Məhkəmə qərarları › İş №e-2-2(123)-32/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-32/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-32/2025 14.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə 01 noyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli, 2604/01/SİF saylı “Sahibkarlığın İnkişafına dövlət dəstəyi mexaniziminin təkminləşdirilməsi haqqında” NMR Ali Məclisi sədrinin 07 avqust 2018-ci il tarixli, 133-V FR nömrəli fərmanına uyğun olaraq imzalanmış kredit müqaviləsinə əsasən cavabdehin 29778.04 (iyirmi doqquz min yeddi yüz yetmiş səkkiz manat dörd qəpik) manat əsas, 720.19 (yeddi yüz iyirmi manat on doqquz qəpik) manat faiz borcu, 250.38 (iki yüz əlli manat otuz səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə borcu 30748.61 (otuz min yeddi yüz qırx səkkiz manat altmış bir qəpik) manat kredit borcu, məhkəməyə müraciət üçün ödənilmiş 182.25 (yüz səksən iki manat iyirmi beş qəpik) manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 53 (əlli üç manat) manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi ünvan 1 ünvanında yerləşən, 0.0496 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 111.65 kv.m, yaşayış sahəsi 75.5 kv.m, yardımçı sahəsi 36.15 kv.m olan 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsaitin iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli, 2604/01/SİF saylı “Sahibkarlığın İnkişafına dövlət dəstəyi mexaniziminin təkminləşdirilməsi haqqında” NMR Ali Məclisi sədrinin 07 avqust 2018-ci il tarixli 133-V FR nömrəli fərmanına uyğun olaraq imzalanmış Kredit Müqaviləsinə əsasən Cavabdeh 60 (altmış) ay müddətinə illik 5% olmaqla 30000 (otuz min) manat kredit verildiyini, Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2021-ci il tarixli 79 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən, 0.0496 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 111.65 kv.m, yaşayış sahəsi 75.5 kv.m, yardımçı sahəsi 36.15 kv.m olan 4 otaqlı fərdi yaşayış evini "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edildiyini, İddiaçı ASC ilə "xxxx" ASC arasında 30 noyabr 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalandığını, həmin müqaviləyə əsasən müştərilərlə "xxxx" ASC arasında olan müqavilələr üzrə bütün hüquqlar, tələblər, təminatlar və üstünlüklər İddiaçı ASC-yə ötürüldüyünü, beləliklə Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 26 avqust 2024-cü il tarixli, ********** qeydiyyat və **********60-10301 reyestr nömrəsi ilə qeyd edildiyini, beləliklə 22 dekabr 2021-ci il tarixli, 2604/01/SİF saylı “Sahibkarlığın İnkişafına dövlət dəstəyi mexaniziminin təkminləşdirilməsi haqqında” NMR Ali Məclisi sədrinin 07 avqust 2018-ci il tarixli 133-V FR nömrəli fərmanına uyğun olaraq imzalanmış Kredit Müqaviləsinə əsasən cavabdehin 29778.04 (iyirmi doqquz min yeddi yüz yetmiş səkkiz manat dörd qəpik) manat əsas, 720.19 (yeddi yüz iyirmi manat on doqquz qəpik) manat faiz borcu, 250.38 (iki yüz əlli manat otuz səkkiz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 30748.61 (otuz min yeddi yüz qırx səkkiz manat altmış bir qəpik) manat borcu qaldığını, cavabdehin kreditin qaytarılması haqqında tərəflərindən dəfələrlə xəbərdarlıq olunduğunu, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülmədiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 448, 739, 743, 317, 319-cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39, 59-cü maddələrinə istinad etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh izahatında kredit götürdüyünü, lakin sonradan iflas olduğundan, evini girov qoyduğunu, ekspert rəyləri ilə razılaşdığını göstərərək qanuni qərar verilməsini xahiş etdi. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli, 2604/01/ SİF saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ilə Cavabdeh arasında müqavilə bağlanaraq 60 ay müddətinə 30000 manat kredit verilmişdir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə 29778.04 manat əsas borcu, 720.19 manat faiz borcu, 250.38 manat cərimə borcu olmaqla cəmi borcu 30748.61 manatdır. 28 aprel 2021-ci il tarixli, 79 saylı İpoteka müqaviləsindən görünür ki, bu müqavilə bir tərəfdən ipoteka qoyan - borc alan Cavabdeh, digər tərəfdən ipoteka saxlayan "xxxx" ASC arasında bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 2604/01 SİF saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. 2.1-ci bəndindən görünür ki, ipoteka predmeti Naxçıvan MR Culfa şəhəri, İmadəddin Nəsimi küçəsi döngə 2 ev 2 ünvanında yerləşən 0.0496 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 111.65 kv.m olan, yaşayış sahəsi 75.5 kv.m, yardımçı sahəsi 36.15 kv.m olan 4 otaqlı fərdi yaşayış evidir. 2.2-ci bəndindən görünür ki, ipoteka qoyulan əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən ipoteka qoyana məxsusdur. - Reyestr nömrəsi **********60-10301 qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. 2.3-ci bəndindən görünür ki, ipoteka predmetinin dəyəri ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılaşması ilə 45200 manat təşkil edir. 4-cü bəndindən görünür ki, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, dəbbə pulu, vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinin saxlanılması və salamatlılığının təmin edilməsi xərclərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə və digər xərclərin ödənilməsi daxil edilməklə tam həcmdə ödənilir. 9.1-ci bəndindən görünür ki, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi anında ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Naxçıvan MR DƏTMDX tərəfindən xx.xx.2021 qeydiyyat tarixli Cavabdeh verilmiş **********60-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0.0496 ha torpaq sahəsi və 111.65 kv/m tikili vardır. Naxçıvan MR DƏTMDX tərəfindən xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, Cavabdeh məxsus Culfa şəhəri, İmadəddin Nəsimi küçəsi döngə 2 ev 2 ünvanında yerləşən 0.0496 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 111.65 kv.m olan, yaşayış sahəsi 75.5 kv.m, yardımçı sahəsi 36.15 kv.m olan 4 otaqlı fərdi yaşayış evi "xxxx" ASC ipoteka edilməklə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, Cavabdeh məxsus Culfa şəhəri, İmadəddin Nəsimi küçəsi döngə 2 ev 2 ünvanında yerləşən 0.0496 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 111.65 kv.m olan, yaşayış sahəsi 75.5 kv.m, yardımçı sahəsi 36.15 kv.m olan 4 otaqlı fərdi yaşayış evi İddiaçı ASC ipoteka edilməklə ********** nömrə ilə qeydiyyata alınmışdır. 28 oktyabr 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Kapital Bank ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 182,25manat məbləğində dövlət rüsumu ödənilmişdir. 06may 2021-ci il tarixli, Xəzinə məxaric orderindən görünür ki, "xxxx" ASC tərəfindən 14715.00 manat məbləğində kredit Cavabdeh AZ79NAXB**********5278003 saylı hesabına köçürülmüşdür. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən 53manat məbləğində dövlət rüsumu ödənilmişdir. 27 fevral 2025-ci il tarixli, 1565 nömrəli ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmənin məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 60 (altmış) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir. 15 aprel 2025-ci il tarixli, 04/569 nömrəli məktubdan görünür ki, daşınmaz əmlakın qiymətləndirilməsi dair arayışa əsasən məhkəmənin qiymətləndirmə keçirilməsinə görə 232 (iki yüz otuz iki) manat məbləğində xidmət haqqı xərci müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edərək, iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, "xxxx" ASC ilə borcalan Cavabdeh arasında 22 dekabr 2021-ci il tarixli, 2604/01/SİF saylı Kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank Borcalana sahibkarlıq fəaliyyətinin maliyələşdirilməsi məqsədilə 60 ay müddətinə 30000 manat kredit vermiş, müqaviləyə əsasən kredit alan istifadəyə görə illik 5% ödəyir. Borcalan Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəlik Bank tərəfindən lazımi qaydada icra olunmuş, kredit məbləğinin borcalanın hesabına köçürülməsini təsdiq edən Xəzinə məxaric orderi iş materiallarına əlavə edilmişdir. Borcalan ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirməyi öhdəsinə götürmüş, eyni zamanda öhdəliklərinin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Komitəsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Naxçıvan MR, ünvan 2 ünvanında yerləşən 0.0496 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 111.65 kv.m olan, yaşayış sahəsi 75.5 kv.m, yardımçı sahəsi 36.15 kv.m olan 4 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. Beləliklə, hazırki vəziyyətdə tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin: 14.2-ci və 14.2.1-ci maddələrinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bank tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəlik lazımi qaydada icra edilsə də, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, nəticədə bank tərəfindən kredit reyestrində adına gecikmə qeydə alınmış, borcalan Cavabdeh borcun qaytarılması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmiş, buna baxmayaraq borcalan tərəfindən öhdəliyin icra edilməsi istiqamətində müsbət irəliləyiş olmamış, nəticədə kredit müqaviləsi üzrə Cavabdeh adına xx.xx.2024-cü il tarixə 29778,04 manat məbləğində əsas borc, 720,19 manat məbləğində faiz borcu, 250,38 manat cərimə borcu olmaqla, ümumilikdə 30748,61 manat borc öhdəliyi yaranmışdır. Qeyd olunan borc məbləğlərinin yaranmasına dair 31 oktyabr 2024-cü il tarixli, maliyyə arayışı iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2 və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklərin vaxtında icra edilmədiyini görərək, hüquqlarının pozulduğu qənaətinə gəlmiş, nəticədə borcalana qarşı iddia qaldırmaqda subyektiv hüququ yaranmışdır. Beləliklə, iddiaçı pozulmuş hüquqların bərpası məqsədilə məhkəməyə müraciət edərək iddia ərizəsində irəli sürülən kredit müqaviləsi üzrə əsas borc, ona hesablanmış faizlərin və cərimənin ödənilməsi hissədə Cavabdeh qarşı tələb hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın qeyd olunan normaları hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında işlərə baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Mülki Prosessual qanunvericiliyin mübahisələrin həlli zamanı məhkəmələrə təqdim etdiyi imkanlardan biri də işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilməsidir. Beləliklə, iş materiallarında cavabdeh şəxsin borcunu təsdiq edən sübutlar olmasına baxmayaraq məhkəmə işin obyektiv və ədalətli araşdırılmasını təmin etmək məqsədilə məhkəməmühasibat ekspertizasının təyin edilməsini zəruri hesab etmişdir. Məhkəmənin 02 dekabr 2024-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının nəticəsi olaraq 04 mart 2025-ci il tarixdə məhkəməyə daxil olmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2025-ci il tarixli, 1565 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə maliyyə arayışına əsasən xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) kredit müqaviləsi üzrə olan əsas borcu 29778.04 manat, faiz borcu 720.19 manat, cərimə borcu 250.38 manat olmaqla, ümumilikdə borcu 30748,61 manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə, ekspert rəyi ilə razılaşaraq, cavabdehin əsas borcunun 29778.04 manat, faiz borcu 720.19 manat, cərimə borcu 250.38 manat olmaqla, ümumilikdə borcu 30748,61 manat olduğu qənaətindədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarında əks olunan hüquqi mövqeyə görə ekspert məhkəmə prosesində üstün mövqe tuta bilər və məhkəmənin qiymətləndirilməsinə əhəmiyyətli təsir göstərə bilər. (Yvon Fransaya qarşı iş §37) Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. (Yevgeniya Lazar “Ruminyaya qarşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsas borca münasibətdə 29778.04 manat, faiz borcuna münasibətdə 720.19 manat, cərimə borcuna münasibətdə 250.38 manat olmaqla, ümumilikdə 30748,61 manat məbləğində təmin olunmalıdır. Qeyd edilənlərdən əlavə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iş üzrə tərəflər arasında 28 aprel 2021-ci il tarixli İpoteka müqaviləsi bağlanmışdır. Bununla bağlı məhkəmə bildirir ki, mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Belə ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Belə ki, həmin Məcəllənin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 271.2-ci maddəsinə əsasən girov qoyan (ipoteka qoyan) həm borclu, həm də üçüncü şəxs ola bilər. 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. İpoteka müqavilə üzrə əmələ gəlir. Qeyd olunmalıdır ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, öhdəliyin icrasının təmini üsulu olaraq ipoteka müqaviləsinin bağlanması əsas öhdəliyin mövcudluğu ilə şərtlənir. Gələcəkdə əsas öhdəliyin pozulması riskinə qarşı kreditorun mənafeyinin təminat altına alınması üçün bağlandığından, ipoteka müqaviləsi daim etibarlı və qüvvədə olan bir əsas öhdəliyin mövcudluğunu tələb edir. Bu səbəbdəndir ki, girov (ipoteka) müqaviləsi aksessor müqavilə olaraq aqibəti əsas müqavilədən asılıdır. Əsas öhdəliyin xitamı, o cümlədən etibarsızlığı ipoteka müqaviləsinin də xitamına səbəb olduğu halda, sonuncunun xitamı heç bir halda əsas öhdəliyin xitamına gətirib çıxarmır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 aprel 2023-cü il tarixli qərarı). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. 4.1.1-ci və 4.1.2-ci maddələrinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi əsas borc və faizlər də daxil edilməklə tam həcmdə təmin edilir. 4.1.4-ci maddəsinə əsasən ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil edilməklə tam həcmdə təmin edilir. 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. İddia tələbinin tutmanın ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Komitəsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh məxsus Naxçıvan MR, ünvan 2 ünvanında yerləşən 0.0496 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 111.65 kv.m olan, yaşayış sahəsi 75.5 kv.m, yardımçı sahəsi 36.15 kv.m olan 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsinə dair hissədə məhkəmə qeyd edir ki, tərəflər kredit müqaviləsinə münasibətdə və kredit müqaviləsindən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilməsi məqsədilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit müqaviləsinin təminatı kimi zəruri şərtlər göstərilməklə ipoteka müqaviləsi bağlamışlar. Beləliklə, bu hal ipoteka saxlayana əsas verir ki, öhdəlik icra edilmədiyi halda öz tələbini ipoteka predmeti olan əşya hesabına təmin etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinin tələbinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli qərardadla məhkəməqiymətləndirmə ekspertizası təyin edilmiş, xx.xx.2025-ci il tarixdə daşınmaz əmlakın qiymətləndirilməsinə dair arayış məhkəməyə daxil olmuşdur. Arayışa əsasən fərdi yaşayış evinin xx.xx.2025-ci il tarixə bazar dəyəri 60700 manat təşkil etdiyi müəyyən olunmuşdur. İş üzrə Cavabdeh məhkəmə araşdırılması zamanı həmin qiymətlə razı olduğunu bildirmişdir. Nəticədə məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə, ipoteka predmeti olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq məsələləri üzrə Dövlət Komitəsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0496 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 111.65 kv.m olan, yaşayış sahəsi 75.5 kv.m, yardımçı sahəsi 36.15 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin ilkin satışı, likvid qiyməti ilə 60700 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 115.0 və 115.0.1-ci maddələrinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.3-cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi olaraq müəyyən edilir. Hazırki iddia tələbi üzrə iddianın qiyməti 30748.61 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 182.25 manat olaraq müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə 182,25 manat məbləğində müəyyən edilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə münasibətdə Cavabdeh alınıb İddiaçı ASC-nə ödənilməlidir. Bundan əlavə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2025-ci il tarixli, 1565 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci Cavabdeh alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2025-ci il tarixli arayışına əlavə edilmiş xidmət haqqına 232 manat xərci Cavabdeh alınıb ********** hesaba ödənilməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 53 manat dövlət rüsumuna münasibət bildirərkən iş materiallarında olan qəbzdəki ödəmədə 53 manatın ödənildiyi öz əksini tapdığından iddiaçı tərəfindən tələb edilən 53 manatın təmin edilməsi qənaətində olaraq qeyd edir ki, “İpoteka predmetlərinə tutma yönəldilməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 53 manat məbləğində xidmət haqqı Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Nəticədə, iddia tələbi təmin edilməli, Cavabdeh əsas borc üzrə 29778,04 manat, faiz borcu üzrə 720,19 manat, cərimə borcu üzrə 250,38 manat olmaqla ümumilikdə 30748,61 manat alınıb İddiaçı ASC-yə ödənilməli, Cavabdeh 182,25 manat məbləğində dövlət rüsumu və 53 manat məbləğində xidmət haqqı alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2025-ci il tarixli, 1565 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci Cavabdeh alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilməli, Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2025-ci il tarixli arayışına əlavə edilmiş xidmət haqqına 232 manat xərci Cavabdeh alınıb ********** hesaba ödənilməli, cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh məxsus Culfa şəhəri, İmadəddin Nəsimi küçəsi döngə 2 ev 2 ünvanında yerləşən 0.0496 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 111.65 kv.m olan, yaşayış sahəsi 75.5 kv.m, yardımçı sahəsi 36.15 kv.m olan 4 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evinin likvid satış qiyməti 60700 manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılmalı, satışdan əldə edilmiş vəsait Cavabdeh İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli, artıq qalan məbləğ, ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc üzrə 29778,04 (iyirmi doqquz min yeddi yüz yetmiş səkkiz manat dörd qəpik) manat, faiz borcu üzrə 720,19 (yeddi yüz iyirmi manat on doqquz qəpik) manat, cərimə borcu üzrə 250,38 (iki yüz əlli manat otuz səkkiz qəpik) manat olmaqla ümumilikdə 30748,61 (otuz min yeddi yüz qırx səkkiz manat altmış bir qəpik) manat alınıb İddiaçı ASC-yə ödənilsin. Cavabdeh 182,25 (yüz səksən iki manat iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumu və 53 (əlli üç) manat məbləğində xidmət haqqı alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2025-ci il tarixli, 1565 nömrəli ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişə münasibətdə məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatının aparılması üçün müəyyən olunmuş 60 (altmış) manat məbləğində ekspertiza xərci Cavabdeh alınıb Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (hesab: AZ21NABZ********************, VÖEN **********) X2 MR İdarəsində olan hesabına (KOD: 502906, VÖEN: **********, Müxbir hesabı: AZ88NABZ********************, S.W.İ.F.T BİK: NAXCAZ21) ödənilsin. Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2025-ci il tarixli arayışına əlavə edilmiş xidmət haqqına 232 (iki yüz otuz iki) manat xərci Cavabdeh alınıb ********** hesaba ödənilsin. Cavabdehdən alınması qeyd edilən məbləğlər ödənilmədiyi təqdirdə tutma mülkiyyət hüququ Cavabdeh məxsus Culfa şəhəri, İmadəddin Nəsimi küçəsi döngə 2 ev 2 ünvanında yerləşən 0.0496 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 111.65 kv.m olan, yaşayış sahəsi 75.5 kv.m, yardımçı sahəsi 36.15 kv.m olan 4 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evinin likvid satış qiyməti 60700 (altmış min yeddi yüz) manat məbləğində müəyyən edilərək açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin, artıq qalan məbləğ, ipoteka predmeti olan əmlakın mülkiyyətçisi Cavabdeh qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qabil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar