx.2024-cü il tarixli, PB/PBL-OUT-00076-2024 saylı maliyyə arayışında öz əksini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının əsas və faiz borcunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini tələb etməkdə subyektiv hüququ olduğunu bildirir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu mənada Konstitusiya Məhkəməsi Plenumunun təcrübəsində Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində yer alan hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatına böyük önəm verilir. Belə ki, bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (E.Həkimovun şikayəti üzrə 2008-ci il 3 noyabr tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarlar). Nəzərə almaq lazımdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 2010-cu il 13 dekabr tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər hüquqların effektivliyinə mənfi təsir göstərə bilər. Məhkəmələrə iddia ilə müraciət edən hər kəs yaranmış mübahisəyə hüquqi aydınlıq gətirilməsini və onun qanuni üsulla həll edilməsini gözləyir. Məhkəmənin qəbul etdiyi qərar iş üzrə tərəflərin mübahisəsinin qanuni yolla aradan qaldırılmasına yönəlir və nəticə etibarilə hüquq münasibətlərini qanuni çərçivəyə salmaq məqsədini daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci mаddəsinə əsasən öhdəliyin оnun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа еdilməməsi bоrclunun icrаnı gеcikdirməsi sаyılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 741-ci maddəsinə əsasən Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmçinin, məhkəmə texniki overdraft əməliyyatına əsasən yaranmış borc məbləğinə münasibətdə aşağıdakıları qeyd edir: Tərəflər arasında bağlanmış X7: 3.1-ci bəndindən aydın olur ki, kredit, Bank tərəfindən kredit məbləğinin müştəriyə Bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir. (Overdraftlara şamil olunmur). 6.1-ci bəndindən görünür ki, bu müqavilə üzrə müştəriyə maliyyələşdirmə üçün ərizə formasında göstərilən məbləğdə valyuta və müddətdə güzəşt müddətli kredit xətti (overdraft limiti) verilir. Qeyd olunan maddələrin məzmunundan da göründüyü kimi, ovedraft borcalan tərəfindən istifadə edilə bilən güzəştli kreditdir. Lakin həmin kredit məbləği borcalanın hesabına köçürülmür. Kart hesabında olan pul vəsaiti kartdan istifadə etməklə aparılan əməliyyatlar üçün kifayət etmədikdə, həmin əməliyyatların icrası üçün tələb olunan vəsaitin çatışmayan hissəsi Bank tərəfindən ödənilir. Belə ki, overdraft Kartın balansındakı pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. O cümlədən, Kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacağı, Kartın Müştərinin faktiki sahibliyində olubolmamasından asılı olmayaraq, Kart ilə aparılan bütün əməliyyatların nəticələrinə görə Müştərinin məsuliyyət daşıdığı müddəları da X7 müvafiq bəndlərində öz əksini tapmışdır. Bununla da məhkəmə iddiaçının overdraft əməliyyatına əsasən yaranmış borc məbləğini tələb etməkdə haqlı olduğunu bildirir. Məhkəmə iddia tələbinin digər hissəsini təşkil edən dəbbə puluna (cərimə) münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqedən çıxış etməyi zəruri hesab edərək qeyd edir: Belə ki, Mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi məqsədi ilə qanunverici tərəfindən Mülki Məcəllənin 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Dəbbə pulunun növləri ilə bağlı MM-in 466.2-ci maddəsində müəyyən edilmişdir ki, qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər (MM-in 466.2.1-466.2.3-cü maddələri). Azərbaycan Respublikasının mülki qanunvericiliyində dəbbə pulunun məbləğini müəyyən edən müddəalar nəzərdə tutulmamışdır. MM-in 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Bu o deməkdir ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində dəymiş zərərin məbləğindən asılı olmayaraq ödənilməlidir. Dəbbə pulunun hesablanması qaydası müqavilədə müxtəlif müəyyən oluna bilər: müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında; öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda; sabit pul məbləğində. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarı) Mülki Məcəllənin 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericilik müqavilənin təbiətini azad xarakterli müəyyən etmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq Tərəflər arasında bağlanmış X7 4-cü bölməsinin 3.11-ci bəndi ilə gecikdirilmiş əsas məbləğə münasibətdə cərimə faizinin hesablanması, habelə, 17 sentyabr 2021-ci il tarixli, DCS00289680-05 saylı kredit müqaviləsinin 1.2-ci bəndi ilə mövcud olduğu təqdirdə dəbbə pulunun bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödənilməsi nəzərədə tutulduğundan, nəticədə qeyd olunan müddəalar müqavilədə borclunun öhdəliyini pozmasına görə məsuliyyət daşımasını müəyyən edən hallar hesab edildiyindən və işin hallarından borclunun öhdəliyini icra etmədiyi aydın olduğundan, məhkəmə belə qənaətə ki, kreditor dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı mövqeyə görə məhkəmələrin ən məsuliyyətli vəzifəsi işin araşdırılan halları və faktları əsasında tərəflərin təqdim etdiyi dəlil və sübutlara qiymət verməsidir. Bu mövqedən yanaşaraq məhkəmənin qəbul etdiyi aktın qanuni və əsaslı olmasını, məhkəmənin işə tam, hərtərəfli və obyektiv yanaşıb-yanaşmadığını da həmin haldan asılı etmişdir. Bu hala əsaslanaraq, xx.xx.2024-cü il tarixə cavabdeh X4 İddiaçı ASC-yə müqavilələr və overdraft əməliyyatı əsasında yaranmış əsas, faiz və cərimə borcunun nə qədər təşkil etməsi məqsədilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsində 26 avqust 2024-cü il tarixdə məhkəməyə daxil olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2024-cü il tarixli, 655 nömrəli ekspert rəyindən görünür ki, X10 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DCL00289680-03 saylı, 17 sentyabr 2021-ci il tarixli, DCS00289680-05 saylı, xx.xx.2021-ci il tarixli, DCL00289680-06 saylı və 41040AZNSK********** saylı kredit müqavilələrinin, hesabdan çıxarış və maliyyə arayışı məlumatlarının düzgünlüyü nəzərə alındıqda xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) xx.xx.2021-ci il tarixli, DCL00289680-03 saylı kredit müqaviləsi üzrə 15,070 (on beş min yetmiş) manat əsas borc, 213.49 (iki yüz on üç manat, qırx doqquz qəpik) manat faiz borcu, 9,430.47 (doqquz min dörd yüz otuz manat, qırx yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 24,713.96 (iyirmi dörd min yeddi yüz on üç manat, doxsan altı qəpik) manat, 17 sentyabr 2021-ci il tarixli, DCS00289680-05 saylı kredit müqaviləsi üzrə 45.819,31 (qırx beş min səkkiz yüz on doqquz manat otuz bir qəpik) manat əsas borc, 6.874,80 (altı min səkkiz yüz yetmiş dörd manat səksən qəpik) manat faiz borcu, 3947,92 (üç min doqquz yüz qırx yeddi manat doxsan iki qəpik) manat cərimə borcu olmaqla , cəmi 56642,02 (əlli altı min altı yüz qırx iki manat iki qəpik) manat, 04 10 2021-ci il tarixli, DCL00289680-06 saylı kredit müqaviləsi (Maliyyələşdirmə üçün ərizə) üzrə 24,044.66 (iyirmi dörd min qırx dörd manat, altmış altı qəpik) manat əsas borc, 10,194.94 (on min yüz doxsan dörd manat, doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 34,239.60 (otuz dörd min iki yüz otuz doqquz manat, altmış qəpik) manat və 41040AZNSK********** saylı hesab üzrə yaranmış texniki overdraft əməliyyatına əsasən 111,473.12 (bir yüz on bir min dörd yüz yetmiş üç manat, on iki qəpik) manat əsas borc, 2,890.05 (iki min səkkiz yüz doxsan manat, beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 114,363.17 (bir yüz on dörd min üç yüz altmış üç manat, on yeddi qəpik) manat borcun düzgün hesablandığı qeyd olunmuşdur. Belə ki, məhkəmə, sübutların məcmusunda, onların qarşılıqlı funksional əlaqəsini müəyyən edərək birinin digərini təsdiqini və onlar arasında heç bir əksliyin və ziddiyyətin olmamasını aşkar etmişdir. Bununla da, tələb edilənlərlə ekspert rəyində qeyd edilən məbləğlər eynilik təşkil etdiyindən, məhkəmə, sübutların: maliyyə arayışı, o cümlədən hesablanması xüsusi bilik tələb etdiyindən ekspertizaya təqdim edilərək nəzərə alınan hesabdan çıxarışların və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2024-cü il tarixli, 655 nömrəli ekspert rəyinin özlüyündə həqiqiliyinə təminat verildiyini qeyd edir. Belə ki sübutların həqiqiliyi dedikdə, bu sübutların məhkəmə tərəfindən şəksiz və şübhəsiz qəbul edilməsinə səbəb olan mötəbərlilik başa düşülür. Nəticədə, məhkəmə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 22 avqust 2024-cü il tarixli, 655 nömrəli ekspert rəyi real vəziyyəti əks etdirdiyi üçün mötəbər sübut növü kimi qəbul edib həmin rəylə razılaşaraq iddianın tam təmin olunması qənaətindədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.5-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 114.1 və 114.1.1-ci maddələrinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.4-cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda dövlət rüsumunun məbləği 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi olaraq müəyyən edilir. Hazırkı iddia tələbi üzrə iddianın qiyməti ümumilikdə 229958,75 (iki yüz iyirmi doqquz min doqquz yüz əlli səkkiz manat yetmiş beş qəpik) manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumu 519,96 (beş yüz on doqquz manat doxsan altı qəpik) manat olaraq müəyyən edilir. Qeyd edilənlərə əsasən iddia tələbi tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 520 (beş yüz iyirmi) manat məbləğində dövlət rüsumunun 519,96 (beş yüz on doqquz manat doxsan altı qəpik) manat məbləği cavabdeh X3 alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,04 (dörd qəpik) manat isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Bundan əlavə məhkəmənin 27 may 2024-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi nəticəsində aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat məbləğində müəyyən edilmiş, bu halı təsdiq edən 22 avqust 2024-cü il tarixli ekspertiza xərclərinə dair bildiriş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2024-cü il tarixli, 655 nömrəli ekspert rəyinə əlavə edilmişdir. Qeyd olunanlara əsasən ekspertlərə verilməli olan məbləğlər məhkəmə xərcləri tərkibində işə baxılması ilə əlaqədar məsrəflərə aid edildiyindən, ödənilmiş tələbin məbləğinə münasibətdə işdə iştirak edən şəxslərə aid edilməlidir. Belə ki, iddia tələbi tam təmin edildiyindən 100 (bir yüz) manat məbləğində müəyyən edilmiş tədqiqatın dəyəri (ekspertiza xərci) cavabdeh X3 alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X9 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Nəticədə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh X3 DCL00289680-03 saylı kredit müqaviləsinə əsasən 15,070 (on beş min yetmiş) manat əsas borc, 213.49 (iki yüz on üç manat qırx doqquz qəpik) manat faiz borcu, 9,430.47 (doqquz min dörd yüz otuz manat qırx yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 24,713.96 (iyirmi dörd min yeddi yüz on üç manat doxsan altı qəpik) manat; -DCS00289680- 05 saylı kredit müqaviləsinə əsasən 45.819,31 (qırx beş min səkkiz yüz on doqquz manat otuz bir qəpik) manat əsas borc, 6.874,80 (altı min səkkiz yüz yetmiş dörd manat səksən qəpik) manat faiz borcu, 3,947.92 (üç min doqquz yüz qırx yeddi manat doxsan iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 56,642.02 (əlli altı min altı yüz qırx iki manat iki qəpik) manat, DCL00289680-06 saylı kredit müqaviləsinə əsasən 24,044.66 (iyirmi dörd min qırx dörd manat altmış altı qəpik) manat əsas borc, 10,194.94 (on min yüz doxsan dörd manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 34,239.60 (otuz dörd min iki yüz otuz doqquz manat altmış qəpik) manat, 41040AZNSK********** saylı hesab üzrə yaranmış texniki overdraft əməliyyatına əsasən 111,473.12 (yüz on bir min dörd yüz yetmiş üç manat on iki qəpik) manat əsas borc, 2,890.05 (iki min səkkiz yüz doxsan manat beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 114,363.17 (bir yüz on dörd min üç yüz altmış üç manat on yeddi qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 520 (beş yüz iyirmi) manat məbləğində dövlət rüsumunun 519,96 (beş yüz on doqquz manat doxsan altı qəpik) manat məbləği cavabdeh X3 alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0,04 (dörd qəpik) manat isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalı, 100 (bir yüz) manat məbləğində müəyyən edilmiş tədqiqatın dəyəri (ekspertiza xərci) cavabdeh X3 alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X9 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi əsaslı olduğundan təmin edilsin. Cavabdeh X3 (FİN:503AN58, Şəxsiyyət vəsiqəsinin seriya nömrəsi: AA4788519) DCL00289680-03 saylı kredit müqaviləsinə əsasən 15,070 (on beş min yetmiş) manat əsas borc, 213.49 (iki yüz on üç manat qırx doqquz qəpik) manat faiz borcu, 9,430.47 (doqquz min dörd yüz otuz manat qırx yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 24,713.96 (iyirmi dörd min yeddi yüz on üç manat doxsan altı qəpik) manat; DCS00289680-05 saylı kredit müqaviləsinə əsasən 45.819,31 (qırx beş min səkkiz yüz on doqquz manat otuz bir qəpik) manat əsas borc, 6.874,80 (altı min səkkiz yüz yetmiş dörd manat səksən qəpik) manat faiz borcu, 3,947.92 (üç min doqquz yüz qırx yeddi manat doxsan iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 56,642.02 (əlli altı min altı yüz qırx iki manat iki qəpik) manat, DCL00289680-06 saylı kredit müqaviləsinə əsasən 24,044.66 (iyirmi dörd min qırx dörd manat altmış altı qəpik) manat əsas borc, 10,194.94 (on min yüz doxsan dörd manat doxsan dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 34,239.60 (otuz dörd min iki yüz otuz doqquz manat altmış qəpik) manat, 41040AZNSK********** saylı hesab üzrə yaranmış texniki overdraft əməliyyatına əsasən 111,473.12 (yüz on bir min dörd yüz yetmiş üç manat on iki qəpik) manat əsas borc, 2,890.05 (iki min səkkiz yüz doxsan manat beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 114,363.17 (bir yüz on dörd min üç yüz altmış üç manat on yeddi qəpik) manat alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (VÖEN:**********) ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 520 (beş yüz iyirmi) manat məbləğində dövlət rüsumunun 519,96 (beş yüz on doqquz manat doxsan altı qəpik) manat məbləğində rüsum əvəzi cavabdeh X3 alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 0,04 (dörd qəpik) manat isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. Cavabdeh X3 100 (bir yüz) manat məbləğində ekspertiza xərci alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X9 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar