Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-32/2024 15.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X2 məhkəmə iclas katibliyi, ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh4 qarşı “Kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbi barədə kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC və onun nümayəndəsi Nümayəndə1 08 avqust 2023-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4 09 iyun 2021-ci il tarixli, KT0906/01 saylı kredit müqaviləsi üzrə 23 may 2023-ci il tarixə 6 327.99 (altı min üç yüz iyirmi yeddi manat 99 qəpik) manat əsas borc, 109.31 (bir yüz doqquz manat 31 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6437.30 (altı min dörd yüz otuz yeddi manat 30 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 21 850 (iyirmi bir min səkkiz yüz əlli) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh4 məxsus **********01/10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 2ində 0.1684 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh3n, X3, Cavabdeh4 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 09 iyun 2021-ci il tarixli, KT0906/01 saylı kredit müqaviləsinə əsasən Borcalana Bank tərəfindən 36 ay müddətinə illik 15% dərəcəsi ilə 12 000 (on iki min) manat məbləğində kənd təsərrüfatı krediti verildiyini, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh4 məxsus **********01/10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 2ində 0.1684 ha torpaq sahəsində fərdi yaşayış evinin 09 iyun 2021-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edildiyini, İpoteka müqaviləsinin müvafiq olaraq Culfa rayon notariat ofisində təsdiq edildiyini və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlakın yüklülüyünün qeydiyyata alındığını, Kredit müqaviləsinin 1-ci maddəsinə əsasən Borcalan Cavabdeh4 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, onun, bu öhdəliyi yerinə yetirmədiyini, nəticədə kredit reyestrində onun adına xx.xx.2023-cü il tarixə adına 254 gecikmə günü qeydə alındığını, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, ipoteka müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəli olduğunu, borcun qaytarılması ilə bağlı Borcalan Cavabdeh4 ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edildiyini, onlara məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktublarının müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyinin bildirildiyini, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişin borcalan-ipoteka qoyan – Cavabdeh4 ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərildiyini, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edildiyini və bildirişin dövlət qeydiyyatına alındığını, xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə Borcalana təklif ünvanlandığını, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilsədə, Borcalanın X1 iştirak etmədiyini, Kredit müqaviləsinin 5.8 bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən illik faizin üzərinə 10 faiz əlavə cərimə faizi ödədiyini, Kredit müqaviləsinin 5.12-ci bəndinə əsasən müqavilə şərtləri Borcalan tərəfindən pozulduğu halda, kredit üzrə borc və hesablanmış faizlər, cərimələr və borcla əlaqədar Bankın təsdiqlənmiş xərclərinin Borcalan tərəfindən ödənildiyini, Kredit müqaviləsinin 7-ci bəndinə əsasən Borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə, Bankın öhdəliyin icrasını vaxtından əvvəl tələb edə biləcəyini, Kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən bu müqavilənin tərəflərin imzaladığı gündən qüvvəyə mindiyinin və tərəflərin bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalacağının müəyyənləşdirildiyini, İpoteka müqaviləsinin 4-cü bəndinə əsasən ipoteka saxlayanın tələbi ipoteka hesabına Bankın Borcalana verdiyi kredit, ona hesablanacaq faizlər, cərimələr və borcla əlaqədar Bankın digər xərcləri daxil edilməklə tam həcmdə təmin edildiyini, İpoteka müqaviləsinin 9-cu bəndinə əsasən əsas öhdəlik, yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq 2 dəfə pozulduqda və.s ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yarandığını, xx.xx.2023-cü il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildirişdə ipoteka qoyanlara və borcalana - Cavabdeh4 “İpoteka haqqında” Qanunun 36.2.3-cü maddəsinə və İpoteka müqaviləsinin 9.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın məhkəməyə müraciət etmədən notariusun icra qeydi əsasında keçirilməsinə razılıq verilməsinin təklif edildiyini, Cavabdeh4 09 iyun 2021-ci il tarixli, KT0906/01 saylı kredit müqaviləsi üzrə 22 may 2023-ci il tarixə 6 327.99 (altı min üç yüz iyirmi yeddi manat 99 qəpik) manat əsas borc, 109.31 (bir yüz doqquz manat 31 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6437.30 (altı min dörd yüz otuz yeddi manat 30 qəpik) manat kredit borcu öhdəliyinin olduğunu qeyd etməklə əsaslandırmış, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 443-cü, 445.1-ci, 449.4-cü maddələrinə, İpoteka haqqında Qanunun 34-cü, 59.3-cü maddələrinə istinad etmiş, İpoteka qoyan Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, X3 ipoteka qoyulan fərdi yaşayış evində qeydiyyatda olan şəxslər olduğunu, Kredit müqaviləsinin 6.4.7-ci bəndinə əsasən Borcalan qeydiyyat ünvanını, faktiki yaşayış yerini, adını, soyadını dəyişməsi və müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə təsir edə biləcək başqa öhdəliklərin yaranması barədə 3 (üç) iş günü müddətində Banka məlumat verməli olduğunu qeyd etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 16 fevral 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 09 iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən borclu Cavabdeh4 36 ay müddətinə illik 15% dərəcəsi ilə 12 000 (on iki min) manat məbləğində kənd təsərrüfatı krediti verildiyini, kreditin təminatı olaraq borclu Cavabdeh4 məxsus fərdi yaşayış evinin ipoteka ilə yüklü edildiyini, Cavabdeh4 adına 06 iyun 2023-cü il tarixə 377 gecikmə günü qeydə alındığını, Sistem üzrə borcunun 4878,77 manat olduğunu, bugünə olan gecikmədə olan günlərin sayının 517 gün olduğunu, son ödənişin tarixinin 27 oktyabr 2023-cü il tarixdə olduğunu, ödənişin məbləğinin isə 450 manat olduğunu, həmin gündən bugünə ümumilikdə 1800 manat ödəniş etdiyini, iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edəcəklərini bildirmişdir. 16 fevral 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında Cavabdeh4 pensiya aldığını, Türkiyəyə gedib-gəldiyini, iki uşağının olduğunu, bir də ailəsinin burada olduğunu, “Pensiyamı kəssinlər, istəməsələr də bir ayım qalıb Türkiyəyə getməyə, beş ay müddət versinlər” deyə bildirərək, beş aya krediti bağlayacağını, ayda min manat-min manat bağlayacağını, pensiyasının da üstünə yeddi yüz, səkkiz yüz manat qoyub bağlayacağını, gücünün buna çatacağını, on beş minə yaxın ödədiyini, dörd min nə qədərdəsə durduğunu, “Mən pensiyamla uşağımı dolandırım, ya kredit verim?!” deyə bildirərək, martın on beşi Türkiyəyə gedəcəyini, apreldən ayda min manat bağlayaraq beş aya qurtaracağını, Bank tərəfindən müqavilədə göstərilən 12 000 (on iki min) manat məbləğində kreditin hamısının verildiyini, faizlə birlikdə 15 000 (on beş min) ödədiyini bildirmişdir. Məhkəmənin 15 sentyabr 2023-cü il tarixli qərardadı ilə e-2-2(123)-149/2023 saylı iş üzrə icraata “1 (bir) ay ərzində həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh3n, X3, Cavabdeh4 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi” tələbinə dair hissədə xitam verilməsi, e-2-2(123)-149/2023 saylı işə Cavabdeh4 09 iyun 2021-ci il tarixli, KT0906/01 saylı kredit müqaviləsi üzrə 23 may 2023-ci il tarixə 6 327.99 (altı min üç yüz iyirmi yeddi manat 99 qəpik) manat əsas borc, 109.31 (bir yüz doqquz manat 31 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6437.30 (altı min dörd yüz otuz yeddi manat 30 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilən 100 (bir yüz) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 21 850 (iyirmi bir min səkkiz yüz əlli) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh4 məxsus **********01/10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 2ində 0.1684 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi” tələbi həcmində baxılması qərara alınmışdır. 15 aprel 2024-cü il tarixə, saat 15:05-ə təyin edilmiş məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmişlər. 15 aprel 2024-cü il tarixdə iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə elektron qaydada ərizə ünvanlanaraq həmin ərizədə, iş üzrə məhkəmə baxış iclasının xx.xx.2024-cü il tarixə, saat 15:05-ə təyin edildiyi, işlərin çoxluğunu nəzərə alaraq xx.xx.2024-cü il tarixə, saat 15:05-ə təyin edilmiş məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsi və müvafiq məhkəmə qərarının çıxarılmasının məhkəmədən xahiş edildiyi, işə cavabdeh tərəflərin iştirakı olmadan baxılmasına etiraz etmədikləri qeyd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: 28 mart 2023-cü il tarixli, N-342 nömrəli X1 İştirak edilməməsi barədə arayışdan görünür ki, 28 mart 2023-cü il tarixdə keçirilmiş X1 iddiaçının nümayəndəsi Nümayəndə1 iştirak etmiş, Cavabdeh4 isə iştirak etməmişdir. xx.xx.2023-cü il tarixli, AAU seriyalı, 129534 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Naxçıvanbank ASC tərəfindən 100 (bir yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. 09 iyun 2021-ci il tarixli, KT0906/01 saylı Kredit müqaviləsindən görünür ki, bu müqavilə, bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" ASC-nin müdiri X5 şəxsində və digər tərəfdən vətəndaş Cavabdeh4 şəxsində müəyyən edilmiş şərtlərlə tam razılıq əsasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, Bank Borcalana 36 ay müddətinə 12000 (on iki min) manat məbləğində illik 15% (on beş) dərəcəsi ilə kənd təsərüfatı kreditin tam və ya hissə-hissə verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür və öhdəliyin icrasının təminatı kimi Banka DƏTMDK (DƏDRX) tərəfindən verilmiş xx.xx.2018 tarixli, №0061852 saylı çıxarışa əsasən ünvan 2ində mülkiyyət hüququ Cavabdeh4 məxsus, dəyəri 21850 (iyirmi bir min səkkiz yüz əlli) manat olan daşınmaz əmlakı (fərdi yaşayış) təqdim edir. 3.1-ci bəndindən görünür ki, Bankla İpotekaqoyan və Borcalan arasında xx.xx.2021-ci il tarixdə bağlanmış ipoteka müqaviləsi bu müqavilə ilə bağlı münasibətləri tənzimləyəcəkdir. 5.1-ci bəndindən görünür ki, Borcalan kreditin əsas məbləğini, ona hesablanmış faiz borcunu və cərimələri ödəməlidir. 5.3-cü bəndindən görünür ki, kredit və ona hesablanmış faizlərin ödənilməsi kreditin verildiyi valyuta ilə müqaviləyə əlavə olunan qrafikə uyğun olaraq həyata keçirilir. 6.1.9-cu bəndindən görünür ki, bu müqavilə pozulduğu halda kredit üzrə borcun qaytarılmasını və hesablanmış faizlərin, cərimələrin və müqavilənin 5.12-ci bəndinə əsasən Bankın təsdiqlənmiş xərclərinin ödənilməsini Borcalandan tələb etmək Bankın hüququdur. 6.1.10-cu bəndindən görünür ki, borcalan öhdəliyin icrasını vaxtında yerinə yetirmədikdə öhdəliyin girov qoyulmuş əmlak hesabına ödənilməsini tələb etmək Bankın hüququdur. 6.4.1-ci bəndindən görünür ki, ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirmək borcalanın vəzifəsidir. 6.4.5-ci bəndindən görünür ki, kreditin bütün məbləğini, ona hesablanmış faizləri, cərimələri və borcun qaytarılması ilə əlaqədar digər xərcləri tamamilə ödəmək borcalanın vəzifəsidir. 6.4.6-cı bəndindən görünür ki, Bank qarşısında olan öhdəliyinə özünün bütün əmlakı ilə kredit borcu, faizlər, cərimələr və bankın digər təsdiqlənmiş xərcləri həddində cavab vermək borcalanın vəzifəsidir. 09 iyun 2021-ci il tarixli, 87 nömrəli İpoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, bu müqavilə bir tərəfdən ipoteka qoyan (borcalan) Cavabdeh4 şəxsində, digər tərəfdən ipoteka saxlayan "xxxx" ASC-nin Culfa filialı adından X6 şəxsində bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını KT0906/01 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.3-cü bəndindən görünür ki, İpoteka predmetinin dəyəri “ipoteka qoyan”-ın və “ipoteka saxlayan”-ın razılığına əsasən 21850 manat 00 qəpik (iyirmi bir min səkkiz yüz əlli manat sıfır qəpik) manat məbləğində müəyyən edilmişdir. 3.1-ci bəndindən görünür ki, öhdəliyin yaranma əsası kredit müqaviləsidir. 4.1-ci bəndindən görünür ki, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlılığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə ödənilir. 11.2-ci bəndindən görünür ki, ipoteka müqaviləsinin notariat qaydasında təsdiq olunması, ipotekanın və ipoteka kağızının qeydiyyatı və əlavə qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş dövlət rüsumunu və bununla bağlı yaranan digər xərcləri ödəmək vəzifəsi ipoteka qoyanın üzərinə düşür. 16 iyun 2023-cü il tarixli, 822 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh4 09 iyun 2021-ci il tarixli, KT0906/01 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 15% dərəcəsi ilə verilmiş 12 000 (on iki min) manat məbləğində verilmiş kredit üzrə “16 iyun 2023-cü il tarixə olan məlumata əsasən əsas borcu 6039.07 (altı min otuz doqquz manat 07 qəpik) manat, faiz borcu 17.40 (on yeddi manat 40 qəpik) manat olmaqla cəmi öhdəliyi 6056.47 (altı min əlli altı manat 47 qəpik) manat təşkil edir. 09 iyun 2021-ci il tarixli, 1013 nömrəli Xəzinə məxaric orderindən görünür ki, Naxçıvanbank ASC-nin Culfa filialı tərəfindən heyvandarlıq üzrə biznes krediti üçün 11772.00 manat (on bir min yeddi yüz yetmiş iki manat 00 qəpik) manat məbləğində kredit Cavabdeh4 bank hesabına köçürülmüşdür. 09 iyun 2021-ci il tarixli KT0906/01 saylı kredit müqaviləsinə əlavə, kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Cavabdeh4 illik 15% dərəcəsi ilə, 36 ay müddətinə 12 000 (on iki min) manat məbləğində verilmiş kreditin xx.xx.2021-ci il tarixdən xx.xx.2024-ci il tarixədək aylar üzrə ödənilməsi nəzərdə tutulmuş, əsas borcdan əlavə 36 ay müddətində ödənilməli olan faiz 2975.47 (iki min doqquz yüz yetmiş beş manat 47 qəpik) manat məbləğində olmaqla ümumilikdə ödənilməli olan məbləğ 14975.47 (on dörd min doqquz yüz yetmiş beş manat 47 qəpik) manat təşkil etmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH ******* nömrəli Çıxarışdan görünür ki, Naxçıvan MR, ünvan 2ində, 0.1684 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 100.18 kv.m olan **********01-10301 reyestr nömrəli fərdi yaşayış evi Cavabdeh4 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən 2928 nömrəli, xx.xx.2021-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh4 məxsus Naxçıvan MR, ünvan 2i ünvanında yerləşən, 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 100.18 kv.m, yaşayış sahəsi 69.54 kv.m, yardımçı sahəsi 30.64 kv.m olan fərdi yaşayış evi (xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlak) üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 20/5 nömrəli reyestr kitabının 853 nömrəli vərəqində qeydiyyata alınmış, eyni zamanda xx.xx.2021-cı il tarixinə olan məlumata əsasən həmin əmlaka dair məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Naxçıvan MR, ünvan 2ində 0.1684 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 100.2 kv.m, olan mülkiyyət hüququ Cavabdeh4 məxsus **********01-10301 reyestr nömrəli fərdi yaşayış evi "xxxx" ASC-nin Culfa filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** qeydiyyat nömrəli ərizə üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023cü il tarixdə verilmiş elektron təsdiqetmə bildirişindən görünür ki, "xxxx" ASC tərəfindən göndərilmiş bildiriş qeydiyyata alınmış, 15 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Xidmət haqqının ödənilməsinə dair müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ********** nömrəli sənəd üzrə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin elektron təsdiqetmə bildirişindən görünür ki, 30 AZN məbləğində xidmət haqqı ödənilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh4 tərəfindən borcun yarandığı 23 may 2023-cü il tarixdən sonra 12 iyun 2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat, 12 iyul 2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat, 18 avqust 2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat, 11 sentyabr 2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat, 27 oktyabr 2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat məbləğində "xxxx" ASC-yə ödənişlər edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddiaçı "xxxx" ASC-nin Culfa filialı ilə Cavabdeh4 arasında 09 iyun 2021-ci il tarixdə, KT0906/01 saylı Kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən borcalana kənd təsərüfatı məqsədilə illik 15% (on beş) dərəcəsi ilə 36 ay müddətinə 12000 (on iki min) manat məbləğində kredit verilmiş, Borcalan isə ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirməyi, habelə kreditin bütün məbləğini, ona hesablanmış faizləri, cərimələri və borcun qaytarılması ilə əlaqədar digər xərcləri tamamilə ödəməyi öhdəsinə götürmüşdür. Kredit məbləğinin verilməsi iş materiallarına əlavə edilmiş 09 iyun 2021-ci il tarixli, 1013 nömrəli Xəzinə məxaric orderi ilə təsdiq edilmişdir. Beləliklə, hazırkı vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilərək 12 000 (on iki min) manat məbləğində kredit cavabdehin bank hesabına köçürülsə də, Cavabdeh4 kredit üzrə əsas və faiz məbləğlərini müqaviləyə əlavə olan ödəniş qrafiki əsasında vaxtında ödəməyərək üzərinə düşən öhdəliyi lazımınca icra etmədiyindən, nəticədə Bank tərəfindən adına kredit reyestrində xx.xx.2023-cü il tarixə 254 gecikmə günü qeydə alınmış, borcun qaytarılması ilə bağlı Cavabdeh4 sonuncu qeydiyyat ünvanına müvafiq poçt bölməsi tərəfindən xəbərdarlıq məktubları göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, nəticədə, 09 iyun 2021-ci il tarixli, KT0906/01 saylı Kredit müqaviləsi üzrə Cavabdeh4 adına 16 iyun 2023-cü il tarixli, 822 nömrəli maliyyə arayışına əsasən “16 iyun 2023-cü il tarixə əsas borc üzrə 6039.07 (altı min otuz doqquz manat 07 qəpik) manat, faiz borcu üzrə 17.40 (on yeddi manat 40 qəpik) manat olmaqla cəmi 6056.47 (altı min əlli altı manat 47 qəpik) manat borc öhdəliyi yaranmışdır. Eyni zamanda qeyd edilənlərə əlavə olaraq 16 fevral 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında Cavabdeh4 martın on beşi Türkiyəyə gedəcəyini, apreldən ayda min manat bağlayaraq beş aya qurtaracağını qeyd edərək iddianı qismən qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin lazımınca icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Odur ki, məhkəmə iddiaçının pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizlərin ödənilməsi hissədə Cavabdeh4 qarşı tələb hüququnun olduğunu bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına, o cümlədən cavabdehin öz izahında iddianı qismən qəbul etməsinə baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2023-cü il tarixli, 987 nömrəli rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları və 09 sentyabr 2021-ci il tarixli, KT0906/01 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh4, "xxxx" ASCyə kredit üzrə xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) olan əsas borcu 6315,59 (altı min üç yüz on beş manat əlli doqquz qəpik) manat, faiz borcu 39,47 (otuz doqquz manat qırx yeddi qəpik) manat, xx.xx.2023-cü il tarixə isə (son ödəniş tarixi) olan əsas borcu 4413,66 (dörd min dörd yüz on üç manat altmış altı qəpik) manat, faiz borcu 0,00 (sıfır) manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert qarşısında 23 may 2023-cü il tarixə qədər olan borcun hesablanmasına dair suallar qoyulduğu halda, ekspert məhkəmənin 23 may 2023-cü il tarixə olan əsas və faiz borcun hesablanmasına dair suallarından əlavə hesabdan çıxarış məlumatlarına əsaslanaraq cavabdehin xx.xx.2023-cü il tarixə olan əsas və faiz borcunu da hesablamışdır. Lakin buna baxmayaraq məhkəmə hesab edir ki, iddiaçının tələbinə müvafiq olaraq 23 may 2023-cü il tarixə qədər olan borcun əsaslı olub-olmamasına münasibətdə ekspert rəyinə qiymət verilməli, 23 may 2023-cü il tarixdən sonra cavabdeh tərəfindən ödənilmiş 12 iyun 2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat, 12 iyul 2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat, 18 avqust 2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat, 11 sentyabr 2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat, 27 oktyabr 2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat məbləğində ödənişlər Qətnamə icra edilən zaman, icra məmuru tərəfindən icra zamanı ödənilən məbləğ olaraq nəzərə alınmalıdır. Belə ki, məhkəmə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2023-cü il tarixli, 987 nömrəli rəyinə münasibətdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 noyabr 2023-cü il tarixli, 987 nömrəli ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının 23 may 2023-cü il tarixə olan iddia tələbi 98,72% əsaslı olduğundan qismən təmin edilməlidir. Qeyd edilənlərdən əlavə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iş üzrə tərəflər arasında 09 iyun 2021-ci il tarixli, 87 nömrəli İpoteka müqaviləsi bağlanmışdır. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən Girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 307.6-cı maddəsinə əsasən İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. 4.1.1-ci və 4.1.2-ci maddələrinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər də daxil edilməklə tam həcmdə təmin edilir. 4.1.4-ci maddəsinə əsasən ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.5-ci maddəsinə əsasən İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İddia tələbinin “tutmanın ilkin satış qiyməti 21 850 (iyirmi bir min səkkiz yüz əlli) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh4 məxsus **********01/10301 reyestr nömrəli Naxçıvan MR, ünvan 2ində 0.1684 ha torpaq sahəsində fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlamış və notarial qaydada təsdiq etmişlər. Həmin müqavilənin 4.1-ci bəndindən ipoteka saxlayanın tələbinin əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlılığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə ödənildiyi müəyyən edilmişdir. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı təyin edilmiş qiymətləndirmə ekspertizasının nəticəsində Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 22 yanvar 2024-cü il tarixli rəyinə və 22 yanvar 2024-cü il tarixli, ********** nömrəli qiymətləndirmə hesabatına əsasən ipoteka predmeti olan Naxçıvan MR, ünvan 2i ünvanında yerləşən **********01-10301 reyestr nömrəli fərdi yaşayış evinin 22 yanvar 2024-cü il tarixinə bazar dəyəri 24300 (iyirmi dörd min üç yüz) manat, likvid dəyəri isə bazar dəyərinə 5% likvidlik tətbiq olunmaqla 23100 (iyirmi üç min bir yüz) manat məbləğində müəyyən edilmişdir. Ona görə də ipoteka predmetinin qiymətləndirilməsi zamanı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 22 yanvar 2024-cü il tarixli, ********** nömrəli qiymətləndirmə hesabatı əsas götürülməli, ipoteka predmetinə tutma yönəldildikdə, ipoteka predmeti olan X4 Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH ******* nömrəli Çıxarışa əsasən, Cavabdeh4 mülkiyyətində olan Naxçıvan MR, ünvan 2ində, 0.1684 ha torpaq sahəsində yerləşən **********01-10301 reyestr nömrəli fərdi yaşayış evinin ilkin satışı, likvid qiyməti ilə 23100 (iyirmi üç min bir yüz) manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsi zamanı Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən fərdi yaşayış evinin qiymətləndirilməsinə görə 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının ödənilməsi müəyyən edilmişdir. Həmçinin Məhkəmə iddiaçı tərəfindən tələb edilən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manata münasibət bildirərkən iş materiallarında qəbzlərdə olan ödəmələrdə 15 manat və 30 manatın ödənildiyi öz əksini tapdığından məhkəmə tələb edilən 46.45 (qırx altı manat 45 qəpik) manatın deyil də 15+30=45 (qırx beş manat) manatın təmin edilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Əvvəla məhkəmə qeyd edir ki, 28 mart 2023-cü il tarixli, N-342 nömrəli X1 İştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki 28 mart 2023-cü il tarixdə keçirilmiş X1 iddiaçının nümayəndəsi Nümayəndə1 iştirak etmiş, iddiaçı Naxçıvanbank ASC tərəfindən 100 (bir yüz) manat məbləğində mediasiya xərci ödənilmiş, Cavabdeh4 isə X1 iştirak etməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Eyni zamanda həmin Qanununun 8.1 və 8.1.2-ci maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi olaraq müəyyən edilir. Yuxarıda qeyd edilənlərə əsasən hazırkı iş üzrə iddia tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 84,37 (səksən dörd manat 37 qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Göstərilən hal ilə əlaqədar olaraq, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərci iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 84,37 (səksən dörd manat 37 qəpik) manat məbləğində dövlət rüsumunu əhatə etdiyindən iddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respubliası Qanununa uyğun olaraq dövlət rüsumu ödəməkdən azad edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin X1 tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin X1 üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bu halda 28 mart 2023-cü il tarixli, N-342 nömrəli X1 İştirak edilməməsi barədə arayışdan aydın olur ki, 28 mart 2023-cü il tarixdə keçirilmiş X1 iştirak edən tərəf iddiaçının nümayəndəsi Nümayəndə1 olduğundan iddiaçı tərəfindən ödənilmiş bütün mediasiya xərci Cavabdeh4 alınaraq iddiaçı Naxçıvanbank ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, qeyd edilən maddənin tələbinə uyğun olaraq iddiaçı 84,37 (səksən dörd manat 37 qəpik) manat məbləğində dövlət rüsumu ödəməkdən azad edildiyindən dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə, yəni 98,72% mütənasib olaraq 83,29 (səksən üç manat 29 qəpik) manat məbləği cavabdehdən tutularaq dövlət gəlirlərinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, məhkəmə 18 dekabr 2023-cü il tarixli qərardad ilə təyin edilmiş ipoteka predmeti olan əmlakın qiymətləndirməsi ekspertizasının nəticəsi olaraq “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən fərdi yaşayış evinin qiymətləndirilməsinə görə müəyyən edilmiş 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqının iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 118,46 (bir yüz on səkkiz manat 46 qəpik) manat məbləği Cavabdeh4, qalan 1,54 (bir manat 54 qəpik) manat məbləğinin isə iddiaçı Naxçıvanbank ASC dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan müvafiq hesabına ödənilməsi qənaətindədir. Nəticədə, iddia tələbi 98,72% əsaslı olduğundan qismən təmin edilməli, 09 iyun 2021-ci il tarixli, KT0906/01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh4 23 may 2023-ci il tarixə olan əsas borc üzrə 6315,59 (altı min üç yüz on beş manat əlli doqquz qəpik) manat, faiz borcu üzrə 39,47 (otuz doqquz manat qırx yeddi qəpik) manat olmaqla ümumilikdə 6355,06 (altı min üç yüz əlli beş manat 06 qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməli, Cavabdeh4 tərəfindən 12 iyun 2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat, 12 iyul 2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat, 18 avqust 2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat, 11 sentyabr 2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat, 27 oktyabr 2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat məbləğində olmaqla ümumilikdə 2250 (iki min iki yüz əlli) manat məbləğində edilmiş ödənişlər 23 may 2023-cü il tarixdən sonra ödənildiyindən qətnamə icra edildiyi zaman icra məmuru tərəfindən həmin məbləğlər ödənilmiş məbləğ olaraq nəzərə alınmalı, 28 mart 2023-cü il tarixdə keçirilmiş X1 Cavabdeh4 iştirak etmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərci Cavabdeh4 alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddiaçının ödəməkdən azad edildiyi 84,37 (səksən dörd manat 37 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 83,29 (səksən üç manat 29 qəpik) manat məbləği Cavabdeh4 alınıb dövlət gəlirlərinə ödənilməli, qalan 1.08 (bir manat səkkiz qəpik) manat məbləği iddianın təmin edilməmiş hissəsinə aid olduğundan və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən məhkəmə tərəfindən bu məsələyə toxunulmamalı, məhkəmənin 18 dekabr 2023-cü il tarixli qərardadı ilə təyin edilmiş ipoteka predmeti olan əmlakın qiymətləndirməsi ekspertizasının nəticəsi olaraq “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən fərdi yaşayış evinin qiymətləndirilməsinə görə müəyyən edilmiş 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqı iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 118,46 (bir yüz on səkkiz manat 46 qəpik) manat məbləği Cavabdeh4, qalan 1,54 (bir manat 54 qəpik) manat məbləğinin isə iddiaçı Naxçıvanbank ASC dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NABZAZ2C, alan müştərinin hesabı: AZ21NABZ********************4, VÖEN **********;) ödənilməli, iddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş və qəbzlərdə öz əksini tapan 45.00 (qırx beş) manat Cavabdeh4 alınıb iddiaçı Naxçıvanbank ASC-yə ödənilməli, yuxarıda cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh4 məxsus Naxçıvan MR, ünvan 2ində, 0.1684 ha torpaq sahəsində yerləşən **********01-10301 reyestr nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evinin likvid satış qiyməti 23100 (iyirmi üç min bir yüz) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh4 iddiaçı Naxçıvanbank ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, artıq qalan məbləğ Cavabdeh4 qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1 və 358.0.2-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilsin. Cavabdeh4 23 may 2023-cü il tarixə olan əsas borc üzrə 6315,59 (altı min üç yüz on beş manat əlli doqquz qəpik) manat, faiz borcu üzrə 39,47 (otuz doqquz manat qırx yeddi qəpik) manat olmaqla ümumilikdə 6355,06 (altı min üç yüz əlli beş manat 06 qəpik) manat alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. Cavabdeh4 tərəfindən 12 iyun 2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat, 12 iyul 2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat, 18 avqust 2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat, 11 sentyabr 2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat, 27 oktyabr 2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat məbləğində olmaqla ümumilikdə 2250 (iki min iki yüz əlli) manat məbləğində edilmiş ödənişlər 23 may 2023-cü il tarixdən sonra ödənildiyindən qətnamə icra edildiyi zaman icra məmuru tərəfindən həmin məbləğlər ödənilmiş məbləğ olaraq nəzərə alınsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində mediasiya xərci Cavabdeh4 alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçının ödəməkdən azad edildiyi 84,37 (səksən dörd manat 37 qəpik) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 83,29 (səksən üç manat 29 qəpik) manat məbləği Cavabdeh4 alınıb dövlət gəlirlərinə ödənilsin. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən fərdi yaşayış evinin qiymətləndirilməsinə görə müəyyən edilmiş 120 (bir yüz iyirmi) manat məbləğində xidmət haqqı iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 118,46 (bir yüz on səkkiz manat 46 qəpik) manat məbləği Cavabdeh4, qalan 1,54 (bir manat 54 qəpik) manat məbləğinin isə iddiaçı Naxçıvanbank ASC dən alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Mərkəzi Bankın Naxçıvan MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NABZAZ2C, alan müştərinin (Naxçıvan MR Maliyyə Nazirliyinin) hesabı: AZ21NABZ********************4, VÖEN **********;) ödənilsin. İddiaçı tərəfindən “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş və qəbzlərdə öz əksini tapan 45.00 (qırx beş) manat Cavabdeh4 alınıb iddiaçı Naxçıvanbank ASC-yə ödənilsin. Yuxarıda cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma Cavabdeh4 məxsus Naxçıvan MR, ünvan 2ində, 0.1684 ha torpaq sahəsində yerləşən **********01-10301 reyestr nömrəli fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan Naxçıvan MR, ünvan 2ində, 0.1684 ha torpaq sahəsində yerləşən **********01-10301 reyestr nömrəli fərdi yaşayış evinin likvid satış qiyməti 23100 (iyirmi üç min bir yüz) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh4 iddiaçı Naxçıvanbank ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ Cavabdeh4 qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan MR Kommersiya Məhkəməsi vasitəsilə, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov
Məhkəmə qərarları › İş №e-2-2(123)-32/2024
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-32/2024
15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver