Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2-2(123)-322/2025 20.10.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin cavabdeh "xxxx" MMC-ə qarşı mal-materialların təhvil verilməsi ilə əlaqədar yaranmış borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi 21 iyul 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı, Komitənin tabeli Culfa Rayon İdarəsi ilə cavabdeh, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, hazırki adı və hüquqi varisi Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq görülmüş işlər, malmaterialların təhvil verilməsi nəticəsində cavabdehin iddiaçıya yaranmış 15.234,00 (on beş min iki yüz otuz dörd) manat məbləğində borcun və ödənilmiş 136, 0 (bir yüz otuz altı) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya, Komitənin tabeli Culfa Rayon İdarəsinə qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(123)-322/2025 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. İş üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qabaqcadan lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının nümayəndəsi Nümayəndə1, həmçinin cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Qanunvericiliyinə uyğun olaraq iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin nümayəndəsi Nümayəndə1 02 oktyabr 2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məlum olduğu kimi, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261-ci maddəsində icraata xitam verilməsinin əsaslarının müəyyən olunduğunu, 261.0.4-cü yarımbəndinə əsasən iddiaçı iddiadan imtina etdikdə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa həmin iş üzrə icraata xitam verilə biləcəyini, icraatda olan e-2-2(123)-322/2025 saylı kommersiya işi üzrə iddiaçı, Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində özünümaliyyələşdirmə prinsipi ilə işləmiş Culfa Rayon İdarəsi tərəfindən cavabdeh qismində iştirak edən “APF TİKİNTİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 15.234,00 (on beş min iki yüz otuz dörd) manat məbləğində borcun cavabdehdən alınaraq iddiaçıya qaytarılmasına dair iddia tələbinin irəli sürüldüyünü, həmin iş üzrə cavabdeh qismində iştirak edən "APF TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2025-ci il 24 sentyabr tarixində 15.234,00 (on beş min iki yüz otuz dörd) manat məbləğində vəsaitin həmin iş üzrə iddiaçı qismində iştirak edən Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində özünümaliyyələşdirmə prinsipi ilə işləmiş Culfa Rayon İdarəsinın bank hesablaşma hesabına ödənildiyini (ödəniş sənədinin əlavə olunduğunu), qeyd olunanları nəzərə alaraq, e-2-2(123)-322/2025 saylı kommersiya işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçı tərəf ərizədə öhdəliyin icra olunduğunu və icraata xitam verilməsini xahiş etdiyindən, habelə iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, həmçinin tələbin iddiaçının hesabına ödənilməsi barədə iddiaçı tərəfindən ödəniş qəbzi də əlavə edildiyindən həmin imtina məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4- cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin cavabdeh "xxxx" MMC-ə qarşı mal-materialların təhvil verilməsi ilə əlaqədar yaranmış borcun ödənilməsi tələbinə dair iş üzrə iddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi iddiadan yazılı qaydada ərizəsilə imtina etdiyindən iş üzrə icraata xitam verilməli, iddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** nömrəli qəbz ilə ödənilmiş 136 (bir yüz otuz altı) manat məbləğində dövlət rüsumu iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-ci, 263, 264 və 266-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsinin cavabdeh "xxxx" MMC-ə qarşı mal-materialların təhvil verilməsi ilə əlaqədar yaranmış borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** nömrəli qəbz ilə ödənilmiş 136 (bir yüz otuz altı) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən iddiaçıya qaytarılsın. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Naxçıvan MR Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov.
Məhkəmə qərarları › İş №e-2-2(123)-322/2025
Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(123)-322/2025
20.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver